Məhkəmə qərarları › İş №2(102)-5106/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5106/2022

15.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5106/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 may 2022-ci il tarixli, 2(103)2981/2022 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 15 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə "xxxx" MMC ilə İd diaçı arasında 04 sentyabr 2010-cu il tarixli müqavilə bağlanıb və həmin müqaviləyə əsasən "xxxx" MMC ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 111,2 kv.metr olan 22 saylı mənzili İddiaçı təhvil verməyi, sonuncu isə həmin mənzili qəbul edib onun ümumi dəyəri olan 55.600 manat pulu "xxxx" MMC ödəməyi öz öhdəsinə götürüb. "xxxx" MMC-nin 01 oktyabr 2010-cu il tarixli maliyyə arayışına əsasən sözügedən mənzilin dəyəri İddiaçı tərəfindən tam məbləğdə ödənilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra iddiaçı) məhkəmədə "xxxx" MMC-nə (bundan sonra cavabdeh) qarşı “pul” tələbinə dair iddia qaldırıb və cavabdehdən 8.250 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı tələbini onunla əsaslandırıb ki, 04 se nytabr 2010-cu ilə tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 2752 saylı məhəllədə inşa edilən yaşayış binasının, “A” girişinin 5 mərtəbəsində yerləşən ümumi sahəsi 111,2 kv.metr olan 2 otaqlı 22 saylı mənzili hər kv.metrinə görə 500 manat olmaqla, ümumilikdə 55.600 manat ödəməklə cavabehdən satın alıb. 04 mart 2020-ci il tarixli Çıxarışa əsasən sözügedən mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə onun adına qeydə alınıb. Həmin Çıxarışda mənizilinin ümumi sahəsi 94,7 kv.metr göstərilib. Bu barədə cavabdehə bildirsə də buna məhəl qoyulmayıb. Müqavilədə mənzilin ümumi sahəsi 111,2 kv.metr olduğu halda, ona 16,5 kv metr az sahəsi olan mənzil satılıb və cavabdeh onu aldadaraq həmin sahənin pulunu alıb. Halbuki, sözügedən Çıxarışda mənzilin ü mumi sahəsi 94,7 kv.metr göstərilib. Məhkəmə Ekspertiza Mərkəzinin 15 aprel 2021-ci il tarixli ekspet rəyinə görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesab anması Qaydaları”na əsasən, mübahisəli mənzilin ümumi sahəsi 99,45 kv.metr təşkil edir və həmin sahə 04 sentyabr 2010-cu il tarixli müqavilədə göstərilən 111,2 kv.metr sahədən 11,75 kv.metr azdır. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim Həqiqət Əhmədov) iddia qismən təmin edilərək, cavabdehdən 5.875 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, cavabdeh iddiaçı ilə bağladığı 04 sentyabr 2010-cu il tarixli müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozub. Belə ki, cavabdeh iddiaçıya sahəsi 111,2 kv.metr olan mənzil əvəzinə cəmi sahəsi 99,45 kv.metr olan mənzil verilib və iddiaçı tərəfindən cavabdehə mənzilin dəyərindən artıq məbləğ ödənilib. İddiaçı hüququnun pozuluduğunu bildiyi gündən təxminən 7 ay sonra daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edib və bununla da iddia müddətini ötürməyib. Ona görə də, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi əsassız olduğundan rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 157.8, 178.8-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəmə sində birinci icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırıb ki, sözügedən mənzil iddiaçıya təhvil verildikdən sonra, həmin mənzildə iddiaçı tərəfindən təmir işləri görülüb. Təmir işləri görülən zaman aydın məsələdir ki, mənzilin sahəsi dəfələrlə ölçülür, lazım olacaq malmateriallar həmin sahənin ölçüsünə görə təmin edilir. Xidmət göstərən şəxslərin-ustaların xidmət haqqı da məhz təmir ediləcək sahənin ölçüsünə görə ödənilir. İddaçının çıxarış aldıqdan sonra həmin mənzilin sahəsinin nə qədər olmasını bilməsi ağlabatan mühakimə deyildir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov sədrlik edən, məruzəçi, X.Mərdanova və F.Babayev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı qismən etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 157.8, 178.8-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya inst ansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər Zaur Əliyev sədrlik edən, məruzəçi, Abiddin Hüseynov və İlqar Xələfov) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 avqust 2021-cu il tarixli qətnaməsi ləğv edilib və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, ekspertin rəyi məcburi qüvvəyə malik olmayıb, sübut növlərindən biri kimi məhkəmə tərəfindən qiymətləndirilməlidir. Hazırkı işdə isə alınmış ekspertiza rəyində mənzilin ümumi sahəsi 99,45 kv.metr göstərilsə də, məhkəmələr bu sübutu tətbiq edilməli hüquq normalarına uyğun şəkildə qiymətləndirməyiblər. Məhkəmələr, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hansı meyarlara görə mülki hüquq sahəsindəki müqavilə münasibətlərinə, daha dəqiq desək iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsi üzrə öhdəliklərə şamil edildiyini əsaslandırmamışlar. Bu xüsusatla bağlı nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl t ərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçininmənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil. Məhkəmələr iddia müddətinin əvvəlini iddiaçının mənzilə dair çıxarış aldığı 04 mart 2020-ci ildən hesablasalar da, mənzilin onun tərəfindən nə vaxt təhvil alındığına, bu zaman onun daxili sahəsinin həcmi barədə məlumatlı olub-olmadığına, əgər olmamışsa mənzildə təmir işlərinin nə zaman görüldüyünə, belə işlərin görülməsinə dair podratçılarla adətən kv.m. ölçü vahidi ilə razılaşma aparıldığı halda iddiaçının istinad etdiyi qüsurla bağlı öz hüququnun pozulduğunu bilməli olub-olmamasına dair hüquqi qiymətləndirmə aparmayıblar. Kollegiya hesab etmişdir ki, qüsur aşkar edildiyi təqdirdə yuxarıdakı xüsusatlar üzrə lazımi dəyərləndirmə aparılmaqla, iddiaçının məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edib-etmədiyinə, yaxud bu qüsur üzrə iddiaçının hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu məqama, buna müvafiq olaraq tələb üzrə iddia müddətinin keçib-keçmədiyinə mülki qanunvericiliyin normaları əsasında hüquqi qiymət verilməlidir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamış, sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair pro sessual hüquq normalarına əməl etməmişdir. Kassasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 373.1, 441.1, 441.4, 752.1, 759.1, 762.1, 763.1, 763.3, 770, 773, 774, 775, 776.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talişinski sədrlik edən, məruzəçi, Azad İmanov və Qürbət Əsgərov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qətnaməsi ləğv edilib, iddia rədd olunub. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş faktlarından tərəfl ərin münasibətləri üzrə səhv nəticəyə gəlib. Habelə mühüm əhəmiyyəti olan bütün hallar sübuta yetirilmədiyindən və göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməlidir. Belə ki, ekspertin rəyinə görə ekspert, hesablamanı Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsində və “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydalarının 3.8ci bəndində nəzərdə tutulan qaydalar və əmsallar üzrə tikilialtı sahələr nəzərə alınmadan aparıldığından, mövcud faktiki sahənin fərqli olmasını müəyyən etmir və buna dair digər mötəbər sübutlar təqdim edilməyib. Bundan başqa, sözügedən mənzilə dair Çıxarışda ölçülərin fərqli göstərilməsi cavabdeh tərəfindən öhdəliklərin lazımınca yerinə yetirilməməsini sübuta yetirmir və qanunun tələbi kimi qəbul edilən ölçülərlə fakti ki tikinti sahələrinin eyniləşdirilməsi fərqli meyyarlardır. Belə ki, müqavilədə əks edilmiş mənzilin ölçüləri Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydalarının tələbləri nəzərə alınmaqla göstərilməyib və belə bir qeyd əks edilməyib. İddiaçı müqavilə öhdəlikləri üzrə tələbinin əsası kimi istinad etdiyi halları və hüquqi əsasları dəqiq müəyyən etməyib. Tərəflər arasında bağlanmış 04 sentyabr 2010-cu il tarixli müqavilə mahiyyət etibarı ilə podrat müqaviləsidir. Hazırda iddiaçı 10 il əvvəl bağlanmış həmin müqavilə üzrə əldə etdiyi mənzilin ümumi sahəsinin ölçülərinin düzgün olmadığını bild irir və yaranmış fərqin ödənilməsini tələb edir. Mülki Məcəllənin 776.1-ci maddəsinə görə, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə 10 ildən sonra müraciət etdiyi üçün iddia rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 441.1-441.4, 752.1, 752.2, 776.1-ci maddələninin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş edib. İddiaçı kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi hüquq normalarının tələblərini pozub. Belə ki, onunla cavabdeh arasında mənzilin ölçüsünə dair təhvil-təslim aktı olmuş olsaydı ona hazırki kv.metrin dəyərini, yəni 99,45 kv.metrin pulunu ödəyərdi. Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyib. Qeyd edilən mənzilin ölçüsü qanunvericiliyn tələblərinə əsasən sahə ilə ölçülür ki, mənzilin həcmini ölçülməsi qanuvericilikdə nəzərdə tutulmayıb. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanları n, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divadarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarın) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Həmin mənzili cavabdehdən alarkən həmin yaşayış binasının inşaası bitməmişdir. Müqavilədə qeyd etdiyi mənzilin ölçülərinin pulunu hər kv metr üçün ödəyib. Cavabdeh tərəfindən ona mənzilin ümumi sahəsinin ölçülərinin müqavilədə göstərilən kv.metrdən az olmasına dair hər hansı məlumat verilməyib və mənzilin ölçülərinin az olması ilə bağlı hər hansı akt tərtib edilməyib. Mənzilin ölçülərinin müqavilədə göstərilən ölçülərdən az olmasını iddiaçı mənzilə dair Çıxarış aldıqdan sonra bilib. Kassasiya şikayətinə qarşı eti razın dəlilləri Cavabdehin etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 441.1 və 441.4-cü maddələrinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır; Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilm iş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər; 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 773-cü maddəsinə görə, qüsurlu məmulatın qəbul edilməsinin nəticələri Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir; 776.1-ci maddəsinə əsasən, sifarişçi icranın qüsuru barəsindətələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respu blikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 407.2-ci maddəsinə görə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istin ad etməyə yol verilmir; 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Mülki prosessual normalara görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin fak tiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətlərinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı k assasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu və iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər arasında 04 sentyabr 2010-cu il tarixli müqavilə bağlanıb və həmin müqaviləyə əsasən "xxxx" MMC ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 111,2 kv.metr olan 22 saylı mənzili İddiaçı təhvil verməyi, sonuncu isə həmin mənzili qəbul edib onun ümumi dəyəri olan 55.600 manat pulu "xxxx" MMC ödəməyi öz öhdəsinə götürüb. "xxxx" MMC-nin 01 oktyabr 2010-cu il tarixli maliyyə arayışına əsasən sözügedən mənzilin dəyəri İddiaçı tərəfindən tam məblə ğdə ödənilib. 04 mart 2020-ci il tarixli Çıxarışa və Texniki Pasporta əsasən, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 94,7 kv.metr olan 22 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquq üzrə iddiaçının adına qeydə alınıb. Məhkəmə Ekspertiza Mərkəzinin 15 aprel 2021-ci il tarixli ekspet rəyinə görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesab anması Qaydaları”na əsasən, mübahisəli mənzilin ümumi sahəsi 99,45 kv.metr təşkil edir və həmin sahə 04 sentyabr 2010-cu il tarixli müqavilədə göstərilən 111,2 kv.metr sahədən 11,75 kv.metr azdır. Hazırda iddiaçı, mülkiyyətində olan sözügedən mənzilin müqavilə üzrə ondan hər kv.metrə görə alınmış pulun, Çıx arışda göstərilən ümumi sahədə yaranmış 16,5 kv.metr fərqə görə hər kv.metr üçün 500 manat olmaqla, ümumilikdən 8.250 manat pulun cavabdehdən tutulub ona ödənilməsini iddia edir. Cavabdeh isə sözügedən mənzilə dair iddiaçı ilə arasında bağlanmış 04 sentyabr 2010-cu il tarixli müqavilənin mahiyyət etibarı ilə podrat müqaviləsi olduğunu, hazırda iddiaçının 10 il bundan əvvəl bağlanmış həmin müqavilə üzrə əldə etdiyi mənzilin ümumi sahəsinin ölçülərinin düzgün olmadığını və yaranmış fərqin ödənilməsini tələb etdiyini və beləliklə də Mülki Məcəllənin 776.1-ci maddəsində nəzərdə tutulan bir illik müddəti ötürdüyünü göstərib, iddiaya etiraz edir. İşin hallarına görə sözügedən mənzilin dəyəri iddiaçı tərəfindən tam olaraq cavabdehə ödənildikdən dərhal sonra, yəni 01 oktyabr 2010-cu il tarixdə mən zil iddiaçıya təhvil verilib. İddiaçı özü də bu halı inkar etmir. Göründüyü kimi, mənzil təhvil verildiyi vaxtdan iddiaçının həmin mənzil üzərində sahiblik və istifadə hüququ əmələ gəlib. Həmçinin, tərəflər arasında bağlanmış 04 sentyabr 2010-cu il tarixli müqavilənin 2-ci bəndinin 4-cü hissəsinə əsasən, mənzil son variantda daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən bilavasitə payçının özünə verilir. Müqavilərinin bu şərtinə görə də mübahisəli mənzil iddiaçıya daxili tamamlama işləri görülmədən, yəni təmir olunmadan təhvil verilib. Mənzil iddiaya təhvil verildikdən sonra, həmin mənzildə iddiaçı tərəfindən təmir işləri aparılıb. Təmir işləri görülən zaman aydın məsələdir ki, mənzilin ümumi sahəsi dəfələrlə ölçülür və lazım olacaq tikinti materialları məhz həmin sahə nin ölçüsünə görə alınır. Ustaların xidmət haqqı da məhz təmir ediləcək sahənin ölçüsünə görə alınır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, iddiaçının kassasiya şikayətində mənzilə dair Çıxarış aldıqdan sonra həmin mənzilin sahəsinin nə qədər olmasını bilməsi inandırıcı, ağlabatan görünmür. Digər tərəfdən, tərəflər arasında bağlanmış 04 sentyabr 2010-cu il tarixli müqavilə mahiyyət etibarı ilə podrat müqaviləsidir və hazırda iddiaçı kassasiya şikayətində 10 il bundan əvvəl bağlanmış həmin müqavilə üzrə əldə etdiyi mənzilin ümumi sahəsinin ölçülərinin düzgün olmadığını və yaranmış 16,5 kv.metr fərqin dəyərinin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə mübahisə tərəfi ki mi məhkəməyə yazılı ərizə verərək, podrat münasibətlərini tənzimləyən normalarda nəzərdə tutulan bir illik müddət ötdüyü üçün iddianın rədd edilməli olduğunu göstərib, kassasiya şikayətinə etiraz edir. Mülki Məcəllənin 441.1 və 441.4-cü maddələrinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır; Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər; 752.1-ci maddəsinə əsasən, podrat müqav iləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 773-cü maddəsinə görə, qüsurlu məmulatın qəbul edilməsinin nəticələri əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir; 776.1-ci maddəsinə əsasən, sifarişçi icranın qüsuru barəsindətələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb hesab edir ki, tərəflər arasında olan münasibətlər podraq müqaviləsindən irəli gəldiyindən və həmin müqavilədə iddiaçının icranı qəbul etməsi anı, mənzilə dair Çıxarışın verilməsi anı ilə şərtləndir ilmədiyindən, iddiaçı, sadalanan maddələrin tələbləri baxımından icranı qəbul etmiş saylır və bununla da o, hər hansı tələb irəli sürmək hüququnu itirmiş olur. Kassasiya instansiyası məhkəməsi, bu nəticəyə gələrkən həmçinin iddiaçının 2010cu ildən ötən müddət ərzində cavabdehə qarşı hər hansı pretenziya irəli sürməməsini və nəticədə onun mənzilin qüsurları ilə bağlı tələb hüququnun əmələ gəlməməsini də nəzərə alır. İddiaçı kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu və iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyas iya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan etirazının digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Koll egiyasının 31 may 2022-ci il tarixli, 2(103)-2981/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar