Məhkəmə qərarları › İş №2(102)-5049/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-5049/2022

24.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5049/2022 24.08.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası Ali Məhkəmənin Mülki kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi mülkiyyətdəki əmlakdan payın naturada ayrılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 iyun 2022-ci il tarixli qərardadından Əmlak Məsələləri Dövlət Xi dməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi (vəkili X1) kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun verilməmişdir. Belə ki, kassasiya şikayətinə vəkilin orderi əlavə edilməmişdir. Halbuki, Mülki-Prosessual Məcəllənin 407.4-cü maddəsinə görə, kassasiya şikayətinə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Həmin Məcəllənin 408.1.3-cü maddəsinə əsasən, kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə qaytarı lmalıdır. Həmçinin Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin qərardadından işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər. İş materiallarında olan (mülki iş, səhifə 249) elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin elektron kabinetinə 21 iyun 2022-ci il tarixdə yerləşdirilmişdir. Lakin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin vəkili həmin qərardadd an kassasiya şikayətini 01 avqust 2022-ci il tarixdə elektron məhkəmə informasiya sisteminə yerləşdirmişdir. Göründüyü kimi, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük müddət ötürülmüş, buna baxmayaraq həmin müddətin bərpasına dair ərizə verilməmişdir. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-nin 408.1.4-cü maddəsinə görə, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1. və 408.1.3.408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 409-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Beləliklə, apellyasiya instansiya məhkəməsi kassasiya şikayətinin prosessual qanunvericiliyə uyğunluğunu yoxlamadan baxılması üçün Ali Məhkəməyə göndərmişdir. Odur ki, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Rey estri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə münasibətdə kassasiya şikayəti qanunvericilikdə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və ötürülmüş müddətin bərpası məsələsi həll edilmədiyindən kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməli və geri qaytarılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405, 408-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 iyun 2022-ci il tarixli qərardadından verdiyi kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilsin və geri qaytarılması üçün iş

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar