Məhkəmə qərarları › İş №2(102)-5099/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5099/2021

15.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5099/2021 15.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 və qeyrilərinin Cavabdeh1 qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: daşınmaz əmlakdan payların naturada ayrılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-479/2020 nömrəli iş üzrə 07 avqust 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq mə hkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Tovuz Rayonunun Əyyublu kəndində yerləşən 230,7 kv.metr ölçüdə fərdi yaşayış evi və 0,2462 ha ölçüdə torpaq sahəsi 16 yanvar 2017-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı1, Cavabdeh1, İddiaçı2 və İddiaçı3 məxsusdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin avqust ayında birgə mülkiyyətçilərdən İddiaçı1, İddiaçı2 və İddiaçı3 daşınmaz əmlakın digər mülkiyyətçisi Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə mülkiyyətlərində olan daşınmaz əmlakın üzərində sərbəst surətdə sərəncam vermə imkanları olmadığı üçün həmin daşınmaz əmlakdan (torpaq sahəsi və ev) paylarının naturada ayrılmasına d air qətnamə qəbul edilməsini xahiş etmişlər. Tovuz Rayon Məhkəməsinin 2(062)-91/2019 saylı, 13 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakim: N.Q.Mustafayev) iddia təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə iddiaçılar qətnamədən apellyasiya şikayəti verərək ümumi əmlakdan istifadə ilə əlaqədar cavabdehlə aralarında münaqişənin olduğu üçün faktiki olaraq yaşayış sahəsinin və torpaq sahəsini öz aralarında bölməklə ayrı yaşamalarını və eyni zamanda giriş-çıxış yolunu müəyyən etmələrini, belə olduqda əmlakın naturada bölünməsinin qeyrimümkün olması barədə məhkəmənin nəticəsinin qanunsuz olmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasını n 2(104)-479/2020 saylı, 07 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.M.Əliyeva (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və Ş.Q.Rzaquliyev) apellyasiya şikayəti təmin edilərək Tovuz Rayon Məhkəməsinin 13 fevral 2019-cu il tarixli, 2(062)-91/2019 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbinin təmin edilib tərəflərin birgə mülkiyyətində olan Tovuz rayonunun Əyyublu kəndində 0,2462 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 230,7 kv.metr olan fərdi yaşayış evinin və torpaq sahəsinin naturada iki hissəyə bölünərək ekspert tərəfindən tərtib edilmiş sxemdə göstərilən qaydada iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ¾ hissədə (cəmi 0.1847 ha torpaq sahəsində) paylarına düşən ümumi sahəsi 173,8 kv.metr yaşayış sahəsi 78,3 kv.metr, yardımçı sahəsi 95,5 kv.m., Cavabdeh1 ¼ hissədə (0.0615 h a torpaq sahəsində) payına düşən ümumi sahəsi 56,9 kv.metr, yaşayış sahəsi 24,1 kv.metr və yardımçı sahəsi 32,8 kv.metr müəyyən olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh1 kassasiya şikayəti verərək mübahisəli əmlakın naturada bölünməsinin qeyri-mümkün olmasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında Cavabdeh1 və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçılar məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçıların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 220.3 Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin pa ylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və pr osessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edi r ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İş materiallarından görünür ki, mübahisəli torpaq sahəsi və fərdi yaşayış evi tərəflərin ümumi birgə mülkiyyətində olmuş və mülkiyyətçilərdən üçü paylarının naturada ayrılması barədə məhkəmədə iddia qaldırmışlar. Belə olduqda, məhkəmə hər bir mülkiyyətçinin payının naturada ayrılmasının mümkünlüyü məsələsini araşdırmalı idi. Lakin apellyasiya instansiyası məhkəməsi mübahisəni tələb olunan qaydada həll etməməklə əmlakın iki hissəyə naturada bölünməsi barədə qətnamə qəbul etmişdir. Bundan başqa, məhkəmə kollegiyası göstərilən qaydada qətnamə qəbul edərkən iş üçün mühüm əhəmiyyət kəsb edən halları nəzərdən qaçırmış və iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. İşin 26-cı səhifəsində olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin Tovuz Rayon Məhkəməsinə ünvanlanmış iddia ərizəsinə qarşı 06 sentyabr 2018-ci il tarixli etirazından və işin 142-144-cü səhifələrində olan Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin Gəncə Apellyasiya Məhkəməsinə ünvanlanmış 16 oktyabr 2020-ci il tarixli məktubundan görünür ki, mübahisəli əmlakın mülkiyyətçilərindən İddiaçı2 və İddiaçı1 paylarını digər mülkiyyətçi İddiaçı3 04 avqust 2018-ci il tarixli bağışlama müqaviləsi əsasında ba ğışlamaqla sonuncunun fərdi yaşayış evinin 3/4 hissəsinə, torpaq sahəsinin isə 11/16 hissəsinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Fərdi yaşayış evinin qalan 1/4 hissəsi və torpaq sahəsinin qalan 5/16 hissəsi Cavabdeh1 mülkiyyətindədir. İşin 79, 81-ci səhifələrində olan 04 avqust 2018-ci il tarixli bağışlama müqaviləsinin və 09 avqust 2018-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarışın kserosurətlərindən görünür ki, mülkiyyətçilərdən İddiaçı2 və İddiaçı1 paylarını İddiaçı3 bağışlamış və sonuncunun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi işin həmin hallarını yoxlamamış, onlara müvafiq hüquqi qiymət verməmişdir. Həmin hallar təsdiq olunacağı təqdirdə belə bir qənaət yaranır ki, işə baxılarkən mübah isəli əmlakın dörd mülkiyyətçisi deyil, iki mülkiyyətçisi vardır. İş üzrə iddiaçılar paylarını İddiaçı3 bağışlamaqla əmlaka mülkiyyət hüquqlarını itirdiklərindən ümumi mülkiyyətin mülkiyyətçiləri kimi onlara həmin əmlakdan pay ayrılması əsaslı və qanuni sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə görə yalnız paylı mülkiyyətin mülkiyyətçiləri öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülk iyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göstərilənlərlə əlaqədar, kollegiya hesab edir ki, qətnamə işdə olan bütün sübutlara tam və hərtərəfli qiymət verilmədən çıxarıldığından Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-479/2020 nömrəli iş üzrə 07 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi a

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar