Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5085/2019 17.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 20 fevral 2019-cu il tarixli qətnaməsindən cavabdeh TQ tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 iyul 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim G.Şirinov, 2(044)-4547/2018 ) iddia tələbi təmin edilmiş, Gəncə şəhəri, ÜNVANndə yerləşən 72 saylı qeyri-yaşayış sahəsinin boşaldılması və həmin qeyri-yaşayış sahəsinin İddiaçı1 ASC-nə təhvil verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 12 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Mehdiyev (sədrlik edən, məruzəçi), L.Süleymanov və A.Bayramov, 2(104)910/2019 saylı mülki iş) hazırki iş üzrə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı1 ASC cavabdeh TQna qarşı qeyri-yaşayış sahəsinin boşaldılması və İddiaçı1 ASC-nin mülkiyyətində olan Gəncə şəhəri, ÜNVANndə yerləşən 72 saylı qeyriyaşayış sahəsinin boşaldılması və həmin qeyri-yaşayış binasının İddiaçı1 ASC-nə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh TQ apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Cavabdeh TQ məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı1 ASC-nin nümayəndəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəldiyindən, onun izahatı dinlənilmədi Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apel lyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, işdə olan Gəncə inzibati-iqtisadi Məhkəməsinin 02 mart 2012-ci il tarixli 2-2- 1(84) ***-**** saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilmiş, İddiaçı1 ASC-nin Tovuz Filialı ilə "xxxx" MMC-ti arasında bağlanmış 02.06.2010-cu il tarixli 004/hş saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, "xxxx" MMC-dən 261539.37 manatın tutularaq İddiaçı1 ASC-nə verilməsi, cavabdehlərin maliyyə vəsaiti olmadığından qətnamənin icrasının ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, ÜNVANndə yerləşən 72 saylı qeyri-yaşayış binasına yönəldilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 29.04.2013-cü il tarixli, 2-1(104)-10/2013 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Gəncə İnzibati-iqtisadi Məhkəməsinin 02 mart 2012-ci il tarixli 2-2-1 (84)-323- 2012 saylı qətnaməsinin dəyişiklik edilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi Kollegiyasının 21(102)-315/13 saylı, 23.10.2013-cü il tarixli qərarının surətindən görünür ki, cavabdeh "xx xx" MMC-nin kassasiya şikayəti təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin inzibati- iqtisadi Kollegiyasının 29.04.2013-cü il tarixli 2-1(104)-10/2013 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 08.09.2017-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 qeyriyaşayış binası İddiaçı1 ASC-nin mülkiyyətindədir. 05.10.2017-ci il tarixdə İddiaçı1 ASC-ti tərəfindən Cavabdeh1 ünvanlanmış məktubdan görünür ki, X4 şəhəri, ÜNVAN, 72 saylı qeyri-yaşayış binasını 10 gün müddətində boşaldaraq banka təhvil verilməsi xahiş olunmuş, əks təqdirdə qeyri-yaşayış binasının boşaldılması tələbi ilə məhkəməyə müraciət olunması bildirilmişdir. 02.06.2010-cu il tarixli 004/hs saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı1 ASC-ti tərəfindən "xxxx" MMC-nə 60 ay müddətinə 2000 00 manat məbləğində kreditdən istifadə limiti ayrılmışdır. 02.06.2010-cu il tarixli 004/hş ipoteka müqaviləsinin surətindən görünür ki, Gəncə şəhəri, ÜNVANndə yerləşən 72 saylı qeyri-yaşayış binası İddiaçı1 ASC-nə ipoteka qoyulmuş və 368000 manat məbləğində qiymətləndirilmişdir. 09.06.2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, Cavabdeh1 məxsus Gəncə şəhəri, ÜNVANndə yerləşən 72 saylı qeyri-yaşayış binası İddiaçı1 ASC-nin nümayəndəsi X1 423937.50 manata satılmışdır. 09.06.2017-ci il tarixli 36/03 saylı hərracın yekunları barədə protokolun surətindən görünür ki, Cavabdeh1 məxsus Gəncə şəhəri, ÜNVANndə yerləşən 72 saylı qeyri-yaşayış binasının ilkin satış qiyməti 665000 manat, təkrar hərracdakı ilkin satış qiyməti 565250 manat o lmuş və həmin əmlak İddiaçı1 ASC- nin nümayəndəsi X1 423937.50 manata satılması qərara alınmışdır. 1132023 nömrəli 08.09.2017-ci il tarixli Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki (iş.v.28), ünvan 1 ünvanda yerləşən qeydi-yaşayış binası "xxxx" ASC-nin mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1 -ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, on dan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı «insan Hüquqlarının və X2 Haqqında Konvensiya»nm 1 saylı Protokolunun 1 -ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası İddiaçı1 ASC-yə ipotekaya qoyulmuşdur. Yuxarıda adıçəkilən məhkəmə aktları ilə və hərracın yekunları barədə protokoldan görünür ki, həmin ipoteka predmetinə borcun yönəlməsi və hərracdan sa tılması, həmçinin onun hərracdan həmin bank tərəfindən alınması müəyyən olunmuşdur. Hazırda ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının İddiaçı1 ASC-in mülkiyyətində olması barədə çıxarış mövcüddur. Lakin cavabdeh tərəf qeyri-yaşayış binasım boşaltmır və bu səbəbdən də iddiaçı bank hazırki iddia ərizəsi ilə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddia tələbinin təmin olunması barədə qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanm alı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh TQnun kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 20 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5085/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5085/2019
17.07.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver