Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5072/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: zərər tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-893/2022 nömrəli, 31 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayə tinə 15 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) 18 noyabr 2013-cü il tarixdə fiziki şəxslər Cavabdeh5 və X3 ilə mübahisəli mənzilin İddiaçı təhvil verilməsinə dair müqavilə bağlamışlar. Həmin müqavilənin 1.1-ci bəndinə görə ünvan 1 ünvanında 13 (+mansard) mərtəbəli, 1 səviyyə zirzəmili, 1-ci mərtəbəsi 2 səviyyəli yaşayış binasında yerləşən 9 saylı 224,89 m² sahəsi olan 4 otaqlı mənzilin İddiaçı təhvil verməsilə bağlı tərəflər razılığa gəlmişlər. Borcun olmamasına dair Cavabdeh5 və X3 iddiaçıya maliyyə arayışı vermişlər.
2. İddiaçı 18 noyabr 2013-cü il tarixdə həmin mənzilə görə digər fiziki şəxs Cavabdeh2 ilə də müqavilə bağlamış və İddiaçı həmin mənzil üçün 199.000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bu barədə Cavabdeh2 oğlu tərəfindən imzalanmış, möhürlənmiş X4 Qəbzi İddiaçı verilmişdir. Bu müqavilənin şərtinə görə isə mənzilin ümumi sahəsinə mənzilin daxili divarlarının və arakəsmələrin daxil olmasına dair tərəflər razılığa gəlmişlər.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 22 avqust 2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışda mənzilin sahəsinin 206.5 kv.m olduğu qeyd edilmişdir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 03 mart 2020-ci il tarixli 32286 nömrəli rəyinə əsasən mənzilin faktiki sahəsi 197,7 m²-dir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddi açı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 120.000 manat əlavə alınmış vəsaitin, 32.400 manat həmin məbləğə hesablanmış faizin, 30.852 manat ziyanın, 24.458 manat az verilmiş sahəyə görə ziyanın, 100.000 manat mənəvi ziyanın və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 307.740 manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı təhlükəsizlik baxımından 8 mərtəbədən artıq olmayan binada mənzil almaq istəyi ilə şəhərin müxtəlif yerlərində aparılan tikintilərə baş vurmuş və XXX ünvanında tikilməkdə olan binada mənzil almaq qərarına gəlmişdir. Çünki binanı tikən Cavabdeh2 ilə söhbət zamanı o, binanın 8 mərtəbəli olacağını bildirmişdir. Bu söhbət 2013-cü ilin n oyabr ayında olmuş və həmin zaman binanın 5-ci mərtəbəsi tikilirmiş. Ertəsi gün tikintiyə rəhbərlik edən XXX iddiaçıya zəng edərək ofisinə dəvət etmişdir. İddiaçı da atası XXX və ailəvi dostları olan Mirməmmədlə onların ofisinə getmişdir. Burada XXX onları şirkətin rəhbərləri kimi təqdim etdiyi Cavabdeh3 və Cavabdeh4la tanış etmişdir. İddiaçı onlara çox hündür binada mənzil almaq istəmədiyini bildirdikdə, hər üçü binanın 8 mərtəbəli olacağını deyib, binanın eskiz layihəsini və proyektini göstərmişlər. Bu da onlarda binanın 8 mərtəbəli olacağına əminlik yaratmışdır. Həmçinin, eskiz layihədə binanın geniş həyətyanı sahəsinin və 30 maşınlıq dayanacağının olacağı göstərilirdi. Bu kriteriyalarına görə iddiaçı mənzilin bir kvadratmetrini 1330 manat dəyərində almağa razılaşmışdır. Bu qiymət məhz binanın cəmi 8 mərtəbəli olacağından irəli gəlirdi. Çünki həmin müddətdə eyni ərazidə tikilən 16-18 mərtəbəli binalarda mənzil sahəsinin 1 kvadratmetrinin qiyməti 700-800 manat idi. İddiaçı həmin gün, yəni 18 noyabr 2013-cü il tarixdə Cavabdeh2 ilə müqavilə bağlamış və onlara 299999 manat nəğd pul vermişdir. Lakin cavabdehlər razılaşmanı pozub binanı 16 mərtəbə tikmişlər. İddiaçının buna etirazını qəbul edən Cavabdeh4 8 mərtəbəli binada olacaq mənzil sahəsinə görə ondan artıq aldıqları 120000 manatı geri qaytaracaqlarını, lakin şəriki cavabdehın xaricdə olduğunu, cavabdeh qayıdan kimi pulu verəcəklərini demişdir. Xaricdən qayıtdıqdan sonra görüşdükdə cavabdeh müxtəlif bəhanələr gətirərək pulun qaytarılmasını ləngitmiş, binanın tikintisi tamamlandıqdan sonra bu məbləği ona ödəyəcəklərinə söz vermişlər. Mənzillə bağlı razılaşma zamanı binanı "xxxx" MMC tərəfindən inşa edildiyinə dair sənədlər təqdim edilmişdir. Müqaviləni isə özünü həmin vaxt Cəmiyyətin rəhbəri kimi təqdim edən Cavabdeh2 özü bağlamış və özünə məxsus möhürlə təsdiqləmişdir. Lakin mənzilin reyestrdə qeydiyyatı zamanı məlum olmuşdur ki, Cavabdeh2 tikilən binada heç bir səlahiyyətə malik olmamışdır. Bu da mənzilin qeydiyyata alınmasında problem yaratmışdır. Buna görə də cavabdehlər iddiaçıda olan müqaviləni 2019-cu ilin avqust ayında eyni şərtlərlə və köhnə tarixlə binanın aid olduğu Cavabdeh5 və X2 adından tərtib etmiş, müqavilə onlar tərəfindən imzalanmış və onlara məxsus möhürlə təsdiqlənmişdir. Yalnız ondan sonra iddiaçı həmin müqaviləni təqdim edib reyestrdən çıxarış ala bilmişdir. İddiaçının tikili ilə ba ğlı Fövqəladə Hallar Nazirliyinə etdiyi müraciətə cavabdan aydın olmuşdur ki, ilkindən Cavabdeh5 və X2 adına verilmiş Bakı şəhər İcra Hakimiyyətinin 06 noyabr 2012-ci il tarixli 415 nömrəli sərəncamına əsasən ünvanında onlara məxsus evin sökülüb yerində 4 mərtəbəli fərdi yaşayış evinin tikilməsi üçün layihə sənədləri təqdim edilmişdir. 19 iyul 2013-cü il tarixdə həmin layihə dəyişdirilərək 6 mərtəbə + mansard mərtəbəli fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. 01 aprel 2014-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin 124 nömrəli sərəncamı ilə həmin ünvanda çoxmərtəbəli qeyri-yaşayış binasının tikilməsi üçün 0,17 ha torpaq sahəsi ayrılmışdır. Tarixlərə nəzər saldıqda görünür ki, 18 noyabr 2013-cü il tarixdə Cavabdeh2 heç bir səlahiyyəti olmadan iddiaçı ilə saxta müqavilə bağlayar aq digər cavabdehlərin əlbirliyi ilə iddiaçını aldatmış və 299000 manat nəğd pulun Cavabdeh3 və Cavabdeh4 "xxxx" QSC-də olan hesablarına köçürülməsinə nail olmuşlar. Razılaşdıqları müddət başa çatdıqdan sonra cavabdehlər hər dəfə bir bəhanə ilə iddiaçıdan artıq aldıqları 120000 manat məbləğində pulun qaytarılmasını gecikdirmiş, ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdehlərin qəsdli hərəkətlərinin nəticəsində iddiaçı özünə məxsus olan 120000 manat pul vəsaitinin istifadəsindən məhrum olmuş, həm faydalana biləcəyi gəlir əlindən çıxmış və həm də bazar alıcılıq nisbətində manatın devalivasiyası nəticəsində iddiaçıya ziyan dəymişdir. 2014-2019-cu illər üçün orta bank uçot dərəcəsi 9 faiz olması nəzərə alınmaqla həmin puldan faydalanma 32.400 manat təşkil edir. Manatın son illərdə baza rda ABŞ dollarına nisbətdə 25,71% aşağı düşməsi səbəbindən cavabdehlərin razılaşmanı pozmaqla törətdiyi delikt nəticəsində iddiaçıya 30.852 manat ziyan dəymişdir. Bundan başqa cavabdehlərlə aralarında bağlanmış müqavilədə iddiaçıya 224,89 m² sahəsi olan mənzil veriləcəyi qeyd edilmiş, lakin mənzilə dair çıxarışda mənzilin sahəsinin 206,5 m², yəni 18,39 m² az olduğu qeyd edilmişdir. Göründüyü kimi cavabdehlər mənzilin sahəsində də aldatmaqla iddiaçıdan 24.458 manat artıq pul almış və iddiaçıya həmin məbləğdə ziyan vurmuşlar.
7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 425.1, 425.2 və 1097.1ci maddələrinə istinad etmişdir.
8. Cavabdehlərin nümayəndəsi (vəkili) iddiaya etiraz olaraq göstərib ki, iddiaçıya 299.000 manata mənzil satılıb, müqavilə bağlanıb. İddiaçı mənzilə dair ç ıxarış da almışdır
9. Birinci instansiya məhkəməsi 04 dekabr 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, ekspert qarşısında mənzilin sahəsinin nə qədər olması ilə bağlı müvafiq suallar qoymuşdur.
10. Məhkəmə Ekspertiza Mərkəzinin 3 mart 2020-ci il tarixli rəyinə əsasən mübahisəli mənzilin faktiki sahəsi 197,7 m²-dir. Mənzilin çıxarışda göstərilən sahəsi ilə texniki pasportda göstərilən sahəsi arasında fərq var və həmin mənzilin faktiki ümumi sahəsi (197,7 m²), mənzilin alınmasına dair bağlanmış Müqavilədə göstərilən sahə (224,89 m²) və çıxarışda göstərilən sahə (206,5 m²) ilə uyğun gəlmir.
11. Ekspertin rəyi daxil olduqdan sonra iddiaçı tələbini dəqiqləşdirərək, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Həsən oğlundan müştərək qayda da 120000 manat əlavə aldıqları vəsaitin, o məbləğə hesablanmış əldən çıxmış fayda olan 75000 manat məbləğində vəsaitin, 36641,5 manat məbləğində sahə fərqinə görə vurulmuş maddi zərərin, həmçinin, o məbləğə hesablanmış əldən çıxmış fayda olan 23084 manat məbləğində vəsaitin, cavabdehlərin hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq 100000 manat məbləğində vəsaitin və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 354 755,5 manat məbləğində vəsaitin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Məhkəmə iclasına dəvət olunmuş ekspert Elmar Səidov mənzilin təmirdən əvvəl 206.5 kv.m olmasının istisna edilmədiyini, lakin rəy verilməsi zamanı evin təmirdən sonra faktiki sahəsinin 197 kv.m olduğunu bildirmişdir. Bununla belə, ekspert həmin sahənin 224, 89 kv.m olmasının mümkünsüzlüyünü də qeyd etmişdir
13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-307/2020 nömrəli, 25 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim: Vüqar Quliyev) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 24.449,50 məbləğində pul vəsaiti və 10 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pulun cavabdehlər Cavabdeh5, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi toplanmış sübutlara, o cümlədən ekspert rəyinə və ekspertin izahatına əsasən müəyyən etmişdir ki, İddiaçı 18 noyabr 2013-cü il tarixdə fiziki şəxslər Cavabdeh5 və X3 ilə müb ahisəli mənzilin İddiaçı təhvil verilməsinə dair müqavilə bağlamışlar. Həmin müqavilənin 1.1-ci bəndinə görə ünvan 1 ünvanında 13 (+mansard) mərtəbəli, 1 səviyyə zirzəmili, 1-ci mərtəbəsi 2 səviyyəli yaşayış binasında yerləşən 9 saylı 224,89 m² sahəsi olan 4 otaqlı mənzilin İddiaçı təhvil verməsilə bağlı tərəflər razılığa gəlmişlər. Borcun olmamasına dair Cavabdeh5 və X3 iddiaçıya maliyyə arayışı vermişlər. İddiaçı 18 noyabr 2013-cü il tarixdə həmin mənzilə görə digər fiziki şəxs Cavabdeh2 ilə də müqavilə bağlamış və İddiaçı həmin mənzil üçün 199 000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bu barədə Cavabdeh2 tərəfindən imzalanmış, möhürlənmiş X4 Qəbzi İddiaçı verilmişdir. Bu müqavilənin şərtinə görə isə mənzilin ümumi sahəsinə mənzilin daxili divarlarının və arakəsmələrin daxil olmasın a dair tərəflər razılığa gəlmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 22 avqust 2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışda isə mübahisəli mənzilin sahəsinin 206.5 kv.m olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 03 mart 2020-ci il tarixli 32286 nömrəli rəyinə əsasən mənzilin faktiki sahəsi 197,7 m²-dir. İddiaçı müqavilə bağlandıqdan sonra evi təmir etdiyini bildirmişdir.
15. Birinci instansiya məhkəməsi 120.000 manat və həmin məbləğə hesablanan faiz tələbləri ilə bağlı iddia üzrə qeyd etmişdir ki, iddiaçı 18 noyabr 2013-cü il tarixdə fiziki şəxslər Cavabdeh5 və X3 ilə və eyni tarixdə fiziki şəxs Cavabdeh2 ilə də müqavilə ba ğlayaraq mübahisəli mənzilin ümumi məbləğini müəyyənləşdirərək 299000 manat pul ödəmiş və cavabdehlər Cavabdeh5 və X3 və eyni tarixdə fiziki şəxs Cavabdeh2 həmin məbləğin ödənildiyini qəbul etmişlər.
16. Birinci instansiya məhkəməsinə görə iddiaçı cavabdehlər Cavabdeh5, X3, Cavabdeh2 ilə müvafiq öhdəliyə dair razılığa gəldiyindən və digər cavabdehlərin öhdəliyi ilə bağlı iddiaçı tərəfindən sübut təqdim edilmədiyindən cavabdehlərin məsuliyyətinə bu həcmdə hüquqi qiymət verilməlidir.
17. Cavabdehlər tərəfindən razılaşmanı pozub 8 mərtəbə əvəzinə, 16 mərtəbə tikilməsilə iddiaçıya vurduqları ziyana görə 120.000 manatın cavabdehlərdən tutulmasına dair hissədə məhkəmə qeyd edib ki, iddiaçı 18 noyabr 2013-cü il tarixdə fiziki şəxslər Cavabdeh5 və X3 ilə ünvan 1 ünvanında 13 (+mansard) mərtəbəli, 1 səviyyə zirzəmili, 1-ci mərtəbəsi 2 səviyyəli yaşayış binasında yerləşən 9 saylı 224,89 m² sahəsi olan 4 otaqlı mənzilə dair müqavilə bağlamışlar. İddiaçı binanın mərtəbəsilə bağlı razılığa gələrək müqavilə bağladığından bu hissədə iddia əsaslı hesab edilə bilməz.
18. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “120000 manat əlavə alınan vəsaitin, o məbləğə hesablanmış əldən çıxmış fayda olan 75 000 manat məbləğində vəsaitin, sahə fərqinə görə vurulmuş maddi zərərə hesablanmış əldən çıxmış fayda olan 23 084 manat məbləğində vəsaitin, cavabdehlərin hərəkətləri nəticəsində iddiaşıya dəymiş mənəvi zərərin əvəzi olaraq 100.000 manat məbləğində vəsaitin tutulması” hissəsində tələb sübut edilmədiyindən təmin edilməməlidir.
19. İddia tələbinin sahə fərqinə görə pul məbləğinin geri qaytarı lmasına münasibətdə birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia bu hissədə qismən əsaslıdır. Çünki Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış müqavilənin şərtinə görə mənzilin ümumi sahəsinə mənzilin daxili divarlarının və arakəsmələrin daxil olmasına dair tərəflər razılığa gəlmişlər. 22 avqust 2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışda isə mübahisəli mənzilin sahəsinin 206.5 kv.m olduğu qeyd edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2020-ci il tarixli 32286 nömrəli rəyinə əsasən ünvan 3 ünvanında yerləşən mənzilin faktiki sahəsi 197,7 m²-dir. İddiaçı müqavilə bağlandıqdan sonra evi təmir etdiyini bildirmişdir. Məhkəmə iclasına dəvət olunmuş ekspert Elmar Səidov mənzildə təmirdən əvvəl 206.5 kv.m olmasının istisna edilmədiyini, lakin rəy verilməsi zamanı evin təmirdən sonra faktiki sahəsinin 197 kv.m olduğunu bildirmişdir. Bununla belə həmin sahənin 224,89 kv.m olmasının mümkünsüzlüyünü də qeyd etmişdir
20. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi belə nəticəyə gəlib ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən “sahə fərqinə görə vurulmuş maddi zərərin tutulması” hissəsində iddia – müqavilə üzrə 224.89 kv.m olan sahəyə görə ödənilmiş pul məbləğindən dövlət reyestrindən çıxarışla müəyyən edilmiş 206.5 kv.m arasında olan fərqin məbləğinin iddiaçıya ödənilməsi – ədalətli və əsaslı hesab edilməlidir
21. Birinci instansiya məhkəməsi onu da qeyd edib ki, iddiaçı ilə cavabdeh arasında 4 otaqlı 224,89 m² sahəsi olan mənzilin alınmasına dair bağlanmış müqavilə və sənədlərə əsasən iddiaçı tərəfindən mənzilin alınması üçün ümumilikdə 299 000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bu da öz növbəsində 1 m² sahə üçün təxminən 1329,50 manat məbləğində pulun ödənilməsi deməkdir. Cavabdehlər tərəfindən iddiaçıya müqavilədə göstərilən sahədən az sahə təhvil verilmişdir. Mənzilin faktiki sahəsi 197 kv.m olsa da, nəzərə alınmalıdır ki, bu, təmirdən sonra olan faktiki sahəni nəzərdə tutur. Mənzilin təmirdən əvvəl 206.5 kv.m olması istisna edilmir.
22. Birinci instansiya məhkəməsi vurğulayıb ki, müqavilənin şərtinə görə mənzilin ümumi sahəsinə mənzilin daxili divarlarının və arakəsmələrin daxil olmasına dair tərəflər razılğa gəlmişlər. Halbuki, müvafiq ekspert rəyində bu hal nəzərə alınmadan təmir olunmuş mənzilin faktiki ölçüləri qeyd edilmişdir
23. Məhkəmə bu halla razılaşmayıb və ekspertin dindirilməsi zamanı müəyyən edilmiş əsaslara istinad edərək hesab edib ki, 224,89 kv.m sahədən 206.5 kv.m sahə fərqi çıxılmalı, nəticə etibarı ilə 18,39 kv.m sahə üçün hər kvadrat metrə artıq ödənilmiş 1329,50 manat məbləğ iddiaçıya geri qaytarılmalıdır. Bu da öz növbəsində cavabdehlər tərəfindən İddiaçı 24.449,50 manat məbləğində ziyanın vurulması faktının təsdiqi sayılmalıdır.
24. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 226.1, 226.2, 1096, 1097.1, 1111.2 və 1115.1-ci maddələri ilə əsaslandırmışdır b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
25. İddiaçı apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddia tələbinin tam təmin edilməsini x ahiş etmişdir.
26. İddiaçının apellyasiya şikayətinin dəlilləri: 27. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 22 avqust 2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışda mübahisəli mənzilin sahəsinin 206.5 kv.m olduğu qeyd edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2020-ci il tarixli, 32286 nömrəli rəyinə əsasən mənzilin faktiki sahəsi 197,7 m2-dir. Birinci instansiya məhkəməsi iddiaçıya vurulmuş hər hansı zərəri müəyyən edərək təmin edirsə, real zərərdən əlavə, əldən çıxmış faydanı da müəyyən etməli idi. Bu halda isə işə baxan hakim bir abzasla əsaslandırılmamış nəticəyə gəlmişdir; 28. - Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı iddiaçı ona cavabdehlər tərəfindən vurulmuş zərərin sübutu olaraq iki nəfər şahidin dindirilməsini tələb etsə də, işə baxan hakim tərəfindən bu şahidlər dindirilməmiş və məhkəmə iclas protokolunda bu barədə qeydlər aparılmamışdır. Bütün bu prosessual pozuntular nəticəsində iddiaçının hüquqları kobud surətdə pozulmuşdur; 29. - Cavabdehlər mənzil sahələrini bilərəkdən artıq göstərərək külli miqdarda vəsaiti mənimsəmişlər. İş üzrə qətnamə çıxarmış hakim prosessual pozuntuya yol verərək xüsusi qərardad çıxarılması ilə bağlı verilmiş vəsatətə münasibət bildirməmişdir;
30. Cavabdehlər Cavabdeh5, Cavabdeh1 və Cavabdeh2 da apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv, iddianın həmin hissədə də rədd edilməsini xahiş etmişlər
31. Cavabdehlərin apellyasiya şikayətinin dəlilləri: 32. - Birinci instansiya məhkəməsi iddiaçıya təhvil verilmiş mənzilin ümumi sahəsinin müəyyən ed ilməsi zamanı həmin mənzilə dair çıxarışda göstərilən sahəni əsas götürmüşdür. Çıxarışda mənzilin sahəsinin 206.5 kv.m olduğu qeyd olunur. 03 mart 2020ci il tarixli, 32286 saylı ekspert rəyində mənzilin faktiki sahəsinin 197,7 kv.m olması göstərilib. Məhkəmə iclasında ekspert təmir zamanı mənzilin sahəsinin 10 kv.m-ə qədər azala biləcəyini özü etiraf etmişdir. Mənzilin texniki pasportundan da görünür ki, mənzilin lociya və balkon hissələrinin faktiki sahələri mənzilin ümumi sahəsinə tam şəkildə əlavə olunmamışdır. Yəni, müəyyən əmsallar tətbiq edilməklə bu hissələrin (balkon və lociya) sahələri mənzilin ümumi sahəsinə daxil edilir. Belə ki, texniki pasportdan lociyanın faktiki sahəsinin 5,3 kv.m olması, lakin mənzilin sahəsinə sadəcə 2,7 kv.m hissəsinin daxil edildiyi, eyni şəkildə balkonu n 6,8 kv.m olmasına baxmayaraq, mənzilin ümumi sahəsinə 2,0 kv.m hissəsinin əlavə edildiyi görünür. Lakin iddiaçı ilə bağlanmış müqavilədə mənzilin ümumi sahəsinə balkon və lociya digər hissələr kimi tam şəkildə (faktiki ölçüdə) daxil edilir və müqavilədə mənzilin sahəsi buna uyğun qeyd olunur. Yəni çıxarışı və texniki pasportu verən orqan tərəfindən mənzilin balkonu və lociyası müəyyən olunmuş əmsallar əsasında mənzilin sahəsinə qismən daxil edilə bilər, bu isə cavabdehlərin iddiaçıya müqavilədə göstərilən sahəyə uyğun mənzil verməməsi mənasına gəlmir. Çünki mənzillərin sahəsi müqavilələr bağlanan zaman faktiki ölçüyə uyğun qeyd olunur, texniki pasportdakı kimi əmsallar tətbiq olunmur. Müqavilədə də tərəflər balkon və lociya ilə bağlı sahənin hesablanmasında qeyd-şərt müəyyən etməmişdir. Bu da o nəticəyə gəlir ki, hazırki halda balkon və lociya da müqavilədə göstərilən sahənin içərisinə tam şəkildə əlavə edilməlidir. Belə olan halda iddiaçıya verilən sahə 214 kv.m (balkon və lociyadan nəzərə alnmayan 7,4 kv.m əlavə edilməklə) alınır. Qalan 10,89 kv.m sahə isə mənzilin təmiri, arakəsmələr zamanı itir; - arakəsmələrin sahəyə təsirini məhkəmə də qeyd etmiş, təmir zamanı 10 kv.m-ə qədər sahənin azala biləcəyini ekspert də məhkəmə iclasında bildirmişdir. Həqiqətən də, mənzilin təmiri zamanı divarların üzlənməsi və digər hallar sahənin azalmasına gəlirib çıxarır ki, bu mübahisəsiz faktdır. Bundan əlavə, razılığa əsasən mübahisəli mənzilin 299000 manata satılmasına dair razılıq əldə edilmiş, iddiaçı pulu tam ödəmiş və mənzili əldə etmişdir. İddiaçı ilə 4 otaqlı mənzilin qiyməti h əmin məbləğə razılaşdırılmışdır. İddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi çıxarışı və məhkəmə tikinti ekspertizasını bəhanə edərək əlavə pul tələbini irəli sürməsi qəbul edilməzdir
33. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3655/2021 nömrəli, 21 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: Emin Mehdiyev – sədrlik edən və məruzəçi, Şərafət Məmmədova və Xəyal Sarıyev) cavabdehlərin apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən – iddianın təmin olunmuş hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilməmiş, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsi cavabdehlərin apellyasiya şikayəti üzrə qeyd etmişdir ki, iddianın təmin edi lən hissəsində birinci instansiya məhkəməsinin qənaəti mübahisənin faktiki hallarına və iş materiallarına uyğun gəlmədiyi üçün əsassızdır. Belə ki, mübahisənin kökündə duran mənzilin sahəsi məsələsi və onun necə hesablanması tərəflərin bağladıqları müqavilədə aydın şəkildə qeyd olunmuşdur. Yəni, cavabdeh tərəfin iddiaçıya satmağı öhdəsinə götürdüyü mənzilin ümumi sahəsi 224,89 kv.m.-dir (1.1-ci bənd). Mənzilin arakəsmələri, dəhliz və eyvanları, habelə yardımçı sahələri nəzərə alınmadan cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozması, alıcıya şərtləşdirilmiş qaydada deyil, daha az (206.5 kv.m) sahəli mənzil satması, bunun da iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatandan xeyli dərəcədə məhrum olması barədə nəticəyə gəlmək tərəflərin razılaşmasına açıq-aşkar zidd qənaətdir. Birinci instansiya məhkəməsi işin həlli üçün mühüm əhəmiyyət kəsb edən İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin 2.3-cü bəndini nəzərə almamış, bu xüsusata qiymət verməmişdir. Digər tərəfdən müqavilədə mənzilin razılaşdırılmış ümumi qiyməti olan 299000 manatın məhz mənzilin kvadrat metrinə (yaxud 1 kv.m.-nə) görə hesablanmasına dair mövqe də əsassızdır. Çünki müqavilədə həmin qiymətin mənzilin bir kvadrat metrinə görə müəyyənləşdirilməsi barədə şərt yoxdur. Müqavilədən ümumi sahəsi (daxili divarları, arakəsmələr də daxil olmaqla) 224,89 kv.m. olan dörd otaqlı mənzilə görə ödəniləcək məbləğin 299000 manat razılaşdırıldığı açıqca görünür. Başqa sözlə, tərəflər mənzilin dəyərini 1 kv.m. sahəyə görə hesablamamış, onun ümumi qiymətini şərtləşdirmişlər. Bu hal lar ona dəlalət edir ki, iddiaçıya mənzili aldığı zaman onun sahəsi, bu sahənin hesablanma şərtləri və qiyməti məlum idi. Odur ki, müqavilə şərtləri cavabdeh tərəfindən nəinki əhəmiyyətli dərəcədə, ümumiyyətlə pozulmamış, iddiaçı, müqavilə bağlanarkən ümid etməyə haqqı çatandan məhrum olmamış və şərait dəyişməmişdir.
35. Apellyasiya məhkəməsi onu da vurğulayıb ki, yaşayış binalarında mənzillərin ümumi sahəsinin bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələrin nəzərə alınmadan hesablanması barədə Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şəkildə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını tənzimləyən normadır. Həmin müddəa alqı-satqı münasibətinə girən subyektlərin müqavilə azadlığı çərçivəs ində satılan əşyanın sahəsini öz razılaşmalarına uyğun şərtləşdirmək sərbəstliyini aradan qaldırmır.
36. Apellyasiya məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərini isə əsassız sayıb və bunu onunla əsaslandırıb ki, iddiaçı 18 noyabr 2013-cü il tarixdə fiziki şəxslər Cavabdeh5 və X3 ilə, həmçinin eyni tarixdə Cavabdeh2 ilə müqavilə bağlayaraq mübahisəli mənzilin ümumi məbləğini müəyyənləşdirərək 299000 manat pul ödəmiş və cavabdehlər Cavabdeh5 və X3, habelə Cavabdeh2 həmin məbləğin ödənildiyini qəbul etmişlər. İddiaçı cavabdehlər Cavabdeh5, X3 və Cavabdeh2 ilə müvafiq öhdəliyə dair razılığa gəlmiş, digər cavabdehlərin öhdəliyi ilə bağlı iddiaçı tərəfindən sübut təqdim edilməmişdir.
37. Cavabdehlər tərəfindən razılaşmanı pozub 8 mərtəbə əvəzinə, 16 mərtəbə tikilməsi ilə iddiaçıya vu rduqları ziyana görə 120.000 manatın cavabdehlərdən tutulmasına dair hissədə apellyasiya məhkəməsi qeyd edib ki, iddiaçı 18 noyabr 2013-cü il tarixdə fiziki şəxslər Cavabdeh5 və X3 ilə ünvan 1 ünvanında 13 (+mansard) mərtəbəli, 1 səviyyə zirzəmili, 1-ci mərtəbəsi 2 səviyyəli yaşayış binasında yerləşən 9 saylı 224,89 m² sahəsi olan 4 otaqlı mənzilin İddiaçı təhvil verilməsinə dair müqavilə bağlamışlar. İddiaçı binanın mərtəbəsi ilə bağlı razılığa gələrək müqavilə bağladığından bu hissədə iddia əsaslı hesab edilə bilməz. Həmçinin iddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Həsən oğlundan müştərək qaydada 120.000 manat əlavə aldıqları vəsaitin, o məbləğə hesablanmış əldən çıxmış fayda olan 75.000 manat məbləğində vəsaitin, sahə fərqinə görə vurulmuş maddi zərər ə hesablanmış əldən çıxmış fayda olan 23.084 manat məbləğində vəsaitin, cavabdehlərin hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq 100000 manat məbləğində vəsaitin tutulması hissəsində iddia tələbini sübut edə bilmədiyindən iddia həmin hissələrdə əsassızdır.
38. Apellyasiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün Mülki Məcəllənin 386.1, 390.1, 442, 752.1, 752.2, 762.1, 765 və 1097-ci maddələrinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
39. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
40. Kassasiya şikayətinin dəlilləri: 41. - cavabdehlər tərəfindən apellyasiya şikayəti müddət ötürürlməklə verilsə də, məhkəmə idd iaçını çağırmadan, çəkişmə prinsipinə əməl etmədən müddəti bərpa edib; apellyasiya məhkəməsi Cavabdeh2 ilə bağlanmış müqaviləyə istinad etsə də, iddiaçının sonradan Cavabdeh5 və cavabdeh ilə bağlanmış müqaviləyə istinad etməyib. Halbuki Cavabdeh5 və cavabdeh ilə bağlanmış müqavilədə çöl divarları barədə razılaşma olmamışdır; 42. - razılaşdırılmış layihədə mənzilin sahəsi 211 m2 olsa da, məhkəməyə tərqdim edilmiş sənəddə mənzilin sahəsi 224 m2 göstərilib.
43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)5074/2021 nömrəli, 18 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: Aqil Abbasov – sədrlik edən və məruzəçi, Elşad Şamayev, Elşanə Vəliyeva) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya b axışına qaytarılmışdır.
44. Kassasiya kollegiyası mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, apellyasiya məhkəməsi 06 aprel 2021-ci il tarixli məhkəmə iclasında, növbəti iclasın 27 aprel 2021-ci il tarixə təyin edilməsini qərara almışdır. Lakin məhkəmə bildirişinin kötüyündə məhkəmə iclasının 20 aprel 2021-ci il tarixə təxirə salınması qeyd edilib. Növbəti məhkəmə iclası 20 aprel 2021-ci ildə baş tutmuş, həmin iclasda qətnamənin elan edilməsi göstərilmiş, lakin qətnamədə qətnamənin tarixi kimi 21 aprel 2021-ci il yazılmışdır
45. Nəzərə alınsa ki, qanunvericiliyin tələbinə görə məhkəmə iclasında, habelə məhkəmə iclasından kənar hər bir ayrıca prosessual hərəkət barədə protokol tərtib edilir, belə olan halda qətnamənin elan edildiyi tarixdə (xx.xx.2021) qətnamə qəbul edilməmiş, qətnamənin t arixi qeyd edilən gün də (xx.xx.2021) isə protokol tərtib edilməmişdir. Halbuki xx.xx.2021-ci ilədək olan redaksiyada qanunvericiliyin tələbinə görə məhkəmə iclasının və ya məhkəmədən kənar ayrıca prosessual hərəkətin protokolu işə baxmanın bütün mühüm anlarını əks etdirməlidir. Məhkəmə iclasının protokolunda məhkəmə iclasının ili, ayı, günü və yeri; məhkəmə iclasının başlanma və qurtarma vaxtı; qətnamənin və qərardadların elan edilməsi və məzmununun izah edilməsi, şikayət vermə qaydasının və müddətlərinin izah edilməsi haqqında məlumatla əks olunmalıdır.
46. Bu baxımdan, apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 270, 271.1, 271.2.1, 271.2.2 və 271.2.14-cü maddələrinin tələblərini pozmuşdur.
47. Bundan əlavə, apellyasiya məhkəməsi iddianın təmin edilən hissəsində qətnaməni ləğv edi b, iddianı həmin hissədə də rədd edərkən işin hallarını işdəki sübutları qanunvericiliyin müəyyən etdiyi qaydada qiymətləndirməmişdir
48. Mənzil sahəsinin müqavilədə göstərilən ölçüləri ilə iddiaçının adına verilmiş çıxarışdakı və ekspert rəyindəki ölçülər arasında fərqin yaranma səbəbləri tam aydınlaşdırılmayıb. Belə ki, ekspert rəyində və Çıxarışda mənzil sahəsi hesablanarkən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”na uyğun olaraq balkon və eyvanın sahəsinə əmsallar nəzərə alınmışdır. Lakin işdən həmin əmsallar həm nəzərə alınmaqla və həm də nəzərə alınmamaqla iddiaçının faktiki istifadəsində nə qədər mənzil sahəsi o lması və bundan da çıxış edərək, mənzilin sahə fərqinə görə iddiaçının həmin hissədə iddiasının hansı formada həll edilməli olmasına aydınlıq gətirilməyib. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
49. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-893/2022 nömrəli, 10 yanvar 2022-ci il tarixli qərardadı ilə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmişdir.
50. Ekspert rəyinə əsasən mübahisəli mənzilin faktiki ümumi sahəsi 198.0 m2 -dir. Mənzilə dair verilən çıxarışda 206.5m2 daşınmaz əmlakın ümumi sahəsi kimi qeyd edilən zaman daxili və iç arakəsmə divarlarının ölçüləri nəzərə alınması, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş "Tikinti obyektlərinin sahəsinin və həcminin hesabla nması qaydalarına və Şəhərsalma Məcəlləsinin 59-cu maddəsinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Mənzilin faktiki ümumi sahəsi İddiaçı ilə Cavabdeh5 və X3 arasında bağlanmış 18 noyabr 2013-cü il tarixli 9 nömrəli müqavilədə və İddiaçı həmin əmlaka dair Azərbaycan Respublikası Əmlak Məsələləri Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışda göstərilmiş əmlakın ümumi sahəsi ilə uyğunsuzluğun səbəbləri, habelə İddiaçının adına verilmiş çıxarışındakı və ekspert rəyindəki ölçülər arasında fərqin yaranma səbəbləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş "Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydalarına və Şəhərsalma Məcəlləsinin 59-cu maddəsinin tələblərinə uy ğun hesablanmaması (arakəsmə divarlarının altında yerləşən sahənin mənzilin ümumi sahəsinə hesablanması) və mövcud ölçülərin texniki pasportla üst-üstə düşmədiyi müəyyən edilmişdir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş "Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydalarına və Şəhərsalma Məcəlləsinin 59-cu maddəsinin tələblərinə uyğun olaraq (balkon və eyvanın sahıəsinə əmsallar nəzərə alınmaqla) iddiaçının faktiki istifadəsində mənzil ümumi sahəsi 198.0 m2 təşkil edir.
51. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-Vəkil2 apellyasiya şikayətini əskik verilmiş sahə hissəsində müdafiə edərək, həmin hissədə iddianın təmin edilməli olduğunu, ekspert rəyinə əsasən də mən zilin faktiki sahəsinin müqavilədə qeyd edilən sahəyə uyğun olmadığının müəyyən edildiyini, cavabdehlərin iddiaçının etibarından sui-istifadə etdiklərini, cavabdehlərin iddiaçıdan artıq məbləğ alaraq əsassız olaraq varlandıqlarını, iddiaçıya hüquqlarının pozulmasını mənzilə dair çıxarış alarkən müəyyən edildiyini, daha sonra ekspert rəyləri ilə mənzilin faktiki sahəsinin və iddiaçıya vurulmuş ziyanın hansı məbləğdə olmasının aşkar olunduğunu ekspert rəyinin Mənzil Məcəlləsinə və Şəhərsalma və Tikinti Məcəlləsinə istinad etdiyini, lakin rəydə qeyd edilən arakəsmə və divarlara aid hissələrin nəzərə alınmamalı olduğunu, eyni zamanda mənzil alınan dövrdən hesablanmaqla əldən çıxmış faydaya dair iddia tələbinin təmin edilməli olunduğunu bildirmişdir.
52. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin nümayəndəsiVəkil1 apellyasiya şikayətini müdafiə edərək, ekspert rəyində mənzilin ümumi sahəsinin 198 kv.m, arakəsmə divarların sahəsinin isə 36 kv.m olmasının qeyd edildiyini, iddiaçı ilə bağlanılmış müqavilənin 2.3-cü bəndində mənzilin 4 otaqdan ibarət olmasının və 224.89 kv.m olmasının qeyd edildiyini, mənzil alınan zaman binanın tamamlanmamasının qarşı tərəfin etiraf etdiyini, bu səbəblə 2013-cü il tarixli müqavilənin mənzilin alğı-satqısı deyil, mənzil sifariş müqaviləsi olduğunu və iddiaçının müqavilənin şərtləri ilə razılaşaraq müqaviləni imzaladığını, buna baxmaraq, yenə də barışığa hazır olduqlarını bildirmişdir.
53. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-893/2022 nömrəli 31 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər: Fuad Talışınski – sə drlik edən və məruzəçi, Azad İmanov və Qürbət Əsgərov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdehlər tərəfindən verilən apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – təmin edilən hissədə ləğv edilmiş və həmin hissədə iddia rədd edilmişdir.
54. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Məcəllənin 21, 324, 372 - 389, 421-441, 560, 752- 776; Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydalarına, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59, «Azərbaycan Respublika sı Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 77, 81-82, 88, 372, 385 - 390, 420-cı maddələrinə və kassasiya instansiya məhkəməsinin göstərişlərinə istinadən hesab etmişdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin münasibətləri üzrə səhv nəticəyə gəldiyindən, habelə mühüm əhəmiyyəti olan bütün faktiki hallar sübuta yetirilmədiyindən və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməlidir. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyinə görə, müqavilədə və çıxarışda göstərilmiş əmlakın ümumi sahəsi ilə uyğunsuzluğun səbəbləri, habelə ekspert rəyindəki ölçülər a rasında fərqin yaranma səbəbləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş "Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydalarına və Şəhərsalma Məcəlləsinin 59-cu maddəsinin tələblərinə uyğun hesablanmaması (arakəsmə divarlarının altında yerləşən sahənin mənzilin ümumi sahəsinə hesablanması) və mövcud ölçülərin texniki pasportla üst-üstə düşmədiyi müəyyən edilmişdir. Texniki pasportla çıxarış arasında qeyd edilən uyğunsuzluq inzibati orqanın (vəzifəli şəxsinin) səlahiyyətinə aid edildiyindən onun düzəldilməsi üzrə iddiaçının inzibati icraat qaydasında müraciət etmək hüqüqları mövcuddur
55. Ekspert rəyinin əsaslandırıcı hissəsində qeyd edilənlərə dair diqqətə çatdırılmalıdır ki, əlavə ekspertiza tədqiqatı aparılan zaman mənzilin ümumi sahəsi 198 m2 qeyd edilsə də, 36m2 olan mənzilin çöl və iç arakəkəsmə divarlarının sahələri nəzərə alınmamışdır. Bu ölçülər nəzərə alınanda isə mənzilin ümumi sahəsi 234 m2 təşkil edir ki, bu da müqavilədə qeyd edilən ölçülərə uyğundur. Belə ki, müqavilədə daxili və iç arakəsmə divarlarının ümumi sahələrin də daxil olduğu qeyd edilərək mənzilin sahəsi 224,89 m2 göstərilmişdir.
56. Göründüyü kimi qeyd edilən qaydalar və əmsallar üzrə tikilialtı sahələr nəzərə alınmadan ölçülərin aparılması mövcud faktiki sahənin fərqli olmasını müəyyən etmir və buna dair digər mötəbər sübutlar təqdim edilməmişdir. Mülkiyyəti təsdiq edən çıxarışda müvafiq normalara uyğun ölçülərin fərqli göstərilməsi isə cavabdeh tərəfindən öhdəliklərinin lazımınca yerinə yetirilməməsi ni sübuta yetirmir və qanunun tələbi kimi qəbul edilən ölçülərlə faktiki tikinti sahələrinin eyniləşdirilməsi fərqli meyyarlardır. Belə ki, müqavilədə əks edilmiş mənzilin ölçüləri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin, və (ya) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydalarının tələbləri nəzərə alınmaqla göstərilməmiş və belə bir qeyd əks edilməmişdir. Qeyd edilməlidir ki, iddiaçının iddia etdiyi ona göstəriləndən az sahənin verilməsi və bununla öhdəliyinin lazımınca yerinə yetirilməməsi üzrə pulun tələb edilməsi nəzərə alınanda, təqdim edilmiş sənədlərdə ümumiyyətlə alınan zaman mənzilin hansı meyyar larla qiymətləndirilməsi müəyyən edilməmişdir. Qeyd edilənlərdən əlavə, iddiaçı müqavilə öhdəlikləri üzrə tələbinin əsası kimi istinad etdiyi halları və hüquqi əsasları dəqiq müəyyən etməmiş, pul tələbinin müqavilə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməməsi, ondan irəli gələn zərər və ya əsassız varlanma kimi qiymətləndirməyə dair mötəbər və təkzibedilməz sübutlar müzakirəyə təqdim etməsə də, məhkəmə kollegiyası sadalanan və ya digər xüsusatlar üzrə mülki hüquq pozuntuları müəyyən etməmişdir. Nəzərə alınmalıdır ki, apellyasiya instansiya məhkəməsinin mülki kollegiyası kassasiya instansiya məhkəməsinin mülki kollegiyasının müəyyən etdiyi və şikayətlərin mübahisələndirilən dəlilləri üzrə müdafiə edilən hissələrdə əlavə tədqiqat aparmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
57. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
58. Kassator şikayətində qeyd etmişdir ki, apelyasiya məhkəməsi divarların və arakəsmələrin çıxarış verilən zaman nəzərə alınmamağını, mənzilin alqı-satqı müqaviləsini podrat müqaviləsi kimi dəyərləndirərək müqavilədə iç divarların nəzərə alındığını əsas gətirərək yanlış bir nəticəyə gəlmişdir.
59. Apelyasiya instansiyası iddiaçı ilə cavabdeh arasında baş vermiş pay alqısatqısını podrat münasibəti adlandırmış və Mülki Məcəllənin müvafiq maddələrinə istinad etmişdir. Bu istinad hüquqi cəhətdən tamamilə yanlış hesab edilməlidir. Belə ki, tərəflər h ər-hansı binanın inşası ilə bağlı olan bir müqavilə bağlamamış, çoxmənzilli yaşayış binasının artıq 8 mərtəbəsi inşa edildiyi zaman mənzilə dair payın alqı-satqısını həyata keçirmişlər ki, bu münasibətlər AR Mənzil Məcəlləsi ilə tənzimlənməkdədir və bu podrat münasibətləri hesab oluna bilməz. İddiaçı mənzilin inşası deyil, artıq inşa edilmiş binanın bir mənzilini almaq üçün müqavilə bağlamışdır.
60. Həmçinin apelyasiya məhkəməsi ekspert rəyinə istinad etsə də bu rəydə qeyd olunanların tam əksi qənaətinə varmışdır. Belə ki, rəydə mənzlin faktiki ölçüləri müəyyən edilmiş və ayrıca olaraq iç divar və arakəsmələr də hesablanmışdır. Lakin bu arakəsmə və iç divarların mənzilin ümumi sahəsinə AR qanunvericiliyi ilə aid edilmədiyindən ekspert qanunvericilyin icazə verdiyi qaydada mənzilin sahəsini müəyyən etmişdir. Məhkəmə isə müqavilədə bu halın olmasını daha mötəbər hesab etmişdir. Halbuki qanuna uyğun olmayan müqavilə müddəaları etibarsız hesab olunur.
61. Kassator şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1, 390.2, 752.1–ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
62. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
63. Maddə 21.1-21.2. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkd iyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
64. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
65. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
66. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
67. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərf i mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
68. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
69. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikası Şəhərsalma və Ti kinti Məcəlləsi
70. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2012-ci il tarixli Qərarı
71. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mənəvi zərər bi lavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarı
72. Qanunvericiliyin, «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Mə hkəməsinin presedentləri baxımından verilən anlayışa görə, mənəvi zərər - insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.
73. Bənd
2. Zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
74. Bənd
2. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəx si, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işi n sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
75. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
76. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
77. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
78. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda i fadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
79. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
80. Maddə 417.1.4. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
81. Maddə 417.2.Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Kassasiya baxışının hədləri
82. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
83. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
84. Məhkəmə kollegiyası aşağıda kı əsaslara görə belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iddiaçının mənzilin sahə fərqinə görə pul tələbi və vurulmuş mənəvi zərər hissəsində düzgün nəticəyə gəlməmişdir.
85. İddiaçının tələbi Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 120000 manat əlavə aldıqları vəsaitin, o məbləğə hesablanmış əldən çıxmış fayda olan 75000 manat məbləğində vəsaitin, 36641,5 manat məbləğində sahə fərqinə görə vurulmuş maddi zərərin, həmçinin, o məbləğə hesablanmış əldən çıxmış fayda olan 23084 manat məbləğində vəsaitin, cavabdehlərin hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq 100.000 manat məbləğində vəsaitin tutulması ilə bağlıdır.
86. İlk növbədə, kollegiya iddia tələbinin Cavabdeh3 və Cavabdeh4 aid hissədə ümumiyyətlə təmin edilməsinin mümkün olmam ası hissəsi ilə, o cümlədən 120.000 manat artıq alınan vəsaitin qaytarılması, həmin məbləğə hesablanmış əldən çıxmış fayda olan 75.000 manat məbləğində vəsaitin tutulması tələbinin rədd edilməsi ilə razılaşır.
87. Məhkəmələr haqlı olaraq hesab etmişlər ki, cavabdehlərdən Cavabdeh3 və Cavabdeh4 Həsən oğlu ilə iddiaçı arasında müqavilə münasibətiləri mövcud olmamış, eyni zamanda bağlanmış müqavilədə yaşayış binasının 8 mərtəbə inşa ediləcəyi barədə razılaşma olmamış, iddiaçı həmin binanın məhz səkkiz mərtəbə inşa edilməsi ilə bağlı razılığa gəlmələri halını, o cümlədən cavabdehlərin ona etmiş olduğu ödənişdən 120.000 manat pul qaytarmağa razılıq vermələri halını sübuta yetirə bilməmişdir.
88. Həmin tələblərlə bağlı qərar qəbul edilərkən məhkəmələr sübutetmə yükünün bölüşdürülməsi və bununla bağlı prosessual qanunvericiliyin normalarını düzgün tətbiq etmişlər. Ona görə kollegiya iddia tələbinin rədd edilməsinə dair apellyasiya məhkəməsinin qətnaməsinin həmin hissələri ilə razılaşır.
89. Lakin, mənzilin sahəsinə görə artıq ödənilmiş vəsaitin geri qaytarılması və bununla bağlı iddiaçıya mənəvi zərər vurulması ilə bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaq olmaz.
90. Beləki, məhkəmələr müəyyən etmişlər ki, İddiaçı 18 noyabr 2013-cü il tarixdə fiziki şəxslər Cavabdeh5 və Cavabdeh1 ilə mübahisəli mənzilin İddiaçı təhvil verilməsinə dair müqavilə bağlamışlar. Həmin müqavilənin 1.1-ci bəndinə görə ünvan 4 ünvanında 13 (+mansard) mərtəbəli, 1 səviyyə zirzəmili, 1-ci mərtəbəsi 2 səviyyəli yaşayış binasında yerləşən 9 saylı 224,89 m² sahəsi olan 4 otaqlı mənzilin İdd iaçı təhvil verməsilə bağlı tərəflər razılığa gəlmişlər. Borcun olmamasına dair Cavabdeh5 və Cavabdeh1 iddiaçıya maliyyə arayışı vermişlər. İddiaçı 18 noyabr 2013-cü il tarixdə həmin mənzilə görə digər fiziki şəxs Cavabdeh2 ilə də müqavilə bağlamış və İddiaçı həmin mənzil üçün 199.000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bu barədə Cavabdeh2 oğlu tərəfindən imzalanmış, möhürlənmiş X4 qəbzi İddiaçı verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 22 avqust 2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışda mənzilin sahəsinin 206.5 kv.m olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 3 mart 2020-ci il tarixli 32286 nömrəli rəyinə əsas ən mənzilin faktiki sahəsi 197,7 m²-dir.
91. Kassasiya məhkəməsinin göstərişlərinə uyğun olaraq işə apellyasiya qaydasında yenidən baxılarkən iş üzrə “tikinti-texniki obyektin tədqiqi” ekspertizası təyin edilmiş və müvafiq rəy alınmışdır. Əldə edilmiş ekspertiza rəyinə görə mənzilə dair verilən çıxarışda mənzilin sahəsinin 206.5m2 kimi qeyd edilən zaman daxili və iç arakəsmə divarlarının ölçüləri nəzərə alınması, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 4 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş "Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydalarına və Şəhərsalma Məcəlləsinin 59-cu maddəsinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Mənzilin faktiki ümumi sahəsi İddiaçı ilə Cavabdeh5 və Cavabdeh1 arasında bağlanmış 18 noyabr 2013-cü il tarixli 9 nömrəli müqavilədə və İddiaçı həmin əmlaka dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışda göstərilmiş əmlakın ümumi sahəsi ilə uyğunsuzluğun səbəbləri, habelə iddiaçının adına verilmiş çıxarışdakı və ekspert rəyindəki ölçülər arasında fərqin yaranma səbəbləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 4 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş "Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydalarına və Şəhərsalma Məcəlləsinin 59-cu maddəsinin tələblərinə uyğun hesablanmaması (arakəsmə divarlarının altında yerləşən sahənin mənzilin ümumi sahəsinə hesablanması) və mövcud ölçülərin texniki pasportla üst-üstə düşməməsi səbəbindən baş vermi şdir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 4 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş "Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydalarına və Şəhərsalma Məcəlləsinin 59-cu maddəsinin tələblərinə uyğun olaraq (balkon və eyvanın sahəsinə əmsallar nəzərə alınmaqla) iddiaçının faktiki istifadəsində mənzil ümumi sahəsi 198.0m2 təşkil edir. Mənzilin çöl və iç arakəsmə divarlarının sahəsi 36.0m2 təşkil edir. Ekspert rəyi ilə mənzilin faktiki ölçülərinə dair olan sahələr bunlardır: Dəhliz - 32.5m2, 2.Sanitar qovşağı - 6.1 m2
3. Şkaf - 2.3m2
4. Yaşayış otağı - 19.3m2
5. Yaşayış otağı 58,0m2
6. Mətbəx - 22.0m2
7. Yaşayış otağı - 23.8m2,
8. Yaşayış otağı - 19.7m2
9. Sanitar qovşağı - 2.3m2
10. Sanitar qovşağı - 7.4m2Lociya - 2.6m2
12. Balkon 2.0m2 Ümumi sahəsi -198,0m2.
92. Apellyasiya Məhkəməsi çatışmayan sahəyə görə pul tələbinə dair tələbi rədd edərkən ona əsaslanmışdır ki, tərəflər müqavilədə konkret olaraq mənzilin təhvil verilməsi ilə bağlı razılığa gəlmişlər, həmin müqavilədə konkret mənzil sahəsinin hər kv.m üçün hansı qiymətə satılması ilə bağlı razılıq olmamış, tərəflər mənzilin ümumi dəyərini razılaşaraq ödəniş etmişlər. Məhkəmə qətnaməsindən belə qənaət hasil olur ki, mənzilin sahəsi ilə bağlı razılaşma həmin müqavilənin mühüm şərti hesab olunmur.
93. Kollegiya apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Hər bir müqavilənin spesifik xüsusiyətlərindən asılı olaraq həmin müqavilə üçün mühüm hesab edilən şərtlər mövcuddur. Məsələn: alqı-satqı müqaviləsində satılan əmlakın həcmi, dəyəri, borc müqaviləsində borcun qaytarılması tarixi, borcun məbləği və.s. şərtlər xüsusiyyətinə görə spesifik müqavilələr üzrə mühüm şərtlər hesab olunur. Belə şərtlərlə bağlı razılığa gəlmədən onlara dair müqavilənin bağlanması istisna olunur.
94. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır(64&).
95. Tərəflər arasında bağlanmış 18 noyabr 2013-cü il tarixli müqavilədə mənzilin sahəsi ilə bağlı razılaşma həmin müqavilənin mühüm şərtidir. Tərəflər mənzilin sahəsinin 224,89 m² ölçüdə razılaşmışlar.
96. Ona görə özünün yaşayış şəraitini yaxşılaşdırmaq üçün mənzil satın alan şəxsin bağladığı müqavilədə mənzilin sahəsinin müqavilənin mühüm şərti hesab olmaması barədə dəlil ümumiyətlə məntiqsizdir.
97. Tərəflər sərbəst iradə ifadəsi bildirərək müqavilə bağlamış və müqavilənin şərtlərini müəyyən etmişlər. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur (59-61&).
98. Eyni zamanda kollegiya qeyd edir ki, apellyasiya məhkəməsi tərəflər arasında bağlanmış müqavilənin şərtlərini düzgün təfsir etməmişdir. Məhkəmə sonuncu ekspertiza rəyinə istinad edərək belə qənaətə gəlmişdir ki, mənzilin çöl və daxili arakəsmə divarlarının sahəsi 36 kv.m təşkil edir ki, həmin sahəni mənzilin faktiki sahəsi ilə topladıqda mənzilin sahəsi müqavilədə razılaşdırılmış sahə ilə əhatə olunur. Lakin, məhkəmə yaşayış binasının xarici divaraltı sahələrinin mənzilin sahəsinə aid edilməsi ilə bağlı ağlabatan əsaslındırma aparmamış, yen də iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməməsi kimi ümumi ifadələrdən istifadə etməklə iddianı təmin etməmişdir. Hansıki, qanunvericilik mənzilin sahəsinin hesablanmasını dəqiq müəyyən etmişdir. Beləki, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sa hələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir (70&).
99. Məhkəmə iddiaçının irəli sürdüyü hansısa əsası sübuta yetirə bilməməsinə istinad edirsə, həmin əsasın və yaxud halın nədən ibarət olmasını göstərməli və təqdim edilmiş sübutların kifayət etməməsini əsaslandırmalıdır.
100. İşin müəyyən edilən faktiki halları isə, iddiaçının irəli sürdüyü dəlillərin təsdiq olunduğunu ehtiva edir. Beləki, iddiaçı sahəsi 224,89 m² olan 4 otaqlı mənzilin dəyərini ödəsə də, ekspert rəyi ilə mənzilin faktiki sahəsi 198,0m2 təşkil edir. İddiaçının sübut etməli hal burada bitmiş hesab olunur. Mənzilin sahəsinin müqavilədə göstəriləndən az olmasını əsaslandırmaq artıq cavabdehin üzərinə düşür.
101. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (63-64&).
102. Apellyasiya məhkəmə müqavilədəki çatışmamazlıqları iddiaçının xeyrinə şərh etmək əvəzinə cavabdeh tərəfin xeyrinə şərh edərək bildirmişdir ki, müqavilədə əks edilmiş mənzilin ölçüləri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin, və (ya) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 4 dekabr 2012-ci il tarixli 07 nö mrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydalarının tələbləri nəzərə alınmaqla göstərilməmiş və belə bir qeyd əks edilməmişdir. Ona görə mənzilin sahəsi həmin qaydalara uyğun hesablana bilməz.
103. Kollegiya qeyd edir ki, yuxarıda qeyd olunan normativ aktlar mənzilin sahəsinin hasablanması qaydalarını tənzimləyir. Cavabdehlər hündür mərtəbəli yaşayış evi inşa edərək sakinlərə mənzil satışı ilə bağlı peşəkar fəaliyyətlə məşğul olurlar. Analoji müqavilələri mütəmadi olaraq tərtib edir və müştərilərə təklif edirlər. Mənzili sahəsinin hansı qaydada hesablanması ilə bağlı dəqiq məlumatları onlar müqavilə tərəfinə təklif edirlər. Ona görə tərəflər mənzilin sahəsinin Tikinti və Şərhərsalma qanunvericiliyindən fərqli qaydada hesablamağa qərar vermiş dirsə bu barədə müqaviləyə müvafiq qeydlər etməlidirlər, əks təqdirdə sahələrin hesablanması həmin qaydaların təsiri altına düşür. Ona görə müqaviləyə xüsusi olaraq qaydaların salınmamasının iddiaçının ziyanına şərh edilməsi tamamilə əsassızdır.
104. Bundan başqa, yaşayış sahəsinin alınması ilə bağlı oturuşmuş praktika, işgüzar adətlər mövcuddur. Yaşayış sahəsinə ehtiyacı olan şəxsin həmin münasibətlərə girərkən əldə edəcəyi əsas məqsədlərdən biri mənzilin yaşayış sahəsinin ölçüsüdür. Müqavilədə yaşayış sahəsinin ölçüsünün göstərilməsi, ilk olaraq alıcının həmin ölçüyə uyğun yaşayış sahəsinə sahib olacağına əminlik verir. Ona görə müqavilədəki qeyrimüəyyən hallar (sahənin Tikinti və Şərhərsalma qanunvericiliyinə uyğun deyil, başqa qaydada hesablanması və.s.) alıcının deyil, tikintini həyat a keçirən və mənzil satışı ilə məşğul olan tərəfin ziyanına şərh edilməlidir.
105. Sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur. Odur ki, hazırkı işdə tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, onun hesablanma şərtlərini və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə dəyişdirilməsi y olverilməzdir.
106. Qeyd olunanları nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçıya satılan mənzilin müqavilədə nəzərdə tutulan həcmindən (sahəsindən) çatışmayan hissəsinə uyğun olan pul vəsaiti (224,89 m² -198,0m2 =26.89kv.m x 1330 (299.000:224.89) manat=(yuvarlaq olaraq) 35.750 manat) cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
107. Bundan başqa, məhkəmə kollegiyası iddiaçının mənəvi zərər tələbini də qismən əsaslı sayır. Beləki, iddiaçı 2013-cü ildə 224.89 kv.m yaşayış sahəsinə malik mənzil satın almış, mənzili təmir etdirmiş və sonradan ona məlum olmuşdur ki, aldığı mənzilin 26.89 kv.m sahəsi əskikdir. Bunun üçün iddiaçı məhkəmə mübahisələri açmağa və uzun müddət məhkəmə çəkişmələri aparmağa məcbur edilmişdir. Qeyd olunan halların mövcudluğu iddiaçının mənəvi zərərə düçar olmasını təsdiq edir.
108. Məhkəmə mənəvi zərərlə bağlı məsələləri tənzimləyən yuxarıda qeyd olunan normativ aktların tələblərini (65-69 &) və eləcə də işin konkret hallarını, mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətləri, zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığını, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq mənəvi zərərin məbləğinin 500 (beş yüz) manat məbləğində müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir.
109. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, apellyasiya məhkəməsi işin müəyyən edilən hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Ona görə iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)893/2022 nöm rəli, 31 may 2022-ci il tarixli qətnaməsi qismən-sahə fərqinə görə pul tələbi və vurulmuş mənəvi zərər hissəsində ləğv edilərək MPM-in 417.1.4-cü maddəsinə əsasən iddianın həmin hissədə qismən təmin olunması barədə yeni qərar qəbul edilməlidir.
110. Eyni zamanda kollegiya hesab edir ki, iş üzrə məhkəmə xərcləri olan 300 manat ekspertiza xərcləri Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən savabdehlərə aid edilməlidir.
111. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-893/2022 nömrəli, 31 may 2022-ci il tarixli qətnaməsi qismən-sahə fərqinə görə pul tələbi və vurulmuş mənəvi zərər hissəsi ndə ləğv edilsin. İddia tələbi həmin hissədə qismən təmin edilsin. Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada sahə fərqinə görə (mənzilin çatışmayan sahəsinə görə) 35.750 manat, mənəvi zərərə görə 500 manat, cəmi 36.250 manat pul tutularaq İddiaçı verilsin. Ekspertiza xərcləri dəyəri 300 manat Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.