Məhkəmə qərarları › İş №2(102)-5035/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5035/2022

01.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5035/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X8 Sanayi və Ticaret Anonim Şirkətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vurulmuş ziyanın ödənilməsi, sübutetmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “X8 Sanayi və Ticaret Anonim Şirketinə” qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2911/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 1 noya br 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra - iddiaçı) Şamaxı rayonunun Çıraqlı kəndi ərazisində 5,25 ha torpaq sahəsi almış və orada göl hazırladaraq balıq yetişdirməklə məşğul olmuşdur.

2. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Ərazi Ekologiya və X6 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 06 saylı rəyə əsasən iddiaçının xüsusi mülkiyyətindəki sututarın kənd təsərrüfatı məqsədilə istifadəsinə etirazın olmadığı bildirilmişdir. 3. “X8 Sənaye və Ticarət” Anonim Şirkəti (bundan sonra cavabdeh) tərəfindən BakıQazax yolunun Qobustan Şamaxı rayonlarının ərazisinin yenidən çəkilərkən yol yatağının tikilməsi zamanı əmələ gələn torpaq həcmlərinin düzgün yığılmaması nəticəsində ər azidə yağış sularından süni göl (sututar) əmələ gəlmiş, təbii yağıntı sularının axarı həmin gölə yığılmışdır. Nəticədə iki təpə arasında olan yağış suları arxının qarşısı təqribən 300 metrdən hündür süni torpaq bəndlə kəsilmişdir.

4. Şamaxı rayon, X9 qəsəbəsi sakini X3 və təbii Sərvətlər Nazirliyinə müraciət etmiş və xx.xx.2019-cu il tarixli cavab məktubunda cavabdeh tərəfindən aparılan tikinti işləri nəticəsində yaranmış göl sularının daşma təhlükəsi olduğu qeyd edilmişdir.

5. Azər Badurayevin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə ünvanladığı xx.xx.2019-cu il tarixli məktuba cavab olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş 13 iyun 2019-cu il tarixli məktubda, Bakı-Şamaxı yol unun Qobustan və Şamaxı rayonu ərazisinə düşən hissəsində aparılan tikinti işləri zamanı, tikinti altından çıxan artıq torpaq Acıdərə adlanan əraziyə boşaldılmış, yağış suların nəticəsi ilə toplanmış torpaq sahəsi aşağı sahələrə sürüşmüş və təbii axar suların qarşısını kəsərək göl yaratmışdır. İddiaçıya məxsus gölə sel suları gəlməsi zamanı daşma təhlükəsi ola bilməsi qeyd olunmuşdur.

6. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2019-cu il tarixli məktubunda iddiaçıya məxsus su tutarın balıqçılıq məqsədilə istifadə edilən su hövzəsi kimi qeydə alınmadığı bildirilmişdir.

7. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti tərəfindən verilmiş 12 sentyabr 2019-cu il tarixli məktubdan görünür ki, AR Nazirlər Kabinetinin 12 may 2017-ci il tarixli 202 nömrəli Qərarı ilə təsdiq edilmiş “Balıqçılıq subyektlərinin uçotunun forması və aparılması Qaydası”na uyğun olaraq adıçəkilən şəxslər tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə hər hansı müraciət daxil olmamış və Nazirlikdə onların adına balıqçılıq subyekti qeydə alınmamışdır.

8. Eyni zamanda, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş 19 sentyabr 2019-cu il tarixli məktubdan görünür ki, iddiaçıya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Ərazi Ekologiya və X6 tərəfindən verilmiş rəydə iddiaçının istifadəsindəki torpaq sahəsindəki sututarın kənd təsərrü fatı məqsədilə istifadə edildiyi, həmin sututarın balıqçılıq məqsədilə istifadə edilən su hövzəsi obyekti kimi qeydiyyata alınmadığı göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş 720.000 manat məbləğində maddi ziyanın və 30.000 manat məbləğində mənəvi ziyanın alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, 2005-ci ildə Şamaxı rayonunun Çıraqlı kəndi ərazisində 5,25 ha torpaq sahəsi almış və alınan torpaq sahəsində balıq yetişdirmək üçün göl hazırlatmışdır. Həmin göldə balıq saxlamaq üçün lazımi təşkilatlara mür aciət edib sənədləşmə aparılmışdır. İddiaçı öz qohumu Azər Badurayev ilə balıqları saxlayıb, yetişdirib, satdıqdan sonra gəlirini bölüşmək barədə razılaşmışdır. 2017-ci ildə cəmi 3.000 kq olan, 40.000 ədəd 25 qramlıq və 2.000 kq damazlıq balıq alınıb həmin gölə buraxılmışdır. Balıqların saxlanması üçün 14 aprel 2019- cu ilə kimi 30.000 kq miqdarında balıq yemi alınıb balıqların yemlənməsinə sərf edilmişdir. Cavabdeh şirkət tərəfindən Bakı-Qazax yolunun Qobustan, Şamaxı rayonları ərazisinin yenidən çəkilməsi zamanı torpaq sahələrinin hamarlanması və qazılması zamanı şirkət tərəfindən torpaqların sökülüb yığılması nəticəsində böyük həcmli sututar alınmışdır. Həmin suların yığılması nəticəsində başqa sahələrə böyük təhlükə yaranmışdır. X4 tərəfindən şirkətə xəbərdarlıq edilməsinə baxmayaraq b u böyük təhlükənin qarşısının alınması üçün əsaslı tədbir görülməmişdir. Nəticədə 14 aprel 2019-cu ildə şirkətin yaratdığı sututarın müəyyən hissəsinin aşınması nəticəsində yaranan selə görə həmin göl dağılmış, sel nəticəsində göldə saxlanan balıqların bir hissəsi məhv olmuş, qalan hissəsi selə qoşulub getmişdir. Bununla da iddiaçının saxlayıb yetişdirdiyi 70 ton balıq məhsulu məhv olub əldən çıxmışdır. Şirkət tərəfindən həmin gölün qismən bərpa olunmasına baxmayaraq iddiaçıya dəymiş ziyan halhazıra kimi ödənilməmişdir. Cavabdehin bu qanunsuz hərəkəti iddiaçını çox həyəcanlandırmış, nəticədə o, əsəbi gərginlik keçirərək müalicə olunmuşdur. İddiaçıya mənəvi ziyan vurulmuşdur.

11. Birinci instansiya məhkəməsində şahid qismində izahat vermiş X5 öz izahatında bildirmişdir ki, o, sürücüdür. X2 rayonuna daşınmasını həyata keçirmişdir. O, 2 ton balıq aparmış, hər tona görə 450 manat daşınma haqqı almışdır.

12. Daha sonra iddiaçı izahatlarında sututarında saxlanılan balıqların taxıl vasitəsilə yemləndiyinə istinad etmiş və məhkəməyə müxtəlif dövrlərə aid Əziz-Məlik 2007” Fermer Təsərrüfatı MMC tərəfindən tərtib olunmuş qaimə-fakturaları təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sututarda balıqlar saxlanıldığı təqdirdə onları taxılla yemləmək mümkündür. Hesab-fakturalara münasibətdə məhkəmə hesab edir ki, onlar ciddi hesabat blanklarının tələblərinə uyğun şəkildə tərtib olunmuş və məhkəmə tərəfindən sübut qismində qəbul edilə bilər. Lakin məhkəmə qeyd edir ki, taxılın hansı təyinat üzrə istifadə olunması hər hansı sənəddə öz əksini tapmamışdır.

13. Azərbay can Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 oktyabr 2021-ci il tarixli rəydə, cavabdehin yol tikinti işlərinin aparılması zamanı artıq torpaq qatının iddiaçının istifadəsində olan sututara gələn su arxının qarşısının torpaqla dolması nəticəsində sututara ziyan vurulduğu müəyyən edilmişdir. Rəydə həmçinin o da qeyd olunmuşdur ki, hazırda iddiaçıya məxsus olan torpaq sahəsində balıqçılıq təsərrüfatı üçün şərait mövcud deyildir. Lakin, həmin torpaq sahəsində dərinliyi 3 metrdən yuxarı olan balıqçılıq təsərrüfatının mövcud olduğu halda 23760 ədəd çəki, 1782 ədəd qalınalın, 1188 ədəd ağ amur növü olmaqla, 26730 ədəd balıq saxlanıla bilərdi.

14. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-16/2022 nömrəli iş üzrə 11 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia rədd edilmişdir.

15. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, iddiaçının ona ayrılan sutatarda balıq yetişdirməklə məşğul olması işin mübahisəsiz halıdır və iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona ayrılmış sututara ziyan dəyməsinə istinad edərək sonuncudan zərərin əvəzində pul vəsaiti tələb etmişdir.

16. Məhkəmə verilmiş ekspert rəyi ilə razılaşmayaraq bildirmişdir ki, nə ekspert rəyi ilə, nə də işin hər hansı bir halı ilə cavabdehin təqsirli hərəkəti nəticəsində ziyanın dəyməsi halı aşkar edilmir. Belə ki, deliktlə bağlı maddənin mənasına görə hərəkətin təqsirli olması zəruridir.

17. Əgər, təbii fəlakət olan sel baş vermiş olmasaydı, iddiaçının istifadəsində olan sututara da məhz torpağın bir sahədən digərinə tökülməsi nəticəsində ziyan dəyməsi halı baş verməyəcəkdi.

18. Məhkəmə hesab etmişdir ki, sel nəticəsində sututarın məhv olması ilə cavabdehin hərəkətləri arasında səbəbli əlaqə mövcud deyildir.

19. Əlavə olaraq məhkəmə qeyd etmişdir ki, ekspert rəyi sübut qismində qəbul edilsəydi və sututarın məhv olunmasında cavabdehin məsuliyyətinin var olması məhkəmə tərəfindən qəbul edilsəydi belə, iddiaçıya dəymiş ziyanın həcmini müəyyən etmək mümkün olmayacaqdı. Belə ki, sübutetmə yükü birbaşa iddiaçıya aid olsa da, o ziyanın məbləği ilə bağlı məhkəməyə yetəri qədər sübut təqdim etməmişdir.

20. O cümlədən məhkəməyə təqdim olunmuş qaimə-fakturada alınmış məhsulun nə növü, nə də qiyməti əks etdirilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən ciddi hesaba t blankı sayılan sənədlərin forma və məzmununa uyğun tərtib edilməməsi onun etibarsızlığına gətirib çıxaran amillərdən sayılır.

21. Daha sonra iddiaçı izahatlarında sututarında saxlanılan balıqların taxıl vasitəsilə yemləndiyinə istinad etmiş və məhkəməyə müxtəlif dövrlərə aid Əziz-Məlik 2007” Fermer Təsərrüfatı MMC tərəfindən tərtib olunmuş qaimə-fakturaları təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sututarda balıqlar saxlanıldığı təqdirdə onları taxılla yemləmək mümkündür. Hesab-fakturalara münasibətdə məhkəmə hesab edir ki, onlar ciddi hesabat blanklarının tələblərinə uyğun şəkildə tərtib olunmuş və məhkəmə tərəfindən sübut qismində qəbul edilə bilər. Lakin məhkəmə qeyd edir ki, taxılın hansı təyinat üzrə istifadə olunması hər hansı sənəddə öz əksini tapmamışd ır

22. İş materiallarına əlavə edilmiş videogörüntülərə isə münasibətdə məhkəmə qeyd edir ki, görüntüyə əsasən balıqların miqdarını müəyyən etmək mümkünsüzdür. Sadalananlara əsasən iddiaçının təqdim etdiyi dəlillər əsaslı hesab edilərək iddianın təmin edilməsinə gətirib çıxara bilməz, belə ki, məhkəmə təqdim edilmiş sübutdan nə alınmış balığın növünü, nə də qiymətini müəyyən edə bilməmişdir.

23. Birinci instansiya məhkəməsinin 2(011)-16/2022 nömrəli iş üzrə 24 yanvar 2022ci il tarixli əlavə qətnaməsi ilə iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin iddiaçıdan alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1096.1-ci maddələrinə, “Mənəvi zərərin ödən ilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

25. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya qətnaməsinin əsas və əlavə qətnamələrinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Apellyator şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qərardadla ekspertiza təyin etsə də, ekspertin rəyi ilə əsassız olaraq razılaşmamış, baş vermiş hadisənin cavabdehin təqsirli hərəkətlərindən yaranmadığı qənaətinə gəlmişdir. Halbuki, ekspertin rəyində cavabdehin məhz hansı hərəkətlərinin ziyana səbəb ol ması qeyd olunmuşdur.

27. Eyni zamanda, ekspertin məhkəmə baxışına dəvət olunaraq dindirilməsi ilə bağlı vəsatətlər əsassız olaraq təmin edilməmişdir.

28. Apellyasiya şikayətinin digər dəlili isə, iddiaçıya dəymiş ziyanın həcmi ilə bağlı olmuşdur. Apellyator bununla bağlı göstərmişdir ki, ziyanın həcmi ilə bağlı mötəbər sənədlər – 2017-ci ildə alınan balıqlara dair qaimə, kassa mədaxil orderlərinin qəbzləri məhkəməyə təqdim olunmuş, eyni zamanda alqı-satqı müqaviləsinin iştirakçısı olmuş və malları daşımış yük maşını sürücüləri məhkəmədə izahat vermiş, lakin məhkəmə ciddi hesabat blanklarından istifadə edilmədiyinə istinad edərək dəlilləri mötəbər hesab etməmiş və qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən ciddi hesabat blankı sayılan sənədlərin forma və məzmununa uyğun tərtib edilməməsi onun etibarsızlığına gətirib çıxaran amillərdən sayılır. Halbuki, qanunverici heç bir halda əqdlərin ciddi hesabat blanklarında yazılmamasına görə əqdi etibarsız hesab etmir.

29. Apellyatorun başqa bir dəlili isə, balıqların yemlənməsi ilə bağlı müxtəlif vaxtlarda "xxxx" MMC-dən aldığı taxıl məhsulları ilə bağlı olmuşdur. Apellyator bildirmişdir ki, balıqçılıqda məşğul olan fərdi sahibkar kimi həmin taxıl məhsullarını balıqların yemlənməsi üçün istifadə etmişdir. Lakin, taxıl məhsullarının hesab-fakturalarına münasibətdə məhkəmə qeyd etmişdir ki, onlar ciddi hesabat blanklarının tələblərinə uyğun şəkildə tərtib olunsa da taxılın hansı təyinat üzrə istifadə olunması hər hansı sənəddə öz əksini tapmamışdır.

30. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – ap ellyasiya instansiyası məhkəməsi) 2(103)-2911/2022 nömrəli mülki iş üzrə 20 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Fuad Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

31. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlərlə təkzib olunduğundan, apellyasiya şikayətində qeyd edilənlər qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

32. Məhkəmə öz m övqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1096.1-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

33. Cavabdeh (vəkil X7) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

34. Məzmunu apellyasiya şikayətinin dəlilləri ilə uyğunluq təşkil edən kassasiya şikayətində iddiaçı qeyd etmişdir ki, məhkəmələr deliktlə bağlı təqsirli hərəkətləri araşdırarkən heç bir əsas olmadan, cavabd eh şirkətin təqsirsiz olduğu qənaətinə gəlmişlər.

35. Belə ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində yol yatağı düzgün inşa edilməmiş, məhz bundan qaynaqlanan problemlər nəticəsində iddiaçının sahibkarlıq təsərrüfatı tamamilə dağılmış, baş verən fəlakət nəticəsində uzun müddət müalicə almışdır, o cümlədən baş verən mübahisə iki sahibkar subyekt arasında yarandığından işə ümumi məhkəmələrdə baxılması məqsədəmüvafiq hesab edilmir.

36. Kassator şikayətində onu da qeyd etmişdir ki, işə baxılarkən məhkəmə aidiyyatı qaydaları pozulmuş, tərəflərin hər ikisinin sahibkar olmasına və sahibkarlıq fəaliyyəti ilə bağlı deliktdən yaranan mübahisəyə ümumi məhkəmədə baxılmışdır.

37. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.1, 181.4, 331.1, 390.1, 390.2, 390.6, 390.7, 390.5, 406.1, 406.2, 1096-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 76, 79.1, 88, 202.1, 203.4, 205, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

39. Maddə

21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şə xsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

40. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

41. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflər in təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

44. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhk əmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassas iya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şika yətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

53. Baxılan iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisələndirilməyən hallara görə, iddiaçı ona ayrılan sututarda balıq yetişdirməklə məşğul olmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona ayrılmış sututara ziyan dəyməsinə istinad edərək iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçı həmin hadisə nəticəsində dəymiş ziyanın ödənilməsini cavabdeh təşkilatdan tələb edir və hesab edir ki, baş vermiş hadisə cavabdehin təqsiri ucbatından baş vermişdir.

54. Məhkəmə kollegi yası ilk növbədə qeyd edir ki, iddia tələbinin hüquqi əsasını təşkil edən hal cavabdehin yol-tikinti işlərini aparması nəticəsində torpağı bir sahədən digərinə artması və nəticədə baş vermiş təbii fəlakət olan selin iddiaçının istifadəsinə verilmiş sututarına ziyan vurması ilə nəticələnməsi olmuşdur.

55. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçının tələbinin qanuni əsası mülki hüquq pozuntusu (delikt) nəticəsində dəymiş ziyanın ödənilməsidir, ona görə də mülki hüquq pozuntusunun (delikt) və ziyanın dispozitiv şərtlərinin mövcudluğuna diqqət yetirilməlidir.

56. Belə ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunveric iliyin normalarını pozan) əməli (hərəkət və ya hərəkətsizlik) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət v ə ya hərəkətsizlik) habelə, zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur.

57. Zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.

58. Baxılan işdə iddiaçı baş vermiş hadisə ilə bağlı məhkəməyə müvafiq orqanlardan iddiaçıya ünvanlanmış sənədlər, digər materiallar təqdim etmiş, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən şahidlər və ekspert dindirilmiş, eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən tərəfindən məhkəmə ekspertizası keçirilmiş, rəy iş materiallarına əlavə edilmişdir.

59. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 oktyabr 2021-ci il tarixli rəyə əsasən, X8 Sanayi və Ticaret Anonim Şirketinin yol tikinti işlərinin aparılması zamanı artıq torpaq qatının İddiaçı istifadəsində olan sututara gələn su arxının qarşısının torpaqla dolması nəticəsində sututara ziyan vurulduğu müəyyən edilmişdir

60. Lakin işə baxan məhkəmələr sel hadisəsinin cavabdeh təşkilatın təqsiri üzündən baş verməsi nəticəsinə gələrkən iş materiallarında olan qeyd edilən sübutları MPM-nin 88ci maddəsinin tələblərinə əsasən qiymətləndirməmişlər.

61. Həmin norma ya görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

62. Belə ki, işə baxan məhkəmələr baş vermiş hadisənin təbii fəlakət olan sel ilə əlaqəli olduğu qənaətinə gəlmişlər. Lakin sel hadisəsinin cavabdehin təqsiri ucbatından baş verib-verməməsi müəyyən edilməmiş qalmışdır ki, bu halın müəyyən edilməsi iddia tələbinin faktiki və hüquqi əsasının yaranması, yəni hadisənin cavabdehin təqsiri ucbatından olunb-olmamasının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

63. İddiaçı və iş üzrə dindirilmiş şahidlər sel hadisəsinin cavabdeh təşkilatın yolların yenidən çəkilməsi zamanı torpaq sahələrinin hamarlanması və qazıl ması zamanı şirkət tərəfindən torpaqların tökülüb, yığılması nəticəsində böyükhəcmli sustutarın yarandığını, dəfələrlə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, təhlükənin qarşısının alınması üçün əsaslı tədbir görülmədiyini bildirmişlər. Bu səbəbdən yaranan sututarın müəyyən hissəsinin aşınması nəticəsində yaranan selə görə həmin göl dağılmış, orada saxlanan balıqların bir hissəsi məhv olmuş, qalan hissəsi isə selə qoşulub getmişdir.

64. Cavabdehin nümayəndəsi isə izahatında bu halları inkar edərək, ekspert rəyi ilə razılaşmadığını, baş vermiş sel hadisəsi ilə cavabdeh təşkilatın gördüyü iş arasında səbəbli əlaqənin olmadığını, eləcə də göldə ümumiyyətlə balıqların mövcud olması, mövcud olduğu təqdirdə onların növü və miqdarı barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim olunmadığını bildirmişdir.

65. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi baş vermiş sel hadisəsi ilə cavabdeh təşkilatın hərəkətləri arasında səbəbli əlaqənin olubolmamasını müəyyən etmək üçün sübutlara tam və hərətərəfli baxmamış, bu halı müəyyən edərkən ekspert rəyi ilə nəyə görə razılaşmadığını əsaslandırmamış, eləcə də 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Azər Badurayevə ünvanlandığı xx.xx.2019-cu il tarixli məktuba hüquqi qiymət verməmişdir.

66. Qeyd edilən hallar müəyyən edilmədən zərərin cavabdehin hüquqa zidd təqsirli əməli nəticəsində vurulub-vurulmadığı nəticəsinə gəlmək mümkün deyildir. Əgər göstərilən hal müəyyən edilərsə tələbin ziyana bağlı hissəsi yoxlanıla bilər.

67. Məhkəmə kollegiyası həmçinin, işin aidiyyatı üzrə komm ersiya məhkəməsinə göndərilməsi ilə bağlı kassasiya şikayətinin dəlilinə hüquqi qiymət verərək bildirir ki, şikayətin bu dəlili əsassızdır, məhkəmələr tərəfindən işə aidiyyət qaydaları pozulmadan baxılmışdır.

68. Belə ki, MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

69. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, İddiaçı vergi ödəyicisi olaraq 2013-cü il tarixdə qeydiyyata alınmış, onun VÖEN-i 2014-cü il tarixdən 23 iyul 2019-cu il tarixinədək dayandırılmış və həmin tarixdən sonra uzadılmamışdır.

70. Qeyd olunan halları və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İddiaçının kassasiya şikayəti təmin edilməlidir.

71. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

72. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

73. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2911/2022 nömrəli, 31 may 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar