Məhkəmə qərarları › İş №2(102)-5117/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5117/2019

24.07.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5117/2019 24.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X6 və X3 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 mart 2019-cu il tarixli 2(107)767/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Balakən rayon məhkəməsinin 21 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakim H.Q.Səlimov, iş № 2(019)-273/2018) iddiaçı Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızının cavabdehlər Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Əra zi İdarəsinə və Balakən rayonu Meşəşambul Bələdiyyəsinə qarşı Dövlət Reyestrindən Çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.F.Quliyev, Ə.T.Məcidov və M.A.Əsədli, iş № 2(107)-1232/2018) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Balakən rayon məhkəməsinin 21 fevral 2018-ci il tarixli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 noyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər: Ə.M.Rüstəmov, Ə.G.Nurməmmədov və Q.Ə.Allahverdiyev, iş № 2(102)-7145/18) iddiaçının kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 iyun 2018-ci il tarixli qətnaməs i ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə təkrar baxan Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: İ.V.Məlikov, E.Ş.Hüseynov və A.A.Mahmudov) Balakən rayon məhkəməsinin 21 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iddia tələbinin təmin edilib Cavabdeh1 adına verilmiş Çıxarışın etibarsız hesab edilməsinə dair yeni qətnamə qəbul edilmişdir. İşin halları: Balakən rayonunun Meşəşambul kəndində yerləşən və ümumi sahəsi 292.50 kv.metr olan fərdi yaşayış evinə Cavabdeh1 adına 11 dekabr 2017-ci il tarixdə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. 2018-ci ilin yanvar ayında Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızı iddia ərizəsi ilə məhkəməyə müra ciət edərək Çıxarış verilmiş evin yerləşdiyi torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olmasını, lakin torpaq sahəsinin təyinatının dəyişdirilmədən orada tikilmiş evə cavabdehin adına Çıxarış verilməsini və torpaq sahəsinin düzgün olmayaraq Bələdiyyənin mülkiyyətində olmasını göstərilməsini, halbuki həmin evin onun və əri X2 vəsaiti hesabına inşa edilməsini, həmin evdə 1996-cı ildən yaşamasına baxmayaraq cavabdehlərin onu evdən çıxarmaq istəmələrini və s. əsas göstərməklə Cavabdeh1 adına verilmiş Çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının tələblə rinin pozulması ilə qəbul edilməsini əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə ed ib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı 1993-cü ildə Ramazan Qazaxovla rəsmi nikaha daxil olaraq ərinin yaşadığı Meşəşambul kəndində yerləşən 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinə köçmüş, 1995-ci ildə əri X8 Federasiyasından göndərdiyi pul vəsaiti hesabına əvvəlki evi sökmədən 2 mərtəbəli yaşayış evi tikmiş, hazırda yeni tikilmiş evdə uşaqları ilə birlikdə yaşayır. Yeni tikilmiş ev Bələdiyyə m ülkiyyətində olan torpaq sahəsində yerləşir. Cavabdeh1 isə ümumi sahəsi 292,50 kv.metr olan iki mərtəbəli yaşayış evinə dair onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilməsini xahiş edərkən həmin evin orada yerləşən bir mərtəbəli iki otaqlı evin sökülməklə onun yerində inşa edilməsini göstərmiş və 2017-ci il tarixdə onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti iddia ərizəsinə verdiyi etirazında həmin evin Cavabdeh1, X4 və X1 ümumi birgə mülkiyyətində olan torpaq sahəsində yerləşməsini göstərsə də, Reyestr Xidməti tərəfindən verilmiş 11 dekabr 2017-ci il tarixli Reyestrdən Çıxarışda torpaq sahəsinin Bələdiyyə mülkiyyətində olması göstərilmişdir. Müəyyən olunmuşdur ki, həmin torpaq sahəsində yerləşən bir mərtəb əli iki otaqlı ev sökülməməklə hazırda da orada yerləşir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.2-ci maddəsinə görə torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Mübahisəli ev Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşdiyindən, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, göstərilən vəziyyətdə iki mərtəbəli evə dair Cavabdeh1 adına Reyestrdən Çıxarışın verilməsi qeyriqanuni olmuş və bu səbəbdən həmin Çıxarış etibarsız sayılmışdır. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan kassasiya şikayətinin dəlilləri onun ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 14 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar