Məhkəmə qərarları › İş №2(102)-5032/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5032/2021

04.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5032/2021 04.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “etibarnamənin etibarsızlığı və pul” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: zərərin qaytarılması, sübut etmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-155/2021 nömrəli iş üzrə 29 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 04 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları “Elektron notariat” X1 Çıxarışdan görünür ki, 01 iyun 2019-cu il tarixli “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə” ilə İddiaçı2 2002-ci il buraxılış ili olan, ban CU2W0102259 nömrəli, Mitsubishi Airtrek minik vasitəsini baş etibarnamə ilə Cavabdeh vermişdir. İddiaçı2 tərəfindən Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə ünvanlanmış 22 noyabr 2019-cu il tarixli ərizədən görünür ki, İddiaçı2 ƏN-Vİ seriyalı, 798083 nömrəli, 01 iyun 2019cu il tarixli “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə”yə xitam verilməsini xahiş etmişdir. Əslinə baxmaqla tədqiq edilərək iş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X12 tərəfindən qəbul edilmiş 12 sentyabr 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı1 02 sentyabr 2019-cu il tarixli Şəki şəhər sakini Cavabdeh onun etibarından sui-istifadə etməklə aldadaraq əmlakını ələ keçirməsi barədə şikayətinə baxılmışdır. Cavabdeh olduğu yerin müəyyən edilməsi və izahatının alınması mümkün olmamışdır. HK- 1/1160 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı1 mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi və iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 01 iyun 2019-cu il tarixdə Şəki regio nal “ASAN” xidmət mərkəzində notariat ofisində ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh (AZE №********, Şəki ŞRPŞ, 25.09.2017), reyestrdə 7E-6045 nömrə ilə qeyd olunmaqla verilmiş etibarnamənin etibarsız hesab edilməsi, Cavabdeh 23300 manat pulun, 2002-ci il buraxılış ili olan, ban CU2W0102259 nömrəli, Mitsubishi Airtrek minik vasitəsinin, olmadıqda onun dəyəri olan 10.000 manatın, 30 manat dövlət rüsumunun, həmçinin qiymətləndirməyə ödənilmiş 200 manatın alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmiş, X6 üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə yaxın münasibətləri olmuş, bu münasibət nəticəsində aralarında səmimiyyət və etibar yaranmışdır. Cavabdeh 2018-ci ilin sonlarında ona müraciət edərək iş görmək istədiyini və pula ehtiyacı olduğunu bildirmişdir. İddiaçı1 da cavabdehə etibar etdiyindən sonuncuya 5000 manat pul vermişdir. Bundan sonra, cavabdehə “Çeşka” almaq üçün 8000 manat vermişdir. Cavabdeh ona zəng edərək “çeşka” aldığını, lakin mexanika olduğunu dedikdə o, mexanika maşın işlətmədiyi üçün istəmədiyini bildirmişdir. Cavabdeh isə israrla ona aldığı maşını sataraq ili təzə olan qənaətcil “Reno” markalı maşın almağı, istifadəsində olan maşınının çox yanacaq sərf etdiyini və nasaz olduğunu bildirmişdir. O isə cavabdehin maşın ustası olduğunu bildiyindən onunla razılaşmışdır. Bundan sonra o, Avropada olan dostu ilə danışaraq maşın gətirməsi üçün razılaşdıqda cavabde h maşını israrla özü gətirmək istədiyini, bu işə qoşulmağı, əvvəl aldığı 5000 manatı da qaytarmağı üçün şansı olduğunu və bunun üçün ona kömək etməyini, maşın gətirmək üçün Almaniyaya özünün getməsini xahiş etmiş və o da cavabdehlə razılaşmışdır. Bundan sonra 2019-cu ilin may-iyun aylarında Şengen vizası üçün 10000 manat lazım olduğu məlum olduqda verdiyi sözə və cavabdehlə aralarında olan səmimi münasibətə görə 10000 manatı cavabdehə vermişdir. Həmin 10000 manatın 4000 ABŞ dollarını həyat yoldaşı İddiaçı2 evdən vermiş, qalan məbləği isə özü vermişdir. Bundan sonra yolda əlavə xərclər üçün cavabdehə əlavə 4000 manat da vermişdir. Bundan başqa özünün istifadəsində olan maşını satmaq qərarına gəldiyi üçün cavabdehə maşını verərək nasaz yerlərini düzəltməyi tapşırmışdır. İstifadəsində olan ma şınını Bakı şəhərinə aparıb satmaq üçün ondan etibarnamə istədikdə 2002-ci il buraxılış ili olan, ban CU2W0102259 nömrəli, Mitsubishi Airtrek minik vasitəsinin həyat yoldaşı İddiaçı2 adına olduğunu bildirmiş, etibarnaməni ondan almasını söyləmişdir. Bundan sonra cavabdeh ona zəng edərək maşını Şəkidə istəyən olduğu, qiymət danışmaq üçün həmin şəxsin ona zəng vuracağını bildirmişdir. Daha sonra cavabdehə zəng edərək heç kəsin ona zəng etmədiyini deyəndə sonuncu maşını verə biləcəyi maksimum qiymətə özü satdığını bildirmişdir. Ondan bunu necə etdiyini soruşanda sonuncu “gəlin bacının baş etibarnamə verdiyini” demiş və həmin vaxt o, heç nədən şübhələnməmişdir. Söhbət əsnasında cavabdeh bir gün sonra Bakı şəhərinə gələndə maşınının pulunu verəcəyini bildirsə də, sonradan maşının pulunu atası ilə (atası Bakı şəhərində işləyir) Bakıya göndərdiyini, özünün isə Gürcüstana, oradan isə Almaniyaya gedəcəyini bildirmişdir. O, pulunu tələb etdikdə pulların bankdan da etibarlı yerdə, yəni atasında olduğunu bildirərək narahat olmamasını xahiş etmişdir. Həmin vaxt çox ağır xəstəsi olduğu üçün iş yeri olan xəstəxanadan çıxa bilmədiyindən cavabdehin atası ilə görüşə bilmənişdir. 3-4 gün sonra cavabdeh Türkiyə sərhəddinə çatdığını və pulunun qurtardığını bildirmiş, ondan əlavə 1000 manat istəmişdir. O, pulu göndərmiş, atasına verdiyi maşının pulunu götürmədiyimi bildirmişdir. Bundan sonra cavabdehin alasına zəng vurub pulunu istəyəndə sonuncu oğlu tərəfindən ona pul verilmədiyini bildirmişdir. O, isə narahatlığını bildirəndə sonuncu onu sakitləşdirmiş, narahat olmamasını və oğluna güvənməsi ni söyləmişdir. Lakin daha sonra cavabdehdən xəbər çıxmamış, atasına zəng etsə də atasına da zəng çatmamışdır. Bu zaman aldadıldığını başa düşmüşdür. Bir müddət sonra cavabdeh ona pulunu və maşınını verəcəyini desə də, 02 sentyabr 2019-cu il tarixdə cəmi 4700 manat pul qaytarmış, qalan pulu və maşınını verməmişdir. Bütün olanlar barədə Şəki ŞRPŞ-yə məlumat vermiş, lakin nəticəsi olmamış, cinayət tərkibi olmadığına görə işi bağladıqlarını bildirmişlər. Bu ilin noyabr ayında onlara məlum olmuşdur ki, həyat yoldaşı onlara məlum olmayan şəraitdə cavabdehə 01 iyun 2019-cu il tarixdə Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisində reyestrdə 7E-6045 nömrə ilə qeyd olunmaqla etibarnamə vermişdir. Lakin İddiaçı2 heç vaxt notariat orqanına getməmiş, etibarnamə tərəfindən verilməmiş və imzal anmamışdır. Bununla bağlı notariat orqanına çoxsaylı müraciətlər etmişlər. Nəhayət, 22 noyabr 2019-cu il tarixdə etibarnaməyə xitam verilmişdir. Bu müddət ərzində cavabdehə də dəfələrlə müraciət etsələr də, müraciətləri nəticəsiz qalmışdır. Bütün olanlar barədə aidiyyəti orqanlara da müraciət etdikdə məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 göstərmişdir ki, həqiqətən də İddiaçı1 tərəfindən Cavabdeh Şengen vizası almaq üçün 10000 manat pul verilmişdir. Cavabdeh həmin pulu "xxxx" ASC-nin hesabına keçirmişdir. Hazırda 5000 Avro pul "xxxx" ASC-nin hesabındadır. Cavabdeh həmin pulu istənilən vaxt bankdan çıxarıb qaytarmağa hazırdır. Bundan b aşqa 2002-ci il buraxılış ili olan, ban CU2W0102259 nömrəli, Mitsubishi Airtirek minik vasitəsi Cavabdeh tərəfindən 7300 manata satılmışdır və cavabdeh həmin avtomobilin də pulunu qaytarmağa razıdır. İddianı qalan hissələrdə qəbul etməmiş və məhkəmədən iddianı qəbul etdikləri həcmdə təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi tərəfindən verilmiş 07 yanvar 2020-ci il tarixli, 016-6 saylı məlumatdan görünür ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin X11 İmtahan və Texniki Baxış şöbəsində yaradılan mərkəzləşdirilmiş kompüter bazasına əsasən Mitsubishi Airtrek markalı, banCU2W0102259, buraxılış ili 2002-ci il olan minik avtomobili 15 yanvar 2016-cı il tarixdə Şəki şəhəri, Təyya rə Meydanı küçəsi, ev 22/1-də qeydiyyatda olan İddiaçı2 adına qeydiyyat alınaraq **BO-*** dövlət qeydiyyat nişanları verilmiş və 19 iyun 2019-cu il tarixdə qeydiyyatdan çıxarılmışdır. 01 iyun 2019-cu il tarixdə ünvan 2-də qeydiyyatda olan Cavabdeh 01 iyun 2020-ci il tarixədək müddəti olan etibarnamə verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 mart 2020-ci il tarixli, 4/09 saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, ƏN-Vİ seriyalı, 798083 nömrəli, 01 iyun 2019-cu il tarixli “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə”də “İMZA:” qrafasındakı imza və “Beydullayeva” soyadı, Notariat hərəkətlərinin qeyd edilməsi üçün 7E reyestr jurnalının 80-ci vərəqəsində “6045” sır ada “İddiaçı2” yazıları qarşısında “Notariat hərəkətlərinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza və “Beydullayeva” soyadı - İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, ƏN-Vİ seriyalı, 798083 nömrəli, 01 iyun 2019-cu il tarixli “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə”də “İMZA:” qrafasındakı imza və “Beydullayeva” soyadı, Notariat hərəkətlərinin qeyd edilməsi üçün 7E reyestr jurnalının 80-ci vərəqəsində “6045” sırada “İddiaçı2” yazıları qarşısında “Notariat hərəkətlərinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imzada imzaların qəsdən dəyişdirilmiş xətlə icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmadı. Ekspertiza tədqiqatının dəyəri 138 manat təşkil edir. “Kris tal-MM Qiymətləndirmə” tərəfindən 11 iyun 2020-ci il tarixdə verilmiş 2003/20 saylı mütəxəssis rəyindən görünür ki, **-BO-*** dövlət qeydiyyat nişanlı, «Mitsubishi Airtrek » markalı avtomobilinin 11 iyun 2020-ci il tarixə olan dəyəri 10000 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X8 bildirmişdir ki, 2019cu ilin may-iyun aylarında İddiaçı1 ona telefon nömrəsi vermiş, həmin şəxslə görüşərək 1000 manat pulu “Tural” adlı şəxsə çatdırmasını bildirmişdir. O, həmin şəxslə görüşmüş, 1000 manat pulu ona vermişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X9 bildirmişdir ki, İddiaçı1 əvvəllər onunla birlikdə işləmişdir. 2019-cu ilin may ayının sonu ona zəng edərək ustaya maşın düzəltdirmək üçün 1000 manat pul verməli olduğu nu bildirmişdir. O isə iddiaçının verdiyi nömrə ilə əlaqə saxlamış 1000 manat pulu “Tural” adlı şəxsə vermişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X7 bildirmişdir ki, İddiaçı1 əvvəllər onunla birlikdə işləmişdir. 2019-cu ilin yay aylarında ona zəng edərək xaricdən maşın gətirtmək istədiyini, viza üçün 10.000 manat pul lazım olduğunu, həmin pul düzəltdiyini, lakin əlavə yol xərcləri üçün 2000 manat lazım olduğunu bildirmiş, ondan borc istəmişdir. O da 2000 manat pulu İddiaçı1 vermişdir. Şəki Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2(075)-278/2020 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddia qismən təmin edilmiş, 01 iyun 2019-cu il tarixdə Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisində ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh (AZ E №********, Şəki ŞRPŞ, 25.09.2017), reyestrdə 7E-6045 nömrə ilə qeyd olunmaqla verilmiş etibarnamənin etibarsız hesab edilməsi, Cavabdeh 12000 (on iki min) manat pul, 2002-ci il buraxılış ili olan, ban CU2WW0102259 nömrəli, Mitsubishi Airtrek minik vasitəsinin dəyəri olan 10000 (on min) manatın və 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı1 və İddiaçı2 verilməsi, Cavabdeh qiymətləndiriciyə ödənilmiş 200 (iki yüz) manatın alınaraq İddiaçı1 və İddiaçı2 verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, 138 (bir yüz otuz səkkiz) manat ekspertiza xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, X5 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesabına ö dənilməsi qət edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh 2018-2019-cu illərdə İddiaçı1 müxtəlif vaxtlarda və məbləğlərdə, şəxsən və ya vasitəçi ilə qaytarmaq adı ilə 35000 manata yaxın pul almışdır. Cavabdeh həmin puldan 2019-cu ilin payız aylarında 4700 manat qaytarmışdır. Həmçinin, İddiaçı2 məxsus 2002-ci il buraxılış ili olan, ban CU2W0102259 nömrəli, Mitsubishi Airtrek minik vasitəsini satmaq üçün almış, sözügedən nəqliyyat vasitəsini X2, lakin bu günədək maşını və ya onun dəyərini geri qaytarmamışdır. Bu barədə iddiaçılar cavabdehlə görüşüb pullarını, həmçinin maşını, olmadıqda dəyərini tələb etsələr də, cavabdeh bundan imtina etmişdir. Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X12 tərəfindən qəbul edilmiş 12 sentyabr 2019-cu il tarixli c inayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən Cavabdeh əməlində cinayət tərkibinin olmaması əsası ilə material üzrə araşdırma rədd edilmiş, İddiaçı1 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçılar və onların vəkilləri iddianı müdafiə edir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi (vəkili) isə iddianı qismən qəbul etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 361.1, 362.2, “Notariat haqqında Azərbaycan Respublikası Qanunu”nun 17, 27, 35-ci maddələrinə əsaslanaraq qeyd etmişdir ki, notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. Əgər əqd, ərizə və y a başqa sənəd göstərilən vəzifəli şəxslərin iştirakı olmadan imzalanmışsa, onu imzalayan şəxs sənədi özünün imzaladığını şəxsən təsdiq etməlidir. Şəxs əqdi, ərizəni və ya başqa sənədi cismani qüsuruna, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun, yaxud notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir. Göründüyü kimi ƏN-Vİ seriyalı, 798083 nömrəli, 01 iyun 2019-cu il tarixli “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə” verilərkən İddiaçı2 iştirak etməmiş, etibarnamədəki, həmçinin notariat hərəkətlər inin qeyd edildiyi jurnaldakı imzalar onun tərəfindən icra olunmamışdır. Bu, iddiaçının özü tərəfindən məhkəmə iclaslarında bildirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 mart 2020-ci il tarixli, 4/09 saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə sübut olunmuşdur. Məhkəmə hesab etmişdir ki, ƏN-Vİ seriyalı, 798083 nömrəli, 01 iyun 2019-cu il tarixli “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə” Azərbaycan Respublikası Mülki Məcəlləsinin, «Notariat haqqında Azərbaycan Respublikası Qanunu»nun, «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın tələblərini pozmaqla rəsmiləşdirilmişdir. Odur ki, 01 iyun 2019-cu il tarixdə Şəki regional “ASAN” xidmət mərkəzində notariat of isində Cavabdeh verilmiş etibarnamə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 337.4 və 337.5-ci maddələrinə əsasən hesab etmişdir ki, 2002-ci il buraxılış ili olan, ban CU2WW0102259 nömrəli, Mitsubishi Airtrek minik vasitəsi İddiaçı2 məxsusdur. Həmin avtomobilin Cavabdeh sərəncam verilməsi haqqında etibarnamə etibarsız hesab edildiyindən cavabdeh əqd üzrə aldıqlarının hamısını, olmadıqda dəyərini iddiaçıya qaytarmağa borcludur. Lakin 2002-ci il buraxılış ili olan, ban CU2WW0102259 nömrəli, Mitsubishi Airtrek minik vasitəsi 19 iyun 2019-cu il tarixdə qeydiyyatdan çıxarıldığından və X3 adına qeydiyyata alındığından məhkəmə üçüncü şəxsin hüquqlarının pozulmaması nöqteyi-nəzərindən həmin avtomobilin dəyərinin cavabdehdən alınaraq iddiaçılara verilm əsini qanuni və ədalətli hesab edir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə əsasən hesab etmişdir ki, İddiaçı1 tərəfindən Cavabdeh Şengen vizası almaq üçün 10.000 manat pul verildiyi müəyyən edilmiş, cavabdeh iddianı həmin hissədə qəbul etmiş, mübahisə olmadığını bildirmişdir. Odur ki, Cavabdeh 10.000 (on min) manat pul alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməlidir. Bundan başqa iddiaçılar iddia ərizəsində yolda əlavə xərclər üçün cavabdehə 4000 manat pul verdiklərini qeyd etsələr də, İddiaçı1 məhkəmə iclasında verdiyi izahatında cavabdehə əlavə 2000 manat yol xərci verdiyini, həmin pulu iş yoldaşı İntiqam Məmmədovdan borc aldığını bildirmişdir. Bununla bağlı İntiqam Məmmədov məhkəmə iclasına şahid qismində dəvə t edilmiş, qeyd edilən halı təsdiq etmişdir. Odur ki, iddiaçı tərəfindən cavabdehə Almaniyaya getməsi üçün verdiyi əlavə 2000 manat yol xərci də cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. İddia tələbinin qalan hissəsinə gəldikdə iddiaçılar iddia ərizəsində cavabdehə iş görməsi üçün 5000 manat pul verdiklərini qeyd etsələr də, İddiaçı1 məhkəmə iclasında verdiyi izahatında cavabdehə 3000 manat pul verdiyini qeyd etmişdir. Həmçinin, iddiaçılar cavabdehə “Çeşka” almaq üçün 8000 manat verdiklərini, Türkiyədə olarkən kartına 1000 manat pul vurduqlarını qeyd etsələr də həmin pulun cavabdehə verildiyini təsdiq edən hər hansı bir mötəbər sübut iddiaçılar tərəfindən məhkəməyə təqdim etmədiyindən və sübutetmə yükünün iddiaçının üzərinə düşdüyündən iddia həmin hissələrdə təmin edilməməlidir. İddi açılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayəti verərək Şəki Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2(075)-278/2020 nömrəli qətnaməsinin iddianın təmin olunmamış hissəsində ləğv edilərək, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayəti verərək Şəki Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2(075)-278/2020 nömrəli qətnaməsinin qismən iddiaçı tərəfindən cavabdehə Almaniyaya getməsi üçün verdiyi əlavə 2000 manat yol xərci də cavabdehdən alınaraq iddiaçıya qaytarılmalı hissəsində və 2002-ci il buraxılış ili olan, ban CU2WW0102259 nömrəli, Mitsubishi Airtrek minik vasitəsinin dəyəri olan 10.000 (on min) manat hissəsində ləğv edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Şəki Apellyasiya Məh kəməsinin Mülki Kollegiyasının 07 dekabr 2020-ci il tarixli, 2(107)2078/2020 saylı qərardadı ilə təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/6076 nömrəli, 12.02.2021-ci il rəyi ilə “Mitsubishi Airtrek” markalı, 2002-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin hazırki nəzəri orta bazar qiyməti təxminən 9000 manat müəyyən olmuşdur. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Rövşən Rəfiyev - sədrlik edən və məruzəçi, Ələddin Məcidov və Ayaz Mahmudov) 29 mart 2021-ci il tarixli 2(107)-155/2021 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Şəki Rayon Məhkəməsinin 28 av qust 2020-ci il tarixli, 2(075)-278/2020 nömrəli qətnaməsi dəyişdirilmış, Cavabdeh “Mitsubishi Airtrek ” minik vasitəsinin dəyəri kimi alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməli olan pulun məbləği 9000 (doqquz min) manat müəyyən edilmış, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmış, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh aid edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etsə də, Cavabdeh 2002-ci il buraxılış ili olan, ban CU2WW0102259 nömrəli, Mitsubishi Airtrek minik vasitəsinin dəyəri olan 10.000 (on min) manat həcmində pulun iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsini təmin etməklə əsassız və r eallığa uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/6076 nömrəli, 12 fevral 2021-ci il tarixli ekspert rəyində həmin məbləğ 9000 (doqquz min) manat müəyyən edilmişdir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Şəki Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2(075)-278/2020 nömrəli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, məhkəmə iddianı qismən təmin etməkdə düzgün nəticəyə gəlmiş olsa da, hazırki həcmdə iddianı təmin etməkdə düzgün nəticəyə gəlmədiyindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2(075)-278/2020 nömrəli qətnaməsi dəyişdirilməli, Cavabdeh “Mitsubishi Airtrek ” minik vasitəsinin dəyəri kimi alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməli olan pulun məbləği 9000 (doqquz min) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2021-ci İl tarixli 2(107)-155/2021 nömrəli qətnaməsini qismən yəni, avtomobilə görə 9000 manat və yol xərcinə görə ödənilmiş 2000 manat pulun t utulması hissəsində ləğv edilməsi, həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2021-ci il tarixli 9/6076 nömrəli ekspert rəyinə sübut kimi qiymət verməkdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, ekspert həmin avtomobili görmədən, onun hansı vəziyyətdə olmasından xəbəri belə olmadan, istifadəyə hansı vəziyyətdə yararlı olub-olmamasını bilmədən nəzəri halda avtomobilin orta bazar qiymətini 9000 manat müəyyən etməkdə haqlı o lmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında göstərmişdir ki, 2002-ci il buraxılış ili olan Mitsubishi Airtrek minik vasitəsi Cavabdeh tərəfindən 7300 manata satılmışdır. İddianın iddiaçı tərəfindən cavabdehə Almaniyaya getməsi üçün verdiyi əlavə 2000 manat yol xərcinin də cavabdehdən alınaraq iddiaçıya qaytarılması hissəsi ilə bağlı qeyd edilmişdir ki, iş materiallarında həmin pulun cavabdehə verilməsinə dair hər hansı mötəbər sübut əlavə edilməmişdir. Yalnız cavabdeh şəxsin tanışının formal izahatı ilə məhkəmə həmin hissədə iddia tələbini qismən təmin etmişdir. Həmin pulla bağlı iddiaçı ilə cavabdeh arasında hər hansı qaydada aralarında yazılı qaydada borc müqaviləsi olmamışdır. Bundan əlavə, iddiaçı tərəfindən həmin pulun cavabdehə verilməsinə dair hər hansı sübut məhk əməyə təqdim edilməmişdir. İddia tələbinin həmin hissəsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində mübahisələndirilməsinə baxmayaraq məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin hissəsi ilə bağlı ümumiyyətlə heç bir araşdırma aparmamış və apellyasiya şikayətinin həmin hissəsinə qətnaməsində qiymət verməmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı1 teleqramla Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək işə məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini qeyd edərək işə onun iştirakı olmadan baxılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. 3-cü şəxs Şəki Regional “Asan Xidmət” Mərkəzi Notariat Ofisinin no tariusu məktubla Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək gündəlik iş yükünün çoxluğunu nəzərə alaraq işə onların iştirakı olmadan baxılması xahiş etmişdir. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barə sində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Ma ddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olun mamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən yəni, avtomobilə görə 9000 manat və yol xərcinə görə ödənilmiş 2000 manat pulun tutulması hissəsində mübahisələndirildiyindən məhkəmə aktının qanuniliyi həmin hissələrdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etm iş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Cavabdeh kassasiya şikayətində ekspert rəyi ilə razı olmadığını qeyd edərək ekspertin mübahisəli avtomobili görmədən, onun hansı vəziyyətdə olmasından xəbəri belə olmadan, istifadəyə hansı vəziyyətdə yararlı olub-olmamasını bilmədən nəzəri halda avtomobilin orta bazar qiymətini 9000 manat müəyyən etmişdir. Kassasiya şikayətlərinin bu dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə cavabdehdən tutularaq iddiaçıya ödənilməli olan avtomobilin dəyəri müvafiq ekspertiza keçirilməklə müəyyən edilmişdir. Cavabdeh mübahisəli avtomobilin dəyərinin daha az məbləğdə olması və ekspert rəyinin düzgün olmaması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Həmçinin iddiaçı tərəfindən cavabdehə 2000 manat yol xərci verdiyi barədə izahatı işdə olan digər sübutlarla təsdiq edilmişdir. Göst ərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-155/2021 nömrəli iş üzrə 29 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar