Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5120/2023 27.12.2023 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin icraata qəbul edilməməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının, hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3095/2023 nömrəli, 19 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı (vəkil Nümayəndə tərəfindən tərtib edilmiş) tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3603/2022 nömrəli 28 noyabr 2022-ci il tarixli qətnam əsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3095/2023 nömrəli, 19 iyun 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3603/2022 nömrəli 28 noyabr 2022-ci il tarixli qətnaməsi apelyasiya şikayətlnə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verib, apellyasiya instansiyasının qətnaməsinin ləğv və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-4261/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı kassasiya şikayətinin mümkünlüyü üçün ə saslar mövcud olmadığından (vəkilin səlahiyyətini təsdiq edən etibarnamə olmadığı, iddiaçı isə şikayəti elektron imza ilə imzalamadığı, eləcə də şikayətin məzmunu ilə bağlı tələblərə əməl edilmədiyi üçün), onun icraata qəbulundan imtina edilmiş, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)3095/2023 nömrəli, 20 oktyabr 2023-cü il tarixli qərardadı ilə iddiaçının kassasiya şikayəti geri qaytaılmışdır. İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə apelyasiya məhkəməsinə müraciət etmiş, həmçinin vəkilin adına etibarnaməni və kassasiya şikayətini də ərizəyə əlavə etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1 03)-3095/2023 nömrəli, 06 noyabr 2023-cü il tarixli qərardadı ilə müddətin bərpası barədə ərizə təmin edilmiş, kassasiya şikayəti baxılması üçün mülki iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kassasiya şikayətindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-4261/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qərardadında göstərilən nöqsanlardan birini vəkilə etibarnamə verməklə aradan qaldırsa da, kassasiya şikayətinin məzmunu ilə bağlı göstərilən digər nöqsanı aradan qaldırmamış, şikayətiyenə də 3 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib etməyərək, eyni məzmunlu şikayəti təkrarən təqdim etmişdir. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarına istinad edi lməklə kifayətlənilməməli, həmin normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə şərh edilməli, göstərilmiş hər bir normanın pozuntusunun və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Təkrar verilən kassasiya şikayətində də Mülki Məcəllənin 425.1, 425.2-ci, Mülki Prosessual Məcəllənin 88, 106 və 218.3-cü maddələrinin məzmunu yazılıb, işin faktiki hallarına istinad edilib, lakin qeyd edilən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin və ya pozulmasının nədən ibarət olması şərh edilməyib, bununla da şikayətin məzmunu ilə bağlı tələblərə əməl olunmayıb. Halbuki kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarına istinad edilmək lə kifayətlənilməməli, həmin normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə şərh edilməli, göstərilmiş hər bir normanın pozuntusunun və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Bu baxımdan, təkrar verilən kassasiya şikayəti də bu tələblərə cavab vermir. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qay tarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şikayəti verən şəxs prosessual müddətlərlə bağlı qanunvericiliyin tələblərini nəzərə almaqla Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə uyğun olaraq nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 402.1, 407.1, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3095/2023 nömrəli, 19 iyun 2023-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin və kassasiya şikayəti qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-5120/2023
Ali Məhkəmə Qərardad — İş №2(102)-5120/2023
27.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver