Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5107/2020 19.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X60 oğlunun katibliyi ilə, İddiaçının vəkili X22 iştirakı ilə, İddiaçı cavabdehlər X5nə, X5inə, Cavabdeh3 Abutalıb oğluna və Cavabdeh4 qarşı “mülkiyyət hüququnun müəyyən edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 may 2020-ci il tarixli, X5 nömrəli qətnaməsindən İddiaçı Lütfəli oğlu tərəfindən v erilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X5 saylı evinə mərhum atası X14 mülkiyyət hüququnun müəyyən edilməsi, mərhum atası X13 miras qalmış bütün əmlakın, o, cümlədən X5 (33) saylı fərdi yaşayış evinin tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, ƏMDK yanında X5 tərəfindən 05.03.2016-cı il tarixdə X8 adına verilmiş **********21-10301 reyestr nömrəli dövlət reyestrindən çıxarışın, X5ində notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş, 30.10.2011-ci il tarixdə vəfat etmiş X2 qalmış arvadı Cavabdeh4 nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə verilmiş 12.06.2018-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin qismən, X5 ünvanda yerləşən ümumi sahəsi 181.3 kv.m olan daşınmaz əmlak, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0.0528 ha olan torpaq sahəsi X11 çatan hissəsindən” ləğv edilməsi, X5ində notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş 30.10.2011-ci il tarixdə vəfat etmiş X2 qalmış oğlu Cavabdeh3 Abutalıb oğluna ümumi əmlakın ¼ hissəsinə, X23 ümumi əmlakın ¼ hissəsinə verilmiş 12.06.2018-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamələrin qismən, X5 ünvanda yerləşən ümumi sahəsi 181.3 kv.m olan daşınmaz əmlak, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 0.0528 ha olan torpaq sahəsi X12 çatan hissəsindən” ləğv edilməsi, cavabdeh X5tərəfindən X5 saylı evin X8, onun oğlu X15 və həyat yoldaşı Cavabdeh4 adına “Torpağın mülkiyyətə verilməsinə» dair JN-1997A, KOD 30301004 saylı şəhadətnamənin etibarsız hesab olunması, daşınmaz əmlakın dövlət reyest rində 37 saylı reyestr kitabının 55 saylı vərəqində qeydiyyata alınmış **********21-10301 saylı reyestr nömrəsi, ********** saylı qeydiyyat nömrəsi ilə 05.03.2016-cı il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, cavabdehin saxtakarlıq etmiş vəzifəli şəxsləri haqqında xüsusi qərardad çıxararaq araşdırılması üçün Quba rayon prokurorluğuna göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən 7 otaq, bir dəhliz və bir aynabənddən ibarət olan ümumi sahəsi 167.7 kv. m yaşayış evi və həyətyanı sahəsi təxmini 10 sot olan torpaq sahəsi, mərhum atası X16 adına olmuşdur. O, 04 sentyabr 1938-ci ildə X5qızı ilə nikah münasibətinə daxil olmuşdur. Onların birgə nikahından 6 ovladı, həmçinin atasının birinci nikahından da bir qızı olmuşdur. Atası 05 iyul 1968-ci ildə, anası isə 10 noyabr 1987-ci ildə vəfat etmişlər. 1987ci ilin avqust ayında yuxarıda qeyd olunan əmlak anasının adına keçirilmişdir. Hal-hazıra kimi əmlak onun adına qeydiyyata alınıb. X1 (vəfat edib 15 yanvar 2014-cü il), X38 (vəfat edib 05 yanvar 2001-ci il), X24 (vəfat edib 16 may 2002-ci il), X39 (vəfat edib 27 fevral 2012-ci il) və X17 (vəfat edib 28 oktyabr 2011-ci il) vəfat etmişlər. Vərəsələrdən halhazırda o (İddiaçı və bacısı X10-salamatdır. Anasının vəfatından sonra miras əmlakı faktiki surətdə o və mərhum X43 qəbul etmişdir. X42 28 oktyabr 2011-ci il tarixdə vəfat etmişdir. Qardaşı Abutalıbın ölümündən sonra əmlakın qeyd olunan hissəsində mərhum qardaşının həyat yoldaşı Cav abdeh4 yaşayır. Hələ atasının sağlığında evə 2 giriş qapısı olmuşdur. Ünvanlarında 31 və 33 yazılması məhz 2 giriş qapısına görə olmuşdur. Anası vəfat edəndən sonra istifadə etdiyi evin kommunal xərclərini bu günə qədər o ödəmişdir. X43 anasının vəfatından sonra həyat yoldaşı Cavabdeh4in təkidi ilə onun razılığı olmadan evin divarlarını söküb və qabağa çəkərək taxta döşəmənin üzərində icazəsiz tikinti aparmış və ona aid olan hissələri (bir zal 26,5 kv.metr, bir otaq 13,4kvmetr, və 12,5 kv.metr aynəbəndi) özbaşına zəbt etmişdir. Beləliklə, vərəsəlik şəhadətnaməsi almadan qanunsuz olaraq əmlak üzərində dəyişikliklər etmişdir. Əmlakın və həyətyanı sahənin yarıdan az hissəsi onun istifadəsində qalmışdır. Qardaşının üç ovladı olmaqla onların ayrıca yaşayış sahəsi vardır. Atasının vərəsələrind ən mərhumlar X33i, X38, X24 və X39 və həyatda olan bacısı X31 vərəsəlik əmlakından pay tələb etməmişdir və hal-hazırda onların övladlarının da mirasa dair tələbi yoxdur. O, vərəsəlik hüququnun tanınması ilə bağlı X5 Kontoruna rəsmi müraciət etmiş, mərhum qardaşı Abutalıbın ailəsi mülkə dair hüquqi sənədləri təqdim edilməsindən imtina etdiyinə və ədalətli bölgüyə razı olmadığı üçün notarius vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin məhkəmə kollegiyasının 08.12.2015ci il tarixli qətnaməsi ilə mübahisəli evin 05.06.1947-ci ildə 2789 saylı alqı-satqı müqaviləsi əsasında mərhum atası X34 tərəfindən əldə edilməsi, ölən günə kimi bu evdə yaşamasını qəbul etmişdir. Lakin bu müqavilənin mövcudluğu evin atasının mülkiyyətində olmasını təsdiq etməməsi səbəbindən mirasın kütləsinə daxil edilə bilməməsi nəticəsinə gəlmişdir. Miras əmlak-miras aktivi və miras passivinin məcmusundan ibarətdir. Yəni əşya hüquqları da miras aktivliyinə daxildir. Beləliklə, mübahisəli evin alqı-satqı müqaviləsi əsasında əldə edilməsindən sonra yaranan hüquqlar vərəsəlik qaydasında ona keçmişdi. Onun mirasa münasibətdə vərəsə kimi atasından miras qalmış əmlak olan hüquqlarını yerinə yetirib evə dair hüquqları, qeydiyyatdan keçirə bilmir. Evə mülkiyyət hüquqların atasının adına qeydiyyatdan keçirməsini yerinə yetirə bilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK mübahisəli evin 05.06.1947-ci ildə 2789 saylı alqı-satqı müqaviləsi əsasında mərhum atası X35 tərəfindən əldə edilməsi, ölən günə kimi bu evdə yaşaması qəbul etmişdir, lakin bu müqavilənin mövcudluğu evin atasının mülkiyyətində olmasını təsdiq etməməsi səbəbindən mirasın kütləsinə daxil edilə bilməməsi nəticəsinə gəlmişdir. Bununla əlaqədar olaraq o iki dəfə (birinci dəfə 16.11.2016-ci ildə, ikinci dəfə 28.12.2016-ci ildə) Xaçmaz şəhərində yerləşən X5 Ərazi İdarəsinə mübahisəli yaşayış evinin atası X14 adına hüquqi qeydiyyatdan keçirilməsini ərizə ilə müraciət etməyinə baxmayaraq ona bu günə qədər cavab verilməmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində cavabdeh DƏDRX 5 saylı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq 05.06.1947-ci ildə 2789 saylı alqı-satqı müqaviləsi əsasında mərhum atası X35 tərəfindən əldə edilmiş ünvan 1 sayı fərdi yaşayış evinin onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması vəzifəsinin qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə mübah isələri davam edən zaman, yəni 14.09.2017-ci il tarixdə ona məlum oldu ki, Cavabdeh4 heç bir hüquqi əsas olmadan, fərdi yaşayış evi haqqında mübahisə məhkəmələrdə baxılan zaman, cavabdeh DƏDRX 5 saylı Ərazi İdarəsinə müraciət etmiş, onun müraciəti heç bir araşdırma aparılmadan və qeydə almaq üçün hüquqi əsas olmadan atasından miras qalmış və onun tərəfindən vərəsə kimi qəbul edilmiş X5 saylı evin bir hissəsinin; həyətyanı torpaq sahəsinin 0.0528 ha, daşınmaz əmlakın 181.3 kv.metr hissəsini mərhum qardaşı X8, onun oğlu X15 və həyat yoldaşı Cavabdeh4 adına **********21- 10301 saylı reyestr nömrəsi, ********** saylı qeydiyyat nömrəsi ilə 05.03.2016-cı ildə hüquqi qeydiyyatdan keçirmişdir. 7483 saylı inventar nömrəsi ilə 05.03.2016-cı il tarixdə texniki pasport tərtib edilmiş, həmin texniki pa sportda evin tam mülkiyyətçisi X18, torpaq sahəsinin ümumi birgə mülkiyyətçiləri; Cavabdeh4, X36, Cavabdeh3 Abutalıb oğlu göstərilmişdir. Bu sənədlər rayon məhkəməsində, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-da və Ali Məhkəmənin MK-da onların tərəfindən verilmiş şikayət və etirazlarda göstərilməmişdir. Yalnız Ali Məhkəmənin MK-da işə baxılan zaman ona məlumat verilmədən işə əlavə edilmişdir. Onun bu sənədlərdən heç bir məlumatı olmamışdır. 14.09.2017-ci il tarixdə keçmiş mülki işdən bəzi sənədlərin surətini çıxaran zaman bu sənədlərdən məlumatı oldu. Quba rayon məhkəməsinin 27.04.2016-cı il tarixli qətnaməsi ilə onun cavabdehlər Cavabdeh4 və Quba rayon DNK-na qarşı torpaq sahəsinə və yaşayış evinə vərəsəlik hüququnun tanınması, həmin miras əmlakın onun mülkiyyətinə verilməsi və bu hüquqa da ir reyestrdən çıxarışın verilməsi DƏDRX 5 saylı Ərazi İdarəsinə tapşırılması tələbi təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 08 dekabr 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh4 apellyasiya şikayəti təmin edilmiş, Quba rayon məhkəməsinin 27.04.2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 may 2016-cı il tarixli qərarı ilə onun kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin MKnın 08 dekabr 2015-ci il tarixli qətnaməsi dəyişdirilməmişdir. Quba rayon məhkəməsinin 27.04.2016-cı il tarixli qətnaməsi ilə onun cavabdeh X5 kontoruna qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair tələbi qismən təmin olunmuş, ünvan 4 ünvanda yerləşən, ümumi sahəsi 1 67.7 kv.metr olan, 7 otaq, l dəhliz və 1 aynabənddən ibarət olan yaşayış evi üzrə mirasın tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 08 dekabr 2016-ci il tarixli qətnaməsi ilə Cavabdeh4 və L.M.Sultanovanın nümayəndəsi və vəkili X25 apellyasiya şikayəti təmin edilmiş, Quba rayon məhkəməsinin 27.04.2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, onun cavabdeh X5 kontoruna qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 may 2016-cı il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 08 dekabr 2016-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bir neçə gün bundan əvvəl cavabdehlər tərəfindən həmin ünva nda başqa nömrə ilə (yəni 31) qanunsuz verilmiş texniki pasport və çıxarışı əldə edilməsini görən zaman cavabdehin ona və məhkəməyə cavab verilməməsinin səbəbi ona aydın oldu. Cavabdehlər qabaqcadan əlbir olub birləşərək, mərhum atasından miras qalmış fərdi yaşayış evinin və bu evin yerləşdiyi torpaq sahəsinin yarından çox hissəsi saxta sənədlər əsasında heç bir hüquq müəyyən edən sənəd olmadan öz adlarına hüquqi qeydiyyatdan keçirmişlər. Bu zaman onunla 2015-ci ildən məhkəmələrdə mübahisə edən cavabdehlərdən heç bir hüquq müəyyənedən sənədlər tələb etməmişlər. Cavabdeh idarənin vəzifəli şəxsləri bu şəxslər ilə qabaqcadan cinayət əlaqəsinə girərək saxta sənədlər əsasında mərhum atasından miras qalmış fərdi yaşayış evinə hüquqları qeydə alaraq cinayət törətmişlər. Mərhum atası X19 miras q almış X5 saylı evin saxta sənədlər əsasında qanunsuz qeydə alınmış hüquqlara dair sənədlər məhkəmə tərəfındən etibarsız hesab olunaraq ləğv edilməlidir. İddiaçı MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək X5 saylı evin mərhum atası X14 mülkiyyət hüququnun müəyyən edilməsi, notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsi əsasında hüquqlarının dövlət reyestrində qeydə alınması, mərhum atası X13 miras qalmış bütün əmlakın, o, cümlədən X5 (33) saylı fərdi yaşayış evinin tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən ediməsi, ƏMDK yanında X5 tərəfindən 05.03.2016-cı il tarixdə X9 adına verilmiş X8 adına verilmiş **********2110301 reyestr nömrəli dövlət reyestrindən çıxarışın, X5ində notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş, 30.10.2011-ci il tarixdə vəfat etmiş X2 qalmış arvadı Cavabdeh4 nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə verilmiş 12.06.2018-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin qismən, X5 ünvanda yerləşən ümumi sahəsi 181.3 kv.m olan daşınmaz əmlak, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0.0528 ha olan torpaq sahəsi X11 çatan hissəsindən” ləğv edilməsi, X5ində notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş 30.10.2011-ci il tarixdə vəfat etmiş X2 qalmış oğlu Cavabdeh3 Abutalıb oğluna ümumi əmlakın ¼ hissəsinə, X23 ümumi əmlakın ¼ hissəsinə verilmiş 12.06.2018-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamələrin qismən, ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 181.3 kv.m olan daşınmaz əmlak, ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 0.0528 ha olan torpaq sahəsi X12 çatan hissəsindən” ləğv e dilməsi, cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reystr Xidməti 5 saylı Ərazi İdarəsi tərəfindən X5 saylı evin X8, onun oğlu X15 və həyat yoldaşı Cavabdeh4 adına “Torpağın mülkiyyətə verilməsinə» dair JN-1997A,KOD 30301004 saylı şəhadətnamənin etibarsız hesab olunması, daşınmaz əmlakın dövlət reyestrində 37 saylı reyestr kitabının 55 saylı vərəqində qeydiyyata alınmış **********21-10301 saylı reyestr nömrəsi, ********** saylı qeydiyyat nömrəsi ilə 05.03.2016-cı il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, cavabdehin saxtakarlıq etmiş vəzifəli şəxsləri haqqında xüsusi qərardad çıxararaq araşdırılması üçün Quba rayon prokurorluğuna göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz rayon məhkəməs inin (hakim A.Sadıqov) 06 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X5nə, X5inə, Cavabdeh3 Abutalıb oğluna və Cavabdeh4 qarşı mülkiyyət hüququnun müəyyən edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və sair tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin (hakimlər Səyyad Qafari-sədrlik edən və məruzəçi, hakimlər Şəmsəddin Abasov və Telman Məmmədov) 20 may 2020-ci il tarixli, X5 nömrəli qətnaməsi ilə İddiaçı Lətif oğlunun apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Xaçmaz rayon məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Lütfəli oğlu və vəkili Vəkil Novruz oğlu kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin 20.05.2020-ci il tarixli qətnaməsinin ləğ v edilərək və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş, onları düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası qətnamənin 6-cı vərəqəsində qeyd etmişdir ki, mərhum atam L.Sultanov 1968-ci ildə vəfat etmiş və həmin vaxt onun mülkiyyət hüququnun müəyyən edilməsini arzuladıgı yaşayış evi atasının mülkiyyətində olmamışdır. Qanunvericilyin tələbi baxımından əmlak miras kütləsinə o zaman daxil ola bilər ki, miras açılarkən həmin əmlak miras qoyanın mülkiyyətində olsun. Məhkəmə kollegiyasının gəldiyi bu nəticə tam qanunsuzdur. Atası 05 iyul 1968-ci ildə, anası isə 10 noyabr 1987-ci ildə vəfat etdiklərindən onlardan miras qa lmış əmlaka münasibətdə hüquq münasibətləri 11.09.1964cü ildə qəbul edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin müddəalarına uyğun olaraq həll edilməlidir. Həmin məcəllənin 100.1, 126, 132, 528, 532, 552, 563-cü maddələrinin tələblərini pozmuş və maddi hüquq normalarını düzgün tətbiq edilməmiş, tətbiq edilməli olmayan hüquq normalarını tətbiq edilmişdir. X45 anasının vəfatından sonra həyat yoldaşı Cavabdeh4in təkidi ilə onun razılığı olmadan evin divarlarını söküb və qabağa çəkərək taxta döşəmənin üzərində icazəsiz tikinti aparmış və ona aid olan hissələri (bir zal 26,5 kv.metr, bir otaq 13,4 kv metr, və 12,5 kv.metr aynəbəndi) özbaşına zorakılıqla zəbt etmişdir. Beləliklə, vərəsəlik şəhadətnaməsi almadan qanunsuz olaraq əmlak üzərində dəyişikliklər etmişdir. Əmlakın və həyətyanı sahənin yar ıdan az hissəsi onun istifadəsində qalmışdır. Cavabdehlərin heç biri məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, onların izahatı alınmamış, qanuna zidd qətnamə qəbul edilmişdir. İddiaçı vərəsəlik hüququnun tanınması ilə bağlı X5 Kontoruna rəsmi müraciət etmiş, mərhum qardaşı Abutalıbın ailəsi mülkə dair hüquqi sənədləri təqdim edilməsindən imtina etdiyinə və ədalətli bölgüyə razı olmadığı üçün notarius vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qətnamənin 6-cı vərəqəsində qeyd etmişdir ki, iddiaçı miras əmlakın qəbul edilmə faktının müəyyən edilməsi və istərsə də digər tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən, onun iddia tələbini rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası he sab edir ki, iddiaçı qaldırdığı məsələlərlə bağlı iddia müddəti ötürmüşdür. Tərəflər arasındakı mübahisəli hüquq münasibət 1968-ci ildə yarandığından, həmin vaxt qüvvədə olan Mülki Məcəllənin 73-cü maddəsində hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi 3 il müəyyən edilmişdir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən iddia qaldırana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə kollegiyasının gəldiyi bu nəticə də tam qanunsuz, əsassız və qərəzlidir. Belə ki, iddiaçı atasının və anasının ölümündən sonra mirası qəbul etmiş, ona sahiblik etmiş, ondan istifadə etmiş. Bu gün də sahiblik və istifadə edir. İşıq, qaz və suyun müstəqil abonentidir. Onun iddia tələbi təkcə mirasın qəbul faktının müəyyən edilməsi ilə bağlı deyildir. Çoxsayl ı iddia tələblərini araşdırmamış, heç bir hüquqi qiymət verməmişdir. 19 may 2006-cı il tarixli JN-1997A, KOD 30301004 saylı Torpağn mülkiyyət verilməsinə dair Şəhadətnamədən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli qərarı ilə 0.05 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Quba şəhəri ərazisindən onun mülkiyyətinə verilmişdir. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi ilə atası X34 tərəfindən əldə edilməsi, ölən günə kimi bu evdə yaşamasını qəbul etmişdir. Lakin bu müqavilənin mövcudluğu evin atasının mülkiyyətində olmasını təsdiq etməməsi səbəbindən mirasın kütləsinə daxil edilə bilməməsi nəticəsinə gəlmişdir. Miras əmlak-miras aktivi və miras passivinin məcmusundan ibarətdir. Yəni əşya hüquqlarıda miras aktivliyinə daxildir. Beləliklə, m übahisəli evin alqı-satqı müqaviləsi əsasında əldə edilməsindən sonra yaranan hüquqlar vərəsəlik qaydasında iddiaçıya keçmişdi. Onun mirasa münasibətdə vərəsə kimi atasından miras qalmış əmlak olan hüquqlarını yerinə yetirib evə dair hüquqları, qeydiyyatdan keçirə bilmir. Evə mülkiyyət hüquqların atasının adına qeydiyyatdan keçirməsini yerinə yetirə bilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK mübahisəli evin 05.06.1947-ci ildə 2789 saylı alqı-satqı müqaviləsi əsasında mərhum atası X34 tərəfindən əldə edilməsi, ölən günə kimi bu evdə yaşamasını qəbul etmişdir, lakin bu müqavilənin mövcudluğu evin atasının mülkiyyətinə olmasını təsdiq etməməsi səbəbindən mirasın kütləsinə daxil edilə bilməməsi nəticəsinə gəlmişdir. İddiaçı iki dəfə (birinci dəfə 16.11.2016- ci ildə, ikinci dəfə 28.12. 2016- ci ildə) Xaçmaz şəhərində yerləşən X5 Ərazi İdarəsinə mübahisəli yaşayış evinin atası X20 adına hüquqi qeydiyyatdan keçirilməsini ərizə ilə müraciət etməyinə baxmayaraq ona bu günə qədər cavab verilməmişdir. Məhkəmə həm maddi, həm də prosessual hüquq normalarını pozmuş, işdə olan sübutları düzgün qiymətləndirməmiş, nəticədə əsassız bir qətnamə çıxarılmışdır. Qətnamənin yekun hissəsində tələblərin hər birinə ayrılıqda qiymət belə verməmişdir. Bütün bunlar Xaçmaz rayon məhkəməsinin qanunsuz, əsassız qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması üçün əsaslar olmasına baxmayaraq apelyasiya instansiya məhkəməsi faktiki olaraq apelyasiya şikayətinin dəlillərini araşdırmamış, təmin olunmalı olan apelyasiya şikayətini təmin etməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyasının icl asında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddələrinin İ hissələrinə, 1964-cü il redaksiyasında olan Mülki Məcəllənin 73 və 82-ci maddələrinə istinadən gəldiyi nəticələrə əsasən iddia tələbi həm iddiaçı tərəfindən miras əmlakın qəbul edilmə faktının müəyyən edilməsi və istərsə də digər tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməməsi, həm də üç illik iddia müddətini ötürdüyündən təmin edilə bilməz. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən gəldiyi nəticələr maddi və prosessual hüquq normalarının tələblərini pozulması ilə müşayiət olunmuş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, idd iaçının mərhum atası Lütvəli Sultanov 1968-ci ildə vəfat etmiş və həmin vaxt iddiaçının mülkiyyət hüququnun müəyyən edilməsini arzuladığı yaşayış evi atasının mülkiyyətində olmamışdır. Qanunvericiliyin tələbi baxımından əmlak miras kütləsinə o zaman daxil ola bilər ki, miras açılırkən həmin əmlak miras qoyanın mülkiyyətində olsun. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən miras əmlakın qəbul edilmə faktının müəyyən edilməsi və digər tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməməsini göstərsə də, işin hallarını tam araşdırmamış, iş materiallarında olan məhkəmə qətnamələrinin məzmununda göstərilən bəzi diqqətəlayiq, mühüm məqamləra və iddiaçının tələblərin bəzilərinin inzibati məhkəmə aidiyyəti olmasına diqqət yetirməmiş, yalnı z ümumi ifadələr əsasında göstərilən nəticələrə gəlmişdir. Belə ki, işin materiallarından görünür ki, iddiaçı X5 saylı evin mərhum atası X14 mülkiyyət hüququnun müəyyən edilməsi, notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsi əsasında hüquqlarının dövlət reyestrində qeydə alınması, mərhum atası X13 miras qalmış bütün əmlakın, o, cümlədən X5 (33) saylı fərdi yaşayış evinin tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, 05.03.2016-cı il tarixdə X9 adına verilmiş X8 adına verilmiş **********21-10301 reyestr nömrəli dövlət reyestrindən çıxarışın, X5ində notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş, 30.10.2011-ci il tarixdə vəfat etmiş X2 qalmış arvadı Cavabdeh4 nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə verilmiş 12.06.2018-ci il tarixli mülk iyyət hüququ haqqında şəhadətnamənin qismən, X5 ünvanda yerləşən ümumi sahəsi 181.3 kv.m olan daşınmaz əmlak, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0.0528 ha olan torpaq sahəsi X11 çatan hissəsindən” ləğv edilməsi, X5ində notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş 30.10.2011-ci il tarixdə vəfat etmiş X2 qalmış oğlu Cavabdeh3 Abutalıb oğluna ümumi əmlakın ¼ hissəsinə, X23 ümumi əmlakın ¼ hissəsinə verilmiş 12.06.2018-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamələrin qismən, ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 181.3 kv.m olan daşınmaz əmlak, ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 0.0528 ha olan torpaq sahəsi X12 çatan hissəsindən” ləğv edilməsi, cavabdeh X5tərəfindən X5 saylı evin X8, onun oğlu X15 və həyat yoldaşı Cavabdeh4 adına “Torpağın mülkiyyətə verilməsinə» dair J N-1997A, KOD 30301004 saylı şəhadətnamənin etibarsız hesab olunması, daşınmaz əmlakın dövlət reyestrində 37 saylı reyestr kitabının 55 saylı vərəqində qeydiyyata alınmış **********21-10301 saylı reyestr nömrəsi, ********** saylı qeydiyyat nömrəsi ilə 05.03.2016-cı il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsini xahiş edir. Bundan əvvəl isə Quba rayon Məhkəməsinin X5 saylı, 07 aprel 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, X13 və X3 miras qalmış ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 251,4 kv.metr olan evə və həmin evin yerləşdiyi 278,4 kv.metr tikinti altı və 778,6 kv.metr həyətyanı torpaq sahəsinə payları bərabər olmaqla, 1/3 hissəsinə İddiaçı, 1/3 hissəsinə Cavabdeh4 və 1/3 hissəsinə X7 qanun ü zrə vərəsəliyə dair mülkiyyət hüquqlarının müəyyən olunması qət olunmuş, qətnamənin qanuni qüvvəyə mindikdən sonra miras qalmış ünvan 8 ünvanda yerləşən ümumi sahəsi 251,4 kv.metr olan ev və həmin evin yerləşdiyi 278, 4 kv metr tikinti altı, habelə 778,6 kv.metr həyətyanı torpaq sahəsinə müəyyən olunmuş paylar üzrə vərəsələrin adına dövlət qeydiyyatına alınması üçün əsas olması qərara alınmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Sumqayt apellyasiya məhkəməsinin 08.12.2015-ci il tarixli qətnaməsi ilə Quba rayon Məhkəməsinin X5 saylı, 07 aprel 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddianın təmin edilməməsi qət edilmişdir. Daha sonra isə iddiaçı 05.07.1968-ci ildə Quba şəhərində vəfat etmiş atası X21, 10.11.1987-ci ildə vəfat etmiş anası X4 miras qalmış bütün əmlakların, o cüm lədən onlara məxsus olan ünvan 9 ünvanda yerləşən, ümumi sahəsi 167,67 kv.metr olan, 7 otaq, 1 dəhliz və 1 aynabənddən ibarət olan yaşayış evinin faktiki idarəçiliyə qəbul etməklə qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 27 aprel 2016-cı il tarixli qətnaməsi ilə (hakim F.N.Pənahov) ərizənin təmin edilməsi, ünvan 10 ünvanda yerləşən, ümumi sahəsi 167,7 kv.metr olan, 7 otaq, 1 dəhliz və 1 aynabənddən ibarət olan yaşayış evi üzrə İddiaçı mirası qəbul etməsi faktının müəyyən edilməsi qət edilmişdir. Sumqayt apellyasiya məhkəməsinin 24.10.2016-cı il tarixli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 27 aprel 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iddianın təmin edilməməsi qət edilmişdir. Qanuni qüvvəsini almış məhkəmə aktları m üəyyən edilmişdir ki, qeyd olunan yaşayış evinin və həyətyanı torpaq sahəsinin nə iddiaçının atası, nə də anasının mülkiyyətində olmasını təsdiq edən hüquqmüəyyənedici sənədlər iş materiallarında mövcud deyildir. Bununla belə məhkəmələr müəyyən etmişlər ki, Quba şəhəri, Y.Qasımov küç. yerləşən 33 saylı fərdi yaşayış evi 05.06.1947-ci il tarixli 2789 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən L.T.Sultanov tərəfindən alınmış, lakin onun həmin əmlaka dair mülkiyyət hüququ qeydə alınmamışdır. İddiaçının tələblərinə əsasən atası, onun vəfatından sonra isə anası mübahisə predmetini təşkil edən evə və həyətyanı torpaq sahəsindən istifadə etmiş, onların övladlarından o və mərhum qardaşı Abutalıb həmin mülkdə yaşamaqda davam edərək mirası faktiki qəbul etmişlər. Lakin ata-anadan qalmış əmlak il ə bağlı qardaşı ilə aralarında əmlakın bölgüsü aparılmamış, paylar müəyyən edilməmiş, qardaşının ölümündən sonra isə əmlakın bir hissəsindən mərhumun həyat yoldaşı Cavabdeh4 yaşamaqda davam etmişdir. Qardaşının ölümündən sonra Notariat Kontoruna müraciət edilsə də, Cavabdeh4 tərəfindən mirasa dair hüquqi sənədlər təqdim edilmədiyi üçün notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. İşin materiallarından görünür ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi texniki inventarlaşmanın mərkəzi bürosu tərəfindən tərtib edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən təsdiq olunmuş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair Pasportdan görünür ki, ünvan 7 ünvanda yerləşən ümumi sahəsi 251,4 kv.met r olan evə və həmin evin yerləşdiyi 278,4 kv.metr tikinti altı, habelə 778.6 kv.metr həyətyanı torpaq sahəsi X5 adına 3385 inventar nömrəsi ilə qeydə alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən X32 ünvanlanmış, 03.12.2014-cü il tarixli məktubundan görünür ki, X5ində yerləşən 33 saylı fərdi yaşayış evi 05.06.1947-ci il tarixli, 2789 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X14 adına olmuş, lakin Quba rayon Tİ və MHQ idarəsi tərəfindən 1987-ci il tarixdə tərtib edilmiş texniki pasportda X6 adı qeyd olunmuşdur. Qanuni qüvvəsini almış qətnamələr üzrə məhkəmələr bu qənaətə gəlmişlər ki, 1947-ci ilin alqı-satqı müqaviləsi miras əmlakın X14 mülkiyyətində olmasını təsdiq etmir, sadəcə onun üzərinə sonuncunun sərəncam vermək hüququnu deyil, sahib lik və istifadə hüququnu təsdiq edir. Məhkəmələr bu qənaətə gələrkən Azərbaycan Respublikasının Prezidentinin 13.01.2015-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanunun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərinə hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.4-cü bəndinə və “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmı hüquqlara və onların məhdudlaşdırılmasına (yüklüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında” AR ƏMDK-nın 22.12.2009-cu il tarixli 113 saylı əmri ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyi tərəfindən 30.12.2009-cu il tarixdə 3192 sayla dövlət qeydiyyatına alınmış Təlimatın 7.1-7.5-ci bəndlərinə istinad edərək mübahisə predmetini təşkil edən daşınmaz əmlakın üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün mərhumlar X35 və X5 vərəsələrindən hər hansı birinin müvafiq qurumdan arayış almalı və yalnız bundan sonra həmin əmlak üzərində vərəsəlik hüququnu rəsmiləşdirilməli olmalarını qeyd etmişlər. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə iddiaçının tələbləri rədd edilsə də, faktiki olaraq X5ində yerləşən 33 saylı fərdi yaşayış evi 05.06.1947-ci il tarixli, 2789 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X35 tərəfindən əldə edilməsi, sahibliyində olması, həmçinin də 1987-ci il tarixdə tərtib edilmiş texniki pasportda X6 adı qeyd olunması kimi faktları inkar edilməmiş, bu sənədləri mötəbərliyini şübhə altına alan hallar göstərilməmişdir. Lakin hazırki iş üzrə işə baxan Sumqayıt Apellyasiya instansiy ası məhkəməsi iddiaçının qeyd etdiyi kimi, iki dəfə (birinci dəfə 16.11.2016-ci ildə, ikinci dəfə 28.12.2016 ci ildə) Xaçmaz şəhərində yerləşən X5 Ərazi İdarəsinə mübahisəli yaşayış evinin atası X14 adına hüquqi qeydiyyatdan keçirilməsini ərizə ilə müraciət etməyinə baxmayaraq ona bu günə qədər cavab verilməməsinə, iddiası mümkün sayılmasa da, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində cavbadeh DƏDRX 5 saylı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq 05.06.1947-ci ildə 2789 saylı alqı-satqı müqaviləsi əsasında mərhum atası X35 tərəfindən əldə edilmiş ünvan 1 sayı fərdi yaşayış evinin onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması vəzifəsinin qoyulmasına dair qərar çıxarılması ilə bağlı müraciət etməsinə diqqət yetirməmiş, iddia tələbi olan X5 saylı evin bir hissəsinin; həyətyanı to rpaq sahəsinin 0.0528 ha, daşınmaz əmlakın 181.3 kv.metr hissəsini mərhum qardaşı X8, onun oğlu X15 və həyat yoldaşı Cavabdeh4 adına **********21- 10301 saylı reyestr nömrəsi, ********** saylı qeydiyyat nömrəsi ilə 05.03.2016-cı ildə hüquqi qeydiyyatdan keçirilməsinin, 7483 saylı inventar nömrəsi ilə 05.03.2016-cı il tarixdə tərtib edilmiş texniki pasportda evin tam mülkiyyətçisi X18, torpaq sahəsinin ümumi birgə mülkiyyətçiləri; Cavabdeh4, X36, Cavabdeh3 Abutalıb oğlu göstərilməsinin əsaslarının düzgün olmamasına dair iddiaçının dəlillərini yoxlamamışdır. Halbuki, iddiaçı miras əmlak hesab etdiyi əmlak olan X5 saylı evin bir hissəsinin mərhum qardaşı X18 və onun ailə üzvlərinin adlarına olan qeydiyyatları mübahisələndirmişdir. Evin digər hissəsinin hüquqi aqibəti müəyyən edilməmişdir. Həm çinin işin materiallarından görünür ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reystr Xidməti 5 saylı Ərazi İdarəsi tərəfindən X5 saylı evin X8, onun oğlu X15 və həyat yoldaşı Cavabdeh4 adına “Torpağın mülkiyyətə verilməsinə» dair JN-1997A,KOD 30301004 saylı şəhadətnaməsi verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qeyd edilən şəhadətnamə ilə verilən torpaq sahəsinin iddiaçının miras əmlak olmasını iddia etdiyi torpaq sahəsinə hansı hüquqi aidiyyətının olub-olmamasını aydınlaşdırmamışdır. Kassasiya şikayətinə əlavə edilmiş sözügedən şəhadətnamənin surətindən görünür ki, bu şəhadətnamə X8, onun oğlu X15 və həyat yoldaşı Cavabdeh4 adına Quba rayon Aqrar İslahat komissiyasının 05 may 2000-ci il tarixli 05 saylı qərarı ilə fərdi yaşayış evi tikil məsi üçün verilmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iş üzrə cavabdehlərdən Cavabdeh4 iş materiallarında olan izahatlarına əsasən ərinin ölümündən sonra miras qalan ünvan 10 evi və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsini qəbul edərək əmlakı idarə etməsini göstərsə də, apellyasiya instansiyası məhkəməsi X5ində notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş, 30.10.2011-ci il tarixdə vəfat etmiş X2 qalmış arvadı Cavabdeh4 nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə verilmiş 12.06.2018-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsinin qanuni əsaslarını araşdırmamış və hüquqi qiymət verməmişdir. Belə ki, Quba şəhəri, Y.Qasımov küç. 33 (və ya 31) saylı evi və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi X8 Cavabdeh4 nikah müdd ətində əldə etdikləri ümumi birgə əmlakı olub-olmamasını apellyasiya instansiyası məhkəməsi araşdırmamışdır İş materiallarında İddiaçı Lütfəli oğlunun birinci instansiya məhkəməsinə yazdığı məlumatdan görünür ki, ünvan 11 ünvanlı evlərin mirasın qəbul edilmə faktının müəyyən edilməsinə dair təqdim olunmuş sənədlərə əsasən mübahisəli ev iki ünvandan ibarətdir. Cavabdeh4 iş materiallarında olan izahatlarına əsasən mübahisəli yaşayış sahəsi 31-33 saylı yox, sadəcə 33 saylıdır. Apellyasiya instansiyası məhkəməsi hər iki ünvan üzrə olan evlərin hazırda kimin adına olması ilə bağlı heç bir araşdırma aparmamış, göstərilən halın ziddiyyətli olub-olmamasını, bu ünvanların eyni evə aid olub-olmamasını da aydınlaşdırmamışdır. Məhkəmə kollegiyası həmçinin apellyasiya instansiyası məhkəməsinin tərəfl ər arasındakı mübahisəli hüquq münasibəti 1968-ci il tarixdə yarandığından iddiaçının iddia tələbi üzrə Mülki Məcəllənin 73-cü maddəsində nəzərdə tutulmuş üç illik iddia müddətini ötürməsinə dair nəticəsi ilə də razılaşmır. Belə ki, iddiaçının tələbi əsasən vərəsəlik hüquqları ilə bağlıdır və o atasından miras qalmasını iddia etdiyi əmlaka vərəsəlik hüququnun olmasını iddia edir. İşin materiallarından görünür ki, notariat tərəfindən ona 27.09.2013-cü il tarixli qərarla qanunvericiliklə mirasın qəbulu üçün verilmiş müddəti buraxması, eyni zamanda mirasın faktiki qəbul və ona sahiblik etməsi barədə sübutlar və digər vərəsələr barədə məlumatı təsdiq edən hüquq sənədlər təqdim etmədiyi üçün vərəsəlik hüququ haqqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası kassasiya şi kayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını ətraflı müəyyənləşdirməyərək düzgün hüquqi nəticəyə gəlməmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə instansiyası tərəfindən onun apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tə ləblərinə riayət edilməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdur. Kollegiyanın qənaətinə görə faktiki olaraq mübahisənin mahiyyətinə varmadan, apellyasiya şikayətinin dəlillərini araşdırmadan birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə apellyasiya instansiyası məhkəməsinin razılaşması Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ bəndinə, eləcə də MPM-nin 14.1-ci maddəsinin tələblərinə zidd olmuşdur. Belə ki, həmin normalara görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə hər bir halda həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqatına lazımi şərait yaratmalıdır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməl i, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli və onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir. Kollegiya həmçinin qeyd edir ki, qeyd edilən maddələrin məzmununa görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsasdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, lakin kassasiya şikayəti qismən təmin edilməlidir. Çünki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88 və 106.1-ci maddələrinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 may 2020-ci il tarixli X5 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə
Məhkəmə qərarları › İş №2(102)-5107/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5107/2020
19.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver