Məhkəmə qərarları › İş №2(102)-5086/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5086/2022

11.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5086/2022 11.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı2 Cavabdeh (prosessual hüquqi varisi X13) qarşı, birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh İddiaçı2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs və X7) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ümumi mülkiyyətdə olan əşyadan istifadə qaydasının müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı2 Cavabdeh (prosessual hüquqi varisi X13) qarşı ev və çıxış yolundan istifadə qaydasının müəyyən edilməsi tələbinə dair, birləşdirilm iş iddia üzrə iddiaçı Cavabdeh İddiaçı2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs və X7) qarşı evin yaşayış sahəsindən payın müəyyən edilməsi və bölünməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-722/2022 nömrəli, 6 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə 11 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh ilə X12 arasında 15 mart 1972-ci il tarixdə nikah bağlanmış, arvada Ağayeva soyadı verilmişdir.

2. Bakı şəhəri 20 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 12 may 1995-ci il tarixli vəsiyyətnaməyə əsasən X5 bütün əmlakını, o cümlədən mülkiyyətində olan Bakı şəhəri, Biləcəri qəsəbəs i, Vidadi küçəsi, 4 nömrəli evi oğlu Cavabdeh vəsiyyət etmiş, qalan vərəsələri vərəsəlikdən məhrum etmişdir.

3. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş FM seriyalı 022793 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Biləcəri qəsəbəsi, Vidadi küçəsi, 4-də yerləşən ümumi sahəsi 168,2 kv.m olan evin 5/8 hissəsi Cavabdeh, 1/8 hissəsi X2, 1/8 hissəsi İddiaçı1 adına 13 sentyabr 2003-cü ildə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı1 cavabdeh İddiaçı1 Ağabala oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Vidadi küçəsi, ev 4-də yerləşən Cavabdeh (və ya sərəncam əsasında onun sahə sinə yerləşdirilən şəxslərin) küçəyə çıxış yolunun qarajdan açılmaqla müəyyən edilməsi, otaqlarını örtən talvarın qarşısından küçəyə çıxış yolu kiçik cığır verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, onlar həmin evdə üç ailə olmaqla yaşamış və onlar doğma qardaş olduğlarından bir giriş qapısından istifadə etmək ona problem yaratmamışdır. Lakin altı aydır ki, Cavabdeh tikilinin özünə məxsus hissəsinə kənar şəxsləri yerləşdirmiş və həmin şəxslər ona məxsus pəncərənin ağzından keçməklə onun talvarının altındakı küçə qapısından istifadə etmişlər ki, bu da onların arasındakı daimi narazılığa səbəb olmuşdur.

6. Cavabdeh İddiaçı1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ün van 1 ünvanda yerləşən torpaq sahəsindəki «B» tikilisinin və «A» tikilisində 2 və 4 rəqəmləri ilə qeyd olunan otaqlarının İddiaçı1 və Mustafayev Ağabalanın mülkiyyətinə yaşayış sahəsinin digər tikililərin isə onun və ailə üzvlərinin mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiasını onunla əsaslandırmışdır ki, mübahisəli ev onun mərhum atası Müzəffərə məxsus olmuş həmin evin çox hissəsini Qasımbala özünə götürmüşdür. Qasımbalanın yaşadığı evin mətbəx və yardımçı otaq kimi istifadə etdiyi tikililərin onun istifadəsinə verilməsi məqsədə müvafiq olmuşdur.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 yanvar 2004-cü il tarixli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 yanvar 2004-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və X1 tərəfindən verilmiş 1756 nömrəli 26 aprel 2004-cü il tarixli ekspert rəyinə əsasən ünvan 1 evin A tikilisində yerləşən 2 və 4 saylı yaşayış otaqlarının cavabdehlərin sərəncamında olan tikililərə birləşdirilsə bu zaman iddiaçının sərəncamında 6 və 7 saylı yardımçı tikililər qalmış olar ki, bu tikililər də yardımçı sahələr olduğundan norma və qaydaları 2. 08. 01 89un 1.1 2:1 2:2 2:4, 2:7 bəndlərinin tələblərinə uyğun olaraq təcrid mənzil təşkil etmədiyindən, həmin tikililəri Cavabdeh sərəncamında olan tikililərə birləşdirmək texniki cəhətdən mümkün olmamışdır. İddiaçı1 istifadə etdiyi yaşayış sahəsinin qarşısında torpaq sahəs ində sərhəd hasarını çəkməklə digər ailə üzvlərinin istifadəsində olan qarajın içərisindən keçməsi, İnşaat norma və Qaydaları 2.01.02.85-in 4.6-nin və Dövlət Şəhərsalma Norma və Qaydaları AZDTN 2.6.1-in 8-ci cədvəlində və 4.13 bəndində tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmamışdır.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 mart 2004-cü il tarixli baxış protokoluna əsasən A tikilisinə 2.4 tikilisindən giriş 6.7 tikilisinə giriş olmuş və bu tikiliyə giriş torpaq sahəsindən olmuşdur. Mübahisəli mülkün torpaq sahəsi üç tərəfdən qonşu ilə bir tərəfdən küçə ilə əhatə olunmuşdur. Torpaq sahəsindən küçəyə 3 çıxış qapısı və bir qaraj küçə qapısına bitişik olan çıxış qapısı olmuşdur. Mübahisəli mülkdə İddiaçı2 aid olan hissəsinin ölçüləri küçə qapısından həyət hissəsindəki a evlər in ölçüsü 10.80 sm, həmin məsafədə üzbə-üz eni 1.10, hündür 1.50 sm olan b tikilisinin pəncərəsi olmuşdur.

11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2-26/2004 nömrəli iş üzrə 5 may 2004-cü il tarixli qətnaməsi ilə (hakim Z.Əliyeva) iddia qismən təmin edilərək, ünvan 1 evin Cavabdeh ilə Mustafayev (Müzəffərov) Qasımbala Müzəffər oğlu arasında, eni 3 metr olan küçəyə çıxış qapısını yolun tən ortasından hasar çəkməklə iki hissəyə bölünməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, Cavabdeh Mustafayev (Müzəffərov) Qasımbala Müzəffər oğlu və qeyrilərinə qarşı mənzilin yaşayış sahəsindən payın müəyyən edilməsi və bölünməsinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuş dur ki, İddiaçı1 istifadə etdiyi yaşayış sahəsinin qarşısında torpaq sahəsində sərhəd hasarını çəkməklə digər ailə üzvlərinin istifadəsində olan qarajın içərisindən keçməsi, İnşaat norma və Qaydaları 2.01.02.85- in 4.6-nın və Dövlət Şəhərsalma Norma və Qaydaları AZDTN 2.6.1in 8-ci cədvəlində və 4.13 bəndində tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmamışdır.

13. Məhkəmə hesab etmişdir ki, Cavabdeh faktiki evini satdığı kənar şəxslər İddiaçı1 pəncərəsinin qarşısından keçdiyi üçün onların arasında olan eni 3 metr keçəyə çıxış yolunun tən yarıdan iki hissəyə bölünməsini məqsədəmüvafiq bilmiş, bu halda məhkəmə tərəflər arasındakı yol mübahisəsinə son qoyulacağını nəzərə almışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. İşdə iştirak etməyə cəlb edilməyən, lakin q əbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin olunan hissəsində ləğv olunması və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya baxışı zamanı təqdim edilmiş Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş FM seriyalı, 027970 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 1 evin 4/8 hissəsi X6 adına 27 fevral 2004-cü ildə qeydiyyata alınmışdır.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 dekabr 2020-ci il tarixli qərardadı ilə Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2017/2021 nömrəli mülki iş üzrə 10 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yəni, “ünvan 1 evin Cavabdeh ilə Mustafayev (Müzəffərov) Qasımbala Müzəffər oğlu arasında, eni 3 metr olan küçəyə çıxış qapısını yolun tən ortasından hasar çəkməklə iki hissəyə bölünməsi” hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbinin təmin olunmaması qət edilmişdir.

18. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhk əməsi Mülki Prosessual Məcəllənin 57.1-ci maddəsinə müvafiq olaraq mübahisəli əmlakın paylı mülkiyyətçisi olan X8 3-cü şəxs kimi işə cəlb edərək məsələnin tam, hərtərəfli və obyektiv araşdırılmasına nail olmağa çalışmalı olduğu halda, bunu etməmiş, bu hal düzgün olmayan məhkəmə qərarının çıxarılması ilə nəticələnmişdir.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyində qeyd edilmişdir ki, İddiaçı1 istifadə etdiyi yaşayış sahəsinin qarşısında torpaq sahəsində sərhəd hasarını çəkməklə digər ailə üzvlərinin istifadəsində olan qarajın içərisindən keçməsi, İnşaat norma və Qaydaları 2.01.02.85-in 4.6-nin və Dövlət Şəhərsalma Norma və Qaydaları AZDTN 2.6.1-in 8-ci cədvəlində və 4.13 bəndində tələblərinə uyğun olaraq texniki cəhətdən mümkü n olmamışdır. Göründüyü kimi ekspert rəyində hasar çəkməklə payların bölünməsinin mümkünsüz olduğu qeyd edilsə də, birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmayaraq, düzgün olmayan nəticəyə gəlmişdir. Buna görə də kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək, həmin hissədə iddia tələbi təmin edilməmişdir.

20. Kollegiya həmçinin vurğulamışdır ki, işin hallarından və üçüncü şəxsin izahatından aydın olmuşdur ki, birinci instansiya məhkəməsinin qətnaməsi hazırkı vaxtadək icra edilməmişdir.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215, 220-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

22. İddiaçı1 (Vəkil2) kassasiya şikayəti verərə k, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Ali Məhkəmənin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-4027/2021 nömrəli mülki iş üzrə 6 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Zaur Əliyev (sədrlik edən və məruzəçi), Abiddin Hüseynov və İlqar Xələfov) İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

24. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ümumi paylı mülkiyyətçilərdən birinin vaxtında işə cəlb edilməməsi, qətnamənin ləğv edilməklə marağına toxunulan paylı mülkiyyətçinin işdə iştiraka cəlb edilməsi, mübahisənin onun payı və mənafelərinin də nəzərə alınmaqla həll edilməsi üçün əsas olsa da, həmin fakt özü-özlüyündə ümumi əşyadan istifadə qaydasının müəyyən edilməsi tələbinin rədd edilməsi üçün əsas deyil.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işə mahiyyəti üzrə baxan məhkəmə mübahisə predmeti (ümumi paylı mülkiyyətdə) olan əşyanın nədən ibarət olmasını, buraya yaşayış evi ilə yanaşı həyətyanı sahənin də daxil olub-olmamasını, istifadə qaydasının müəyyən edilməsi tələb olunan sahənin daşınmaz əmlakın dövlət reyestrindəki hüquqi vəziyyətini, o cümlədən hazırkı ümumi mülkiyyətçilərin dairəsini aydınlaşdırmalı, əşyadan istifadə qaydası ilə bağlı mübahisənin nədə ifadə olunduğunu dəqiqliklə müəyyən etməli və iddia tələbinə mülki qanunver iciliyin tələblərinə uyğun hüquqi qiymət verilməlidir.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya məhkəməsi Maraqlı şəxs payı və qanuni mənafeləri də nəzərə alınmaqla ümumi paylı mülkiyyətdə olan əşyadan iddiaçının tələb etdiyi istifadə qaydasının mümkün olub-olmamasını yoxlamamışdır.

27. Kollegiya onu da nəzərə almışdır ki, ilkin iddia üzrə Cavabdeh xx.xx.2007-ci ildə ölmüşdür. Bu hal ona dəlalət etmişdir ki, apellyasiya məhkəməsi işə baxarkən həmin cavabdeh sıradan çıxmışdı. İşdə olan xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh, ünvan 1 evin 1/8 payla mülkiyyətçisi kimi qeydə alınmışdır. Onun paylı mülkiyyətinə dair qeydiyyat ləğv edilmədiyi halda, iş üzrə cavabdeh olan Cavabdeh hüquqi varisinin müəyyən edilmədən mübahisənin həlli prosessual qanunvericiliyi n tələblərinə uyğun hesab edilə bilməz.

28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215-ci maddəsinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

29. X9 vəsatəti əsasında apellyasiya instansiyası məhkəməsinin 5 aprel 2022-ci il tarixli qərardadı ilə X13 Cavabdeh hüquqi varisi qismində mülki işə cəlb edilmişdir.

30. İddiaçı2 vəsatəti əsasında X7 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

31. Apellyasiya baxışı zamanı təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vidadi küçəsi, 4C (yeni qaydalarla: AZ 1117, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vidadi küçəsi, 10) tam mülkiyyət hüququ üzrə X4 adına 12 sentyabr 2019-cu ildə qeydiyyata alınmışdır.

32. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-722/2022 nömrəli mülki iş üzrə 6 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Vahid Sadıqov) müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yəni, “ünvan 1 evin Cavabdeh ilə Mustafayev (Müzəffərov) Qasımbala Müzəffər oğlu arasında, eni 3 metr olan küçəyə çıxış qapısını yolun tən ortasından hasar çəkməklə iki hissəyə bölünməsi” hissəsində ləğv edilməsi, həmin hissəd ə yeni qətnamə çıxarılaraq iddia tələbinin təmin olunmaması qət edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, müvafiq istifadə qaydasının müəyyən olunması paylı mülkiyyətçilərin etirazı ilə yanaşı, texniki cəhətdən də mümkün olmamışdır. Belə olan halda birinci instansiya məhkəməsinin hansı sübuta əsasən - fərdi yaşayış evinin Cavabdeh ilə Mustafayev (Müzəffərov) Qasımbala Müzəffər oğlu arasında, eni 3 metr olan küçəyə çıxış qapısını yolun tən ortasından hasar çəkməklə iki hissəyə bölünməli olması barədə nəticə gəlməsi anlaşılmaz olmaqla, ümumiyyətlə əsaslandırılmamışdır.

34. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə həmçinin, eni cəmi 3 metr (texniki sənədlərə əsasən 2,90 metr) olan ümumi istifadədə olan yolun tən ortadan hasar çəkilməklə bölün məsinin digər paylı mülkiyyətçilərin hüquqlarını məhdudlaşdırmasını da nəzərə almamışdır.

35. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, qətnamənin qəbulundan uzun müddət (təqribən 18 il) keçməsinə baxmayaraq, hazıradək müvafiq hasar çəkilməmiş, paylı mülkiyyətçilər torpaq sahəsindən əvvəlki qaydada istifadəyə davam etmişdir. Bu halın özü də torpaq sahəsindən müvafiq qaydada istifadəyə zərurətin mövcud olmamasına dəlalət etmişdir.

36. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1, 215-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 52-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

37. İddiaçı2 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətna məsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

38. Şikayət onunla əsaslandırılmışdır ki, işdə olan hüquqmüəyyənedici sənədlərə əsasən mübahisə predmeti olan torpaq sahəsi paylı mülkiyyətçilərin istifadəsində olmaqla texniki pasportda öz əksini tapmışdır. Belə olan halda torpaq sahəsindən fərqli qaydada istifadə də paylı mülkiyyətçilərin razılığı ilə müəyyən oluna bilər. Lakin, iddiaçının bu istiqamətdə (iddia tələbində göstərilən qaydada) təklifinə bütün paylı mülkiyyətçilərin razılığı olmamışdır. İddiaçı payçılarla razılıq əldə edə bilmədiyi üçün (payçı Müzəffər Ağayevin hüquqi varisi Larisa Ağayeva iddia ilə razıdır) mübahəsinin məhkəmə qaydasında həll edilməsinə çalışmışdır. O, is tifadə etdikləri ümumi torpaq sahəsində digər payçı Maraqlı şəxs ilə onu ayıran hasar çəkilməsini istəmişdir. Hasar ümumi istifadə edilən torpağın hər iki tərəf üçün tən ortasından çəkiləcəkdir ki, bununla da kiminsə hüququ pozulmuşdur. Lakin məhkəmə iddiaçı tərəfindən ədalətli şəkildə təklif edilən payın müəyyən edilməsinə heç bir əsas gətirə bilməmişdir. İddiaçının digər payçı ilə ümumi şəkildə istifadə etdikləri torpaq sahəsində hasar çəkməklə hər iki tərəfin küçəyə ayrıca giriş-çıxışının müəyyən edilməsinə ehtiyacın yaranması görünmüşdür. Həmin şəxslər bu qaydanı öz aralarındakı razılaşmaya uyğun müəyyənləşdirə bilərlər. Lakin bu mümkün olmadıqda yaşayış sahəsinin yerləşdiyi torpaqdan istifadə qaydasının müəyyən edilməsi ilə bağlı mübahisəni məhkəmə həll etməlidir. Apellyasiya instansi yası məhkəməsi yuxarıda eyd edilən halları nəzərə almamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmişdir. Beləliklə, istifadə qaydasını müəyyən etməyən apellyasiya məhkəməsi qeyd etmişdir ki, həmçinin, eni cəmi 3 metr (texniki sənədlərə əsasən 2,90 metr) olan ümumi istifadədə olan yolun tən ortadan hasar çəkilməklə bölünməsinin digər paylı mülkiyyətçilərin hüquqlarını məhdudlaşdırmasını da nəzərə almamışdır. Lakin məhkəmə kimin hansı formada hüququnun məhdudlaşdırılmasını izah etməmişdir. Halbuki təklif olunan istifadə qaydasında hər iki tərəf torpaq sahəsində hasar çəkilməklə tam bərabər qaydada torpaq sahəsindən ayrıca formada istifadə edəcəklər.

39. Kassator, həmçinin qeyd etmişdir ki, apellyasiya məhkəməsi Larisa Ağayevanı məhkəməyə formal şəkildə cəlb etsə də, onun iştirakını təmin etməmişdir. Məhkəmə MPM-in 135-ci maddəsinə əməl etməmiş və Larisanı məhkəməyə cəlb etməmişdir. İddiaçının təklif etdiyi istifadə qaydası heç kimin hüququnu pozmamış, heç kimə maneə yaratmamış, əksinə digər payçı Maraqlı şəxs ilə ümumi istifadə etdikləri torpaq sahəsində hasar çəkməklə küçəyə ayrıca giriş-çıxışın müəyyən edilməsini tələb etmişdir. Apellyasiya məhkəməsi ilə tamamilə əsassız şəkildə ümumi sözlərlə əşyadan iddiaçının tələb etdiyi istifadə qaydasının mümkün olmamasını müəyyən etmişdir. Məhkəmə iddianı rədd edərkən həddən a rtıq anlaşılmazlıq və qeyri-müəyyən arqument irəli sürmüşdür. Belə ki, məhkəmə hesab edir ki, eni 3 metr olan ümumi istifadədə olan yolun tən ortasından hasar çəkməklə bölünməsi digər paylı mülkiyyətçilərin hüquqlarının məhdudlaşdırılmasına səbəb olacaq. Lakin məhkəmə eni cəmi 3 metr (texniki sənədlərə əsasən 2,90 metr) olan ümumi istifadədə olan yolun tən ortadan hasar çəkilməklə bölünməsinin hansı paylı mülkiyyətçilərin hüquqlarını məhdudlaşdırmasını da nəzərə almamışdır. Hansı mülkiyyətçilərdən söhbət getdiyini aydınlaşdırmamışdır. Məhkəmə iclasında, ümumiyyətlə, paylı mülkiyyətçilər İddiaçı2, Maraqlı şəxs və Larisa Ağayevadır, Larisa Ağayeva cavabdeh olaraq iddianı qəbul etmişdir. Digər tərəfdən isə yolun bölünməsi heç kimin hüquqlarını məhdudlaşdırmır. Çünki yol bölündükdən sonra hər iki tərəfə bərabər həcmdə torpaq sahəsi düşür. Məhkəmə eyni zamanda hesab etmişdir ki, qətnamənin qəbulundan uzun müddət (təqribən 18 il) keçməsinə baxmayaraq, hazıradək müvafiq hasar çəkilməmiş, paylı mülkiyyətçilər torpaq sahəsindən əvvəlki qaydada istifadəyə davam etmişdir. Bu halın özü də torpaq sahəsindən müvafiq qaydada istifadəyə zərurətin mövcud olmamasına dəlalət edir. Hal-hazırda iddiaçı ilə cavabdeh arasında bu istiqamətdə münaqişələr olub. Uzun müddət qətnamənin icra olunmamasının da, ümumiyyətlə, məsələyə aidiyyatı yoxdur. Hazırda iddiaçı istifadə qaydasını müəyyən etmək istəyir. Bu halın özü isə iddianın rədd edilməsinə səbəb ola bilməz.

40. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, 215-ci, Azərbayca n Respublikası Torpaq Məcəlləsinin 52-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135, 407.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. X13 ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddiadan imtina etdiyini, ilk iddianın təmin olunmasını və mülki işə şifahi icraat qaydasında baxılmasını xahiş etmişdir.

42. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş dəlillərin hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli olması üçün əsasları müəyyən etməmiş və kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəl ləsi

43. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

44. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

45. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.

46. Maddə 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşya ya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər.

47. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

48. Maddə

52. Torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mül kiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Maddə 416.1. Kassasiy a instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

55. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış v ə (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Hazırkı kassasiya şikayətində qətnamə qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı qismən yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Məhkəmə k ollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

60. İddiaçı2 kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 41 6-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

61. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

62. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-722/2022 nömrəli, 6 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar