Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5042/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) 27.09.2022 Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2886/2022 nömrəli, 25 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul ed ilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi, daha sonra iddia tələbini dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra – cavabdeh) onu aldadaraq ələ keçirdiyi 21.194 manat məbləğində pulun, ona məxsus qızılzinət əşyalarının lombardda satılması nəticəsində ona dəymiş ziyanın əvəzi olaraq, 6.500 manat məbləğində pulun tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, iddiaçı və cavabdehin övladları eyni sinifdə oxuduğundan onlar tanış olmuşlar. İddiaçı 2020-ci ilin iyul ayında lombarda qızıllarını qoyaraq, ümumilikdə 2600 manat, daha sonra cavabdehin həyat yoldaşı X6 Kap ital Bank vasitəsilə 606, 900 (kartla) və 415 manat (nağd), daha sonra cavabdehin avtomobil alması üçün Bankdan kredit götürərək 12.400 manat, 2020-ci ilin avqust ayında cavabdehin oğlunun polis tərəfindən saxlandığı üçün müəyyən problemlər olduğundan iddiaçı iş yoldaşından götürərək 900 manat, daha sonra qızıl sepini "xxxx" ASC-yə girov qoyaraq 438 manat və bacısına məxsus bank kartından 250 manat çıxarıb cavabdehə vermiş, bunlardan əlavə də hissə-hissə olmaqla 4000 manat borc pulu cavabdehə vermişdir. Cavabdeh və onun həyat yoldaşı daha yüksək faizli lombard tapdıqlarını bildirdiklərindən iddiaçı qızıllarını qoyduğu lombarddan götürərək, onlara vermiş və onlar qızıllarını başqa lombarda qoyaraq, 3500 manat pul götürmüşlər. Lombard ödənişini edəcəklərini desələr də, vaxtında ödəniş etmədi klərindən iddiaçının 65,25 gram ağırlığında qızılı satılmış, nəticədə iddiaçıya 6500 manat məbləğində ziyan dəymişdir. Cavabdeh hər dəfə müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır.
3. Məhkəmə iclasında izahat verən iddiaçı iddia ərizəsində qeyd etdiklərinə əlavə olaraq bildirmişdir ki, cavabdehin xahişi ilə iş yoldaşı olan Afaq adlı şəxsin adına 4.000 manat məbləğində kredit götürərək, bu məbləği də cavabdehə vermişdir. Lakin cavabdeh onun etibarından sui-istifadə edərək, o cümlədən ona öz kommersiya fəaliyyətlərinə (icarə əsasında fəaliyyət göstərəcək restoranda inzibatçı vəzifəsi) cəlb edib yüksək əmək haqqı ödənilməsi barədə vədlər verərək və hər dəfə borc aldığı məbləğləri qaytaracağına onu inandıraraq, ondan yenə də yuxarıda göstərilən məbləğlərdə borc almış, lakin bugünədək b orc aldığı məbləğləri qaytarmamışdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini, habelə cavabdeh barəsində xüsusi qərardad çıxarılmaqla prokurora göndərilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında izahat verən cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, onun iddiaçıya 2019-cu ildə cəmi 3.500 manat məbləğində borcu olmuş, həmin borcunu da sonradan qaytarmışdır. İddia ərizəsində qeyd edilən hər hansı məbləğ isə iddiaçı tərəfindən ona borc qismində verilməmişdir. İddiaçı həmin məbləğlərdə pul vermişdirsə də, ona verməmiş, onunla faktiki nikah münasibətində olan X7 vermişdir. Mebelin quraşdırılması ilə bağlı işləri də məhz X11 təşkil edərək görmüş və bununla bağı hər hansı məbləğdə pul verilmişdirsə də, sonuncuya verilmişdir. Bundan əlavə iddiaçıdan lombarda qızıl-z inət əşyası qoyub pul götürməyi də heç vaxt xahiş etməmiş, həmin qızıl-zinət əşyaları da onun adına deyil, X4 adına qoyulmuş və hər hansı məbləğdə pul götürülmüşdürsə də sonuncu tərəfindən götürülmüşdür. İddiaçı ilə aralarında olmuş telefon danışıqlarında da iddiaçıya özünə məxsus avtomobili satıb, borclarını qaytaracağını və iddiaçıya onun özünə məxsus borcları qaytarmağa köməklik edəcəyini bildirmişdir. Sonradan isə bunu edə bilməmiş, belə ki, öz borclarını qaytarmışdır. Lakin o, bu təklifi iddiaçıya borcunun olması səbəbindən etməmişdir. Belə ki, o, qeyd etdiyi 3.500 manat puldan başqa iddiaçıdan hər hansı məbləğdə borc almamışdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Məhkəmə iclasında cavabdehin vəkili X8 iddianı qəbul etməmiş və cavabdehin izahatına uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçının iddia ərizəsində göstərilən məbləğlərlə izahatında qeyd etdiyi məbləğlər ümumiyyətlə üst-üstə düşmür və ümumi məbləğ baxımından fərqlidir. İddiaçı cavabdehə müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə pulu borc verdiyini bildirsə də, bu məbləğlərin hər hansı hissəsinin cavabdehə verilməsini təsdiq edən sübut yoxdur. İddiaçı özü də qeyd edir ki, ona məxsus olan qızılzinət əşyalarını bir lombarddan çıxarıb, digər lombarda, artıq özünün və ya cavabdehin deyil, cavabdehin faktiki nikahda olduğu X4 adına qoyulmuşdur. Lakin buna baxmayaraq, həmin qızıl-zinət əşyalarının dəyərini də cavabdehdən tələb edir. Hər bir halda, bu pullar cavabdehə verilsə idi, lombarda cavabdehin adına yerləşdirilmiş ola rdı. Nəticə etibarı ilə iddiaçı tərəfindən iddiada və izahatlarında qeyd edilən məbləğlərin hər hansı hissəsi onun tərəfindən borc kimi verilmişdirsə də, cavabdehə deyil, məhz adı çəkilən X7 verilmişdir. Sadəcə olaraq, bu şəxs barəsində cinayət işi başlanılmış və onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bu səbəbdən də iddiaçı qeyd edilən məbləğlərin ondan tələb edilməsini qeyri-qənaətbəxş hesab edərək, reallıqda ona verilmiş məbləğləri cavabdehdən tələb etmək qərarına gəlmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirakı İddiaçı tərəfindən təmin edilmiş şahid X1 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, iddiaçının həyat yoldaşıdır. Cavabdeh və onun faktiki nikahda olduğu X11 2020-ci ilin avqust ayında onların evinə gəlmişlər və həmin vaxt onun evində aparılan təmir işlərinə köməklik etmişdilər. Sonra restoran kimi fəaliyyət göstərməsi üçün qeyri-yaşayış sahəsini icarəyə götürmək niyyətində olduqlarını ona bildirmişlər və bu restoran üçün avadanlığın, o cümlədən stolların və stulların əldə edilməsində onlara köməklik göstərilməsini xahiş etmişdilər. Həmçinin, cavabdeh və X11 ona restoranda inzibatçı vəzifəsində işləməyi də təklif etmişdir. Lakin o, bundan imtina etmişdir. Cavabdeh və X11 restoran kimi fəaliyyət göstərilməsi üçün bir neçə qeyri-yaşayış sahəsini icarəyə götürmüşdülər. Lakin nəticədə işləri alınmamışdır. Sonradan avadanlıq natamam şəkildə, yəni bir sıra əşyalar olmadan ona qaytarılmışdır. Həmin avadanlığın pulu da bügünədək ödənilməmişdir. Bir müddət sonr a X11 barəsində cinayət işi başlanmış və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin vaxt cavabdeh ondan borc qismində 500 manat pul istəmişdir. Lakin o, cavabdehə bərabər işlədiyini, günə 5-10 manat pul qazandığını və yalnız 50 manat məbləğində borc vermək imkanına malik olduğunu bildirmişdir. Bundan sonra cavabdeh ona maşınını satıb pulunu ona verməyi xahiş etmişdir. Lakin o, bundan da imtina etmiş və cavabdehə öz mülkiyyətində olan avtomobili satmağı təklif etmişdir. Cavabdeh öz maşınını da onun köməkliyi ilə satmışdır. Həmin avtomobilin satışından əldə edilmiş 26.500 manat pulun 200 manat hissəsi onda qalmış, 20.500 manat lizinq xərcləri qismində ödənilmiş, 5.800 manat pulu isə cavabdeh özü götürmüşdür. Cavabdeh həmin pulu iddiaçının lombarda qoyulmuş qızıl-zinət əşyalarına görə yaranmış borcu ödəyib qızıl-zinət əşyalarını götürməsinə vəd versə də, bunu etməmişdir. Bir müddət sonra cavabdeh onlara yaşadığı mənzildən çıxarıldığını bildirmiş və sonuncunun xahişi ilə ona bir müddət, yəni 2021-ci ilin yanvarında öz evlərində yaşamağa şərait yaratmışdılar. Bir aydan sonra, yəni 2021-ci ilin fevral ayında cavabdeh onların mənzilini tərk etmişdir. Eyni zamanda, X11 onların və qayınanasının evində yeni mebelin quraşdırılmasını təşkil etməli idi. Bu məqsədlə onun həyat yoldaşı, yəni iddiaçı cavabdehə 800 manat məbləğində, qaynanası isə onun şahidliyi ilə 460 manat məbləğində pul vermişdir. Lakin mebel quraşdırılma işləri tam görülməmişdir. İddiaçının cavabdehə xeyli məbləğdə pulu borc verməsini, habelə iddiaçının özünə məxsus qızıl-zinət əşyalarını lombarda qoymasını xeyl i müddət sonra, artıq X11 həbs ediləndən sonra bilmişdir.
7. Məhkəmə iclasında iştirakı məhkəmənin təşəbbüsü ilə təmin edilmiş şahid X11 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, cavabdehlə faktiki nikah münasibətlərində olmuş və iddiaçını da onun rəfiqəsi kimi tanımışdır. Sonradan onun özünün də iddiaçı ilə səmimi münasibətləri yaranmış və o, iddiaçını öz bacısı hesab etmişdir. İddiaçının iddia etdiyi 21.194 manat məbləğində pul hissə-hissə borc qismində heç vaxt nə ona, nə də ki, cavabdehə verilmişdir. O, iddiaçının müraciətinə əsasən onun evində yeni mebelin quraşdırılması işlərini təşkil etmiş, həmçinin iddiaçının evində təmir işlərinin aparılmasına köməklik etmişdir. Mebelin quraşdırılması üçün də 660 manat məbləğində pul şəxsən ona verilmişdir. Bu pulun, ümumiyyətlə mebellər in quraşdırılması ilə bağlı hər hansı məbləğin cavabdehə verilməsi mümkün olan bir hal ola bilməzdi. Hər bir halda, həmin ailənin həmin vaxt başçısı, habelə mebellərin quraşdırma işinə nəzarət edən şəxs məhz o, olmuşdur. Belə olan halda, pulun iddiaçı tərəfindən ona deyil, cavabdehə verməsi barədə izahatının özü anlaşılmazdır. İddiaçı tərəfindən "xxxx" ASC-dən 12.400 manat, habelə iş yoldaşının adına 4.000 manat kreditin götürülüb cavabdehə veriməsi barədə iddiaçının sözləri də həqiqəti əks etdirmir. Həmin məbləğdə pul vəsaiti ona da verilməmişdir. Belə ki, iddiaçı "xxxx" ASCdən götürdüyü kreditdən cavabdehə deyil, şəxsən ona cəmi 5.600 manat məbləğində pul vermiş və həmin vəsait də bütünlüklə iddiaçının evinin təmirinə xərclənmişdir. Təmir işlərinə təxminən 8.000 manat pul xərclənmişdir. İddiaçı tərəfindən lombarda yerləşdirilmiş qızılzinət əşyaları ilə bağlı isə qeyd etmişdir ki, onun köməkliyi ilə həmin qızıl-zinət əşyaları bir lombarddan çıxarılaraq, daha yüksək borc məbləğinə digər lombarda təhvil verilmiş və ikinci lombarddan əldə edilmiş vəsait hesabına birinci lombarda yaranmış borc məbləği ödənilmiş və əldə qalan 930 manat qalıq məbləği də iddiaçının evinin təmirinə xərclənmişdir.
8. Binəqədi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 01 noyabr 2021-ci il tarixli, 2(001)-4399/2021 nömrəli qətnaməsi ilə (hakim Fuad Abdıyev) iddia tələbi təmin edilməmişdir.
9. Məhkəmə tərəfindən sübutlara qiymət verilərkən qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi kredit müqavilələri iddiaçı və onun bacısı olan X9 ilə bağlanmışdır. Cavabdeh bu məbləğin ona ve rildiyini etiraf etmir. İş materiallarına əlavə edilmiş və cavabdehə 06 avqust 2021-ci il tarixdə 606 manat, xx.xx.2021-ci il tarixdə 900 manat məbləğində pulun köçürülməsini təsdiq edən qəbzlərlə bağlı qeyd edilməlidir ki, bu qəbzlərdə göstərilən məbləğlərin hansı şəxs tərəfindən, hansı şəraitdə və nə məqsədlə göndərilməsi məlum deyil. Məhkəmə o halı da qeyd edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi məbləğlər, izahatında göstərdiyi məbləğlər, habelə X4 şahid qismində ifadəsi alındıqdan sonra borc məbləğinə dair verdiyi açıqlamada göstərdiyi məbləğlər (iddia ərizəsində göstəriləndən və tərəfindən verilmiş izahatda göstərilən məbləğlərdən əlavə bacısı X2 adına "xxxx" ASC-dən götürülmüş 2.300 manat pulun və tam kartda olan 500 manat pulun və əlavə olaraq 800 (700+100 manat Yasamal rayo nunda yerləşən restoranda) manat pulun da cavabdehə verildiyini bildirir) biri digərindən fərqlənir və hər hansı birinin cəmi iddia üzrə tələb edilən 21.194 manat təşkil etmir. “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə aparılmış yazışmaların çıxarışından və telefon danışıqlarının audio yazısından da cavabdehin iddiaçıya borcunun olduğu aşkar deyil. Bu yazışmaların və danışıqların hər hansı birində cavabdeh iddiaçıya borcunun olduğunu və ya yaranmış borcun ona məxsus olduğunu etiraf etmir. Əksinə danışıqlarda cavabdeh iddiaçıya münasibətdə “sənin borcunu” ifadəsindən istifadə edir. Lombarda qızıl-zinət əşyalarının yerləşdirilməsini təsdiq edən sənədlərdə də eyni qaydada iddiaçının adı əks etdirilir. Bu əşyaların lombarda yerləşdirilməsindən əldə edilmiş vəsaitin də cavabdehə verilməsini təsdi q edən hər hansı sübut mövcud deyil.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiası iddia ərizəsində qeyd etdiyi halları sübut edə bilməmişdir. Bundan əlavə, məhkəmə iddiaçı ilə cavabdehin arasında səmimi, mehriban və etibarlı münasibətlərin olmasını qəbul edir, lakin buna baxmayaraq, qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən hissə-hissə hər verilən borcun qaytarılmadığı bir halda cavabdehə yeni borc məbləğinin verilməsi, xüsusilə də verilmiş borc məbləğinin bir hissəsinin başqa şəxslərdən alınması, bu proseslər barədə həyat yoldaşına hər hansı məlumat verməməsi və bununla da birgə təsərrüfata maddi ziyan vurulması insan məntiqinə sığmayan və başa düşülməyən bir haldır. Hər bir halda, bir dəfə (münasibətlərə sığınaraq ikinci və maksimum üçüncü dəfə) verilmiş borc qay tarılmadıqdan sonra yenidən borcun istənilməsi və bu müraciətə uyğun olaraq yenidən borcun verilməsi inandırıcı da görünmür.
11. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 739.1, 740.1, 740.2, 1091.1, 1091.2, 1095, 1096.1, 1096.2-ci və Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə etmişdir ki, onun iddia tələbini X5 (özünü Rasim kimi təqdim edən) deyil, məhz cavabdehə yönəltməsinin səbəbi odur ki, o pulları X5 çatdırılması üçün məhz cavabdehə v ermişdir. Bundan əlavə, məhkəmə iddiaçıya məxsus kreditlər, onların yaranma tarixləri və məbləği, lombardda olan qızılları və onlarla əlaqədar şahid ifadələrinin dinlənilməsi, whatsapp yazışmalarını və bu kimi faktları araşdırmamış, sübutlara düzgün qiymət vermədən qətnamə qəbul etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 25 may 2022-ci il tarixli, 2(103)-2886/2022 nömrəli qətnaməsi ilə (hakimlər – F.F.Babayev (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova və R.Ə.Eyvazov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəl diyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 739.1, 740.1, 740.2, 1091.1, 1091.2, 1095, 1096.1, 1096.2-ci və Mülki Prosessual Məcəllənin 77 və 81-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları c)Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Belə ki, “whatsapp” danışıqları düzgün araşdırılmamış, cavabdehlərin və şahidlərin ifadələri düzgün qiymətləndirilməmiş, apellyasiya instansiyasında aparılan araşdırma birtərəfli olmuş v ə məhkəmə formal mülahizələrə əsasən qətnamə qəbul etmişdir. Eyni zamanda nə birinci, nə də apellyasiya instansiyası məhkəmələri Xətai RPİ-nin İŞ-də aparılan ********* saylı cinayət işi üzrə sübutların qiymətləndirilməsi barəsində olan qərarında X3 verdiyi ifadələrinə qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
21. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçü n çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
22. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
23. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
24. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı ol mayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
25. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
26. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
27. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
28. Maddə 1096.
1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
29. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəy yən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır 36. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kol legiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki,... insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iş tirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. 37. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 38. 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülk i və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 39. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 40. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 41. 17 -ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı iş ü zrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.
45. Hazırki işin halı ondan ibarətdir ki, iddiaçı cavabdehə 21.194 manat məbləğində pul verdiyini, ona məxsus olan qızılların lombardda satılması nəticəsinə ona 6500 manat məbləğində zərər vurulduğunu göstərir və həmin məbləğlərin tutulmasını xahiş ed ir.
46. Cavabdeh isə buna dair etirazında iddiaçıdan 3500 manat məbləğində şəxsən borc aldığını və onu qaytardığını, digər məbləğlərin ona verilmədiyini, verilmişdirsə faktiki nikahda olduğu şəxsə verilə biləcəyini göstərir.
47. İddiaçı kassasiya şikayətində göstərir ki, iddia tələbində və apellyasiya şikayətində olan dəlilləri («cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə» qərarda hazırkı mübahisəyə dair verilmiş ifadələrə və cavabdehin « whatsapp » üzərindən danışıqları, faktın etirafı ilə bağlı cavabdehin («pul verilmişdirsə ona yox, nikahda olduğu şəxsə verilmişdir», «… İddiaçı ilə aralarında olmuş telefon danışıqlarında da iddiaçıya özünə məxsus avtomobili satıb, borclarını qaytaracağını və iddiaçıya onun özünə məxsus borcları qaytarmağa köməklik edəcəyini bildirmişdir. So nradan isə bunu edə bilməmiş, belə ki, öz borclarını qaytarmışdır. Lakin o, bu təklifi iddiaçıya borcunun olması səbəbindən etməmişdir. Belə ki, o, qeyd etdiyi 3.500 manat puldan başqa iddiaçıdan hər hansı məbləğdə borc almamışdır».) və onunla faktiki nikahda olan şəxsin izahatları (arvadı Vüsalənin ona haradansa 21.000 manat borc tapıb verdiyi) eyni olmuş, lakin bu dəlillər üzrə məhkəmələr tərəfindən hər hansı araşdırma aparılmamış, hətta cavabdehin özünün borc kimi almasını qəbul etdiyi 3500 manatı guya iddiaçıya qaytarması barədə dediklərini qəbul etsə də, həmin vəsaitin harada və nə zaman iddiaçıya qaytarılmasına dair sübutların nədən ibarət olması aydınlaşdırmamışdır.
48. Apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia tələblərinin əsası kimi istinad etdiyi halların sübuta yetirə bilməməsi əsası ilə iddianı rədd edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
49. İşə apellyasiya qaydasında baxan məhkəmə, birinci instansiya məhkəməsinin nəticəsini və əsaslandırmanı olduğu kimi təkrarlamaqla qeyd edilən dəlilləri ümumiyyətlə müzakirə etməmiş və onlarla hansı əsaslara görə razılaşmadığını qətnamədə göstərməmişdir. Bununla da, işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi eyni pozuntulara yol verərək, iddia tələbinin və ona etirazın əsasında duran digər halları araşdırıb onlara düzgün hüquqi qiymət verməmiş, tərəflərin izahatlarını, toplanmış sübutları prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirməmiş, qətnamənin işin həqiqi hallarına, tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normaları na əməl etməmişdir.
50. İddaçının apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifəsidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapıb. (Məs., “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”)
51. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, işin mahiyyətinə aid olduğu üçün işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi cavabdehin iddia tələbinə qarşı irəli sürdüyü dəlillər ilə bağlı məhkəməyə təqdim etdiyi sübutları araşdırmalı və mübahisəyə müvafiq araşdırmanın nət icəsinə uyğun hüquqi qiymət verməlidir. İşdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir
52. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
53. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin a pellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
54. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
55. Odur ki, apellyasiya məhkəməsi tərəfindən cavabdehə olan borcunun müəyyən edilməsində maddi və prosessual hüquq normalarının pozulmasına yol verildiyindən qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
56. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri (iddiaçı və cavabdeh tərəfin iddia tələbində və etirazda olan dəlilərinə) və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməklə, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 may 2022-ci il tarixli, 2(103)-2886/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən b axılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.