Məhkəmə qərarları › İş №2(102)-5081/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5081/2021

21.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5081/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc) 21.10.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-608/2021 nömrəli iş üzrə 04 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 05.04.2018-ci il tarixli, 05.06.2018-ci il tarixli, 28.07.2018-ci il tarixli, 15.08.2018-ci il tarixli və 18.08.2018-ci il tarixli müqavilələrdən görünür ki, iddiaçı “ABC TELEKOM” MMC ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdeh iddiaçıdan HOFFMANN X MAX Samsung J2 və Samsung Galaxy A6 markalı telefon, HOFFMANN markalı LED, Acer markalı komputer və Cable Sonorous naqil almışdır. Cavabdehin müqavilələrə əsasən əsas borc üzrə cəmi 1940 manat ödənilməmiş hissə, cərimə üzrə 391 manat, ümumilikdə 2331 manat məbləğində borcu yaranmışdır. Cavabdehə müqavilələrə əsasən ödəməli olduğu borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borc tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 05.04.2018-ci il, 05.06.2018-ci il, 28.07.2018-ci il, 15.08.2018-ci il və 18.08.2018-ci il tarixli müqavilələrə əsasən cavabdeh İMEİ kodları **********85850, **********16558 və **********53085 olan HOFFMANN X MAX, Samsung J2 və Samsung Galaxy A6 markalı telefon, HOFFMANN markalı LED, Acer markalı komputer və Cable Sonorous naqil almış və nəticədə 2331 (iki min üç yüz otuz bir) manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 05.04.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 468 (dörd yüz altmış səkkiz) manat, İMEİ kodu **********858 50 olan HOFFMANN X MAX markalı telefon üçün cəmi 57 (əlli yeddi) manat olmaqla ondan 45 (qırx beş) manat ödənilməmiş hissə, 12 (on iki) manat dəbbə, 05.06.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 375 (üç yüz yetmiş beş) manat, İMEİ kodu **********16558 olan Samsung J2 markalı telefon üçün cəmi 44 (qırx dörd) manat olmaqla ondan 35 (otuz beş) manat ödənilməmiş hissə, 9 (doqquz) manat dəbbə, 28.07.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1058 (min əlli səkkiz) manat, İMEİ kodu **********53085 olan Samsung Galaxy A6 markalı telefon üçün cəmi 936 (doqquz yüz otuz altı) manat olmaqla ondan 791 (yeddi yüz doxsan bir) manat ödənilməmiş hissə, 145 (yüz qırx beş) manat dəbbə, 15.08.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 492 (dörd yüz doxsan iki) manat olan HOFFMANN markalı LED üçün cəmi 315 (üç yüz on beş) manat olmaqla ondan 241 (iki yüz qırx bir) manat ödənilməmiş hissə, 74 (yetmiş dörd) manat dəbbə, 18.08.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1144 (min yüz qırx dörd) manat olan, Acer markalı komputer və Cable Sonorous naqil üçün cəmi 979 (doqquz yüz yetmiş doqquz) manat olmaqla ondan 828 (səkkiz yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 151 (yüz əlli bir) manat cərimə pulu borcu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1597 manat təşkil edir. Laçın Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.İbrahimov, iş № 2(047)-200/2020) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 05.04.2018-ci il tarixli, 05.06.2018-ci il tarixli, 28.07.2018-ci il tarixli, 15.08.2018-ci il tarixli və 18.08.201 8-ci il tarixli nisyə alqı-satqı müqavilələri üzrə cəmi 1940 manat əsas borc, 100 manat cərimə, ümumilikdə 2040 (iki min qırx) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə isə rədd olunması qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05.04.2018-ci il tarixli, 05.06.2018-ci il tarixli, 28.07.2018-ci il tarixli, 15.08.2018-ci il tarixli və 18.08.2018-ci il tarixli nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdeh iddiaçıdan HOFFMANN X MAX Samsung J2 və Samsung Galaxy A6 markalı telefon, HOFFMANN markalı LED, Acer markalı komputer və Cable Sonorous naqil almış, lakin müqavilələrə əsasən cavabdeh aldığı əmlaklara görə ödənilmə ləri vaxtlı-vaxtında aparmamış və bununla da müqavilələr üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilələrin şərtlərini pozmuşdur. Nisyə alqı-satqı müqavilələrinə görə cavabdehin iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən MMC-nə cəmi 1940 manat ödənilməmiş hissə, 391 manat cərimə, ümumilikdə 2331 manat məbləğində borcu qalmışdır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh ümumilikdə 391 manat məbləğində cərimə pulu tələb edir. Məhkəmə qanunvericilik aktının göstərilən normaları baxımından dəbbə pulunun azaldılması və iddianı cərimə hissəsində 100 manat həcmində təmin etməyi qanuni və əsaslı hesab etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməs i maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmiş, işə baxılarkən işə baxılmasının yeri və vaxtı barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməmiş və məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Zeynalov (sədrlik edən və məruzəçi), İ.Əsədov, M.Həsənov, iş № 2(106)-608/2021) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Laçın Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(047)-200/2020 saylı qətnaməsi cavabdehin apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab et mişdir ki, cavabdehin yaşayış yeri üzrə ünvan 1 ünvana məhkəmə bildirişləri göndərilərək cavabdehə çatdırılması barədə qeydlər aparılmışdır. Ona görə də birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən işə baxılmasının yeri və vaxtı barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməməsi və məhkəmə iclasında iştirakının təmin edilməməsi barədə apelyasiya şikayətinin dəlilləri əsassız hesab edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)608/2021 nömrəli iş üzrə 04 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv olunması və işin yenidən apelyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanması təşkil edir. Tət biq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə m əsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qay tarılmasını tələb edə bilər. 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onl ar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kas sasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kolleg iyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-608/2021 nömrəli iş üzrə 04 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar