Məhkəmə qərarları › İş №2(102)-5031/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5031/2022

25.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5031/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Səttar qızının cavabdehlər Cavabdeh2 və Cavabdeh1a qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sağlamlığa vurulmuş zərərin (maddi və mənəvi) əvəzinin ödənilməsi, sübutetmə yükü, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Səttar qızının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC Avrasiya Hospitalına qarşı (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) maddi və mənə vi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2977/2022 nömrəli, 25 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 25 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2019-cu il tarixdə Cavabdeh1 MMC Avrasiya Hospitalında (bundan sonra – birinci cavabdeh və ya Hospital) həkim Cavabdeh2 (bundan sonra – ikinci cavabdeh və ya həkim) tərəfindən İddiaçı Səttar qızına “Üzün yuxarı və orta nahiyəsinin alt göz qapaqlarının estetik deformasiyası. Alt göz qapaqlarının ekrtopionu” diaqnozu qoyulmuş və həmin gün üzərində “Üzün yuxarı və orta hissəsinin liftinqi, üst blefaroplastika kant opexiya lipofilinqi” əməliyyatı icra edilmişdir.

2. Bundan sonra iddiaçı, sağ gözdə şişkinlikdən, ağrıdan və sulanma barədə şikayətlərlə Türkiyə Cümhuriyyətində “X2 Kompleksi”nə müraciət etmiş, müvafiq müayinələr nəticəsində ona “Lakrimal bezin digər pozğunluqları. Konyuktivit. Göz qapağının digər pozğunluqları. Blefaroşalazis. Keratit. Laqoftalm” diaqnozu təyin edilmiş, xx.xx.2019-cu il tarixdə “Göz qapağı dəri defektlərinin rekonstruksiyası” cərrahiyyə əməliyyatı icra edilmiş və xx.xx.2019-cu il tarixdə evə buraxılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 3560 manat maddi zərərin, Türkiyə Respublikasında müalicə üçün ödənilmiş 15.000 ABŞ dolları (manat məzənnəsi ilə) xərcin, 50.000 manat mənəvi zərərin, 210 manat vəkil xərcinin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə səhər saatlarında əməliyyat üçün Gömrük Hospitalına gəlməsini bildirmiş, lakin 1 gün qalmış köməkçisi Könül zəng edərək, əməliyyat üçün Avrasiya Hospitalına gəlməsini bildirmişdir. xx.xx.2019-cu il tarixdə saat 7-də Avrasiya Hospitalına 8560 manat ödəmiş, lakin ona heç bir qəbz verilmədən 6-cı mərtəbədə yerləşən əməliyyat otağında həkimin onu gözlədiyi bildirilmişdir. Əməliyyat 6 saat davam etmiş, həkim düzgün əməliyyat etmədiyi üçün 4 gün hospitalda qalmış, buna görə əlavə olaraq 500 manat ödəmişdir. Xəstəxanadan çıxdıqdan sonra vəziyyəti daha da ağırlaşmış, göz nahiyəsində şiddətli ağrılar başlamış, ağrılara dözə bilmədiyi üçün hər gün həkimi axtarmış, lakin köməkçisi xaricdə ezamiyyətdə olduğunu bildirmişdir. Əməliyyat nəticəsində gözü qapanmamış və göz ətrafında yaralar əmələ gəlmiş, hətta gecələr yatarkən göz qapağı tam bağlanmamış, ona görə də gözüaçıq yatmalı olmuş, görmə qabiliyyəti zəifləmiş, kəllə sümüyünə dəmirlər taxıldığı üçün vəziyyəti daha da ağırlaşmışdır. Həkimi tapa bilmədiyi üçün köməkçisi Könülü evə çağırmış, mart ayının əvvəllərində köməkçisi vəziyyətinin daha da ağırlaşdığını görüb bu barədə həkimə bildirmiş, bundan sonra həkim səhəri gün Avrasiya Hospitalına gəlməyini bildirmişdir. İddiaçı hospitala getmiş, həkim ondan şikayət verməsini istəmədiyindən gözü qapanmadığı üçün həmin gün onu yenidən əməliyyat e tmiş, gözünün üst qapağından kəsib alt qapağına tikmişdir.Lakin bu əməliyyatdan sonra da gözləri qapanmamış, yenə şiddətli ağrılar baş vermişdir. Bu ağrılara dözə bilməyib,dəfələrlə Briz klinikasının və Dobromed klinikasının həkimlərinə müraciət etmişdir. Həmin həkimlərin birmənalı rəyinə əsasən Avrasiya Hospitalında əməliyyatı səhv aparıldığı üçün görmə qabiliyyətinə zərər yetirilmişdir. Vəziyyəti daha da ağırlaşdığından xx.xx.2019-cu ildə İstanbul şəhərində yerləşən “X3 Hastanesi Mərkəzi” klinikasında müayinə olmuş və həkimlər üzərində aparılan əməliyyatın tamamilə yanlış olduğunu, lakin təzə olduğu üçün iki ay sonra əməliyyat edə biləcəklərini bildirmişlər.Buna görə də, mart ayının 15-də Bakıya qayıtmış, lakin gözünün şiddətli ağrılarına, sulanmasına dözə bilmədiyi və gözü qapanmadığı üçün martın 23-də yenidən Türkiyəyə getmiş, aprelin 2-də adı çəkilən klinikada əməliyyat olunmuş, gözü qapanmadığı üçün qulaq nahiyəsindən dəri kəsilib göz nahiyəsinə tikilmişdir. Həmin klinikada müalicə və əməliyyat üçün 15.000 dollardan çox pul xərcləmişdir. Türkiyəyə getməmişdən əvvəl əri Adil Rəhimov və yeznəsi Natiq Həsənov cavabdehlərlə danışıqlar aparmış və hospitala ödədiyi puldan 7500 manatı qaytarmışlar. Lakin bu məbləğ onun Türkiyədə müalicə üçün çəkdiyi və bundan sonra çəkəcəyi xərcləri ödəmir, maddi və mənəvi zərərin ödənilməsi üçün kifayət etmir, hazırda müalicəsi davam edir, daimi olaraq müalicə üçün Türkiyəyə gedir. Hazırda ona dəymiş maddi ziyan 3560 (cavabdehlər tərəfindən 7500 manat ona qaytarılmışdır) manat və Türkiyədə əməliyyat olunmaq üçün çəkdiyixərc üçün 15.000 AB Ş dolları məbləğindədir, dəymiş mənəvi ziyana görə isə 50.000 manat ödənilməsi ağlabatandır.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-274/2020 nömrəli, 08 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Musayeva) iddia rədd olunmuşdur.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı səhhətində yaranan problemlərin həkim tərəfindən əməliyyatın düzgün icra edilməməsi nəticəsində yaranmasına istinad etsə də, məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən məlum olmuşdur ki, Hospitalda iddiaçıya “Üzün yuxarı və orta nahiyəsinin, alt göz qapaqlarının estetik deformasiyası. Alt göz qapaqlarının ektropionu” diaqnozu düzgün təyin edilmiş, onun üzərində “Üzün yuxarı və orta hissəsinin liftinqi, üst blefaroplasti ka kantopexiya lipofılinqi” cərrahiyyə əməliyyatı diaqnoza uyğun şəkildə, taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Hal-hazırda iddiaçıda müşahidə edilən əməliyyatdan sonrakı dəyişikliklər isə iddiaçının yaşından və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq yaranmış və bu tip estetik əməliyyatlarda rast gəlinən hallardandır. Odur ki, həkim tərəfindən cərrahiyyə əməliyyatının düzgün icra edilmədiyi öz təsdiqini tapmadığından və əməliyyatdan sonrakı dövrdə iddiaçının xarici görünüşündə və sağlamlığında yaranmış dəyişikliklərlə qeyd edilən əməliyyat arasında hər hansı səbəbli əlaqənin mövcudluğu müəyyən edilmədiyindən iddia əsassızdır.

7. Birinci instansiya məhkəməsi tərəfindən, iddiaçının onunla müqavilə bağlanmadan əməliyyata alınması, həmçinin əməliyyatın keçirilməsi üçün iddiaçı tərəfindən ödənilmiş pulun Hospitalın hesabına rəsmi qaydada mədaxil edilməsini və sonradan bu pulun klinika tərəfindən ona qaytarılmasını təsdiq edən sənədlərin olmaması, iddiaçının keçirdiyi əməliyyat barədə (xəstəlik tarixi, əməliyyatdan sonrakı vəziyyəti, müayinələrin nəticəsi və s.) zəruri sənədlərin tərtib edilməməsi, eyni zamanda həkimin iddiaçının üzərində plastik cərrahiyyə əməliyyatı keçirərkən plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti ilə məşğul olması üçün sertifikasiya şəhadətnaməsinin mövcud olmaması faktları ilə əlaqədar Hospitalın məsul şəxslərinin və həkimin əməllərinin araşdırılması və hüquqi qiymət verilməsi üçün eyni tarixli xüsusi qərardad çıxarılmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

8. İddiaçı apellyasiya şikayət i verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir.

9. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə ekspert rəyinə istinad etsə də, həmin rəydə verilmiş suallarla cavablar ziddiyyətli olmuş, suallara tam və hərtərəfli cavablar verilməmiş, rəyi vermiş ekspertlər məhkəmə iclasına dəvət olunsalar da, iclaslara gəlməmiş, məhkəmə tərəfindən onların iştirakının təmin olunması üçün qəti tədbirlər görülməmiş, təkrar ekspertiza təyin olunsa da, bu barədə qəbul edilmiş qərar məhkəməyə və iddiaçıya göndərilmiş bir-birinə zidd iki məktubla icra edilmədən geri qaytarılmışdır. Eyni zamanda, iddiaçı üzərində sözügedən əməliyyatı icra edərkən həkimin buna səlahiyyəti olmamış, praktik tibb fəaliyyəti ilə məşğul olması üçün sertifikasiyadan keç məmiş, müvafiq lisenziyanı əməliyyatdan 6 ay sonra almışdır.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər -R.Eyvazov (sədrlik edən və məruzəçi),F.Talışınski və Ş.Məmmədova) 2(103)-731/2021 nömrəli, 29 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüquqlara malik olsa da, məhkəmə baxışı zamanı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. İşdə olan sübutlardan, həmçinin ekspertiza rəylərindən iddiaçı üzər ində aparılmış cərrahiyyə əməliyyatı ilə bağlı diaqnozun düzgün qoyulması, əməliyyata əks göstərişin olmaması, əməliyyatın taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməsi, əməliyyatdan sonrakı dövrdə yaranmış dəyişikliklərin pasientin yaşından və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq post-operativ çapıq toxumasının formalaşması ilə əlaqədar meydana çıxması, cərrahiyyə əməliyyatından sonra patoloji dəyişikliklərin orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq bu tip estetik əməliyyatlarda rast gəlinən hallardan olması və s. müəyyən edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

12. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş et mişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər – A.Abbasov (sədrlik edən və məruzəçi) E.Vəliyeva və E.Şamayev) 2(102)-316/2022 nömrəli, 14 fevral 2022-ci tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin 29 iyun 2021-cil il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.

14. Kassasiya instansiya məhkəməsinin göstərişləri ondan ibarət olmuşdur ki, iddiaçı iddia tələbinin əsası kimi, əməliyyatdan sonra onun Hospitalda həm həkim tərəfindən, həm də İstanbul şəhərində təkrar əməliyyat olunmasına, cavabdehlər tərəfindən 7500 manatın qaytarılmasına istinad etmiş, hətta İstanbul şəhərində təkrar müayinə və əməliyyatı ilə bağlı müvafiq tibbi sənədləri də əlavə etmişdir. İşə mahiyyəti üzrə baxan məhkəmələr iddiaçının istinad etdiyi bu hallar; və təqdim etdiyi sənədlərlə bağlı hər hansı araşdırma aparmamış, iddiaçının əməliyyatdan sonra təkrar iki dəfə əməliyyat olunmasının hansı zərurətdən doğmasına, cavabdehlərin iddiaçıya pul qaytarıbqaytarmamasına aydınlıq gətirməmiş, pulun qaytarıldığı halda, bunun səbəblərini (cavabdehlərin təqsirini etiraf etmələri baxımından) araşdırmamış, yalnız ekspert rəyinə istinad etmiş, həmin rəyi də prosessual qanunvericiliyin tələbinə uyğun qiymətləndirməmişlər.

15. Birinci instansiya məhkəməsinin iddianı əməliyyatı icra etmiş həkimə münasibətdə rədd edərkən bir tərəfdən həkimin klinikada əmək funksiyalarını yerinə yetirməsi, bir tərəfdən də xidmət müqaviləsinə əsasən klinikanın tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına nəzarəti altınd a fəaliyyət göstərməsi barədə gəldiyi nəticə ziddiyyətli olmuşdur. Əmək funksiyaları əmək müqaviləsinə əsaslandığı halda, xidmət müqaviləsi mülki hüquqi əqd olub, əmək müqaviləsində nəzərdə tutulan əmək funksiyalarını özündə ehtiva etmir. Bundan başqa, birinci instansiya məhkəməsinin işin bu halını nə ilə müəyyən etməsi də işdən görünmür, çünki bu barədə nəinki hər hansı sübut araşdırılıb, hətta cavabdehlərin buna münasibəti belə öyrənilməyib. Apellyasiya şikayətinin bir dəlili bu barədə olsa da, apellyasiya məhkəməsi də bu məsələyə aydınlıq gətirməmişdir.

16. Eyni zamanda, birinci instansiya məhkəməsi araşdırmanın nəticəsi olaraq həm Hospitalın istər iddiaçıdan alınan və qaytarılan məbləğlərə dair maliyyə, istərsə də, iddiaçının hospitalda əməliyyatı ilə bağlı tibbi sənədlərin tərtib edil məməsi, həm də həkimin əməliyyat zamanı müvafiq sertifikasiyadan keçməməsi faktı ilə bağlı xüsusi qərardad çıxarsa da, sonda iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməməsinə istinad etməsi ziddiyyətli nəticədir. Üstəlik, nəzərə alınmalıdır ki, məhkəmələrin istinad etdiyi Mülki Məcəllənin 1112-ci maddəsində nəzərdə tutulmuş “zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir” ifadəsi zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirmək yükünü tibb müəssisəsinin üzərinə qoyur.

17. Həmçinin, işin müəyyən edilmiş hallarına görə, həkim plastik cərrahiyyə əməliyyatı aparmaq üçün müvafiq sertifikasiyadan iddiaçını əməliyyat etdikdən sonra keçsə də, işin bununla bağlı digər halları – sertifikasiyadan keçməyən həkimin müvafiq (məhz iddiaçının üzərində keçirilən) əməliyyatı keçirməyə səlahiyyətinin olub-olmaması araşdırılmamışdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

18. İşin yeni apellyasiya baxışında məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş və nümayəndəsi izahatında bildirmişdir ki, həkim ixtisası üzrə bakalavr pilləsini bitirdikdən sonra ixtisaslaşmaq üçün rezidentura təhsili alınmalıdır. 2011-ci ildən sertifikasiya barədə qərar qüvvəyə mindikdən sonra həkimlər fəaliyyət göstərmək üçün sertifikasiya imtahanından keçməlidirlər. Cavabdeh 2001-ci ildə Universiteti bitirmiş, lakin 2011-ci ildə sertifikasiya imtanından keçməmişdir. Sonuncu xx.xx.2019-cu il tarixdə sertifikasiyadan keçm iş, həmin vaxtadək əməliyyat etmək səlahiyyəti olmamışdır.

19. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 06 may 2022-ci il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 108 nömrəli qərarı ilə təsdiq olunmuş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”na uyğun olaraq ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş səhiyyə mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən 5 il müddətində sertifikasiyadan keçmirlər. Bu baxımdan, həkim-plastik cər rah ixtisasını təsdiq edən sənədin verildiyi gündən 5 il müddətində sertifikasiya şəhadətnaməsi olmadan “Üzün yuxarı və orta hissəsinin liftinqi, üst blefaroplastika kantopesiya lipofilinqi” əməliyyatını icra edə bilər.

20. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-2977/2022 nömrəli, 25 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Babayev (sədrlik edən və məruzəçi), E.Həsənov və X.Mərdanova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, cavabdeh Hospitaldan maddi ziyana görə 13.968 manat, mənəvi ziyana görə 2000 manat olmaqla, ümumilikdə 15.968 manat alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, həkim, iddiaçının üzərində plastik cərrahiyyə əməliyyatını xx.xx.2019-cu il tarixdə aparmış, plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti ilə məşğul olması üçün isə xx.xx.2019-cu il tarixdə sertifikasiyadan keçmişdir. Göründüyü kimi, iddiaçının üzərində plastik cərrahiyyə əməliyyatı aparan zamanı həkimin bu tip əməliyyatı həyata keçirmək üçün sertifikatı (icazəsi) olmamışdır. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 46 və 49-1-ci maddələrinə əsasən isə, həkimin serfitakı olmadan bu tip əməliyyatı aparmaq səlahiyyəti olmamışdır.

22. Həmçinin, müəyyən edilmişdir ki, Hospital əməliyyatdan sonra əməliyyata görə ödənilmiş pulun 7500 manatını qaytarmışdlr. Həmçinin, iddiaçı İstanbul şəhərində təkrar müayinə və əməliyyatı ilə bağlı müvafiq tibbi və digər xərcləri ilə bağlı sənədləri də əlavə etmişdi r.

23. Qeyd olunanlara əsasən, Kollegiya belə qənaətə gəlmişdir ki, həkim qanunvericiliklə nəzərdə tutulmuş qaydada səlahiyyəti olmadan plastik cərrahiyyə əməliyyatı aparmış və iddiaçının səhhətinə faktiki olaraq ziyan dəymişdir. Sadalanan hallar cavabdeh tərəfindən iddiaçıya maddi və mənəvi zərərin vurulmasını təsdiq edir, iddiaçı da bu zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnu, cavabdehdə isə zərərin əvəzinin ödənilməsini vəzifəsini yaradır.

24. Bundan başqa, Hospitalın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2018-ci il tarixli, 147 nömrəli əmrdən görünür ki, həkim xx.xx.2018-ci il tarixdən tam ştat vahidi ilə Cərrahiyyə şöbəsinə həkim plastik cərrah vəzifəsinə qəbul edilmiş, onunla əmək müqaviləsi bağlanmış və əmək haqqı 350 manat təyin edilmişdir. Məhkəmə kolle giyası tərəfindən nümayəndəyə əmək müqaviləsinin bağlanıbbağlanmaması barədə məlumatın, əgər bağlanmışsa əmək müqaviləsinin surətinin, əmrlər kitabından çıxarışın məhkəməyə təqdim olunması xahiş olunsa da, sonuncu bu barədə hər hansı bir məlumatı məhkəməyə təqdim etməmişdir. Sadəcə nümayəndə tərəfindən məhkəməyə tibbi xidmətlərin göstərilməsi barədə xx.xx.2018-ci il tarixli müqavilə təqdim edilərək bildirilmişdir ki, həkim Hospitalın işçisi olmamış, o, sadəcə xidməti müqavilə əsasında fəaliyyət göstərmişdir.Belə olan halda, həkimin təqsirli hərəkətləri nəticəsində iddiaçıya ziyan vurulduğu üçün və həkim xidmət müqavilə əsasında fəaliyyət göstərdiyindən qanunvericiliyin tələbinə əsasən (Mülki Məcəllə, maddə 1099, 1108 və 1112) hazırkı iddia üzrə tələb olunan maddi ziyan Hospitaldan tutulara q Almaz Rəhimovaya ödənilməlidir.

25. Kollegiya maddi ziyan tələbini qismən əsaslı hesab edərək, qeyd etmişdir ki, yalnız iş materiallarında olan sənədlər əsasındə təsdiq olunmuş məbləğdə maddi ziyan cavabdeh Hospitaldan tutularaq iddiaçıya ödənilməlidir.

26. Kollegiya, həmçinin, hesab etmişdir ki, cavabdehin təqsiri nəticəsində iddiaçının səhhətində yaranmış problemlərin aradan qaldırılması üçün Türkiyə Respublikasında müalicə almaq məqsədilə iddiaçı tərəfindən çəkilmiş xərclər də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçının adına olan təyyarə biletlərindən görünür ki, xx.xx.2019-cu il tarixdən Bakıdan İstanbula uçan təyyarə bileti ilə bağlı 293 manat, xx.xx.2019-cu il tarixdə İstanbuldan Bakıya isə 267 manat pul ödənilmişdir. Bundan başqa, işdə olan qəbzlərdən görün ür ki, iddiaçı Türkiyə Respublikasında əməliyyat üçün 35815 Türkiyə lirəsi olmaqla, ümumilikdə müalicə olunması məqsədilə (otel xidməti ilə birlikdə) 36777 Türkiyə lirəsi (Mərkəzi Bankın rəsmi saytındakı məlumata əsasən xx.xx.2019-cu il tarixdə Türkiyə lirəsi üçün kurs 0,3183 manat olmuş, 36777 Türkiyə lirəsinin həmin dövrə olan kursa münasibətdə 11706 manat təşkil etmişdir) xərcləmişdir.

27. Mənəvi zərər tələbinə münasibətdə Kollegiya, işin xüsusiyyətini, işin faktiki hallarını və iddiaçının vəziyyətini nəzərə alaraq hesab etmişdir ki, iddiaçıya mənəvi ziyan dəyməsi mübahisəsizdir, lakin iddiaçının mənəvi ziyana görə tələb etdiyi 50.000 manat məbləğ ağlabatan olmamaqla, iddia bu hissədə qismən təmin edilməli, cavabdeh Hospitaldan mənəvi ziyana görə 2000 manat alınaraq iddiaçıya verilməlid ir. Kassasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri

28. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən - cavabdeh Hospitaldan mənəvi ziyana görə 2000 manat alınaraq iddiaçıya verilməsi hissəsində dəyişdirilərək, bu hissədə iddianın tam təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

29. Cavabdehlər ayrı-ayrılıqda kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. b)

30. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcə lləsi

31. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

32. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

33. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaların ı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

34. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

35. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

36. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şə rtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

37. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikasının “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunu

38. Maddə

46. Azərbaycan Respublikasında ali və ya orta ixtisas tibb müəssisələrində təhsil almış şəxslər, müvafiq diploma, yaxud xüsusi rütbəyə malik olan mütəxəssislər qanunvericiliklə müəyyən edilmiş qaydada tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ na malikdirlər. Fasiləsiz olaraq ixtisasları üzrə beş ildən çox işləməmiş həkimlər və əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. İxtisaslarının təsdiqolunmasından sonra ixtisasları üzrə beş ildən çox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktiki tibb və əcəzaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər (1-4-cü hissələr).

39. Maddə 49-1. Sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir (6-cı hissə). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarı

40. Əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qər arı

41. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barəd ə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

43. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcl udur.

44. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası mə hkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tə rəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsi aktının ləğv edilməsi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini n ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 56. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəb ər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

57. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

59. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2977/2022 nömrəli, 25 may 2022-ci il tarixli qətnaməsi Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar