Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-51/2020 14.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, İddiaçı Mehdi oğlunun, iddiaçının vəkili X1, Cavabdeh və vəkili X2, “ xxxx” QSC-nın vəkili X3 iştirakı ilə, İddiaçı Mehdi oğlunun cavabdehlər Cavabdeh, “ xxxx” QSC-yə və “xxxx” MMC-yə qarşı “yolun boşaldılması və yoldan istifadə olunması üçün maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsini n MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhəri Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim C.Məmmədov) İddiaçı Mehdi oğlunun cavabdehlər Cavabdeh, “ xxxx” QSC-yə və “xxxx” MMC-yə qarşı “yolun boşaldılması və yoldan istifadə olunması üçün maneələrin aradan qaldırılması” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı Mehdi oğlunun sahibliyində olan fərdi yaşayış evinə giriş çıxış üçün olan maneələrin aradan qaldırılması və Cavabdeh sahibliyində olan torpaq sahəsində inşa edilmiş hasarın Cavabdeh hesabına sökülərək iddiaçı İddiaçı Mehdi oğlunun fərdi yaşayış evinə gedən yolun bərpa edilməsi, həmin yoldan nəqliyyat vasitəsinin sərbəst gediş gəlişinin təmin o lunması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən E.Rəhimov, hakimlər G.Tağızadə və T.Quliyev) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhəri Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi iddianın təmin edilməsi hissəsində dəyişdirilmiş, Sumqayıt şəhəri, Dəmiryolu stansiyası rayonu, Çerkassı küçəsində iddiaçı İddiaçı Mehdi oğlunun yaşayış evinə gedən yolu bərpa etmək üçün cavabdehə məxsus hasarın sağ tərəfinin 3 metr hissədə (dəmiryoluna perpendikulyar olmaqla) sökülməsi və iddiaçının evinə dəmir yoluna paralel olmaqla 3 metr enində zəruri yolun verilməsi qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azə rbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin MKnın xx xxxx 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Mehdi oğlu iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən özbaşına tutulmuş yolun boşaldılması, həmin yolun istifadəsi üçün maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, iddiaçının nümayəndəsi iddia tələbini həcmini artıraraq, cavabdehlər Cavabdeh, “xxxx” QSC və Bakı şəhəri Körpü-Bina-Tikinti MMC tərəfindən özbaşına tutduğu yolun boşaldılması, həmin yolun istifadəsi üçün maneələrin aradan qaldırılması, iddiaçının yolunun bərpa edilməsi, xxxx” QSC və Bakı şəhəri Körpü-Bina-Tikinti MMC tərəfindən hasarın və qapının söküldüyünə görə ona dəymiş 500 (beş yüz) manat maddi ziyanın və 10 000 (on min) manat mənəvi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tələbinin həcmini artıraraq, cavabdehlər Cavabdeh, “xxxx” QSCti və Bakı şəhəri Körpü-BinaTikinti MMC-ti tərəfindən özbaşına tutduğu yolun boşaldılması, həmin yolun istifadəsi üçün maneələrin aradan qaldırılması, Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş h asarın onun hesabına sökülməsi, həmin yolda nəqliyyat vasitəsinin sərbəst gediş gəlişinin təmin edilməsi, iddiaçının yolunun bərpa edilməsi, xxxx” QSC-ti və Bakı şəhəri Körpü-Bina-Tikinti MMC tərəfindən hasarın və qapının söküldüyünə görə ona dəymiş 500 (beş yüz) manat maddi ziyanın və 10 000 (on min) manat mənəvi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respu blikası Sumqayıt Şəhər Bələdiyyəsinin xx xxxx 2005-ci il tarixli qərarından görünür ki, İddiaçı Mehdi oğluna Sumqayıt şəhəri, Dəmir yolu stansiyası rayonunda, Çerkassı küçəsi yaxınlığında 0,12 ha torpaq sahəsi ayrılmışdır. Eyni zamanda iş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının aparatı tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2016-cı il tarixli məktubdan görünür ki, yolun açılması ilə bağlı Cavabdeh hasarın sökülməsi ilə bağlı tövsiyyə verilmiş, lakin Cavabdeh həmin tövsiyyələrdən nəticə çıxartmamışdır. Qeyd olunanlara əsasən ərizəçiyə məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Həmçinin iş materialları ilə müəyyən olunur ki, qeyd olunan ərazidə “xxxx” QSC-nin sifarişi əsasında “xxxx” MMC tərəfindən istinad divarı tikilmiş və tikinti nəticəsində yaxınlıqda yaşayan sakinlərin torpaq sahələri dövlət ehtiyacları üçün geri alınmışdır. İstinad divarının tikintisinin nəticəsində əvvəllər İddiaçı Mehdi oğlunun fərdi yaşayış evinə gedən yol ləğv edilmişdir. Buna görədə qonşuların torpaq sahələrinin hesabına yeni məhəllə arası yol salınmışdır. Lakin Cavabdeh öz həyatyanı torpaq sahəsindən yol üçün şərait yaratmır və bunun nəticəsi olaraq İddiaçı Mehdi oğlu fərdi yaşayış evinə müstəqil qaydada daxil ola bilmir. Belə ki, İddiaçıa ayrılmış torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə giriş Cavabdeh tərəfindən inşa edilmiş hasar nəticəsində bağlanmış və hal 4 hazırda İddiaçı Mehdi oğlu öz sahibliyində olan fərdi yaşayış evinə qonşunun həyatyanı sahəsindən istifadə etməklə daxil olur. Bundan başqa iş materiallarından görünür ki, hər iki şəxsin yaşa yış evi üzərindəki hüquqları dövlət qeydiyyatına alınmamışdır, buna baxmayaraq onlar həmin evlərdə yaşayırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsindən görünür ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqvilədə nəzərdə tutulan əsaslarla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Göstərilən hüquq normalarını daha geniş təsvir edən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur və onların fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. İş materiallarından görünür ki, reyestrdən çıxarış sənədi olmasa da, tərəflərin hər ikisi fərdi yaşayış evinə sahiblik edir və orada yaşayırlar. Lakin aparılan tikinti işlərindən sonra iddiaçıya gedən yol dövlət ehtiyacları üçün ləğv edilmişdir. Hazırda isə o, evinə zəruri keçidin və yolun verilməsi barədə məhkəmədə cavabdehə qarşı iddia qaldırmışdır. Mülki Məcəllənin 175-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqəda r keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir. İşdən materiallarından ayın görünür ki, hazırda iddiaçının yaşadığı evə zəruri yol yoxdur. Lakin onun sahibliyində olan fərdi yaşayış evinə yolun bərpa edilməsi üçün ən əlverişli variant cavabdehin sahibliyində olan torpaq sahəsindən müəyyən hissənin ayrılmasıdır. Belə ki, işdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli rəyindən görünür ki, iddiaçıya məxsus Sumqayıt şəhəri, Dəmiryolu stansiyası rayonu, Çerkassı küşəsi yaxınlığındakı 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə daxil olmaq üçün yol mövcud deyildir. İddiaçıya məxsus evə cavabdehə məxsus torpaq sahəsindən piyada və nəqliyyat yolunun verilməsi mümkün, cavabdehə məxsus torpaq sahəsindən başqa digər ərazidən zəruri yolun verilməsi isə mümkün deyildir. Zəruri yolun verilməsi barədə rəyə plan-sxem əlavə edilmişdir. Yuxarıda sadalanan hüquq normalarının mənasına görə mübahisəli torpaq sahəsinin sahibi olan İddiaçı Mehdi oğlunun hüququ qanunla qorunur. Həmin normaların tələbinə görə onun öz həyətyanı sahəsinə və e vinə zəruri yolun verilməsi barədə ona qonşu olan Cavabdeh qarşı iddia qaldırmaq hüququ vardır. İddiaçının evinə zəruri yolun verilməməsi torpaq sahəsinin sahibi olan İddiaçı Mehdi oğlunun hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir və apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin bu barədə gəldiyi nəticəni dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki birinci instansiya məhkəməsi öz qərarında iddiaçının evinə gedən yolun dəqiq ölçüsünü və cavabdehin torpaq sahəsindən yolun hansı formada çəkilməsini qeyd etməmişdir. Buna görə də apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini bu hissədə dəyişdirərək, iddiaçının evinə gedən yolun Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli rəyinə əlavə edilmiş plan-sxemə uyğun, yəni cavabdehin evindən 4 metr aralı, dəmiryoluna paralel olmaqla 3 metr enində müəyyən edilməsi və bunun üçün cavabdehin hasarının sağ tərəfinin 3 metr hissədə (dəmiryoluna perpendikulyar olmaqla) sökülməsi barədə qərar qəbul etməklə düzgün qənaətə gəlmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiy a şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-51/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-51/2020
14.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver