Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5122/2019 02.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X1, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, iddiaçının vəkili Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin MK-nın 17 yanvar 2019-cu il tarixli qətnaməsindən İddiaçı3 və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Göyçay rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim İ.Fəttahov) İddiaçı1 və qeyrilərinin Cavabdeh oğluna qarşı pul tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh 20.000 ABŞ dollarının ödəniş gününə Azərbaycan manatının məzənnəsi məbləğində pulun alınaraq İddiaçı1, 10.000 manat pulun İddiaçı3, 6.000 manat məbləğində pulun alnaraq İddiaçı2 verilməsi və qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 17 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Ə.Məcidov, hakimlər M.Əsədli və İ.Quliyev) Göyçay rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin 10.000 manat pulun Cavabdeh alınıb İddiaçı3 verilməsi hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilmiş, iddia ərizəsi həmin hissədə tə min edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı3 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin MK-nın 17 yanvar 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instans iyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin MK-nın 17 yanvar 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı1 xeyrinə 20.000 ABŞ dollarının ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə pulun, 10.000 manat pulun İddiaçı2 xeyrinə və 10.000 manat pulun isə İddiaçı3 xeyrinə alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 17 yanvar 2019-cu il tarixli qətnaməsindən İddiaçı3 və Cavabdeh kassasiya şikayəti vermişlər. İşə kassasiya baxışında İddiaçı3 ərizə ilə kassasiya şikayətindən imtina edərək kassasiya icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 410.1-cı maddəsinə əsasən kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Məhkəmə kollegiyası İddiaçı3 kassasiya şikayətindən imtinaya dair ərizəsini araşdıraraq hesab edir ki, İddiaçı1 imtinası başqa şəxslərin hüquqularını və qanunla qorunan mənafelərini pozmadığından onun imtinası qəbul edilməli və İddiaçı1 münasibətdə kassasiya icraatına xitam ve rilməlidir. Azərbaycan Respublikası MPM-nin 410.2-ci maddəsinə əsasən işdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. Məhkəmə kollegiyası iş materiallarını və Cavabdeh kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh Göyçay rayonu Çayarxı kəndində anasının adına limonad sexini işlədən zaman istehsal etdiyi limonadı X şirkətinə satılması üçün təhvil vermişdir. Şirkət Bakı şəhərində yerləşdiyindən və həmin şirkətdən tez-tez pul qəbul etdiyindən 2017-ci ildə m üvəqqəti olaraq Bakı şəhərində kirayədə yaşamışdır. Kirayədə yaşadığı müddətdə iddiaçılarla tanış olmuş, 2017-ci ilin fevral ayında onlarla limonad istehsalının genişləndirilməsi üçün pul lazım olduğundan 2017-ci ilin fevral ayında X 20.000 ABŞ dolları pul götürmüş, 2017-ci ilin aprel ayında isə X ilə notarial qaydada müqavilə bağlamışdır. Həmin pulu hissə-hissə X qaytaracaqdır. X 2017-ci ilin fevral ayında 10.000 manat pul götürmüş, limonad satışından X olan borcunu hər ay 1000 manat ödəmişdir. Lakin hazırda X olan borcunu qaytarmaqdan imtina etmir. Ancaq iddiaçı X isə 10.000 manat pul götürməmiş, X limonad sexinin işləməsi üçün 10.000 manat dəyərində xammal alaraq ona göndərmiş, keçən müddət ərzində limonad satışından X pulunu qaytarmışdır. Eyni zamanda iş materiallarından görünür ki, 26.04.2017-ci il tarixli Bakı şəhər 15 saylı notariat kontorunda bağlanmış kredit müqaviləsinə əsasən İddiaçı1 cavab Cavabdeh 20.000 ABŞ dolları borc pul vermiş, Cavabdeh həmin pulu 26.04.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Bundan başqa Nərimanov rayon Polis idarəsinin cinayət işinin rədd edilməsi barədə 22.11.2017-ci il tarixli qərarının məzmunundan görünür ki, İddiaçı2 atası İddiaçı1 26 aprel 2017-ci il tarixdə Cavabdeh notariat kontorunda 20.000 ABŞ dolları pul verərək onunla borc müqaviləsi bağladığı sübuta yetdiyindən onun tələbi mülki xarakterli olduğundan mülki qaydada iddia verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödə məli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hes ab edir ki, Cavabdeh kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 410, 410.3-cü, 416, 417, 419cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı3 Şəki Apellyasiya Məhkəməsinin MK-nın 17 yanvar 2019-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtina ərizəsi qəbul edilsin. İddiaçı3 münasibətdə kassasiya icraatına xitam verilsin. Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 17 yanvar 2019-ci il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5122/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5122/2019
02.08.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver