Məhkəmə qərarları › İş №2(102)-5103/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5103/2020

27.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5103/2020 27.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ümumi əşyanın bölünməsi və payların ayrılması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və onların vəkili Vəkil, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 iştirakları ilə, Sumqayıt Ape lyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-244/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 tərəfindən birlikdə verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş halları: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 məhkəmədə iddia qaldıraraq Torpağa mülkiyyət hüququna dair JN-0761, kod 30401004 olan dövlət aktına əsasən onların və cavabdehlərin ümumi birgə mülkiyyətində olan 4.27 hektar torpaq sahəsinin bölünməsi və hər birinin payının 1/9 hissə olaraq ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Dəvəçi rayon X4 xx xxxxxxxx 2000-ci il tarixli 06 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün onların və cavabdehlərin ümumi birgə mülkiyyətinə 4.27 hektar torpaq sahəsi verilmişdir. Onlara torpağa mülkiyyət hüququna dair JN-0761, kod 30401004 olan dövlət aktı verilmişdir. Hal-hazırda həmin torpaq sahəsinin bölünməsini və paylarının ayrılmasını istəyirlər. Bununla əlaqədar mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirilməlidir. Torpaq sahəsi bölündükdə hər birinin payı bərabər hissələrə ayrılmalıdır ki, bu əmlakda hər birinin payı 1/9 hissə olaraq müəyyən edilməlidir. Belə ki, cavabdehlərdən Cavabdeh1 2000-ci ildən halhazıradək həmin torpaq sahəsini onların razılıqları olmadan digər şəxslərin icarəsinə vermişdir. Cavabdehlərlə aralarında həmin torpaq sahəsinə dair mübahisə olduğundan, cavabdehlərin təqsiri ucbatından onla rın torpaq sahələrinə sərbəst surətdə istifadə edə bilmədiklərindən həmin torpaq sahəsinə paylı mülkiyyətin müəyyənləşdirilməsinə dair razılıq əldə edə bilmirlər. Ona görə də, məcbur olub ümumi əşyanın bölünməsi və həm birinin payının ayrılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Şabran Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ç.İsgəndərov, iş № 2(031)-591/2019) iddia təmin edilmiş, torpağa mülkiyyət hüququna dair JN-0761, kod 30401004 olan dövlət aktına əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3, X2 ümumi birgə mülkiyyətində olan 4,27 ha torpaq sahəsinin bölünməsi və iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 hər birinin payının 1/9 hissə olaraq ayrılması qət edilmişdi r. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Torpağa Mülkiyyət Hüququna dair JN0761, kod 30401004 olan dövlət aktına görə, Dəvəçi Rayon X3 xx xxxxxxxx 2000-ci il tarixli 06 saylı qərarına əsasən Cavabdeh1 və ailə üzvləri Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 4,27 ha torpaq sahəsi verilmişdir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1. maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respubli kası Mülki Məcəlləsinin 139.2. maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3. maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.1. maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1. maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçil ərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.1. maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1. maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4. maddəsinə əsasən sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2. maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə b ilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3. maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Məmmədov (sədrlik edən və məruzəçi), Z.Məmmədov və S.Qafari, iş № 2(105)244/2020) Cavabdeh1 apelyasiya şikayəti təmin edilmiş, Şabran Rayon Məhkəməsinin 2(031)591/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı torpağa mülkiyyət hüququ na dair JN-0761, kod 30401004 olan dövlət aktına əsasən onların və cavabdehlərin ümumi birgə mülkiyyətində olan 4,27 hektar torpaq sahəsinin bölünməsi və hər birinin payının 1/9 hissə olaraq ayrılması barədə iddia tələbinin təmin edilməməsi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri-100 (bir yüz) manatın alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 92,64 (doxsan iki manat altmış dörd qəpik) manatın alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına ödənilməsi qət edilmişdir. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna” dair 005051 nöm rəli dövlət aktına əsasən, Dəvəçi rayon XDS Rəyasət Heyətinin xx xxxxx 1994-cü il tarixli 04 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsal etmək üçün Cavabdeh1 “Şəhriyar” kəndli (fermer) təsərrüfatına 10 ha torpaq sahəsi verilmişdir. Dəvəçi rayon XDS X7 şəhər sakini Cavabdeh1 başçılığı altında “Şəhriyar” kəndli (fermer) təsərrüfatının yaradılması haqqında xx xxxxx 1994-cü il tarixli 04 nömrəli iclas protokolundan çıxarışın surətindən görünür ki, “Şəhriyar” kəndli (fermer) təsərrüfatının istehsal-təsərrüfat fəaliyyətini təşkil etməsi üçün komissiyasının aktına və yerqurluşu planına uyğun olaraq N.Nərimanov adına sovxozun 410-cu məhəlləsində yerləşən ərazidən 10,0 ha torpaq sahəsi kəndli təsərrüfatının mülkiyyətinə verilmişdir. Apelyasiya instansiya məhkəməsi “Torpağa Mülkiyyət Hüq uquna” dair JN-0761, kod 30401004 olan dövlət aktına əsasən Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 mülkiyyətində olan 4,27 ha torpaq sahəsi ilə “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna” dair 005051 nömrəli dövlət aktına əsasən Cavabdeh1 mülkiyyətində olan 10 ha torpaq sahəsinin sərhədlərinin müəyyənləşdirilməsi üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4738 nömrəli, xx xxxx 2020-ci il tarixli rəyinə görə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və yerquruluşu X1 LTİ-nin mütəxəssis rəyinə əsasən, “Torpağa Mülkiyyət Hüququna” dair JN-0761, kod 30401004 olan dövlət aktına əs asən Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 mülkiyyətində olan 4,27 ha torpaq sahəsi bütövlükdə “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna” dair 005051 nömrəli Dövlət Aktına əsasən Cavabdeh1 mülkiyyətində olan 10 ha torpaq sahəsinin (plan və ölçülərinə uyğun olaraq) sərhədləri daxilində yerləşdiyi müəyyən olunur. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə aşağıda qeyd edilən maddi hüquq normalarının tətbiq etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyekti n ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. xx.xx.1991-ci il tarixli 254-Xİİ nömrəli Qanuna əsasən qəbul edilmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 30-cu maddəsinə əsasən, torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir… Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icar əçilərinin hüquqları qanunla qorunur. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Dəvəçi rayon XDS Rəyasət Heyətinin xx xxxxx 1994cü il tarixli 04 nömrəli qərarı əsasında verilmiş “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna” dair 005051 nömrəli dövlət aktına əsasən Cavabdeh1 başçılığı altında yaradılmış “Şəhriyar” kəndli (fermer) təsərrüfatının mülkiyyətində olan 10 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər qüvvədədir, ləğv və etibarsız hesab edilməmişdir və həmin sənədlər iddiaçılar tərəfindən mübahisələndirilməmişdir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Dəvəçi rayon X3 xx.xx.2000-ci il tarixli 06 saylı qərarı əsasında verilmiş torpağa mülkiyyət hüququna dair JN-0761, kod 30401004 olan dövlət aktına əsasən iddiaçıların və cavabdehlərin ümumi birgə mülkiyyətində olan 4,27 hektar torpaq sahəsinin bölünməsi və hər birinin payının 1/9 hissə olaraq ayrılması barədə iddia tələbi təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdılar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-244/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, kassasiya şikayəti verilən zaman Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı X8 sorğu göndərərək xidmətin arxivində təqdim edilən sənələrin hansının mövcud olub-olmaması barədə arayışın verilməsi xahiş edilmişdir. İdarədən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, JN-7xx xxx 30401004 nömrəli «torpağa mülkiyyət hüququna dair dövlət aktına» dövlət reyestrindən Cavabdeh1 və ailə üzvlərinin adına verilmiş RX ******* seriyalı **********04 reyestr nömrəli çıxarış verilmişdir. Dəvəçi rayon XDS Rəyasət Heyətinin xx xxxxx 1994-cü il tarixli 04 nömrəli qərarına əsasən «Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna» dair 005051 nömrəli dövlət aktı haqqında heç bir məlumat aşkar edilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarş ı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçıların vəkili Vəkil izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-244/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 izahatları dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. xx.xx.1991-ci il tarixli 254-Xİİ nömrəli Qanuna əsasən qəbul edilmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 30-cu maddəsinə əsasən, torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan da imi istifadə hüquqları rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir… Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna o laraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansi yası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğuna istinad edərək, əsasən bir neçə maddi hüquq normasının mətnini köçürsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş maddi və ya prosessual h üquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Mübahisə üzrə apelyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Dəvəçi rayon XDS Rəyasət Heyətinin xx xxxxx 1994cü il tarixli 04 nömrəli qərarı əsasında verilmiş “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna” dair 005051 nömrəli dövlət aktına əsasən Cavabdeh1 başçılığı altında yaradılmış “Şəhriyar” kəndli (fermer) təsərrüfatının mülkiyyətində olan 10 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər qüvvədədir, ləğv və etibarsız hesab edilməmişdir və həmin sənədlər iddiaçılar tərəfindən mübahisələndirilməmişdir. Dəvəçi rayon X3 xx.xx.2000-ci il tarixli 06 saylı qər arı əsasında verilmiş torpağa mülkiyyət hüququna dair JN-0761, kod 30401004 olan dövlət aktına əsasən iddiaçıların və cavabdehlərin ümumi birgə mülkiyyətində olan 4,27 hektar torpaq sahəsinin bölünməsi və hər birinin payının 1/9 hissə olaraq ayrılması yolverilməzdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 tərəfindən birlikdə verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-244/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar