Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5034/2021 22.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: mirasın qəbul edilməsi, miras əmlakın bölünməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-569/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında aç ıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən 0,023 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi 11 mart 2019-cu il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin sentyabr ayında İddiaçı cavabdehlər Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi və İsmayıllı rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Basqal qəsəbəsində yerləşən 1900-cu ildə tikilmiş evin atası X6, əmisi Cavabdeh1 tərəfindən atalarından miras qalmış əmlak kimi qəbul edilməsini, atasının ölümündən sonra mirasın onun tərə findən qəbul olunmasını, evin atası ilə əmisi arasında bölünməsini, atasının ölümündən sonra onun əmisi arasında evdən və torpaq sahəsindən istifadə ilə əlaqədar heç bir mübahisənin olmamasını, 2000-ci ildə əmisinin razılığı ilə evin özünə aid hissədə 8000 manat məbləğində vəsait sərf etməklə təmir işləri aparmasını, lakin 2019-cu ilin mart ayında qəsəbə nümayəndəliyindən evdə özünün tək yaşaması barədə həqiqətə uyğun olmayan arayış alıb Dövlət Reyestr Xidmətinə təqdim etməklə adına evə və torpaq sahəsinə tam mülkiyyət hüququnu bildirən Reyestrdən Çıxarış almasını əsas göstərməklə həmin Çıxarışın ləğv edilməsi, evin və torpaq sahəsinin ½ hissəsinə mirasın qəbul edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-812/2019 saylı, 29 noyabr 2019-cu il tar ixli qətnaməsi ilə (hakim: R.S.Şirinov) iddia təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək iddiaçının atası X2 1972-ci ildə vəfat etməklə vərəsəlik həmin dövrdə açılmasına baxmayaraq məhkəmənin həmin dövrdə qüvvədə olan Mülki Məcəllənin (1964-cü ildə qəbul edilmiş) müddəalarını tətbiq etməklə mübahisəni həll etməli olduğu halda hazırda qüvvədə olan Mülki Məcəllənin qüvvəsini tətbiq etməklə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbini pozmasını, iddiaçının mirası qəbul etməsi barədə işdə heç bir mötəbər sübutun olmamasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunması na dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-632/2020 saylı, 01 iyun 2020ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və G.Q.Abbasov) apellyasiya şikayəti qismən təmin edilərək İsmayıllı Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(037)-812/2019 saylı qətnaməsi ləğv edilmiş və iddianın təmin olunmasına dair qətnamə qəbul edilmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmiş və bu zaman şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5078/2020 saylı, 19 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər – E.Y.Şamayev (sədrlik edən və məruzəçi), E.R.Vəliyeva və A.Ə.Abbasov) kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyun 2020-ci il tarixli, 2(107)-632/2020 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat İşə təkrar apellyasiya qaydasında baxan Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-569/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.M.Hüseynov (sədrlik edən və məruzəçi), E.Ş.Hüseynov və V.İ.Məlikov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilərək İsmayıllı Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(037)-812/2019 saylı qətnaməsi ləğv edilmi ş, iddianın rədd olunmasına dair qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İş üzrə Cavabdeh1 kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirməklə şikayətin təmin olunmamasını və Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-569/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnam əsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 1923-cü ildə qəbul edilmiş və 01 mart 1965-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan SSR-nin Mülki Məcəlləsi Maddə 488 Qanun üzrə vərəsələr – uşaqlar (o cümlədən, övladlığa götürülən uşaqlar), ər-arvad və vəfat edənin əmək bacarığı olmayan ata-anaları, həmçinin vəfat edən şəxs vəfat etməzdən əvvəl azı bir il onun himayəsində olan əməyə bacarıqsız digər şəxslərdir. Göstərilən vərəsələr olmadığı və ya onlar vərəsəliyi qəbul et mədikləri halda, qanun üzrə vərəsələr vəfat edən şəxsin əməyə bacarıqlı ata-anası, onlar olmadıqda isə - qardaş-bacıları hesab olunurlar. Maddə 499 Vərəsəlik açılan yerdə olan vərəsə, vərəsəlik açıldığı gündən etibarən 3 ay ərzində vərəsəlikdən imtina etmək barəsində əlaqədar notariat orqanına ərizə verməzsə, o, vərəsəliyi qəbul etmiş hesab olunur. Maddə 500 Vərəsəlik açılan yerdə olmayan vərəsələr, vərəsəlik açıldığı gündən etibarən 6 ay ərzində şəxsən və ya nümayəndələri vasitəsilə vərəsəlik əmlakını qəbul edə bilərlər. Vərəsəlik hüququ 488-ci maddənin üçüncü hissəsinə əsasən əmələ gələn şəxslərə, yalnız digər vərəsələr olmadığı və ya onlar vərəsəliyi qəbul etmədikləri halda, onların vərəsəliyə dəvət edilib-edilməmələrindən asılı olmayaraq, eyni müddətlərdə, irs qalmış əmlakı qəbul etm əyə razılıq verdiklərini bildirə bilərlər. 1964-cü ildə qəbul edilmiş və 01.09.2000-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan SSR-nin Mülki Məcəlləsi Maddə 527 Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyаtа keçirilir. Vərəsəlik о vаxt qаnun üzrə оlа bilər ki, о, vəsiyyətlə dəyişdirilməsin. Maddə 528 Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Maddə 532 Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəli k əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Maddə 552 Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 420 Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə gö rə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi İddiaçı iddiasını rədd edərkən mübahisəli evdən və torpaq sahəsindən ibarət olan miras əmlakın Cavabdeh1 tərəfindən qəbul edilməsini, cavabdehin bacıları və qardaşının sağ olduqları dövrdə atadan qalmış mirası müvafiq qaydada qəbul etməyib mirasdan pay almamalarını əsas göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşdən görünür ki, hazırkı işə birinci dəfə kassasiya qaydasında baxan Ali Məhkəmənin Mülki Kollegiyasının 19 oktyabr 2020-ci il tarixli qərarı ilə ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilib iş yeni apellyasiya baxışına göndərilərkən mübahisənin qanuni həllinin təmin edilməsi üçün bir sıra göstərişlər verilmişdir. Həmin qərara görə apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının atası da daxil olmaqla mübahisəli əmlaka X1 və ailə üzvlərinin hüquqlarının olması aydınlaşdırılmamış və ailə başçısı kimi qeyd olunan şəxsin öldüyü məqamda qüvvədə olan maddi hüquq normalarına uyğun mirasın qəbul edilməsi, o cümlədən iddiaçının atası tərəfindən mirasın qəbul edilməsi faktı araşdırılmamış, X1, X3 və X4 vərəsələrinin mövcud olub-olmaması, onların miras əmlaka hüquqlarının olması araşdırılmamış, miras əmlakdan payların düzgün müəyyən edilməsi üçün zəruri olduğu halda həmin şəxslərin işə cəlb edilməsi təmin edilməmiş, mira sın əvvəlcə anası N ilə birlikdə, anasının ölümündən sonra isə bilavasitə faktiki qəbul etməsi barədə iddiaçının göstərdikləri yoxlanılmamış, mübahisəli torpaq sahəsinin və evin cavabdehin adına sənədləşdirilməsinə etiraz etməməsinə dair ərizə vermiş X5 əmlaka hüququnun olub-olmaması, payından imtina etməsinin səbəbləri araşdırılmamışdır. Lakin işdən görünür ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi həmin halların yoxlanılmasını və işin həmin hallarının qiymətləndirilməsini təmin etməmiş və belə vəziyyətdə iddiaçının atası və özü tərəfindən mirasın qəbul edilməməsi barədə nəticəyə gəlmişdir. Beləliklə, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əməl edilməmiş iş üzrə müəyyənliyin yaranması təmin edilməmiş dir. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi səthi yoxlanılmış sübutlar əsasında nəticəyə gəlməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-569/2021 nömrəli iş üzrə 07 aprel 2021- ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5034/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5034/2021
22.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver