Məhkəmə qərarları › İş №2(102)-5057/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-5057/2021

11.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5057/2021 11.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Cavabdeh3 Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9860/2020 saylı 12 fevral 2021ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, “VAZ-21723” markalı, 90 FN-319 dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh3 qanunsuz sahibliyindən geri alınması, həmin əmlak üzərində iddiaçının sahiblik istifadə, sərəncam vermə hüquqlarının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 dekabr 2015-ci il tarixli 2(005)2688/2015 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, “VAZ-21723” markalı, 90 FN319 dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh3 İddiaçı qaytarılması qət edilmişdir. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9860/2019 saylı 16 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən sa xlanılmışdır. Cavabdeh3 Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsindən kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizə ilə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli qərardadı ilə qətnamədən kassasiya şikayəti vermək üçün “dövlət vəsaiti hesabına vəkillə təmin edilmə barədə” Cavabdeh3 ərizəsi təmin edilmişdir. Cavabdeh3 apellyasiya instansiyası məhkəməsinin 16.09.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, kassasiya şikayəti 21.10.2020-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinə daxil olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9860/19 saylı, 26 oktyabr 2020-ci il tarixli qərardadı ilə qətnamədən kassasiya şikayəti müddət ötürülməsi əsası ilə geri qaytarılmışdır. Cavabdeh3 Bakı Apellyasi ya Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli qərardadını 26 yanvar 2021-ci ildə qəbzə imza etməklə alıb, 09 fevral 2021-ci ildə həmin qərardaddan kassasiya şikayətini apellyasiya məhkəməsinə təqdim edib. Eyni zamanda Cavabdeh3 Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9860/2019 saylı, 16 sentyabr 2019-cu il tarixli qətnaməsindən ikinci dəfə verdiyi və yalnız özünün imzaladığı kassasiya şikayəti 09.02.2021-ci il tarixdə apellyasiya məhkəməsinə daxil olub. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9860/2019 saylı, 12 fevral tarixli ayrı-ayrı qərardadları ilə cavabdehin apellyasiya məhkəməsinin həm 16 sentyabr 2019-cu il tarixli qətnaməsindən, həm də 26 oktyabr 2020-ci il tarixli qərardadından verdiyi kassasiya şikayətləri geri qaytarılmışdır. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9860/2019 saylı, 12 fevral tarixli qərardadından kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti 12 avqust 2021-ci il tarixli qərardadla icraata qəbul edilmişdir. Hazırda məhkəmə kollegiyası hesab edir ki, iş kassasiya baxışından çıxarılmaqla apellyasiya məhkəməsinə göndərilməlidir. Belə ki, işdən görünür ki, Bakı Apellyasiya Məhkəməsi 12 fevral tarixində iki qərardad qəbul etmişdir: bir qərardad cavabdehin apellyasiya məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin geri qaytarılması barədə; digər qərardad isə 26 oktyabr 2020-ci il tarixli qərardaddan verilən kassasiya şikayətinin geri qaytarılması barədə olmuşdur. Cavabdeh kassasiya şikayətində konkret olaraq hansı qərardadı mübahisələndiridiyini qeyd etməmiş, həmçinin bunu şikayətin dəlilləri ilə də müəyyən etmək mümkün deyil. Buna görə də Cavabdeh3 Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9860/2020 saylı, 12 fevral 2021-ci il tarixli qərardadından verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında 12.08. 2021-ci il qərardad ləğv edilməli və kassasiya şikayəti kassasiya baxışından çıxarılmalı, mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Mülki-Prosessual Məcəllənin 417.1.7-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 oğlunun Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9860/2020 saylı, 12 fevral 2021-ci il tarixli qərardadından verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5057/2021 saylı 12.08.2021-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdeh Cavabdeh3 oğlunun Bakı Apellyasiy a Məhkəməsinin 2(103)-9860/2020 saylı, 12 fevral 2021-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti kassasiya baxışından çıxarılsın və iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar