Məhkəmə qərarları › İş №2(102)-5120/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5120/2020

19.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5120/2020 19.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi ilə, İddiaçı X1, vəkili Vəkil1, cavabdeh X5nin Cavabdeh3 vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X5, X5nin Cavabdeh3 və maraqlı şəxs X3nə qarşı “Şəki rayonu Daşüz kəndində 40 hektar torpaq sahəsinin hüdudları daxilində istirahət zonası və heyvandarlıq təsərrüfatı üçün tikilmiş 8 ədəd, o cümlədən 7 ədəd kottec tipli tikililərin, 1 ədəd mətbəx binasının, 2 ədəd t övlənin onun tərəfindən tikilməsi hüquqi faktının müəyyən edilməsi” barədə mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.06.2020-ci il tarixli X5 nömrəli qətnaməsindən X5nin Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı ərizə ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək Şəki rayonu Daşüz kəndində 40 ha torpaq sahəsinin hüdudları daxilində istirahət zonası və heyvandarlıq təsərrüfatı üçün tikilmiş 8 ədəd, o cümlədən 7 ədəd kottec tipli tikililərin, 1 ədəd mətbəx binasının, iki ədəd tövlənin onun tərəfindən tikilməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim Cahid İmanov) 13 fevral 2020-ci il tаrixli X5 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh 1, X5, X5nin Cavabdeh3 və maraqlı şəxs X3nə qarşı “Şəki rayonu Daşüz kəndində 40 hektar torpaq sahəsinin hüdudları daxilində istirahət zonası və heyvandarlıq təsərrüfatı üçün tikilmiş 8 ədəd, o cümlədən 7 ədəd kottec tipli tikililərin, 1 ədəd mətbəx binasının, 2 ədəd tövlənin onun tərəfindən tikilməsi hüquqi faktının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər G.Abbasov - sədrlik edən və məruzəçi, M.Hüseynov, E.Hüseynov) X5 saylı, 05.06.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikayəti təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 13 fevral 2020ci il tаrixli X5 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş üzrə yeni qətnamə çıxarılaraq İddiaçı cavabdehlər Cavabdeh1, X5, X5nin Cavabdeh3 və maraql ı şəxs X3nə qarşı “Şəki rayonu Daşüz kəndi ərazisində istirahət zonası və heyvandarlıq təsərrüfatı üçün tikilmiş tikililərin onun tərəfindən tikilməsi faktının müəyyən edilməsi” barədə iddia tələbinin təmin edilməsi, İddiaçı Şəki rayonu Daşüz kəndi ərazisində 40 ha torpaq sahəsinin hüdudları daxilində istirahət zonası və heyvandarlıq təsərrüfatı üçün tikilmiş 7 (yeddi) ədəd kotec tipli tikililərin, 1 (bir) ədəd mətbəx binasının və 2 (iki) ədəd tövlənin onun tərəfindən tikilməsi hüquqi faktı müəyyən edilməsi qət edilmişdir. Cavabdeh X5nin Cavabdeh3 və vəkili Vəkil2 tərəfindən kassasiya şikayəti verilərək iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.06.2020-ci il tarixli X5 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, X8 əvvəllər Dövlət Yanacaq Komitəsinə daxil olan qurum kimi, sonralar aparılmış struktur vahidi kimi onların tabeliyinə verilmişdir. X8 10.11.1995-ci il tarixli müqavilə əsasında Şəki "İpək” Açıq Tipli SC-dən 40 hektar torpaq sahəsini və orada olan avadanlıqları 10 il müddətinə icarəyə götürmüş və həmin sahədə ümumi dəyəri 37.274,04 manat olan tikinti - quraşdırma işləri aparmışdır. Həmin tikililər başa çatmadığından yarımçıq tikinti kimi X7 balansında qalmışdır. Qeyd olunan icarə müqaviləsinin qüvvədə olduğu dövrdə həmin torpaq sahəsi qeyri-qanuni özəlləşdirilmiş və Cavabdeh3 öz aktivlərinin (həmin torpaqdan, tikililərdən) istifadə hüququndan məhrum olmuşdur. Lakin, özəlləşdirilmənin nəticəl əri məhkəmə qaydasında ləğv olunmuşdur. Həmçinin, “xxxx” ASC ilə SOCAR-ın Cavabdeh3 arasında yuxarıda qeyd olunan icarə müqaviləsi üzrə münasibətlər 2000-ci ildən sonra da davam etdirilmişdir. Həmçinin icarə müqaviləsinin tərəfləri müqavilənin xitamı ilə bağlı digər tərəfə hər hansı bildiriş göndərməmişdir. Məhz buna görə də mübahisəli 40 ha torpaq sahəsinə dair icarə hüququ hal-hazırda SOCAR-ın Cavabdeh3nə məxsusdur və həmin torpaq sahəsinin istifadəçisi SOCAR-ın Cavabdeh3dir. 10 noyabr 1995-ci il tarixli 01 saylı müqavilənin 6-cı bəndinə əsasən, icarə müqaviləsinin şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və xitam verilməsinə müqavilədə göstərilən hallardan başqa, yalnız hər iki tərəfin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmçinin iddiaya birinci instansiyada baxılarkən 03.02.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında hakimin sualına cavab olaraq İddiaçı X3nin nümayəndəsi Elçin Hacınəsrullayevi göstərərək, gələcəkdə 40 ha torpaq sahəsini öz adına sənədləşdirilməsi üçün X3nin təklif ilə hazırki iddianı qaldırdığını bildirmişdir. İddia ərizəsində və apelyasiya məhkəməsinin qətnaməsində qeyd edilsə də ki, İddiaçı ilə Cavabdeh1 arasında narazılığın olması səbəbindən hazırki iddianı qaldırmağa məcbur olmuşdur. Lakin keçirilmiş məhkəmə iclaslarından, cavabdeh N.Nəsibovun etiraf edici ifadələrindən, məhkəmə qətnamələrindən də görünür ki, İddiaçı ilə N.Nəsibov a rasında heç bir mübahisə yoxdur, İddiaçı Şəki rayonu, Daşüz kəndində yerləşən 40 ha torpaq sahəsini gələcəkdə öz adına sənədləşdirmək üçün X3nin məsləhəti ilə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin hazırki iddia, yəni Şəki rayonu, Daşüz kəndində 40 ha torpaq sahəsinin hüdudları daxilində 8 ədəd, o cümlədən 7 ədəd kotec tipli tikililərin, 1 ədəd mətbəx binasının, iki ədəd tövlənin iddiaçı tərəfindən tikilməsi hüquqi faktının müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsində hər hansı müddəa mövcud deyil, həmçinin daşınmaz əmlakın tikilməsi (rəsmiləşdirilməsi və s.) qaydalarını müəyyən edən Azərbaycan Respublikası qanunvericiliyində kifayət qədər normalar vardır. Apellyasiya məhkəməsi sübutetmənin hansı qaydada həyata keçirilməsi, təqdim edilmiş sü butların qiymətləndirməsi ilə bağlı formal mülahizələrə, iddiaçının sözlərinə əsaslanaraq iddianı təmin edərkən, yalnız öz formal mülahizəsinə əsaslanmış və hüquqi cəhətdən əsaslandırmamışdır. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə iclasında iştirak edən cavabdeh X5nin Cavabdeh3 vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 və vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlmə yən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İddiaçının tələbi Şəki rayonu Daşüz və Qudula kəndlərinin arasında yerləşən 40 ha torpaq sahəsinin hüdudları daxilində istirahət zonası və heyvandarlıq təsərrüfatı üçün tikilmiş 8 ədəd, o cümlədən 7 ədəd kotec tipli tikililərin, 1 ədəd mətbəx binasının və iki ədəd tövlənin onun tərəfindən tikilməsi hüquqi faktının müəyyən edilməsi olmuşdur. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Şəki rayonu Daşüz kəndində 40 ha torpaq sahəsinin hüdudları daxilində istirahət zonası və heyvandarlıq təsərrüfatı üçün tikilmiş 8 ədəd, o cümlədən 7 ədəd kotej tipli tikililərin, 1 ədəd mətbəxt binasının, iki ədəd tövlənin onun tərəfindən tikilməsi hüquqi faktının müəyyən edilməsini məhkəmədən xahiş etsə də, belə bir hüquqi faktın müəyyən edilməsi ilə bağlı MPM-nin 307-ci maddəsində hər hansı müddəa mövcud deyildir. Bundan başqa, əvvəlki məhkəmə qətnamələri və qərarları əsasında müəyyən olunmuşdur ki, həmin ərazidə dövlət mülkiyyətində olan torpaq üzərində tikilmiş tikililər keçmiş Azərnefttəchizat Birliyinin balansında olmuş X7 vəsaiti hesabına inşa edilmişdir. Cavabdehin iddianı etiraf etməsi isə qanuna ziddir və X5nin Cavabdeh3 hüquqlarını və qanunla qorunan mənafeyini pozur. Buna görə də, Cavabdeh1 iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul edilməm işdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq müəyyən etmişdir ki, həmin tikililərin İddiaçı tərəfindən 2000-ci illərin əvvəllərində inşa edilməsi işin halları ilə sübut olunur. Belə ki, iddiaçının özünün bildirdikləri ilə müəyyən olunur ki, 2000-ci illərin əvvəllərində iddiaçı ilə Cavabdeh1 arasında işgüzar münasibətlər olmuş, sonuncu ona ortaq iş görməyi təklif etmiş, qanuni istifadəsində 40 ha torpaq sahəsinin olduğunu, həmin ərazidə istirahət zonası və heyvandarlıq təsərrüfatının yaradılmasının mümkün olduğunu, istirahət zonası və heyvandarlıq təsərrüfatının yaradılması üçün torpaq sahəsinin onun tərəfindən təmin olunacağı, istirahət zonası və heyvandarlıq təsərrüfatının yaradılması üçün zəruri tikililərin inşa edilməsi üçün çəkiləcə k xərcləri İddiaçı ödəməli olduğunu bildirmişdir. Cavabdeh1 təklifi onu qane etdiyi üçün o, razılaşmışdır. 2001-ci ilin mart ayından etibarən istirahət zonası və heyvandarlıq təsərrüfatının yaradılması üçün tikinti işlərinə başlamış, bu məqsədlə həmin ərazidə vətəndaşlara mədəni və məişət xidmətlərinin göstərilməsi üçün öz şəxsi vəsaiti hesabına 8 ədəd- 7 ədəd kotec tipli tikililər və bir ədəd mətbəx binası, heyvandarlıq təsərrüfatının yaradılması üçün isə iki ədəd tövlə inşa etdirmiş, həmin tikililərin elektrik enerjisi ilə təmin edilməsi üçün öz vəsaiti hesabına 40 kv-t gücündə transformator alaraq quraşdırmışdır. 2001-ci ilin oktyabr ayından istirahət zonası və heyvandarlıq təsərrüfatı fəaliyyətə başlamış, ərazidə sahibkarlıq fəaliyyəti göstərərək qazanc əldə etmişlər. İstirahət zonası 2009-cu il tarixədək fəaliyyət göstərmişdir. 2009-cu ildə Cavabdeh1 ilə X5nin Cavabdeh3 arasında məhkəmə mübahisələri yarandığı üçün istirahət zonası fəaliyyətini dayandırmışdır. Lakin heyvandarlıq təsərrüfatının fəaliyyəti dayandırılmamış, indinin özündə də davam etdirilir. Həmin heyvandarlıq təsərrüfatına iddiaçı rəhbərlik edir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri ilə iddia tələbinin haqlı olması müəyyən edilir. Apellyasiya məhkəməsi iddia predmetinə aid olan istirahət zonası və heyvandarlıq təsərrüfatı üçün tikilmiş tikililərə bаxış keçirmiş və müəyyən etmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi və əlavə etdiyi foto şəkillərdən görünən istirahət zonası və heyvandarlıq təsərrüfatı üçün tikilmiş tikililər Şəki rayonu Daşüz kənd i ilə Qudula kəndlərinin arasındakı ərazidə Şəki-Qax magistral yolunun yuxarı və alt hissələrində yerləşir. Həmin magistral yolun yuxarı hissəsində istirahət üçün tikilmiş müxtəlif ölçüdə üç ədəd, eyni ölçüdə olan dörd ədəd kərpicdən tikilmiş, hər iki üzü suvamış və dam örtüyü azbest şiferdən olan tikililər vardır. Qeyd olunan tikililərdən aşağı hissədə, magistral yola yaxın məsafədə bir ədəd kərpicdən tikilmiş, hər iki üzü suvamış və dam örtüyü azbest şiferdən olan mətbəx binasının olması, Şəki-Qax magistral yolunun alt hissəsində biri mişar daşından və digəri həm mişar daşından, həm də üzüm becərmək üçün istifadə olunan beton dirəklərdən tikilmiş iki ədəd tikili var idi. Həmin tikililərdən heyvandarlıq tövlələri kimi istifadə olunur. Qeyd olunan tikililərə yaxın məsafədə iddiaçının iddia ərizəsində qeyd etdiyi və öz adına sənədləşən bir ədəd işıq transformatoru yerləşir. İddiaçının bildirdiyinə görə həmin tikililəri 2001-ci ildə özü tikdirmişdir. İddiaçı onu da bildirdi ki, istirahət zonası 2009-cu ildən fəaliyyətini dayandırıb. Heyvandarlıq təsərrüfatının fəaliyyətinə İddiaçı rəhbərlik edir. Təsərrüfatda işləyən bir neçə nəfər yerli baxış keçirilən zaman orada gündəlik işlərini həyata keçirirdilər. İddiaçının iddia ərizəsində qeyd etdiyi X5nin “Cavabdeh3”nin balansında olan və əvvəllər pansionat (X5) kimi istifadə olunan beş ədəd müxtəlif ölçülü tikililərə də kollegiya tərəfindən baxış keçirilmiş, müəyyən edilmişdir ki, X3 sözügedən tikililəri iddiaçının iddia etdiyi tikililərdən təqribən beş yüz metr kənar məsafədə yerləşir, iddiaçının iddia etdiyi tikililərə heç bir ai diyyətı olmamaqla fərqli tikililərdir. Göstərilənləri nəzərə alaraq apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının tələb etdiyi tikililərin həmin ərazidə dövlət mülkiyyətində olan torpaq üzərində keçmiş Azərnefttəchizat Birliyinin balansında olmuş X7 vəsaiti hesabına tikilmiş tikililər olması qənaətinə gəlməklə səhv nəticəyə gəlmişdir və iddia tələbinin təmin edilməsi X5 və Dövlət Neft Şirkətinin Cavabdeh3 maraqlarına zidd deyildir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbi MPM-in 307.2.11-ci maddəsinə əsasən, məhkəmələrin səlahiyyətinə aid edilən hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərin təsir dairəsinə düşür. İddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatında göstərmişdir ki, “o, özünün tikdirdiyi binalara mülkiyyət hüququnun tanınmasını tələb etmir. Sadəcə olaraq, həmin binaların onun tərəfindən tikilməsi faktının müəyyən edilməsini xahiş edir. Həmin faktın müəyyən edilməsi sözügedən tikililərlə bağlı onunla Cavabdeh1 arasında olan narazılığın-mübahisənin tənzimlənməsi üçün ona lazımdır. Sözügedən tikililərin özü tərəfindən tikilməsi faktını isə məhkəmədən kənar, başqa qaydada müəyyən edə bilmir.” İddiaçının tələb etdiyi tikililərin onun tərəfindən tikilməsi faktının müəyyən edilməsinin məhkəmədən kənar qaydada nizamlanması mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi işə baxılarkən prossesual hüquq normalarının tələblərini pozmuş, iş üzrə icraata işə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verməli olduğu halda, ərizəyə mahiyyəti üzrə ba xmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019cu il tarixli, 08 saylı qərarınına əsasən: -1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüq uq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. -1.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. - 1.7. Hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquql arına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. -13. Məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmal ıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər hansı tikilinin inşası qanunla müəyyən edilmiş qaydada müvafiq icazələr alındıqdan sonra tikinti norma və qaydalarına əməl edilməklə həyata keçirilir. Belə zəruri sənədlər mövcud olmadığı halda, tikilinin inşası faktının məhkəmə qaydasında müəyyən edilməsi imkanı isə tikinti qanunvericiliyində nəzərdə tutulmamışdır. Belə olan halda, bu faktın hüquqi əhəmiyyətli fakt kimi məhkəmədə tanınması mümkün deyildir. İkincisi, bu faktın hüquqi əhəmiyyətinin olması iş üzrə müəyyən edilmir. Çünki məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyə ti isə maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. İddiaçı ərizədə bu faktın müəyyən edilməsinin ona nə məqsəd üçün lazım olduğu göstərilməmiş, apellyasiya məhkəməsində isə iddiaçı bildirmişdir ki, o, özünün tikdirdiyi binalara mülkiyyət hüququnun tanınmasını tələb etmir. Sadəcə olaraq, həmin binaların onun tərəfindən tikilməsi faktının müəyyən edilməsini xahiş edir. Həmin faktın müəyyən edilməsi sözügedən tikililərlə bağlı onunla Cavabdeh1 arasında olan narazılığın-mübahisənin tənzimlənməsi üçün ona lazımdır. Sözügedən tikililərin özü tərəfindən tikilməsi faktını isə məhkəmədən kənar, başqa qaydada müəyyən edə bilmir.” Göründüyü kimi, bu faktın müəyyən edilməsi həmin tikililər üzərində iddiaçının şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəy işməsinə və yaxud xitamına səbəb olmasına yönəlməmişdir. Bu faktın müəyyən edilməsinin iddiaçı ilə Cavabdeh1 arasında olan mübahisənin tənzimlənməsi üçün lazım olmasına gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehə qarşı hazırki tikililərlə bağlı hər hansı iddia tələbi (vurulmuş ziyan və s. ) irəli sürməklə, həmin iddianın gedişində mövcud tikililərin kimin tərəfindən inşa edilməsinin müəyyən edilməsi üçün müvafiq sübutlarını məhkəməyə təqdim edə bilər və həmin sübutlar konkret işə baxan məhkəmə tərəfindən qiymətləndirilməlidir. Mülki prosessual qanunvericiliyin sübutlar və sübut etmə qaydaları ilə bağlı normalarına əsasən təqdim olunan sübutlar işə baxan məhkəmə tərəfindən qiymətləndirilməlidir. Bu zaman cavabdeh tərəfin həmin sübutlara etiraz etmək, onların mötəbər ol maması barədə dəlillər və əkssübutlar təqdim etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, məhkəmədə baxılmalı olmayan tələbə mahiyyəti üzrə baxılaraq qətnamə qəbul edilməsi ilə apellyasiya məhkəməsi tərəfindən mülki prossesual qanunvericiliyin tələbləri pozulmuşdur. Eyni zamanda, apelyasiya məhkəməsi maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına yol vermiş, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 08 saylı qərarında verilmiş izahlara zidd qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi-nin 418.6-cı maddəsinə əsasən hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın. Azərbaycan Respublikası MPM-nin 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu səbəbdən, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prossesual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.1, 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X5nin Cavabdeh3 və vəkili Vəkil2 kassasiya şikayəti təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.06.2020-ci il tarixli X5 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi and

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar