Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5108/2022 04.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabadehlər Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ipotekaya xitam verilməsi əsasları, əsas öhdəlik üzrə tələbə şamil olunan iddia müddətinin keçdiyi halda əmlakın ipoteka yüklülüyündən azad edilməsinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabadehlər Cavabdeh ASC-yə və "xxxx" QSC BOKT-a qarşı “əmlakın ipotekadan azad edilməsi” t ələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4517/2022 nömrəli, 01 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" QSC BOKT tərəfindən verilmiş kassasiya şikayətinə 04 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh ASC (bundan sonra – Bank və ya birinci cavabdeh) arasında bağlanmış xx.xx.2007-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçıya avtomobil alınması məqsədilə 18 ay müddətinə, illik 23% dərəcəsi ilə qaytarmaq şərti ilə 35.000 ABŞ dolları məbləğində kredit verilmiş və müqavilə üzrə öhdəliklərin icrasını təmin etmə üsulu kimi həmin tarixli girov (ipoteka) müqaviləsinə əsasən, iddiaçıya məxsus “Toyota Lexus” minik markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobil (bundan sonra – ipoteka predmeti olan avtomobil) bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
2. Kredit müqaviləsinin müddəti xx.xx.2009-cu il tarixdə başa çatmış, müqavilə üzrə sonuncu ödəniş xx.xx.2014-cü il tarixdə həyata keçirilmişdir.
3. Sözügedən kredit müqaviləsi üzrə bankın tələb hüququ Cavabdeh ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 570 saylı Fərmanının icrası ilə əlaqədar "xxxx" QSC-yə (bundan sonra – ikinci cavabdeh) ötürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh ASC-yə və "xxxx" QSC BOKT-a qarşı xx.xx.2020ci il tarixdə iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus ipoteka predmeti olan avtomobilin girovdan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, bankla arasında bağlanmış kredit müqaviləsi üzrə tərəfindən ödənişlər edilmiş, müqavilə müddəti başa çatmış, buna baxmayaraq, bank öhdəliyin tam icra edilməsini tələb etmişdir. Hesab edir ki, müqavilə müddətinin başa çatmasından 9 ildən çox vaxt keçdiyindən və cavabdeh tərəfindən borc tələbinə dair iddia üzrə qanunla müəyyən olunmuş üç illik iddia müddəti ötürüldüyündən, borcun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddianın məhkəmədə qaldırılıbqaldırılmamasından a sılı olmayaraq, ipotekaya xitam verilməlidir. Mülkiyyətində olan əmlakın bu şəkildə yüklü qalması onun hüquqlarını pozur.
6. İddiaçı, tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 427.1, 427.4-cü maddələrinə istinad etmişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1791/2020 nömrəli, 25 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Cəfərov) iddia təmin olunmuşdur.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında müqavilə üzrə münasibətlər mövcud olmuş və tərəflər üzərinə öhdəliklər götürmüşlər. İddiaçı tərəfindən müqavilə üzrə son ödəniş xx.xx.2014-cü il tarixdə həyata keçirilmiş, cavabdeh tərəfindən qanunla müəyyən olunmuş 3 illik iddia müddəti ərzində iddiaçıya qarşı borcun tutulması və tutmanın ipotek a predmetinə yönəldilməsi tələbinə dair iddia qaldırılmamışdır. Belə olan halda, ipoteka predmeti olan avtomobilin ipoteka yüklülüyünə xitam verilməlidir.
9. Məhkəmə öz mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 48.1.2 və 48.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Cavabeh Aqrarkredit” QSC BOKT apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Şikayət onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi üzrə son ödənişin xx.xx.2014-cü ildə edilməsinə baxmayaraq, məhkəmə tərəfindən müqavilədən irəli gələn tələblər üzrə üç illik iddia müddətinə istinad etməklə kredit və ipoteka müqavilələri üzrə öhdəliklərə xitam verilməsi mülki qanunvericiliyin tələblərinə ziddir. Nə qədər ki, borclunun öhdəliyi yerinə yetirməməsində kreditor təqsirli deyil, bu halda sonuncu öhdəlik üzrə icra etdiklərini geri qaytarmağı tələb edə bilər.
12. Şikayətin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550, 552.1 və 556.2-ci maddələrinə istinad olunmuşdur.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6980/2020 nömrəli, 22 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
15. İkinci cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
17. Kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli Qərarındakı hüquqi mövqelərə istinadla qeyd etmişdir ki, baxılan işdə bankla iddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli kredit müqaviləsindən irəli gələn tələb hüququna dair 3 illik iddia müddəti keçmiş olsa belə, bu, kreditorun tələb hüququnu, borclunun isə öhdəliyini aradan qaldırmır. İddia müddətinin keçməsi yalnız kreditorun tələb hüququnun məhkəmə qərarı ilə məcburi icrasını mümkünsüz edir. Yəni irəli sürülən iddia tələbinə qarşı borclu iddia müddətini tətbiq etdikdə məhkəmə iddianı bu səbəblə rədd edir.
18. İpoteka isə müstəqil deyil, kreditorun şəxsi hüququna bağlı əlavə bir (məhdud əşya) hüququ olduğundan, əsas öhdəlik üzrə pozulmuş hüquqların məhkəmə qaydasında bərpası imkanı aradan qalxırsa, bu halda ona bağlı o lan ipoteka hüququnun reallaşdırılması müdafiə imkanı itirilmiş olur. Yəni əsas tələb üzrə iddia müddəti keçdiyi halda ipoteka predmetinə məcburi tutmanın yönəldilməsi mümkün olmur. Bununla belə, məhdud əşya hüququnun özünə xitam verilmir və əşya üzərindəki ipoteka yüklülüyü hüquqi baxımdan qalmaqda davam edir.
19. Beləliklə, iddia müddətinin keçməsi, əsas öhdəliyin xitamına səbəb olmadığı üçün kreditorun şəxsi hüququna bağlı olan ipoteka da xətm olmur. Bu halda ipoteka predmetinin yüklülükdən azad edilməsi üçün də hüquqi əsas yaranmır. İşə mahiyyəti üzrə baxan məhkəmələr isə, müqavilədən irəli gələn tələb üzrə iddia müddətinin keçməsinə istinad edərək, ipotekaya xitam verilməsi barədə yanlış qənaətə gəlmişlər. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
20. Apellyasiya instan siyası məhkəməsinin 2(103)-4517/2022 nömrəli, 01 iyul 2022ci il tarixli qətnaməsi ilə (hakimlər N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin olunaraq, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 1316 nömrəli ipoteka (girov) müqaviləsi üzrə “Toyota Lexus” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekasına xx.xx.2019-cu il tarixdə xitam verildiyi müəyyən olunmuş, iddia qalan hissədə rədd olunmuşdur.
21. Məhkəmə kollegiyası Mülki Məcəllənin 551.1, 552.1-ci və “İpoteka haqqında” Qanunun 48.1.2-ci maddələrinə istinadla gəldiyi nəticəni belə əsaslandırmışdır ki, kreditin qaytarılma müddəti xx.xx.2009-cu il tarixdə baş a çatmış, iddiaçı isə hazırkı iddia ilə bu tarixdən 10 il 11 ay sonra - xx.xx.2020-ci ildə məhkəməyə müraciət etmişdir. Tələbin icra müddətinin çatmasından 10 il keçdiyindən kreditin qaytarılması tələbi öz qüvvəsini itirmiş və kredit öhdəliyinə (əsas öhdəliyə) xx.xx.2019-cu il tarixdə müddətin keçməsinə görə xitam verilmişdir. Əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verildiyindən, ipotekaya xx.xx.2019-cu ildə xitam verilmişdir. İpoteka göstərilən əsasla xitam verildiyinə görə məhkəmə başqa əsasla ipotekaya xitam verilməsini qət edə bilməz, məhkəmə ipotekaya xitam verildiyini müəyyənləşdirə (tanıya) bilər.
22. Birinci instansiya məhkəməsi isə iddianı təmin etsə də, işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli, iddia qismən təmin edilməli, ipotekaya xitam verildiyini müəyyən edən yeni qətnamə qəbul olunmalıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İkinci cavabdeh (vəkil X1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
24. Şikayət onunla əsaslandırılmışdır ki, kredit üzrə son ödəniş xx.xx.2014-cü il tarixdə edildiyindən öhdəliyin xitamı müddətinin axımı həmin tarixdən başlanmalıdır. Bundan başqa, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 8.1-ci bəndinə əsasən bu müqavilə, tərəflər üzərinə qoyulmuş vəzifələri tam yerinə yetirənədək qüvvədədir. İş materiallarından da göründüyü kimi, iddiaçı tərəfindən müqavilə üzrə borc öhdə liyi tam yerinə yetirilməmişdir. Belə olan halda, əsas öhdəliyə xitam verilmədən əmlakın ipoteka yüklülüyünə xitam verilməsi qanunsuzdur. Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunanları nəzərə almamış, Mülki Məcəllənin 551-ci maddəsini düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
27. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
28. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.
29. Maddə 269.6. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir.
30. Maddə 294.1.1. Girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir.
31. Maddə
372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
32. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
33. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yaln ız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
34. Maddə
376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.
35. Maddə
383. Borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz.
36. Maddə 384.0.4. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia mü ddəti şamil edilmir.
37. Maddə 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.
38. Maddə
550. Tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər.
39. Maddə 551.1. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir.
40. Maddə 552.1. Müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır.
41. Maddə 554.2. Öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz.
42. Maddə 554.3. Əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir.
43. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
44. Maddə 1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur.
45. Maddə 10.1 İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır.
46. Maddə 48.1.2. Əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzr ə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübu tlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Mülki hüquq müqavilələrindən irəli gə lən öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsasları, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki-hüquqi öhdəliklərin ipoteka hesabına ödənilməsi qaydası, tərəflərin hüquq və vəzifələri və ipotekaya xitam verilməsinin əsasları “İpoteka haqqında” Qanunla tənzimlənir.
56. Həmin qanunun 48.1.2-ci maddəsinə görə, əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir.
57. Buna görə də apelyasiya instansiyası məhkəməsi Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 1316 nömrəli ipoteka (girov) müqaviləsi üzrə “Toyota Lexus” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekasına xx.xx.2019-cu il tarixdə xitam verildiyi müəyyən olunması barədə düzgün nəticəyə gəlmişdir.
58. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
59. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4517/2022 nömrəli, 01 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.