Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5041/2021 04.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh MMC-yə qarsı “maddi və mənəvi zərərin tutulması, hüquqi yardıma görə çəkilmiş xərcin ödənilməsi” tələbinə dair ilk və iddiaçı Cavabdeh MMC-nin cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 qarşı “işgüzar nüfuzun müdafiəsi, vurulan maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: maddi zərər, mənəvi zərər, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ib arət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı2 vəkili Nümayəndə1, İlk iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) vəkili Nümayəndə2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 mart 2021-ci il tarixli, 2(103)1055/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 2013-cü il buraxılışlı “Porsche Cayenne GTS” markalı avtomobil 72100 manat ilkin ödəniş edilməklə, 30900 manat qalıq kredit məbləğinin 24 ay müddətinə, aylıq 1484 manat ödənilməsi şərti ilə 29 oktyabr 2014-cü il tarixdə İddiaçı2 tərəfindən Cavabdeh MMC-d ən alınmış və 10VB045 dövlət qeydiyyat nişanı ilə İddiaçı2 adına dövlət qeydiyyatına alınmışdır. 10 dekabr 2018-ci il tarixdə saat 15.30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Kürdəmir rayonunun Karrar qəsəbəsi ərazisindən keçən 187,6-cı km-də İddiaçı2 “Porsche Cayenne” markalı, 10VB045 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı istiqamətdə hərəkətdə olarkən avtomobilin qabaq sağ hissəsini özündən qabaqda eyni istiqamətdə və eyni zolaqda hərəkətdə olan İsmayılov Elgiz Vəkil oğlunun idarə etdiyi “Howo ZZ3257N3847A” markalı, 90XS724 dövlət qeydiyyat nömrəli yük avtomobilin arxa sol hissəsinə vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində “Porsche Cayenne” markalı avtomobildə olmuş sərnişinlər İddiaçı3 və X1 xəsarət almışlar. Həmin faktla bağlı Azərbaycan Res publikası DİN-nin Baş istintaq və Təhqiqat idarəsinin YolNəqliyyat hadisələrinə Dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi polis mayoru X2 tərəfindən araşdırma aparılmış və 28 dekabr 2018-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı2 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat miqdarında cərimə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı2 buraxılış ili 2013-cü il olan boz metal rəngli “Porsche Cayenne GTS” markalı avtomobi lin (şassi № WP1ZZZ92ZELA71003, mühərrik № GE02176) əvəzinə 2013-cü il istehsalı olan “Porsche Cayenne GTS” markalı avtomobilin verilməsi, iddiaçıların hər birinə 200000 manat məbləğində mənəvi zərərin əvəzinin, 1-ci və 2-ci bəndlərdə göstərilən məbləğlərin cəminin 10% miqdarında hüquqi xidmət xərclərinin cavabdehdən tutulması və iddiaçılara ödənilməsi (verilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı2 avtomobili aldığı tarixdən mütəmadi olaraq texniki baxışını, təmirini, mühərrik və s. yağlarının dəyişdirilməsini yalnız “Porsche” servisində həyata keçirmişdir. Lakin 10 dekabr 2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində toqquşma zərbəsinin həddən artıq güclü olmasına baxmayaraq, avtomobilin hava yastıqlarının (təhlükəsizlik yas tıqlarının) heç biri açılmamışdır. Hava yastıqlarının açılmaması qəza vaxtı avtomobildə olan şəxslərin, o cümlədən avtomobil sahibinin güclü sarsıntı keçirmələrinə, maddi və mənəvi zərərə düçar olmalarına səbəb olmuşdur. Qəza nəticəsində İddiaçı1 “Qapalı kəllə-beyin travması” diaqnozu, İddiaçı3 “Avtoqəza nəticəsində travma, qaraciyər lazerasiyası” diaqnozu qoyulmuşdur. Qəza nəticəsində “Porsche Cayenne GTS” markalı avtomobilə ciddi zərər dəymiş, avtomobilin qabaq sağ qanadı, sağ qapıları, kapotu, bamperi, damı yararsız hala düşmüş, faraları, sağ arxa və qabaq qapının şüşələri, yan şüşələr və alın şüşəsi qırılmış, ban ciddi deformasiyaya uğramışdır. Avtomobil qəzadan əvvəl saz vəziyyətdə olmuş, hava yastıqlarının heç birinin açılmaması istehsal xətası nəticəsində baş vermişdir. Zərərin əv əzinin ödənilməsi tələbinə “Porsche Central and Eastern Europe s.r.o.” şirkətinin 14 avqust 2019-cu il tarixli məktubu ilə bildirilmişdir ki, “...Müayinə əvvəlki ön toqquşmaların radarların işini idarə edən ACC sisteminə müvafiq məlumatları təmin edən radar sisteminin zədələndiyini müəyyən edib. Bu zədə 27 iyul 2018-də baş verib. ACC sisteminin işlək olmadığı ekranda üzə çıxdı. Bu zədə Porsche mərkəzinin icazəsi (servisi) ilə təmin edilməyib, ACC radar sistemi yenidən işlək vəziyyətə gələcək səviyyədə lazımınca təmin edilməyib. Faktiki olaraq bu avtonəqliyyata 2016-cı ildən bəri Porsche mərkəzində xidmət göstərilməyib. Əgər maşın Porsche mərkəzinə gətirilsəydi, texniki göstərici bu nasazlığı lazımınca göstərəcəkdi və təmir edəcəkdilər. Odur ki, Sizin ACC-radar sisteminin fəaliyyətsizliyi i lə bağlı olan şikayətinizi qəbul edə bilmirik. Sizin bu toqquşma nəticəsində olan zədədən xəbəriniz var idi, lakin siz avtonəqliyyat vasitənizi lazımi qaydada təmir etdirməmisiniz (Porsche mərkəzində). Daha sonra həmin məktubda hava yastıqlarının işləmə mexanizmi barədə maarifləndirici müddəalar sadalanmış və hava yastıqlarının açılması üçün zərurət yaranmadığı bildirilmişdir. Qeyd edilən məktuba həmçinin həmin şirkətin 13 iyun 2019-cu il tarixli “Araşdırma Hesabatı” da əlavə olunmuşdu. Həmin məktubda qeyd edilənlər həqiqətə uyğun deyil, aşağıda istinad edilən dəlillərlə tam təkzib edilir və məsuliyyətdən yayınmaq üçün cəhd kimi qəbul edilməlidir. Belə ki, ********** saylı təmin kartından görünür ki, avtomobil cari təmirlə əlaqədar 28 iyul 2019-cu il tarixdə saat 13:08-də “Porsche” mərkəzi nin servisinə daxil olmuş, 30 iyul 2018-ci il tarixdə oranı tərk etmişdir. Belə olan halda bu fakt təqdim edilmiş məktubdakı “Əgər maşın Porsche mərkəzinə gətirilsəydi, texniki göstərici bu nasazlığı lazımınca göstərəcəkdi və təmir edəcəkdilər” dəlili ilə açıqaşkar uzlaşmır. Bu fakt həmçinin onu təsdiq edir ki, cavabdeh tərəfindən müəyyən edilməli və təmir edilməli nasazlıq onun təqsiri ucbatından aradan qaldırılmamışdır. Bundan əlavə, faktiki olaraq bu avtomobilə 2016-cı ildən bəri “Porsche” mərkəzində xidmət göstərilməyib” dəlili “Porsche” mərkəzinin təmir kartları ilə də tam təkzib edilir. Cavabdehə 05 dekabr 2019-cu il tarixdə pretenziya göndərilərək, zərərin əvəzinin ödənilməsi xahiş edilsə də, həmin pretenziyaya cavab belə verilməmişdir. Hadisə nəticəsində iddiaçılara böyük mənəvi zə rər də dəymişdir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilməlidir. Sübut etməyə ehtiyac yoxdur ki, təhlükəsizlik yastıqları quraşdırılan avtomobilə görə istehlakçı əlavə pul ödəyir və özünün təhlükə anında effektiv texniki müdafiə vasitəsinə malik olacağına əmin olur. Lakin bunun əvəzində həmin vasitənin işə düşməməyi nəticəsində ölüm təhlükəsi ilə üzləşən istehlakçının hansı ağır mənəvi-psixoloji hisslər keçirdiyini təsəvvür etmək çətin deyil. Həyatlarına olan belə real təhlükə ilə üzləşən iddiaçılar məhz bu mövqedən çıxış edərək, onlara dəyən mənəvi zərəri 200000 manat məbləğində qiymətləndirir və bu məbləğin cavabdehdən tutularaq onlara ödənilməsini istəyirlər. İddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı1, İddiaçı2, İddiaçı3 qarşı qar şılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin tələb üzrə cavabdehlər tərəfindən Cavabdeh MMC-nin ünvanına məktub göndərilməklə həqiqətə uyğun olmayan məlumatları yaydıqlarına görə Cavabdeh MMC-dən yazılı formada üzr istənilməsi, maddi ziyan olaraq Cavabdeh MMC tərəfindən İddiaçı2 və digərlərinin müraciətinə əsasən Almaniyadan dəvət edilən mütəxəssislərə xərc kimi çəkilən 35000 manat məbləğində pulun cavabdehlərdən birgə qaydada tutularaq Cavabdeh MMC-nin hesabına ödənilməsi, Cavabdeh MMC-nin işgüzar nüfuzuna vurulan ziyana görə İddiaçı2 200000 manat, İddiaçı1 200000 manat, İddiaçı3 200000 manat məbləğində pulun və dövlət rüsumuna görə ödənilən 30 manat pulun tutularaq Cavabdeh MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əs aslandırılmışdır ki, İddiaçı2 “Porsche Bakı Mərkəzi”nə müraciət edərək, “Porsche Cayenne GTS” markalı avtomobil qəzaya uğradığı zaman “airbag” (hava yastığı) sisteminin işə düşmədiyini bildirmişdir. “Porsche” markalı avtomobillərin Azərbaycan Respublikası üzrə rəsmi distributoru olan Cavabdeh MMC ölkədə öz müştərilərinə qarşı həssaslığı ilə seçilən, onların müraciətlərinə operativ reaksiya verən, problemlərin ən qısa müddətdə həll olunmasına nail olan şirkətlərdən biridir. Bu nöqtəyi nəzərdən yuxarıda qeyd edilən hal ilə əlaqədar Cavabdeh MMC tərəfindən dərhal “Porsche”nin Almaniyada yerləşən baş ofisinə məlumat verilmiş və məsələnin araşdırılması üçün Almaniyadan mütəxəssislər dəvət olunmuşdur. Bu zaman dəvət olunan mütəxəssislərin bütün xərclərini Cavabdeh MMC öz üzərinə götürmüşdür. Apa rılan araşdırmalar nəticəsində “Porsche Central and Eastern Europe s.r.o.” tərəfindən göndərilən mütəxəssislər tərəfindən müəyyən edilmişdir ki, avtomobilin Airbag sistemində ümumiyyətlə hər hansı nasazlıq aşkarlanmamış, 10 dekabr 2018-ci il tarixdə baş verən qəza zamanı hava yastığı sistemi həm elektron, həm texniki olaraq düzgün işləyib, sadəcə yetərli qəza pulsu (işarəsi, siqnalı) aşkar olunmadığından işə düşməmişdir. Eləcə də məlum olmuşdur ki, qəza hadisəsi baş verən zaman avtomobilin təhlükəsizlik kəmərləri taxılı vəziyyətdə olmamışdır. Bu da “Airbag” sisteminin işə düşməməsi də nəticələnən hallardan biridir. ACC (sürət məsafə tənzimlənmə mexanizmi) sistemində də nasazlıq müəyyən olunmuşdur ki, həmin nasazlığın mövcud olması qəzadan öncə müəyyən edilmiş, bununla bağlı avtomobilin ist ifadəçisinə dəfələrlə avtomobilin elektron sistemi vasitəsi ilə məlumatlandırma aparılmışdır. Lakin avtomobilin istifadəçisi tərəfindən bu nasazlığa əhəmiyyət verməmişdir. Belə ki, qeyd olunan avtomobil 2016-cı ildən 2018-ci ilin iyul ayınadək “Porsche Bakı Mərkəzi”nə xidmət olunması üçün gətirilməmişdir. İddiaçı2 məxsus “Porsche Cayenne GTS” markalı, 10VB045 dövlət qeydiyyat nişanlı avtomobil 28 iyul 2018-ci il tarixdə “Porsche Bakı Mərkəzi”nin avtomobillərə xidmət servisinə təqdim olunduğu vaxt həmin avtomobilin bütün yaddaşı xidmət mərkəzinin elektron sisteminə yüklənmişdir. Məlum olmuşdur ki, ümumilikdə avtomobildə 31 sayda nasazlıq vardır və bu nasazlıqardan da biri ACC (sürət məsafə tənzimlənmə mexanizmi) sistemi olmuşdur. Həmin avtomobilin elektron lövhəsi vasitəsi ilə dəfələrlə ist ifadəçisinə bu barədə bildiriş də göndərildiyi sistemdə açıq-aşkar görünür. Avtomobil servisə təqdim edildiyi zaman müəyyən olunmuşdur ki, avtomobilin ön hissəsində rənglənmə işi aparılmış, lakin həmin iş “Porsche Bakı Mərkəzi”ndə aparılmamışdır. Odur ki, avtomobilin əvvəllər də qəzalı vəziyyətə düşməsinə şübhə yoxdur. Cavabdeh MMC Almaniyadan göndərilən mütəxəssislərin bütün xərcləri qarşılayaraq, ona 35000 manat məbləğində maddi ziyan vurulmuşdur. Cavabdeh MMC tərəfindən Almaniyada yerləşən “Porsche”nin baş ofisinə müraciət olunduqdan sonra Almaniyada yerləşən baş ofis tərəfindən “Porsche Bakı Mərkəzi”nə etimad nisbətən zəiflənmiş, avtomobillərin satış sayına məhdudiyyət qoyulmuşdur. “Porsche” nəhəng brend olmaqla, bu cür hallarla qarşılaşmamış, müştərilərinin onlara qarşı belə əsassız i ddialara ilk dəfə rast gəldiklərini qeyd edilmiş və Azərbaycana avtomobil idxal etməyin risklərini bir daha nəzərdən keçirilmişdir. Risklərin müzakirəsi nəticəsində qərar verilmişdir ki, Azərbaycana idxal olunan “Porsche” markalı avtomobillərə limit qoyulsun və bu limit kəskin şəkildə azaldılmışdır. Beləliklə, Cavabdeh MMC-nin satış mərkəzində avtomobil satışı azalmış və şirkət maliyyə itkisinə məruz qalmışdır. Daha sonra İddiaçı2 və digərləri tərəfindən ətraflarında olanlar arasında əsassız fikirlər səslənilməklə Cavabdeh MMC-nin və “Porsche Bakı Mərkəzi”nin satdıqları avtomobilləri gözdən salmaq cəhdləri başlamışdır. Belə ki, “Porsche” markalı avtomobilləri idarə edən kütlə digər avtomobillərə nisbətən geniş deyildir və həmin kütlə arasında kiçik olsa belə söz-söhbətin yayılması kifayət edir ki, avtomobil gözdən salınsın. Bununla da “Porsche” markalı avtomobillərin Azərbaycanda rəsmi təmsilçisi Cavabdeh MMC-nin işgüzar nüfuzuna xələl gəlmişdir. İddiaçı2, İddiaçı1 və İddiaçı3 bu cür davranışlarından yalnız belə qənaətə gəlmək olar ki, onların məqsədi nəhəng alman brendi “Porsche” markasını və onun Azərbaycanda distributoru olan Cavabdeh MMC-ni (“Porsche Bakı Mərkəzi”ni) gözdən salmaq, işgüzar nüfuzuna xələl gətirmək və əhali arasında gözdən salmaqdır. İddiaçı2, İddiaçı1 və İddiaçı3 yuxarıda qeyd edilən üsulla “Porsche Bakı Mərkəzi”nə (Cavabdeh MMC-yə) ləkə yaxması bir çox müştərilərin narahatçılığına səbəb olmuş, texniki xidmət servisinin normal fəaliyyətinə ciddi təsir göstərməklə boşdayanma hallarının çoxalmasına səbəb olmuş, müştərilər tərəfindən xidməti servisə mürac iətləri kəskin şəkildə azalmış, ictimaiyyət arasında söz-söhbətin yaranmasına və cəmiyyətdə özünəməxsus imic qazanaraq müsbət xarakterizə olunan şirkətin fəaliyyətində şübhələrin yaranmasına gətirib çıxarmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 2(007)1190/2020 nömrəli qətnaməsi ilə (hakim F.X.Mirzəyev) ilk və qarşılıqlı iddia tələbləri rədd olunmuşdur. Birinci instansiya məhkəməsi ilk iddiaya qiymət verərkən nəzərə almışdır ki, iş materiallarında olan “Porsche Central and Eastern Europe s.r.o.” şirkətinin mütəxəssislərinin hadisə ilə bağlı apardıqları 13 iyun 2019-cu il tarixli araşdırma hesabatında qeyd olunur ki, “Porsche Cayenne” markalı 10VB045 dövlət qeydiyyat nişanlı minik avtomobilin hadisə baş verməzdən bir xeyli əvvəl ACC (sürət tənzimləmə qurğu su) işləmirdi. Odur ki istənilən müzakirədə ACC sürət tənzimləmə qurğusunun toqquşmadan qabaq nasaz olması məlumdur. VAL (yaddaş) yoxlama zamanda da aydın oldu ki, PAS (qəza məlumat vermə sistemi) və PSM (sabit idarəetmə sistemi) birbaşa təhlükəsizlik qaydalarına aid olan iki sistem qəzadan bir-neçə müddət əvvəl nasaz olmuşdur.... Bunu nəzərə almaq lazımdır ki, əgər belə zəif surətdə yastıqlar açılsa idi hər toqquşmada hava yastığının şişməsi nəticəsində əlavə zədələr yaranardı. Bundan başqa, təhlükəsizlik sistemləri sərnişinləri şiddətli xəsarətlərdən qorumaq üçün tətbiq olunmuşdur. Ancaq bu cür şiddətli xəsarətlər qeyd olunmayıb. Faktiki olaraq bütün tibbi arayışlarda xəsarətlərin zəif və ya orta olduğu bildirilib. Qeyd olunan mütəxəssis rəyindən belə nəticəyə gəlir ki, avtomobilin PAS (qəza məlumat vermə sistemi) və PSM (sabit idarəetmə sistemi), birbaşa təhlükəsizlik qaydalarına aid olan iki sistem qəzadan bir-neçə müddət əvvəl nasaz olmuş və avtomobilin toqquşma zərbəsinin həddi hava yastığının açılması üçün kifayət etməmişdir. Bundan başqa, iş materiallarında olan, Cavabdeh MMC-nin təqdim etdiyi avtomobilin təmir cədvəlindən görünür ki, 14 noyabr 2014-cü il tarixdən 05 dekabr 2018-ci il tarixinədək olan dövr ərzində həmin avtomobil bir dəfə də olsun VAL (yaddaş) yoxlamasından keçməmiş bu səbəbdən avtomobildə olan nasazlıqların müəyyən olunması mümkün olmamışdır. Göstərilənlərə istinad etməklə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, baş vermiş hadisə zamanı hava yastıqlarının açılmamasında Cavabdeh MMC-nin təqsirli olmasına dəlalət edən sübutlar mövcud deyil. Bu səbəbdən həm maddi, həm də mənəvi ziyan hissəsində ilk iddia təmin oluna bilməz. Hüquqi yardıma görə çəkilmiş xərclərin ödənilməsi tələbi ilk iddianın əsas tələbləri ilə birbaşa bağlı olduğundan və həmin tələblər təmin olunmadığından bu hissədə də ilk iddia təmin oluna bilməz. Qarşılıqlı iddiaya qiymət verərkən birinci instansiya məhkəməsi göstərmişdir ki, dəymiş maddi ziyan qismində tələb olunan 35000 manat pulun baş vermiş hadisə zamanı Almaniya Respublikasından dəvət olunmuş mütəxəssislərə xərclənməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Qarşılıqlı iddianın mənəvi zərərlə bağlı hissəsinə hüquq qiymət verən məhkəmə Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə istinad etməklə göstərmişdir ki, bütün fiziki və hüquqi şəxslər pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəməyə müraciət etməkdə azaddırlar. Şəxsin məhkəməyə müraciət etməsi digər şəxsə mənəvi ziyan vura, onun işgüzar nüfuzunu zədələyə bilməz. b) Apellyasiya instansiyası məhkəməsində icraat İlk iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı1, İddiaçı2, İddiaçı3 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 2(007)-1190/2020 nömrəli qətnaməsinin ilkin iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Həmçinin ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 2(007)-1190/2020 nömrəli qətnaməsinin qismən ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 mart 2021-ci il tarixli, 2(103)-1055/2021 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Eyvazovun sədrliyi və məruzəsi ilə, hakimlər Z.A.Şirinovdan və F.Ş.Talışinskidən ibarət tərkibdə) hər iki apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 2(007)-1190/2020 nömrəli qətnaməsi apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150.10 və 152-ci maddələrinə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ bəndinin 3-ci hissəsinə, 11-ci maddəsinin İ bəndinə, 30-cu maddəsinin İİ bəndinə istinad etməklə əlavə olaraq qeyd etmişdir ki, nəqliyyat vasitələrinin mülkiyyətçiləri (sahibləri) nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün onlara vaxtlı-vaxtında texniki xidmət göstərməlidir. Şəxslər onlara məxsus olan nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılması və istismarı üçün tədbirlər görmək vəzifəsini daşıyırlar. İddiaçı tərəf isə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomobilin hava yastıqlarının açılmamasının istehsal xətası olmasını iddia etsələr də, tələblərinin əsası kimi istinad etdikləri halları əsaslandıra və sübut edə bilməmişlər. İddiaçı tərəfin izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Bununla yanaşı, apellyasiy a instansiyası məhkəməsi hesab etmişdir ki, qarşılıqlı iddia da əsassız olmuşdur. Çünki, iddiaçı tərəfin hadisə ilə bağlı müraciət və şikayətləri özü-özlüyündə cavabdehin işgüzar nüfuzunun zədələnməsi kimi qiymətləndirilə bilməz. Cavabdeh bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Həmçinin, cavabdeh qarşılıqlı iddiada maddi ziyan qismində 35000 manat pulun cavabdehlərdən tutulmasını tələb etmiş və həmin pul vəsaitinin baş vermiş hadisə zamanı Almaniya Respublikasından dəvət olunmuş mütəxəssislərə xərcləndiyini iddia etmiş, lakin bu halı da təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edilməmişdir (bununla yanaşı, cavabdehin özü mütəxəssis yardımından istifadə edərək, hadisə ilə bağlı müvafiq rəy almışdır). Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icr aatı iştirakçılarının izahatları: a) İddiaçıların kassasiya şikayətinin dəlilləri İlk iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı1, İddiaçı2, İddiaçı3 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 mart 2021-ci il tarixli, 2(103)-1055/2021 nömrəli qətnaməsinin ilkin iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti iddia ərizəsində qeyd olunan dəlillərə istinad edilməklə, onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri Həmçinin ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC kassasiya şikay əti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 mart 2021-ci il tarixli, 2(103)-1055/2021 nömrəli qətnaməsinin qismən ləğv edilməsi və qarşılıqlı iddiaya dair hissənin təkrar araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin kassasiya şikayəti həmçinin işin faktiki hallarına, qarşılıqlı iddia ərizəsində göstərilən dəlillərə istinad edilməklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə yazılı etirazlar verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı (qarışlıqlı iddia üzrə cavabdeh) İddiaçı2 vəkili Nü mayəndə1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini, qarşılıqlı kassasiya şikayətinin isə rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC-nin vəkili Nümayəndə2 qarşılıqlı kassasiya şikayətini müdafiə etmiş, qarşı tərəfin kassasiya şikayətinə isə etiraz etmiş və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın təmin olunmamış hissəsində ləğv edilməklə, yeni apellyasiya baxışına qaytarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, ilk iddia üzrə iddiaçılar (qarışlıqlı iddia üzrə cavabdehlər) İddiaçı1 və İddiaçı3 məhkəmə iclasına gəlməmiş, vəkillərinin iştiraklarını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilmə məlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tərəflərlə qarşılıqlı olaraq tam mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mü lki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki,...məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyət in yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin s übutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüqu q normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki şikayətlərin dəlillərinə uyğun olan hər iki tərəfin apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə həmin qiymətləndirmə ilə razılaşır. Məhkəmə kollegiyası qeyd edir ki, həm ilk, həm də qarşılıqlı iddia tələbinin həlli sübutetmə ilə əlaqəli olmuş və apellyasiya instansiyası bununla bağlı prosessual hüquq normalarını pozmamış, tərəflərin təqdim etdiyi sübutlar əsasında qətnamə qəbul etmişdir. Be lə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə görə yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərə kət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarı). Məhkəmə kollegiyası hesab edir ki, iddiaya baxan apellyasiya məhkəməsi səlahiyyətləri çərçivəsində tərəflərin təqdim etdiyi sübutları qiymətləndirərək, həmin sübutları hər iki iddianın təmin olunması üçün əsaslı hesab etməmişdir. Belə ki, təq dim olunmuş sübutlarla ilkin iddia üzrə iddiaçılara müəyyən zərərin vurulması müəyyən olunsa da, bu zərərə səbəb olan cavabdehin hər hansı qanunsuz hərəkəti (hərəkətsizliyi) sübut olunmamışdır. Qarşılıqlı iddia üzrə iddiaçıya isə ümumiyyətlə hər hansı zərərin vurulması məhkəmələrdə sübut olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbay can Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən birgə, habelə ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 mart 2021-ci il tarixli, 2(103)-1055/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5041/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5041/2021
04.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver