Məhkəmə qərarları › İş №2(102)-5114/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5114/2021

11.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5114/2021 11.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “doğum aktı qeydinin ləğv edilərək əvvəlki vəziyyətə gətirilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: uşaq yetkinlik yaşına çatdıqdan sonra hüquq və vəzifələrinə toxunan qətnamədən apellyasiya şikayəti verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili Vəkil3, Cavabdehin vəkili Vəkil2, Üçüncü şəxsin vəkili Vəkil4 iştirakları ilə, Bakı Apelly asiya Məhkəməsinin Mülki kollegiyasının 11 mart 2021-ci il tarixli, 2(103)4770/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 yanvar 2016cı il tarixli, AZ-İ№ 270234 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən Cavabdeh xx xxxx 2002-ci il tarixdə İddiaçı doğulmuş Maraqlı şəxs atası hesab edilmiş və bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 22 yanvar 2016-cı il tarixdə 5 nömrə ilə qeyd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhk əməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayonu Qeydiyyat Şöbəsində Cavabdeh adına verilmiş atalığın müəyyən edilməsinə dair 22 yanvar 2016-cı il tarixli akt qeydinin ləğv edilməsi, Maraqlı şəxs soyadının X3 qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh iyirmi ilə yaxın bir müddətdə qeyri-rəsmi ailə kimi yaşamış, bu münasibətlərindən xx xxxx 2002-ci ildə Maraqlı şəxs anadan olmuşdur. Cavabdeh Bakı şəhəri Nərimanov rayonu Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət edərək, xxxın atası kimi qeydə alınmasını xahiş etmiş və bu əsasla 22 yanvar 2016-cı il tarixdə atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir. Son zamanlar iddiaçı və cavabdeh arasında olan münasibətlər tam pozulmuş, cavabdeh iddiaçı ilə danışığında g uya məcburiyyət qarşısında xxxın atası olmasına dair ərizə verməsini bildirmişdir. İddiaçı qızı xxx və onun haqqında xoşagəlməz sözlər işlədən bir insanla onları bağlayan hər hansı bir sənədin olmasını istəmir. Bu səbəbdən hesab edir ki, 22 yanvar 2016-cı il tarixli atalığın müəyyən edilməsinə dair akt qeydi ləğv edilməli, qızı xxxa əvvəlki soyadı qayıtmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 may 2019-cu il tarixli, 2(006)3029/2019 nömrəli qətnaməsi ilə (hakim C.Ə.Tağıyev) iddia tələbi təmin edilmiş, Bakı şəhəri Nərimanov rayonu Qeydiyyat Şöbəsi tərəfindən Cavabdeh adına verilmiş atalığın müəyyən edilməsinə dair 22 yanvar 2016-cı il tarixli akt qeydi və onun əsasında verilmiş AZ-İ № 270234 saylı şəhadətnamənin ləğv edilməsi, Maraqlı şəxs ata adı və soyadının əvvəlki vəziyyətinə bə rpa edilməklə, ona yeni doğum haqqında şəhadətnamə verilməsi, doğum haqqında şəhadətnamədə adının “xxx”, soyadının “xxx”, ata adının “Ağalar”, doğum yerinin “Bakı” şəhəri, doğum tarixinin “xx xxxx 2002” ata qrafasında ata adının “X4”, milliyyətinin “azərbaycanlı”, ana qrafasında ana adının “İddiaçı”, milliyyətinin “azərbaycanlı” kimi qeyd edilməsinin Bakı şəhər Nərimanov rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 47.1, 48, 51.2, 53.1, 53.2, 53.3, 53.4, 54.1. 54.4-cü maddələrinə, “Uşaq hüquqları haqqında” Qanunun 5-ci maddəsinə istinad edərək hesab etmişdir ki, iddianın təmin edilməsi uşağın mənafeyinə uyğundur. b) Apellyasiya instansiyası məhkəməsində icraat Maraqlı şəxs qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs qismində apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 may 2019-cu il tarixli, 2(006)-3029/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 mart 2021-ci il tarixli, 2(103)-4770/2021 nömrəli qətnaməsi ilə (hakim R.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Məmmədovdan və Ş.Ə.Məhərrəmovadan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 may 2019-cu il tarixli, 2(006)-3029/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işə baxmış birinci instansiya məhkə məsi Maraqlı şəxs 17 yaşı olmasını və onun artıq öz baxışlarını formalaşdırmaq iqtidarında olmasını və özünə aid bütün məsələlər barəsində həmin baxışlarını sərbəst ifadə etmək iqtidarında olmasını nəzərə almamış, onu işə cəlb etməmiş və baxılan mübahisə ilə bağlı fikri dinləməmiş, bununla da maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisə Ailə Məcəlləsinin tələblərinə istinad edilməklə apellyator Maraqlı şəxs valideynləri arasında onun doğum aktı qeydində atası kimi Cavabdeh göstərilməsinə dair qeydin ləğv edilməsindən getdiyindən və həmin məsələ apellyator Maraqlı şəxs mənafeyinə birbaşa toxunduğundan Ailə Məcəlləsinin 52-ci maddəsinin tələbinə əsasən bu məsələnin həlli zamanı onun fikri mütləq nəzərə a lınmalıdır. Maraqlı şəxs isə onun həmin qeydin ləğv edilməsinə etiraz etdiyini öz nümayəndəsi vasitəsilə məhkəmə iclasında bildirmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyatorun anası İddiaçı onun atası Cavabdeh qarşı sonuncunun guya onun və qızı xxxın barəsində xoşagəlməz sözlər işlətməsi, məcburiyyət qarşısında qalaraq uşağın atası olmağa dair ərizə verməsini bildirməsi, bu səbəbdən də cavabdehlə onları bağlayan hər hansı sənədin olmasını istəməməsi kimi dəlillərə istinad edərək qaldırmış olduğu iddianın təmin edilməsi ilk növbədə uşağın Ailə Məcəlləsi və Uşaq Hüquqlarına dair Beynəlxalq Konvensiya ilə müəyyən edilən və qorunan üstün maraqlarının pozulması ilə nəticələnmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətna məsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Apellyasiya məhkəməsi iş üzrə keçirilmiş məhkəmə tibbi-genetik ekspertizasının Cavabdeh apellyator Maraqlı şəxs atası olmasının inkar edilməsinə dair rəyi ilə bağlı qeyd etmişdir ki, həmin rəyin mötəbərliyi məhkəmə kollegiyasında şübhə yaratmasa da, iddia uşağın atası tərəfindən deyil, anası tərəfindən qaldırıldığından və atalığın mübahisələndirilməsi ilə deyil, atanın uşağa və anasına münasibətdə davranışı ilə bağlı olduğundan, həmçinin uşağın özü bu mübahisə ilə bağlı fikir bildirməklə, cavabdehin onun atası olmasına dair şübhələri inkar etdiyindən, qeyd edilən rəylə müəyyən edilmiş hal qətnamə qəbul edilərkən nəzərə alınmamalıdır. Məhkəmə izah etmişdir ki, bu h al Cavabdeh atalığı mübahisələndirməyə dair uşağın özünə qarşı (Maraqlı şəxs artıq yetkinlik yaşına çatmışdır) iddia ilə məhkəməyə müraciət etməsinə mane olmur. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddianı etiraf edərək onun təmin edilməsini məhkəmədən xahiş etsə də, bu, apellyator Maraqlı şəxs mənafeyinə toxunduğundan iddianın təmin edilməsi üçün əsas ola bilməz. Ailə Məcəlləsinin 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mü lki kollegiyasının 11 mart 2021-ci il tarixli, 2(103)-4770/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, o, iddiaçının ona və ailəsinə etdiyi təzyiqlər nəticəsində xxx adlı uşağın atasının olmasına dair sənədləşmə aparılmasına razılıq vermiş, sonradan aldadıldığını başa düşmüşdür. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti verməmiş, apellyasiya şikayəti 1 ilə yaxın müddət keçdikdən sonra verilmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin icra olunması nı və atalıq qeydinin ləğv olunmasını, həmçinin apellyasiya icraatında keçirilmiş məhkəmə genetik ekspertizasının rəyini nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdehin vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının vəkili Vəkil3 kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Üçüncü şəxsin vəkili Vəkil4 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsini n dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 49.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliy yətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. 72.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. 72.4-cü maddəsinə əsasən qanuni nümayəndələr, qanunla nəzərdə tutulan məhdudiyyətlərlə yerinə yetirilmə hüququ təmsil edənə aid olan bütün prosessual hərəkətləri təmsil edilən adından yerinə yetirirlər. Onlar öz səlahiyyətlərini bildirən sənədi məhkəməyə təqdim edirlər. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək h üququ keçmiş olur. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində veri lə bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normaları pozulmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı tərəfindən hazırki iddia birinci instansiya məhkəməsinə 03 aprel 2019-cu il tarixdə verilmiş və həmin məhkəmənin qətnaməsi 03 may 2019-cu il tarixdə çıxarılmışdır. xxx qızı xx xxxx 2002-ci il təvəllüdlü olmaqla, birinci instansiya məhkəməsinin qətnaməsi qəbul olunduğu zaman onun 17 yaşı olmuş, yəni MPM-in 49.3-cü maddəsinə əsasən onun prosessual hüquqlarını qanuni nümayəndəsi - anası İddiaçı tərəfində qorunmuşdur. İş materiallarından həmçinin müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının nümayəndəsi, vəkil X2 06 may 2019-cu il tarixdə qəbzə imza edilməklə təqdim olunmuş, qətnamə qanunla müəyyən olunmuş müddətdə mübahisələndirilməyərək qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Bakı şəh əri Nərimanov rayon Qeydiyyat şöbəsinin 17 iyul 2019-cu il tarixli məktubuna əsasən həmin qətnamə 10 iyul 2019-cu il tarixdə icra olunmuşdur. Maraqlı şəxs yetkinlik yaşına çatandan sonra 07 aprel 2020-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 may 2019-cu il tarixli, 2(006)-3029/2019 nömrəli qətnaməsindən maraqlı şəxs qismində (faktiki olaraq isə qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs qismində) apellyasiya şikayəti vermiş və apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qətnamənin apellyatorun yetkinlik yaşına çatmadığı dövrdə qəbul edilməsini, qanuni nümayəndəsinə qanunvericiliklə müəyyən olunmuş qaydada təqdim olunmasını və mübahisələndirilmədiyi üçün qanuni qüvvəyə minməsini nəzərə almadan, apellyasiyanın mümkünlüyünü tərəflərin iştirakı ilə araşdırmadan hə min şikayəti icraata qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki,... imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.... Qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həya ta keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir.... Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndirilməsinə yuxarıda qeyd olunan tərzdə yanaşması ilk növbədə hüquqi müəyyənlik prinsipilə əhatələndirilməsi də ehtiva edilən qüvvəyə minmiş məhkəmə aktları nın sabitliyinin təmin olunmasına yönəlmişdir. (“X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 fevral 2007-ci il tarixli qərarı). İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Brumaresku Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarda göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Həmin Məhkəmə “Ryabıx Rusiyaya qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında isə qeyd etmişdir ki, hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (yəni bir dəfə həl l edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının mübahisələndirilən qətnaməsi ləğv edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 may 2019-cu il tarixli, 2(006)3029/2019 nömrəli qətnaməsindən Maraqlı şəxs münasibətdə apellyasiyasının mümkünlüyü məsələsinə tərəflərin iştirakı ilə yenidən hüquqi qiymət verilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 mart 2021-ci il tarixli, 2(103)-4770/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş materialları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 may 2019-cu il tarixli, 2(006)-3029/2019 nömrəli qətnaməsindən qətnamə ilə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs apellyasiyasının mümkünlüyünün yenidən yoxlanılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar