Məhkəmə qərarları › İş №2(102)-5063/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5063/2022

15.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5063/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər:qeyri-yaşayış sahəsinin daxilindən keçən havalandırma borusunun həmin sahədən çıxarılmaqla başqa sahəyə köçürülməsi və bununla bağlı dəymiş ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2022-ci il tarixli, 2(103)3342/2022 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 15 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında y azılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi, İşin halları İddiaçı ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında bağlanmış 11 iyun 2008-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi, 1024-cü məhəllədə yeni inşa edilmiş çoxmənzilli yaşayış binasında yerləşən sahəsi 18 kv.metr olan qeyri-yaşayış sahəsini 20.000 ABŞ dollarına satın alıb və həmin qeyri-yaşayış sahəsi öz təyinatına görə qarajdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh MMMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi, 1024-cü məhəllədə yeni inşa edilmiş çoxmənzilli yaşayış binasında yerləşən sahəsi 18.0 kv.metr olan qeyri-yaşayış sahəsinin daxilindən keç ən havalandırma borularının cavabdehin hesabına həmin ərazidən çıxarılaraq, başqa əraziyə keçirilməsi və həmin boruların yaratdığı maneə nəticəsində 24.600 manat zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. İddiaçı tələbini onunla əsaslandırıb ki, göstərilən qeyri-yaşayış sahəsi üzərindəki mülkiyyət hüquqlarına əsaslanaraq 01 avqust 2019-cu il tarixli X2 ilə bağlanmış ilkin müqaviləyə görə bu sahənin gələcəkdə alıcının sahibliyinə keçirilməsi nəzərdə tutulub. Alqı-satqı müqaviləsinə əsasən alıcı satıcıya 30.000 manat ödəməyi öhdəsinə götürüb. Lakin, həmin qeyri-yaşayış sahəsinin istismar qaydalarının tələblərinə uyğun olmaması nəticəsində satış həyata keçirilməyib. Bundan sonra, onunla X2 arasında 01 noyabr 2019cu il tarixli icarə müqaviləsi bağlanı b. İcarə haqqı tərəflər arasındakı qarşılıqlı razılığa uyğun olaraq aylıq 200 manat olaraq müəyyən edilib. Lakin, Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi, 1024-cü məhəllə yeni inşa edilmiş çoxmənzilli yaşayış binasında yerləşən sahəsi 18 kv.metr olan qeyri-yaşayış sahəsinin daxilindən keçən havalandırma borusu sahənin istifadə edilməsi üçün çətinliklər yaradır. Bunun nəticəsində qeyd edilən qeyri-yaşayış sahəsində hər-hansı fəaliyyətin həyata keçirilməsi mümkün deyil. O, cümlədən, həmin sahədən havalandırma borularının keçməsi otağın quruluşuna (strukturuna) təsir edir. Belə ki, qeyd edilən qeyri-yaşayış sahəsi daxilindən keçən havalandırma borularının həmin ərazidən çıxarılaraq başqa əraziyə keçirilməsi zərurəti yaranıb. Bununla bağlı cavabdeh tərəfindən müəyyən tədbirlər həyata ke çirilməlidir. Həmçinin, qeyd olunmalıdır ki, qeyri-yaşayış sahəsinin istifadəsinə yaradılan çətinlik nəticəsində iddiaçıya maddi ziyan dəyib. Belə ki, iddiaçı bağlanmış icarə müqaviləsinə əsasən 01 avqust 2019-cu ildən bəri hər ay üçün 200 manat icarə haqqının qazanılmasından məhrum olub. Əgər belə bir çətinliklə üzləşməsəydi və icarə müqaviləsi vaxtında icra oluna bilsəydi iddiaçı bu vaxta qədər azı 4.600 manat qazanc əldə etmiş olardı. Ümumilikdə, qeyri-yaşayış sahəsinin istifadəsinin mümkünsüzlüyü nəticəsində ona 24.600 manat ziyan dəyib. Qeyd edilən məsələ ilə bağlı onun müraciəti əsasında ekspertiza təşkil olunub. X1 tərəfindən 31 mart 2021-ci il tarixli rəyində havalandırma borularının qeyri-yaşayış sahəsinin struktur quruluşuna və istismar qaydalarına təsiri barədə ekspert qarşısı nda qoyulmuş sualları cavablandırıb. Ekspert rəyində əks olunmuşdur ki, ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi, 1024-cü məhəllədə yeni inşa edilmiş çoxmənzilli yaşayış binasında yerləşən sahəsi 18.0 kv.metr olan qeyri-yaşayış sahəsinin daxilindən keçən sinkləşdirilmiş borulardan hazırlanmış vitelyasiya boruları AzDTN2.12-2, SNiP2.08.01. SNiP 31-02, SNİP 31-01 2003 və SNiP 2.08.01-89 tələblərinə uyğun deyil. Həmin sahənin qeyri-yaşayış sahəsi kimi istifadəsi tikinti norma və qaydalarının tələblərinə ziddir. Sözügedən zirzəmi mərtəbəsində iddiaçıya məxsus qeyri-yaşayış sahəsi “Yanğın təhlükəsizliyi haqqında” Qanunun tələblərinə uyğun deyil. O cümlədən, həmin sahədən havalandırma borularının keçməsi otağın quruluşuna (strukturuna) texniki cəhətdən təsir edir. Gələcəkdə tədqiq olunan zirzəmi sahəsində yanğın təhlükəsizlik qaydalarına bu kimi hadisələrin baş verməməsi və ya qarşısının alınması üçün maneəçilik yaradır. Həmçinin ekspert rəyində göstərilmişdir ki, qeyri-yaşayış sahəsindən keçən havalandırma borusunun həmin sahədən çıxarılmaqla işlənib hazırlanıb və müvafiq icra orqanı tərəfindən təsdiq edilmiş layihə əsasında binanın digər sahəsinə keçirilməsi mümkündür. Həmin borunun istismarı və istifadəsi tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq binanın ümumi istifadədə və giriş-çıxışı maneəsiz olan sahələrdən aparılmalıdır. Habelə, iddiaçıya məxsus sahəsi 18.0 kv.metr olan qeyri-yaşayış sahəsi kimi istifadəsi mümkün olduğu halda (yəni havalandırma borusu çıxarıldığı) halda həmin sahənin orta bazar qiyməti təxminən 20.000 manat və bir aylıq kirayə haqqı 100 manat olduğu müəyyən edilir. Ekspert rəyindən aydın olur ki, qeyri-yaşayış sahəsindən keçən havalandırma borusunun həmin sahədən çıxarılmaqla başqa əraziyə yerləşdirilməsi mümkün olduğu və onun mülkiyyətində olan ərazidən istifadənin mümkünləşdirilə biləcəyi halda bu barədə cavabdeh tərəfindən heç bir həll yolu həyata keçirilmir. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçının əldə etdiyi qeyri-yaşayış sahəsi öz təyinatına görə qarajdır, həmin qeyri-yaşayış sahəsinin daxilində quraşdırılmış havalandırma borusu isə qeyd olunan sahənin qaraj (avtodayanacaq) kimi istifadəsinə maneçilik yaratmır. Həmin hal məhkəmə tərəfindən gö stərilən sahəyə yerində baxış keçirilərkən də öz təsdiqini tapıb. Mübahisəli qeyriyaşayış sahəsinin yerləşdiyi bina dövlət komissiyası tərəfindən qəbul edilib, bununla bağlı müvafiq akt da tərtib olunub və iddiaçının sübut kimi istinad etdiyi “X1”nin rəyində göstərildiyi kimi mübahisəli qeyri-yaşayış sahəsinin daxilindən keçən havalandırma borusunun quraşdırılması zamanı tikinti norma və qaydalarının pozulmasına yol verildiyi halda, bununla bağlı yuxarıda qeyd olunan aktda hər-hansı qeyd-şərt öz əksini tapmayıb. Həmçinin, göstərilən ekspert rəyi yuxarıda göstərilən halları təsdiq edə biləcək mötəbər sübut kimi qiymətləndirilə bilməz. İddiaçı Azay Hüseynovla mübahisəli qeyri-yaşayış (qaraj) sahəsinə dair bağladığı əvvəl alqı-satqı, sonradan isə icarə müqaviləsi əsasında iddiaçının əldə edə bilmədiyi gəlirə görə zərərin əvəzinin ödənilməsi ilə istənilən əqd bağlandığı zaman (alqı-satqı, icarə və sar) əqdi bağlayan şəxsin (hazırki halda Azay Hüseynovun) həmin əqdin predmeti olan sahəyə baxış keçirib əqdin icrasına maneçilik törədə biləcək nüansları görməməsi (fikir verməməsi) ağlabatan və inandırıcı hesab oluna bilməz. İddia tələbləri yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizələrindən ibarət olduğundan təmin edilə bilməz. Birinci instansiya məhkəməsi hüquqi mövqeyni Mülki Məcəllənin 21.1, 21.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin ed ilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, 1024-cü məhəllədə yeni inşa edilmiş çoxmənzilli yaşayış binasında yerləşən sahəsi 18.0 kv.metr olan qeyri-yaşayış sahəsinin daxilindən keçən sinkləşdirilmiş borulardan hazırlanmış vintelyasiya boruları AzDTN2.12-2, SNiP 2.08.01. SNiP 31-02, SNİP 31-01 2003 və SNiP 2.08.01-89 tələblərinə uyğun deyil. Sözügedən zirzəmi mərtəbəsində ona məxsus qeyriyaşayış sahəsi “Yanğın təhlükəsizliyi haqqında” Qanunun tələblərinə uyğun deyil. Həmin sahənin qeyri-yaşayış sahəsi kimi istifadəsi tikinti norma və qaydalarının tələblərinə ziddir. Məhkəmə qeyd edilən zərərin kimin təqsirli hərəkət ləri nəticəsində yaranması hallarını dəqiq araşdırmayıb. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov sədrlik edən, məruzəçi, F.F.Babayev və A.V.Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 04 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, iddiaçını müqavilə əsasında əldə etdiyi sahə binanın layihə sənədlərinə əsasən təyinatına görə avtodayanacaq - qarajdır və onun təyinatına uyğun istifadəsinə hər hansı maneə mövcud deyildir, qeyri-yaşayış sahəsinin yerləşdiyi bina dövlət komissiyası tərəfindən qəbul edilmiş, bununla bağlı müvafiq akt da tərtib olunmuşdur və iddiaçının sübut kimi istinad etdiyi “X1”nin rəyində göstərildiyi kimi, mübahisəli qeyri-yaşayış sahəsinin daxilindən keçən havalandırma borusunun quraşdırılması zamanı tikinti norma və qaydalarının pozulmasına dair aktda hər hansı qeyd-şərt öz əksini tapmamışdır. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçı hazırki iddianı qaldıraraq qarajın təyinatına uyğun olmayan məqsədlərlə oradan istifadə etmək istəyir və tələbinin əsası kimi də istinad olunan rəyi məhkəməyə təqdim edib. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçını öz sifarişi ilə əldə etdiyi həmin rəy onun hazırkı iddia tələbin in təmin edilməsi üçün əsas ola bilməz və cavabdehin etirazı tam əsaslı olub. İddiaçının digər boruların yaratdığı maneə nəticəsində vurulmuş zərərə dair tələbi törəmə olmaqla, həmin tələb də tam əsassızdır. İddiaçının digər şəxslə, yəni Azay Hüseynovla mübahisəli qeyri-yaşayış (qaraja) sahəsinə dair bağladığı - ilkin olaraq alqı-satqı, sonradan isə icarə müqaviləsi əsasında əldə edə bilmədiyi gəlirə görə zərərin əvəzinin ödənilməsini tələb edir. Daşınmaz əmlaklarla bağlı müqavilələrin bağlanması qaydası qanunla müəyyən olunmuşdur, bu cür əqdlər notariat qaydasında bağlandıqda və müvafiq qaydada qeydə alındıqda etibarlı olur. İddiaçının belə bir sübutu yoxdur. Həmçinin, iddiaçıya vurulmuş ziyan məbləğinin məhz 24.600 manat təşkil etməsini təsdiq edən hər hansı bir mötəbər sübut sonuncu tər əfindən məhkəməyə təqdim edilməyib. Qeyri-yaşayış sahəsinin daxilində quraşdırılmış havalandırma borusu isə qeyd olunan sahənin qaraj (avtodayanacaq) kimi istifadəsinə maneçilik yaratmır. Həmin hal rayon məhkəməsi tərəfindən göstərilən sahəyə yerində baxış keçirilərkən də öz təsdiqini tapıb. Bu səbəbdən də iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 86.1, 1096.1, 1096.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin iza hatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. İddiaçı kassasiya şikayətini onunla əsaslandırıb ki, 10 may 2022-ci il tarixdə iddiaçı məhkəmə prosessdən əvvəl Bakı Apellyasiya Məhkəməsinə yazılı ərizə verilərək, üzrlü səbəbdən məhkəmədə iştirak edə bilməyəcəyini göstərib və ərizəsi rəsmi qəbul olunaraq bu barədə daxilolma möhürü vurulub və məhkəmə prosessinin başqa vaxta keçirilməsini xahiş edib. Lakin, məhkəmə işə baxarkən 19 may 2022-ci il tarixli qətnaməsində göstərmişdir ki, iddiaçı guya heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməyib və gəlməməyinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməyib. Bununla da mülki prosessual normaların tələblərini pozub və işə onun iştirakı olmadan baxıb. Nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi onun tərəfindən keçirilən ekspertizia rəyinə düzgün qiymət verməyib və iş üzrə hər hansı ekspertizi keçirməyib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair cavabdehin etiraz ərizəsi daxil olub və o, ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edib. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb e də bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 386.1-ci maddəsinə əsasən, öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulub. 1096.1-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqa və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir ( hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fa ktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurə tindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual h üquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər arasında bağlanmış 11 iyun 2008-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi, 1024-cü məhəllədə yeni inşa edilmiş çoxmənzilli yaşayış binasında ye rləşən sahəsi 18 kv.metr olan qeyri-yaşayış sahəsini 20.000 ABŞ dollarına satın alıb və həmin qeyri-yaşayış sahəsi öz təyinatına görə qarajdır. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçının əldə etdiyi qeyri-yaşayış sahəsi öz təyinatına görə qarajdır, həmin qeyri-yaşayış sahəsinin daxilində quraşdırılmış havalandırma borusu isə qeyd olunan sahənin qaraj (avtodayanacaq) kimi istifadəsinə maneçilik yaratmır. Həmin hal məhkəmə tərəfindən göstərilən sahəyə yerində baxış keçirilərkən də öz təsdiqini tapıb. Mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi bina dövlət komissiyası tərəfindən qəbul edilib, bununla bağlı müvafiq akt da tərtib olunub. Daha sonra, apellyasiya instansiyası m əhkəməsi iddiaçının sübut kimi istinad etdiyi “X1”nin rəyinə tənqidi yanaşaraq qeyd etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin daxilindən keçən havalandırma borusunun quraşdırılması zamanı tikinti norma və qaydalarının pozulması halı baş vermiş olsaydı, bununla bağlı yuxarıda qeyd olunan aktda hər-hansı qeyd-şərt öz əksini tapmış olardı. Həmçinin, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, göstərilən ekspert rəyi yuxarıda göstərilən halları təsdiq edə biləcək mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçının digər şəxslə, yəni Azay Hüseynovla mübahisəli qeyri-yaşayış (qaraj) sahəsinə dair bağladığı əvvəl alqı-satqı, sonradan isə icarə müqaviləsi əsasında iddiaçının əldə edə bilmədiyi gəlirə görə zərərin əvəzinin ödənilməsi ilə istənilən əqd bağland ığı zaman (alqı-satqı, icarə və sar) əqdi bağlayan şəxsin (hazırki halda Azay Hüseynovun) həmin əqdin predmeti olan sahəyə baxış keçirib əqdin icrasına maneçilik törədə biləcək nüansları görməməsi (fikir verməməsi) ağlabatan və inandırıcı hesab oluna bilməz. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriy yə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 386.1-ci maddəsinə əsasən, öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulub; 1096.1-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqa və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və məhkəmənin gəldiyi nəticə yuxarıda sadalanan maddələrin tələblərinə uyğundur. Belə ki, iddiaçı hazırki iddianı qaldıraraq qarajın təyinatına uyğun olmayan məqsədlərlə oradan istifadə etmək istəyir və tələbinin əsası kimi də istinad olunan rəyi məhkəməyə təqdim edib. Bununla bağlı apellyasiya insitansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçını öz sifarişi ilə əldə etdiyi həmin rəy onun hazırkı iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməz və cavabdehin etirazı tam əsaslı olub. İddiaçının digər boruların yaratdığı maneə nəticəsində vurulmuş zərərə dair tələbi törəmə olmaqla, həmin tələb də tam əsassızdır. İddiaçının digər şəxslə, yəni Azay Hüseynovla mübahisəli qeyriyaşayış (qaraja) sahəsinə dair bağladığı- ilkin olaraq alqı-satqı, sonradan isə icarə müqaviləsi əsasında əldə edə b ilmədiyi gəlirə görə zərərin əvəzinin ödənilməsini tələb edir. Daşınmaz əmlaklarla bağlı müqavilələrin bağlanması qaydası qanunla müəyyən olunmuşdur, bu cür əqdlər notariat qaydasında bağlandıqda və müvafiq qaydada qeydə alındıqda etibarlı olur. İddiaçının belə bir sübutu yoxdur. Həmçinin, iddiaçıya vurulmuş ziyan məbləğinin məhz 24.600 manat təşkil etməsini təsdiq edən hər hansı bir mötəbər sübut sonuncu tərəfindən məhkəməyə təqdim edilməyib. Qeyri-yaşayış sahəsinin daxilində quraşdırılmış havalandırma borusu isə qeyd olunan sahənin qaraj (avtodayanacaq) kimi istifadəsinə maneçilik yaratmır. Həmin hal rayon məhkəməsi tərəfindən göstərilən sahəyə yerində baxış keçirilərkən də öz təsdiqini tapıb. Bu səbəbdən də iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, maddi v ə prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. İddiaçı kassasiya şikayətində işə onun iştirakı olmadan baxılmasını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlili ilə də razılaşmır. Belə ki, iddiaçı özü kassasiya şikayətində göstərmişdir ki, 10 may 2022-ci il tarixdə məhkəmə prosessdən əvvəl Bakı Apellyasiya Məhkəməsinə yazılı ərizə verilərək, üzrlü səbəbdən məhkəmədə iştirak edə bilməyəcəyini göstərib və ərizəsi rəsmi qəbul olunaraq bu barədə daxilolma möhürü vurulub və məhkəmə prosessinin başqa vaxta keçirilməsini xahiş edib. Lakin, apellyasiya instansiyası məhkəməsi işə baxarkən 19 may 2022-ci il tarixli qətnaməsində göstərmişdir ki, guya o, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməyib və gəlməməyinin səbəbi barədə məhkəmə yə heç bir məlumat verməyib. Göründüyü kimi, iddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında əvvəlcədən məlumatlı olub və məhkəmə iclasına üzrlü səbəbdən gələ bilməyəcəyinə dair məhkəməyə heç bir sübut təqdim etməyib. Bu səbəbədən də apellyasiya instansiyası məhkəməsi işə onun iştirakı olmadan baxmaqda haqlı olub. Bu baxımdan kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 may 2022-ci il tarixli, 2(103)-3342/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar