Məhkəmə qərarları › İş №2(102)-504/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-504/2020

22.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-504/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, cavabdeh ləğv prosesində olan QSC “xxxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)7233/2019 nömrəli qətnaməsindən İddiaçı2 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İd diaçı1 iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ləğv prosesində olan “xxxx” Qapalı Səhmdar Cəmiyyətində (bundan sonra - Bank) və Əmanətlərin Sığortalanması Fondunda (bundan sonra - Fond) onların adına olan xx.xx.2015-ci il tarixli illik 12 faiz dərəcəsi ilə 1.212 ABŞ dolları, xx.xx.2015-ci il tarixli illik 12 faiz dərəcəsi ilə 1.000 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 1.000 ABŞ dolları və xx.xx.2015-ci il tarixli 1.000 ABŞ dolları üzrə depozit əmanətlərin və ona hesablanmış faizlərin cavabdehlər tərəfindən onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə əmanətçilər (iddiaçılar) İddiaçı1 və İddiaçı2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, LD ********** nömrəli, LD ********** nömrəli, LD ********** nömrəli, LD ********** nömrəli “Qarant bank əmanəti müqavilələrinə” əsasən iddiaçılar cavabdeh Banka xx.xx.2015-ci il tarixdə illik 12 faiz dərəcəsi ilə 1.212 ABŞ dolları, illik 12 faiz dərəcəsi ilə 1.000 ABŞ dolları, 1.000 ABŞ dolları və 1.000 ABŞ dolları məbləğində birgə hesabla əmanət qoymuşlar. İddiaçıların həmin vəsaitin və ona hesablanmış faizlərin alınması ilə bağlı müraciətlərinə cavabdeh Fond tərəfindən müraciət etmə müddətinin uzadılmasının məqsədəmüvafiq hesab edilməməsi əsası ilə imtina cavabı verilmişdir. Halbuki, onlar (iddiaçılar) vəsaitin alınması ilə bağlı uşaqlarının xəstəlikləri ilə əlaqədar olaraq vaxtında müraciət edə bilməmişlər. Bu səbəbdən, sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi üçün buraxılmış müddət üzrlü hesab edilib bərpa edilməli və Ban ka qoyduqları əmanətlər və ona hesablanmış faizlər iddiaçılara ödənilməlidir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxx 2018-ci il tarixli 2(006)-2574/2018 saylı qətnaməsi ilə (hakim R.Ə.Səmədov) iddia tələbi təmin edilmişdir. Cavabdeh ləğv prosesində olan QSC “xxxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli, 2(103)- 9289/2018 saylı qətnamə ilə (hakimlər E.C.Kazımov, T.S.Səmədov və İ.S.Şirinov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxx 2018-ci il tarixli 2(006)-2574/2018 saylı qətnaməsi cavabdeh QSC “xxxx” KB-a münasibətdə ləğv edilmiş, ona münasibətdə i ddia təmin edilməmiş, qətnamə ləğv prosesində olan QSC “xxxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayətinə münasibətdə, mübahisələndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh ləğv prosesində olan QSC “xxxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası (hakimlər Ə.Ə.Şadıyev, Q.Ə.Allahverdiyev və İ.R.Xələfov) iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli 2(102)-1783/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin etmiş, apelyasiya instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, yenidən baxılması üçün işi həmin məhkəməyə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)7233/2019 nö mrəli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov, Ş.Ə.Məhərrəmova və E.Y.Şamayev) cavabdeh Fondun apelyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxx 2018-ci il tarixli qətnamə ləğv edilmiş və iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)7233/2019 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 və onların vəkili X2 oğlu kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçılar İddiaçı2 və vəkili X2 oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)-7233/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərarın qəbul etmi şdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Bank ilə əmanətçilər (iddiaçılar) İddiaçı1 və İddiaçı2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, LD ********** nömrəli, LD ********** nömrəli, LD ********** nömrəli, LD ********** nömrəli “Qarant bank əmanəti müqavilələrinə” əsasən iddiaçılar cavabdeh Banka xx.xx.2015-ci il tarixdə illik 12 faiz dərəcəsi ilə 1.212 ABŞ dolları, illik 12 faiz dərəcəsi ilə 1.000 ABŞ dolları, 1.000 ABŞ dolları və 1.000 ABŞ dolları məbləğində birgə hesabla əmanət qoymuşlar. İddiaçıların həmin vəsaitin və ona hesablanmış faizlərin alınması ilə bağlı müraciətlərinə cavabdeh Fond tərəfindən müraciət etmə müddətinin uzadılmasının məqsədəmüvafiq hesab edilməməsi əsası ilə imtina cavabı verilmişdir. Halbuki, onlar (iddiaçılar) vəsaitin alınması ilə bağlı uşaqlar ının xəstəlikləri ilə əlaqədar olaraq vaxtında müraciət edə bilməmişlər. Belə ki, qanunla müəyyən edilmiş 1 illik müddətdə yox, 20 gün keçdikdən sonra müraciət etmişlər. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdeh ləğv prosesində olan QSC “xxxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İddiaçılar İddiaçı2 və İddiaçı1, onların vəkili X2 oğlu işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikas ı MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh Fondun apellyasiya şikayətini təmin edib, iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxx 2018-ci il tarixli, 2(006)-2574/2018 saylı qətnaməsini kassatora aid hissədə ləğv edib, iddia tələbini həmin hissədə rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Bank ilə əmanətçilər (iddiaçılar) arasında bağlanmış xx.xx.2015- ci il tarixli LD ********** nömrəli, LD ********** nömrəli, LD ********** nömrəli, LD ********** nömrəli “Qarant bank əmanət müqavilələri”nə əsasən, Bank əmanətçilərindən daxil olmuş cəmi 4.212 ABŞ dolları pul məbləğlərini (əmanətləri) qəbul edərək, müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanətçilərə qaytarmağı və onun üçün faizlər (illik 12 fazi dərəcəsi ilə) ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən müqavilənin müddəti 12 ay müəyyən edilmişdir. “xxxx” MMC-nin xx.xx.2018-ci il tarixli arayışından görünür ki, xx.xx.2017-ci il tarixdə müraciət etmiş pasient X1 müayinələri zamanı onun vəziyyəti orta-ağır dəyərləndirilmiş və valideyn nəzarətində olması tövsiyə olunmuşdur. Cavabdeh Fondun iddiaçılara ünvanladığı xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, “ Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 28.3-cü maddəsinə uyğun olaraq, Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Həmin Qanunun 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə kompensasiyanın ödənilməsi üçün müəyyən edilmiş müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Sığorta hadisəsi baş vermiş Bankın əmanətçilərinə qorunan əmanətlər üzrə kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə xx.xx.2016-cı il tarixdə dərc edildiyi nəzərə alınaraq, Qanunun tələbləri əsasında əmanətçilərdən kompensasiya alınması üçün ərizələrin qəbulu xx.xx.2017-ci il tarixdən etibarən dayandırı lmışdır. Ərizədə kompensasiya almaq üçün müraciət müddətinin ötürülməsi səbəbi qeyd edilməmişdir. Göstərilənlər nəzərə alınaraq və qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olmadığından kompensasiya almaq üçün müraciət etmə müddətinin uzadılmasının məqsədəmüvafıq hesab edilməmişdir. Bankın əmanətçilərinə qorunan əmanətlər üzrə kompensasiya ödənişi haqqında bildirişi ilk dəfə xx.xx.2016-cı il tarixdə dərc edilmişdir. Bu o deməkdir ki, iddiaçıların Banka yerləşdirdiyi əmanət məbləğlərini və ona hesablanmış faizləri almaq üçün həmin tarixdən başlayaraq 1 il müddətində müraciət etmək hüququ olmuşdur. Lakin bu müddət ərzində iddiaçıların əmanətlər üzrə kompensasiya ödənişinin alınması ilə bağlı Banka hər hansı müraciəti daxil olmamışdır. Maddi və prosessual hüquq normalar yoxlanılarkən ka ssasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 944.1-ci maddəsinə görə, bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı onun üçün faizlər ödəməyi öhdəsinə götürür. 947.2-ci maddəsinə görə, istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəx slərin qoyduqları əmanətlər istisna təşkil edir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1.2.6-cı maddəsinin mənasına görə, qorunan əmanət-sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətdir. Cəlb edildiyi günə bu Qanun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət-qorunan əmanətçilərin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. 2.1.11-ci maddəsinə görə, kompensasiya-sığorta hadisəsi baş verdikdə qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. 8.1.20-ci maddəsinə görə, fondun Himayəçilik Şurası qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edilir. 26.1-ci maddəsinə görə, fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir. 28.3-cü maddəsinə görə, fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edilir. Yuxarıda sadalanan maddi hüquq normalarına istinad edən apellyasiya instansiya məhkəməsi haqqlı olaraq qeyd etmişdir ki, 1 il ərzində hər iki valideynin fasiləsiz olaraq uşaqlarına nəzarət etməsi ağlabatan deyil və hesab edir ki, həmin müddətdə iddiaçılardan birinin əmanətlər üzrə kompensasiya ödənişinin tələb olunması ilə bağlı Banka müraciət etmək imkanı olmuşdur. Odur ki, iddiaçılar tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Qarant bank əmanəti müqavilələri” üzrə Banka yerləşdirdikləri əmanətlərin və ona hesablanmış faizlərin onlara ödənilməsi üçün qanunvericilikdə müəyyən edilmiş bir illik müraciət müddətini üzrsüz səbəbdən ötürmüşlər. Məhz bu hal onlara sözügedən müqavilə əsasında kompensasiya ödənişlərinin ödənilməsini istisna edir. Başqa sözlə, iddiaçılar hazırki iddianı irəli sürməkdə haqlı olmamışdırlar. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnormalarınıdü zgüntətbiqetmiş, iş üz rə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)7233/2019 nömrəli qətnaməsi kassatora aid hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar