Məhkəmə qərarları › İş №2(102)-5077/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5077/2022

04.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5077/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pulun tutulması 04.10.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4176/2022 nömrəli mülki iş üzrə 22 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 4 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İd diaçı (bundan sonra-iddiaçı) ilə Cavabdeh (bundan sonra-cavabdeh) arasında qohumluq münasibətləri var.

2. İddiaçı ailəsi ilə birlikdə Azərbaycan Respublikasında, cavabdeh isə ailəsi ilə birlikdə X5 yaşayır.

3. İddiaçı idda ərizəsində göstərir ki, X5 yaşayan qohumu olan cavabdeh ona və ailə üzvlərinə viza təşkil edərək yaşamaq üçün həmin ölkəyə çağırtdıracağına dair yalan vəd verərək ondan 31000 ABŞ dolları pul almış, lakin vədinə əməl etməmişdir.

4. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 21 iyul 2021-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir, həmin qərarda K.Əfəndiyeva vermiş olduğu izahatında bildirmişdir ki, İddiaçı tanımır, onu heç vaxt görməmişdir. Heç vaxt onunla görüşüb hər hansı məbləğdə pul almamışdır. Lakin əlavə olaraq göstərmişdir ki, Aytəkinin t əklifi ilə ABŞ-dan bank vasitəsi ilə onun adına göndərdiyi, məbləğini xatırlamadığı pulu bankdan çıxarmış və Bakı şəhər M.Ə.Rəsulzadə qəsəbəsində «Mətin» şadlıq evinin yanında yerləşən «Xatun» gözəllik salonuna gedərək orada işləyən bir qadına vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16.000 ABŞ dolları məbləğində pulun və cavabdehin təqsiri nəticəsində ona dəymiş 50.000 ABŞ dolları məbləğində pulun, ümumilikdə 66.000 ABŞ dolları məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X6 getmək üçün vizanın alınması məqsədi ilə cavabdehə 31.000 ABŞ dolları məbləğində pul göndə rmişdir. Lakin cavabdehin qanunsuz hərəkətləri, o cümlədən onu aldatması və reallıqda vizanın alınması üçün hər hansı işin görülməməsi nəticəsində xeyli məbləğdə əlavə maddi zərər çəkmişdir. Belə ki, qeyd edilən məbləğin cavabdehə göndərilməsi üçün onun maddi imkanı olmamışdır. Bu səbəbdən həmin pulun hissə-hissə cavabdehə göndərilməsini təmin etmək üçün müxtəlif şəxslərdən yüksək faiz dərəcəsi ilə borc almışdır. Sonradan həmin faizlərin və əsas borcların qaytarılmasında çətinliklərlə üzləşmiş və bu məbləğlərin qaytarılmasının təmin edilməsi üçün həyat yoldaşı ilə birlikdə mənzillərini, habelə 2 ədəd avtomobillərini satmış, maddi baxımdan həddindən artıq çətin vəziyyətə düşmüşlər. Həmçinin, məhkəmə qaydasında onun həyat yoldaşından tutulmuş, borc məbləğini ödəyə bilmədikləri səbəbindən həy at yoldaşı inzibati qaydada həbs edilmişdir. Hazırda da borcları qalmaqdadır. Cavabdeh isə qeyd edilən məsələnin həll edilməsi üçün 31.000 ABŞ dolları məbləğində pulu ondan qəbul etməsinə baxmayaraq, həm məsələni həll etməmiş, həm də müxtəlif bəhanələrlə bu məbləği ona qaytarmaqdan yayınmış və yalnız onun aidiyyəti qurumlara etdiyi şikayətlər nəticəsində həmin borcun 15.000 ABŞ dolları hissəsini qardaşı X11 vasitəsi ilə qaytarmışdır. Digər məbləği isə hazırda da qaytarmaq istəmir. Halbuki, o, xx.xx.2018-ci il tarixdə 1.000 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə 1.174,40 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 2.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 1.700 manat, xx.xx.2019cu il tarixdə 1.455 ABŞ dolları, 1.400 manat, 100 manat, xx.xx.2019-cu il tarixdə 100 ABŞ dolları, xx.xx.2019-cu il t arixdə 100 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 2.450 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 310 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 500 ABŞ dolları olmaqla, ümumilikdə 8.089,40 ABŞ dolları və 4.200 manat məbləğində pulu köçürmə yolu ilə birbaşa cavabdehə göndərmiş, həmçinin, cavabdehin tapşırığı əsasında və ona verilməsi məqsədi ilə Kəmalə adlı şəxsə xx.xx.2018-ci il tarixdə 5.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 1.500 ABŞ dolları, 2019-cu ilin aprel ayında 10.000 ABŞ dolları, və 2019-cu ilin yay aylarında 1.500 ABŞ dolları olmaqla, cəmi 18.000 ABŞ dolları, Nisə adlı şəxsə 850 manat və Atlas adlı şəxsə 250 ABŞ dolları məbləğində pul vermişdir. Bu məsələlərlə bağlı “whatssap” sosial şəbəkə vasitəsi ilə aralarında aparılmış yazışmada və göndərilmiş səs yazılarında cavabdeh ondan 31.0 00 ABŞ dolları məbləğində pulu aldığını etiraf etmiş və həmin məbləği ona qaytaracağını bildirmişdir.

7. Məhkəmə öz təşəbbüsü ilə X4 və vəsatətinə əsasən X9 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.

8. Üçüncü şəxs X11 iddianı qəbul etməyərək, bildirmişdir ki, o, cavabdehin qardaşıdır, iddiaçı isə onların uzaq qohumudur. Cavabdehin iddiaçı qarşısında heç bir öhdəliyi olmamışdır. Belə ki, iddiaçı cavabdehə müraciət edərək, ailəsi ilə birlikdə X6 getmək üçün vizanın alınmasına köməklik etməyi xahiş etmişdir. Cavabdeh də buna razılıq vermiş və vizanın alınması üçün depozitə pulun yerləşdirilməsinin və dövlət rüsumunun ödənilməsinin tələb olunduğunu bildirmişdir. İddiaçı da vizanın hazırlanması üçün cavabdehin verdiyi müvafiq bankın hes abına hissə-hissə pul köçürmüşdür. Həmin pulların da bir hissəsi vəkilə xərclənmişdir. Lakin sənədlər hazır olmamış COVİD-19 virusunun yayılması ilə bağlı X6 gediş-gəlişə qadağa qoyulmuşdur. Cavabdeh tərəfindən də iddiaçıya bu barədə məlumat verildikdə o, artıq vizaya ehtiyacının olmadığını bildirmiş və göndərdiyi pulların qaytarılmasını tələb etmişdir. Halbuki, pulların bir hissəsi vəkilə xərclənmiş və bu səbəbdən ümumiyyətlə qaytarılmamalıdır. Cavabdeh də ona pulları hissə-hissə qaytaracağını bildirdikdə, iddiaçı buna razılaşmamış və bütün məbləğin qaytarılmasını tələb etmişdir. Lakin, yalnız göndərdiyi məbləği deyil, həmin məbləğə faiz də hesablamaqla xeyli artıq məbləği, yəni 31.000 ABŞ dolları məbləğində pulu hədə-qorxu, o cümlədən müxtəlif orqanlara şikayət etməklə tələb etməyə başla mışdır. Cavabdeh də həmin hədələrdən qorxuya düşərək, ilk öncə iddiaçının dedikləri ilə razılaşmışdır. Lakin sonradan cavabdeh vəkillərlə məsləhətləşmiş və ona pulun iddiaçının özünün razılığı ilə göndərildiyi izah edilmişdir. Bundan sonra iddiaçı polis orqanlarına müraciət etmiş və orada aparılmış araşdırma zamanı da cavabdehin hər hansı cinayət xarakterli əməlinin olmadığı müəyyən edilmişdir. Həmin vaxt da o, cavabdehin əvəzinə şəxsən və artıqlaması ilə, yəni pulun bir müddət cavabdehdə qalmasını da nəzərə alıb, ümumilikdə 15.000 ABŞ dolları məbləğində pulu müstəntiq Arif Qarayevin iştirakı ilə iddiaçıya ödəmişdir. Halbuki, iddiaçı cavabdehə ümumilikdə 12.300 ABŞ dolları məbləğində pul göndərmişdir. Lakin iddiaçı bundan sonra tələb etdiyi pulun məbləğini daha da artırmış və hazırda cavab dehdən 66.000 ABŞ dolları məbləğində pul tələb edir.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-7153/2021 nömrəli iş üzrə 29 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

10. Məhkəmə kollegiyası gəldiyi qənaəti belə əsaslandırmışdır ki, iddiaçı maddi imkanının olmaması səbəbindən cavabdehə göndərilməsini təmin etmək üçün başqa başqa şəxslərdən yüksək faiz dərəcəsi ilə borc aldığını, sonradan həmin faizlərin və əsas borcların qaytarılmasında çətinliklərlə üzləşdiyini və bu məbləğlərin qaytarılmasının təmin edilməsi üçün həyat yoldaşı ilə birlikdə mənzillərini, habelə 2 ədəd avtomobillərini satdıqlarını, maddi baxımdan həddindən artıq çətin vəziyyətə düşdüklərini, məhkəmə qaydasında onun həyat yoldaşından tutulmuş borc məb ləğini ödəyə bilmədikləri səbəbindən həyat yoldaşının inzibati qaydada həbs edildiyini, hələ də borclarının qaldığını bildirir və bu vəziyyətə düşməsini cavabdehlə əlaqələndirir. Lakin buna baxmayaraq, bu məqsədlər üçün və hər hansı dərəcə ilə faiz hesablamaq şərti ilə borc götürməsini, məhz bu məqsədlər üçün mənzilin və iki ədəd avtomobilin satılmasını təsdiq edən hər hansı sübut təqdim edə bilmir. Digər tərəfdən satılan avtomobillər iddiaçının həyat yoldaşına məxsusdur. Məhkəmə qaydasında tutulmuş borcun ödənilməməsinə görə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə də məhz iddiaçının həyat yoldaşı inzibati qaydada həbs edilmişdir. Bu da borc məbləğinin ona aid olmasını təsdiq edir. Buna baxmayaraq, qeyd edilən məsələlərlə bağlı vurulmuş zərər məbləğin i iddiaçı təkbaşına mübahisələndirir. Həmçinin, 31.000 ABŞ dolları Azərbaycan manatı ilə təxminən 53.000 manat təşkil edir. İddiaçı isə mənzilini 110.000 manata satdığını və bütün xərclər hesaba alınandan sonra 85.000 manat pulun onun sərəncamına verildiyini (alqı-satqı ilə bağlı 25.000 manat məbləğində xərcin olmasının özü inandırıcı deyil) bildirir ki, bu məbləğ də sözü gedən 31.000 ABŞ dolları məbləğində (reallıqda mövcud olduğu halda) borcun ödənilməsi üçün artıqlaması ilə yetərlidir. Hər bir halda, iddiaçı belə bir tapşırığı öz iradəsinə əsasən cavabdehə vermiş və cavabdeh tərəfindən məcbur edilməmişdir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, MPM-nin 777.1, 777.2, 778.1, 779.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya inst ansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-7153/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4176/2022 nömrəli iş üzrə 22 iyun 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə kollegiyası gəldiyi qənaəti belə əsaslandırmışdır ki, iddiaçı ümumilikdə cavabdehə 31.000 ABŞ dolları məbləğində pulun göndərildiyini iddia etsə də, onun təqdim etdiy i açıqlamaya əsasən (8.089,40 ABŞ dolları + 4.200 manat + 18.000 ABŞ dolları + 850 manat + 250 ABŞ dolları = 26.339,.40 ABŞ dolları + 5.050 manat (təxminən 2.970,60 ABŞ dollar göndərilmiş məbləğ təxminən 29.310 ABŞ dolları təşkil edir. Başqa sözlə, iddiaçının özünün təqdim etdiyi hesablamada da ümumi məbləğ 31.000 ABŞ dolları təşkil etmir. Bununla belə, iddiaçı tərəfindən cavabdehə 31.000 ABŞ dolları məbləğində pulun göndərilməsi öz təsdiqini tapmır. Bu səbəbdən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçı cavabdehə bu məbləğdə pul göndərməmiş, iddiaçının cavabdehə göndərdiyi məbləğ isə tam (hətta bu məbləğdən də artıq məbləğ) ödənilmişdir. İddiaçının hazırda tələb etdiyi 16.000 ABŞ dolları məbləğində pulu bu münasibətlər nəticəsində ona vurulması ehtimal etdiyi məbləğ kimi də qiymətlən dirmək olmur. Belə ki, iddiaçı ona 50.000 ABŞ dolları məbləğində maddi zərərin vurulduğunu iddia etməklə məhz bu məbləği ona vurulmuş maddi zərər kimi ayrıca olaraq cavabdehdən tələb edir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 384.0.1-ci maddələrinə, 21.1-ci, 21.2-ci, 777.1-ci, 777.2-ci, 778.1-ci, 779.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

18. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə kollegiyasi instansiya məhkəməsində olduğu kimi Azərbaycan Respublikası Mülki Məcəlləs inin 777.2-ci maddəsini mübahisəyə tətbiq etsə də yanlış tövsif etmişdir. Cavabdeh məndən pulun alındığını etiraf etsə də vəd verdiyi işi görməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəməyə təqdim edilən sənədlərdən iddiaçı tərəfindən cavabdehə pulun verilməsi barədə dediklərinin əsaslı olması görünsə də, lakin pulun bir hissəsinin cavabdehə birbaşa, digər hissəsi isə başqa şəxslər vasitəsilə göndərildiyini təsdiq edən hal ondan ibarətdir ki, cavabdeh iddiaçıya birbaşa 12.300 ABŞ dollar göndərdiyi halda cavabdeh ona 15.000 ABŞ dolları qaytarıb. Bu hal təsdiq edir ki, iddiaçının başqa şəxslər vasitasilə göndərdiyi pullarda cavabdehə çatdırılıb. Lakin, məhkəmə kollegiyası bu hala düzgün hüquqi qiymət verməyib. Azərbaycan Respublikası MPM-nin 389-cu maddəsində proses sual hüquq normasının tələblərinə görə, məhkəmə kollegiyası sübutlara obyektiv, qərəzsiz, hər tərəfli tam baxdiqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə whatchapp yazışmalarına, səs yazlarına və eyni zamanda Səbail RPL-nin istintaq şöbəsinin qərarına düzgün hüquqi qiymət verməyib. Həmçinin, üçüncü şəxsin məhkəmədə izahatına cavabdehin izahatı kimi hüquqi qiymət verib. Məhkəmə kollegiyası instansiya məhkəməsində olduğu kimi üçüncü şəxs kimi işə cəlb edilmiş Şükürov Abbasın ifadəsini cavabdehin izahatı kimi qəbul edərək mübahisəyə hüquqi qiymət verib. Halbuki, bununla prosessual pozuntuya yol verib. Bundan əlavə məhkəmə bizim ailə üzvlərimizin maddi vəziyyətinin niy ə belə olması hər iki avtonəqliyyat vasitəsinin satılmasının hüquqi əsasının olmamasını bildirmişdir. Məhkəməyə təqdim etdilmiş bu sübutları məhkəmə kollegiyasi qətnamə qabul etdiyi zaman araşdırmamışdır. Azərbaycan Respublikası MPM-NİN 217-ci maddəsinin tələblərinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmalıdır. İşin hallarından da göründüyü kimi, məhkəmənin qətnaməsi işin hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun çıxarılmayıb. Məhkəmə kollegiyasi qətnaməni qəbul etdiyi zaman iş üçün mühüm əhəmiyyətli halları araşdırmamışdır. Belə ki, məhkəmə Səbail rayon Polis idarəsinin istintaq Şöbəsinin qərarında X3 izahatına səthi yanaşaraq onun iştirakını təmin etməyib. Halbuki X1 Svetlana Babək qızını tanımadığını bi ldirsə də lakin 070 *** ** ** saylı mobil telefon nömrəsini istifadə etdiyini etiraf edib. Apellyasiya instansiyasi məhkəməsi onu da qeyd etmişdir ki, 31.000 ABŞ dolları cavabdehə verilmiş və cavabdeh tərəfindən məcbur edilməmişdir. Bu halı qətnamədə qeyd edilməsinə baxmayaraq ona düzgün olmayan nəticəyə gəlmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;

21. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququn u bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

22. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

23. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

24. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etmə lidir.

25. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 26. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 27. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlar da müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 28. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 29. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 30. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 31. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 32. 407.2-ci maddəsinə əsasən kassa siya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 33. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 34. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntus u hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası mə hkəməsinin mövqeyi:

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı tələbini sübut edə bilməmişdir.

39. Kassasiya şika yətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehə 31000 ABŞ dolları verilməsini qeyd edir, cavabdeh tərəf isə (üçüncü şəxs olaraq cəlb edilmiş cavabdehin qardaşı A.Şükürov, hansı ki, 15000 ABŞ dolları onun vasitəsi ilə iddiaçıya çatdırılmışdır) buna etiraz edir, cəmi olaraq ona 12500 ABŞ dolları məbləğində pul verildiyini, bunun nəticəsi olaraq daha artıq məbləğdə 15000 ABŞ doları qaytarıldığını göstərir.

40. Qeyd edilməlidir ki, 31000 ABŞ dolları məbləğində pulun verilməsi sübutlarla təsdiq olunduğu halda əsaslı ola bilər. İddiaçı təqdim etdiyi yazışmaları və pulunun cavabdeh çatdırılması üçün ayrı ayrı şəxslərin adlarını göstərərək pulun onlar vasitəsi ilə cavabdehə çatdırıldığını, yazımalarda isə cavabdehin etirafının olmasını göstərir. Lakin həmin şəxsləri n nə muvafiq olaraq tələb olunan pulları tamamını alması və cavabdehə çatdırmalarına dair ifadələri nə cinayət işinin rədd olunmasına dair qərarda, nə də məhkəmə iclaslarında müəyyən olunmamış, yazışmalarda isə işin faktiki hallarını araşdıran məhkəmələr tərəfindən cavabdehin etirafının olmamasını müəyyən etmişlər.

41. Belə olan halda məhkəmələr haqlı olaraq belə nəticyə gəlmşlər ki, müvafiq olaraq 31000 ABŞ dolları məbləğində pulun cavabdehə verilməsi təsiq olunmur və bu məbləğdə borcun mövcudluğu barədə sübutlar işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim edilməmişdir.

42. Cavabdehin aldığını etiraf etdiyi məbləğ isə (15000 ABŞ dolları, etiraf etdiyi məbləğ isə 12500 ABŞ dolları olmuşdur) cavabdehin qardaşı tərəfindən iddiaçıya ödənilmişdir. Bu məbləğdə pulun iddiaçıya ödənilməsi mübahisələndirilmir.

43. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki ha lların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən veril miş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyun 2022-ci il tarixli, 2(103)4176/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar