Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5078/2020 19.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə və İsmayıllı Rayon Notariat Ofisinə qarşı “çıxarışın ləğv edilməsi və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər:mirası qəbul edilməsi, miras əmlakın bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili xxx, cavabdehin vəkili Vəkil iştirakları ilə, Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)632/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Cavabdeh1 İddiaçı əmisidir. 2. ünvan 1ndə yerləşən 0,023 ha torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi 1900-cu ildə inşa edilmiş və iddiaçının babası, cavabdehin atası xxx məxsus olmuş, sonuncunun vəfatından sonra kolxozçu həyətinin növbəti üzvü kimi X7 ailə başçısı olmaqla, ailə üzvlərinin istifadəsində olmuşdur.
3. X7 1948-ci ildə vəfat etmişdir.
4. Cavabdeh1 xxx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, İsmayıllı rayon xxx bələdiyyəsinin arayışları və tərtib olunmuş aktlar əsasında ünvan 1ndə yerləşən 0,023 ha torpaq sahəsini və onun üzərindəki fərdi yaşayış evini xx xxxx 2019-cu il tarixdə adına tam xüsusi mülkiyyət hüququ kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmış və ona Çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə və İsmayıllı rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayonunun xxx qəsəbəsində yerləşən 0,023 hektar həyətyanı torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə dair Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx xxxx 2019-cu il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi və İsmayıllı rayonun xxx qəsəbəsində yerləşən, miras qalmış 0,023 hektar həyətyanı torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinin 1/2 hissəsinin iddiaçı tərəfindən qəbul olunması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, X2 vəfatından sonra mübahisəli ev iddiaçının atası X8 və əmisi Cavabdeh1 tərəfindən idarə olunmuşdur. 1960-cı ildə atası Bakı şəhərinə, əmisi isə ünvan 1nə köçmüş və sonra hər ikisi evlənərək şəhərdə yaşamağa başlamışlar. Atası və əmisi xxx qəsəbəsindəki miras qalmış evi şifahi razılığa əsasən öz aralarında bölmüşlər. İki mərtəbəli, dörd otaqlı evin alt və üst mərtəbələr olmaqla iki otağı atasının, digər iki otağı isə əmisinin istifadəsinə keçmişdir. Atası vəfat etdikdən sonra miras əmlakın ona çatan hissəsini faktiki qəbul edərək idarə etməyə başlamışdır. Miras ev istifadəyə yararsız olduğundan iddiaçı tərəfindən təmir edilmiş, dəmir qapı qoyulmuş və həyəti təmizləyərək səliqəyə salınmışdır. İddiaçı Bakı şəhərində yaşamağına baxmayaraq, hər il yay aylarında xxx qəsəbəsinə gələrək ailəsi ilə birlikdə həmin evdə qalır. Evdə yaşayış üçün zəruri əşyalar var. Bu illər ərzində birinci cavabdehlə aralarında heç bir narazılıq olmamış, evin ümumi qapısının a çarı hər ikisində olmuş və evdən hər ikisi istifadə etmişlər. 2019-cu ildə iddiaçı bilmişdir ki, birinci cavabdeh ona məlumat vermədən xxx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən həmin evdə özünün tək yaşaması ilə bağlı həqiqəti əks etdirməyən arayışlar əldə edərək, həyətyanı torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinin tam mülkiyyətçisi kimi Çıxarış almışdır. O, babasından atasına, atasından isə ona miras qalmış əmlaka cavabdeh tərəfindən öz şəxsi əmlakı kimi mülkiyyət sənədi almağı qanunsuz hesab edir.
7. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-812/2019 nömrəli qətnaməsi ilə (hakim R.S.Şirinov) iddiа təmin edilmiş, İsmayıllı rayonunun xxx qəsəbəsində yerləşən 0,023 hektar həyətyanı torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə dai r Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx xxxx 2019-cu il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, İsmayıllı rayonun xxx qəsəbəsində yerləşən, miras qalmış 0,023 hektar həyətyanı torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinin 1/2 hissəsinin İddiaçı tərəfindən qəbul olunması faktının müəyyən edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının atası xxxatası xxx miras qalmış İsmayıllı rayonunun xxx qəsəbəsində yerləşən iki mərtəbəli, dörd otaqlı evin bir hissəsini faktiki qəbul etmiş, mülkün digər hissəsini isə Cavabdeh1 qəbul etmiş dir. Digər vərəsələr miras əmlakı qəbul etmək üçün müraciət etməmiş və mirası faktiki qəbul etməmişlər. İddiaçı tərəfindən miras əmlakın qəbul edilməsi faktı məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq edilmişdir. Cavabdeh1 atasından miras qalmış əmlakı miras əmlak kimi deyil, özünə məxsus əmlak kimi bütövlükdə öz mülkiyyətinə keçirmişdir. Bununla da iddiaçının vərəsəlik, gözlənilən mülkiyyət hüquqlarını pozmuş və qanun üzrə vərəsəlik əsasında ona çatacaq paydan məhrum etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat
9. Cavabdeh1 apelyasiya şikayəti verərək, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-812/2019 nömrəli qətnaməsinin ləğv edilərək, iddia ərizəsinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Şəki Apelyasiya Məhkə məsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)-632/2020 nömrəli qətnaməsi ilə (hakim Ə.T.Məcidovun sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Əsədlidən və G.Q.Abbasovdan ibarət tərkibdə Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-812/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı cavabdehlər Cavabdeh1, DƏDRX-nin 9 saylı Ərazi İdarəsi və İsmayıllı Rayon Notariat Ofisinə qarşı “çıxarışın ləğv edilməsi və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddiasının təmin edilməsi, İsmayıllı rayonunun xxx qəsəbəsində yerləşən 0,023 hektar həyətyanı torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə dair Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlak Məsələl əri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx xxxx 2019-cu il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, İsmayıllı rayonunun xxx qəsəbəsində yerləşən, İddiaçı xx xxxxx 1972-ci ildə ölmüş atası X3 atası xxx və bacısı X1 miras qalmış 0,023 hektar həyətyanı torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinin X8 tərəfindən qəbul edilmiş 1/2 hissəsinin İddiaçı tərəfindən qəbul olunması faktının müəyyən edilməsi qət edilmişdir.
11. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlsə də, qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, məhkəmə hazırki mübahisəyə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına deyil, hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələrinə istinad etməklə mübahisəni həll etmişdir.
12. Apelyasiya instansiyası məhkəməsi qətnaməni 2000-ci ilin sentyabr ayının 1dək qüvvədə olmuş Azərbaycan Respublikası (keçmiş Azərbaycan SSR) Mülki Məcəlləsinin 527, 528, 552-ci maddələri ilə əsaslandırmışdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri
13. Cavabdeh1 kasasiya şikayəti verərək, Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)-632/2020 nömrəli qətnaməsinin ləğv ed ilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmə tərəfindən iddiaçının hazırki iddianı irəli sürmək üçün subyektiv hüququnun olmamasını nəzərə almamış, qətnamə ilə cavabdehin mülkiyyət hüququ pozulmuşdur. Belə ki, iddiaçının mərhum atası xx xxxxx 1972-ci ildə rəhmətə getmiş və iddiaçı 6 ay ərzində mübahisələndirilən torpaq sahəsini və fərdi yaşayış evini faktiki qəbul edilməsi ilə bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçının 2011-2012-ci illərdən sonra həmin evdə arada yaşaması və müəyyən təmir işlərinin görməsi mirasın faktiki qəbulu kimi hesab oluna bilməz. b) Kasasiya şikayətinə qarşı etir azın dəlilləri
15. Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil kasasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
17. İddiaçının vəkili xxx kasasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kasasiya baxışının hədləri:
18. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
19. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlüklə mübahisələndirildiyindən kasasiya baxışının hədlərini apelyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikası Konstitusiyas ının: 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir.
21. Azərbaycan Respublikasının xx xxxxxx 1927-ci il tarixdən qüvvədə olmuş Mülki Məcəlləsinin: 488-ci maddəs inə əsasən qanun üzrə vərəsələr – uşaqlar (o cümlədən, övladlığa götürülən uşaqlar), ər-arvad və vəfat edənin əmək bacarığı olmayan ata-anaları, həmçinin vəfat edən şəxs vəfat etməzdən əvvəl azı bir il onun himayəsində olan əməyə bacarıqsız digər şəxslərdir.Göstərilən vərəsələr olmadığı və ya onlar vərəsəliyi qəbul etmədikləri halda, qanun üzrə vərəsələr vəfat edən şəxsin əməyə bacarıqlı ata-anası, onlar olmadıqda isə - qardaş-bacıları hesab olunurlar. 499-cu maddəsinə əsasən vərəsəlik açılan yerdə olan vərəsə, vərəsəlik açıldığı gündən etibarən 3 ay ərzində vərəsəlikdən imtina etmək barəsində əlaqədar notariat orqanına ərizə verməzsə, o, vərəsəliyi qəbul etmiş hesab olunur. 500-cü maddəsinə əsasən vərəsəlik açılan yerdə olmayan vərəsələr, vərəsəlik açıldığı gündən etibarən 6 ay ərzində şə xsən və ya nümayəndələri vasitəsilə vərəsəlik əmlakını qəbul edə bilərlər. Vərəsəlik hüququ 488-ci maddənin üçüncü hissəsinə əsasən əmələ gələn şəxslərə, yalnız digər vərəsələr olmadığı və ya onlar vərəsəliyi qəbul etmədikləri halda, onların vərəsəliyə dəvət edilib-edilməmələrindən asılı olmayaraq, eyni müddətlərdə, irs qalmış əmlakı qəbul etməyə razılıq verdiklərini bildirə bilərlər.
22. Azərbaycan Respublikasının xx xxxx 1965-ci ildən qüvvədə olmuş Mülki Məcəlləsinin: 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyаtа keçirilir. Vərəsəlik о vаxt qаnun üzrə оlа bilər ki, о, vəsiyyətlə dəyişdirilməsin. 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olm aqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edil məlidir. 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
24. Avropa İnsan Hüquqları Məhkəməsi “X18rşı” işi üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İn san hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. 25. “Van Marle və başqaları Niderlanda qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş “əmlak” anlayışı ilə əhatə olunur. 26. “X20rşı” işdə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntilər də mülkiyyət hüququnu təşkil edir, bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür.
27. Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” qərarında eyni mövqedən çıxış edərək, ərizəçinin mənzilə olan hüququnun müvafiq qeydiyyata alınm aması onu mülkiyyət kimi tanınması üçün maneə hesab etməmişdir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasə n isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının müəyyən edilməsi ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
30. Belə ki, yuxarıda qeyd olunduğu kimi, apelyasiya instansiyası məhkəməsi mübahisəyə hazırda qüvvədə olan maddi hüquq normalarını tətbiq edən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş və xx xxxxxxxx 2000-ci ilədək qüvvədə olmuş (xx xxxx 1965-ci ildən qüvvədə olan) Mülki Məcəllənin müddəalarını tətbiq edərək, iddianı təmin etmişdir.
31. Lakin məhkəmə kollegiyası nəzərə almamışdır ki, İsmayıllı rayon İcra Hakimiyyətinin İsmayıllı rayon Dövlət Arxivinin xx xxxxxx 2019-cü il tarixli arayışına əsasən Arxiv fondunda saxlanılan xxx qəsəbə İƏD üzrə RİHB-nin nümayəndəliyinin (XDS-nin) 1948-1950-ci illərin Təsərrüfatbaşına kitabında X2 ailə başçısı olmaqla, 5 nəfərdən ibarət ailə tərkibinin istifadəsinə olan həyətyanı torpaq sahəsi və ev barədə qeydlər müəyyən olunmuşdur. X7 xx xxxxxxxx 1948-ci ildə ölmüşdür.
32. Apelyasiya instansiyası məhkəməsi iddiaçının da atası daxil olmaqla, mübahisələndirilən daşınmaz əmlaka X2 və ailə üzvlərinin mövcud hüquqları aydınlaşdırılmamış və ailə başçısı kimi qeyd olunan şəxsin öldüyü məqamda qüvvədə olan maddi hüquq normalarına uyğun mirasın qəbul edilməsi, o cümlədən iddiaçının atası tərəfindən mirası qəbul etməsi faktı araşdırılmamışdır.
33. Həmçinin iş materialları ilə mübahisələndirilən əmlaka üçüncü şəxslərin də vərəsəlik hüquqlarının mövcud olması ehtimal olunduğu halda, məhkəmə tərəfindən X2, X4 və X5 vərəsələrinin mövcud olub-olmamaları və onların mübahisələndirilən əmlaka hüquqlarının olmaması halları araşdırılmamış və hazırki işdə iştirak edən şəxslərin paylarının düzgün müəyyən edilməsi üçün zəruri olduğu halda, həmin şəxslər işə cəlb olunmamışlar.
34. Daha sonra, iş materiallarından müəyyən olunur ki, iddiaçının atası xx xxxxx 1972-ci ildə ölmüşdür. Apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı atasından miras qalmış torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən evi əvvəlcə anasıxxxin ilə birlikdə, daha sonra isə anasının ölümü nəticəsində bilavasitə faktiki qəbul etmişdir.
35. Lakin işin həmin halı cavabdeh tərəfindən mübahisələndirildiyi halda, apelyasiya instansiyası məhkəməsi tərəfindən bununla bağlı hər hansı sübuta istinad olunmamışdır. Əksinə birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş iddiaçının qardaşı X11, bacısı X10, habelə dayısı X14 ifadələrində iddiaçının atasından torpaq sahəsinin və evin miras qalmasını göstərsələr də, Cavabdeh1 iddiaçıya miras evdə qalmağa icazə verməsi və bundan sonra iddiaçının evi təmir etməsini göstərmişlər. İddiaçı özü də iddia ərizəsində mübahisəli əmlakı son 20 ilə ərzində idarə etdiyini bildirmişdir.
36. Bundan əlavə iş materiallarında X6 notariat qaydasında təsdiq olunmuş xx xxxxx 2011-ci il tarixli ərizələrinin kserosurətləri mövcuddur ki, sonuncu xxx kəndinə 230 kv. m. torpaq sahəsini və 1900-cu ildə tikilmiş yaşayış evini Cavabdeh1 adına sənədləşdirilməsini etiraz etmədiyini göstərmişdir.
37. Lakin apelyasiya instansiyası məhkəməsi X6 mübahisələndirilən əmlaka hüquqlarının olub-olmaması, olduğu halda isə onun payından imtina etməsi məsələsini ətraflı araşdırmamış, qeyd olunan ərizələrin əsillərini tələb edərək işə əlavə etməmiş və son nəticədə tərəflərin mübahisələndirilən əmlaka paylarını ½ hissədə müəyyən etmişdir.
38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci madd ələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilsin. Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)632/2020 nömrəli qətnaməsi ləğv edilsin və işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.