Məhkəmə qərarları › İş №2(102)-5085/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5085/2021

12.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5085/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Masallı rayon Masallı Bələdiyyəsinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Cənub regional şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: gediş-gəliş və avtomobil yolunun açılması, daş hasarın sökülərək maneələrin aradan qaldırılmaqla cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X9 oğlunu n katibliyi, İddiaçı, Cavabdeh və vəkili Vəkil iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 mart 2021-ci il tarixli, 2(106)662/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında olan 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 47.3 kv.metr yaşayış, 154.6 kv.metr yardımçı, 201.9 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində 18 may 2012-ci ildə qeydiyyata alınmışdır. Həmin ünvanda yerləşən 0.06 ha torpaq sahəsi X3, X1, İddiaçı və X5 ümumi birgə mülkiyyətində dir.

2. Masallı rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixli, 027 nömrəli qərarı ilə Cavabdeh, X2, Abdinov Adil Eyvaz oğluna və X4 Masallı rayonu, Dadva kəndində fərdi yaşayış evinin tikintisi üçün 0.08 hektar torpaq sahəsi verilmişdir.

3. Tərəflərin arasında İddiaçı həyətinə gedən yolun daralması ilə əlaqədar münaqişə yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh, üçüncü şəxslər Masallı rayon Masallı Bələdiyyəsinə və Fövqəlada Hallar Nazirliyinin Cənub regional şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı şəhəri, M.Talışxanov küçəsində yerləşən yaşadığı fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş və avtomobil yolunun üzərinə cavabdeh tərəfindən yaradılmış mane ələrin aradan qaldırılaraq daş hasarın cavabdehin hesabına sökülməsi və cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək Masallı şəhəri, M.Talışxanov küçəsində yerləşən, yaşadığı fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş və avtomobil yolunun cavabdeh tərəfindən açılaraq yolun genişləndirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşadığı fərdi yaşayış evi cavabdehin qonşuluğunda yerləşir. Cavabdehin həyətyanı torpaq sahəsinin arasında isə yaşadığı evə gedən gediş-gəliş yolu vardır. Cavabdeh təxminən bir ilə yaxın bir müddət olar ki, yaşadığı həmin fərdi yaşayış evinə gedən gediş-gəliş yolunun bir hissəsini zəbt edərək daş hasar çəkməklə həmin gediş-gəliş yolunu daraltmışdır. Yol əvvəllər geniş olmuş, orada m eydan olmuşdur. Cavabdehin zəbt etdiyi gediş-gəliş yoluna heç bir sənədi yoxdur. Həmçinin həmin yol bələdiyyə mülkiyyətinə aid edilmiş yoldur və elektron bazada bələdiyyə mülkiyyəti kimi göstərilmişdir.

6. Masallı Rayon Məhkəməsinin 2(050)-46/2020 saylı, 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Səlimov) iddia qismən təmin olunaraq, Masallı şəhəri, Talışxanov küçəsində yerləşən və İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinə gedən gedişgəliş və avtomobilin hərəkəti üçün nəzərdə tutulmuş yolun üzərində Cavabdeh tərəfindən inşa edilmiş daş hasarın cavabdehin hesabına sökülməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmiş, ekspertiza tədqiqatına görə xərclər Cavabdeh aid edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında mübahisə predmeti olan gediş-gəliş yolu ümumi istifadədə olan torpaq sahəsidir. Həmin torpaq sahəsinin cavabdehin mülkiyyətində olmasını təsdiq edən hər hansı bir təsdiqedici sübut məhkəmə baxışı zamanı təqdim edilməmişdir. Həmin gediş-gəliş yolunun müəyyən hissəsi və ondan kənarda yerləşən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilərək orada qanunsuz tikili inşa edilmiş və bunun nəticəsində iddiaçıya öz əmlakından istifadə hüququnu həyata keçirməyə maneə yaranmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı haqlı olaraq cavabdeh tərəfindən onun həyətyanı torpaq sahəsinə gedən yolun əvvəlki vəziyyətə gətirilməsini tələb edir.

8. Məhkəmə iddiaçının cavabdeh tərəfindən onun fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş və avtomobil yolunun üzərind ə cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması, həmçinin cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə münasibətdə qeyd etmişdir ki, tələb həmin hissələrdə qeyrimüəyyəndir. Belə ki, iddiaçı daş hasarın hazırda mövcudluğuna istinad edərək onun sərbəst hərəkətinə maneələrin olduğunu qeyd etmişdir. Digər hər hansı formada onun hərəkətinə cavabdeh tərəfindən maneələrin yaradılması və onun tərəfindən digər qanunsuz hərəkətlərin edilməsi məhkəmə baxışı zamanı müəyyən edilmədiyindən iddia həmin tələblərə münasibətdə təmin olunmamalıdır.

9. Məhkəmə gəldiyi nəticəni hüquqi cəhətdən əsaslandırmaq üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 238, 239, 170-ci maddələrinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47 və 111-ci maddələrinə istinad etmişdir. b ) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia əsassız və ekspert rəyi şübhəli olduğundan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaya göndərilməsini xahiş etmişdir.

11. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 mart 2021-ci il tarixli, 2(106)-662/2021 saylı qətnaməsi ilə (hakimlər T.Kərimov (sədrlik edən və məruzəçi), T.Heydərov və İ.Əhmədov) Cavabdeh oğunun apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşara q qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında mübahisə predmeti olan gediş-gəliş yolu ümumi istifadədə olan torpaq sahəsidir. Həmin torpaq sahəsinin cavabdehin mülkiyyətində olmasını təsdiq edən hər hansı bir təsdiqedici sübut birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. Həmin gediş-gəliş yolunun müəyyən hissəsi və ondan kənarda yerləşən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilərək orada qanunsuz tikili inşa edilmiş və bunun nəticəsində iddiaçıya öz əmlakından istifadə hüququnu həyata keçirməyə maneəçilik yaranmışdır. İddiaçı cavabdeh tərəfindən onun həyətyanı torpaq sahəsinə gedən yolun əvvəlki vəziyyətə gətirilməsi tələbini irəli sürməkdə haqlıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kass asiya şikayətinin dəlilləri

13. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı istifadəsində tikililərin 1 (bir) ilə yaxın bir müddətdə inşa edilməsini qeyd etmiş, məhkəmə bu fakt üzrə araşdırma aparmamış, iddiaçının söylədiyini sübut kimi dəyərləndirmişdir. Halbuki, məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 3.2-ci bəndində görə qətnamədə Azərbaycan Respublikası MPM-də göstərilən qaydada araşdırılmayan məlumatlara istinad edilməsinə yol verilmir. Hazırda 0,08 ha kimi göstərilən həyətyanı torpaq sahəsi reallıqda 0,12 ha olmalı olduğu halda yuxarıdakı kimi göstərilmişdir. Belə ki, 15 oktyabr 1963-cü ildə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən atası Abdinov Adil Yaqubcan oğlunun adına verilmiş “ şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport” da Masallı şəhəri, Kirov küçəsi 12 nömrəli evin ümumi həyətyanı torpaq sahəsi 0,12 ha ölçüdə göstərilmişdir. Lakin məhkəmələr bu xüsusat üzrə də araşdırma aparmamışlar. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməyərək, işin hallarına uyğun olmayan nəticəyə gəlmi şdir ki, bununla da qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir.

17. Məhkəmə iclasında Cavabdeh və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər Masallı rayon Masallı Bələdiyyəsinin və Fövqəlada Hallar Nazirliyinin Cənub regional şöbəsinin nümayəndələri məh kəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPMin 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 7

7. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmə diyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

21. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmaması nı yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdehin kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

25. Belə ki, sökülməli olan hissədə cavabdeh tərəfindən tikili inşa edildiyi qeyd olunmuşdur. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyul 2020-ci il tarixli 10/703 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, yaşayış evinə gedən gediş-gəliş yolunun eni 3.44 metr - 3.92 metr olduğuna görə, Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-in “şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol şəbəkələri bölməsinin 9 saylı cədvəlinin tələblərinə əsasən avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş normalara uyğundur, həyətyanı sahələrə yük maşınlarının keçidi üçün nəzərdə tutulan normalara isə uyğun deyildir. Mütəxəssis rəyində qeyd olunur ki, cavabdeh tərəfindən mişar daşından inşa edilmiş hasar və bir tərəfi həmin hasarın üzərində yerləşən köməkçi tikili bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində inşa edilmişdir. Mütəxəssis rəyinə əlavə olunmuş sxemin göstəricilərinə əsasən qeyd olunur ki, Masallı şəhəri, M.Talışxanov küçəsində yerləşən iddiaçıya məxsus həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə gedən mübahisə predmeti kimi tələb olunan yolun gediş-gəliş hissəsinin eni Masallı şəhəri “Nizami” adına təsərrüfatın kompleks yerquruluşu layihəsi baza materialında başlanğıc hissədə 4.23 metr, sonda isə 4.52 metrdir. Mübahisə predmeti kimi tələb olunan yolun faktiki gedişgəliş hissəsinin eni başlanğıcda 3.44 metr, sonda 3.92 metrdir. Odur ki, mübahisə predmeti kimi tələb olunan yolun gediş-gəliş hissəsinin eninin başlanğıcda 0.79 metr, sonda isə 0.6 metr daraldığı müəyyən olundu. Azərbaycan Respublikası Əmlak Məsələləri Döv lət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin tərtib etdiyi mütəxəssis rəyində qeyd olunur ki, Masallı şəhəri “Nizami” adına təsərrüfatın kompleks yerquruluşu layihəsində iddiaçının həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə gedən gediş-gəliş yolunun mütəxəssis rəyinə əlavə olunmuş ikinci sxemə əsasən eni başlanğıc və son hissədən 4.23 m-3.74 m, orta hissələrdən 4.52 m – 4.49 m, uzunluğu isə bir tərəfdən 48.1 m, digər tərəfdən isə 47.5 metrdir.

26. Birinci instansiya məhkəməsi qətnamədə ümumi şəkildə gediş-gəliş və avtomobilin hərəkəti üçün nəzərdə tutulmuş yolun üzərində Cavabdeh tərəfindən inşa edilmiş daş hasarın cavabdehin hesabına sökülməsini qət etmişdir.

27. Lakin ekspertin yuxarıda qeyd edilən rəyindən göründüyü kimi, tikil i dedikdə mişar daşından inşa edilmiş hasar və bir tərəfi həmin hasarın üzərində yerləşən köməkçi tikilidən bəhs olunur. Bu halda həmin tikili tam deyil, məhz yolun daralmış hissəsində sökülə bilər. 28. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-ci il tarixli qərarın 6.8-ci bəndində göstərilir ki, qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir.

29. Bu baxımdan, baxılan iş üzrə qətnamənin nəticə hissəsində tikilinin məhz hansı hissədə, hansı ölçülərdə sökülməsi dəqiq (ekspert rəyinə uyğun) müəyyən edilməli idi.

30. Bundan başqa, cavabdehin dəlillərindən biri ondan ibarət olmuşdur ki, mövcud hasar 15 il əvvəl inşa edilmişdir və yolun daralmasına səbəb olmamışdır. Məh kəmə kollegiyası bu dəlilə qiymət verməmişdir.

31. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

32. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 mart 2021-ci il tarixli, 2(106)-662/2021 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar