Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-509/2025 07.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Fətəlı̇ yev Mı̇ rzağa Böyükağa oğlunun cavabdeh Fətəlı̇ yev Zamı̇ n Böyükağa oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: paylı mülkiyyət, kompensasiya ödənilməklə pay hüququna xitam verilməsi; mülkiyyətçinin payının cüzi olması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı Fətəlı̇ yev Mı̇ rzağa Böyükağa oğlunun cavabdeh Fətəlı̇ yev Zamı̇ n Böyükağa oğluna qarşı paylı mülkiyyətinə kompensasiya yolu ilə xitam verilməsi tələbinə dair mülki iş üzrə Bakı Ap ellyasiya Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli 2(103)-5259/2024 nömrəli qətnaməsindən iddiaçı Fətəlı̇ yev Mı̇ rzağa Böyükağa oğlu tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MA seriyalı, xx.xx.2009-cu il tarixli çıxarışa əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sutanov küçəsində istifadədə olan 0.01788 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 42.4 kv.m. yaşayış, 50.3 kv.m. köməkçi sahədən ibarət 13a nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 112 nömr əli reyestr kitabının 10190 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Ölüm haqqında şəhadətnaməyə əsasən, X9 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.
3. Bakı şəhəri 3 saylı Asan Xidmət Mərkəzinin Notariat Ofisi tərəfindən təsdiq edilmiş 17 sentyabr 2019-cu il tarixli vəsiyyətnaməyə əsasən, X9 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını oğlu – İddiaçı vəsiyyət etmişdir.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 8 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsələri: şəhadətnamə verilən miras əmlak: X 10 (qızı) 1/8 hissə, X1 (qızı) 1/8 hissə; X5 (oğu) 5/8 hissə; X11 (oğlu) 1/8 hissə və onların hər biri miras əmlakdan yuxarıda göstərilən pay almalıdırlar. Miras əmlakı: ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli real vaxt rejimində sorğu əsasında alınmış yüklülüyün olub olmaması barədə arayışa və ƏMDK-ın yanında Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə X6 verilmiş **********98-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 42.4 kv. metr köməkçi sahəsi 50.3 kv metr (iki) otaqlı fərdi yaşayış evindən ibarətdir.
5. X12, X1 və İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli miras payın bağışlanması müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 42.4 kv. metr k öməkçi sahəsi 50.3 kv metr (iki) otaqlı fərdi yaşayış evindən hər birinə məxsus 1/8 hissə payın qardaşları İddiaçı bağışladılar. Pay verilən tərəf qardaşı İddiaçı payı qəbul etmişdir.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışa əsasən, Bakı şəhəri, Qaradağ rayon, Lökbatan qəsəbəsi, Sultanov küçəsində yerləşən 13A nömrəli evin 7/8 hissəsi üzərində xüsusi mülkiyyət hüququ İddiaçı adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Daşınmaz əmlakın ümumi sahəsi 92,70 m2, torpaq sahəsinin ölçüsü 0,519 ha göstərilmişdir.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışa əsasən, Bakı şəhəri, Qaradağ rayon, Lökbata n qəsəbəsi, Sultanov küçəsində yerləşən 13A nömrəli evin 1/8 hissəsi üzərində xüsusi mülkiyyət hüququ Cavabdeh adına xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Daşınmaz əmlakın ümumi sahəsi 161,70 m2, torpaq sahəsinin ölçüsü 0,1492 ha göstərilmişdir.
8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(002)-58/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh, X7 və X15 cavabdehlər İddiaçı və X2 qarşı “evə köçmə, yaşayış üçün maneənin aradan qaldırılması, kirayə pulunun ödənilməsi, qanunsuz tikililərin sökülməsi” barədə iddia tələbi təmin edilməmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(103)-2697/2023 saylı qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(002)-58/ 2022 saylı qətnaməsi yoxlanılan hissədə ləğv olunmaı, həmin hissədə iddianın qismən təmin edilməsi, iddiaçı Cavabdeh paylı mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayon, Lökbatan qəsəbəsi, Sultanov küçəsi 13A nömrəli evə köçürülməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum analarından miras qalmış ünvan 2 ünvanında yerləşən 42.4 kvadrat metr yaşayış 50,3 kvadrat metr köməkçi sahədən ibarət 2 otaqlı fərdi yaşayış evinin paylarına uyğun naturada bölgüsü, naturada bölgü mümkün olmadığı halda miras əmlakın qiymətləndirilməsi və cavabdehə onun payına uyğun yəni miras əmlakın dəyərinin 1\8 miqdarında (məbləğində) kompensasiya verilməklə onun miras əmləkdakı pay hüq uquna, istifadə hüququna, habelə yaşamaq hüququna xitam verilməsi barədə xahiş etmişdir.
11. İddia onunla əsaslandırılmışdır ki, mərhum anası X3 miras qalmış ünvan 2 ünvanında yerləşən 42.4 kvadrat metr yaşayış 50,3 kvadrat metr köməkçi sahədən ibarət 2 otaqlı fərdi yaşayış evi 8 saylı notarial ofisində acılmış 2V-163 və 2V-165 vərəsəlik işi üzrə verilmiş vəsiyətnamə üzrə vərəsəlik hüququ haqında və məcburi paya şəhadətnamələrə əsasən 5/8 hissədə ona, 1/8 cavabdeh Fətəliyev Böyükağa oğluna məxsusdur. Həmin yaşayış sahəsi onun yeganə yaşayış yeridir, lakin cavabdeh özünə məxsus yaşayış yeri vardır, hazırkı vəziyətdə miras əmlakın yaşayış sahəsi onun və cavabdehin ailə üzvləri ilə birlikdə yaşamasına imkan vermir. Ona görə də miras əmlakda cavabdehin payına uyğun kompensasiya verilmeklə pay və istifadə hüququna xitam verilməsinə dair cavabdehə bildiriş (pritenziya) göndərilmiş lakin cavabdeh tərəfindən həmin məktuba münasibət bildirilməmişdir. Buna görə də o mərhum anasından miras qalmış ünvan 3 ünvanında yerləşən 42.4 kvadrat metr yaşayış, 50,3 kvadrat metr köməkçi sahədən ibarət 2 otaqlı fərdi yaşayış evinin paylarına uyğun naturadan bölgüsü, bölgü mümkün olmadığı halda miras əmlakın qiymətdirilməsi və cavabdehə onun payına uyğun yəni miras əmlakın dəyərinin 1/8 miqdarında (məbləğində) kompensasiya verilməklə onun miras əmləkda pay hüququna, istifadə hüququna,habelə yaşamaq hüququna xitam verilməsinə dair iddia ərzəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
12. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, ev həyət evidir, evin ərazisi 161 kvadrat metrdir. Evin yanında əlavə tikili var. Həmin ərazidəki evlərin sotu 30000 manatdır. İddiaçı evdəki payını kirayəyə verib. Evə əlavə giriş-çıxış qapısı açıla bilər. Evin naturada bölgüsü mümkündür, evin naturada bölgüsünün aparılmasını xahiş edir. O, öz evində yaşamaq istəyir, amma evdə yaşaya bilmir. Evin satılmasına razı deyil. İddiaçının təklif etdiyi 7.875 manat məbləğlə razı deyil. Həmin ərazinin sotu 30.000 manatdır. Həyətdə köməkçi evlər var. Həyət bölünüb. Mübahisəli ev ona anasından qalıb. Miras əmlakın sahəsi 161 kv.m-dir. Məhkəmə qərarı ilə evə bir gün köçürüldü, ancaq daha sonra Mirzağa evin açarlarını ondan aldı. O da evdən köçməyə məcbur qaldı. Mirzağa evdə yaşamağa ona icazə vermir. Hal-hazırda kirayədə qalır. Vəkilin bildirdiyi kimi özünün nə evi, nə də təsərrüfatı var.
13. Azərbay can Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3- 16-16/2-10/6735 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, qəraradadın 1-ci və 2-ci sualları üzrə, ünvan 3 ünvanında yerləşən mübahisə predmeti olan fərdi yaşayış evinin real paylar üzrə naturada 1/8 və 7/8 hissələrə bölünməsinin İnşaat Norma və Qaydalarının 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-X14 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Qəraradadın 3-cü sualı üzrə, ünvan 3 ünvanında yerləşən mübahisə predmeti olan fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 63.000 manat məbləğində müəyyən olunur. İstinad edilmiş internet məlumatları rəyə əlavə edilmişdir. Qə rardadın 4-cü sualı üzrə ünvan 3 ünvanında yerləşən mübahisə predmeti olan fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun olaraq dəyərinin təqribən 63.000 manat təşkil etdiyini nəzərə alaraq həmin fərdi yaşayış evinin 1/8 hissəsinin dəyəri təqribən 7.875 manat (63.000:8), 7/8 hissəsinin dəyəri isə təqribən 55.123 manat (63.000:8) məbləğində müəyyən olunur.
14. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-56/2024 nömrəli, 28 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
15. Məhkəmə, cavabdehin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594cü keçid, 15 saylı evin 40 saylı mənzilində 1/8 hissədə payının cüzi olması və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyinin olmaması məsələsini hazırkı işin faktiki halları ilə birlikdə qiymətləndirərək qey d etmişdir ki, həmin hissədə iddiaçının dəlilləri əsassızdır. Cavabdeh mübahisəli fərdi yaşayış evinə köçürülməsi barədə qanuni qüvvəyə minmiş qətnamə olmaqla o, faktiki olaraq həmin evdə yaşayır. Bundan başqa, miras əmlakın aktivinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sultanov küçəsində yerləşən 13A nömrəli ev daxil olmaqla, həmin evin yerləşdiyi torpaq sahəsi miras aktivinə daxil olmamış, beləliklə, torpaq sahəsi üzərində tərəflərin paylı mülkiyyəti müəyyən edilmədiyindən cavabdeh həmin torpaq üzərində əlavə tikililər inşa etməklə oradan istifadə edir. Göstərilənlərdən aydın olur ki, cavabdeh mənzil hüququnu paylı mülkiyyətçisi olduğu əmlakda realizə etdiyindən onun ümumi əmlakdan istifadə edilməsində mühüm mənafeyinin olması aşkardır.
16. Məhkəmə həmçinin qeyd etmişdir ki, p aylı mülkiyyətçinin razılığı olmadan onun pay hüququna kompesasiya verilməsi yolu ilə xitam verilməsi üçün şərtlər hazırkı işdə mövcud olmadığından və cavabdeh 7.875 manat kompensasiya müqabilində payından məhrum edilməsinə razı olmadığını bildirdiyindən öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən Cavabdeh əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçi İddiaçı tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə ziddir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 49- cu maddələrinə; Avropa İnsan Hüquqları Konvensiyasına 1 saylı Protokoluna; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 213.1, 213.2, 213.3, 220.1, 220.2, 220.3, 220.4 və 220.6-cı maddələrinə; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, maddi hüquq normalarının tələbinə görə, paylı mülkiyyətçinin razılığı olmadan onun payına kompensasiya verilməsi ilə xitam verilməsi üçün üç şərt birlikdə mövcud olmalıdır: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Hazırkı işin hallarından görünür ki, mülki qanunvericilikdə cavabdehin paylı mülkiyyətçinin razılığı olmadan onun payına kompensasiya verilməsi ilə xitam verilməsi üçün üç şərt birlikdə mövcuddur. Beləki, mülki işə əlavə edilmiş sənədlərdən və ekspertiza rəylərindən görünür ki, cavabdeh paylı mülkiyyətçinin payının naturada bölənərək ayrılıb ona verilməsi mümkün deyildir və onun payı cüzi olmaqla miras əmlakın 1/8 hissəsini təşkil edir, həmin hissənin dəyəri ümumilikdə 7.875 manat təşkil edirsə, onun miras əmlakdakı 7/8 hissədə payının dəyəri 55.125 manat təşkil edir, habelə cavabdeh paylı mülkiyyətçinin başqa yerdə yaşayış yerinə malik olması səbəbindən həmin miras əmlakdakı payından isitifadə etmir. Lakin, qeyd olunanlara baxmayaraq məhkəmə qeyriobyektiv olaraq hesab edir ki, paylı mülkiyyətçinin razılığı olmadan onun pay hüququna kompesasiya verilməsi yolu ilə xitam verilməsi üçün yuxarıda göstərilən şərtlər hazırkı şdə mövcud olmadığından və cavabdeh 7.875 manat kompensasiya müqabilində payından məhrum edilməsinə razı olmadığını bildirdiyindən öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən Cavabdeh əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçi İddiaçı tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə ziddir. Hesab edir ki, məhkəmənin qeyd olunan qətnaməsi əsaslandırılmadığından, maddi və prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla qəbul edildiyindən ləğv edilməli və iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada p ay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürül məsi haqqında qərar qəbul edə bilər. Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin mübahisələndiridiyimiz qətnaməsi işin həqiqi hallarına uyğun olaraq əsaslandırılmamış, habelə işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər – Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Fuad Abdıyev) xx.xx.2024-cü il tarixli, 2(103)-5259/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-56/2024 saylı, 16 iyul 2024 il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, ümumi mülkiyyəti təşkil edən əmlakın naturada bölünməsi mümkünsüzdür. Bu işin mübahisəsiz halıdır.
22. Bununla yanaşı qeyd edilməlidir ki, Mülki Məcəllənin 220.4-cü maddəsi üç halın mövcud olması halda payı cüzi olan mülkiyyətçinin payının onun razılığı olmadan kompensasiya ilə əvəzləşdirərək mülkiyyət hüququna xitam verilməsini mümkün edir. Bu hallar isə aşağıdakılardır: mülkiyyətçinin payı cüzi olduqda; real surətdə ayrıla bilmədikdə; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda.
23. Göründüyü kimi, ümumi paylı mülkiyyətdə pay hüququndan məhrum edilmə yalnız müstəsna hallarda yolveriləndir. Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmə tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəkildə tədqiq etməklə müəyyən edilməlidir.
24. Birinci instansiya məhkəməsi də cavabd ehin əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmamasını araşdırmış, cavabdehin ümumi mülkiyyətdə olan 1/8 payının cüzi olmadığını qeyd etmişdir. Məhkəmə həmçinin Cavabdeh mübahisəli fərdi yaşayış evinə köçürülməsi barədə qanuni qüvvəyə minmiş qətnamənin mövcudluğuna istinad etməklə, cavabdehin mənzil hüququnu paylı mülkiyyətçisi olduğu əmlak hesabına realizə etdiyindən onun ümumi əmlakdan istifadə edilməsində mühüm mənafeyinin olmasının aşkar olduğunu qeyd etmişdir.
25. Bu baxımdan məhkəmə yuxarıda sadalanan müstəsna halların eyni zamanda mövcudluğunun müəyyən edilməməsi əsası ilə iddianın təmin olunmasını mümkün saymamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi hazırkı mübahisənin obektiv, hüquqi həlli üçün iş üzrə müəyyən olunmuş halları bu məsələni bilavasitə tənzimləyən Mül ki Məcəllənin 220.1-220.6-cı maddələrinin dispoziya şərtləri əsasında qarşılıqlı şəkildə təhlil etməklə düzgün nəticəyə gəlmişdir. Əks yanaşma, yəni öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı.
26. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1, 213.2, 213.3, 220.1, 220.2, 220.3, 220.4 və 220.6, 221-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublika sı Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə, Azərbaycan Respublikasının MPM-in 14.1, 14.2, 77.1, 217.3, 217.4, 220.4-cü maddələtinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı Fətəlı̇ yev Mı̇ rzağa Böyükağa oğlu (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən maddi və prosessual hüquq pozuntularına yol verilmiş, hazırkı mülki işə düzgün hüquqi qiymət verilməmiş, habelə məhkəmə kollegiyası tərəfindən qəbul edilmiş qətnamə hüquqi cəhətdən əsasla ndırılmamış və qətnamə şablon sözlərdən ibarət ifadələrlə qəbul edilmişdir. Belə ki, maddi hüquq normalarının tələbinə görə, paylı mülkiyyətçinin razılığı olmadan onun payına kompensasiya verilməsi ilə xitam verilməsi üçün üç şərt birlikdə mövcud olmalıdır: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Hazırkı işin hallarından görünür ki, mülki qanunvericilikdə cavabdehin paylı mülkiyyətçinin razılığı olmadan onun payına kompensasiya verilməsi ilə xitam verilməsi üçün üç şərt birlikdə mövcuddur. Belə ki, mülki işə əlavə edilmiş sənədlərdən və ekspertiza rəylərindən görünür ki, cavabdeh paylı mülkiyyətçinin payının naturada bölünərək ayrılıb ona verilməsi mümkün deyildir və onun payı cüzi olmaqla mir as əmlakın 1/8 hissəsini təşkil edir, həmin hissənin dəyəri ümumilikdə 7.875 manat təşkil edir, iddiaçının isə miras əmlakdakı 7/8 hissədə payının dəyəri 55.125 manat təşkil edir, habelə cavabdeh paylı mülkiyyətçinin başqa yerdə yaşayış yerinə malik olması səbəbindən həmin miras əmlakdakı payından isitifadə etmir. Lakin, qeyd olunanlara baxmayaraq məhkəmə qeyriobyektiv olaraq hesab edir ki, paylı mülkiyyətçinin razılığı olmadan onun pay hüququna kompesasiya verilməsi yolu ilə xitam verilməsi üçün yuxarıda göstərilən şərtlər hazırkı işdə mövcud olmadığından və cavabdeh 7.875 manat kompensasiya müqabilində payından məhrum edilməsinə razı olmadığını bildirdiyindən öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən Cavabdeh əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq d igər mülkiyyətçi İddiaçı tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə ziddir. Məhkəmənin qeyd olunan qətnaməsi əsaslandırılmadığından, maddi və prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla qəbul edildiyindən ləğv edilməli və iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. M ülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi işin həqiqi hallarına uyğun olaraq əsaslandırılmamış, habelə işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir.
29. Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 24, 60, 71-ci, “İnsan hüquqlarının və Əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı protokolun 1-ci, Konvensiyanın 6-cı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.1.2, 220-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 8, 9.1, 9.3, 14, 77,217 və 220-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
31. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
32. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənl əşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
33. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.
34. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
35. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
36. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, üm umi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
37. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçıla rının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
38. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
39. Maddə
221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarı:
40. Ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndir məklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Bununla, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmal ı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyə tli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
50. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və pros essual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdı rılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instasniyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətna mənin ləğv edilməsi üçün əsas təşkil etmir.
57. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı X13 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 oktyabr 2024-cü il tarixli 2(103)-5259/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.