Məhkəmə qərarları › İş №2(102)-507/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-507/2021

25.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-507/2021 25.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 İKB ASC-yə, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə və Cavabdeh3 MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 İKB ASC-nin vəkili X1 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4 784/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 İKB ASC-yə, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə və Cavabdeh3 MMC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İKB ASC cavabdeh İddiaçı qarşı «kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməklə ödənilməsi» barədə iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal rayon Məhkəməsi xx.xx.2015-ci il tarixli qətnamə ilə iddianı qismən təmin etmişdir. Bakı Apellyasiya Məhkəməsi həmin qətnaməni dəyişdirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi isə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsini dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi icraya yönəldikdən sonra iddiaçıya məxsus fərdi yaşayış evinin hərracdan satılmasına dair iddiaçıya heç bir məlumat verilməmişdir. Bununla da, Cavabdeh3 MMC tərəfindən ipoteka predmeti olan fərdi yaşayış evinin hərraca çıxarılması, hərracda satılması qaydaları, hərracın keçirilməsində mülkiyyətçinin hüquqlarını müəyyən edən qanun və normalar kobud şəkildə pozulmuş, iddiaçının mülkiyyətinə əsaslı surətdə qəsd edilmişdir. Hərracın bu qaydada iştirakı və razılığı olmadan keçirilməsinin nəticəsi olaraq iddiaçı ciddi sur ətdə maddi və mənəvi sıxıntıya salınmışdır. Göstərilənlərə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsində yerləşən 31 sayıl fərdi yaşayış evinin açıq hərracdan satılmasına dair keçirilmiş hərracın nəticələri haqqında xx xxxxxx 2018-ci il tarixli 26/5 saylı Protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov, iş № 2(006)-520/2020) İddiaçı cavabdehlər Cavabdeh1 İKB ASC-yə, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə və Cavabdeh3 MMC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi" tələbinə dair iddiasının təmin edilməməsi qət olu nmuşdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)1234/2016 №-li icra vərəqəsinə görə, İddiaçı Cavabdeh1 İKB ASC-nin xeyrinə ümumilikdə 1 992 879,19 manat borcun tutulması, cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi 31 saylı fərdi yaşayış evinə tutma yönəldilərək açıq hərracda satılması və onun satışından əldə olunmuş vəsait hesabına ümumilikdə 1 992 879,19 manat borc və digər xərclərin tutularaq Cavabdeh1 İKB ASC-yə ödənilməsi, fərdi yaşayış evinə tutma yönəldikdə və o, satıldıqda İddiaçı, X2, X5 və X3 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə həmin evdən çıxarılması, ipoteka predmeti olan cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi 31 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 2 006 900 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Həmin İcra vərəqəsi icra edilməsi üçün Yasamal rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Yasamal rayon İcra və Probasiya Şöbəsi tutma yönəldilmiş daşınmaz əmlak üzrə Hərracın keçirilməsi haqqında xx.xx.2017-ci il tarixli 9870/16 №-li Sifariş tərtib etmiş və həmin Sifarişi icra etmək üçün Cavabdeh3 MMC-yə ünvanlamışdır. Cavabdeh3 xx xxxxxx 2017-ci il tarxili 04/162 saylı bildirişinə görə, sifarişçiyə, ipoteka saxlayana, ipoteka qoyana xx xxxxxx 2017-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac barədə məlumat verilmişdir. Həmin Bildiriş ipoteka qoyan İddiaçı İsrəfil oğlunun ünvanı olan ünvan 1 göndərilmiş, lakin müvafiq poçt idarəsi tərəfindən «ev sökülmüşdür» qeydi ilə geri qayt arılmışdır. Cavabdeh3 xx xxxxxx 2018-ci il tarxili 04/162-1 saylı bildirişinə görə, sifarişçiyə, ipoteka saxlayana, ipoteka qoyana xx xxxxxx 2018-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac barədə məlumat verilmişdir. Həmin Bildiriş ipoteka qoyan İddiaçı İsrəfil oğlunun ünvanı olan ünvan 1 göndərilmiş, lakin müvafiq poçt idarəsi tərəfindən «ev sökülmüşdür» qeydi ilə geri qaytarılmışdır. Cavabdeh3 MMC-nin sifarişi əsasında Kaspi qəzetində xx xxxxxx 2017-ci il, xx xxxxxx 2018-ci il tarixlərdə elanlar verilmişdir. Cavabdeh3 MMC-nin xx xxxxxx 2018-ci il tarixli 26/5 saylı hərracın nəticələri haqqında yekun protokola görə, Yasamal Rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında əmlakın ilkin satış qiyməti 2.006 900 manat müəyyən olunmuş, təkrar hərracda 25 faiz enmiş qiymətlə - 1, 279 39 8 manata Cavabdeh1 İKB ASC tərəfindən alınmışdır. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: İpoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilmə sini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir («İpoteka haqqında» Azərbaycan Respublikası Qanunu). «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir; Həmin Qanunun: 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə b irjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir; 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Sifariş notariusun icra qeydi əsasında tərtib olunduqda müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər ipoteka saxlayan tərəfindən ödənilir; 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun: 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq ol unduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmurutərəfindən dəvət olunur; 53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır; 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən İcra vərəqəsi tərtib olunan zaman borclunun, yəni hazırki iş üzrə iddiaçının ünvanı qismində ünvan 2 qeyd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi işə baxılan zaman İddiaçı tərəfindən qeyd olunmuş ünvanı əsas götürmüş və buna uyğun şəkildə icra sənədini tərtib etmişdir. Həmin icra sənədində qeyd olunan ünvanı əsas götürərək Yasamal rayon İcra və Probasiya Şöbəsi və Cavabdeh3 MMC hərracın keçirilməsi prosedurunu tətbiq etmiş və onlara məlum olan ünvana bu barədə məlumatlar ünvanlamışdır. İş materiallarında olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətinə görə, İddiaçı Nərimanov rayon Polis İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZE seriyalı ******** No-li şəxsiyyət vəsiqəsində onun yaşayış yeri Bakı şəhəri, Nərimanov rayonu, Ş.Rəhimov küçəsi ev 31-dir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası MPM-nin 146-cı maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki iş üzrə İddiaçı 2014-cü il tarixdə yaşayış yerini dəyişsə də, bu barədə işə baxan məhkəməyə, daha sonra isə icra mərhələsində Yasamal rayon İcra və Probasiya Şöbəsinə və hərracı təşkil edən Cavabdeh3 MMC-yə məlumat verməli olduğu halda, bunu etməmişdir. Məhkəmə Cavabdeh3 MMC-nin hazırki iş üzrə iddia müddətinin tətbiq edilməsinə dair ərizəsini əsassız hesab edərək həmin ərizəni təmin etməmişdir. Belə ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə kifayət qədər əsaslandırılmamış, iddiaçının məhz hansı müddətləri ötürdüyü ərizədə göstərilməmişdir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev, iş № 2(103)-4784/2020) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamış, Bakı ş əhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-520/2020 nömrəli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)1234/2016 №-li icra vərəqəsinə görə, İddiaçı Cavabdeh1 İKB ASC-nin xeyrinə ümumilikdə 1 992 879,19 manat borcun tutulması, cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi 31 saylı fərdi yaşayış evinə tutma yönəldilərək açıq hərracda satılması və onun satışından əldə olunmuş vəsait hesabına ümumilikdə 1 992 879,19 manat borc və digər xərclərin tutularaq Cavabdeh1 İKB ASC-yə ödənilməsi, fərdi yaşayış evinə tutma yönəldikdə və o, satıldıqda İddiaçı, X2, X5 və X3 yaşayış sahəsini ən geci bir ay ərzində tərk e tmədikdə həmin evdən çıxarılması, ipoteka predmeti olan cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi 31 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 2 006 900 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Həmin İcra vərəqəsi icra edilməsi üçün Yasamal rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Yasamal rayon İcra və Probasiya Şöbəsi tutma yönəldilmiş daşınmaz əmlak üzrə Hərracın keçirilməsi haqqında xx.xx.2017-ci il tarixli 9870/16 №-li Sifariş tərtib etmiş və həmin Sifarişi icra etmək üçün Cavabdeh3 MMC-yə ünvanlamışdır. Cavabdeh3 xx xxxxxx 2017-ci il tarxili 04/162 saylı bildirişinə görə, sifarişçiyə, ipoteka saxlayana, ipoteka qoyana xx xxxxxx 2017-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac barədə məlumat verilmişdir. Həmin Bildiriş ipote ka qoyan İddiaçı İsrəfil oğlunun ünvanı olan ünvan 1 göndərilmiş, lakin müvafiq poçt idarəsi tərəfindən «ev sökülmüşdür» qeydi ilə geri qaytarılmışdır. Cavabdeh3 xx xxxxxx 2018-ci il tarxili 04/162-1 saylı bildirişinə görə, sifarişçiyə, ipoteka saxlayana, ipoteka qoyana xx xxxxxx 2018-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac barədə məlumat verilmişdir. Həmin Bildiriş ipoteka qoyan İddiaçı İsrəfil oğlunun ünvanı olan ünvan 1 göndərilmiş, lakin müvafiq poçt idarəsi tərəfindən «ev sökülmüşdür» qeydi ilə geri qaytarılmışdır. Cavabdeh3 MMC-nin sifarişi əsasında Kaspi qəzetində xx xxxxxx 2017-ci il, xx xxxxxx 2018-ci il tarixlərdə elanlar verilmişdir. Cavabdeh3 MMC-nin xx xxxxxx 2018-ci il tarixli 26/5 saylı hərracın nəticələri haqqında yekun protokola görə, Yasamal Rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında əmlakın ilkin satış qiyməti 2 006 900 manat müəyyən olunmuş, təkrar hərracda 25 faiz enmiş qiymətlə - 1, 279 398 manata Cavabdeh1 İKB ASC tərəfindən alınmışdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hazırda iddiaçı hesab edir ki, keçirilmiş hərraclar barədə ona məlumat verilmədiyindən, onun qanunla qorunan hüquq və maraqları pozulmuş və bu əsasdan həmin hərrac protokolu etibarsız hesab edilməlidir. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh3 MMC-nin hazırki iş üzrə iddia müddətinin tətbiq edilməsinə dair ərizəsini əsassız hesab edərək, hə min ərizəni təmin etməmişdir. Belə ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə kifayət qədər əsaslandırılmamış, iddiaçının məhz hansı müddətləri ötürdüyü ərizədə göstərilməmişdir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Hazırki iş üzrə İddiaçı 2014-cü il tarixdə yaşayış yerini dəyişsə də, bu barədə işə baxan məhkəməyə, daha sonra isə icra mərhələsində Yasamal rayon İcra və Probasiya Şöbəsinə və hərracı təşkil edən Cavabdeh3 MMC-yə məlumat verməli olduğu halda, bunu etməmişdir. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, hazırki iş üzrə İddiaçı Cavabdeh1 İKB ASC ilə olan məhkəmə mübahisəsi zamanı nümayəndə və vəkil ilə təmsil olunmuş və həmin səlahiyyətli şəxs hüquqi biliklərə malik olduğundan bu barədə iddiaçını məlumatlandırmalı idi. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: İpoteka saxlayanın və ipoteka qoyanı n qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir («İpoteka haqqında» Azərbaycan Respublikası Qanunu). «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir; 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir; “İpoteka haq qında” Azərbaycan Respublikası Qanununun xx xxxxxx 2018-ci il tarixədək Qüvvədə olan 41.3-cü maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun xx xxxxxx 2018-ci il tarixədək Qüvvədə olan 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun xx xxxxxx 2018-ci il tarixədək Qüvvədə olan 51.1-ci maddəsinə əsasən borc lunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir; 53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır; 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsində yerləşən 31 sayıl fərdi yaşayış evinin hərraca çıxarılması və keçirilən hərrac qanuna uyğun olmuşdur. Ona görə də həmin yaşayış evinin açıq hərracdan satılmasına dair keçirilmiş hərracın nəticələri haqqında xx xxxxxx 2018-ci il tarixli 26/5 saylı Protokolun etibarsız hesab edilməsinə heç bir hüquqi əsas yoxdur. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)4784/2020 nömrəli iş üzrə 18 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiy ası məhkəməsinə göndərilməsini xahiş edir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4784/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cavabdeh1 İKB ASC-nin vəkili X4 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi m addi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4784/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən m addi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sü butları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquq i cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın iza h edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara a ldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4784/2020 nömrəli iş üzrə 18 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar