Məhkəmə qərarları › İş №2(102)-5080/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5080/2020

03.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5080/2020 03.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh və vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-2194/2020 saylı qətnaməsindən Cavabdeh kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(001)-6450/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim E.Z.Əliyev) İddi açı Cavabdeh qarşı “6.900 manat pul tələbinə dair” ilk iddiası təmin, Cavabdeh İddiaçı qarşı “ödənilmiş 2.400 manat inzibati cərimə məbləğinin, ödənilmiş hüquqi yardıma görə 3.000 manat pulun tutulması” barədə qarşılıqlı iddiası qismən təmin edilərək, Cavabdeh 6.900 manat pulun tutulub İddiaçı, sonuncudan 2.400 manat pulun tutulub Cavabdeh verilməsi və qalan hissədə qarşılıqlı iddianın rədd olunması qət edilmişdir. Cavabdeh qətnamədən apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-2194/2020 saylı qətnaməsi ilə (hakimlər X.A.Cəmilova sədrlik edən, məruzəçi, İ.K.Xəlilov və İ.Ə.Kərimli) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən - yəni ilk iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh qətnamədən kasasiya şikayəti vermişdir. İŞİN HALLARİ İşdən görünür ki, İddiaçı məhkəmədə Cavabdeh qarşı ilk iddia qaldıraraq, sonuncudan 6.900 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh məhkəmədə İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq, sonuncudan ödənilmiş 2.400 manat inzibati cərimə məbləğinin və ödənilmiş hüquqi yardıma görə 3.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normaların ın tələblərini pozaraq, işin faktiki halları üzrə səhvə nəticəyə gəlmiş və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh və vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci i nstansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə dəyişdirilmədən, apelyasiya şikayətini təmin edilmədən saxlayarkən, ilk iddianın bütövlükdə, qarşılıqlı iddianın qismən əsaslı olmasına, ilk iddianı tam, qarşılıqlı iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Mülki Məcəllənin 567, 600.1, 601.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmiş və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işdən görünür ki, xx xxx 2015-ci il tarixli Qeydiyyat Şəhadətnaməsinə əsasən, **US-*** qeydiyyat nişanlı, “Mersedes Benz 250 D” markalı avtomobil Cavabdeh xüsusi mülkiyyətindədir. xx xxxxxxx 2017-ci tarixli notarial qaydada təsdiq edilmiş etibarnaməyə əsasən Cavabdeh sözügedən avtomobili idarə etmək üçün xx xxxx 2019-cu il tarixədək qüvvədə olmaqla İddiaçı adına etibarnamə vermişdir. Daha sonra, tərəflər arasında imzalanmış xx xxxxxxx 2017-ci il tarixli müqaviləyə əsasən, xx xxxxxxx 2017-ci il tarixdə Cavabdeh sözügedən avtomobili hər ay 300 manat ödəməklə 20 ay müddətinə İddiaçı istifadəsinə vermiş və sonuncu əvvəlcədən 1.500 manat pul öd əməklə xx xxxxxx 2017-ci il tarixdən ilk aylıq ödənişi ödəməyi öhdəsinə götürmüşdür. Razılaşmaya görə İddiaçı vaxtlı-vaxtında pulu ödəyəcəyi halda sözügedən avtomobilə sahibliyi əldə edəcəkdir və o, avtomobili sürüb yoxlamaqla avtomobilin texniki cəhətdən saz vəziyyətdə olduğunu qəbul etmişdir. Müqavilə tərəflərin imzaları ilə təsdiq edilmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları araşdırıb haqlı olaraq qeyd etmişdir ki, sadə formada tərəflər arasında tərtib edilmiş və Cavabdeh tərəfindən yazılmış müqavilə öz təbiətinə görə icarə müqaviləsi deyil, nisyə alqı-satqı müqaviləsidir. Belə ki, həmin müqavilədən görünür ki, sözügedən avtomobilin dəyərinə görə İ ddiaçı tərəfindən ilkin olaraq Cavabdeh 1.500 manat pul edilmişdir. Halbuki, icarə müqavilələrində öncədən aylıq ödənişin 5 qat əvəzinin ödənilməsi müşaiyət edilmir. Həmçinin, sözügedən müqavilədə “sonra vaxtlı-vaxtında pulu verərsə İddiaçı avtomobilə sahib olar” ifadəsi qeyd edilmişdir. Eyni zamanda, sözügedən müqavilədə İddiaçı icarədar kimi iki yerdə yazılması, sonuncunun 19-cu ay üçün pulu ödəməməsi və bununla vaxtlı-vaxtında ödənişin edilməsi ilə bağlı şərtlərin pozulması ilə əlaqədar apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, avtomobili qəbul edən şəxsin adının qarşısında icarədar yazılması həmin razılaşmanın icarə müqaviləsi olması anlamına gəlməyə əsas vermir. Belə ki, məzmun baxımından həmin razılaşma icarə müqaviləsinə oxşayır. Lakin vaxtlı-vaxtında anlay ışı dəqiq müddətlə ifadə edilməmişdir (konkret neçə ay üçün gecikmə nəzərdə tutulduğu göstərilməmişdir), bu isə bir ay qecikdirilmiş ödənişə görə avtomobilin geri alınmasına səbəb ola bilməz. Göründüyü kimi, İddiaçı avtomobilə görə Cavabdeh vaxtlı-vaxtında cəmi 6.900 manat məbləğində ödəniş etmiş, qalan 600 manat pulu isə avtomobil Cavabdeh tərəfindən geri alındığı üçün ödəniş edilməmişdir. Bununla da ilk iddianı təmin etməklə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, tərəflər arasında sadə yazılı formalı əqd imzalanmışdı ki, həmin əqdin “alqı-satqı”, yoxsa “icarə” müqaviləsi olması ilə bağlı tərəflər arasında mübahisə mövcuddur. İddiaçı həmin əqdin “alqı-satqı”, Cavabdeh isə “icarə müqaviləsi” olduğunu və mübahisənin icarə münasibətlərindən yarandığını bildirmişlər. Eyni zamanda, sözügedən əqddə qeyd olunan tərəflər arasında razılaşdırılmış məbləğin bir hissəsinin, yəni 1.500 manat hissəsinin əvvəlcədən ödənilməsi işin mübahisəsiz halıdır, qalan hissəsinin isə ödənilməsi 20 ay üçün hər ay 300 manat olmaqla nəzərdə tutulmuşdur. Əqdin məzmunundan da görünür ki, avtomobilin dəyəri tam ödənildikdən sonra həmin avtomobil mülkiyyətçisi tərəfindən etibarnamə ilə idarə etmək səlahiyyəti verilmiş Gündüz Abyevin sahibliyinə verilməli idi. Əvvəla, alqı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alqı-s atqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun (Mülki Məcəllənin 567, 600.1, 601.1-ci maddələri). Digər tərəfdən, mülki qanunvericiliyə görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. B u müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür (Mülki Məcəllənin 700.1, 675-ci maddələri). Göründüyü kimi, tərəflər arasında bağlanmış əqddə satılması nəzərdə tutulan əşyanın ödənişinin qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq müddətdə hissə-hissə və hansı məbləğdə həyata keçirilməsi qaydası müəyyən edilmiş və bu, əşyanın alıcının sahibliyinə verilməsi ilə şərtləndirilmişdi. Bu da onu deməyə əsas verir ki, hazırki iş üzrə tərəflər arasında bağlanmış əqdin məzmunu mülki qa nunvericilikdə nəzərdə tutulan “nisyə alqı-satqı müqaviləsi”nin tələblərinə uyğun gəlir. O, ki qaldı İddiaçı ilkin ödəniş olaraq ödədiyi 1.500 manat pulun “avtomobilin qəzaya uğraması və ya laqeyd istifadə nəticəsində korlandığı təqdirdə müqavilənin təminatı kimi alınması” barədə Cavabdeh dəlillərini inandırıcı hesab etməməklə apelyasiya instansiyası məhkəmə düzgün olaraq qeyd etmişdir ki, 1.500 manat pulun əvvəlcədən ödənilməsi aylıq icarə haqqının 5 qatının əvvəlcədən ödənilməsindən daha çox nisyə alqı-satqı müqaviləsi üzrə nisyə alınmış avtomobilin dəyərinin bir hissəsinin əvvəlcədən ödənişinin edilməsinə uyğun gəlir. Ona görə də apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında imzalanmış əqdə əsasən əvvəlcədən 1.500 manat, sonra isə hər ay 300 manat olmaqla 1 il 8 ay ərzində 5.400 manat, cəmi 6.900 manat İddiaçı tərəfindən ödənilsə də, avtomobilin mülkiyyətçisi Cavabdeh sonuncu aylar üzrə ödənişin edilməməsinə istinad edərək “alıcının adına verdiyi etibarnaməni ləğv etmiş və avtomobili geri almışdır ki, bununla da İddiaçı ödədiyi pulların geri qaytarılması barədə hazırki iddianı qaldırmaqda haqlı olmuşdur. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini əsassız hesab edib belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün fak tiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2( 103)2194/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar