Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5061/2021 04.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi” MMC və Cavabdeh2 Sığorta Şirkəti ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sağlamlığa vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı, vəkili Nümayəndə1, Cavabdeh2 Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə2 və vəkili Nəsirli Anar Cavanşir oğlunun iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3270/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 04 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları “İstehsalatda bədbəxt hadisə haqqında” 20.08.2019-cu il tarixli, 01/2019 nömrəli aktdan görünür ki, İddiaçı 19 iyul 2019-cu il tarixdə əmr əsasında təhkim olunduğu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 124 saylı marşrut xəttinin sonuncu dayanacağında yerləşən dispetçer məntəqəsində işə çıxmışdır. Təxminən saat 13:45 radələrində 124 saylı marşrut üzrə işləyən “Daewo” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X2 dispetç er X4 avtobusun əyləc sistemində nasazlıq yarandığını bildirmişdir. S.Əliyev isə ona müraciət etməsini, nasazlığın aradan qaldırılması mümkün olmadıqda isə təmir üçün qaraja göndəriləcəyini bildirmişdir. Ə.Babayev ona yaxınlaşaraq qabaq təkərlərin əyləc sistemində nasazlıq olduğunu bildirmiş və nasazlığın aradan qaldırılmasını xahiş etmişdir. O, sürücü Ə.Babayevə idarə etdiyi avtomaşının sükanını sağ tərəfə döndərməsini bildirib avtobusun əyləc sistemini tənzimləməyə başlamışdır. Bu zaman sürücü işlək vəziyyətdə saxladığı avtobusu irəli hərəkət etdirmiş və avtobusun təkəri ona dəyərək xəsarət yetirmişdir. Həmin vaxt o qışqırdıqda sürücü avtobusu arxaya vermiş və yenidən sağ əl və ayağının, eləcə də ombasının üstündən keçərək ona təkrar xəsarət yetirmişdir. X5 tərəfindən təqdim edilmiş 16.0 8.2019-cu il tarixli, 1760 saylı arayışda onun “Müştərək travma. Sağ sirkə kasasının arxa kənarıınn qapalı yerdəyişən sınığı və budun arxa çıxığı. Sağ mil sümüyünün tipik yerinin və sağdan V ayaq darağının sümüyünün əsasının qapalı yerdəyişməyən sınığı. Döş qəfəsinin küt travması” diaqnozu ilə xəsarət aldığı göstərilmişdir. 28 nömrəli Şəhər Poliklinikası tərəfindən 23.04.2020-ci il tarixdə verilmiş ambulator kitabçadan çıxarışdan görünür ki, İddiaçı 19.07.2020-ci il tarixdə alınmış travma ilə əlaqədar sol sirkə kasasının medial divarının sınığı ilə əlaqədar osteosintez (metal lövhə) əsas xəstəlik diaqnozu qoyulmuş, Aparılan stasionar və ambulator kompleks müalicələrə baxmayaraq, əmək qabiliyyəti bərpa olunmamışdır. Hazırda təkrar müalicə üçün ixtisaslaşdırılmış həkim konsultasiyasına göndə rilir. “Mediland” Hospital tərəfindən verilmiş 14.07.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı ortepidya şöbəsində həkim müayinəsindən keçmək üçün 50 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Tibb Universitetinin X3 tərəfindən verilmiş 27.07.2019-cu il tarixli, ƏİA/3 seriyalı, 937397 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən əməliyyat üçün 1900 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Tibb Universitetinin X3 tərəfindən verilmiş 28.08.2019-cu il tarixli, ƏİA/4 seriyalı, 203157 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən müayinə üçün 42 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Tibb Universitetinin X3 tərəfindən verilmiş 26.07.2019-cu il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən bud-çanaq oynaqlarının rentgenoqrafiyası üçün 24 manat məbləğində ödəniş edilmiş dir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının elektron sistemindən çıxarışın surətindən görünür ki, İddiaçı üçüncü dərəcəli əlil olduğunu müəyyən edilmişdir. Cavabdeh2 Sığorta Şirkəti ASC ilə 3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi MMC arasında bağlanılmış 27.01.2014-cü il tarixli, QAL-00011106 saylı icbari həyat sığorta müqaviləsinə PR-02 saylı prolanqasiyadan görünür ki, İddiaçı sığorta məbləği 31648.16 manat, sığorta tarifi 1.50%, sığorta haqqı 54 manat təşkil edir. Bu prolonqasiya ilə sığorta təminatı 16 avqust 2018-ci il tarixindən 16 avqust 2019-cu il tarixinədək müddəti əhatə edir və bu təminat sığorta haqqının ödənildiyi gündən etibarən qüvvəyə minir. "3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi” MMC tərəfindən "xxxx" ASC-yə ünvanlanılmış 21.07.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı sığorta ödənişinin verilməsi ilə bağlı "xxxx" ASC-yə yazılı müraciət edilmişdir. Məktub sifarişli göndərilmiş, bu barədə qəbz iş materiallarına əlavə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sağlamlığa vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sağlamlığına vurulmuş 3500 manat maddi zərərin və ona dəymiş mənəvi zərərin kompensasiyası kimi 10000 (on min) manat məbləğində pulun, ümumilikdə 13500 (on üç min beş yüz) manat məb ləğində pulun cavabdeh "3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi” MMC-dən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı məhkəməyə ərizə verərək məhkəmədən istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sağlamlığına vurulmuş 3500 manat maddi zərərin və ona dəymiş mənəvi zərərin kompensasiyası kimi 10000 (on min) manat məbləğində pulun, ümumilikdə 13500 (on üç min beş yüz) manat məbləğində pulun cavabdehlər "3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi” MMC və Cavabdeh2 Sığorta ASC-dən müştərək qaydada tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi” MMC-də çilingər vəzifəsində çalışır. 19 iyul 2019-cu il tarixdə əmr əsasında təhkim olunduğu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 124 saylı marşrut xəttinin sonuncu dayanacağında yerləşən dispetçer məntəqəsində işə çıxmışdır. Təxminən saat 13:45 radələrində 124 saylı marşrut üzrə işləyən “Daewo” markalı, 10TE846 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X2 dispetçer X4 avtobusun əyləc sistemində nasazlıq yarandığını bildirmişdir. S.Əliyev isə ona müraciət etməsini, nasazlığın aradan qaldırılması mümkün olmadıqda isə təmir üçün qaraja göndəriləcəyini bildirmişdir. Ə.Babayev ona yaxınlaşaraq qabaq təkərlərin əyləc sistemində nasazlıq olduğunu bildirmiş və nasazlığın aradan qaldırılmasını xahiş etmişdir. O, sürücü Ə.Babayevə idarə etdiyi avtomaşının sükanını sağ tərəfə döndərməsini bildirib avtobusun əyləc sistemini tənzimləməyə başlamışdır. Bu zaman sürücü i şlək vəziyyətdə saxladığı avtobusu irəli hərəkət etdirmiş və avtobusun təkəri ona dəyərək xəsarət yetirmişdir. Həmin vaxt o qışqırdıqda sürücü avtobusu arxaya vermiş və yenidən sağ əl və ayağının, eləcə də ombasının üstündən keçərək ona təkrar xəsarət yetirmişdir. X5 tərəfindən təqdim edilmiş 16.08.2019-cu il tarixli, 1760 saylı arayışda onun “Müştərək travma. Sağ sirkə kasasının arxa kənarının qapalı yerdəyişən sınığı və budun arxa çıxığı. Sağ mil sümüyünün tipik yerinin və sağdan V ayaq darağının sümüyünün əsasının qapalı yerdəyişməyən sınığı. Döş qəfəsinin küt travması” diaqnozu ilə xəsarət aldığı göstərilmişdir. Bundan sonra baş vermiş hadisə tədqiq edilərək 20 avqust 2019-cu il tarixdə “İstehsalatda bədbəxt hadisə haqqında” 01/2019 saylı akt tərtib edilmişdir. İstehsalatda baş vermi ş qeyd olunan hadisə baş verdikdən sonra məcbur olub müxtəlif tibb müəssisələrində müayinə və müalicə keçmiş, eləcə də 26.07.2019-cu il tarixdə ATU-nun X1 “sirkə kasasının osteosintezi” cərrahı əməliyyatına məruz qalmışdır. Müayinə və müalicəsinə, eləcə də əməliyyat olunmasına təxminən 3500 manat məbləğində xərc çəkmişdir. Tərəflərindən 07 avqust 2020-ci il tarixli pretenziya ilə "3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi” MMC-yə müraciət edilərək 5 gün ərzində ona xəsarət yetirilməsi, eləcə də sağlamlığının korlanması nəticəsində dəymiş maddi zərərin məbləği olaraq 3500 manat məbləğində pulun ona ödənilməsi təklif edilmiş, əks halda, mövcud qanunvericiliyə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalacağı bildirilmişdir. Cavabdeh təşkilat tərəfindən müraciətinə heç bir cavab verilməm işdir. Bundan başqa cavabdehin təqsiri ucbatından onun sağlamlığına zərər vurulması, bunun nəticəsində sağlamlığını itirməsi, əməliyyata məruz qalması, məcburən uzun müddət ərzində başqalarının yardımı ilə hərəkət etməsi, əlil statusu alması, eləcə də cavabdeh təşkilatın ona vurulmuş zərərin ödənilməsi istiqamətində demək olar ki, heç bir addım atmaması və s. hallar onu mənən alçaltmış, özünə, etdiyi hərəkətlərə inamsızlıq və hörmətsizlik hissi yaratmışdır. Göstərilənlərə əsasən ona həm də mənəvi zərər vurulmuşdur. Cavabdeh tərəfindən ona vurulmuş mənəvi ziyanı simvolik olaraq 10000 (on min) manat məbləğində qiymətləndirir. Həmin pul da cavabdehdən alınaraq ona ödənilməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Miriyeva, iş № 2(010)-3 652/2020) iddia qismən təmin edilərək, Cavabdeh2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən 3116 (üç min yüz on altı) manat məbləğində pul tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, hadisə ilə əlaqədar İddiaçı üçüncü dərəcəli əlillik verilmiş, bu barədə müvafiq icra hakimiyyəti orqanın elektron sistemində məlumat yerləşdirilmişdir. Eyni zamanda, İddiaçı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmuşdur. Sığortaçı şirkət Cavabdeh2 Sığorta Şirkəti ASC-dir. İstehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində İddiaçı dəymiş maddi ziyan Cavabdeh2 Sığorta Şirkəti ASC tərəfindən sığorta ödənişi hesabına ödənilməlidir. İd diaçı işəgötürən "3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi” MMC tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunmuş, işəgötürənlə sığortaçı Cavabdeh2 Sığorta Şirkəti ASC arasında bağlanılmış müqavilə üzrə sığorta təminatı 16.08.2018 – 16.08.2019-cu il tarixinədək müddəti əhatə etdiyindən sığorta hadisəsi baş verdiyi 19.07.2019-cu il tarix də bu aralığa daxil olmuşdur. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin it irilməsi dərəcəsini təsdiq edən qərarı və ya şəxsin ölümü haqqında şəhadətnamə əsasında sığorta hadisəsi müəyyən olunur. İstehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sığorta hadisəsi baş vermişdir. Belə olan halda sığortaçı Cavabdeh2 Sığorta Şirkəti ASC iddiaçıya sığorta ödənişi etməlidir. Qanunun 2.0.13-cü maddəsinə əsasən sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı maddi itkilərin bərpası məqsədilə faydalanan şəxsə verilən pul təzminatıdır. İddia sığortaçı Cavabdeh2 Sığorta Şirkəti ASC-yə münasibətdə təmin edilməlidir. Lakin sığortaçıdan tutulacaq məbləğə gəldikdə qeyd edilmişdir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı ona dəymiş maddi zərərin əvəzi kimi 3500 manat məbləğində p ul tələb etsə də iş materiallarında olan qəbzlərdən maddi zərərin yalnız 3116 manat hissəsi sübut edilir. Qalan hissədə xərclərlə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Şirinov (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov, iş № 2(103)3270/2021) İddiaçı apelyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh2 Sığorta Şirkəti ASC-nin apelyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3652/2020 saylı iş üzrə 02 dekabr 2020-ci il tarixli qətnaməsinin “Cavabdeh2 Sığorta Şirkəti ASC-dən 3116 manat tutularaq İddiaçı verilməsi” hissəsində ləğv olunması, həmin hissədə iş üzrə yeni q ətnamənin qəbul edilməsi, İddiaçı cavabdehlər "3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi” MMC və Cavabdeh2 Sığorta Şirkəti ASC-yə qarşı “istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sağlamlığa vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” barədə iddia tələblərinin Cavabdeh2 Sığorta Şirkəti ASC-yə münasibətdə də rədd olunması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 Sığorta Şirkəti ASC ilə "3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi” MMC arasında bağlanılmış 27.01.2014-cü il tarixli, QAL00011106 saylı icrbari həyat sığorta müqaviləsinə PR-02 saylı prolanqasiyadan görünür ki, İddiaçı sığorta məbləği 31648.16 manat, sığorta tarifi 1.50%, sığorta haqqı 54 manat təşkil edir. Bu prolonqasiya ilə sığorta təminatı 16.08.2018-ci il tarixindən 16.08.2019-cu il tarixinədək müddəti əhatə edir və bu təminat sığorta haqqının ödənildiyi gündən etibarən qüvvəyə minir. Göründüyü kimi, cavabdeh "3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi” MMC, qanundan irəli gələn öhdəliklərini yerinə yetirərək, İddiaçı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını, həm də 19.07.2019-cu il tarixdə istehsalat qəzası baş verdikdən sonra Əmək Müfəttişliyi Xidmətinə məlumat verərək, təhqiqatın aparılmaqla “İstehsalatda bədbəxt hadisə haqqında” akt (20.08.2019-cu il tarixli, 01/2019 nömrəli) tərtib olunmasını təmin etmişdir. Belə olan halda, İddiaçı, xəsarət alması ilə nəticələnən istehsalat qəzasına görə ödənclərin verilməsini 3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi” MMC-dən tələb edə bilməz. Çünki, bu halda iddiaçı, aşağıda qeyd edilən qanunvericlik normalarının tələblərinə əməl etməklə istehsalat qəzasında aldığı xəsarətə görə vurulmuş ziyanın ödənilməsi tələbini sığorta şirkətinə qarşı irəli sürməkdə haqlıdır. Odur ki, birinci instansiya məhkəməsinin iddianı cavabdeh "xxxx" MMC-yə münasibətdə rədd etmək barədə gəldiyi qənaət qanuni və əsaslıdır, ona görə də iddiaçının apelyasiya şikayəti bu hissədə təmin oluna bilməz. Bununla belə, Kollegiya hesab etmişdir ki, hazırkı halda iddia tələbinin digər Cavabdeh2 Sığorta Şirkəti ASC-yə münasibətdə də təmin olunması üçün hüquqi əsaslar yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında 09 yanvar 2003-cü il, 3 №-li qərarının 1.1-ci bəndinə əsasən, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Həmin qərarın 1.3-cü bəndinə görə, aşağıdakı sənədlər olduqda təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir: istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizə si qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) şəhadətnaməsi və yaxud ölümü haqqında şəhadətnamə. Hazırda Cavabdeh2 Sığorta Şirkəti ASC isə qətnaməni mübahisələndirərək bildirir ki, birinci instansiya məhkəməsi bu Qaydaları nəzərə almadan TSEK-in müvafiq qərarı olmadan yalnız iddiaçı tərəfindən təqdim edilmiş qəbzlərə əsaslanaraq ona münasibətdə iddia tələbini qismən təmin etmişdir. Kollegiya, cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə razılaşaraq bildirmişdir ki, yuxarıda qeyd olunan Qaydaların tələblərindən göründüyü kimi, bədbəxt hadisə haqqında akt və işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən TSEK-in şəhadətnaməsi təqdim olunduğu təqdirdə işəgötürənin təqsiri ucbatından baş vermiş əmək xəsarətinə görə dəymiş ziyanın əvəzi sığorta şirkəti tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçiyə ödənilməlidir. Baxılan işdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının elektron sistemindən çıxarışdan isə görünür ki, İddiaçı 03.07.2020-ci il tarixdə üçüncü dərəcəli müddətsiz əlillik təyin olunmuş və əlilliyin səbəbi kimi ümumi xəstəlik qeyd olunmuşdur. Göründüyü kimi, TSEK tərəfindən İddiaçı əlillik təyin olunarkən buna səbəb kimi əmək xəstəliyi olması deyil, ümumi xəstəlik göstəril mişdir. İddiaçı tərəfindən tələb olunan ödəncin ödənilməsi üçün əsas isə onun məhz peşə xəstəliyi ilə əlaqədar sağlamlığına dəymiş zərərin ödənilməsi bağlı ola bilər. Belə olan halda, yəni qeyd olunan məzmunda sənəd təqdim edilmədiyindən sığorta şirkəti tərəfindən müvafiq ödənişin edilməsindən imtina olunması əsaslıdır. Kollegiya, mənəvi zərər tələbinə münasibətdə isə qısaca bildirir ki, iddiaçıya istahsalatda baş vermiş bədbəxt hadisə nəticsində maddi ziyan vurulması iş materialları ilə öz təsdiqini tapmadığından, onunla bağlı mənəvi zərər tələbi də rədd olunmalıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya in stansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, hazırkı iş üzrə apelyasiya instansiyası məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(103)-3270/2021 saylı qətnaməsini ləğv edərək, apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələblərinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi istinad etdiyi qanunvericilik normalarını düzgün şərh etməyərək, əsassız olaraq iddia tələbini təmin etməmişdir. Baş vermiş hadisə tədqiq edilərək, 20 avqust 2019-cu il tarixdə «İstehsalatda bədbəxt hadisə haqqında» 01/2019 saylı akt tərtib edilmişdir. Hazırkı halda istehsalatda baş vermiş hadisə nəticəsində onun sağlamlığına ziyan vurulmuşdur. Eləcə də baş vermiş hadisədə işəgötürənin təqsiri istehsalatda bədbəxt hadisə haqqında aktla öz təsdiqini tapır. Belə olan halda sağlamlığına vurulan zərər ona ödənilməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Ekspert Komissiyasının elektron sistemindən çıxarışda ona təyin olunmuş əlilliyin səbəbinin ümumi xəstəlik kimi qeyd olunması ilə bağlı qeyd edilməlidir ki, bununla bağlı tərəfindən Bakı İnzibati Məhkəməsinə müraciət edilərək onun əlilliyinin səbəbinin dəyişdirilərək əlilliyinin səbəbinin «istehsalat zədəsi» kimi qeyd olunması, eləcə də «üçüncü dərəcəli əlillik» qrafasının dəyişdirilərək «ikinci dərəcəli əlillik» qeyd edilməsi vəzifəsinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi xahiş edilmiş dir. İddia ərizəsinin və müvafiq məhkəmə bildirişinin surəti apelyasiya instansiyası məhkəməsinə təqdim edilmişdir. Məhkəmə kollegiyası göstərilən əsasla iddia tələbini təmin etmirdisə, onda MPM-in 254.1.4-cü maddəsinə əsasən hazırkı mülki işin icraatını dayandırmalı idi. Hesab edir ki, əlilliyin səbəbinin hansı cür qeyd olunmasınan asılı olmayaraq, sağlamlığına dəymiş zərər ona ödənilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili Nümayəndə1 kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi Nümayəndə2 və vəkili Nəsirli Anar Cavanşir oğlu kassasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdilər. Cavab deh "3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi” MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazır da apelyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız iddiaçı kassasiya şikayəti vermiş, qətnamənin tam ləğv olunması xahiş etmişdir. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apelyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1- ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikasının Əmək Məcəlləsi 191-ci maddəsinin 2-ci hissəsinə əsasən, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 195-ci maddəsinin c bəndinə əsasən iş əgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. 225-ci maddəsinə əsasən, işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir. 239-cu maddəsinin: 1-ci bəndinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. 2-ci bəndinə əsasən, işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak ol muş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. 3-cü bəndinə əsasən, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. 4-cü bəndinə əsasən, istehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. 5-ci bəndinə əsasən, bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.13-cü maddəsinə əsasən sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı maddi itkilərin bərpası məqsədilə faydalanan şəxsə verilən pul təzminatıdır. 4.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri bu Qanuna əsasən icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşıyırlar. 10.1.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı və ya şəxsin ölümü haqqında şəhadətnamə əsasında sığorta hadisəsi müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, qarşılıqlı maddi məsuliyyət əməyin mühafizəsini təmin edən vasitələrdən biri olduğundan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçiyə vurulan zərər görə maddi məsuliyyət müəyyən edən Əmək Məcəlləsinin 239-cu maddəsinin müddəaları həmin Məcəllənin 191-194-cü maddələri ilə sistemli şəkildə əlaqədədir. Belə olan halda Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan məsuliyyət həmin Məcəllənin 191-ci maddəsində göstərilən şərtlər olduqda yaranır. Bundan əlavə, Konstitusiya Məhkəməsinin sözügedən qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət, həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxımından yalnız işəgötürən təqsirli olduqda yaranır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəs i haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirin i, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, “mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin İst ehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında 09 yanvar 2003-cü il, 3 №-li qərarının 1.1-ci bəndinə əsasən, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. 1.2-ci maddəsinə əsasən əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən işçilərin səh hətinin pozulması təhqiq edilməlidir. 1.3-cü bəndinə görə, aşağıdakı sənədlər olduqda təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir: istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) şəhadətnaməsi və yaxud ölümü haqqında şəhadətnamə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 -ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normaları na müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüqu q pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının və maddi hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, apelyasiya instansiyas ı məhkəməsi iddia tələbinin hər iki cavabdehə münasibətdə rədd edərkən qeyd etmişdir ki, «… cavabdeh "3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi” MMC qanundan irəli gələn öhdəliklərini yerinə yetirərək, İddiaçı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığortalanmasını, həm də 19.07.2019-cu il tarixdə istehsalat qəzası baş verdikdən sonra Əmək Müfəttişliyi Xidmətinə məlumat verərək, təhqiqatın aparılmaqla “İstehsalatda bədbəxt hadisə haqqında” akt (20.08.2019-cu il tarixli, 01/2019 nömrəli) tərtib olunmasını təmin etmişdir. Belə olan halda, İddiaçı, xəsarət alması ilə nəticələnən istehsalat qəzasına görə ödənclərin verilməsini 3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi” MMC-dən tələb edə bilməz. Çünki, bu halda iddiaçı, aşağıda qeyd edilən qanunvericlik normalarının tələblərinə əməl etməklə istehsalat qəzasında aldığı xəsarətə görə vurulmuş ziyanın ödənilməsi tələbini sığorta şirkətinə qarşı irəli sürməkdə haqlıdır.» Məhkəmə kollegiyası sığorta təşkilatına qarşı iddianın təmin olunmasının yolverilməzliyini isə iddiaçıya verilmiş əlillik dərəcəsinin istehsalatda baş vermiş hadisə ilə bağlılığının olmaması və əlilliyinin ümumi əlillilklə bağlı olmasına əsaslanmışdır. İşin mübahisəsiz halları ilə müəyyən olunur ki, hadisə baş vermiş, hadisə əməyin təhlükəsizlik qaydalarının pozulması ilə bağlı olmuş, hadisə nəticəsində iddiaçı xəsarət almış, hadisənin baş verməsində işəgötürənin (digər işçilərinin) təqsirli olmuş və iddiaçıya əlillik dərəcəsi təyin edilmişdir. Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutu lan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət, həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxımından yalnız işəgötürən təqsirli olduqda yaranır. Hadisənin baş verməsindən bilvasitə sonra və tərəflərin mübahisələndirmədiyi istehsalatda baş vermiş bədbəxt hadisə ilə bağlı tərtib olunmuş aktla müəyyən olunur ki, bədbəxt hadisənin səbəbi "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş «Sürücülərin marşurut xəttində təhlükəsiz işləməsinə dair Təlimat»ın 28-ci bəndinin (avtobusda olan nasazlığın aradan qaldırmağa başlamazdan əvvəl avtobusun mühərrikini söndürməli, sürətlər qutusunun dəstəyi neytral sürət ötürücüsü ilə birləşdirilməli, əl əyləcini çəkməli, avtobusa tam baxış keçirməlidi r.) və 29-cu bəndinin (texniki xidmət və təmir zamanı təhlükəsizlik texnikası qaydalarına əməl etməli, təkərlərin qabaq və arxasına dayaqların qoyulmasına nəzarət etməlidir) tələblərinə riayət olunmaması; "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş «Avtodəstə rəisinin vəzifə Təlimatı»nın «Vəzifə borcu» bölməsinin 13-cü bəndinin (sürücülərlə istehsalat təlimatının keçirilməsini həyata keçirir, onların istehsalat və əmək intizamı, yol hərəkəti, əməyin mühafizəsi və təhlükəsizliyi texnikası qaydalarına ciddi riayət etmələrinə nəzarət edir) tələblərinə riayət edilməməsi olmuşdur. Bu zaman isə əmək qanunverciliyinin pozulmasına yol vermiş şəxslər kimi Salah Ələsgərov və Ələkbər Babayevin olması müəyyən edilmişdir. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında 09 yanvar 2003-cü il, 3 №-li qərarının 1.1-ci bəndinə əsasən, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Belə olan halda yalnız sığorta müqaviləsinin mövcud olması faktına (halbuki həmin müqavilənin icra olunması təsdiq olunmur) istinad edilərək işəgötürənin məsuliyyətdən azad edilməsi nəticəsinə gəlməklə apelyasiya instansiyası məhkəməsi haqlı olmamışdır. Apelyasiya instansiyası məhkəməsi ilkin olaraq Əmək Məcəlləsinin 191-ci maddəsində göstərilən əsasların mövcud olmasını müəyyən etməli və işə götürənin baxılan iş üzrə irəli sürülən tələb üzrə məsuliyyətinin aydınlaşdırlmalı idi. Lakin məhkəmə tərəfindən belə araşdırmanın aparılması isə ümumiyyətlə təmin edilməmişdir. Digər cavabdehə münasibətdə iddia tələbini rədd edərkən məhkəmənin gəldiyi nəticəsi göstərdiyi kimi ona təyin olunan əlilliyin ümumi əsaslı olması ilə bağlı olmuşdur. İddiaçı tərəf kassasiya şikayətində göstərir ki, müvafiq olaraq ona əlilliyin təyin edilməsinə əsas olan inzibati orqanın aktını mübahisələndirmiş və inzibati məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. Bu halda həmin işin baxılıb qurtarması vaxtınadək icraatın dayandırılmalı olmasını apelyasiya instansiyası məhkəməsinin diqqətinə ça tdırsa da onun vəsatəti əsaslandırılmadan təmin olunmamışdır. Qeyd edilməlidir ki, yeni apelyasiya baxışnda iddiaçının həmin vəsatəti araşdırılmalı, inzibati qaydada irəli sürmüş iddianin hazırkı işlə bağlı olması müzakirə olunmalı və əsaslandırılmış qərar qəbul olunmalıdır. Bundan sonra hər iki cavabdehə qarşı irəli sürülmüş tələblər mövcud sübutlar əsasında müstəqil olaraq qiymətləndirilməlidir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktla rında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apelyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qə rarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən ilk olaraq işəgötürənin təqsirliliyi ilə bağlı olan sübutlar araşdırılmalı, nəticəsindən asılı olaraq prosessual qənaət prinsipi əsas götürülməklə iddiaçıya vurulmuş ziyanın məbləği müəyyən edilməli, baxılan İnzibati ilə bağlı olaraq hazırkı işin icraatı nın dayandırılmasının mümkünlüyü araşdırılmalı, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul edilməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3270/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul e
Məhkəmə qərarları › İş №2(102)-5061/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5061/2021
04.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver