Məhkəmə qərarları › İş №2(102)-503/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-503/2024

13.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-503/2024 13.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh, Lənkəran rayonu 1 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: bağışlama müqaviləsinin ləğvi, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh Seyidağa qızına, Lənkəran rayonu 1 saylı Dövlət Notariat ofisi və DƏDRX 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın bağışlanması müqaviləsindən i mtina edilməsi, həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi və daşınmaz əmlakın qeyri-qanuni sahiblikdən götürülməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)1459/2023 nömrəli iş üzrə 27 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 4 mart 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Lənkəran rayonu Kərgəlan kəndində yerləşən 0,16 ha torpaq sahəsi və üzərində inşa olunmuş fərdi yaşayış evi İddiaçı mülkiyyətində olmuşdur.

2. İddiaçı ilə Cavabdeh 5 oktyabr 2021-ci il tarixdə nikah bağlamışlar.

3. İddiaçı torpaq sahəsi və yaşayış evini xx.xx.2022-ci ildə notarial qaydada təsdiqlənmiş müqavilə əsasında Cavabd eh bağışlamışdır. Daşınmaz əmlak xx.xx.2022-ci ildə dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır.

4. Lənkəran Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikahın pozulması qət olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh Seyidağa qızına və Lənkəran rayonu 1 saylı Dövlət Notariat Ofisinə, DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran rayon 1 saylı Notariat Ofisində onun və Cavabdeh Seyidağa qızı tərəfindən imzalanmış 03 fevral 2022-ci il tarixli daşınmaz ‘əmlakın bağışlanması müqaviləsindən imtina edilməsi və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlar ın Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Cavabdeh Seyidağa qızının adına verilmiş Çıxarışın ləğv edilməsini, həmin evin və torpaq sahəsinin Cavabdeh Seyidağa qızının qeyri-qanuni sahibliyindən azad edilməklə ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə keçmiş arvadı Nəzakət vəfat etdiyindən, tək qalmaması üçün yenidən ailə qurmağa məcbur olmuşdur. Qohumların məsləhəti ilə qonşu Bəlləbur kəndində yaşayan Cavabdeh Seyidağa qızı ilə xx.xx.2021-ci il tarixdə evlənmişdir. Cavabdeh əvvəlki nikahından iki azyaşlı uşağı vardır. Bir müddət, yəni bir-iki ay mehriban dolanmış, həmin müddət ərzində o bir qadın, arvad kimi ona hörmət etmiş, qayğısına qalmışdır. O, hesab etmişdir ki, qal an ömrünü bu qadınla başa vuracaq, onun qayğısına qalacaq, qadın kimi onun təmizliyini görəcəkdir. Bu müddət ərzində cavabdeh şirin dilini işə salır, öhdəsinə düşən arvad öhdəliyini yerinə yetirir və həmişə ona demişdir ki, ondan başqa digər varisin yoxdur, ata-babadan və keçmiş arvaddan qalan evi, torpaq sahəni ona bağışlasın. Cavabdeh onu əmin etmişdir ki, ona qarşı həmişə mehriban olacaq, qayğısında daim qalacaqdır. Odur ki, onunla razılaşmışdır ki, mülkiyyətində olan, ümumi sahəsi 77 kv metr fərdi yaşayış evi və evin yerləşdiyi 0,16 ha torpaq sahəsini ona bağışlasın. Bağışlamadan öncə cavabdeh təkrarən ona söz vermişdir və inandırmışdır ki, öhdəsinə düşən bütün öhdəliklərini, əsasən ömrünün sonuna kimi ona sadiq qalacaq, ona hörmət edəcək, qayğısına qalacaqdır. Odur ki, qeyd etdiyi xüs usi mülkiyyətində olan daşınmaz əmlakını cavabdehə bağışlamaq üçün onunla birlikdə Lənkərann rayon Notariat ofisinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Qeyd etdiyi idarədə işləyən cavabdehin qohumu Azad adlı şəxsin səyi ilə lazımi sənədləri toplayıb, Lənkəran rayon 1 saylı Notariat ofisinə sənədləri təqdim etmişdir. Notariat kontoru mülkiyyətində olan ümumi sahəsi 77 kv metr olan fərdi yaşayış evini və evin yerləşdiyi 0,16 ha torpaq sahəsini 03 fevral 2022-ci il tarixli "Daşınmaz əmlakın bağışlaması" müqaviləsi əsasında Cavabdeh Seyidağa qızına bağışlamağını rəsmi şəkildə qeydə alınmışdır. Bağışlama müqaviləsindən dərhal sonra cavabdeh Daşınmaz Əmlakın Dövlət teyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinə sənədləri təqdim edib, ona bağış ladığı əmlakı öz adına keçirib, rəsmiləşdirmiş və bu barədə həmin əmlaka çıxarış almışdır. Cavabdeh ondan gizlətdiyinə görə həmin çıxarışın reyestr nömrəsi və tarixi ona məlum deyildir. Həmin sənədin surətini əldə etmək üçün Reyestr Xidmətinə və Notariat Kontoruna müraciət etsə belə, ona verməkdən imtina etmişlər. Cavabdeh ona mənsub olan daşınmaz əmlakı öz adına qeyd etdirdikdən sonra onun əsl üzünü görüb, hansı məqsədlə onunla ailə qurub evlənməyinə razı olduğunu başa düşmüşdür. Artıq bir aydan çoxdur ki, onlar ər-arvad kimi yaşamırlar. Onun bu hərəkətlərini ona qonşu olan qohumları eşidib, şahidi olublar. Cavabdeh ilə yaşamaq mümkün deyil, onun hərəkətlərinə dözə bilmir. Nikah qeydinin pozulması tələbi ilə Lənkəran Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh Seyidağa qızı onu aldatmış, aldatma yolu ilə ona məxsus olan mülkiyyətində olan daşınmaz əmlakını ələ keçirmiş, bağışlama müqaviləsi əsasında söz verdiyi öhdəliyinin icrasından əsassız olaraq imtina edir. Bu müddət ərzində dəfələrlə çalışmışdır ki, onu başa salsın, mehribançılıq pərdəsini aradan götürməsinlər, o, hətta ona qulaq asmaqdan çəkinir, evdən çıxardıb qovmaqla onu hədələyir.

7. Məhkəmə iclasında Cavabdeh Seyidağa qızı iddia tələbini qəbul etməyərək göstərmişdir ki, İddiaçı ilə nikaha girməmişdən əvvəl başqa bir şəxslə nikahda olmuş və onun həmin nikahdan iki övladı vardır. Əvvəlki nikahdan olan əri vəfat edikdən sonra Lənkəran rayonunun Bələbur kəndində valideynlərinə məxsus evdə yaşamış və fərdi əməklə məşğul olmuşdur. 2021-ci ildə iddiaçı ona elçi göndərərək onunla evlənmək istədiyini, onun uşaqlarına da öz övladları kimi baxacağına söz vermişdir. O, bir qədər fikirləşdikdən sonra iddiaçı ilə ailə qurmağa razılıq verərək 26 iyul 2021-ci il tarixdə iki uşağı ilə iddiaçının Lənkəran rayonu Kərgəlan kəndində yerləşən evinə köçərək ər-arvad kimi yaşamağa başlamışlar. Nikahlarını isə xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. O, iddiaçının evinə köçərkən ev şəraitsiz olmuş və o, öz vəsaiti hesabına evi təmir etdirərək yaşayış üçün yararlı vəziyyətə salmış, ev üçün otaqların pərdələrini, yataq mebel dəstini, iki çarpayı, karniz və s. almışdır. Həmin evin təmirinə təqribən 10000 manat pul xərcləmişdir. Həmin pulları dövlət tərəfindən uşaqlara ayrılmış sosial təminat pulu olmuşdur. O, iddiaçı ilə mehriban yaşamış, onun qayğısına qalmış, həyat yoldaşı kimi bütün vəzifələrini bu günkü günə kimi həyata keçirir. İddiaçı yaşlı adam olduğuna görə övladları olmasa da gələcəkdə qardaşları tərəfindən ona problem yaradılacağından ehtiyat etdiyini bildirərək xüsusi mülkiyyətində olan evi ona bağışlamaq istədiyini bildirmiş və o da etiraz etməmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə iddiaçı ilə Lənkəran rayon Notariat ofisinə gedəkək iddiaçının mülkiyyətində olan Lənkəran rayonunun Kərgəlan kəndində yerləşən ümumi sahəsi 77 kv metr olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,16 hektar torpaq sahəsinin ona bağışlanması barədə müqavilə bağlamışlar. Müqavilə bağlandıqdan sonra iddiaçı onu DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinə aparmış, oradan ona həmin evin onun mülkiyyətinə verilməsi barədə çıxarış almışdır. İddiaçı evi ona bağışlayarkən aralarında heç bir şərt olmamış və o, heç bir öhdəlik götürməmiş, evin ona bağışlamasını xahiş etməmiş, iddiaçı öz təşəbbüsü ilə evi ona bağışlamışdır. Son vaxtlar iddiaçı qohumu 15 yaşında olan Nişanə Əliyeva ilə evlənmək istədiyin bildirmiş, o iddiaçının zarafat etdiyini güman etmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, iddiaçı aralarında olan nikahın pozulması və bağışlama müqaviləsinin ləğv edilməsi barədə məhkəməyə müraciət etmişdir. O, iddia ərizəsində qeyd edilən ittihamları qəbul etmir, iddiaçı könüllü surətdə mülkiyyətində olan evi ona bağışlamış və o, iddiaçıya heç bir vəd verməmişdir. Hazırda da o, iddiaçı ilə bir evdə yaşayır, onun qayğısına qalır. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir.

8. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 12 sentyabr 20 22-ci il tarixli, 2(049)-1983/2022 nömrəli qətnaməsi ilə (hakim Mütəllim İsayev) iddia rədd edilmişdir.

9. Məhkəmə işin faktiki hallarına hüquqi qiymət verərək hesab etmişdir ki, tərəflər arasında olan mübahisə bağışlama müqaviləsi ilə əlaqədardır. Bağışlama müqaviləsinin məzmununa əsasən, həmin müqavilə cavabdeh tərəfindən hər hansı şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmiş, hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı hər hansı halların olması ilə şərtləndirilməmişdir. Konkret olaraq bağışlanılan əmlak barəsində cavabdehin hüquq və vəzifələrinin həyata keçirilməsi ilə bağlı hər hansı məhdudiyyətin olması müəyyən edilməmişdir.

10. Mübahisələndirilən bağışlama müqaviləsindən görünür ki, müqavilədə tərəflərin hüquq və vəzifələrinin əmələ gəlməs i baş verib-verməyəcəyi məlum olmayan hər hansı haldan asılı edilməmiş, bir sözlə bağışlama müqaviləsində cavabdeh iddiaçıya qarşı həmişə mehriban olacağı və daim qayğısına qalacağı öhdəliyini öz üzərinə götürməmişdir.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən bağışlama müqaviləsinin ləğv edilməsi və ya imtina edilməsi üçün qanunvercilikdə nəzərdə tutulan əsasların mövcudluğunu təsdiq edən hərhansı sübut məhkəməyə təqdim olunmamışdır.

12. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 328, 666.1, 668.1-668.1.5. 670.1, 670.3, 673.1-673.1.3 və 673.2-ci maddələrinə, Azərbaycan Respublikası Konistitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 6 70.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olounması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Məzmunu iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh ona qarşı qaldırdığı iddia ərizəsi və ona əlavə olunan sənədləri aldıqdan sonra evə gəlib təkrarən söyüb təhqir edərək, başına nə kimi oyunlar açacağı ilə hədələmiş, ilk sözü o olmuşdur ki, “artıq sən gecikmisən, özünə respublikada ad-san qazanmış vəkil məni müdafi ə edəcək və qələbə çalacaq”. Onun bu sözlərinə əhəmiyyət verməyib, məhkəmə haqqı-nahaqa verməyəcəkdir. Məhkəmə qanuni əsaslarla verdiyi iddia tələbinin rədd olunması barədə tamamilə əsassız bir qətnamə çıxarmışdır. Qətnamədən görünür ki, Cavabdeh Seyidağa qızı iddianı qəbul etməmiş, bağışlama müqaviləsi ilə əlaqədar üzərinə heç bir öhdəlik götürməmiş, evi öz adına keçirtdikdən sonra evdə 10 min manatlıq təmir işi görmüş, o, iddiaçı ilə mehriban yaşamış, qayğısına qalmış hal-hazırda da onunla mehriban yaşayır, paltarlarını yuyur, yeməyini bişirir və sair xidmətlər göstərir. Bütün bunlar absurddur. Çünki artıq 4-5 aydır ki, ər-arvad kimi yaşamırlar, ayrı-ayrı qazanlardan istifadə edirlər. Qətnamənin 6-cı səhifəsinin 2-ci abzasında qeyd edilir ki, mübahisələndirilən bağışlama müqaviləsindən g örünür ki, müqavilədə tərəflərin hüquq və vəzifələrinin əmələ gəlməsi baş verib-verməyəcəyi məlum olmayan hər hansı haldan asılı edilməmiş, bir sözlə bağışlama müqaviləsində cavabdeh iddiaçıya qarşı həmişə mehriban olacağı və daim qayğısına qalacağı öhdəliyini öz üzərinə götürməmişdir. Məhkəmə cavabdehin öz üzərinə ölən günə kimi ona baxacağı, qayğı göstərəcəyi öhdəliyini üzərinə götürmədiyi qənaətinə gəlmişdir. Məhkəmə həmin qətnaməni çıxarmaqla "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673-cü maddəsi və eyni zamanda 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair" 19 dekabr 2012-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun qərarında təsbit olunan maddi hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmənin cavabdehin bağışlama müqaviləsi ilə əlaqədar öz üzərinə hər h ansı bir öhdəlik götürməməsini səsləndirməsini əsas götürərək, iddia tələbini rədd etməsi qanunsuz və əsassızdır. Qətnaməni alan cavabdeh tərəf ondan ruhlanaraq artıq ona bağışlanmış daşınmaz əmlakın satışı ilə maraqlanır, evi və torpaq sahənin satılması üçün müştəri axtarır. Məqsədi əmlakı sataraq puluna Lənkəran şəhərində və ya Bakı şəhərində özünə ev almaqdır. Evi satmaqdan ötrü hətta qapıya "Ev satılır" və telefon nömrəsini qeyd etməklə elan yapışdırmışdır. Qeyd etdiyi kimi cavabdeh öz üzərinə götürmüş olduğu öhdəliyini əsassız olaraq icra etməkdən imtina etdiyinə görə 03 fevral 2022-ci il tarixdə notariat kontorunda bağlanan daşınmaz əmlakın bağışlama müqaviləsindən imtina etməsi barədə məhkəmədə iddia qaldırmışdır. Müqavilədən imtina etməsinə baxmayaraq özünə məxsus olmuş fərdi yaş ayış evində ayrıayrı otaqda yaşamalı oldular.

17. Şirvan Apellyasiya instansiyası məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(106)-195/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Tale Kərimov (sədrlik edən və məruzəçi), Tofiq Heydərov və Cahid İmanov) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək iddianın təmin olunması, İddiaçı bağışlamadan imtinasının qəbul edilməsi, Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0,16 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunan ümumi sahəsi 77 kv metr olan fərdi yaşayış evin bağışlanmasına dair İddiaçı ilə Cavabdeh arasında 03 fevral 2022-ci il tarixdə bağlanmış “Da şınmaz əmlakın bağışlanması” müqaviləsi və onun əsasında Cavabdeh adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 23 fevral 2022-ci il tarixdə verilmiş ********** qeydiyyat, **********23-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi, həmin əmlak üzərində İddiaçı hüquqlarının bərpa edilməsi, Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0,16 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunan ümumi sahəsi 77 kv metr olan fərdi yaşayış evinin Cavabdeh sahibliyindən azad edilməklə, İddiaçı oğuna təhvil verilməsi qət olunmuşdur.

18. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, tərəflər arasında yaranan mübahisə məhz bağışlamanın öhdəliklə şərtləndirilib - şərtləndirilməsini müəyyən etməklə həllini tapmalıdır. Bağışlamanın isə öhdəliklə şərtləndirildiyi işin faktiki hallarından savayı, cavabdehin apellyasiya baxışı zamanı verdiyi izahatı ilə təsdiqini tapır. Belə ki, cavabdeh izahatında göstərir; "Həmin vaxt Vahab ona yalvarırdı ki, gəl bir ailə kimi yaşayaq, mənə qulluq et, mən də sənə evimi bağışlayacam. 2022-ci ilin mart ayına qədər iddiaçı ilə münasibətləri bir ailə kimi yaxşı olub. İddiaçı onu məhkəməyə verənə qədər hər şey yaxşı olub".

19. Tərəflər arasında bağlanmış bağışlama müqaviləsində bağışlamanın hər hansı bir şərtlə həyata keçirildiyi qeyd olunmasa da, işin müəyyən olunan faktiki hallarından və tərəflərin izahatlarından hədiyyə verənin əmlakını bağışlamaqda əsil niyyətinin hədiyyə alanın daim onun qayğısına qalacağı müqabilində hədiyyə predmeti ilə hədiyyə alanın əvəzsiz zənginləşdirilməsi olm uşdur. Hədiyyə alan isə hədiyyəni qəbul edənədək hədiyyə verəni bağışlama müqabilində üzərinə götürdüyü öhdəliyi icra edəcəyinə inandırmışdır. Lakin sonrakı mərhələdə hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin barəsində kobudcasına pozmuş, bağışlama ilə bağlı öhdəliklərini əsassız olaraq icra etməkdən yayınmış, nəticədə ailə münasibətlərinə xitam verilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hədiyyə verən (iddiaçı) hədiyyə alanın (cavabdeh) onun qayğısına daim qalacağı müqabilində mülkiyyətində olan daşınmaz əmlakını hədiyya alana bağışlasa da, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin barəsində kobudcasına pozduğundan, bağışlama ilə bağlı öhdəliklərini əsassız olaraq icra etmədiyindən, hədiyyə verənin hazırki tələblə məhkəmədə iddia qaldırmağa haqqı vardır və qeyd edilən hal Mülki Məcəllənin 673.1-ci maddəsi baxımından hədiyyə alanın hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.

21. Apellyasiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 397.1, 397.3, 404.1, 404.2, 666.1, 668.1-668.1.5, 670.1, 670.3, 673.1-673.1.3 və 416.2-ci maddələrinə, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konistitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli qərarına, MPM-nin 4.1, 14.1, 14.2, 77.1, 88, 119.1, 384.0.2 və 385.1-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiya məhkəməsində birinci icraat

22. Cavabdeh (Vəkil2) kassasiya şikayə ti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının yaxın qohumlarının məhkəmədə şahid qismində verdikləri izahatlarını qətnamədə qeyd etməməklə və iddiaçı ilə aralarında yaranmış mübahisənin onların hüquqlarını pozmamasını və bağlanılmış bağışlama müqaviləsinin Mülki Məcəllənin tələblərinə uyğun olmaqla notarial qaydada təsdiqləndiyini və müqavilə bağlanan zaman hər hansı bir qeyd, şərt və öhdəliyin qoyulmaması hallarını araşdırmamış, müqavilədə nəzərdə tutulmayan öhdəliyə əməl olunmamasını göstərməklə məhkəmə özünün mülahizəsi əsasında qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

24. Bundan başqa, məhkəmə əsassız olaraq qeyd et mişdir ki, məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etdiyini göstərmişdir. Bu hal ona qətnaməni alan zaman məlum olduqdan sonra dəfələrlə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək məhkəmə iclasının video görüntüsünü və ya tərəflərin verdiyi izahatların səs yazılarının ona təqdim edilməsini xahiş etsə də, məhkəmə bunu təmin etməmişdir.

25. Həmçinin, məhkəmə Mülki Məcəllənin 670.3 və 670.4-cü maddələrinin tələblərini kobud surətdə pozmaqla müqavilənin özündə heç bir qeyd və şərt olmadığı halda guya cavabdeh tərəfindən öhdəliyin icra edilməməsini göstərmişdir.

26. Digər tərəfdən, məhkəmə qətnaməsini əsaslandırarkən istinad etdiyi Mülki Məcəllənin 404-cü maddəsinin tələblərini pozmaqla söz və ifadələrə hərfi mənada yanaşmış, qeyd olunan hallara dair heç bir araşdırm a aparmamışdır. Belə ki, tərəflər arasında bağlanmış bağışlama müqaviləsində bağışlamanın hər hansı bir şərtlə həyata keçirildiyi qeyd olunmasa da, məhkəmə iddiaçının bağışlamaqda əsil niyyətinin hədiyyə alanın daim onun qayğısına qalacağı müqabilində hədiyyə predmeti ilə hədiyyə alanın əvəzsiz zənginləşdirilməsi olması, hədiyyə alan isə hədiyyəni qəbul edənədək hədiyyə verəni bağışlama müqabilində üzərinə götürdüyü öhdəliyi icra edəcəyinə inandırması qənaətinə gəlmiş, sonrakı mərhələdə hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin barəsində kobudcasına pozması, bağışlama ilə bağlı öhdəliklərini əsassız olaraq icra etməkdən yayınması, nəticədə ailə münasibətlərinə xitam verilməsi kimi əsassız qənaətə gəlmişdir.

27. Bundan əlavə, iddiaçı tə rəfin iddia ərizəsi və apellyasiya şikayətində göstərdikləri tamamilə yalan və uydurmadır. Apellyasiya məhkəməsi isə kifayət qədər ziddiyyətli olan məqamlara nəinki hüquqi qiymət verməmiş, həmçinin, həmin hallara dair heç bir münasibət bildirməmişdir. Halbuki, həmin hal araşdırılmış olsa idi, iddia tələbinin rəddi barədə qətnamə qəbul edilmiş olardı.

28. Eyni zamanda, iddiaçı tələbini əsaslandırmaq üçün istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə olan halda, iddiaçının bu formada izahatı inandırıcı deyildir. Bütün bunlara görə, iddiaçı tərəfindən izahatının işin mübahisələndirilən halına dair hissəsi həqiqi sayılmamalı və mötəbər sübut kimi qəbul edilməməli idi.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 12 iyul 2023-cü il tari xli, 2(102)-2662/2023 saylı qərarı ilə (hakimlər Zaur Əliyev (sədrlik edən və məruzəçi), Aqil Abbasov və Vidadi Məmmədov) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-195/2023 nömrəli iş üzrə 22 fevral 2023-cü il tarixli qətnaməsin ləğv edilərək iş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

30. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya məhkəməsi tərəflər arasında bağışlamanın öhdəliklə şərtləndirildiyini bildirsə də, notarial qaydada təsdiqlənmiş yazılı müqavilənin məzmununda belə bir şərtin nəzərdə tutulmadığı müəyyən edilir. Məhkəmə həmin şərtin hansı hüquqi əsasla müqavilənin tərkib hissəsi sayması, ona riayət edilməməsinin bağışlamadan imtinaya səbəb olmasını əsaslandırm amışdır.

31. Məhkəmə kollegiyası hesab etmişdir ki, müqavilənin mühüm şərti sayılan öhdəlik qanunla müəyyən edilmiş formada tərtib olunan əqdin məzmununda əks olunmadığı təqdirdə, məhkəmə tərəfin izahatına əsasən belə şərtlə müqavilə bağlanması nəticəsinə gələ bilməz. Ona görə də müqavilənin ləğv edilməsi əsası kimi hüquqi baxımdan mövcud olmayan bir şərtin pozulmasına istinad olunması yolverilməzdir.

32. Ali Məhkəmə onu da qeyd etmişdir ki, bağışlama müqaviləsində xüsusi olaraq göstərilməsə belə, hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozması hədiyyə verənin bağışlamaqdan imtina etməsi əsaslarından biridir. Bu hədiyyə alanın müqavilədən deyil, qanundan irəli gələn öh dəliyidir.

33. Bu qaydanın formal mülahizələrlə tətbiq edilməsi qanuni əsaslarla hədiyyə almış şəxsin mülki hüquqlarının əsassız şəkildə məhdudlaşdırılmasına gətirib çıxara bilər. Belə nəticə hüquq normasının məqsədinə də uyğun deyil. Ona görə də, həmin əsasla bağışlamadan imtinanın qəbul edilməsi üçün ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələrin nədən ibarət olması ailə qanunvericiliyi əsasında dəqiq müəyyənləşdirilməli, həmin vəzifələr üzrə konkret olaraq hansı öhdəliyin yerinə yetirilmədiyi aydınlaşdırılmalı, özü də pozuntunun kobud olduğu qənaətinə gəlinməlidir. Bu halları sübut etmək yükü isə bağışlamadan imtina edən tərəfin üzərinə düşür.

34. Ali Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1, 324.1, 324.2, 389.1, 405.1, 406.1, 666.1, 670.1, 673.1-ci maddələrinə istinad etmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

35. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Zaur Allahyarov (sədrlik edən və məruzəçi), Pərviz Əhmədov və Samir Mayılov) 2(106)1459/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

36. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir ki, bağışlama müqaviləsində tərəflərin hüquq və vəzifələrinin əmələ gəlməsi hər hansı haldan asılı edilməmiş, həmçinin bağışlamadan imtinaya əsas verən hallar aşkar olunmamışdır.

37. Apellyasiya şikayətinin Cavabdeh Seyidağa qızının bağış lama ilə bağlı öhdəliklərini icra etməməsi dəlili ilə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, iş materialarından göründüyü kimi, iddiaçı mülkiyyətində olan torpaq sahəsini və evi Cavabdeh Seyidağa qızına bağışlamanı hansısa bir şərtdən və ya öhdəlikdən asılı etməmişdir. Bağışlamanın hansısa bir şərtdən və ya öhdəlikdən asılı edildiyi iddia olunduqda, tərəflər arasında belə bir şərtin razılaşdırıldığı sübuta yetirilməlidir. Odur ki, daşınmaz əşyanın bağışlanması müqaviləsinin hansısa öhdəliyin icrası şərtilə bağlandığı iddia olunduqda, bu mühüm şərtin qanunla nəzərdə tutulmuş formada – notarial qaydada təsdiqlənmiş yazılı müqavilədə qeyd olunması zəruridir.

38. Apellyasiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış bağışlama müqaviləsində belə bir şərt qeyd olunmamışdır. Müqavilənin mühüm şərti sayılan öhdəlik qanunla müəyyən edilmiş formada tərtib edilən əqdin məzmununda qeyd olunmamışdır. Odur ki, müqavilənin ləğv edilmə əsası kimi hüquqi baxımdan mövcud olmayan bir şərtin pozulmasına istinad olunması yolverilməzdir. Həmin əsasla bağışlamadan imtinanın qəbul edilməsi üçün hədiyyə alanın hədiyyə verənin qayğısına qalmaq öhdəliyini yerinə yetirilməməsini sübut etmək yükü bağışlamadan imtina edən tərəfin - iddiaçının üzərinə düşür.

39. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Mülki Məcəllənin 144.1, 324.1, 324.2, 389.1, 405.1, 406.1, 390.1, 666.1, 670.1 və 673.1-ci maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 27-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı il ə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimat”ın 6-cı hissəsinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə istinadla əsaslandırmışdır. d) Kassasiya instansiya məhkəməsindəki ikinci icraat

40. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

41. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi real faktların heç birini nəzərə almadan cavabdeh və onun vəkilinin məhkəmələrdə söylədikləri fikirlərə “bağışlamadan sonra evin təmirinə 10000 manat pul xərclədiyini, Vahab ona söz verib ki bir ailə kimi yaşayaq, mənə qulluq et əvəzində evimi sənə bağışlayır am, həmişə mehriban olmuşuq, hazırda da bir evdə yaşayırıq, bütün bu narazılıqları yaradan 15 yaşda olan Nişana adlı qızla 72 yaşında olan Vahabla evlənmək və sair” absurd fərziyyələrə əsaslanmaqla iddiamın rədd olunması qənaətinə gəlib ədalətsiz qətnamə çıxarmış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, qanunvericiliyin tələbinə uyğun olaraq əvvələcə iddiaçı və onun nümayəndəsinə, sonra cavabdeh və onun nümayəndəsinə çıxış üçün söz vermək əvəzinə, qanunvericiliyin tələbini pozaraq ilkin olaraq cavabdeh və onun vəkilinə söz vermiş, xx.xx.2023-cü il tarixli iclas protokolu və iclasın keçirilməsinə dair video çəkilişlə tanış olub qeydlər aparmaq məqsədi ilə verdikləri sorğuya cavab verməmiş, Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1- ci maddələrinin şərh edilməsinə dair xx.xx.2012-ci il tarixli qərarını formal olaraq sadalamış, həmin qərarda qeyd olunan şərtlərin izahından belə yan keçməsini asan yol kimi seçməli olmuşdur. Məhkəmələrin belə bir mövqeydə işə yanaşması yanlış bir yanaşmadır.

42. Həmçinin, apellyasiya məhkəməsi qətnaməni qəbul edərkən qanunvericiliyin bir sıra normalarına istinad etsə belə, onu düzgün olmayaraq Cavabdeh Seyidağa qızının xeyrinə tətbiq etmiş, həmçinin MPM-nin 420-ci maddəsinin tələbini pozaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 iyul 2023-cü il tarixli, 2(102)2662/2023 nömrəli qərarında qeyd olunanları demək olar ki, yoxlamamış, sadəcə olaraq 20-30-dəqiqə ərzində işə baxıb əsassız bir qətnamənin çıxarılmasına rəvac vermişdir.

43. Bundan başqa, məhkəmələr iddiaç ının iddia ərizəsində maraqlı şəxs qismində qeyd etdiyi 1 saylı Notariat ofisinin xüsusi notariusunun və DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsinin məhkəmə baxışlarında iştirak etməsi üçün heç bir tədbir görmədən onların iştirakı olmadan mülki işə baxmağa qərar verməklə kifayətlənməli olmuşlar. Bu doğrudur ki, qeyd olunan notariat hərəkətləri icra olunan zaman iddiaçı hüquqi cəhətdən məlumatsız olmasa idi, notarius tərəfindən iddiaçıya hüquq və vəzifələri izah olunsaydı və həmçinin gələcəkdə hər hansı bir ziyanla üzləşəcəyi izah olunsaydı mülkiyyətində olan daşınmaz əmlakı Cavabdeh Seyidağa qızına bağışlamaq haqqında müqavilə bağlayan zaman, müqavilədə onun üzərinə götürmüş olduğu öhdəliyi, yəni ömrünün sonuna kimi iddiaçıya qayğı göstərib baxacağı barədə qeydlərini verərd i və həmin müqavilədə öz təsdiqini tapardı. Bağışlama müqaviləsi bağlanmamışdan öncə cavabdeh razılaşmışdı ki, ömrümün sonuna kimi iddiaçının qayğısına qalıb, ona baxacaqdır. Cavabdeh iddiaçının həmin bu şərtini qəbul etmiş, bu səbəbdən də notariusu gedib qeyd olunan müqaviləni imzalamışdır. e) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

44. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq İnsan Hüquqlarının və X2 X1:

45. Maddə 6, hissə.

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyası:

46. Maddə 60, hissə

1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

47. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.

48. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

49. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

50. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

51. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razıl ığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

52. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

53. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əg ər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

54. Maddə 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər.

55. Maddə 673.1. Hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. 56. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0 və 8.0.3-cü bəndinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ü mumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

60. Maddə 217.1. Mə hkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

61. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

64. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü m addəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

65. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

66. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırıl mış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

67. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

68. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

69. İddiaçının kassasiya şikayətinin dəlilləri aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman, həm də apellyasiya şikayətində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmış, iş üzrə Ali Məhkəmə Mülki kollegiyasının əvvəlki qərarındakı göstərişlərə əməl olunmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.

70. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

71. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilm əsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1459/2023 nömrəli iş üzrə 27 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar