Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5074/2021 18.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Həsən oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5074/21 (Açar sözlər: zərər tələbi, prosessual pozuntu) Bakı şəhəri, 18 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3655/2021 nömrəli, 21 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 18 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ünvan 1 ünvanında inşa edilən evdən mənzil almışdır.
2. Mübahisə həmin mənzilin sahəsi və mənzilin yerləşdiyi binanın mərtəbələrinin 8dən çox olması ilə bağlıdır. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Həsən oğlundan müştərək qaydada 120000 manat əlavə aldıqları vəsaitin, 32400 manat həmin məbləğə hesablanmış faizin, 30852 manat ziyanın, 24458 manat az verilmiş sahəyə görə ziyanın, 100000 manat mənəvi ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 307740 manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı təhlükəsizlik baxımından 8 mərtəbədən artıq olmayan binada mənzil almaq istəyi ilə şəhərin müxtəlif yerlərində aparılan tikintilərə baş vurmuş və XXX ünvanında tikilməkdə olan binada mənzil almaq qərarına gəlmişdir. Çünki binanı tikən Cavabdeh2 ilə söhbət zamanı o, binanın 8 mərtəbəli olacağını bildirmişdir. Bu söhbət 2013-cü ilin noyabr ayında olmuş və həmin zaman binanın 5-ci mərtəbəsi tikilirmiş.
5. Ertəsi gün tikintiyə rəhbərlik edən XXX iddiaçıya zəng edərək ofisinə dəvət etmişdir. İddiaçı da atası XXX və ailəvi dostları olan Mir məmmədlə onların ofisinə getmişdir. Burada Şakir onları şirkətin rəhbərləri kimi təqdim etdiyi Cavabdeh3 və Cavabdeh4la tanış etmişdir. iddiaçı onlara çox hündür binada mənzil almaq istəmədiyini bildirdikdə, hər üçü binanın 8 mərtəbəli olacağını deyib, binanın eskiz layihəsini və proyektini göstərmişlər. Bu da onlarda binanın 8 mərtəbəli olacağına əminlik yaratmışdır. Həmçinin, eskiz layihədə binanın geniş həyətyanı sahəsinin və 30 maşınlıq dayanacağının olacağı göstərilirdi. Bu kriteriyalarına görə iddiaçı mənzilin bir kvadratmetrini 1330 manat dəyərində almağa razılaşmışdır. Bu qiymət məhz binanın cəmi 8 mərtəbəli olacağından irəli gəlirdi. Çünki həmin müddətdə eyni ərazidə tikilən 16-18 mərtəbəli binalarda mənzil sahəsinin 1 kvadratmetrinin qiyməti 700-800 manat idi.
6. İddiaçı həmin gü n, yəni 18 noyabr 2013-cü il tarixdə Cavabdeh2 ilə müqavilə bağlamış və onlara 299999 manat (həmin dövr üçün 383333 ABŞ dolları) nəğd pul vermişdir. Lakin cavabdehlər razılaşmanı pozub binanı 16 mərtəbə tikmişlər.
7. Buna etirazını qəbul edən Cavabdeh4 8 mərtəbəli binada olacaq mənzil sahəsinə görə ondan artıq aldıqları 120000 manatı geri qaytaracaqlarını, lakin şəriki Əmiraslanın xaricdə olduğunu, XXX qayıdan kimi pulu verəcəklərini demişdir. Xaricdən qayıtdıqdan sonra görüşdükdə Əmiraslan müxtəlif bəhanələr gətirərək pulun qaytarılmasını ləngitmiş, binanın tikintisi tamamlandıqdan sonra bu məbləği ona ödəyəcəklərinə söz vermişlər.
8. Mənzillə bağlı razılaşma zamanı binanı "xxxx" MMC tərəfindən inşa edildiyinə dair sənədlər təqdim edilmişdir. Müqaviləni isə özünü həmin vaxt Cəmiyyətin rəh bəri kimi təqdim edən Cavabdeh2 özü bağlamış və özünə məxsus möhürlə təsdiqləmişdir. Lakin mənzilin reyestrdə qeydiyyatı zamanı məlum olmuşdur ki, Cavabdeh2 tikilən binada heç bir səlahiyyətə malik olmamışdır. Bu da mənzilin qeydiyyata alınmasında problem yaratmışdır. Buna görə də cavabdehlər iddiaçıda olan müqaviləni 2019-cu ilin avqust ayında eyni şərtlərlə və köhnə tarixlə binanın aid olduğu Cavabdeh5 və X1 adından tərtib etmiş, müqavilə onlar tərəfindən imzalanmış və onlara məxsus möhürlə təsdiqlənmişdir. Yalnız ondan sonra iddiaçı həmin müqaviləni təqdim edib reyestrdən çıxarış ala bilmişdir.
9. İddiaçının tikili ilə bağlı Fövqəladə Hallar Nazirliyinə etdiyi müraciətə cavabdan aydın olmuşdur ki, ilkindən Cavabdeh5 və X1 adına verilmiş Bakı şəhər İcra Hakimiyyətinin 06 noyabr 2012-ci il tarixli 415 nömrəli sərəncamına əsasən Nərimanov rayonu, S.Rəhman küçəsi 41 ünvanında onlara məxsus evin sökülüb yerində 4 mərtəbəli fərdi yaşayış evinin tikilməsi üçün layihə sənədləri təqdim edilmişdir. 19 iyul 2013-cü il tarixdə həmin layihə dəyişdirilərək 6 mərtəbə + mansard mərtəbəli fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. 01 aprel 2014-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin 124 nömrəli sərəncamı ilə həmin ünvanda çoxmərtəbəli qeyri-yaşayış binasının tikilməsi üçün 0,17 ha torpaq sahəsi ayrılmışdır.
10. Tarixlərə nəzər saldıqda görünür ki, 18 noyabr 2013-cü il tarixdə Cavabdeh2 heç bir səlahiyyəti olmadan iddiaçı ilə saxta müqavilə bağlayaraq digər cavabdehlərin əlbirliyi ilə iddiaçını aldatmış və 299000 manat nəğd pulun Cavabdeh3 və Cavabdeh4 "xxxx" QSC-də olan hesablarına köçürülməsinə nail olmuşlar.
11. Razılaşdıqları müddət başa çatdıqdan sonra cavabdehlər hər dəfə bir bəhanə ilə iddiaçıdan artıq aldıqları 120000 manat məbləğində pulun qaytarılmasını gecikdirmiş, ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdehlərin qəsdli hərəkətlərinin nəticəsində iddiaçı özünə məxsus olan 120000 manat pul vəsaitinin istifadəsindən məhrum olmuş, həm faydalana biləcəyi gəlir əlindən çıxmış və həm də bazar alıcılıq nisbətində manatın devalivasiyası nəticəsində iddiaçıya ziyan dəymişdir. 2014-1019-cu illər üçün orta bank uçot dərəcəsi 9 faiz olması nəzərə alınmaqla həmin puldan faydalanma 32400 manat təşkil edir. Manatın son illərdə bazarda ABŞ dollarına nisbətdə 25,71% aşağı düşməsi səbəbindən cavabdehlərin razılaşmanı pozmaqla törətdiyi delikt nəticəsində iddiaçıya 30852 manat ziyan dəymişdir.
12. Bundan başqa cavabdehlərlə aralarında bağlanmış müqavilədə iddiaçıya 224,89 m² sahəsi olan mənzil veriləcəyi qeyd edilmiş, lakin mənzilə dair çıxarışda mənzilin sahəsinin 206,5 m², yəni 18,39 m² az olduğu qeyd edilmişdir. Göründüyü kimi cavabdehlər mənzilin sahəsində də aldatmaqla iddiaçıdan 24458 manat artıq pul almış və iddiaçıya həmin məbləğdə ziyan vurmuşlar.
13. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 425.1, 425.2 və 1097.1ci maddələrinə istinad etmişdir.
14. Cavabdehlərin nümayəndəsi (vəkili) iddiaya etiraz olaraq göstərib ki, iddiaçıya 299000 manata mənzil satılıb, müqavilə bağlanıb. İddiaçı mənzilə dair çıxarış da almışdır.
15. Birinci instansiya məhkəməsi 04 dekabr 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasib atlıq ekspertizası təyin etmiş, ekspert qarşısında mənzilin sahəsinin nə qədər olması ilə bağlı müvafiq suallar qoymuşdur.
16. Məhkəmə Ekspertiza Mərkəzinin 03 mart 2020-ci il tarixli 32286 nömrəli rəyinə əsasən ünvan 3 ünvanında yerləşən mənzilin faktiki sahəsi 197,7 m²-dir. Mənzilin çıxarışda göstərilən sahəsi ilə texniki pasportda göstərilən sahəsi arasında fərq var və həmin mənzilin faktiki ümumi sahəsi (197,7 m²), mənzilin alınmasına dair bağlanmış Müqavilədə göstərilən sahə (224,89 m²) və çıxarışda göstərilən sahə (206,5 m²) ilə uyğun gəlmir.
17. Ekspertin rəyi daxil olduqdan sonra iddiaçı tələbini dəqiqləşdirərək, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Həsən oğlundan müştərək qaydada 120000 manat əlavə aldıqları vəsaitin, o məbləğə hesablanmış əldən çıxmış fayda ola n 75000 manat məbləğində vəsaitin, 36641,5 manat məbləğində sahə fərqinə görə vurulmuş maddi zərərin, həmçinin, o məbləğə hesablanmış əldən çıxmış fayda olan 23084 manat məbləğində vəsaitin, cavabdehlərin hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq 100000 manat məbləğində vəsaitin və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 354 755,5 manat məbləğində vəsaitin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir
18. Nərimanov Rayon Məhkəməsinin 2(005)-307/2020 nömrəli, 25 sentyabr 2020ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 24449,50 (iyirmi dörd min dörd yüz qırx doqquz manat 50 qəpik) məbləğində pul vəsaiti və 10 (on)manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pulun cavabdehlər Cavabdeh5, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması qət edilmişdir. (hakim Vüqar Quliyev)
19. Birinci instansiya məhkəməsi toplanmış sübutlara, o cümlədən ekspert rəyinə və ekspertin izahatına əsasən müəyyən etmişdir ki, İddiaçı 18 noyabr 2013-cü il tarixdə fiziki şəxslər Cavabdeh5 və X2 ilə ünvan 1 ünvanında 13 (+mansard) mərtəbəli, 1 səviyyə zirzəmili, 1-ci mərtəbəsi 2səviyyəli yaşayış binasında yerləşən 9 saylı 224,89 m² sahəsi olan 4 otaqlı mənzili İddiaçı təhvil verilməsinə dair müqavilə bağlamışlar. Həmin müqavilənin 1.1-ci bəndinə görə ünvan 1 ünvanında 13 (+mansard) mərtəbəli, 1 səviyyə zirzəmili, 1-ci mərtəbəsi 2 səviyyəli yaşayış binası nda yerləşən 9 saylı 224,89 m² sahəsi olan 4 otaqlı mənzilin İddiaçı təhvil verməsilə bağlı tərəflər razılığa gəlmişlər. Borcun olmamasına dair Cavabdeh5 və X2 iddiaçıya maliyyə arayışı vermişlər. İddiaçı 18 noyabr 2013-cü il tarixdə həmin mənzilə görə digər fiziki şəxs Cavabdeh2 ilə də müqavilə bağlamış və İddiaçı həmin mənzil üçün 199 000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bu barədə Cavabdeh2 tərəfindən imzalanmış, möhürlənmiş X3 Qəbzi İddiaçı verilmişdir. Bu müqavilənin şərtinə görə isə mənzilin ümumi sahəsinə mənzilin daxili divarlarının və arakəsmələrin daxil olmasına dair tərəflər razılığa gəlmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 22 avqust 2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nö mrəli Çıxarışda isə mübahisəli mənzilin sahəsinin 206.5 kv.m olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 03 mart 2020-ci il tarixli 32286 nömrəli rəyinə əsasən mənzilin faktiki sahəsi 197,7 m²-dir. İddiaçı müqavilə bağlandıqdan sonra evi təmir etdiyini bildirmişdir. Məhkəmə iclasına dəvət olunmuş ekspert Elmar Səidov mənzilin təmirdən əvvəl 206.5 kv.m olmasının istisna edilmədiyini, lakin rəy verilməsi zamanı evin təmirdən sonra faktiki sahəsinin 197 kv.m olduğunu bildirmişdir. Bununla belə, ekspert həmin sahənin 224,89 kv.m olmasının mümkünsüzlüyünü də qeyd etmişdir.
20. Birinci instansiya məhkəməsi 120000 manat və həmin məbləğə hesablanan faiz tələbləri ilə bağlı iddia üzrə qeyd edib ki, İddiaçı 18 noyabr 2013-cü il tarixdə fi ziki şəxslər Cavabdeh5 və X2 ilə və eyni tarixdə fiziki şəxs Cavabdeh2 ilə də müqavilə bağlayaraq mübahisəli mənzilin ümumi məbləğini müəyyənləşdirərək 299000 manat pul ödəmiş və cavabdehlər Cavabdeh5 və X2 və eyni tarixdə fiziki şəxs Cavabdeh2 həmin məbləğin ödənildiyini qəbul etmişlər.
21. Birinci instansiya məhkəməsinə görə İddiaçı cavabdehlər Cavabdeh5, X2, Cavabdeh2 ilə müvafiq öhdəliyə dair razılığa gəldiyindən və digər cavabdehlərin öhdəliyi ilə bağlı iddiaçı tərəfindən sübut təqdim edilmədiyindən cavabdehlərin məsuliyyətinə bu həcmdə hüquqi qiymət verilməlidir.
22. Cavabdehlər tərəfindən razılaşmanı pozub 8 mərtəbə əvəzinə, 16 mərtəbə tikilməsilə iddiaçıya vurduqları ziyana görə 120000 manatın cavabdehlərdən tutulmasına dair hissədə məhkəmə qeyd edib ki, İddiaçı 18 noyabr 2013-cü i l tarixdə fiziki şəxslər Cavabdeh5 və X2 ilə ünvan 1 ünvanında 13 (+mansard) mərtəbəli, 1 səviyyə zirzəmili, 1-ci mərtəbəsi 2 səviyyəli yaşayış binasında yerləşən 9 saylı 224,89 m² sahəsi olan 4 otaqlı mənzilə dair müqavilə bağlamışlar. İddiaçı binanın mərtəbəsilə bağlı razılığa gələrək müqavilə bağladığından bu hissədə iddia əsaslı hesab edilə bilməz.
23. Birinci instansiya məhkəməsi hesab edir ki, “120000 manat əlavə alınan vəsaitin, o məbləğə hesablanmış əldən çıxmış fayda olan 75 000 manat məbləğində vəsaitin, sahə fərqinə görə vurulmuş maddi zərərə hesablanmış əldən çıxmış fayda olan 23 084 manat məbləğində vəsaitin, cavabdehlərin hərəkətləri nəticəsində iddiaşıya dəymiş mənəvi zərərin əvəzi olaraq 100000 manat məbləğində vəsaitin tutulması” hissəsində tələb məhkəmə sübut edilmədiyind ən təmin edilməməlidir
24. İddia tələbinin sahə fərqinə görə pul məbləğinin geri qaytarılmasına münasibətdə birinci instansiya məhkəməsi hesab edib ki, iddia bu hissədə qismən əsaslıdır. Çünki Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış müqavilənin şərtinə görə mənzilin ümumi sahəsinə mənzilin daxili divarlarının və arakəsmələrin daxil olmasına dair tərəflər razılığa gəlmişlər. 22 avqust 2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışda isə mübahisəli mənzilin sahəsinin 206.5 kv.m olduğu qeyd edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2020-ci il tarixli 32286 nömrəli rəyinə əsasən ünvan 3 ünvanında yerləşən mənzilin faktiki sahəsi 197,7 m²-dir. İddiaçı müqavilə bağlandıqdan sonra evi təmir etdiyini bildirmişdir. Məhkəmə iclasına dəvət olunmuş ekspert Elmar Səidov m ənzildə təmirdən əvvəl 206.5 kv.m olmasının istisna edilmədiyini, lakin rəy verilməsi zamanı evin təmirdən sonra faktiki sahəsinin 197 kv.m olduğunu bildirmişdir. Bununla belə həmin sahənin 224,89 kv.m olmasının mümkünsüzlüyünü də qeyd etmişdir.
25. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi belə nəticəyə gəlib ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən “sahə fərqinə görə vurulmuş maddi zərərin tutulması” hissəsində iddia – müqavilə üzrə 224.89 kv.m olan sahəyə görə ödənilmiş pul məbləğindən dövlət reyestrindən çıxarışla müəyyən edilmiş 206.5 kv.m arasında olan fərqin məbləğinin iddiaçıya ödənilməsi – ədalətli və əsaslı hesab edilməlidir.
26. Birinci instansiya məhkəməsi onu da qeyd edib ki, iddiaçı ilə cavabdeh arasında 4 otaqlı 224,89 m² sahəsi olan mənzilin alınmasına dair bağlanmış müqavilə və sənədlərə əsasən İddiaçı tərəfindən mənzilin alınması üçün ümumilikdə 299 000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bu da öz növbəsində 1 m² sahə üçün təxminən 1329,50 manat məbləğində pulun ödənilməsi deməkdir. Cavabdehlər tərəfindən iddiaçıya müqavilədə göstərilən sahədən az sahə təhvil verilmişdir. Mənzilin faktiki sahəsi 197 kv.m olsa da, nəzərə alınmalıdır ki, bu, təmirdən sonra olan faktiki sahəni nəzərdə tutur. Mənzilin təmirdən əvvəl 206.5 kv.m olması istisna edilmir.
27. Birinci instansiya məhkəməsi vurğulayıb ki, müqavilənin şərtinə görə mənzilin ümumi sahəsinə mənzilin daxili divarlarının və arakəsmələ rin daxil olmasına dair tərəflər razılğa gəlmişlər. Halbuki, müvafiq ekspert rəyində bu hal nəzərə alınmadan təmir olunmuş mənzilin faktiki ölçüləri qeyd edilmişdir.
28. Məhkəmə bu halla razılaşmayıb və ekspertin dindirilməsi zamanı müəyyən edilmiş əsaslara istinad edərək hesab edib ki, 224,89 kv.m sahədən 206.5 kv.m sahə fərqi çıxılmalı, nəticə etibarı ilə 18,39 kv.m sahə üçün hər kvadrat metrə artıq ödənilmiş 1329,50 manat məbləğ iddiaçıya geri qaytarılmalıdır. Bu da öz növbəsində cavabdehlər tərəfindən İddiaçı 24449,50 manat məbləğində ziyanın vurulması faktının təsdiqi sayılmalıdır.
29. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 226.1, 226.2, 1096, 1097.1, 1111.2 və 1115.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
30. İddiaçı ap elyasiya şikayəti verib, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
31. İddiaçının apellyasiya şikayətinin dəlilləri: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 22 avqust 2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışda mübahisəli mənzilin sahəsinin 206.5 kv.m olduğu qeyd edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2020-ci il tarixli, 32286 nömrəli rəyinə əsasən mənzilin faktiki sahəsi 197,7 m2-dir. Birinci instansiya məhkəməsi iddiaçıya vurulmuş hər hansı zərəri müəyyən edərək təmin edirsə, real zərərdən əlavə, əldən çıxmış faydanı da müəyyən etməli idi. Bu halda isə işə baxan hakim bir abzasla əsaslandırılmamış nəticəyə varmışdır; - Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı iddiaçı ona cavabdehlər tərəfindən vurulmuş zərərin sübutu olaraq iki nəfər şahidin dindirilməsini tələb etsə də, işə baxan hakim tərəfindən bu şahidlər dindirilməmişdir və məhkəmə iclas protokolunda bu barədə qeydlər aparılmamışdır. Bütün bu prosessual pozuntular nəticəsində iddiaçının hüquqları kobud surətdə pozulmuşdur; - cavabdehlər mənzil sahələrini bilərəkdən artıq göstərərək külli miqdarda vəsaiti mənimsəmişlər. İş üzrə qətnamə çıxarmış hakim prosessual pozuntuya yol verərək xüsusi qərardad çıxarılması ilə bağlı verilmiş vəsatətə münasibət bildirməmişdir.
32. Cavabdehlər Cavabdeh5, Cavabdeh1 və Cavabdeh2 da apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv, iddianın həmin hissədə də rədd edilməsini xahiş etmişlər.
33. Cavabdehlər apellyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsi iddiaçıya təhvil verilmiş mənzilin ümumi sahəsinin müəyyən edilməsi zamanı həmin mənzilə dair çıxarışda göstərilən sahəni əsas götürmüşdür. Çıxarışda mənzilin sahəsinin 206.5 kv.m olduğu qeyd olunur. 03 mart 2020ci il tarixli, 32286 saylı ekspert rəyində mənzilin faktiki sahəsinin 197,7 kv.m olması göstərilib. Məhkəmə iclasında ekspert təmir zamanı mənzilin sahəsinin 10 kv.m-ə qədər azala biləcəyini özü etiraf etmişdir. Mənzilin texniki pasportundan da görünür ki, mənzilin lociya və balkon hissələrinin faktiki sahələri mənzilin ümumi sahəsinə tam şəkildə əlavə olunmamışdır. Yəni müəyyən əmsallar tətbiq edilməklə bu hissələrin (balkon və lociya) sahələri mənzilin ümumi sahəsinə daxil edilir. Belə ki, texniki pasportdan lociyanın faktiki sahəsinin 5,3 kv.m olması, lakin mənzilin sahəsinə sa dəcə 2,7 kv.m hissəsinin daxil edildiyi, eyni şəkildə balkonun 6,8 kv.m olmasına baxmayaraq, mənzilin ümumi sahəsinə 2,0 kv.m hissəsinin əlavə edildiyi görünür. Lakin iddiaçı ilə bağlanmış müqavilədə mənzilin ümumi sahəsinə balkon və lociya digər hissələr kimi tam şəkildə (faktiki ölçüdə) daxil edilir və müqavilədə mənzilin sahəsi buna uyğun qeyd olunur. Yəni çıxarışı və texniki pasportu verən orqan tərəfindən mənzilin balkonu və lociyası müəyyən olunmuş əmsallar əsasında mənzilin sahəsinə qismən daxil edilə bilər, bu isə cavabdehlərin iddiaçıya müqavilədə göstərilən sahəyə uyğun mənzil verməməsi mənasına gəlmir. Çünki mənzillərin sahəsi müqavilələr bağlanan zaman faktiki ölçüyə uyğun qeyd olunur, texniki pasportdakı kimi əmsallar tətbiq olunmur. Müqavilədə də tərəflər balkon və lociya ilə bağlı sahənin hesablanmasında qeyd-şərt müəyyən etməmişdir. Bu da o nəticəyə gəlir ki, hazırki halda balkon və lociya da müqavilədə göstərilən sahənin içərisinə tam şəkildə əlavə edilməlidir. Belə olan halda iddiaçıya verilən sahə 214 kv.m (balkon və lociyadan nəzərə alnmayan 7,4 kv.m əlavə edilməklə) alınır. Qalan 10,89 kv.m sahə isə mənzilin təmiri, arakəsmələr zamanı itir; - arakəsmələrin sahəyə təsirini məhkəmə də qeyd etmiş, təmir zamanı 10 kv.m-ə qədər sahənin azala biləcəyini ekspert də məhkəmə iclasında bildirmişdir. Həqiqətən də, mənzilin təmiri zamanı divarların üzlənməsi və digər hallar sahənin azalmasına gəlirib çıxarır ki, bu mübahisəsiz faktdır. Bundan əlavə, razılığa əsasən ünvan 1 ünvanında iddiaçıya 224,89 kv.m sahəsi olan mənzilin 299000 manata satılmasına dair razılıq ə ldə edilmiş, iddiaçı pulu tam ödəmiş və mənzili əldə etmişdir. İddiaçı ilə 4 otaqlı mənzilin qiyməti həmin məbləğə razılaşdırılmışdır. İddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi çıxarışı və məhkəmə tikinti ekspertizasını bəhanə edərək əlavə pul tələbini irəli sürməsi qəbul edilməzdir.
34. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3655/2021 nömrəli, 21 aprel 2021-ci il tarixli qətnaməsi ilə cavabdehlərin nümayəndəsi apellyasiya şikayəti təmin olunmuş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli, 2(005)-307/2020 saylı qətnaməsi mübahisələndirilən – iddianın təmin olunmuş hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilməmiş, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. (hakimlər Emin Mehdiyev (sədr lik edən və məruzəçi), Şərafət Məmmədova, Xəyal Sarıyev)
35. Apellyasiya instansiyası məhkəməsi cavabdehlərin apellyasiya şikayəti üzrə qeyd edib ki, iddianın təmin edilən hissəsində birinci instansiya məhkəməsinin qənaəti mübahisənin faktiki hallarına və iş materiallarına uyğun gəlmədiyi üçün əsassızdır. Belə ki, mübahisənin kökündə duran mənzilin sahəsi məsələsi və onun necə hesablanması tərəflərin bağladıqları müqavilədə aydın şəkildə qeyd olunmuşdur. Yəni, cavabdeh tərəfin iddiaçıya satmağı öhdəsinə götürdüyü mənzilin ümumi sahəsi 224,89 kv.m.-dir (1.1-ci bənd). Mənzilin arakəsmələri, dəhliz və eyvanları, habelə yardımçı sahələri nəzərə alınmadan cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozması, alıcıya şərtləşdirilmiş qaydada deyil, daha az (206.5 kv.m) sahəli mənzil satması, bunu n da iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatandan xeyli dərəcədə məhrum olması barədə nəticəyə gəlmək tərəflərin razılaşmasına açıq-aşkar zidd qənaətdir. Birinci instansiya məhkəməsi işin həlli üçün mühüm əhəmiyyət kəsb edən İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 18.11.2013-cü il tarixli müqavilənin 2.3-cü bəndini nəzərə almamış, bu xüsusata qiymət verməmişdir. Digər tərəfdən müqavilədə mənzilin razılaşdırılmış ümumi qiyməti olan 299000 manatın məhz mənzilin kvadrat metrinə (yaxud 1 kv.m.-nə) görə hesablanmasına dair mövqe də əsassızdır. Çünki müqavilədə həmin qiymətin mənzilin bir kvadrat metrinə görə müəyyənləşdirilməsi barədə şərt yoxdur. Müqavilədən ümumi sahəsi (daxili divarları, arakəsmələr də daxil olmaqla) 224,89 kv.m. olan dörd otaqlı mənzilə görə ödəniləcək məbləğ in 299000 manat razılaşdırıldığı açıqca görünür. Başqa sözlə, tərəflər mənzilin dəyərini 1 kv.m. sahəyə görə hesablamamış, onun ümumi qiymətini şərtləşdirmişlər. Bu hallar ona dəlalət edir ki, iddiaçıya mənzili aldığı zaman onun sahəsi, bu sahənin hesablanma şərtləri və qiyməti məlum idi. Odur ki, müqavilə şərtləri cavabdeh tərəfindən nəinki əhəmiyyətli dərəcədə, ümumiyyətlə pozulmamış, iddiaçı, müqavilə bağlanarkən ümid etməyə haqqı çatandan məhrum olmamış və şərait dəyişməmişdir.
36. Apellyasiya məhkəməsi onu da vurğulayıb ki, yaşayış binalarında mənzillərin ümumi sahəsinin bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələrin nəzərə alınmadan hesablanması barədə Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şəkildə ti kinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını tənzimləyən normadır. Həmin müddəa alqı-satqı münasibətinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində satılan əşyanın sahəsini öz razılaşmalarına uyğun şərtləşdirmək sərbəstliyini aradan qaldırmır.
37. Sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur. Odur ki, hazırkı işdə tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, onun hesablanma şərtlərini və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə dəyişdirilməsi yolverilməzdir.
38. Göstərilənləri nəzərə alaraq apellyasiya məhkəməsi hesab edib ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə – iddianın təmin olunmuş hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
39. Apellyasiya məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərini isə əsassız sayıb və bunu onunla əsaslandırıb ki, İddiaçı 18 noyabr 2013-cü il tarixdə fiziki şəxslər Cavabdeh5 və X2 ilə, həmçinin eyni tarixdə Cavabdeh2 ilə müqavilə bağlayaraq mübahisəli mənzilin ümumi məbləğini müəyyənləşdirərək 299000 manat pul ödəmiş və cavabdehlər Cavabdeh5 və X2, habelə Cavabdeh2 həmin məbləğin ödənildiyini qəbul etmişlər. İddiaçı cavabdehlər Cavabdeh5, X2 və Cavabdeh2 ilə müvafiq öhdəliyə dair razılığa gəlmiş, digər cavabdehlərin öhdəliyi ilə bağlı iddiaçı tərəfindən sübut təqdim edilməmişdir.
40. Cavabdehlər tərəfindən razılaşmanı pozub 8 mərtəbə əvəzinə, 16 mərtəbə tikilməsi ilə iddiaçıya vurduqları ziyana görə 120000 manatın cavabdehlərdən tutulmasına dair hissədə apellyasiya məhkəməsi qeyd edib ki, İddiaçı 18 noyabr 2013-cü il tarixdə fiziki şəxslər Cavabdeh5 və X2 ilə ünvan 1 ünvanında 13 (+mansard) mərtəbəli, 1 səviyyə zirzəmili, 1-ci mərtəbəsi 2 səviyyəli yaşayış binasında yerləşən 9 saylı 224,89 m² sahəsi olan 4 otaqlı mənzilin İddiaçı təhvil verilməsinə dair müqavilə bağlamışlar. İddiaçı binanın mərtəbəsi ilə bağlı razılığa gələrək m üqavilə bağladığından bu hissədə iddia əsaslı hesab edilə bilməz. Həmçinin iddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 XXX müştərək qaydada 120000 manat əlavə aldıqları vəsaitin, o məbləğə hesablanmış əldən çıxmış fayda olan 75000 manat məbləğində vəsaitin, sahə fərqinə görə vurulmuş maddi zərərə hesablanmış əldən çıxmış fayda olan 23084 manat məbləğində vəsaitin, cavabdehlərin hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq 100000 manat məbləğində vəsaitin tutulması hissəsində iddia tələbini sübut edə bilmədiyindən iddia həmin hissələrdə əsassızdır.
41. Eləcə də apellyasiya məhkəməsi qeyd edilənləri nəzərə alaraq, birinci instansiya məhkəməsi tərəfindən cavabdehlər barədə xüsusi qərar çıxarılması barədə vəsatətinə münasibət bildirilməməsi b arədə iddiaçının apellyasiya şikayətinin dəlilini də əsassız sayıb.
42. Apellyasiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün Mülki Məcəllənin 386.1, 390.1, 442, 752.1, 752.2, 762.1, 765 və 1097-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
43. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
44. Kassasiya şikayətinin dəlilləri: - cavabdehlər tərəfindən apellyasiya şikayəti müddət ötürürlməklə verilsə də, məhkəmə iddiaçını çağırmadan, çəkişmə prinsipinə əməl etmədən müddəti bərpa edib; - apellyasiya məhkəməsi Cavabdeh2 ilə bağlanmış müqaviləyə istinad etsə də, iddiaçının sonradan Cavabdeh5 və XXXa ilə bağlanmış müqaviləyə istinad etməyib. Halbuki Cavabdeh5 və Səminə Cəfərova ilə bağlanmış müqavilədə çöl divarları barədə razılaşma olmamışdır; - razılaşdırılmış layihədə mənzilin sahəsi 211 m2 olsa da, məhkəməyə tərqdim edilmiş sənəddə mənzilin sahəsi 224 m2 göstərilib. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
45. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
46. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.
47. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbər verilsə də, iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
270. Məhkəmə iclasında, habelə məhkəmə iclasından kənar hər bir ayrıca prosessual hərəkət barədə protokol tərtib edilir. Maddə 271.1. Məhkəmə iclasının və ya məhkəmədən kənar ayrıca prosessual hərəkətin protokolu işə baxmanın bütün mühüm anlarını əks etdirməlidir. (01.10.2021-ci ilədək olan redaksiyada) Maddə 271.2. Məhkəmə iclasının protokolunda aşağ ıdakılar göstərilir: 271.2.1. məhkəmə iclasının ili, ayı, günü və yeri; 271.2.2. məhkəmə iclasının başlanma və qurtarma vaxtı; 271.2.14. qətnamənin və qərardadların elan edilməsi və məzmununun izah edilməsi, şikayət vermə qaydasının və müddətlərinin izah edilməsi haqqında məlumatlar. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya b axışının hədləri
48. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
49. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə çıxararkən prosessual hüquq nor malarını pozmuşdur.
51. Belə ki, işdən görünür ki, apellyasiya məhkəməsi 06 aprel 2021-ci il tarixli məhkəmə iclasında, növbəti iclasın 27 aprel 2021-ci il tarixə təyin edilməsini qərara almışdır. Lakin məhkəmə bildirişinin kötüyündə məhkəmə iclasının 20 aprel 2021-ci il tarixə təxirə salınması qeyd edilib. Növbəti məhkəmə iclası 20 aprel 2021-ci ildə baş tutmuş, həmin iclasda qətnamənin elan edilməsi göstərilmiş, lakin qətnamədə qətnamənin tarixi kimi 21 aprel 2021-ci il yazılmışdır. (i.v.220, 225, 227, 229)
52. Nəzərə alınsa ki, qanunvericiliyin tələbinə görə məhkəmə iclasında, habelə məhkəmə iclasından kənar hər bir ayrıca prosessual hərəkət barədə protokol tərtib edilir, belə olan halda qətnamənin elan edildiyi tarixdə (20.04.2021) qətnamə qəbul edilməmiş, qətnamənin tarixi qeyd edilən gün də (21.04.2021) isə protokol tərtib edilməmişdir. Halbuki 01.10.2021-ci ilədək olan redaksiyada qanunvericiliyin tələbinə görə məhkəmə iclasının və ya məhkəmədən kənar ayrıca prosessual hərəkətin protokolu işə baxmanın bütün mühüm anlarını əks etdirməlidir. Məhkəmə iclasının protokolunda məhkəmə iclasının ili, ayı, günü və yeri; məhkəmə iclasının başlanma və qurtarma vaxtı; qətnamənin və qərardadların elan edilməsi və məzmununun izah edilməsi, şikayət vermə qaydasının və müddətlərinin izah edilməsi haqqında məlumatla əks olunmalıdır.
53. Bu baxımdan, apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 270, 271.1, 271.2.1, 271.2.2 və 271.2.14-cü maddələrinin tələblərini pozmuşdur.
54. Bundan əlavə, apellyasiya məhkəməsi iddianın təmin edilən hissəsində qətnaməni ləğv edib, iddianı həmin hissədə də rədd edərkən işin hallarını işdəki sübutları qanunvericiliyin müəyyən etdiyi qaydada qiymətləndirməmişdir.
55. Mənzil sahəsinin müqavilədə göstərilən ölçüləri ilə iddiaçının adına verilmiş çıxarışdakı və ekspert rəyindəki ölçülər arasında fərqin yaranma səbəbləri tam aydınlaşdırılmayıb. Belə ki, ekspert rəyində və Çıxarışda mənzil sahəsi hesablanarkən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”na uyğun olaraq balkon və eyvanın sahəsinə əmsallar nəzərə alınmışdır. Lakin işdən həmin əmsallar həm nəzərə alınmaqla və həm də nəzərə alınmamaqla iddiaçının faktiki istifadəsində nə qədər mənzil sahəsi olması və bunda n da çıxış edərək, mənzilin sahə fərqinə görə iddiaçının həmin hissədə iddiasının hansı formada həll edilməli olmasına aydınlıq gətirilməyib.
56. Bütün qeyd edilənlərdən görünür ki, apellyasiya məhkəməsinin apellyasiya şikayəti üzrə gəldiyi nəticə prosessual hüquq normalarının pozulması ilə müşayiət olunub və bu pozuntular düzgün qətnamə qəbul edilməməsinə gətirib çıxarıb. Bu da qətnamənin ləğvi üçün əsasdır.
57. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, apellyasiya şikayətinə şikayət həddində və şikayə tin dəlillərinə qiymət verməklə baxmalı, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
58. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3655/2021 nömrəli, 21 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.