Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5111/2021 11.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: maddi ziyan tələbi, sübut etmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil2 və cavabdehin vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-916/2021 nömrəli iş üzrə 13 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üz rə işə 11 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 04.02.2011-ci il tarixli AB № 398509 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı Subaru Legacy minik markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair hüquqları 04.02.2011-ci il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası DİN-nin məlumatından müəyyən olunur ki, 04.02.2011-ci il tarixli şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan Subaru Legacy markalı ** KJ *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair Cavabdeh 05.02.2011-ci il tarixdən 27.08.2017-ci il tarixədək, X2 isə 24.08.2011-ci il tarixdən 21.01.2013-cü il tarixədək etibarnamə verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məh kəməsinin 2(001)-1132/13 saylı 19.04.2013-cü il tarixli qətnaməsi ilə iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin cavabdeh İddiaçı qarşı ipotekaya qoyulmuş avtomobilin hərracdan satılmasına və kredit borcunun tutulmasına dair iddia ərizəsi qismən təmin edilərək cavabdeh İddiaçı 14793 manat məbləğində əsas kredit borcu, 4643 manat faiz borcu, 911 manat dəbbə pulu olmaqla cəmi 20347 manat borcun iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə tutulması, iddia tələbinin İddiaçı mülkiyyətində olan **-KJ-*** dövlət nömrə nişanlı Subaru Legacy markalı avtomobilə yönəldilməsi və həmin avtomobilin ilkin satış qiyməti 21200 ABŞ dolları müəyyən edilməklə açıq hərracda satılması, bankın kredit tələbinin satılmış əmlak hesabına ödənilməsi, avtomobilin satışından əldə olunmuş məbləğ kredit borcunun ödənilməsinə yönəldilməsi, iddiaçının tələbi ödənildikdən sonra avtomobilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin cavabdeh İddiaçı verilməsi qət edilmişdir. Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi T.Arazlının 19.03.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən müəyyən olunur ki, İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin 23.09.2020-ci il tarixli 17/68-1709429 saylı məktubundan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.04.2013cü il tarixli 2(001)-1132\2013 saylı icra sənədində qeyd olunan Subaru Legacy markalı **-KJ-*** dövlət nömrə nişanlı avtomobilin axtarılıb tapılması və saxlanılaraq cərimə mey dançasına qoyulması barədə müxtəlif tarixlərdə Azərbaycan Respublikası DİN BDYPİ-nə müraciətlər olunmuş, lakin bu günədək qeyd olunan ipoteka predmeti olan avtomobilin tapılaraq Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə məlumat daxil olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə maddi ziyana görə 20347 manat, nümayəndəsinə verdiyi etibarnaməyə görə ödədiyi dövlət rüsumuna görə 11,50 manat, dövlət rüsumuna görə 30 manat, mənəvi ziyana görə 10000 manat olmaqla cəmi 30388,5 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2010-cu ildə Cavabdeh ondan Beynəlxalq Bankda krediti olduğu üçün kreditə “Subaru Legacy” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobili onun adına rəsmiləşdirib verməsini xahiş etmiş, müqavilə üzrə aylıq krediti də özünün vaxtlı vaxtında ödəyəcəyini bildirmişdir. O, cavabdehə inanıb həmin avtomobili almaq üçün bankdan 14800 manat kredit götürmüşdür. Cavabdeh razılaşdıqları kimi ayda 543 manat olmaqla 5 ay krediti ödədikdən sonra işdən çıxmış və bu səbəbdən də aylıq krediti ödəyə bilməmiş, sonra cavabdeh maşını başqa şəxsə sataraq kreditin ödənilməsini təmin edəcəyini ona bildirmişdir. Daha sonra cavabdeh avtomobili Fəqan Səfərova sataraq sonuncudan 3500 manat alsa da, krediti ödəməmiş və həmin pulu öz ehtiyaclarına xərcləyərək onu bank qarşısında çox ağır maddi duruma salmışdır. F.Səfərov da öz növbəsində maşını alıb krediti ödəməyə söz versə də sözünə əməl etməmişdir. Buna görə də o, polisə şikayət ərizəsi ilə müraciət etmiş, həmçinin banka müraciət edərək maşının axtarışı ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etmələrini xahiş etmişdir. Bank onun müraciətinə məhəl qoymamış, polis isə xeyli vaxt keçdikdən sonra maşını axtarışa vermişdir. Daha sonra Bakı şəhəri Binəqədi RPİ-nin 19.03.2020-ci il tarixli qərarı ilə onun şikayəti əsasında cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma ilə məlum olmuşdur ki, Fəqan Səfərov özbaşına maşını Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayan Elnur adlı şəxsə qeyri-qanuni satmışdır. Hazırda avtomobilin axtarışı heç bir nəticə verməmiş və avtomobil tapılmamışdır. Beləliklə avtomobilin hissələrə bölünərək satıldığı ehtimal edilir. Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq şöbəsində aparılan araşdırma zamanı izahatı alınmış Cavabdeh onun izahatında qeyd etdiklərini etiraf etmişdir. Belə ki, cavabdeh izahatında 2010-cu ildə bankda girovlu maşını olduğu üçün öz adına maşın ala bilməməsini, ona görə də ona müraciət etdiyini, “Subaru Legacy” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı maşını bankda ipoteka ilə yüklü etməklə onun adına aldığını, lakin daha sonra maşının kreditini ödəyə bilmədiyini, maşını Fəqan Səfərova satdığını bildirmişdir. Cavabdeh F.Səfərovun maşının pulunu ödəmədiyini və F.Səfərovun maşını Elnur adlı şəxsə satdığını, Elnur adlı şəxslə görüşdükdən sonra maşının aqibətindən xəbəri olmadığını izahatında qeyd etmişdir. Araşdırma zamanı izahatı alınmış Fəqan Səfərov onun Beynəlxalq Bankdan yüklü edilməklə “Subaru Legacy” markalı, **-KJ-*** dövlət qeydiyyat nişa nlı maşını Cavabdeh üçün aldığını, maşının pulunu Cavabdeh ödədiyini, daha sonra 3500 manat verərək maşını Cavabdeh aldığını, 3-4 ay sürdükdən sonra maşını Ramin Məmmədov vasitəsilə tanıdığı Elnur Məhərrəmova 200 manat alaraq verdiyini bildirmiş, E.Məhərrəmovun maşını götürdükdən sonra təmir etdirib sürdüyünü, etibarnamə ilə bağlı onunla S.T.Əliyev arasında mübahisə yarandığını bundan sonra E.Məhərrəmovdan xəbəri olmadığını göstərmişdir. Araşdırma zamanı izahatı alınmış Ramin Məmmədov bildirmişdir ki, 2010-ci ilin sonlarında Fəqan və Elnurla Biləcəridə yerləşən kafelərin birində çay içərkən Fəqan onda Subaru markalı vuruq vəziyyətdə olan maşın olmasını bildirmiş, Elnur maşını Fəqandan istəmiş, Fəqan razılaşaraq maşını Elnura vermişdir. Birlikdə Masazıra gedib maşını götürmüşlər və 1 il son ra Elnurun həmin maşını sürdüyünü görmüşdür. Araşdırma zamanı izahatı alınmış Elnur Məhərrəmov bildirmişdir ki, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobili xatırlayır, belə bir avtomobil almışdır, ancaq həmin avtomobilin aqibətindən xəbəri yoxdur. Beləliklə Cavabdeh qanunsuz əməlləri nəticəsində ona Binəqədi Rayon Məhkəməsinin 19.04.2013-cü il tarixli, 2(001)1132/13 saylı qətnaməsinə əsasən 20.347 manat məbləğində borc yazılmışdır. Qətnaməyə əsasən iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin cavabdeh İddiaçı qarşı ipotekaya qoyulmuş avtomobilin hərracdan satılması və kredit borcunun tutulmasına dair iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh İddiaçı 14793 manat məbləğində əsas kredit borcu, 4643 manat faiz borcu, 911 manat dəbbə pulu olmaqla cəmi 20347 manat məbləğində borcun iddiaçı A zərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə tutulması, iddia tələbinin İddiaçı mülkiyyətində olan **-KJ-*** dövlət nömrə nişanlı Subaru Legacy markalı avtomobilə yönəldilməsi və həmin avtomobilin ilkin satış qiyməti 21200 ABŞ dolları müəyyən edilməklə açıq hərracda satılması, bankın kredit tələbinin satılmış əmlak hesabına ödənilməsi qət edilmişdir. Dəfələrlə müracət etsə də cavabdeh həmin pulu ona qaytarmaqdan boyun qaçırmış bankın ödənişlərini vaxtında etmədiyinə görə ona faizlər hesablanmış maddi və mənəvi zərər vurulmuşdur. Halbuki cavabdeh yüksək maaşlı işdə işləyir və həmin borcu ödəmək imkanına malikdir. Lakin cavabdeh bundan imtina edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, cavabdehin İddiaçı heç bir borc u yoxdur və iddiaçıdan heç bir müqavilə ilə pul vəsaiti alınmamışdır. İddiaçı Cavabdeh 20 illik dostu və bir məhəllədə böyüdüyü şəxsdir. İddiaçı Subaru Legacy maşını alarkən müqavilələr cavabdehin tanıdığı bank əməkdaşı tərəfindən rəsmiləşdirilmişdir. Həmin bankda cavabdeh öz maşınını da rəsmiləşdirmişdir. Yəni, cavabdehin artıq Hyundai Sonata markalı avtomobili olmuş, İddiaçı maşını alarkən atasından qorxduğu üçün atasına əvvəldən maşının Orxanın adına olduğunu demişdir. Bir müddət sonra iddiaçı maşını satmaq istədiyini cavabdehə demiş və maşının arxa şüşəsinə satılır sözü yapışdırmış, həmin vaxtlarda maşını cavabdeh də idarə etmişdir ki, iddiaçının atası şübhələnməsin. Maşın cavabdehdə olduğu müddətdə Fəqan Səfərov şüşədə olan satılır sözünü görüb maşına yaxınlaşmış maşını neçəyə satdığı nı soruşmuşdur. Cavabdeh iddiaçıya zəng edərək maşını Fəqanın almaq istədiyini demiş, iddiaçı da avtomobilin satılmasına razılıq vermişdir. Fəqan Samirlə münasibəti olmadığından Orxandan avtomobilin kimə mənə məxsus olmasını soruşmuş, Orxan avtomobilin ona məxsus olmasını bildirmişdir. Samir avtomobili 3000 manata satmağı təklif etmiş, Orxan isə avtomobili Fəqana 3500 manata satmışdır. İki gündən sonra Fəqan Orxana zəng edib etibarnamə verməsini demiş, Orxan da Samirə zəng vuraraq avtomobili Fəqanın almaq istəməsini bildirmiş, notariusun qarşısında Fəqan 3500 manatı Orxana vermiş, Orxan da pulu Fəqandan alıb Samirə uzadaraq etibarnamə verməsini demişdir. Bir müddət keçdikdən soma Fəqan maşının kreditini gecikdirməyə başlamış, bankdan Samirə zəng gəldikcə, o da Orxana zəng edərək Fəqandan b ankın kreditini verməsini demişdir. Orxan 2 dəfədən sonra Fəqana əsəbi halda zəng vurmuş Fəqan Orxana maşının əzildiyini, avtomobili düzəltdirib sonra bankın pulunu verəcəyini bildirmişdir. Bir müddət keçdikdən sonra X8 nömrəsini istəmiş, avtomobili əzik vəziyyətdə satmaq, Samirdən etibarnamə almaq istəməsini bildirmişdir. Orxan Fəqanın sözlərini Samirə demiş, bir müddət sonra Samirə zəng edilərək avtomobilin Şamaxinka tərəfdə olması bildirilmişdir. Orxan Samirlə birlikdə həmin yerə getmiş avtomobilin Elnur adlı şəxsdə olmasını müəyyən etmişlər. Samir avtomobilin ona məxsus olmasını, Elnur isə avtomobili Fəqandan vuruq vəziyyətdə aldığını, təmir etdirdiyini, ona etibarnamə verməsini bundan sonra bankın borcunu ödəyəcəyini demişdir. Samir Elnura bankın borcunu bağlayacağı halda ona etibar namə verəcəyini demişdir. Bundan sonra aralarında böyük mübahisə olmuş, Samir Fəqana zəng edərək etibarnamə verməyəcəyini, maşına tutma yönəldiyini demişdir. Bundan sonra polisə müraciət olunmuş, Samir Qarabağ əlili olan atasının avtomobilin Orxana məxsus olmasını bildiyini, Daxili İşlər Nazirliyinə şikayət edə biləcəyini demişdir. Bundan sonra Samirin təklifi ilə Orxan tərtib olunan sənədi imzalamış, bir müddətdən sonra onlar 6-cı Polis Bölməsinə çağırılmış, Orxan Samirlə birlikdə bölməyə gedib danışdıqları kimi izahat vermişlər. Polisdə onlara avtomobilin Elnur adlı şəxsdə olması, mübahisənin mülki mübahisə olduğundan məhkəməyə müraciət etməsi bildirilmişdir. Sonra Samir məhkəməyə müraciət etməyi təklif etmiş, Orxan razılıq vermişdir. Bundan sonra Samir vəkilin prosedura uyğun olaraq Orx ana qarşı iddia qaldırılmasını, Orxanın isə Fəqanı məhkəmə verməsini Orxana demişdir. Orxan Samirlə xeyli mübahisə etmiş, Samir Orxanın ona kömək etməsindən sui-istifadə edərək Orxanı məhkəməyə vermişdir. Ona görə də Orxanla Samir arasında olan sənəddə heç bir şahidin imzası olmadığını, tərəflər arasında notarial qaydada təsdiqlənən sənədin olmamasını, təhqiqatın və istintaqın qərarını nəzərə alaraq avtomobilin Elnurla bir başa əlaqəli olmasını nəzərə alıb iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, 2010-ci ilin sonlarında Fəqan və Elnurla Biləcəridə yerləşən kafelərin birində çay içərkən Fəqan onda Subaru markalı vuruq vəziyyətdə olan maşının olmasını, krediti ödəyə bilmədiyindən avtomobili təmir etdirib, krediti ödəmək şərti ilə kiməsə vermək istədiyini demiş, həmin vaxt Elnur maşını ona verməsini Fəqana demişdir. Avtomobilin hansı qiymətə satılması barədə onun məlumatı olmamışdır. Həmin günün axşamı Elnur ona zəng edərək Masazıra gedərək avtomobili götürmələrini demişdir. O da Elnurla birlikdə Masazıra gedərək orada Fəqanla görüşmüş, Fəqan onları bir məhəlləyə aparmış, maşını göstərmişdir. Sonra Elnur evakuator çağırıb maşını oradan götürmüşdür. Bu hadisədən 1 il sonra o, Elnurun həmin maşını sürdüyünü görmüşdür. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərmişdir ki, İddiaçı və Cavabdeh uzun müddətdir tanıyır. O, Beynəlxalq Bankdan götürülən kreditə alınan Subaru Legacy markalı **-KJ-*** dövlət nömrə nişanlı avtomaşının Orxana məxsus olmasını bilmişdir. Orxan bankın pulunu ödəyə bilmədiyi üçün maşını ona 3500 man ata satmışdır. O, avtomobilə görə 3500 manatı Orxana vermiş, yalnız notariat kontorunda ona etibarnamə verilərkən avtomobilin Samirin adında olması ona məlum olmuşdur. Həmin avtomobil 6 ay müddətində onun istifadəsində olmuş, 2 ay banka ödəniş etdikdən sonra o da krediti ödəyə bilməmişdir. Avtomobil onun istifadəsində olarkən onun qaynı Rafiqin dostu maşınla yol-nəqliyyat hadisəsi törətmişdir. Maşın vurulduğu üçün o, maşını Masazırda qaraja qoymuşdur. Maşın vuruq olduğu üçün maşını sürə və təmir etdirə bilmədiyindən dostu Ramin Məmmədova onda Subaru markalı qəzalı vəziyyətdə olan maşının olduğunu, istəyən olarsa krediti ödəmək şərti ilə maşını təmir etdirib sürə biləcəyini demişdir. Ramin Elnur adlı tanışına zəng edərək şərtləri ona demişdir. O, əvvəllər Elnuru tanımamış, Raminin sözlərind ən Elnur keçmiş polis işçisi olmasını, daha sonra Beynəlxalq Bankda problemli kreditlər şöbəsində işləməsini bilmişdir. Elnur ona avtomobilə görə 200 manat verib avtomobili götürmüşdür. O, Elnura maşını verdikdən sonra bu barədə Samirlə Orxana demişdir. Elnur maşını təmir edib sürmüş, Samir Elnura etibarnamə vermədiyindən Elnur ona zəng edərək ona etibarnamə verilməyəcəyi halda maşını doğrayacağını demişdir. Məhkəməyə çağırıldıqdan sonra o, Orxana zəng etmiş, Orxan ona dənizdə olmasını, qayıdarkən üç birlikdə, yəni o, Orxan, Samir birlikdə Samirə dəyən ziyanı aralarında bölərək mübahisəni həll edəcəyini demişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim S.Səlimova) 25 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh maddi ziyana görə 20.347 manat, məhkəmə xərclərinə görə 41,50 manat olmaqla cəmi 20388,50 manat pulun İddiaçı xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin qarşılıqlı razılığı əsasında İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-dən Cavabdeh üçün Subaru Legacy markalı **-KJ-*** dövlət nömrə nişanlı avtomaşını almağa görə kredit götürmüş, daha sonra cavabdeh vədinə əməl etmədiyindən, yəni kredit müqaviləsi üzrə ödənişləri etmədiyindən Azərbaycan Beynəlxalq Bankı ASC məhkəməyə müraciət etmiş, nəticə də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1132/13 saylı 19.04.2013-cü il tarixli qətnaməsinə əsasən İddiaçı 20347 manat borcun tutulması qət edilmiş, ipoteka predmeti olan Subaru Legacy markalı **-KJ-*** dövlət n ömrə nişanlı avtomaşının yerini bu günədək müəyyən etmək mümkün olmamışdır. Cavabdeh iddia tələbinə qarşı etirazında Binəqədi RPİ-də İddiaçı xahişinə əsasən izahat verməsini bildirsə də, etirazında istinad etdiyi bu halı sübuta yetirə bilməmişdir. Əksinə İddiaçı məhkəməyə təqdim etdiyi sübutlarla müəyyən olunmuşdur ki, Subaru Legacy minik markalı **-KJ- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi alındıqdan bir gün sonra, 05.02.2011-ci il tarixdə etibarnamə əsasında Cavabdeh istifadəsinə verilmişdir. Şahid F.M. Səfərov ifadəsində həmin nəqliyyat vasitəsinin ona satılması barədə Cavabdehla razılaşdığını, nəqliyyat vasitəsinə görə 3500 manatı cavabdehə verməsini göstərmişdir. Bundan başqa cavabdeh O.Ə. Şahmərdanov müxtəlif tarixlərdə, yəni 2018, 2019, 2020-ci illərdə verdiyi eyni məzmu nlu izahatları bu müddət ərzində təkzib etməmişdir. Ona görə də məhkəmə cavabdehin etirazını öz əməllərinə görə məsuliyyətdən yayınmaq niyyəti ilə verilən etiraz kimi qiymətləndirmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab etmişdir ki, cavabdehin hüquqa zidd əməlləri nəticəsində iddiaçıya 20.347 manat maddi ziyan vurulması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1, 21.1, 21.2, MPM-nin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən əsas sübutu onun polis orqanında vermiş olduğu izahatı və X1 məhkəmədə vermiş olduğu izahatı əsas götürərək, cavabdeh öz izahatında tam şəkildə həmin ipoteka yüklü edilmiş avtomaşının etap-etap kimlərin əlinə keçməsini və onunla iddiaçı arasında heç bir borc müqaviləsinin olmamasını, sadəcə olaraq o, iddiaçının xahişi ilə atasının aldadılması məqsədini güdərək, ondan iltizam və izahatlar alınması əsas sübut növü sayılsa da, hakim nəzərə almamışdır ki, bu günə qədər avtomaşının yeri məlum deyil və iddia ərizəsində adları çəkilən (avtomaşını sənədləşdirmə aparılmadan alan digər şəxs - Elnur Məhərrəmov və həmin alqı-satqıda vasitəçi rolunda olan Ramin Məmmədov) qəsdən məhkəməyə dəvət edilməyərək qanunsuz və əsassız qərar qəbul edilmişdir. Bununla yanaşı onu da qeyd etmək istəyir ki, avtomaşını onun vasitəçiliyi ilə İddiaçı Səfərov Fəqana rəsmi sənədlə satmış, Fəqan da öz növbəsində Notariusun qarşısında sənədləşdirmə aparılarkən vermişdir, o, isə 5 aydan sonra avtomaşını 200 manat dəyərində tanımadığımı Elnur Məhərrəmov adlı şəxsə eşitdiyinə görə satmışdır və Elnur polisdə öz izahatında bunu təsdiq etmişdir. X3 RPİ-də izahat alınarkən o, izahatında bildirmişdir ki, həmin “Subaru Legacy” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomaşını həqiqətən də almışdır, lakin maşının aqibətindən xəbəri yoxdur. Belə olan halda avtomaşının harada olması məhkəmə tərəfindən araşdırılmadan və qeyd etdiyi şəxsin məhkəməyə çağrılmasına şərait yaradılmayaraq, hakim he ç bir qanunvericiliyə söykənməyərək, sadəcə olaraq iltizamı əsas gətirərək ona qarşı qanunsuz qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsində təqdim edilən sübutların bir-biri ilə bağlılığının olmaması, hansı formada borcun yaranması, əgər borc varsa və həmin borc məbləğinin iddiaçıya qaytarılması, hansı məbləğdə borcun qalması barədə məhkəməyə hansısa bir tutarlı sübutların təqdim edilməməsi ona dəlalət edir ki, iddiaçının əsas sübutu başqa bir məhkəmədə qüvvədə olmuş ona aid qətnaməsi məhkəmə tərəfindən sübut hesab edilmişdir. Şifahi sözlərlə iddiasını əsaslandırmaq üçün zəruri olan sübutlar məhkəməyə təqdim edilməmiş, sadəcə olaraq iddiaçının mülahizələri üzrə hakim tərəfindən qanunsuz qətnamə tərtib edilmişdir. Əsas məqam ondan ibarətdir ki, hakim iddia müddətinin keçməsini nəz ərə almayaraq (10 il müddət keçmişdir), həmin borcun ona aid olmadığı sübuta yetirilsə də, araşdırılan mülki iş üzrə hərtərəfli, obyektiv və tam təhqiqat aparmamışdır. Apelyasiya instansiyası məhkəməsindəki icraat X4 və X5 apellyasiya baxışı zamanı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Emin Mehdiyev - sədrlik edən və məruzəçi, Şərafət Məmmədov və Xəyal Sarıyev) 13 aprel 2021-ci il tarixli 2(103)-916/2021 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli, 2(001)-3676/2020 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı Cavabdeh onun xeyrinə maddi ziyana görə 20347 manat, nüma yəndəsinə verdiyi etibarnaməyə görə ödədiyi dövlət rüsumuna görə 11,50 manat, dövlət rüsumuna görə 30 manat, mənəvi ziyana görə 10000 manat olmaqla, cəmi 30388,5 manatın tutulmasına dair iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməlidir. Belə ki, iddiaçı cavabdehdən maddi ziyana görə 20347 manat və mənəvi ziyana görə 10000 manat pulun tutulma sını xahiş edir. Maddi ziyanın əsası qismində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.04.2013-cü il tarixli, 2(001)-1132/13 saylı qətnaməsi ilə ondan tutulmalı olan kredit borcunun məbləğini qeyd etmişdir. Həmin qətnamə ilə tutulmalı məbləğ İddiaçı bank qarşısında öhdəliyini yerinə yetirməməsindən irəli gəlir. Cavabdeh İddiaçı 20347 manat məbləğində maddi ziyan vurması sübuta yetirilmir. Lakin İddiaçı Cavabdeh etibarnaməli idarəçiliyinə verdiyi “Subaru Legacy” markalı, **-KJ-*** dövlət nömrə nişanlı avtomaşını tələb etmək hüququna malikdir. Belə ki, avtomobilin məhv olmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Habelə, “Subaru Legacy” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 21.01.2013-cü ilədək idarə edilməsi barədə X2 24.08.2011-ci il tarixli, Ə N-İİ № 375811 saylı etibarnamə verildiyi müəyyən edilmişdir. Buna görə maddi ziyanın ödənilməsi hissəsində iddia tələbi əsassız və qanunsuzdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya mənəvi ziyan dəyməsi sübuta yetirilməmişdir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1, 21.1, 21.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)916/2021 nömrəli iş üzrə 13 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin olunması barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əs aslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, apellyasiya instansiya məhkəməsi formal mülahizələrə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iş üzrə yanlış nəticəyə gəlmiş bununla maddi və prosessual hüquq normalarının tələbini kobud pozmuşdur. Apellyasiya instansiyası işdəki sübutlara deyil, cavabdehin gətirdiyi əsassız dəlillərin əsasında iş üzrə qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə bir tərəfdən cavabdehin iddiaçıya zərər vurmadığını qeyd etsə də digər tərəfdən ondan avtomobili tələb etmək hüququnu tanımışdır ki, bu da məhkəmənin işə nə qədər qərəzli və qeyri-obyektiv yanaşdığını göstərmişdir. Bununla məhkəmə işin sadəcə cavabdehin xeyrinə həll etmişdir. Məhkəmə nəzərə almamışdır ki, o zamankı qiy məti 14800 manat olan avtomobil də əmlak olaraq, cavabdehin tərəfindən mənimsənilmiş və iddiaçıya maddi zərər vurulmuşdur. Apellyasiya instansiyası isə qərəzli olaraq, cavabdehin iddiaçıya zərər vurmadığını göstərmişdir. Qətnamələrdən də aydın olur ki, cavabdeh bir dəfə də məhkəmədə iştirak etməmiş onun nümayəndəsi isə işin hallarını dəqiq bilmədiyindən suallara cavab verə bilməmiş və məhkəmə işdəki sübutlara düzgün hüquqi qiymət verməmiş, lakin nədənsə sədrlik edən hakim Emin Mehdiyev onun gətirdiyi əsassız və formal dəlillərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş, bununla da cavabdehin qanunsuz əməlləri apellyasiya məhkəməsi tərəfindən ört basdır edilmişdir. Cavabdeh qonşusu İddiaçı etibarından sui-istifadə edərək onu öz adına kredit götürməyə razı salmış və kredi ti ödəyəcəyini söz vermiş lakin onu aldadaraq, bankın pulunu ödəməməklə iddiaçıya maddi zərər vurmuşdur. Həmin maddi zərərin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.04.2013-cü il tarixli, 2(001)-1132/13 saylı qətnaməsi ilə təsdiq olunmuşdur. Bundan başqa cavabdehin maşını digər şəxsə 3500 manata sataraq əldə etdiyi pulu mənimsədiyi iş materialları ilə təsdiq olunur. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi iddiaçıya cavabdeh tərəfindən 20347 manat maddi zərər vurulduğu halda buna düzgün qiymət verməmiş, birinci instansiya məhkəməsinin qətnaməsini formal mülahizələrlə ləğv etməklə maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillə rinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişlər. Cavabdehin vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu ş ərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasın a gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan so nra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlillər i üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı kassasi ya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bild irdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmet ini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1, 21.1-ci maddəsinin məzmunundan görünür ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər v uran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.04.2013-cü il tarixli, 2(001)-1132/13 saylı qətnaməsi ilə İddiaçı tutulan kredit borcu onun bank qarşısında götürdüyü öhdəliyini yerinə yetirməməsindən irəli gəlir. Həmin müqavilə üzrə borcun Cavabdeh tərəfindən ödənilməsi üçün sonuncunun nə bank qarşısında, nə də iddiaçı qarşısında hər hansı öhdəliyinin yaranması üçün qanuni əsas mövcud deyil. Buna görə də, qətnamə ilə tutulan kredit borcunun Cavabdeh tutulması barədə iddiaçının tələbi əsassız olmuşdur. O ki qaldı, iddiaçının mülkiyyətində olan və banka ipoteka qoyulmuş avtomobilin yerini bu günədək müəyyən edilməməsinə iddiaçı həmin avtomobili və ya onun dəyərini avtomobili ver diyi şəxsdən tələb edə bilər. Apellyasiya məhkəməsi bununla bağlı müəyyən etmişdir ki, iddiaçı öz mülkiyyətində olan avtomobili əvvəlcə Cavabdeh istifadəsinə versə də, 24.08.2011-ci il tarixli etibarnamə əsasında avtomobili X1 istifadəsinə vermişdir. Həmin avtomobilin məhv olmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də, apellyasiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, iddiaçı 24.08.2011-ci il tarixli etibarnamə əsasında avtomobili X2 verdiyindən həmin avtomobilin qaytarılmasını, bu mümkün olmadıqda isə onun dəyərinin ödənilməsini həmin şəxsdən tələb edə bilər. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə a lıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kol legiyasının 2(103)-916/2021 nömrəli iş üzrə 13 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.