Məhkəmə qərarları › İş №2(102)-5125/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5125/2022

19.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5125/2022 19.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pulun tutulması) Hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9515/2021 nömrəli, 1 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 19 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı q əbul etdi. İşin halları 1. “Cinayət işinin icraatına xitam verilməsi haqqında” Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin 16 sentyabr 2021-ci il tarixli qərarı ilə Cavabdeh2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində cinayət təqibinin başlanması rədd edilmişdir.

2. Həmin material üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş İddiaçı ifadəsində göstərmişdir ki, 2016-cı ilin dekabr ayında tanışı Cavabdeh2 ona müraciət edərək tanışı X1 ona 60.000 manat pul borcunun olduğunu, bu barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi, məhkəmə Süleymanın adına olan Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivi, sahə 183ç ünvanında yerləşən “Fantan” kafesini hərraca çıxardığını demişdir. Müzəffər xahiş etmişdir ki, ona maddi köməklik etsin, həmin kafeni alsınlar. Müzəffər həmçinin bildirmişdir ki, kafeni hərrac yolu ilə alıb onun adına keçirəcəkdir. O, Müzəffərlə razılaşmışdır. Müzəffər ona məhkəmədə evin sənədləşdirilməsində müəyyən xərclər olacağını, həmin xərclərin ödənilməsində ona köməklik etməsini bildirmişdir. 2016-cı ilin oktyabr ayının ortalarında Müzəffər ona kafenin qiymətləndirilməsi üçün 700 manat pul lazım olduğunu bildirmişdir. O, həmin gün Bakı şəhəri, Nərimanov rayonu, Montin adlanan ərazidə Müzəffərə 700 manat pul vermişdir. 08 dekabr 2016-cı il tarixdə Müzəffər ona məhkəmədə müəyyən xərclərin ödənilməsi üçün 300 ABŞ dolları lazım olduğunu bildirmişdir. O da həmin gün təxminən saat 11 radələrində Xətai Rayon Məhkəməsinin qarşısında Müzəffərlə görüşüb ona 300 ABŞ dolları pul vermiş dir. Bundan sonra iyun ayından Müzəffər ona kafeyə stol və stul alınmalı olunduğunu bildirmiş və 1.000 manat pul istəmişdir. O, 14 iyun 2017-ci il tarixdə təxminən saat 11 radələrində Bakı şəhəri, Nərimanov metrostansiyasının yaxınlığındakı parkın qarşısında Müzəffərlə görüşüb orada ona 1.000 manat pul vermişdir. 07 sentyabr 2017-ci il tarixdə hərraca ilkin olaraq pul verilməsi üçün Müzəffər ondan 2.000 manat pul istəmişdir. O da Müzəffər ilə razılaşıb həmin gün ünvan 2 ünvanında yerləşən hərrac təşkilatında Müzəffərə 2.000 manat pul vermişdir. Həmin vaxt orada Müzəffərin tanışları adlarının sonradan Sərdar, Nazim və Nazimin həyat yoldaşı Sünbülə olduğunu bildiyi şəxslər də olmuşdur. Bir az keçdikdən sonra Müzəffər əlində qəbz ilə gəlmişdir. O qəbzə baxan zaman qəbzin üzərində Cavabdeh3 ad ının yazıldığını görmüşdür. 11 sentyabr 2017-ci il tarixdə Təhsil Nazirliyinin yaxınlığında yerləşən “VTB” bankın qarşısında Müzəffərə hərraca verilməsi üçün 11.500 manat, 2017-ci ilin sentyabr ayının ortalarında Nərimanov rayonu, Nəriman Nərimanov metrostansiyasının qarşısında 5.000 manat, 27 sentyabr 2017-ci ıl tarixdə hərraca verilməsi üçün Nərimanov rayonu ərazisində yerləşən "Kapital bank” ASC-də Müzəffərə 36.000 manat pul vermişdir. Bu hadisələr olan müddətdə Müzəffər kafeni işlətmişdir. 2017-ci ilin oktyabr ayının ortalarında Müzəffər ona 31.000 manat pul gətirib vermiş və bildirmişdir ki, həmin pul bankın verdiyi puldur. Bu yolla Müzəffər daha da onun etibarını qazanmışdır. Bundan sonra Müzəffərə 06 noyabr 2017-ci il tarixdə “Yusifbəyli və partnyorları” Vəkil bürosunun qarşısında k afenin sənədləşmə işləri üçün 1.000 manat, 20 noyabr 2017-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağlar massivi, sahə 183ç ünvanında yerləşən “Fantan” kafesində kafenin sənədləşmə işləri üçün 4.000 manat, 21 noyabr 2017-ci il tarixdə eyni məqsədlə 2.000 manat, sonuncu dəfə isə Nərimanov rayonu, Təbriz küçəsində yerləşən Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin qarşısında idarə etdiyi avtomobildə 10.000 manat pul vermişdir, ki, bundan sonra Müzəffər ona verdiyi vədə əməl etməmiş, kafeni onun adına keçirməmişdir.

3. Həmin qərarda iş üzrə şübhəli şəxs qismində dindirilmiş Cavabdeh4 ifadəsində göstərmişdir ki, Cavabdeh2 uzun müddətdir tanıyır. Müzəffərin Süleyman adlı şəxsdən alacaq pulu olmuş, həmin pulun 60000 manatı Müzəffərin oğlunun adından nota rius vasitəsilə Süleymana verilmişdir. Süleyman Müzəffərə borcunu qaytarmadığından Müzəffər onu məhkəməyə vermişdir. Məhkəmənin qərarı ilə Süleymanın Müzəffərə olan borcun 40.000 manatı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağlar massivində yerləşən bağ evinə yönəldilmişdir. Müzəffər ona demişdir ki, həmin bağ evini alsın, torpaq sahəsinə sənəd alıb girov qoyaq və götürdüyü pula Rusiya Federasiyasına meyvə vursunlar. Həmin vaxt onlara pul lazım olmuş, Müzəffər İddiaçı borc pul almışdır. X7 Cəbrayıldan hansı məbləğdə borc pul aldığını bilməmişdir. Həmin ərəfədə Müzəffər ona pul lazım olduğundan 5.000 manat vermişdir. Bundan sonra hərracdan həmin bağ evini arvadının adına almışdır. Bundan sonra həmin bağ evinə sənəd almaq istəmişlər ki, obyekti çay evi kimi istifadə etsinlər. Bu səbəbdən Müzəffər İddiaçı 10.000 manat borc almışdır. Həmin pulu Müzəffər sənədləşmə işlərinin aparılması üçün Vəliş adlı tanışna vermişdir. Lakin Vəliş sənədləşmə işləri aparmamış və onları aldadaraq pulu ələ keçirmişdir. O, özü İddiaçı hər hansı məbləğdə pul almadığını, onu aldadaraq pulunu ələ keçirmədiyini və ümumiyyətlə aralarından pul məsələsinin olmadığını bildirmişdir.

4. Qərarda iş üzrə şahid qismində dindirilmiş Cavabdeh3 Cavabdeh4 ifadəsinə oxşar məzmunlu ifadə verərək onun göstərdikləri xüsusatları eyni ilə təsdiq etmişdir.

5. Qərardan müəyyən olunur ki, iş üzrə şahid qismində dindirilmiş Cavabdeh2 ifadəsində göstərmişdir kı, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağlar massivi, sahə 183ç ünvanında yerləşən “Fantan" kafesində yaşamış və həmin ərəfədə oranı müha fizə etmişdir. Bundan sonra ona pul lazım olduğundan İddiaçı hissə-hissə olaraq bir neçə dəfə müəyyən məbləğlərdə faizə borc pul götürmüşdür. İddiaçı həmin kafeyə zorla iki ədəd paltarqurudan, bir ədəd kondisioner almaq istəmiş, həmçinin kafenin kafelini dəyişdirib ona sökdürüb yenidən özünə borclu etmək istəmişdir. Zorla ona avtomaşının verib, demişdir ki, “sat pulunu götür“. O da İddiaçı demişdir ki, “mənə pul lazım deyil”. İddiaçı isə ona demişdir ki, “mən özüm sənə pul verirəm al götür“. O İddiaçı demişdir ki, “köhnə avtomaşını kimdir alan”. X9 Bakı şəhəri Baş Polis İdarəsinə onun barəsində şikayət ərizəsi ilə müraciət edib bildirmişdir ki, guya qeyd etdiyi markalı avtomobili sonuncu ona 15.000 manata zorla satdırıb. Sonradan o, Cəbrayıldan əlavə 10000 manat faizə pul istəmiş və sonunc u ona 2.000 manat pul vermişdir. O, Cəbrayıla 10.000 manat istədiyini dedikdə isə sonuncu ona demişdir ki, 6.000 manat faizi götürüb, 2.000 manatını da iranlı rəssama verəcək. O, Cəbrayıldan soruşmuşdur ki, “sən mənə gətirdiyin pulu rəssama niyə vermisən?”. Cəbrayıl isə ona demişdir ki, rəssam Nazimin dostudur, sonra iranlı rəssamla farsca danışıb Cəbrayıl onu rəssamla düşmən etmişdir. O, Cəbrayıldan ilk dəfə 36000 manat faizə pul almış, həmin puldan 3500 manatını tanışı Nazimə övladının təhsil haqqını ödəməsi üçün vermişdir. Həmçinin, oğlu Təbrizi DTX-ya işə düzəltmək istəmiş və bu məqsədlə 30000 manat pulu tanışı Ruslanın əvəzinə onun borclarını ödəmiş, indi də Ruslanla bağlı araşdırma aparıldığını bildirmişdir. Qalan pulu isə özü xərcləmişdir. Sonradan Ruslan oğlunun işini həll etməmiş, o da tanışlarından həmin məbləğdə pulu alıb düzəltmişdir ki, Cəbrayıla borcunu qaytarsın. Təxminən 20 gün sonra o Cəbrayıldan aldığı 36.000 manat pulu onun yaşadığı Bilgəh qəsəbəsində yerləşən evində şəxsən onun özünə geri qaytarmışdır. Həmin vaxt yenidən Cəbrayildan 5.000 manat pul faizə almışdır. Daha sonra hissə-hissə ümumilikdə 28.500 manat Cəbrayıldan faizə olaraq borc pul almış, həmin puldan 15.000 manatını 2018-ci ilin iyun-iyul aylarında Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağlar massivi, sahə 183ç ünvanında yerləşən “Fantan” kafesində ona geri qaytarmış və əvvəldən ondan götürdüyü 15000 manat pulun əlavə faizlərini ödəmişdir. 25 dekabr 2017-ci il tarixdə Cəbrayıldan 10000 manat faizə pul istəmiş və demişdir ki, “Fantan” kafesini Nazim həyat yoldaşının adna keçirəcə k və kafeni satdıqda pulu ona geri qaytaracaq. Cəbrayıl razılaşmış və ona Nazimin yanında 10000 manat pul vermişdir. O, həmin pulu tanışı Vəlişə kafenin sənədləşmə işlərinin aparılması üçün vermiş. Lakin sonradan Vəliş kafenin sənədləşmə işlərini aparmayaraq pulunu ələ keçirmişdir.Cəbrayı Lotfıni aldadaraq cinayət yolu ilə pulunu ələ keçirmədiyini, ondan yalnız faizə olaraq borc pul aldığını, hazırda ona heç bir borcunun olmadığını bildirmişdir. Cəbrayılın ifadəsində qeyd etdiyi 13.500 manat pul isə ondan faizə aldığı borc pulun faizidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddiaçı tələbini belə əsaslandı rmışdır ki, iddiaçının cavabdehlərdən Cavabdeh2 ilə bir müddətdir ki, tanışlığı olub. Onun vasitəsi ilə iddiaçı digər cavabdehlərlə tanış olmuşdur. Cavabdehlərdən Cavabdeh2 və Cavabdeh1 Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar sahəsi 183 ç ünvanında yerləşən iaşə obyektinin sənədləşdirilməsi, təmiri, istilik sisteminin quraşdırılması, kanalizasiya sistemi xətlərinin çəkilməsi, obyektin iddiaçının adına keçirilməklə orada yüksək səviyyədə xidmətin təşkil edilməsi adı ilə iddiaçıdan bir neçə dəfəyə, hissə-hissə 64.350 manat və 300 ABŞ dolları pulu almışlar. Sonradan iddiaçıya məlum olmuşdur ki, onlar iddiaçını aldadaraq həmin obyekti cavabdehlədən Cavabdeh4 həyat yoldaşı Cavabdeh3 adına rəsmiləşdirmişlər. İddiaçı bu mübahisənin məhkəmədənkənar qaydada həllinə nail olmaq üçün dəfələrlə c avabdehlərə müraciət etsə də, onlar müxtəlif bəhanələrlə nə pulun qaytarılmasını, nə də ki, razılaşmaya uyğun olaraq obyektin iddiaçının adına rəsmiləşdirilməsini təmin etməmiş, müxtəlif bəhanələrlə boyun qaçırmışlar. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 iddiaçıdan aldıqları 64.350 manat pulun, məzənnəyə uyğun olaraq 300 ABŞ dolları pulun, həmçinin də ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

8. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 iddiaçıdan aldıqları 160.827,12 manat pulun, məzənnəyə uyğun olaraq 775 ABŞ dolları pulun, həmçinin də ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdilər.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.Ə.Səmədov) 2(006)-1687/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən cavabdehlərin ona hər-hansı məbləğdə borcun olmasını təsdiq edə biləcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçının yeganə təqdim edə bildiyi sübut audio, video yazılardır ki, həmin yazılar da qeyri-qanuni yolla əldə olunmuş sübutlardır. Hətta sübut kimi qəbul oluna biləcəyi halda həmin audio, video yazıl arda cavabdehlərin iddiaçı qarşısında konkret olaraq hansı məbləğdə borc öhdəliklərinin olması barədə məlumat yoxdur.

12. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Prosessual Məcəllənin 14, 76, 77, 88, 89 və 217-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı qətnamədən“apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamış, işdəki sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, cavabdehlər Cavabdeh2 və Əliyev X6 rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar sahəsi 183 “ç” ünvanında yerləşən iaşə obyektinin sənədləşdirilməsi, təmiri, istilik sisteminin quraş dırılması, kanalizasiya sistemi xətlərinin çəkilməsi, obyektin onun adına keçirilməsi razılaşması ilə ondan bir neçə dəfəyə hissə-hissə 64.350,0 manat və 300,0 ABŞ dolları pul almışlar. Sonradan ona məlum olmuşdur ki, onlar iddiaçını aldadaraq iaşə obyektini Cavabdeh4 həyat yoldaşı Cavabdeh3 adına rəsmiləşdirmişlər. Ödənilmiş pulların geri qaytarılmasını tələb etməyinə baxmayaraq cavabdehlər tərəfindən həmin pullar bu günə kimi geri qaytarılmamışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 ilə aralarında baş vermiş işgüzar söhbətləri, işlə əlaqədar pulların alınıb-verilməsini təsdiq edən sübutları-telefon danışıqları diskə köçürülərək tədqiq edilməsi üçün birinci instansiya məhkəməsinə vəsatətlə təqdim olunmasına baxmayaraq, nədənsə məhkəmə tərəfindən həmin yazılar qeyri-qanuni yol la əldə olunmuş hesab edilərək tədqiq olunmamışdır. Hesab edir ki, birinci instansiya məhkəməsi birtərəfli mövqe tutub maddi və prosessual hüquq normalarını pozaraq həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Şikayət ərizəsi əsasında Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində 10 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq edilmiş və 03 fevral 2021ci il tarixdə işin icraatına xitam verilmişdir. 09 mart 2021-ci il tarixdə Nərimanov rayon Prokurorluğu tərəfindən iş üzrə icraata xitam verilməsi barədə qərar ləğv edilmiş və istintaqın davam etdirilməsi Nərimanov RPİ İŞ-nə göndərilmişdir. 15 aprel 2021-ci il tarixdə işin icraatına yenidən xitam verilmə si barədə qərarın qanunsuz və əsassız olmasına görə Nərimanov rayon Prokurorluğunun 15 iyul 2021-ci il tarixli qərarı ilə ləğv edilmiş və işin icraatı təzələnərək yenidən istintaq edilməsi üçün qaytarılmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı tərəfindən yaranmış mübahisə üzrə cinayət işinin başlanaraq istintaq edilməsi və istintaq zamanı müəyyən edilmiş halların tədqiq olunmasına zərurət yaranmasını bildirsə də, məhkəmə buna təşəbbüs göstərməmişdir. Hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiasının əsaslarını təsdiq edən və tərəfindən təqdim olunmuş ilk və əlavə sübutlar məcmu qaydada tədqiq olunaraq onlara hüquqi qiymət verilməlidir.

15. İş üzrə Cavabdeh2 məhkəmə kollegiyasına məhkəmənin dəftərxanası, həmçinin “Elektron Kabinet” vasitəsilə ərizə ünvanlayar aq ərizəsində göstərmişdir ki: “Məlumat üçün bildirirəm ki, İddiaçı pulu faizə mən almışam və tam şəkildə qaytarmışam. Onların heç bir xəbəri olmayıb və ondan heç vaxt pul almayıblar. Bunu Bakı Şəhər Baş Pİ-ndə, Nərimanov RPİ-ndə və Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində araşdırma zamanı da fakt öz təsdiqini tapmadığına görə Nəsimi Rayon Məhkəməsində hakim ədalətli qərar qəbul edərək onun iddiasını təmin etməmişdir. İddiaçı söylədikləri şər-böhtandan başqa bir şey deyil, o, məndən verdiyi pulun faizinin faizini istəyir. Covid-19 vaksini vurdurmadığından məni məhkəmə iclasına buraxmırlar.Ona görə də mən məhkəmə iclasında iştirak edə bilmirəm. Mənim bu qeyd etdiklərimi izahatım kimi qəbul edin.”

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər-Ş.A.Məmmədova (səd rlik edən və məruzəçi), R.Ə.Eyvazov və F.Ş.Talışinski) 2(103)-9515/2021 nömrəli iş üzrə 01 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1687/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin olunaraq Cavabdeh2 64.“350,0 (altmış dörd min üç yüz əlli) manat və ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata məzənnəyə uyğun olaraq 300,0 (üç yüz) ABŞ dolları pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi mövqeyi ilə bağlı qeyd etmişdir ki, hazırkı iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 iddiaçıdan aldıqları 64“350 manat, məzənnəyə uyğun olar aq 300 ABŞ dolları pulun, həmçinin də ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə versə də, ərizədə göstərilən məbləğə dair hər hansı dəlillər irəli sürməmişdir.

18. İş materiallarından və tərəflərin izahatından, Cavabdeh2 ərizəsindən, “Cinayət işinin icraatına xitam verilməsi haqqında” Bakı şəhər Nərimanov RPİ-nin İŞ-nin 16 sentyabr 2021ci il tarixli qərarından müəyyən olunur ki, Cavabdeh2 İddiaçı ilk dəfə 36.000,0 manat faizə pul almış, daha sonra hissə-hissə ümumilikdə 28.500,0 manat Cəbrayıldan faizə olaraq borc pul almış, 25 dekabr 2017-ci il tarixdə Cəbrayıldan 10000 manat faizə pul istəmiş və demişdir ki, “Fantan” kafesini Nazim həyat yoldaşının adına keçirəc ək və kafeni satdıqda pulu ona geri qaytaracaq. Cəbrayıl razılaşmış və ona Nazimin yanında 10.000,0 manat pul vermişdir. Beləliklə, Cavabdeh2 İddiaçı ümumilikdə 74.500,0 manat pul aldığını qəbul etmiş, lakin hazırda onun iddiaçıya heç bir borcunun olmadığını bildirmişdir. Pulun qaytarıldığını sübut etmək vəzifəsi Cavabdeh2 vəzifəsi olmasına baxmayaraq o, qeyd edilən pul məbləğinin bütövlükdə qaytarılmasını təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 324, 331, 385, 442 və 740-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77, 78 və 217-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Kassasiya şikayətinin d əlilləri

20. Cavabdeh2 (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işə apellyasiya qaydasında yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayətinin dəlili kimi göstərilmişdir ki, iş üzrə tərəflər arasında hər hansı yazılı müqavilə olmadığı təqdirdə, eyni zamanda iddiaçının şikayəti əsasında kifayət qədər araşdırma aparmış Bakı şəhər Nərimanov RPİ-nin İŞ-si, Bakı şəhər Baş Polis İdarəsi və Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi şikayətdə göstərilən halların öz təsdiqini tapmadığı qənaətinə gəlməsinə və müvafiq qərarlar (cinayət işinin başlanmasının rədd edilməsi barədə) qəbul edilməsinə baxmayaraq apellyasiya məhkəməsi iddiaçının izahatı əsas götürərək iddianı təmin etmişdi r. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası iş üzrə qəbul etdiyi qətnamədə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə deyil, yalnız iddia tərəfinin mövqeyini ifadə edən halları daha çox əsaslandırmağa çalışmışdır. İddiaçı iddia tələbini sübuta yetirə bilməmişdir. İddiaçının tələbi sübut olunmuş olsaydı cavabdehin barəsində cinayət işinin başlanması barədə qərar olardı. Çünki məhkəmədən öncə yuxarıda adlarını çəkilən orqanlarda hazırki məsələ ilə bağlı kifayət qədər araşdırma aparılmış, lakin fakt öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmiş, başlanmış cinayət işinin icraatına isə xitam verilmişdir. Cavabdeh həm istintaq orqanlarında həm də məhkəmədə vermiş olduğu izahatlarında qeyd etmişdir ki, o iddiaçıdan pul almışdır, lakin almış olduğu pulu da ö zünə geri qaytarmışdır. Bu fakt cinayət işinin başlanmasının rədd edilməsi qərarlarında da öz əksini tapmışdır. İddiaçının tələb etdiyi məbləğlər isə onun öz hesablamalarına görə faiz məbləğləridir ki, bu da qanunsuz tələbdir. Apellyasiya məhkəməsi cavabdehin iddiaçıdan pul alıb və aldığı pulu da geri qaytarması deməsini hüquqi cəhətdən iddianın etirafı kimi qiymətləndirmişdir. İş üzrə iddiaçının şikayətləri əsasında hüquq mühafizə orqanları tərəfindən aparılmış araşdırma və qəbul edilmiş qərarlarda qeyd edilənlər onu göstərir ki, tərəflər arasında pulla bağlı münasibətlər olmuşdur, lakin hazırda cavabdehin iddiaçıya hər hansı məbləğdə pul borclu olduğunu təsdiq edən hər hansı bir dəlil-sübut aşkar edilməmişdir. Ancaq apellyasiya məhkəməsi qəbul etdiyi qətnaməsində qanunun göstərilən norma ları kobud şəkildə pozaraq, iddiaçının cavabdehin hesabına əsassız və qanunsuz varlanmasına rəvac vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

23. Maddə 21.1 Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

24. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

25. Maddə 324.2. Əqdlər birt ərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

26. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin təl əblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir

29. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

30. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

31. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

32. Maddə 1091.1 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

33. Maddə 1091.2 Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

34. Maddə 1092.1 Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

35. Maddə 1093.1 Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Mülki Prosessual Məcəllə

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikl əri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticə lərin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kolle giyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüququ normasının tətbiqində səhvə yol verilmişdir. Buna görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarına əsasən yeni qərar çıxarılmaqla iddia tələbi qismən təmin edilməlidir

48. Belə ki, iddiaçı iddia ərizəsində, eyni zamanda apellyasiya şikayətində göstərir ki, cavabdehlərdən Cavabdeh2 və Cavabdeh1 Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar sahəsi 183 ç ünvanında yerləşən iaşə obyektinin sənədləşdirilməsi, təmiri, istilik sisteminin quraşdırılması, kanalizasiya sistemi xətlərinin çəkilməsi, obyektin iddiaçının adına keçirilməklə orada yüksək səviyyədə xidmətin təşkil edilməsi adı ilə iddiaçıdan bir neçə dəfəyə, hissə-hissə 64.350 manat və 300 ABŞ dolları pul almışlar. Sonradan iddiaçıya məlum olmuşdur ki, onlar iddiaçını aldadaraq həmin obyekti cavabdehlədən Cavabdeh4 həyat yoldaşı Cavabdeh3 adına rəsmiləşdirmişlər. İddiaçı bu mübahisənin məhkəmədənkənar qaydada həllinə nail olmaq üçün dəfələrlə cavabdehlərə müraciət etsə də, onlar müxtəlif bəhanələrlə nə pulun qaytarılmasını, nə də ki, razılaşmaya uyğun olaraq obyektin iddiaçının adına rəsmiləşdirilməsini təmin etməmiş, müxtəlif bəhanələrlə boyun qaçırmışlar.

49. Cavabdeh2 göstərir ki, İddiaçı ilk dəfə 36.000,0 manat faizə pul almış, daha sonra hissə-hissə ümumilikdə 28.500,0 manat Cəbrayıldan faizə olaraq borc pul almış, 25 dekabr 2017-ci il tarixdə Cəbrayıldan 10000 manat faizə pul istəmiş və demişdir ki, “Fantan” kafesini Nazim həyat yoldaşının adına keçirəcək və kafeni satdıqda pulu ona geri qaytaracaq. Cəbrayıl razılaşmış və ona Nazimin yanında 10.000,0 manat pul vermişdir. Beləliklə, Cavabdeh2 İddiaçı ümumilikdə 74.500,0 manat pul aldığını qəbul etmiş, lakin hazırda onun iddiaçıya heç bir borcunun olmadığını bildirmişdir.

50. İddiaçı cinayət təqibi orqanına eyni məzmunlu ərizə ilə müracət etmiş və cinayət təqibi orqanı cinayət işi üzrə icraata xitam vermiş və belə qənaətə gəlmişdir ki, Cavabdeh2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə tanışı X2 Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna massivi, bağlar sahəsi 183 ç ünvanında yerləşən iaşə obyektini verəcəyi, obyektə dair sənədlərin hazırlanmasına köməklik edəcəyi, iaşə obyektində təmir işləri aparılmasında və kafedə yüksək səviyyəli xidmətin təşkil edilməsində ona köməklik göstərməsinə dair yalan vədlər verib aldadaraq ümumilikdə 64.350 manat və 300 ABŞ dolları məbləğində pulunu sonuncuya qarşı dələduzluq cinayət əməlini törədərək ələ keçirməmiş, tərəflər arasında olan mübahisə mülki münasibətlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi nəticəsində yaranmışdır.

51. İddiaçının Cavabdeh2 qarşı iddia tələbinə apellyasiya instansiya məhkəməsi borc münasibətləri kimi qiymət vermişdir. Apellyasiya instansiyası məhkəməsi maddi hüququn tətbiqində hesab etmişdir ki, mübahisənin həllinə Mülki Məcəllənin 740-cı maddəsi tətbiq edilməlidir. Lakin nəzərə almamışdır ki, işin araşdırılmış və müəyyən olunmuş hər hansı bir halı ilə tərəflər arasında borc münasibətlərinin yaranması müəyyən olunmur. İddiaçı göstərir ki, cavabdehin ondan aldığı pulları müvafiq olaraq qey ri-yaşayış sahəsinin sənədləşdirilməsi, yararlı vəziyyətə gərirərək ona təhvil verilməsi vədi ilə almışdır. Cavabdeh isə onlar arasında borc münasibətlərinin olması, tələb olunan məbləğin isə faizin faizi olduğunu qeyd edir, lakin onlar arasında borc münasibətlərinin yaranmasını əsaslandıran hər hansı sübut təqdim etmir.

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin qanuni əsasını səhv müəyyən etmişdir. Nəzərə alınmamışdır ki, özünün müəyyən etdiyi işin faktiki halları baxımından Cavabdeh2 iddiaçının hesabına əsassız varlanmışdır.

53. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir

54. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutları, tərəflərin dəlillərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya d igər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir

55. MPM-in 9, 14 və 88-ci maddələrinə əsasən belə olan halda tam hüquqlu məhkəmə kimi işə baxan apellyasiya instansiyası məhkəməsi öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.

56. Apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə bütün sübutları qiymətləndirməli, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, t ərəflərin hansı hüquqi münasibətdə olmalarını müəyyən etməli idi.

57. Məhkəmə kollegiyasının mövqeyinə görə qanunvericiliyin qətnamənin əsaslandırılmalı olması barədə tələbinin məqsədlərdindən biri də odur ki, mübahisə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Həm də məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanun iliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

58. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş halları üzrə belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 iddiaçıdan aldıqları 64.350 manat, məzənnəyə uyğun olaraq 300 ABŞ dolları pulun, həmçinin də ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin sonradan iddia tələbinin həcminin artırılması barədə ərizədə göstərilən məbləğə dair hər hansı dəlillər irəli sürməmişdir.

59. Həmçinin, iş materiallarından və tərəflərin izahatından, Cavabdeh2 ərizəsindən, c inayət işinin icraatına xitam verilməsi haqqında” Bakı şəhər Nərimanov RPİ-nin İŞ-nin 16 sentyabr 2021-ci il qərardan müəyyən olunur ki, Cavabdeh2 İddiaçı ilk dəfə 36.000,0 manat pul almış, daha sonra hissə-hissə ümumilikdə 28.500,0 manat Cəbrayıldan pul almış, 25 dekabr 2017-ci il tarixdə Cəbrayıldan 10.000 manat istəmiş və demişdir ki, “Fantan” kafesini Nazim həyat yoldaşının adına keçirəcək və kafeni satdıqda pulu ona geri qaytaracaq. Cəbrayıl razılaşmış və ona Nazimin yanında 10.000,0 manat pul vermişdir. Beləliklə, Cavabdeh2 İddiaçı ümumilikdə 74.500,0 manat pul aldığını qəbul etmiş, lakin hazırda onun iddiaçıya heç bir borcunun olmadığını bildirmişdir.

60. Məhkəmə qeyd edir ki, Cavabdeh2 İddiaçı ümumilikdə 74.500,0 manat pul aldığını qəbul etmiş, hazırda onun iddiaçıya heç bir borcun un olmadığını bildirmiş, lakin pulun qaytarıldığını sübut etmək vəzifəsi Cavabdeh2 vəzifəsi olmasına baxmayaraq qeyd edilən pul məbləğinin bütövlükdə qaytarılmasını təsdiq edəcək hər hansı sübutu təqdim etməmişdir.

61. Kollegiya nəzərə alır ki, iddiaçı 64.350 manat və manata məzənnəyə uyğun olaraq 300,0 ABŞ dolları pulun cavabdehlərdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin sonradan iddia tələbinin həcminin artırılması barədə ərizədə göstərilən məbləğə dair hər hansı dəlillər irəli sürməmişdir və hər hansı sübut təqdim etməmişdir. Kollegiya belə nəticəyə gəlir ki, Cavabdeh2 iddiaçının hesabına əsassız varlanması əsası ilə 64.350,0 manat və manata məzənnəyə uyğun olaraq 300,0 ABŞ dolları pul əldə etmiş, lakin həmin məbləğin və ya onun hər hansı bi r hissəsini geri qaytarmamışdır. Odur ki, həmin məbləğlər iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır.

62. Kollegiya həmçinin qeyd edir ki, İddiaçı digər cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 pul verdiyini, iddia tələbinin digər hissələri üzrə sübut təqdim etməmişdir.

63. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 dekabr 2021-ci il tarixli, 2(103)-9515/2021 nömrəli qətnaməsi ləğv edilsin və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh2 64.350,0 (altmış dörd min üç yüz əlli) man at və ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata məzənnəyə uyğun olaraq 300,0 (üç yüz) ABŞ dolları pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Ödənilmiş 30 manat dövlət rüsumuna görə 15 (on beş) manat Cavabdeh2 tutularaq iddiaçıya ödənilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar