Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5083/2020 28.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)511/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə(hakim K.F.Əmirxanova, iş № 2(005)-2499/2019) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasını n xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə(hakimlər: R.Ə.Qurbanov, X.Ə.Sarıyev və A.Ə.Hüseyn) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: N evinin Şimal-Şərq hissəsində yerləşən 481 kv.metr ölçüdə torpaq sahəsinə dair Zabrat Bələdiyyəsi ilə İddiaçı arasında uzun müddətli (xx xxxx 2022-ci il tarixə qədər) icarə müqaviləsi bağlanmış və sonuncu tərəfindən həmin torpaq sahəsində qeyri-yaşayış sahəsi inşa edilmişdir. Həmin qeyri-yaşayış sahəsi “Kafe-klub” kimi fəaliyyət göstərməklə klub bütün kommunikasiya xətləri ilə (qaz, su, işıq və s.) təmin olunmuşdur. “Kafe-klub” iaşə obyekti kimi qeydiyyata alınmış və İddiaçı sadələşdirilmiş vergi ödəyicisi kimi həmin klubdan 20 03-cü ildən başlayaraq xırda sahibkarlıq fəaliyyəti üçün istifadə etmişdir. 2019-cu ilin aprel ayında İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2018-ci ilin dekabr ayında özünü Zabrat qəsəbəsindəki 1 may mədəniyyət evinin və mini bazarın sahibi kimi təqdim edən Dövlət Gömrük Komitəsinin Gömrük Xidməti polkovnik leytenantı Cavabdeh2 ona obyekti boşaltmaq üçün 20 gün vaxt verməsini, sonra vəzifə səlahiyyətlərindən istifadə edərək obyektinin su təchizatını dayandırıb, elektrik enerjisini kəsməsini, xx xxxxxx 2019-cu il tarixdə saat 15:00 radələrində isə onun 5 nəfərdən ibarət polis işçisi ilə obyektinə gələrək əşyalarını sındırıb, əmlakını dağıtmasını əsas göstərməklə həmin obyektin tikintisinə sərf etdiyi 63.000 manatın, mənəvi ziyana görə 1 0.000 manatın, hüquqi xidmətə görə ödədiyi 110 manatın, dövlət rüsumuna görə ödədiyi 30 manatın, cəmi 73140 manat məbləğində maddi və mənəvi ziyanın cavabdehlərdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək icarə müqaviləsi əsasında 2003-cü ildən 2018-ci ilədək istifadə etdiyi torpaq sahəsindəki obyektin onun tərəfindən inşa edilməsini, həmin obyektin hər hansı bir məhkəmə qətnaməsi olmadan cavabdehlər tərəfindən sökülməsini, məhkəmə kollegiyasının sübutlara düzgün qiymət vermədən iddia tələbini rədd etməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qə bul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, Cavabdeh2 və vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iddia tələbinin rədd e dilməsini əsaslı sayarkən iddiaçı tərəfindən mübahisə predmeti olan obyektin Nlər tərəfindən və yaxud onların göstərişi əsasında sökülməsi barədə heç bir sübut təqdim edilməməsini, obyektin Nər tərəfindən sökülməsini iddiaçının şəxsən görməməsini, söküntünün polis işçiləri tərəfindən aparılmasınıgördüklərini təsdiq edən şahidlər X2 və X1 ifadələrinin isə söküntünün Nlərin göstərişi ilə aparılmasını təsdiq etməmələrini, sökülmüş taxta konstruksiyalı tikiliyə aid materialların, dam örtüyünün plastik qapı-pəncərələrin səliqə ilə əraziyə yığılmasını, kafedə istifadə olunan əşyaların yəni soyuducu, qab-qacaq, masa və oturacaqların qeyriyaşayış sahəsinə yığılıb saxlanılmasını, cavabdehlərin hüquq-mühafizə orqanlarında verdikləri izahatlarında söküntü faktını etiraf etmələri barədə iddiaçının gös tərdiklərinin araşdırma zamanı təsdiq olunmamasını əsas göstərmişdir. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə işdə olan sübutlara hərtərəfli və tam qiymət vermədən gəldiyindən qətnamə qanuni və əsaslı sayıla bilməz. İş materiallarından görünür ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin sökülməsi və bununla əlaqədar iddiaçıya ziyan dəyməsi işin mübahisələndirilməyən halıdır və heç kim tərəfindən, eləcə də, işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən də inkar olunmur. İddiaçı, müəyyən olunuduğu kimi, cavabdehin ona məxsus olmasını iddia etdiyi torpaq sahəsindən Bələdiyyə ilə bağladığı icarə müqaviləsi əsasında istifadə etmiş və orada öz vəsaiti hesabına çayxana kimi istifadə etdiyi “Kafe-klub” quraşdırmaqla həmin obyektdən 2003-cü ildən 2018-ci ilə kimi maneəsiz istifadə etmişdir. Torpaq sahəsinin göstərilən vəziyyətdə Bələdiyyə deyil, cavabdehə məxsus olması kassasiya kollegiyasına görə vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar mübahisənin həlli üçün heç bir əhəmiyyət kəsb etmir. İddiaçıya məxsus “Kafe-klub” heç bir məhkəmə qərarı olmadan söküldüyündən söküntünü həyata keçirmiş şəxs bunun üçün maddi və mənəvi məsuliyyət daşımalıdır. Həmin hərəkət mülki hüquq pozuntusu olduğundan kollegiya hesab edir ki, mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097-ci maddələrin tələbləri baxımından həll edilməlidir. Apelyasiya instansiyası məhkəməsinə görə hüquqa zidd hərəkətin cavabdehlər tərəfindən törədilməsi sübuta yetirilmədiyindən onlara qarşı yönəldilmiş iddianın təmin edilməsi üçün əsaslar olmamışdır. Kassasiya kollegi yası hesab edir ki, işdə olan və məhkəmə tərəfindən qiymətləndirilməmiş sübutlar həmin nəticəyə gəlmək üçün əsas verməmişdir. İddiaçının izahatlarından və şikayətlərindən görünür ki, Əliyevlər ondan əvvəlcə obyekti boşaltmağı tələb etmiş və bunun üçün ona 20 gün vaxt vermişlər, sonra isə ona qarşı təzyiqlər göstərmiş, su təchizatını dayandırmış, elektrik enerjisini kəsmiş, xx xxxxxx 2019-cu il tarixdə isə 5 nəfər polis işçisi əmlakını sındırıb dağıtmışlar. İşdən göründüyü kimi iddiaçı obyektdən istifadə etdiyi təxminən 15 il müddət ərzində obyektlə bağlı heç bir konflikti olmamışdır. Yalnız cavabdehlərin ondan obyekti boşaltmasını tələb etdikdən və bunun üçün verilmiş vaxt bitdikdən sonra obyektin sökülməsi və söküntünün cavabdehlər tərəfindən fotoaparatla çəkilməsi, orada olan material və avadanlıqların həmin ərazidə cavabdehlər tərəfindən yığılması baş vermişdir. Həmin hallar sübut əhəmiyyəti daşımasına baxmayaraq məhkəmə kollegiyası tərəfindən onlara lazımınca qiymət verilməmişdir. İşin 101-105-ci səhifələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli məhkəmə iclasının protokolunda əks olunmuş izahatında Cavabdeh1 iddiaçıya öz xoşu ilə tikilini sökməsini təklif etməsini, onun isə həmin təklifə məhəl qoymamasını, bir ay gözlədikdən sonra polis işçilərinin söküntünü həyata keçirmələrinə ona razılıq vermələrini göstərmişdir. Həmin protokolda olan digər Cavabdeh2 izahatından da görünür ki, onlar tərəfindən söküntü zamanı fotoşəkillər çəkilmiş və iddiaçıya gəlib əşyalarını aparması təklif olunmuşdur. Apelyasiya instansiyası məhkəməsində verdiklə ri izahatlarında isə Nər obyektin onlar tərəfindən deyil, İddiaçı özü tərəfindən sökülməsini bildirməklə birinci instansiya məhkəməsində verdikləri izahatlarını danmışlar. Lakin işə baxan apelyasiya instansiyası məhkəməsi bu ziddiyyətli izahatların səbəbini ümumiyyətlə araşdırmamış və işin həmin halına heç bir qiymət verməmişdir. Halbuki cavabdehlər birinci instansiya məhkəməsində verdikləri izahatlarında obyektin onlar tərəfindən sökülməsini etiraf etmişlər. İş materiallarına əlavə edilmiş fotoşəkillər söküntü işləri aparılan zaman çəkilməsinə baxmayaraq, məhkəmə kollegiyası, sübut əhəmiyyəti daşımasına baxmayaraq şəkillərdə əks olunan şəxslərin kimliyini müəyyən etməmiş və həmin sübuta da müvafiq hüquqi qiymət verməmişdir. Söküntü işləri aparılarkən obyektdə olmuş şahidlər X2 və X1 ifadə lərini rədd edərkən məhkəmə kollegiyası obyekti sökən şəxslərin sayına münasibətdə onların göstərdiklərinin (2 nəfər) iddiaçının göstərdikləri ilə (5 nəfər) ziddiyyət təşkil etməsini əsas göstərmişdir. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, obyekt sökülərkən orada iddiaçı deyil, həmin şahidlər iştirak etmişlər. X4 izahatına görə Cavabdeh1 obyektin söküləcəyini demiş və o da söküntü barədə İddiaçı məlumat verməsinə baxmayaraq obyektə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutlara qiymət verilərkən qanunun göstərilən normasının tələblərinə əməl edilməmiş, qiymətləndirmə birtərəfli aparılmışdır. Göstərilən vəziyyətdə apelyasiya instansiyası məhkəməsi tərəfindən birtərəfli qaydada istinad olunmuş sübutlar iddianın rədd edilməsi üçün əsas vermədiyindən, kollegiya hesab edir ki, qətnamə ləğv olunmalı, iş yeni apelyasiya baxışına göndərilməlidir. İşə yenidən baxılarkən mübahisənin düzgün və qanuni həlli üçün əhəmiyyəti olan bütün sübutlara obyektiv, qərəzsiz qiymət verilməklə qanuni və əsaslı qərar qəbul olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2020ci il tarix li qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5083/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5083/2020
28.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver