Məhkəmə qərarları › İş №2(102)-5023/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5023/2019

19.07.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5023/2019 19.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəkili Məmmədov Azər Məhəbbət oğlu, Cavabdeh2, onun vəkili Hüseynov Şaiq Yusif oğlunun iştirakları ilə, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxar aq MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dairiddia ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 06 mart 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən M.Qarayeva, iş 2(008)-1242/2018) iddia ərizəsi təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2776,45 (iki min yeddi yüz yetmiş altı manat, q ırx beş qəpik) manat əsas borc, 1167,86 (bir min yüz altmış yeddi manat, səksən altı qəpik) manat faiz borc, 377,60 (üç yüz yetmiş yeddi manat, altmış qəpik) manat cərimə, cəmi 4321,91 (dörd min üç yüz iyirmi bir manat, doxsan bir qəpik) manatın və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manatın Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Cəfərov (sədrlik edən və məruzəçi), hakimlər Ş.Məhərrəmova və V.Həsənov, iş № 2(103)-8373/2018) Cavabdeh2 apelyasiya şikayəti təmin olunmuş, hazırkı iş üzrə Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 06 mart 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kred it müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasının rədd olunması, ekspertiza xərci olan 112 (yüz on iki) manatın İddiaçı ASC-dən Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulması qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Cavabdeh2 kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəm əsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2018-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəkili Məmmədov Azər Məhəbbət oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Cavabdeh2 vəkili Hüseynov Şaiq Yusif oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunma sı ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddia tələbi İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 21.01.2015-ci il tarixli, 411 nömrəli kredit müqaviləsi və İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 21.01.2015-ci il tarixli zaminlik müqaviləsinə əsaslanır. Həmin müqavilələrə görə bank Cavabdeh1 3.000 manat borc vermiş, Cavabdeh2 isə pulun qaytarılmasına zamin durmuşdur. Lakin həmin müqavilələrdəki imzalar cavabdehlərə aid deyil. Belə ki, apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının 12.11.2018-ci il tarixli, 26445 nömrəli rəyinə görə kredit müqaviləsində, habelə xəzinə məxaric orderində olan imza Cavabdeh1 aid deyil, zaminl ik müqaviləsində olan imza isə Cavabdeh2 aid deyil, bu imzalar başqa şəxs tərəfindən icra olunub. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiqi ilə əlaqədar qeyd etmişdir ki, “məhkəmə Mülki Məcəllənin 470 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq hesab edir ki, bankın cavabdehlərə qarşı irəli sürüdüyü tələb əsassızdır, çünki bank ilə cavabdehlərin arasında kredit və zaminlik müqaviləsi yoxdur.” Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1242/2018 saylı 06 mart 2018-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh (zamin) Cavabdeh2 tərəfindən apellyasiya şikayət i verilmişdir. Digər cavabdeh (borcalan) X5 tərəfindən isə apellyasiya şikayəti verilməmişdir. Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətində xahiş edilmişdir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)- 1242/2018 saylı 06 mart 2018-ci il tarixli qətnaməsi ona aid hissədə ləğv edilərək, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilsin. Göründüyü kimi cavabdeh (borcalan) X6 Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1242/2018 saylı 06 mart 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verməyərək, həmin qətnamə ilə razılaşdığını dolayı yolla ifadə etmişdir. Lakin məhkəmə prosessual pozuntuya yol verərək, qətnamənin cavabdeh (borcalan) X2 aid hissəsini də yoxlamış və iddia tələbinin tamamilə rədd edilməsi barədə əsassız qətnamə qəbul etmişdir. A zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.” Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlili ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi qismən Cavabdeh1 münasibətdə ləğv edilməli və mülki iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti qismən təmin olunmalıdır. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qətnaməsi qismən - Cavabdeh1 münasibətdə ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar