Məhkəmə qərarları › İş №2(102)-5067/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5067/2019

15.07.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5067/2019 15.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, Cavabdeh vəkili X1 iştrakı ilə, Cavabdeh Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yаnvаr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Zərdаb Rayon Məhkəməsinin 23 mаy 2018-ci il tarixli qətnaməsi ilə (hakim: T.Qubаdоv; 2(035)-65/2018) iddiaçı Azərbaycan Respublikası Əmək və Əha linin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsinin Cavabdeh qarşı «artıq ödənmiş 2.671,74 manat vəsaitin hesaba qaytarılması» tələbinə dair iddiаsı təmin edilmiş, Cavabdeh dövlət büdcəsinin vəsaitindən ona artıq ödənilmiş olan 2.671,74 manat pulun tutularaq Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-in Zərdab rayon şöbəsinə qaytarılması qət еdilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıyа аid edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yаnvаr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ə.T.Məcidоv (sədrlik edən və məruzəçi), M.А.Əsədli və İ.F.Quliyеv; 2(107)-270/2019), Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Zərdаb Rayon Məhkəməsinin 23 mаy 2018-ci il tarixli qətnaməsi dəyişiklik еdilmədən saxlanılmışdır. İşin halları İ ddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsi Cavabdeh qarşı «artıq ödənmiş 2.671,74 manat vəsaitin hesaba qaytarılması» tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin özünə artıq ödəmiş olduğu 2.671,74 manat vəsaitin onun tərəfindən ƏƏSMN yanında DSMF-in Zərdab rayon şöbəsinin hesabına qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmidir. İddiаçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh əvvəllər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Zərdab rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin baş mühasibi vəzifəsində işləmiş, hazırda isə həmin nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Zərdab rayon Məşğul luq Mərkəzində baş mühasib vəzifəsində işləyir. “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”na uyğun olaraq dövlət orqanlarında çalışan dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajının müddətinə görə əlavə haqq hesablanır. Cavabdehin 01.01.2009-cı ildən 31.08.2016-cı il tarixədək olan dövrə əmək haqqı cədvəllərinə və əmək kitabçasına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili Nəzarət şöbəsində araşdırma aparılmış, müəyyən olunmuşdur ki, o, 01.05.1989-cu ildən 01.07.1992-ci ilədək Azərbaycan Respublikası Dövlət Aqrar-Sənaye Komitəsinin Zərdab rayon Aqrokombinatmda mühasib və baş hüquq məsləhətçisi vəzifələrində, 03.07.1992-ci ildən 01.10.1996-cı ildək Az ərbaycan Respublikası Maliyyə Nazirliyi yanında “Azəraudit” Mərkəzinin Zərdab rayon Auditor Mərkəzində baş mühasib vəzifəsində işlədiyi illəri özünə dövlət qulluğunda qulluq stajı kimi hesablamışdır. Halbu ki, həmin vəzifələr dövlət qulluğu vəzifələri hesab edilmir. Cavabdeh dövlət qulluğu vəzifəsi olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Zərdab rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin baş mühasibi vəzifəsində 09.11.2000-ci il tarixdən işləməyə başlamışdır. Cavabdehin dövlət qulluğunda 10 il stajı 09.11.2010-cu uldən tamam olmasına baxmayaraq, 01.01.2009-cu ildən qulluq stajına görə əlavəni 10 ildən 15 ilədək dövlət qulluğuna xidmət kimi hesablanmışdır, yəni staj əlavəsinə görə 10% hesablanmalı olduğu halda, 20% və 30%, daha sonra 20% hesa blamalı olduğu halda 30 % hesablanmışdır. Ona görə də 01.01.2009-cu ildən 31.10.2009-cu il tarixə kimi hər ay 21.30 manat (staj əlavəsinə görə 10% hesablanmalı olduğu halda 20% hesablanmışdır) hesabı ilə 213.00 manat, 01.12.2009-ci il tarixdən 31.12.2009-cu il tarixə kimi 21.30 manat, 01.01.2010-cu ildən 31.07.2010-cu il tarixə kimi hər ay 42.60 manat (staj əlavəsinə görə 10% hesablanmalı olduğu halda 30% hesablanmışdır) hesabı ilə 298.20 manat, 01.09.2010-cu ildən 31.10.2010-cu il tarixə kimi 42.60 manat hesabı ilə 85.20 manat, 01.11.2010-cu ildən 30.06.2011-ci il tarixə kimi 21.30 manat ( staj əlavəsinə görə 20% hesablanmalı olduğu halda 30% hesablanmışdır) hesabı ilə 170.40 manat, 01.08.2011-ci il tarixdən 30.11.2013-cu il tarixə kimi 21.30 manat hesabı ilə 596.40 manat, 01.12.2013-cü i ldən 31.01.2014-cü il tarixə kimi 30.50 manat hesabı ilə 61.00 manat, 01.03.2014-cü ildən 30.11.2015-ci il tarixə kimi 30.50 manat hesabı ilə 640.50 manat artıq hesablanmışdır. Cavabdeh özünə əmək haqqı hesablayarkən əlavə olaraq 2010cu ilin iyul ayında 60.26 manat, avqust ayında 49.50 manat, 2011-ci ilin dekabr ayında 139.00 manat, iyul ayında 61.38 manat, 2013-cü ilin mart ayında 79.20 manat, may ayında 183.00 manat, (2013-cü ilin yanvar ayında isə 62.16 manat əskik), 2014-cü ilin mart ayında 104.00 manat, 2015-ci ilin fevral ayında 155.00 manat, oktyabr ayında 100.00 manat, (2015-ci ilin yanvar ayında isə 84.27 manat əksik), 2016-ci ilin yanvar ayında 3.5 manat, fevral ayında 305.00 manat, mart ayında 119.00 manat artıq əmək haqqı hesablayaraq götürmüşdür. Nəticədə cavabdeh dövlət büdcə sinin vəsaitindən 2671.74 manat artıq vəsaiti özünə ödəmişdir. Hesab edir ki, cavabdeh qanunun tələblərini pozaraq 2671.74 manat artıq vəsaiti özünə əmək haqqı kimi ödəmiş, ona görə də həmin vəsaitin dövlət büdcəsinə geri qaytarılması tam təmin olunmalıdır. Həmin vəsaitin geri qaytarılması barədə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tərəfindən vəsaitin dövlət büdcəsinə geri qaytarılması təmin olunmamışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, əvvəllər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Zərdab rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin baş mühasibi vəzifəsində işləmiş, hazırda isə həmin nazirlik yanında Dövlət Məşğulluq X idmətinin Zərdab rayon Məşğulluq Mərkəzində baş mühasib vəzifəsində işləyir. 01.05.1989-cu ildən 01.07.1992-ci ilədək Azərbaycan Respublikası Dövlət Aqrar-Sənaye Komitəsinin Zərdab rayon Aqrokombinatında mühasib, baş hüquq məsləhətçisi vəzifələrində, 03.07.1992-ci il tarixdən 01.10.1996-cı il tarixədək Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında “Azəraudit” Mərkəzinin Zərdab rayon Auditor Mərkəzində baş mühasib vəzifəsində, 01.12.1996-cı ildən 01.09.2000-ci il tarixədək Auditor təşkilatının baş mühasib vəzifəsində işləmişdir. “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”na uyğun olaraq dövlət orqanlarında çalışan dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajının müddətinə görə əlavə haqq hesablanır. İstər Aqrokombinatda, istərsə də Auditor Mərkəzində işlədiyi mühasib və hüquq məsləhətçisi vəzifələri Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290№- li fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci ilin oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”na əsasən dövlət qulluğu vəzifələri hesab olunur. Ona görə də 01.01.2009-cu ildən qulluq stajına görə onun əmək haqqına hesablanmış əlavəl ər tamamilə qanunidir. Lakin, İddiaçı Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə təsdiq edilmiş qaydalara, siyahılara məhəl qoymadan hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia tam əsassızdır, rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yеnidən bахılmаsı üçün аpеllyаsiyа instаnsiyаsı məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinin tələblərinin pozulması ilə əsassız və qanunsuz olaraq qəbul edilmişdir. Tərəfin izahatı Cavabdeh vəkili X2 kassasiya şikayətinə uyğun izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçının nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolu nmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəm əsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş iş materiallarından, o cümlədən Cavabdeh məxsus əmək kitabçasının təsdiq olunmuş surətində оlаn məlumаtlаrdan görünür ki, o, 01.05.1989-cu ildən 01.07.1992-ci ilədək Azərbaycan Respublikası Dövlət Aqrar-Sənaye Komitəsinin Zərdab rayon Aqrokombinatında mühasib, baş hüquq məsləhətçisi vəzifələrində, 03.07.1992-ci il tarixdən 01.10.1996-cı il tarixədək Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında «Azəraudit» Mərkəzinin Zərdab rayon Auditor Mərkəzində baş mühasib, 01.12.1996-cı ildən 01.09.2000-ci il tarixədək Auditor təşkilatının baş mühasib vəzifəsində işləmişdir. Cavabdeh 09.11.2000-ci ildə Zərdab rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin baş mühasibi vəzifəsinə təyin edilmiş, 01.09.2016-cı il tarixdən Dövlət Məşğulluq Xidmətinin Zərdab rayon Məşğulluq Mərkəzinin baş mühasibi vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən Zərdab Rayon Məhkəməsinə ünvanlanmış 22.05.2018-ci il tarixli ********** saylı rəydən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli 290 №-li Fərmanı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci ilin oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyah ısı ilə dövlət, sovet, partiya orqanlarında mövcud olmuş vəzifələri «İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu»nda göstəriən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmışdır. Həmin siyahıda Aqrokombinat və Auditor mərkəzi nəzərdə tutulmamışdır. Aqrokombinatda mühasib, baş hüquq məsləhətçisi və Auditor mərkəzində baş mühasib vəzifələrinin «İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu»nda göstəriən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmamışdır. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh əvvəllər Zərdab rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin baş mühasibi vəzifəsində işləmiş, hazırda isə həmin nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Zərdab rayon Məşğulluq Mərkəzində baş mühasib vəzifəsində işləyir. O, 01.05.1989-cu ildən 01.07.1992-ci ilədək Azərbaycan Respublikası Dövlət Aqrar-Sənaye Komitəsinin Zərdab rayon Aqrokombinatında mühasib, baş hüquq məsləhətçisi vəzifələrində, 03.07.1992-ci il tarixdən 01.10.1996-cı il tarixədək Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında «Azəraudit» Mərkəzinin Zərdab rayon Auditor Mərkəzində baş mühasib vəzifəsində, 01.12.1996-cı ildən 01.09.2000-ci il tarixədək Auditor təşkilatının baş mühasib vəzifəsində işləmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, cavabdeh dövlət qulluğu vəzifəsi olan Zərdab rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin baş mühasibi vəzifəsində 09.11.2000-ci il tarixdən işləməyə başlamasına, yəni dövlət qulluğunda 10 il stajı 09.11.2010-cu ildə tamam olmasına baxmayaraq, o, Aqrokombinatda mühasib, baş hüqu q məsləhətçisi və Auditor Mərkəzində baş mühasib vəzifəsində işlədiyi illəri dövlət qulluğunda xidmət kimi hesablayaraq 01.01.2009-cu ildən qulluq stajına görə əlavəni 10 ildən 15 ilədək dövlət qulluğunda xidmət kimi, yəni staj əlavəsinə görə 10 % hesablanmalı olduğu halda 20 % və 30 %, daha sonra 20 % hesablamalı olduğu halda 30 % hesablanmışdır. Nəticədə, cavabdehə dövlət büdcəsinin vəsaitindən 2.671,74 manat artıq vəsait ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 191.1-ci maddəsinə görə əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. - 194-cü maddəsinin 1-ci hissəsinə görə ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Əmək Məcəlləsinin 194-cü maddəsinin 2-ci hissəsinə görə ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. - 205-ci maddəsinin 2-ci hissəsinə görə əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Beləliklə Cavabdeh Aqrokombinatda mühasib, baş hüquq məsləhətçisi və Auditor Mərkəzində baş mühasib vəzifəsində işlədiyi illərin dövlət qulluğunda xidmət kimi hesab edilməsinə hüquqi əsasın olmadığı məhkəmə iclasında öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi haqlı olaraq rayon məhkəməsinin qətnaməsi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi düzgün olaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq id dia tələbinin təmin olunması barədə həmin məhkəmənin qətanməsini dəyişdirilmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 17 yаnvаr 2019-cu il tarixli qətnaməsi dəyişiklik еdilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar