Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5126/2019 17.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, İddiaçı və vəkili VƏnun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 04 mart 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 iyul 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: İsmayıllı Rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Rəfiyev, iş № 2(037)-912/2018 saylı mülki iş) iddia tələbi təmin edilmiş, Cav abdeh İsmayıllı rayonu ÜNVANndə yerləşən mübahisəli 0,35 hektar həyətyanı torpaq sahəsinin dəyəri kimi 52.500 (əlli iki min beş yüz) manat məbləğinin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 04 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən, məruzəçi), M.Əsədli və İ.Quliyev, 2(107)-794/2019 saylı mülki iş) hazırki iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli, 2(037)-912/2018 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı 52.500 (əlli iki min beş yüz) manat pul tələbinə dair iddiası rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizə si ilə məhkəməyə müraciət edərək ismayıllı rayonu ÜNVANndə yerləşən 0,35 hektar mübahisəli torpaq sahəsinin dəyəri kimi 52.500 (əlli iki min beş yüz) manat məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vək ili VƏ kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, işdə olan İsmayıllı rayonu Talıstan bələdiyyəsinin 25 fevral 2003-cü il tarixli iclas protokolundan çıxarışın s urətinə əsasən kənd sakini X3 bələdiyyəyə müraciət edərək ona və ailə üzvlərinə verilmiş ÜNVANndə yerləşən torpaq sahəsinin 0,35 hektar hissəsinin İddiaçı adına sənədləşdirilməsini xahiş etmiş, məsələ bələdiyyə iclasında müzakirə olunmuş və X2 İddiaçı satdığı 0,35 hektar torpaq sahəsnin sonuncunun adına sənədləşdirilməsi qərara alınmışdır. Cavabdehin İsmayıllı rayonu Talıstan bələdiyyəsinə etdiyi 05 may 2008-ci il tarixli müraciətdən görünür ki, o və əri X3 özlərinə məxsus ÜNVANndə yerləşən torpaq sahəsinin 0,35 hektar hissəsinin İddiaçı adına sənədləşdirilməsini xahiş etmişlər. Cavabdehin oğlu X7 iddiaçıya verdiyi 04 noyabr 2016-cı il tarixli yazılı məlumatdan görünür ki, o, atası X3 və anası olan cavabdehin özlərinə məxsus ÜNVANndə yerləşən torpaq sahəsinin 0,35 hektar hissəsinin İddiaçı bağışlanmasında şəxsən iştirak etmiş, özünün də bu məsələ üzrə heç bir etirazı yoxdur və gələcəkdə də olmayacaqdır. X2 adına verilmiş 02 sentyabr 2011-ci il tarixli A 362919 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ismayıllı rayon Aqrar islahat Komissiyasının 25 sentyabr 1998-ci il tarixli 60 saylı qərarı əsasında ÜNVANndə yerləşən 6909,59 kv.metr həyətyanı torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. 29 sentyabr 2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışın sürətindən müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi idarəsi tərəfindən 29 sentyabr 2014-cü il tarixdə ÜNVANndə yerləşən 0,6909 hektar yaşayış məntəqələri torpaqları kateqoriyalı həyətyanı torpaq sahəsi 2/5 pay hüququ əs asında cavabdehin, 1/5 pay hüququ əsasında isə onun oğlanları X8, X11 və X6 mülkiyyətlərinə verilmişdir. İsmayıllı rayon Talıstan bələdiyyəsinin 22 iyun 2017-ci il tarixli 11 nömrəli arayışından müəyyən edilir ki, İsmayıllı rayonu ÜNVANndə yerləşən həmin 0,35 hektar torpaq sahəsinin vergisini 2003-cü ildən 2017-ci ilədək iddiaçı ödəmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 08 noyabr 2018-ci il tarixli 13 nömrəli Texniki araşdırma və Qiymətləndirmə rəyindən müəyyən edilir ki, İsmayıllı rayon ÜNVANndə yerləşən 0,35 hektar həyətyanı təyinatlı torpaq sahəsinin mövcud bazar qiymətləri ilə dəyəri 52.500 (əlli iki min beş yüz) manat məbləğində qiymətləndirilmişdir. İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 may 2018-ci il tarixli ölüm haqqında akt qeydi haqqında arayışdan müə yyən edilir ki, cavabdehin əri X3 14 noyabr 2011-ci il tarixdə vəfat etmişdir. 12 avqust 2005-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, iddiaçının atası X4 10 avqust 2005-ci il tarixdə vəfat etmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı hesab edilmişdir ki, iddiaçı 1999-cu ildə cavabdehin mərhum əri X1 ÜNVANndə yerləşən torpaq sahəsinin 0,35 hektar hissəsini almış və torpaq sahəsinin aralarında razılaşdırılmış dəyəri olaraq həmin vaxtın pulu ilə 1.800.000 (bir milyon səkkiz yüz) manatı satıcı MM vermişdir. Bu alqı-satqıdan ÜNVANun ailə üzvləri, o cümlədən cavabdeh xəbərdar olmuşdur. Torpaq sahəsinə dair mülkiyyəti təsdiq edən sənədlər həmin vaxt hazır olmadığından alqı-satqı müqaviləsi notariat formasında rəsmiləşdirilməmiş, ÜNVAN torpaq sahə sinə dair mülkiyyəti təsdiq edən sənədlər vaxt hazır olduğu vaxt dərhal alqı-satqını rəsmiləşdirəcəyinə dair vəd vermişdir. Tərəflər birlikdə İsmayıllı rayon Talıstan bələdiyyəsinə müraciət etmişlər və bələdiyyə formal olaraq onların ərizələri əsasında aldığı torpaq sahəsinin onun adına sənədləşdirilməsinə dair 25 fevral 2003-cü il tarixli qərar qəbul etmişdir. Cavabdeh 05 iyul 2008-ci il tarixdə ismayıllı rayon Talıstan bələdiyyəsinə ərizə ilə müraciət edərək özünün və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin 0,35 hektar hissəsinin və həmin torpaq sahəsinə gedən yeddi metr enində və on iki metr uzunluğunda olan yol yeri ilə birlikdə iddiaçının adına sənədləşdirilməsini xahiş etmişdir. 23 sentyabr 2014-cü il tarixdə cavabdeh iddiaçıya satılmış torpaq sahəsi də daxil olmaqla 0,69 09 hektar torpaq sahəsinin özünün və ailə üzvlərinin paylı mülkiyyətində olmasına dair dövlət reyestr xidmətindən çıxarış almış, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyə əməl etməyərək alqı-satqını rəsmiləşdirməkdən imtina etmişdir, iddiaçı aldığı və hazırda istifadəsində olan 0,35 hektar həyətyanı torpaq sahəsinin 52.500 (əlli iki min beş yüz) manat məbləğindəki dəyərini cavabdehdən tələb edir. Cavabdeh iddia tələbini qəbul etmir, mübahisəli ərazinin mərhum əri tərəfindən iddiaçıya satıldığından xəbərsiz olduğunu bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İşin məhkəmədə müəyyən edilmiş hallarından görünür ki, mübahisə predmetinə aid olan torpaq sahəsinin hazırkı dəyəri təxminən 52.500 manata bərabərdir. Cavabdehin mərhum əri cavabdehin razılığı ilə torpaq sahəsinin dəyəri olaraq qarşılıqlı razılaşma ilə müəyyən edilmiş pulu iddiaçıdan aldığı halda cavabdeh həmin torpaq sahəsini iddiaçıya satmaqdan imtina etməklə iddiaçının hesabına əmlak əldə etmiş əsassız varlanan şəxs sayılır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin mərhum əri cavabdehin razılığına əsasən torpaq satmaq adı ilə tərəflərin qarşılıqlı razılığına əsasən müəyyən edilən pulu iddiaçıdan almaqla hazırda iddiaçının hesabına əsassız varlanan şəxsdir, həmçinin qərara gəlmişdir ki, cavabdehin və onun oğlanlarının paylı mülkiyyətində olan torpaq sahəsinin 0,35 hektar hissəsi üzrə cavabdeh alqı-satqıdan imtina etdiyinə görə iddia tələbi təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunması ilə bağlı maddi və prosessual hüquq normalarını pozulduğundan, məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmadığından və məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə bağlı gəldiyi nəticə ilə razılaşmamışdır. Müəyyən edilmişdir ki, İsmayıllı rayon Talıstan kəndində ******* nömrəli çıxarışla 15.07.2014-cü ildə X2 adına arvadı T, oğlanları E, A və Vin ümumi birgə mülkiyyətlərində olan 0,6909 ha torpaq sahəsi qeydiyyata alınmışdır. 13 avqust 2014-cü ildə Cavabdeh 14.11.2011 -ci ildə vəfat etmiş X2 vərəsəsi olması barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 23.09.2014-cü ildə ******* nömrəli Çıxarışla ismayıllı rayon Talıstan kəndindəki yuxarıda göstərilən torpaq sahəsinin 2/5 hissəsi Cavabdeh, 1/5 hissəsi X5, 1/5 hissəsi X7, 1/5 hissəsi X6 paylı mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin X3 və ya digər mülkiyyətçilər tərəfindən kiməsə satılması və yaxud hansısa formada özgəninkiləşdirilməsi barədə iş materiallarında heç bir sənəd mövcud deyildir. Hazırki iş üzrə Cavabdeh adından ismayıllı rayon Talıstan kənd bələdiyyəsinin sədri M.Süleymanova ünvanlanmış 05.05.2008-ci ildə yazılmış əri Məhərrəm ilə onun öhdələrində olan normadan artıq 0,35 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin yanında olan 7 metr enində 12 metr uzunluğunda olan yolun İddiaçı adına işlənməsi barədə ərizə, X7 İddiaçı 04.11,2016-cı ildə ünvanladığı atasına və anasına məxsus normadan artıq olan 0,35 ha torpaq sahəsinin İddiaçı bağışlanması ilə bağlı olan məlumat, həmin məlumatlarla eyni məzm unlu birinci instansiya məhkəməsinin iclasında verilmiş izahatlar, ismayıllı rayon Talıstan kənd bələdiyyəsinin 25 fevral 2003-cü il tarixli iclas protokolundan çıxarışda göstərilən X2 öhdəsində olan zəbtlə birlikdə 0,89 ha torpaq sahəsinin 0,35 ha hissəsinin İddiaçı adına sənədləşdirilməsi barədə olan qeydlər hazırki iş üzrə İddiaçı Cavabdeh qarşı hazırki iş üzrə olan iddia tələbinin maddi hüquqi əsası ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 146-cı maddəsinə görə daşınmaz əmalkın özgəninkiləşdirilməsi ilə bağlı bütün əqdlər notariat qaydada təsdiqlənməlidir. - 146.1 -ci maddəsinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şik ayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla. - 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. - 146.3-cü maddəsinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Apellyasiya qaydasında baxan məhkəmə kollegiyası qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozaraq əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə, iş üzrə yeni qətnamə qəbul etməklə, həmin qətnamə ilə İddiaçı Cavabdeh arşı 52.500 (əlli iki min beş yüz) manat pul tələbinə dair iddiasını təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 04 mart 2019-cu il tarixli qətnamə si dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5126/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5126/2019
17.07.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver