Məhkəmə qərarları › İş №2(102)-5104/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5104/2021

11.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5104/2021 11.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh ASC "xxxx" Sığorta Şirkətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: icbari sığorta müqaviləsi üzrə zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 iyun 2020-ci il tarixli, 2(103)3723/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: “BMW” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətində olmuşdur. 06 iyul 2019-cu il tarixdə "xxxx" markalı, **-LO-*** dövlət qeydiyyat avtomobilin sürücüsü X1 NZS qəsəbəsi, 194 saylı orta məktəbinin qarşısında ara məsafəsi saxlamayıb, qarşıda gedən “BMW” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, həmin avtomobil isə öz növbəsində qarşısında olan “Man” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymişdir. Bununla əlaqədar X1 barəsində 08 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati haqqında protokol tə rtib olunmuş, habelə həmin tarixdə İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. "xxxx" markalı, **-LO-*** dövlət qeydiyyat avtomobil ASC "xxxx" Sığorta Şirkəti tərəfindən icbari qaydada sığortalanmışdır. ASC "xxxx" Sığorta Şirkətinin İddiaçı ünvanladığı 12 sentyabr 2019-cu il tarixli məktubla sonuncuya sığorta ödənişinin verilməsindən imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh ASC "xxxx" Sığorta Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5410 manat maddi ziyanın, 3000 manat mənəvi zərərin, cəmi 8410 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 06 iyul 2019-cu i l tarixdə baş vermiş yolnəqliyyatı hadisəsi nəticəsində iddiaçının avtomobilinə 5410 manat dəyərində ziyan vurulmuşdur. Hadisəni törətmiş "xxxx" markalı avtomobil ASC "xxxx" Sığorta Şirkətində icbari sığortalanmışdır. Lakin, həmin sığorta şirkəti iddiaçıya ödənilməli olan məbləği ödəməkdən imtina etmişdir. Ziyanın məbləği müstəqil ekspert tərəfindən 19 sentyabr 2019-cu il tarixli qüsur aktına əsasən müəyyən olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(006)6149/2019 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Səmədov) iddia tələbi qismən təmin edilərək, cavabdeh ASC "xxxx" Sığorta Şirkətindən 5000 manat məbləğində maddi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5030 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 442, 922.1, 923.1, 1096, 1097.1-ci, “İcbari sığortalar haqqında” Qanunun 52.1, 56.1.2-ci maddələrinə istinad edərək göstərmişdir ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməli və sığorta hadisəsi nəticəsində vurulmuş maddi ziyanın əvəzini iddiaçıya ödəməlidir. İddiaçı avtomobilinə dəymiş zərərə görə 5410 manat tələb etsə də, qəzaya səbəb olan avtomobil "xxxx" markalı, **-LO-*** dövlət nömrə nişanlı avtomobil sözügedən sığorta şirkətində 5000 manatadək məbləğə sığortalanmışdır. Belə olan halda, iddiaçının avtomobilinə dəymiş zərərin məbləği 5000 manat müəyyən edilməklə, həmin pul məbləği cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi həmçinin göstərmişdir ki, iddiaç ı ona mənəvi zərərin vurulduğunu bildirsə də, sübuta yetirə bilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh ASC "xxxx" Sığorta Şirkəti apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(006)-6149/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 iyun 2020-ci il tarixli, 2(103)-3723/2020 nömrəli qətnaməsi ilə (hakim İ.S.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər T.S.Səmədovdan və A.V.Tanrıverdiyevdən ibarət tərkibdə) cavabdeh ASC "xxxx" Sığorta Şirkətinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(006)-6149/2019 nömrəli qətnam əsi apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək haqlı olaraq düzgün qənaətə gəlmiş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh ASC "xxxx" Sığorta Şirkəti kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 iyun 2020-ci il tarixli, 2(103)-3723/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılm ası üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, mövcud pandemiya vəziyyəti ilə əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri təxirə salınmış, növbəti proseslər barədə isə məhkəmə bildirişləri Şirkətə daxil olmamışdır. Həmçinin Bakı Kommersiya Məhkəməsinin 29 iyul 2020-ci il tarixli, e-2-2(113)1575/2020 saylı qətnaməsinə əsasən cavabdeh şirkət müflis elan edilmişdir. Bu səbəbdən həmin şəxsə qarşı iddia “Müflisləşmə və iflas haqqında” Qanunun 18-ci maddəsinə əsasən iflas proseduru çərçivəsində irəli sürülə bilər. Bundan əlavə iddiaçı tərəfindən təqdim edilm iş sənədlər kserosurət olmuş və məhkəmə tərəfindən səlahiyyətli orqana sorğu verilərək, müvafiq sənədlər tələb alınmamışdır. Daha sonra, iddiaçının avtomobilinə dəymiş zərər məbləğinin müəyyənləşdirilməsi üçün əmtəəşünaslıq ekspertizası təyin olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və ya vəkili məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəs ini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunm ası ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ nu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 926.1-ci maddəsinə əs asən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zər ərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflər in təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası he sab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən cavabdeh apellyasiya instansiyası məhkəməsinin sonuncu iclası barədə “Elektron məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə cavabdehin rəsmi blankında qeyd olunan ********** telefon nömrəsinə göndərilmiş SMS-lə məlumatlandırılmışdır. Daha sonra, cavabdeh iddiaçının təqdim e tdiyi sənədlərin kserosurət olduğunu bildirsə də, müəyyən olunur ki, həmin sənədlər Xətai rayon X3 Şöbəsində tərtib olunmuş və cavabdeh işin faktiki hallarını araşdıran məhkəmələrə həmin sənədlərin qeyrimötəbərliyinə dair sübutları təqdim etməmişdir. Həmçinin iddiaçı apellyasiya şikayətində iddiaçıya vurulmuş zərəri mübahisələndirməmiş və iş üzrə ekspertizanın keçirilməsi ilə bağlı vəsatətlər verməmişdir. Apellyasiya qaydasında isə mübahisələndirilməyən haldan isə kassasiya instansiyası məhkəməsinə şikayət verilməsinə mülki prosessual qanunvericilikdə yol verilmir. Nəhayət müəyyən olunur ki, cavabdeh şirkət Bakı Kommersiya Məhkəməsinin 29 iyul 2020-ci il tarixli qətnaməsi ilə müflis hesab olunmuşdur. Yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qəbul edilərkən cavabdeh şirkət fəali yyətdə olmuşdur. Kassasiya icraatında apellyasiya instansiyası məhkəməsinin qətnamə qəbul edildiyi zaman mövcud olmuş vəziyyətdə maddi və prosessual hüquq normalarının yoxlanıldığından, kassasiya şikayətində “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununa istinadən qətnamənin ləğv olunmasına dair tələb əsaslı hesab oluna bilməz. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlil lər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 iyun 2020-ci il tarixli, 2(103)-3723/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar