Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5127/2022 19.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ilk, Cavabdeh2 İddiaçı2 qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: pulun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair ilk, Cavabdeh2 İddiaçı2 qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məh kəməsinin Mülki kollegiyasının 2(103)-3697/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 19 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçılar İddiaçı2 və İddiaçı1 Fərruz oğlu tərəfindən Cavabdeh2 müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul köçürülmüşdür. Məhkəməyə Cavabdeh2 hesabına edilmiş ödənişlərlə bağlı qəbzlər təqdim edilmişdir.
2. Yasamal RPİ-nin İstintaq Şöbəsinin 25 yanvar 2020-ci il tarixli qərarı ilə İddiaçı1 şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir.
3. İddiaçı1 Yasamal RPİ-nin İstintaq Şöbəsində vermiş olduğu izahatında göstərmişdir ki, 2018-ci ilin yay aylarında tanıdığı, ailəvi dost luq münasibətləri olan Cavabdeh2 onların evində olarkən iş qurmaq üçün RF-na gedib Moskva şəhərində restoran fəaliyyəti ilə məşğul olacağını bildirmiş, ona 70.000 manat pul verəcəyi halda ortaq olacaqlarını, yaxşı qazanc əldə edəcəklərini deyərək onu və kürəkənini inandırmışdır. Onun təklifi ilə razılaşmışlar. 2018-ci ilin sentyabr ayında Ceyhun Moskva şəhərinə yola düşmüş, ilkin olaraq 2000 manat istəmiş, yeznəsi İddiaçı2 vasitəsilə həmin məbləği almışdır. Bundan sonra onlar dəfələrlə müxəlif banklar vasitəsilə pullar göndərmişlər. Ceyhunla razılaşdıqları üçün evini 57.000 manata satmış, kürəkənin və onun dostlarının vasitəsi ilə hissə-hissə Ceyhuna pul göndərmişlər. Lakin Ceyhun qazanc verəcəyi barədə vədinə əməl etmədiyindən Emili Moskva şəhərinə göndərmişdir. Emil qayıdıb Ceyhunun danı şıqlarının yalan olduğunu, onlara whatsapla göstərdiyi restoranın şəkillərinin isə qeyri-rəsmi münasibətdə olduğu Dinara Sadıqovaya məxsus olduğunu bildirmişdir. O, aldandığını başa düşmüşdür. Ceyhunla əlaqə saxlamaq istəsə də, buna nail ola bilməmişdir, 2019-cu ilin yanvar ayında Ceyhunla danışmışdır. Dinaranın həmin restoranı işlədə bilmədiyindən icarəyə götürəcəyini deyib, 6.000 manat pul lazım olduğunu bildirmiş, borc edərək 6.000 manat pulu Ceyhuna göndərmişdir. Bu dəfə də Ceyhun tərəfindən aldadıldığını başa düşmüşdür.
4. Xəlilov X18 RPİ-nin İstintaq Şöbəsində vermiş olduğu izahatında göstərmişdir ki, o, 2017-ci il və 2018-ci ilin ortalarına qədər olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində plastmas çeşidləmə sexi işlədərkən həmin ərəfədə İddiaçı2 adlı şəxsl ə tanış olmuşdur. Həmin şəxs ona öz deməsinə görə Bakı şəhəri Yasamal RPİdə polis nəfəri vəzifəsində işləyirmiş. Həmin ərəfədə Emil onunla səmimi dostluq münasibətləri yaratmış və onlar birlikdə iş görmək barədə razılaşmışlar. Razılıqlarına əsasən o və Emil qərara gəlmişlər ki, Rusiya Federasiyasının Moskva şəhərində kafe açaraq işlədib pul qazansınlar. Belə ki, o, əvvəllər Moskva şəhərində işlədiyi üçün bu işə razılıq vermişdir. Lakin Emillə onun razılığına əsasən qərara gəlmişlər ki, Bakı şəhərində yerləşən onun işlətdiyi sexi də Emil işlədəcəkdir. Həmçinin bildirir ki, o və Emil Bakı şəhərində fəaliyyət göstərən sex üçün şərikli bir ədəd yük daşımaq üçün “FORD” avtomobili almışlar. Həmin ford avtomobilini 20.000 manata almışlar və həmin pulun 7.000 manatı ona, 13.000 manatı isə Emilə mə xsus olmuşdur. Həmin avtomobili onlar birlikdə sexdə şərik işlədirmişlər. Həmin avtomobilə görə o, vaxtaşırı 100-300 manat arası Emilə pul vermişdir. O, Moskva şəhərində birgə kafe açmaq üçün 2018-ci ilin avqust ayında Emillə birlikdə Rusiya Federasiyasına yola düşmüşlər. Həmin vaxt onlar birlikdə Moskva şəhəri Lüberç rayonunda kafe icarəyə götürmüşlər. Emil 5 gün sonra geri Bakı şəhərinə qayıtmışdır. O isə Moskva şəhərində qalmışdır. Bundan sonra Emil ona bank vasitəsi ilə hissə-hissə olmaqla özünün və digər şəxslərin adından pul göndərməyə başlamışdır. O isə həmin pulların müqabilində kafeyə müxtəlif avadanlıqlar alıb, reklam işləri və icarə haqqını ödəmişdir. Təxminən 1 aydan artıq bir müddətdə kafe işləsə də, hər-hansı bir gəlir gətirmədiyinə görə o, məcbur olub həmin kafeni Emilə mə lumat verməklə bağlamışdır və sonra Naqenski rayonundan digər bir kafe icarəyə götürmüşdür. Emil isə 2019-cu ilin yanvar ayında Moskva şəhərinə gələrək kafe ilə tanış olmuşdur. Emil kafeyə xərclənən pullarla tanış olmuşdur. Bildirir ki, Emil ona Moskva şəhərinə təxminən 65.000 manat civarında pulu bank vasitəsi ilə göndərmişdir. Belə ki, həmin pulun təxminən 25.000 manat hissəsi ona məxsus olmuşdur. Emil ilə birgə aldıqları “FORD” avtomobilini də Emil satıb pulunu ona göndərmişdir. Həmçinin, Emil sexdə olan bəzi avadanlıqları satıb ona pulunu göndərmişdir, icarəyə götürdükləri digər kafedə də gəlir əldə edilmədiyindən və kafe zərərlə işlədiyindən, icarə haqqın çox olduğundan və kafe ilə bağlı sair xərclər artdığından o, Emilin onun üçün göndərdiyi pulları özünün pulu ilə birlikdə xərcləyib qurtarmışdır. O, bu barədə 2019-cu ilin may ayında Emilə məlumat verərək kafeni bağlayıb təhvil vermişdir. Həmçinin ona məlum olmuşdur ki, Emil ona məxsus olan Bakı şəhərində yerləşən sexi də işlədə bilmədiyi üçün həmin sexdə bağlanmışdır. Əlavə olaraq qeyd etmək istəyir ki, Emil onun üçün göndərdiyi bütün pulları onun məlumatı olmaqla kafeyə və bununla əlaqədar sair işlərə xərcləmişdir.
5. Cavabdeh2 Xətai RPİ-nin İstintaq Şöbəsində vermiş olduğu izahatında göstərmişdir ki, o, 2017-ci ilin iyun ayından X26 ilə tanış olmuşdur. Belə ki, Balaxanı qəsəbəsində icarəyə götürdüyü plastmas emalı sexinin qonşuluğunda fəaliyyət göstərən sexdə işləyən Azər adlı şəxsin yanına gəlirmiş və onun vasitəsi ilə tanış olmuşdur. Belə olmuşdur ki, Emil Əmrahovla onun yaxın münasibətləri yaranmışdır. Belə ki, 2017-ci ilin oktyabr ayında Emil ona müraciət edərək 8.000 manat pul borc istəmiş, o da etiraz etmədən tarixi dəqiq yadında olmamaqla həmin zaman 8.000 manat pul vermişdir. Bundan sonra pul lazım olduğu üçün özünə məxsus niva markalı avtomobili satmaq istəyirmiş. Elə olmuşdur ki, həmin avtomobili Emil satası olmuşdur və Niva markalı avtomobilin 10.700 manata satmış, sadəcə ona 6.700 manat pul verib 4.000 manat pulu özündə saxlayaraq ehtiyacı olduğunu bildirmişdir. O da etiraz etməyərək razılaşmışdır. Bununla da Emilin ona 12.000 manat pul borcu olmuşdur. Qeyd edir ki, Emillə münasibətləri yaxşı imiş və onlar hətta ailəvi olaraq biri-birilərinin mənzilinə qonaq gedib-gəlirmişlər. 2018-ci ilin sentyabr ayında Emil Əmrahov ona müraciət edərək pul qazanmaq üçün birlikdə iş qurmağı təklif etmiş dir. O, Emillə birlikdə fikirləşmişdir ki, manqalda dönər bişirib satmaq üçün kafe açsınlar. Emil Əmrahov həmin kafeni Rusiya Federasiyasında açaraq fəaliyyət göstərməyi təklif etmişdir. O da əvvəllər Rusiya Federasiyasında müxtəlif sahədə faəliyyət göstərmişdir və orada əlaqələri olmuşdur. O, Emil ilə söhbətlər zamanı Emilə biznesin riskli olduğunu qazanc qazanmaqda əlavə iflasa uğramaq ola biləcəyini söyləmişdir. Emil isə həmin biznesə inandığını bildirib bu işlə məşğul olacaqları tədqirdə gəlir əldə edə biləcəklərini söyləmişdir. Onlar razılıq əldə edərək Rusiya Federasiyasına getmək qərarına gəlmişlər. Bundan sonra O, Moskva şəhərində tanışı Dinara adlı qadınla əlaqə saxlayaraq Moskva şəhərində kafe tipli biznes açmaq istədiklərini bildirmişdir. Dinara ona həmin işin necə görüləcəyində n məlumatının olmadığını söyləyib, lakin sənədləşmə işində köməklik edəcəyini bildirmişdir. Bundan sonra Rusiya Federasiyasının Moskva şəhərində yaşayan Mahirlə əlaqə saxlayıb Emillə ona bilet almağını xahiş etmişdir. Mahir ümumilikdə 650 manat pul xərc çəkib onlara bilet almış və onlar birlikdə Rusiya Federasiyasına getmişlər. Lakin şəxsi münasibətlərinə görə Mahir ondan həmin 650 manat pulu istəməmişdir. 5 gün ərzində Rusiya Federasiyasının Moskva şəhərinin Lubersk şəhərində qalaraq orada “Manqal Dönər” kafesi açmaq üçün münasib obyekt axtarmışlar. Lakin Emil Bakı şəhərində dövlət işində işlədiyi üçün Bakı şəhərinə qayıtmalı olmuşdur. O isə Moskva şəhərində qalıb biznesi qurmalı imiş. Qeyd edir ki, Bakı şəhərində onun aylıq 2000-3000 manat gəlir gətirən plastmas sexi var imiş və həmin se xin fəaliyyətini də Emilə həvalə etmişdir. Belə ki, Emil həmin sexə mal alıb emal etdikdən sonra satışdan əldə etdiyi gəlirin bir qismini onun ailəsinə verməli imiş. Həmin sexdə fəaliyyət göstərmək üçün “Ford” markalı avtomobil alınmalı olduğundan 13.000 manat Emilin maliyyəsi və 7.000 manat onun maliyyəsi ilə “Ford” markalı avtomobil almışlar. Avtomobili alan zaman rəsmiləşdirmə Emilin adına aparılmışdır. O, Rusiya Federasiyasının Moskva şəhərinin Lyubersk rayonunda icarəyə götürmək üçün münasib obyekt tapmış və bu barədə Emilə məlumat vermişdir. Emillə obyekti icrəyə götürmək barədə razılıq aldıqdan sonra həmin obyekti tanışı Dinaranın adına icarə müqaviləsi əsasında götürərək fəaliyyətə başlamışdır. İcarəyə obyekti götürən zaman heç bir əşya olmadığından onlar Emillə razılaşmışlar ki, obyektə əşya alsınlar və təmir etdirsinlər. Həmin obyektin təmirinə və əşyaların alınmasına xərclər getməyə başlamışdır. Emil Bakı şəhərindən 1000 ABŞ dolları məbləği olmaqla müxtəlif vaxtlarda ümumilikdə manat məzənnəsi ili 73.200 manat məbləğində pullar göndərmişdir. Onlar Moskva şəhərinin Lyubertsi rayonunda kafe 2 ay fəaliyyət göstərərək gəlir gətirmədiyi üçün Emillə razılaşıb kafeni bağlamaq qərarına gəlmişlər. Bundan sonra Emillə razılaşdırılmış qaydada Moskva şəhərinin Naqinski rayonunda başqa bir kafe açmaq qərarına gəlmişlər və həmin kafenində fəaliyyətinə pullar xərcləmişlər. Emil dəfələrlə Moskva şəhərinə gələrək həmin kafelərin fəaliyyət göstərdiyinin şahidi olmuşdur. Emilin bir ay müddətində orada qalaraq kafeni özü də işlətmişdir. Lakin hər iki biznes uğursuzluğa düçar olmuş dur. Qeyd edir ki, Emilin ona Moskva şəhərinə göndərdiyi 73.200 manat pulun təxminən 45.000 manat məbləği Emilə məxsus olmuş, digər 28.000 manat məbləğində pul isə ona məxsus olmuşdur ki, Emil sadəcə həmin məbləğləri bank vasitəsi ilə ona göndərmişdir. Bundan başqa göstərilən bizneslərə o, əlavə olaraq qardaşından borc 18.480 manat və əmisi oğlundan 15.800 manat borc alaraq yatırmışdır. Bundan əlavə kafenin havalandırma sisteminə 17.000 manat pul xərc çəkmiş və həmin xərcdə Emilin heç bir rolu olmamışdır. Bundan əlavə Bakı şəhərindən işləmək üçün Rusiya Federasiyasına gələn Elmar adlı şəxsə əmək haqqı qismində verilməli olan 4800 manat pul borc olaraq onun üzərində qalmışdır. Bundan əlavə Moskva şəhərində fəaliyyət göstərən kafedə xarici vətəndaşı qanunsuz işlətdiyinə görə Rusiya Federasiy asının Miqrasiya xidməti ******* rubl məbləğində 34480 manat məzənnə ilə cərimə yazılmışdır. Həmin cəriməni də hazırda o ödəməlidir. Qeyd edir ki, İddiaçı2la aralarında yaranmış biznes münasibətlərində o da ziyan etmişdir. İddiaçı1 onun barəsində yazdıqları hamısı yalandır, o, Gülşən xanımla yox, onun yeznəsi İddiaçı2la biznes qurmaq qərarına gəlmişdir. Emil də biznesə qoyduğu məbləği Gülşən xanımdan aldığını sonradan bilmişdir. Gülşən xanımla aralarında hər hansı bir biznesin qurulmağında razılaşmaları olmamışdır. İddiaçı1 ona Emilin vasitəsi ilə hansısa məbləğdə ona verməsi yadında deyil, barəsində yazılanlar yalandır. İddiaçı2 1000 dollar olmaqla müxtəlif vaxtlarda onun və orada onlarla birlikdə işləyən Dinara adlı qadının adına göndərirmiş. Lakin həmin məbləğləri o, götürərək biznesə y atırmışdır. Kafe yeni olduğu üçün cüzi miqdarda, 2000 rubl miqdarında, yəni 50 manat maksimum xeyr isə 20000 rubl yəni, 520 manat məbləğdə olmuşdur ki, bu da kafenin məsrəflərinə güclə yetmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 73.200 manat pul məbləğinin və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul məbləğinin, ümumilikdə 73.200 manat pul məbləğinin alınaraq onlara qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2018-ci ilin sentiyabr ayından başlayaraq müxtəlif vaxtlarda iddiaçılar İddiaçı2 Muxrat oğlundan və İddiaçı1 sahibkarlıq fəaliyyətini həyata keçirmək adı ilə 73.200 manat məbləğində pul vəsaiti almışlar. Əvvəl vaxtlarda cavabdehlər işlərin yaxşı olduğunu tezliklə hər şeyin düzələcəyi vədi ilə danışsalar da, sonradan məlum olmuşdur ki, cavabdehlər faktiki olaraq həmin pulu mənimsəmişdir. Bundan sonra iddiaçılar tərəfindən cavabdehlərdən verilmiş pul məbləğləri tələb edilməyə başlanmış və həmin vaxt cavabdehlər müxtəlif bəhanələr gətirməklə alınmış məbləği qaytarmaqdan imtina etmişlər. Belə olan halda iddiaçılardan İddiaçı1 cavabdehlər tərəfindən aldadıldığı üçün Bakı şəhər Yasamal rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş, Yasamal rayon Polis İdarəsinin İŞnin müstəntiqi Emin Abbasovun 25 yanvar 2020-ci il tarixli qərarında ca vabdehlərdən Cavabdeh2 73.200 manat pul vəsaitini müxtəlif vaxtlarda iddiaçılardan aldığını etiraf etmişdir. Lakin Yasamal rayon Polis İdarəsinin 25 yanvar 2020-ci il tarixli qərarı ilə tərəflər arasında mübahisənin mülki xarakterli olması qeyd edilərək, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.
8. Cavabdeh2 qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı2 onun xeyrinə 80.000 (səksən min) manat məbləğində dəymiş maddi zərər və 20.000 (iyirmi min) manat məbləğində mənəvi zərər olmaqla, cəmi 100000 (bir yüz min) manat məbləğində pulun tutulması, ilkin iddia üzrə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Cavabdeh2 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı2 və İddiaçı1 Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbi barədə iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçılar iddia ərizəsində qeyd etmişdir ki, guya o və qardaşı Cavabdeh1 ilkin iddiaçılar X5 və İddiaçı1 guya müxtəlif vaxtlarda sahibkarlıq fəaliyyətini həyata keçirmək adı ilə 73.200 manat məbləğində pul alımışlar, o da bununla bağlı Yasamal Rayon Polis İdarəsinə müraciət etmiş, polis idarəsində məsələnin mülki xarakterli olması əsasına görə cinayət işinin rədd edilməsi barədə 25 yanvar 2020-ci il tarixdə qərar qəbul edilmişdir. Bununla bağlı bildirir ki, İddiaçı2 və İddiaçı1 yazdıqları tamamilə yalandır, nə o, nədəki qardaşı İddiaçı1 ümumiyyətlə tanımırlar, onunla heç bir təmasları olmamış, lakin digər İddiaçı2 tanıyır. Belə ki, İddiaçı2 özü 2018-ci ildə onunla tanış olandan sonra ona Rusiyada biznes fəaliyyəti ilə məşğul olmaları üçün təklif vermiş, onu təkid etmişdir ki, şərikli olaraq gedib Rusiya Federasiyasının hansısa bir yerində kaferestoran fəaliyyəti ilə məşğul olub pul qazansınlar. İlk öncə o, buna razılıq verməmiş, lakin sonradan o, təkidlərindən sonra onunla birlikdə Rusiyaya getmiş, orada 1 həftə birlikdə qalmış, restoran üçün yer axtarmış, sonra o, Bakıya qayıtmışdır. Bakıya qayıtdıqdan sonra İddiaçı2 onun Bakı şəhərində olan bəzi avtomobilini və müəyyən əşyalarını satıb həmin pulların bir hissəsini ona göndərmiş, o da həmin pullarla və özü ilə apardığı əlavə pullarla müəyyən işlər həyata keçirməyə başlamışdır. Ümumilikdə isə həmin şərikli biznesə şəxsən o, özü 80.000 (səksən min) manat məbləğində pul xərcləmişdir. Onu da qeyd edir ki, Rusiya Federasiyasının Naqinski şəh ərində şərikli restoranı açdıqdan sonra İddiaçı2 ikinci dəfə ora gəlmiş, 15 gün müddətində orada qalmış, işlərə nəzarət etmişdir. Həmin vaxt isə o, Bakı şəhərində olmuşdur. Sonra o Bakıya gəlmiş, bir gün sonra o, Rusiyaya qayıtmışdır. Elə həmin vaxtlar o, X16 işlərin yaxşı olmadığını belə bildirmiş, restoranı bağlamağı təklif etmişdir. Lakin İddiaçı2 razı olmamışdır ki, bağlamayaq yaxşı olacaqdır. Lakin buna baxmayaraq bir müddət də işləmişlər, restoranın fəaliyyəti özü-öz xərclərini ödəmirmişdir. Bu səbəbdən iflas etmişlər, heç bir qazanc əldə edə bilməmişlər. Belə olan halda onun İddiaçı2 və onun qohumu İddiaçı1 necə borcu yarana bilərmiş? - sual özü cavabın bəlli edir. Onda o prizmayla yanaşırıqsa onda onun da çəkdiyi xərcləri, yəni 80.000 (səksən min) manat məbləğində pul vəsaiti X5 tu tularaq ona ödənilməlidir. Qeyd edir ki, biznes ortaqlığına başlamaqları üçün pulun əsas hissəsini o ödəmiş, İddiaçı2 isə cuzi məbləğ xərcləmişdir. Nəzərə onu da çatdırır ki, İddiaçı2 özü polis əməkdaşıdır, polis əməkdaşı olan şəxs birinci növbədə sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz, amma bunu etmişdir. Digər tərəfdən isə qanunun yol vermədiyi halda onun barəsində etdiyi şikayəti öz işlədiyi rayonun polis idarəsinə edib ona təzyiqlər etmək istəmişdir. Beləliklə də, X9 özü saxta biznesə onu istiqamətləndirdiyi üçün ona 80.000 (səksən min) manat məbləğində pul ziyan vurulmuşdur. Həmçinin, onun barəsində əsassız etdiyi şikayətlər nəticəsində də ona 20.000 (iyirmi min) manat məbləğində mənəvi ziyan vurmuşdur. Hansıki, polis əməkdaşına yaraşmayan hərəkətlər edir. Beləliklə də, cavabdeh in qanunsuz hərəkətləri nəticəsində ona 80.000 (səksən min) manat məbləğində maddi zərər dəymiş və 20.000 (iyirmi min) manat məbləğində mənəvi zərər olmaqla, cəmi 100.000 (bir yüz min) manat məbləğində zərər dəymişdir.
10. Məhkəmə iclasında İddiaçı2 ilkin iddia tələbini müdafiə edib, əlavə olaraq bildirmişdir ki, Cavabdeh2 ondan və onun qayınanası İddiaçı1 2018-ci il tarixdə təxminən 73.000 manat pul borca istəmişdir. O da Cavabdeh2 borca pul vermişdir. O, Cavabdeh2la Azər adlı şəxsin zavoduna gedib-gəldiyi zaman tanış olmuşdur. Onun Cavabdeh2la heç bir iş birliyi, şərikliyi olmamışdır. Bundan başqa, onun iş saatı elədir ki, əlavə iş görməyə vaxtı yoxdur. Onun Kia markalı maşınını idarə etmişdir. Yük maşını olmuş, lakin Ceyhunun öz adına olmamışdır. Yoldaşlıq etmişlər, onun evinə gəlib-g etmişdir. Ceyhunun maşını olmamışdır. Zavodda işçilərdən Elmarı tanımışdır. Zavod iki istiqamət üzrə fəaliyyət göstərmişdir. Bir hissəsini Ceyhun, digərini isə Azər istifadə etmişdir. Moskvada Azərlə və Ceyhunla olmuşdur. 5 günlük Moskvada Ceyhunla olmuşdur. Məzuniyyətə çıxdığına görə gəzmək üçün getmişdir. Beş günə biznes qurulmur. Pulu Gülşən xanımdan alaraq Ceyhuna borc vermişdir. Rza ilə bağlı heç bir iddiası yoxdur. Lakin Ceyhun hər şeyi qardaşı Rzanın üzərinə atdığı üçün onu cavabdeh kimi qoymuşdur. O, özü 40.000 manat pulu Ceyhuna vermiş, 3.000 manat Səbuhi, Eyvazov Teymur, qalanını isə Gülşən xanım əlbəəl 7.000 manat vermişdir. O, axırda 7.000 manat vermişdir. Ceyhun demişdir ki, orada vəziyyət pisdir, pulu verin sonra onlara qaytaracaqdır və üzərində də hörmət edəcəkdir. Lakin Cey hun pulu geri qaytarmamışdır. O, borcu geri qaytarılmadığı, Ceyhunla yoldaşlıq etdiyinə görə borc verməyə davam etmişdir. Pul çeklərindən göründüyü kimi Dinaranın və Ceyhunun adına göndərilmişdir. Dinara xanımı Moskvada olduğu zaman gəzməyə getdikdə görmüşdür. Ceyhun demişdir ki, o xanımla münasibəti var. İş materiallarına əlavə edilmiş çeklər arasında ola bilər ki, səhv əlavə etdiyi çek var. Lakin o demək deyil ki, digər çeklərin də bu işə aidiyyəti yoxdur. Çeklərdə Rzanın adına olması onu təsdiq edir ki, Ceyhun deyirmiş ki, hər şey Rzalıqdı. O da onun adına pulları göndərirmiş. Ceyhunun dediklərinə əsaslanaraq deyə bilər ki, Rza da cavabdehdir. Ceyhun özü deyir ki, qardaşı cavabdehdir. Öz dilindən deyilmiş bir ifadədir. Rzadan icazə almamış, bir addım atmır. Azərlə Ceyhun ondan pul istəm əsini müzakirə etmişdir. Azər demişdir ki, Ceyhun ondan da pul götürmüş, amma sonra geri qaytarmışdır. Pulu narahat olmadan verə biləcəyini demişdir. Sex Rzanın olmuşdur. Elmar deyirdi ki, sex Rzanındır, Ceyhun işlədir. Sexdə həm Ceyhun, həm də Rza olurmuş. Rzayla aralarında pul söhbəti olmamışdır. Ceyhun demişdir ki, pulu versin, hamısını 4 aydan sonra geri qaytaracaqdır. Səs yazılarında da var ki, Ceyhun qeyd edir ki, Rza pulu versin ona qaytaracaqdır. O, zavoddan Ceyhunun əşyalarından heç bir şeyi satmamışdır. Verdiyi hər bir yalan ifadəyə görə də məsuliyyət daşıyır. Ceyhun Moskvaya getdikdə, hər şeyi ona tapşırıb getmişdir. Moskvaya getdikdən 1 həftə-on gün sonra Ceyhuna zəng edib bildirmişdir ki, onun öz işi-gücü var, həmçinin işdən anlamır. Eyni zamanda Rzada onda Bakıda imiş. Qardaş ı ola-ola niyə o işləməlidir. İşçilərin pulunu vermək lazım olduğu zaman Azər zəng edib demişdir ki, işçilərin pulu ilə bağlı Rzaya zəng etmiş, o isə həll edəcəkləri demişdir, lakin sonra zəng etdikdə Ceyhunluq olduğunu demişdir. İş saatından sonra işə getmədiyi zaman sexə gedirmiş. Ceyhun pul istəmiş, onlar isə hissə-hissə göndərmişlər ki, Ceyhun işini görə bilsin. O, Ceyhunla birlikdə 5 gün dincəlmək üçün Moskvaya 2018-ci ilin sentyabr ayında getmişdir. Azərlə isə yanvar ayında 20-25 günlük getmişdir. Ceyhun iş qurmaq istəmiş, o da pul vermişdir ki, gedib işini qursun. Gülşən xanımın evini satıb borc pul kimi Ceyhuna pul verməsi haqqında bir şey deyə bilmir. Hər kəs özü üçün cavabdehdir. Özü məhkəmə iclas zalına gəlib məlumat verər. Bu pulların haradan əldə etdiyinin bu işə aidiyyəti yox dur. İkinci dəfə Rusiyaya getdiyi zaman Ceyhunla görüşməmişdir. O, Elmarı Rusiyada yox, Bakıda görmüşdür. Elmar Ceyhunun işçisidi, ona görə də onun tərəfindən danışacaqdır. Əvvəllər o yox, Azər Ceyhuna pul vermişdir. O, pul verə bilmək üçün maşınını satmışdır. Səbuhidən 3000 manat pul borc almış, Eyvazov Teymurdan 4.000 manat, digər şəxsdən 3.000 manat pul almışdır. Eyni zamanda lombarda qızılını qoyub pul götürüb vermişdir. Borc kimi aldığı pulları da Ceyhuna vermişdir ki, işini görə bilsin. Maşınını təxminən 14.000 manat satmışdır.
11. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 əlavə olaraq bildirmişdir ki, şahid Coşqundan soruşulduğu zaman ki, ona Rusiyaya getməyi kim təklif etmişdir. Cavabı Emil olmuşdur. Digər bir tərəfdən hakim tərəfindən eyni mahiyyətli sual verildi yi zaman Ceyhunun təklif etdiyini, Emili isə həmin vaxt tanımadığını qeyd etmişdir. İfadələrində ziddiyyət var. Digər bir tərəfdən isə şahid Coşqunun əvvəllər Rza ilə işlədiyini nəzərə alaraq xidmətini aslılığına görə, eyni zamanda Elmarda cavabdehin xeyrinə izahat vermişdir. Qarşı tərəf qeyd edir ki, Ceyhun sexi Emilə tapşırıb getmişdir, lakin nəzarət etmək başqadır, ortaq olmaq başqadır. Ceyhun Polisdə verdiyi izahatlarında İddiaçı1 6.000 manat pulu Neftçilər xəstəxanasının yanında aldığını qeyd etmişdir. Səbuhi Emilin tanışı olan şəxs qeyd etmişdir ki, 2.000 manat pulu Ceyhuna göndərmişdir. Qarşı tərəf polisə verdiyi izahatda qeyd edir ki, İddiaçı1 pulu Rusiyada Emillə birlikdə iş qurmaq üçün almışdır. Əgər bu ortaqlıq imişsə, bunun nizamnaməsi, ortaqların payları müəyyən edilməliymiş. Cavabdeh Polisdə ona məxsus olan pulun məbləğini 20.000 manat olduğunu qeyd edir. Məhkəmədə verdiyi ifadə də isə 80.000 manat qeyd edir. Rza özü Ceyhunun işlərinə nəzarət etmişdir. Rza da Ceyhun qədər məsuliyyət daşıyır. Eyni zamanda Cavabdeh2 əməlində şəxsin aldadılaraq pulunu mənimsədiyinə görə Cavabdeh2 barəsində xüsusi qərar çıxarılaraq iş materiallarının prokurorluq orqanlarına göndərilməsini məhkəmədən xahiş etmişdir.
12. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, İddiaçı1lə Cavabdeh2 arasında heç bir borc münasibətləri olmamış, Emil özü Ceyhunun sexinə gəlib-gedərək münasibət yaratmış, qazanc əldə etmək üçün Ceyhuna təklif etmişdir ki, birlikdə iş qurmaq üçün Rusiyaya getsinlər. Göründüyü kimi Emil Ceyhunla birlikdə eyni vaxtda Rusiyaya getmişdir. Bundan başqa, İddiaçı1 öz izahatında qeyd etmişdir ki, kürəkəni Emil Ceyhunla iş qurmaq üçün Rusiyaya getmişdir. Emilin mənzilin satılıb Ceyhuna borc pul verildiyini təsdiq edən heç bir sənədlər yoxdur. Emil məhkəmədə qeyd edir ki, o, onlara “krişalıq edirdi”. Emil Rusiyadakı olan restoranda olmuş, hətta şəkilləri də var. Göndərilən pulların çox hissəsi Cavabdeh2 məxsus olmuşdur. Həmçinin, İddiaçı2 əməlində cinayət tərkibinin əlaməti olduğunun onun barəsində xüsusi qərar çıxarılmasını xahiş etdi. Belə ki, İddiaçı2 polis olduğundan onun sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdur.
13. Məhkəmə iclasında Cavabdeh2 əlavə olaraq bildirmişdir ki, o, Rusiyaya getdiyi zaman işçiləri yığıb o yoxdursa yerində Emil olduğunu demişdir. 5-6 gündən sonra Emil ölkəyə qayıtmışdır. O, isə Rusiya da qalmışdır. O, orada qalaraq restoranı tapmışdır. Emil burda işçilərin pulunu verməmişdir. 3000 manata qədər işçilərin pulu qalmışdır. Restoranı axtarıb tapıb şəkilləri Emilə atmışdır. Emildə baxıb bəyəndikdən sonra restoranı götürmüşlər. Buna dair sübutları məhkəməyə təqdim edə bilmir. Yasamal Rayon Polis İdarəsində olan izahatında da demişdir ki, restoranı Emillə birlikdə şərikli açmışlar. Emillə tanış olduğu gündən ona həmişə köməklik göstərmişdir. Öz imkanı hər zaman olmuşdur. Kimdənsə borc pul almağa ehtiyacı yoxdur. Əgər borc alacaqmışsa da, öz qohumqardaşından alarmış. Rusiyaya Emillə getdiyi zaman onun üzərində 13.000 ABŞ dolları məbləğində pul varmış. Şahidləri də ifadə vermələri üçün məhkəməyə çağırarkən onlara demişdir ki, məhkəmədə düzünü desinlər.
14. Məhkəmə iclasında iştir ak etmiş Cavabdeh1 ilkin iddia tələbini qəbul etməyərək izahat verərək bildirmişdir ki, bu işlə onun heç bir əlaqəsi yoxdur. Emillə heç bir alış-verişi olmamışdır. O, bu rayonda qeydiyyatda olduğu üçün onu cavabdeh kimi qoyaraq iddia qaldırmışdır. Bundan başqa, Emilə bir dəfə zəng vurmuş, lakin o, telefonu açmamışdır. İkinci dəfə isə iddia qaldırdığı zaman zəng vuraraq soruşmuşdur ki, onunla heç bir alışverişi olmamışdır, nə üçün ona qarşı iddia qaldırmışdır. Emil də demişdir ki, Ceyhun demişdir. Həmişə qardaşının böyüyü olaraq ona yol göstərmişdir. Bundan başqa, dönər ustası Türkiyədən gəldiyi zaman vizasında problem olduğu üçün o gələ bilməmişdir. Emil də burda Kənan adlı dönər ustası tapıb Rusiyaya göndərmişdir. Qardaşı həmin Kənanı tanımırmış. Zavodun ona aidiyyəti yoxdur. O, özü xaric də fəaliyyət göstərir və alverlə məşğul olur. Belə xəbəri varmış ki, Ceyhuna pul çatmadığına görə Emil sexdə olan əşyaları, qardaşının maşınını satmış, puluda Ceyhuna göndərmişdir. O, zavodda olmuşdur, drabelka, plasması yumaq üçün aparat aqromel və s. kimi əşyalar var imiş. Drabelkanın qiyməti 7.000 manat olarmış. Ceyhun çox şeyi ondan soruşur, o da məsləhət verirmiş. Qardaşının yükdaşımaq üçün olan maşını “isuzu” markalı olarmış. Maşının nömrəsi yadında deyil. Yük maşını Emilin adına imiş. O, maşın alınanda onların yanında deyilmiş. Maşın alınanda bir yerdə yoldaşlıq etdiklərinə görə maşını Emilin adına almışdır. Emil maşını satmış, pulunu da Rusiyaya göndərmişdir. Niva markalı maşını Ceyhun öz adına almışdır. Onun adına iki maşın varmış. Dinara Rus vətəndaşı olduğu üçün bütün sənədlər onun adına həyata keçirilirmiş. O, Rusiyaya getdiyində restoranda Kənan adlı şəxs, tacik işçilər və qardaşı işləyirmiş. Nə vaxt getdiyi isə yadında deyil. Həmin restoranda iki gün olmuşdur. Birinci restoranda olmuşdur. Qardaşı orda 1 ilə qədər qalmış, bir dəfə Bakıya gəlmişdir. Birinci restoranı nə qədər işlətməsi yadında deyil. Qardaşının sexindəki malları o satmış, malın pulunu vermişdir. 15. 11 avqust 2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadə verərək göstərmişdir ki, o, Ceyhun və Emillə 2018-ci ilin dekabr ayından 2019-cu ilin may ayına kimi işləmişdir. Emil onu Moksvaya yola salanda demişdir ki, sənədlərini qaydaya salıb o da gələcəkdir. Moskvaya əvvəl Ceyhun, sonra da Emil getmişdir. Lakin işlər yaxşı getmədiyi üçün Emil Bakıya qayıtmışdır. Təkcə Cey hunun yox, Emilində ona borcu var imiş. O ödəməmiş, borc da Ceyhunun üstündə qalmışdır. O, Moskvaya gedəndə Emil demişdir ki, get sənin pulun veriləcək. Lakin verilməmişdir. O, Bakıya qayıtdıqan sonra Ceyhun onun pulunu geri qaytarmışdır. Emil Moskvaya gəlmişdir ki, baxsın görsün iş gedir, ya yox. X31 biznes qurmaq istəmişlər. Moskvada iki restoran vari imiş, biri Lüberçidə, digəri də Naqinskidə yerləşmişdir. Ceyhunun sexindəki avadanlıqlar satılaraq onun pulu kafenin açılmasına xərclənmişdir. Sexin avadanlıqlarını Emil satmışdır. Ceyhun demişdir ki, iş getmir, restoranı bağlayaq. Emil demişdir ki, yox davam etdirək. Batacaqsa, ikisinində pulu batacaq. O, Gülşən xanımı tanımır. Onun bu işə aidiyyəti yoxdur. Sexdə nə qədər işlədiklərini dəqiq bilmir. O, Ceyhunla 6-7 il işləmişdir. Ondan qab aq başqa yerdə Ceyhunla işləyirmiş. İşləmək üçün 2017-ci ildə Ceyhunun yanına gəlmişdir. Ceyhun plasmas işi ilə məşğul olurmuş. Ceyhun 400-500 manat maaş verirmiş. Ceyhun və Emil Rusiyaya getməyi təklif etmişlər. Elə Bakıdakı sexdə təklif etmişlər. Emili 2018-ci ilin yay ayından tanıyır. Bundan başqa, Emillə Ceyhun 1-2 ay sonra Rusiyaya getməyi planlaşdırmışlar. Emillə Ceyhun sentyabrda Moskvaya getmişlər. Dekabrda isə o, getmişdir. İlk restoran Lüberçidə, ikinci restoran Naqinskidə açılmış, ikinci restoranın adı Turetski olmuşdur. O, ikinci restoranda işləmişdir. Orada olan restoranda dönərçi işləyəcəkmiş. Həm işləyib, həm də restorana nəzarət edəcəkmiş. Ceyhun və Emil ona inanıb onu ora aparmışlar. İkinci restoran böyük restoran imiş. Restoranda kofe, çay, dönər, yemək, kabab satırmışlar. Birinci restoranda iştirak etməmişdir. Birinci restoranın adını bilir. Orada bir-iki əşyaları var imiş. Onları götürmək üçün birinci restorana getmişdir. O, birbaşa ikinci restorana getmişdir. Ceyhunun qardaşı Rzanın bu işə aidiyyəti yoxdur. Ceyhunun pulu və Emilin pulu olmuş, sexdəki olan malı satmışlar. Maşınları da satmışlar. Plasması tonla satmışlar. Tonun neçiyə satıldığını isə deyə bilmir. Birinci Ceyhunu tanımış. Ceyhunun yanında 2017-2021-ci illər arasında işləmişdir. Ondan əvvəl Əhmədlidəki restoranda ofisiant işləyirmiş. Hələ də Ceyhunun yanında işləyir. Emili isə 2018-ci ildə sexdə tanımışdır. Moskvaya getməyi hər ikisi təklif etmişdır. Azda olsa da, məlumatı varmış ki, şərik olacaqlar. Sexdə danışdıqları zaman belə demişlər ki, Moskvadakı işdən gəlir əldə edə də bilərlər, etm əyə də bilərlər. Sentyabr ayında X32 birlikdə getmişlər. Ceyhun Moskvada qalmış. Emil isə Bakıya qayıdıb gəlmışdır. Emilin Bakıya nə vaxt qayıtdığını isə deyə bilmir. Yadımda deyil. Sexdə olan avadanlıqları Emil özü satmışdır, onun avadanlıqların satışından xəbəri yoxdur. Ceyhunun maşının kimin adına olmasını bilmir. Ceyhun Moskvaya getdikdən sonra sexdə idarə etməni Emil həyata keçirirmiş, o, sexdə Moskvaya gedənə qədər öz işini görürmüş. Emil son 3 ayın maaşını ona verməmişdir. Emil ona gündəlik olaraq 15-20 manat çörək pulu vermişdir. Sonradan 3 aylıq maaşının pulunu ona Ceyhun vermişdir. X4 zaman maaşlarını sürücü Coşqun verirmiş. Coşqun gündəlik qazanılan puldan onlara çörək pulu verib, qalanını özündə saxlayırmış. Coşqun həm Emillə, həm də Ceyhunla danışırmış. X10 zaman onların əmək haqlarını verirmiş. Sex isə Ceyhunun imiş. Emil Moskvadan qayıtdıqdan sonra qazanılan pulları ona vermişlər. Həm Emil, həm də Ceyhun təklif etmişdir ki, Rusiyaya işləməyə getsin. Son üç ayın maaşını ona verməməsinə baxmayaraq ona görə Emil təklif etdiyi halda Moskvaya getmişdir ki, Emil hər dəfə pulunu qaytarcağını, narahat olmamağını demişdir. O da Emilin sözünə inanmışdır. Moskvaya dekabr ayında getmişdir. Dekabrın 31-də Naqinskidəki olan restoran açılmışdır. Başqa işçilər olmuşdur, amma onları tanımır. Hər dəfə müxtəlif millətlərdən olan işçi olurmuş. Oradakı işçilər Azərbaycanlı olmadığına görə adları yadında qalmamışdır. Restoranda hansı sənədlərin olması ilə maraqlanmamışdır. Ona öz sənədləri maraqlı olmuş, iş icazəsi alaraq işləmişdir. Emil polis kimi fəaliyyət göstərir. 16. 19 av qust 2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək göstərmişdir ki, Emillə Ceyhun onun sayəsində tanış olmuşlar. Emillə 20 gülük yanvar ayında istirahət etmək üçün Moskvaya getmişlər. O, özü Qazaxıstanda istehsalat fəaliyyəti ilə məşğul olur. Tez-tez Rusiyaya gedib-gəlir. Bu dəfə getdiyi zaman öz tanışları ilə görüşmüşdür, Emillə ortaq dostları isə görüşməmişdir. Birinci dəfə onlar Rusiyaya getməmişdən 3-4 ay bundan qabaq Emil ondan soruşmuşdur ki, Ceyhun ondan pul istəyir, verə bilərəmmi. O da demişdir ki, versin, Ceyhun ondan da tez-tez pul alıb, sonra isə geri qaytarmışdır. Moskvada olduqları zaman isə Emil demişdir ki, Ceyhun ondan pul götürmüş, lakin qaytarmır. Emil ona demişdir ki, Rzaya zəng eləsin. O da Rzaya zəng etdiyi zaman Rza demişdir ki, onluq deyil, özləri bilərlər. Ceyhunun sexində drabilka, sexə gələn malı yumaq üçün aparat var imiş. Drabilka əldə düzəltmə olduğu üçün 3000 manat qiyməti olarmış. Emil Ceyhunun adına olan maşını satmamışdır. Emilin özünün həmişə maşını olmuşdur. Ceyhunun özünün Nivası var imiş. Nivanı da Ceyhun onunla almışdır. Emillik bir şey yox imiş. Ceyhunun Citraen maşını olduğu zaman heç Ceyhunla Emilin münasibətləri yox imiş. Ceyhun Citraen maşınını Rusiyadan gətirmişdir. Elmarı tanımır. Onu heç Rusiyada da görməmişdir. Gülşən xanımı Emilin qayınanası kimi tanıyır. Gülşən xanım ona zəng edib demişdir ki, Emildən xəbərsiz Ceyhuna borca pul vermişdir. O, Emili Moskvada, aeropartda qarşılamışdır 17. 19 avqust 2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək göstərmişdir ki, Emil ona demişdir ki, ona 3000 ABŞ dolları məbləğində pul lazımdır, Ceyhun adlı şəxsə göndərəcəkdir. Ona görə də ona ad, soyadını, hesab kodunu göndərmişdir. O da Ceyhun adlı şəxsin hesabına pul göndərmişdir. Emil dostu olduğunu demişdir. Gülşən xanımı tanımır. Pulu isə Ceyhun adlı şəxsə göndərmişdir. Emil demişdir ki, pulu qaytaracaq, amma hələ də qaytarmamışdır. 18. 19 avqust 2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən Ağacanov Elşən oğlu ifadə verərək göstərmişdir ki, o, Ceyhuna Rusiyadakı kafesinə meyvə və tərəvəz gətirməyə köməklik göstərirmiş. Sonra kafe işləmədiyinə görə kafeni bağlayıb başqa kafeyə keçmişlər. X34 2017-ci ildə gəlmişlər. Emillə də həmin kafedə tanış olmuşdur. Həm birinci kafedə, həm də ikinci kafedə Emili görmüşdür. Onların Rusiyada iki kafesi olmuşdur. Birinin adı Lüberçi imiş. O, Moskvadakı kafeyə onlar kafeni açdıqdan sonra getmişdir. İkinci kafeni qış aylarında təmir etdiklərini bilirmiş. Dayısı oğlu Ceyhun ona zəng vurub bildirmişdir ki, işlətəməyə kafe götürmüşlər. Kafedə işçilərdən Emil gətirdiyi Kənan, Elmar var imiş. İş getmədiyinə görə işçilər arasında narazlıq var imiş. Kənan Emilə zəng edib demişdir ki, maaşı az verilmiş, razılaşdıqları məbləğdə deyil. Elmar ikinci kafeyə gəlmişdir. Sənədləşmə işi ilə Dinara məşğul olurmuş. Emil kafeyə iki dəfə gəlmişdir. Ceyhun Bakıya gəldiyi zaman Emil Moskvaya gəlmiş, onu həmin vaxt görmüşdür. Birinci kafe Lüberçidə açılmışdır. O, Ceyhungil kafeni təmir etdiyi zaman bir dəfə getmişdir. Təmir getdiyi vaxt Emili görmüşdür. İkinici kafedə isə Ceyhun Bakıya gəldiyi zaman Emil Moskvay a gəlmişdir. Ceyhun Moskvaya qayıtdıqdan sonra Emil Bakıya geri qayıtmışdır. Sonra kafedə iş getməmişdir. Kafeni bağlamalı olmuşlar. Pulun kim tərəfindən qoyulduğunu isə bilmir. 19. 13 sentyabr 2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X17 ifadə verərək göstərmişdir ki, 11 sentyabr 2017-ci il tarixdə Ceyhun müəssisəni Emilə tapşıraraq Rusiyaya getmişdir. Emil müəllim işçilərlə yaxşı davranmamışdır. Emil Ceyhunla birlikdə müəssisədə işləmişlər. Ceyhun Moskvaya getdikdən sonra Emil əmək haqqını ödəmişdir. Onlara Emil göstəriş verirmiş. O, sexdə işləməyə gəldiyi zaman artıq Emillə Ceyhun birlikdə işləyirmişlər. X23 gedəcəklərindən xəbəri var imiş. Onu işə Ceyhun qəbul etmişdir. 11 sentyabrda Ceyhun müəllim getdiyi zaman Emilə demişdir ki, bu xanıma hər ay 400 manat əmək h aqqı versin. X39 restoranlarının olub-olmadığını deyə bilmir. Elmarı tanıyırmış. Emil sexə gələrək göstəriş verirmiş. Mal gələcəyini, malın qəbul edilməsini onlara deyirmiş. Rusiyaya nə üçün gedildiyini Emillə Ceyhunun şəxsi işi olduğu üçün deyə bilmir. Həmin sexdə 31 avqust 2017-ci ildən işləyir. Sexdə 4 ay işləmişdir. O, işdən çıxanda artıq sex dağılmaq üzrə imiş və sexdəki avadanlıqlar orada imiş. Sexdə Citraen maşını var imiş. Arada müştərilər də maşınla mal gətirirmişlər. Citeraen Ceyhunun maşını imiş. Elmar Emillə birlikdə Rusiyaya getmişlər. Elmar səhər işə gəlməmişdir. Moskvaya getdiyini demişlər. Ceyhun getdikdən təxminən bir həftə sonra Elmar da Moskvaya getmişdir. O, sexdə işləyən zaman Emil Moskvaya getmişdir. Malın pulunu Emil vermişdir. Malı Coşqun götürürmüş, Emilə xəbər e dirmiş ki, malı götürmüşdür 20. 13 sentyabr 2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X21 ifadə verərək göstərmişdir ki, o, 20 yanvar 2017-ci ildən Ceyhunun sexində işləmişdir. Sonradan Emili tanımışdır. X24 getmələrini o vaxt öyrənmişdir ki, Ceyhun heyəti yığaraq Moskvaya getdiyini və sexi Emilə tapşırdığını demişdir. X44 birlikdə işləmişlər. Onların faktiki olaraq birlikdə işlədiklərini görməmişdir. Eşitdiklərinə görə belə deyir. O, sexdə mühafizəçi vəzifəsində gecə növbəsində işləyirmiş. Sexdə Ceyhunun iki maşını var imiş. Həmin maşınlardan Fordu Emil satmışdır. Sexdə satma məsələləri olmamışdan bir ay qabaq işdən çıxmışdır 21. 22 sentyabr 2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək göstərmişdir ki, o, əvvəlcə Ceyhunla tanış olmuş dur. Bundan əlavə Rusiyada da birlikdə işləmişlər. İl yarım da Bakı da Ceyhunla işləmişdir. Tərəflər öz aralarında iş qurmaq üçün Rusiyaya getdiklərini bildirmişlər. Bakıda Ceyhun Rusiyada olduğu vaxt Emillə 3 aya yaxın işləmişdir. 2017-ci ilin sentyabr ayından noyabrın 25-ə kimi Emilin yanında işləmişdir. Citraen və Ford maşınları var imiş. Həmin maşınları sürürmüş. Maşınla Emili işə də aparmışdır. Emili iyun-iyul aylarında sexə gəlib-gedirmiş, sentyabr ayında da Moskvaya ortaq iş görmık üçün getmişlər.X35 birlikdə kafe açmaq istəyirmiş. X25 getmiş, sonra isə Emil getmişdir. Ceyhun Moskvada qalmış, Emil isə Bakıya qayıtmışdır. Malı Emil alırmış. Kimi tanımırmışsa, gedib həmin şəxlə o danışmış, alqısatqı edərək Emilə xəbər verirmiş. Çox vaxt Emilin özü demişdir ki, get malı götür. Fordu Em il satmışdır. Emil Yasamal Rayon Polis İdarəsində işləyirmiş. Hətta maşınla Emili işə də aparmışdır. Emilin uşaqlarının adı Nilay və Muxtardır. Övladlarını baxçadan götürüb evə də aparmışdır. Evi Qaraçuxur qəsəbəsində imiş. Rusiyaya göndərilən avadanlığı Emillə gedib birlikdə almışlar. Sədərəkdə Emil özü alış-veriş etmişdir. Maşına yükləyərək göndərmişlər. Emil onlara pul vermədiyi üçün kirayə pulunu da verə bilməmişdir. 300 manata yaxın pulu da qalmışdır. Emil ona 60 manat pul verərək yola salmışdır. Sentyabrdan başlayaraq maaşını Emil verirmiş. Tərəflər onun yanında danışmışlar və şərik iş qurmaq istədiklərini bildirmişlər. Ceyhun Ruisyaya gedəndə bütün işçilər yığılmışdır. Ceyhun demişdir ki, bundan sonra onlar Emilə tabedirlər. Emil özü ona dedi ki “işi sən yaxşı bilirsən sən qal, onsu z buranı bağlayasıyıq, hamımız Rusiyaya gedəcəyik”. Rusiyaya dönər aparatını, siqaret aparatını göndərmişdir. Emil pulunu vermədiyi üçün Ceyhunla danışmışdır. Əvvəlcə 2014-2016-cı ildə Rusiyada Rza ilə işləyirmiş, Citraen maşın sürürmüş. Ailə problemlərimə görə Bakıya gələdikdən sonra Ceyhungilə sürücü lazım imiş. Ceyhun zəng etdiyi zaman işləyə biləcəyini demişdir. Citraeni Rusiyada sürürmüş, sonra həmin maşını Bakıya gətirmişlər. Ceyhunun sexində iki maşın var imiş. Ford və Citraen və hər iki maşını sürürmüş. Ford çox sürdüyü maşın olmamışdır. Maşın Ceyhunun adına imiş. Ona maşını sürmək üçün etibarnamə vermişdir. Fordu Emil satmışdır. Satanda niyə satdığını soruşmamışdır. Sentyabrda Ceyhun gedəndə o bilirmiş ki, Ceyhunun belə bir fikri var. Ceyhun ona dönər yeri üçün kuryer işləməyi tək lif etmişdir. Ailə vəziyyəti ilə əlaqədar gedə bilməmişdir. İşçilərdən Elmara da Rusiyaya getməklə bağlı təklif etmişlər. Ceyhun demişdir ki, ora gedib iş qursun, sonra hamı ora gələr. Ceyhun getdikdən sonra maaşını Emil verirmiş. Hərə özündə haqqı-hesab edib məbləği deyirmişlər. Şəxsən o hesablayaraq nə qədər pul verilməli olduğunu deyirmiş. Pulunu da verirmiş. Noyabr ayının maaşını ala bilməmişdir. Ceyhuna da demişdir ki, maaşı verilməmişdir. Bununla da bağlı aralarında inciklikdə olmuşdur.
22. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 24 sentyabr 2021-ci il tarixli, 2(007)-988/2021 nömrəli qətnaməsi ilə (hakim X27) ilkin iddia qismən təmin edilərək, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 73.200 manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pulun tutularaq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 və ilkin iddia üzrə İddiaçı1 ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 qarşı “qarşılıqlı iddia üzrə cavabdeh X5 iddiaçı Cavabdeh2 xeyrinə 80000,00 (səksən min) manat məbləğində dəymiş maddi zərərin və 20000 (iyirmi min) manat məbləğində mənəvi zərər olmaqla, cəmi 100.000,00 (bir yüz min) manat məbləğində pulun tutulması, ilkin iddia üzrə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi” hissəsində rədd edilməsi qət olunmuşdur.
23. Məhkəmə qeyd etmişdir ki, məhkəmədə tərəflər arasında şərikli fəaliy yətin qurulması ilə bağlı sübutların məhkəməyə təqdim edilməsi Cavabdeh2 təklif edilsə də, Cavabdeh2 tərəfindən bu faktı təsdiq edəcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Nəticədə, İddiaçı2 ilə Cavabdeh2 biznes qurmaq məqsədi ilə şərikli fəaliyyətlə məşğul olmaları halı məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.
24. Məhkəmə həmçinin qeyd etmişdir ki, ilkin iddia üzrə Cavabdeh2 izahat verən zaman bildirmişdir ki, onunla İddiaçı2 birlikdə şərikli biznes qurmağa dair razılıq əldə etdikləri üçün birlikdə Moskva şəhərinə getmiş və obyekti açacaqları yeri seçmişlər, lakin daha sonra İddiaçı2 işlərinə görə Azərbaycana qayıtmalı olmuşdur. Ümumiyyətlə Rusiya Federasiyasında restoranla bağlı işləri o həll edir, İddiaçı2 isə lazım olan pulu göndərmişdir. O, özü Azərbaycana qayıdarkə n Əmirahov X19 gələrək təxminən bir ay müddətində restoranın işinə nəzarət etmişdir. İddiaçı2 isə qeyd etmişdir ki, Rusiyaya ilk gedişinin səbəbi istirahət etmək olmuş və səfəri qısa müddətili olmuşdur. O, 5 günə biznes qurulmadığını vurğulamışdır. İkinci gedişi zamanı isə restorana nəzarət etməmiş, bir aya yaxın Rusiyada qalmışdır. Hər iki gedişi istirahət məqsədi olmuşdur. Elektron məhkəmə informasiya sistemində Sərhədkeçmə məlumatları səhifəsindən əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı2 Rusiya Federasiyasına ikinci gedişi xx.xx.2019-cu il tarixdə olmuş, xx.xx.2019-cu il tarixdə isə ölkəyə qayıtmışdır. Cavabdeh2 isə xx.xx.2019cu il tarixdə Azərbaycan Respublikasına daxil olmuş, xx.xx.2019-cu il tarixdə isə Rusiya Federasiyasına qayıtmışdır. Məhkəmədə sual doğuran məqam o, olmuşdu r ki, Cavabdeh2 İddiaçı2 bir ay ərzində restorana nəzarət etdiyini bildirsə də, İddiaçı2 xx.xx.2019-cu il tarixdə Rusiya Federasiyasına gedən zaman Xəlilov X14 olmuş və ölkəni xx.xx.2019-cu il tarixdə tərk etmişdir. Halbuki, iki həftə ərzində ikisi də Rusiya Federasiyasında olmuşdur. Bu vaxt ərzində Cavabdeh2 ölkədə olması nəzərə alınarsa restorana İddiaçı2 nəzarət etməsi müəyyən olunmur. Həmçinin Cavabdeh2 xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasına gəldikdən 10 gün sonra, yəni xx.xx.2019-cu il tarixdə İddiaçı2 da ölkəyə qayıtmışdır. Cavabdeh2 onu da qeyd etmişdir ki, o və İddiaçı2 Azərbaycanda olarkən restorana Elmar adlı işçi nəzarət etmişdir. Nəticədə, məhkəmə tərəfindən Cavabdeh2 Rusiya Federasiyasında yerləşən restoranda yoxluğu zamanı işə İddiaçı2 nəzarət etməsi halı da öz tə sdiqini tapmamışdır.
25. Məhkəmə hesab etmişdir ki, Şahid3 uzun illər Cavabdeh2 ilə birlikdə işləməsi, onlar arasında işçi və işəgötürənlə bağlı münasibətlərin mövcud olması hazırda Şahid3 mübahisəli məqamlarla bağlı verdiyi ifadəsində şübhələr doğurur. Belə ki, Şahid3 sexdə olan əşyaların, maşınların və s. İddiaçı2 tərəfindən satıldığını vurğulasa da, o, 2018-ci ilin dekabr ayından ölkəni tərk etmiş, nəticədə, həmin vaxt sexdə işləmədiyi üçün baş verənləri birbaşa görməmişdir. Məhkəmə şahid X1 vermiş olduğu ifadəyə də yuxarıda göstərilən mövqedən yanaşır. Belə ki, X3 daha əvvəl Rusiyada Cavabdeh2 ilə, həmçinin Cavabdeh1 ilə işləmiş, respublikaya qayıtdıqdan sonra da Cavabdeh2 sexində sürücü kimi işləmişdir. Yəni onlar arasında tabelik münasibətləri olmuşdur. Digər şahid X21 ifadə verərək göstərmişdir ki, o sexdə mühafizəçi vəzifəsində işləmiş, Emillə Ceyhunun birlikdə işlədiyini görməmiş, gecə növbəsində işlədiyi üçün sadəcə məlumatı olmuşdur. Sexdə satılma işləri olarkən orada işləməmişdir. Nəticədə, X6 vermiş olduğu ifadələrlə Cavabdeh2 ilə İddiaçı2 şərikli biznes qurmaları və Cavabdeh2 sexdə olan avadanlıqlarının məhz İddiaçı2 tərəfindən satılması halı müəyyən edilməmişdir.
26. Məhkəmə qeyd etmişdir ki, digər mübahisə doğuran məqam isə o olmuşdur ki, ilkin iddia üzrə Cavabdeh2 qeyd edir ki, ona 73200 manat məbləğində pul göndərilsə də, həmin pulun hamısı İddiaçı2 məxsus olmamış, həmin pulun bir hissəsi ona məxsus pul olmuşdur. Belə ki, onlar İddiaçı2 ilə birlikdə aldıqları “Ford” markalı maşını satmışlar, həmçinin İddiaçı2 sexdə olan bəzi avadanlıqları sataraq ona pul göndərmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ilkin iddiaçı üzrə Cavabdeh2 adına “Ford” markalı maşın mövcud deyil. İlkin iddiaçı üzrə Cavabdeh2 maşını İddiaçı2 adına aldıqlarını bildirsə də, izahatında qeyd etdiyi kimi maşının alınması üçün ödənilmiş 20.000 manat məbləğində pulun 7.000 manatının onun tərəfindən verilməsi halı öz təsdiqini tapmamışdır. Həmçinin sexdə olan avadanlıqların İddiaçı2 tərəfindən satıldığı iddia edilsə də, İddiaçı2 sexdəki işlərə qarışmadığını bildirmiş və sexdəki avadanlıqların onun tərəfindən satılması halını inkar etmişdir. Məhkəmə tərəfindən sexdə olan əşyaların İddiaçı2 tərəfindən satılması halı müəyyən olunmamışdır. İlkin iddia üzrə iddiaçı sexdəki əşyalardan drabelkanın qiymətinin 7000 manat olmasını bildirsə də, bunu təsdiq edəcək sübut ları məhkəməyə təqdim etməmişdir. Belə ki, məhkəmə iclasında şahid kimi ifadə vermiş Şahid1 göstərmişdir ki, drabelka əldə düzəltmə olduğu üçün dəyəri 3000 manat olardı. Belə olan halda mübahisəli məqamlar yaranmış və Cavabdeh2 fikirlərini təsdiq edəcək mötəbər sübutlar müəyyən olunmamışdır.
27. Göründüyü kimi, məhkəmə araşdırması zamanı İddiaçı2 ilə Cavabdeh2 biznes qurmaq məqsədi ilə şərikli fəaliyyətlə məşğul olmaları halı, İddiaçı2 tərəfindən Cavabdeh2 göndərilmiş pulun bir hissəsinin Cavabdeh2 məxsus olması halı öz təsdiqi tapmamışdır. Ümumiyyətlə tərəflərin şərikli fəaliyyətlə məşğul olması halını müəyyən edilməmişdir. Tərəflər arasında göndərilmiş pullar bir istiqamətli olmuş, yəni Cavabdeh2 göndərilmişdir. İddiaçı2 şərikli biznes qurmaq niyyətinin olması müəyyən edilməmiş və onun C avabdeh2 Rusiya Federasiyasında göstəridiyi fəaliyyətdən hər hansı bir qazanc əldə etməsi halı görünməmişdir.
28. Həmçinin, məhkəmə hesab etmişdir ki, tərəflərin bir-birilərini tanımaları, İddiaçı2 Moskvaya gedərkən Cavabdeh2 ilə görüşməsi və onun restoranında olması onların şərikli biznes qurmasını sübut etmir. Bundan başqa, Cavabdeh2 qeyd etmişdir ki, o, biznes qurmaq üçün restoran axtararkən restoranın şəkillərini İddiaçı2 göndərmiş, o bəyəndikdən sonra restoranı seçmişlər. Lakin o, bu halı təsdiq edən də hər hansı sübutu (telefon danışıqların, yazışmaları, şəkilləri və s.) məhkəməyə təqdim etməmişdir.
29. Məhkəmə tərəfindən müəyyən edildi ki, ilkin iddia üzrə iddiaçılar tərəfindən Cavabdeh2 biznes qurmaq məqsədi ilə 73200 manat məbləğində pul verilmiş, lakin hazırda vaxtadək həmin pul onlara qaytarılmamışdır. Hazırda ilkin iddia üzrə iddiaçılar haqlı olaraq pulun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
30. Məhkəmə aparılmış araşdırmanın nəticələrini, habelə sərbəst daxili inamını rəhbər tutub, belə qənaətə gəlmişdir ki, ilkin iddia üzrə Cavabdeh2 hər hansı hüquqi əsas olmadan İddiaçı2 və İddiaçı1 məxsus pulu almış və bu səbəbdən bu hal onun tərəfindən hər hansı hüquqi əsas olmadan İddiaçı2 və İddiaçı1 hesabına əmlak əldə etmə və bununla da onun əsassız varlanması kimi qiymətləndirilməlidir. Belə olan halda, Cavabdeh2 hər hansı hüquqi əsas olmadan əldə etdiyindən İddiaçı2 və İddiaçı1 məxsus olan pulu onlara qaytarmalıdır.
31. Məhkəmə ilkin iddianın Cavabdeh1 aid hissəsinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında yaranmış mübahisəli məqamlarla bağlı Cavabdeh1 iştirakı müəyyən edilməmiş, ilkin iddia üzrə iddiaçınınların Cavabdeh1 yönələn konkret tələbləri olmamış və onlar tərəfindən Cavabdeh1 pul verilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməməlidir.
32. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, məhkəmə tərəfindən Cavabdeh2 X9 təkidi ilə Rusiya Federasiyasında restoranlar açması və nəticədə 80000 manat dəyərində ona zərər dəyməsi halı müəyyən edilməmiş və öz təsdiqini tapmamışdır. Həmçinin, məhkəmə tərəfindən restoranlarda olan əşyaların daha sonrakı aqibətinin müəyyən edilməsi ilə bağlı Cavabdeh2 fikirləri soruşulan zaman məlum olmuşdur ki, restoranda olan əşyalar Cavabdeh2 tərəfindən satılmışdır. Belə ki, Cavabdeh2 bildirmişdir ki, resto ranı ilkin vəziyyətdə, bütün əşyaları boşaldaraq sahibinə təhvil vermiş və çətinliklə olsa da, oradakı əşyaları satmışdır.
33. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi “mənəvi ziyana görə 20.000 manat pulun cavabdehdən onun xeyrinə ödənilməsi” hissəsində də rədd edilməlidir.
34. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş Yasamal RPİn in İstintaq Şöbəsinin 25 yanvar 2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh2 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən barəsində İddiaçı1 şikayəti əsasında toplanmış cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunduğu kimi Cavabdeh2 barəsində şikayət edilmiş və onun əməli barəsində cinayət işinin başlanması rədd edildiyindən hazırda xüsusi qərardad çıxarılması üçün əsaslar yoxdur. Həmçinin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və ilkin iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 İddiaçı2 əməlində cinayət tərkibinin əlaməti olduğunun onun barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. O, öz vəsatətini onunla əsaslandırmışdır ki, İddiaçı2 polis olduğundan o, sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. Məhkəmə qeyd edir ki, İddiaçı2 sahibkarlıq fəaliyyəti ilə məşğul olması halı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə olan halda onun barəsində xüsusi qərardad çıxarılması üçün əsaslar mövcud deyil.
35. Məhkəmə öz mövqeyini, Mülki Məcəllənin 385.1, 386.1, 1091.1, 1091.2, 1092.1, 1093.1, 1096, 1097.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 78.1, 80, 81, 88, 119.1, 265.4-cü maddələrinə, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəlləin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellya siya instansiyası məhkəməsindəki icraat
36. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-988/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinin tam ləğv edilməsini, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
37. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı1 70.000 manat pul borc istəməsi, bu məqsədlə sonuncunun hansı ünvandakı mənzilin, hansı qiymətə və kimə satması kimi faktiki halları aydınlaşdırmamışdır. İddiaçı X9 Cavabdeh2 verdiyini iddia etdiyi pulun dəqiq məbləği, mənbəyi, həmin məbləğin hansı hissəsinin Emilə, hansı hissəsinin Ceyhuna aid olması kimi faktiki halları aydınlaşdırmamışdır. İş materialları ilə X37 Xəlilova məxsus avtomaşını, sexi, sexdəki malları satması barədə mötəbər subutlar olmasına baxmayaraq məhkəmə bu faktiki halları da aydınlaşdırmamışdır. İş materiallarına əlavə edilmiş iddiaçıların təqdim etdiyi və işin hallarının obyektiv həlli üçün sübutu əhəmiyyətli olan məlumatları özündə əks etdirən pul köçürmə sənədləri üzrə araşdırma aparılmamış və bu sənədlərə hüquqi qiymət verilməmiş, pulların mənbəyi, bununla bağlı digər hallar aydınlaşdırmamışdır. Cavabdeh2 iddiaçılar X28 və İddiaçı1 biznes qurmaq üçün 73.200 manat pul borcalması, Ceyhunun şərikli biznes qurmaq barədə Gülşən Həsənovla hər hansıbir danışıq aparıb razılığa gəlmələri halları sübut edilməmişdir. İddiaçı1 mənzilini 57.000 manata satıb pulu Cavabdeh2 verməsi, Emil Əmrahovun özünə məxsus qızıl-zinət əşyalarını lombarda qoyub pul götürüb Ceyhuna v erməsi halları sübut edilməmişdir. Cavabdeh2 göndərilmiş pulların bütün məbləğinin iddiaçılar X28 və İddiaçı1 məxsus olması sübut edilməmişdir. İddiaçı X28 tərəfindən Cavabdeh2 məxsus sexin işlədilməməsi, sexdəki avtomaşının, avadanlıqların, malların və sexin satılmaması, Emilin Moskvaya kafenin fəaliyyəti ilə bağlı yox, istirahətə getməsi halları sübut edilməmişdir. Cavabdeh2 iddiaçı Emil Əmrahovla şərikli biznes fəaliyyəti ilə bağlı sonuncuya zərər vurması, qazanc əldə etməsi, əsassız varlanması kimi hallar sübut olunmamışdır. Məhkəmə Cavabdeh2 iddiaçılar X28 və İddiaçı1 2018-ci ilin yayında Ceyhunun şərikli biznes qurmaq barədə onlarla danışıq aparıb razılığa gəldıkləri, sonuncuların Ceyhuna biznes qurmaq üçün 73.200 manat pul borc verdikləri, Ceyhunu öhdəliyi icra etməyib, onları ald adıb pulu ələ keçirməklə onlara maddi zərər vurduğu, onların pulları hesabına Ceyhunun əsassız varlandığı, Emilin isə Ceyhuna maddi və mənəvi zərər vurmadığı kimi səhv nəticəyə gəlmişdir. İddiaçı X28 tərəfindən Cavabdeh2 Moskva şəhərində olduğu müddətdə sonuncuya məxsus sexin işlədilməsi, sexdəki avtomaşının, avadanlıqların, malların və sexin satılması ilə bağlı bəzi şahidlərin olduğu yer müəyyən edilmədiyindən birinci instansiya məhkəməsinə gəlib iş üzrə ifadə vermələri üzürlü səbəbdən mümkün olmamışdır.
38. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-3697/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova (sədrlik edən və məruzəçi), F.Babayev və R.Eyvazov) apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli,2(007)-988/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
39. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur.
40. Məhkəmə öz mövqeyini, Mülki Məcəllənin 385.1, 386.1, 1091.1, 1091.2, 1092.1, 1093.1, 1096, 1097.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 78.1, 80, 81, 88, 119.1, 265.4-cü maddələrinə, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “ Mülki Məcəlləin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
41. Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
42. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
43. İddiaçılar kassasiya şikayətinə qarşı yazılı etiraz verərə k, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Tətbiq edilən hüquq Mülki Məcəllə
44. Maddə 21.1 Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
45. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
46. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə n əzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
47. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
48. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
49. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
50. Maddə 386.1. Öhdəliyin zərər vurulma sı, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
51. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
52. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkə t etməlidir
53. Maddə 1091.1 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
54. Maddə 1091.2 Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
55. Maddə 1092.1 Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
56. Maddə 1093.1 Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb ed ə bilər
57. Maddə 1096 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır.
58. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Prosessual Məcəllə
59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut et məlidir.
61. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
62. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
63. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
64. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
65. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
66. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
67. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı
68. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəti cəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarı
69. Bənd
2. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi z ərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.
70. Bənd
8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər z ərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
71. Bənd
9. Məhkəmələr nəzərə almalıdırlar ki, mülki qanunvericilikdə müəyyən olunmuş zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları eyniliklə mənəvi zərərin ödənilməsi barədə iddialara da aiddir (məsələn, yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə (Mülki Məcəllənin 1108.1-ci maddəsi); malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərə görə (Mülki Məcəllənin 1128.1-ci maddəsi); təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərə görə (Mülki Məcəllənin 1101.1-ci maddəsi və s.).
72. Bənd
10. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Kassasiya baxışının hədləri
73. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
74. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh2 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin m övqeyi
75. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilməlidir.
76. Belə ki, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır.
77. Apellyasiya instansiyası məhkəməsi cavabdehin istinad etdiyi dəlillərinin hər hansı birini qiymətləndirmədən, birinci instansiya məhkəməsinin əsaslandırmasına eyni ilə istinadən belə nəticəyə gəlir ki, İddiaçı2 və İddiaçı1 vəsaiti hesabına formalaşdırılan 73.200 manat məbləğində pul Cavabdeh2 göndərilmiş, X22 isə həmin pulu birtərəfli qaydada mənimsəyərək qaytarmamışdır.
78. Halbuki, il k iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçının həm qarşılıqlı iddiasından, həm də ilk iddiaya etirazından görünür ki, onunla İddiaçı2 arasında birgə fəaliyyətlə bağlı münasibətlər olmuş, qarşılıqlı olaraq həmin fəaliyyətə vəsait xərclənmiş, lakin birgə fəaliyyətləri iflas olmuşdur. Birinci instansiya məhkəməsinin təmin etmiş olduğu məbləğin bir hissəsi ona, digər hissəsi isə E.Əmrahova məxsus olmuş, digər İddiaçı1 tanımır və onunla hər hansı bir birgə fəaliyyətdə iştirakı və ya borc münasibətləri olmamışdır.
79. Cavabdeh apellyasiya şikayətində məhz həmin əsas dəlillərə və digər dəlillərə istinad edərək birinci instasiya məhkəməsinin qətnaməsini mübahisələndirmiş və dəlillərinin araşdırılmadığını qeyd edir.
80. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutları, tərəflərin dəlillərini təh lil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir
81. İddiaçı1 Yasamal RPİ-nin İstintaq Şöbəsində vermiş olduğu izahatında göstərir ki, 2018-ci ilin yay aylarında tanıdığı, ailəvi dostluq münasibətləri olan Cavabdeh2 onların evində olarkən iş qurmaq üçün RF-na gedib Moskva şəhərində restoran fəaliyyəti ilə məşğul olacağını bildirmiş, ona 70.000 manat pul verəcəyi ha lda ortaq olacaqlarını, yaxşı qazanc əldə edəcəklərini deyərək onu və kürəkənini inandırmışdır. Onun təklifi ilə razılaşmışlar. 2018-ci ilin sentyabr ayında Ceyhun Moskva şəhərinə yola düşmüş, ilkin olaraq 2.000 manat istəmiş, yeznəsi İddiaçı2 vasitəsilə həmin məbləği almışdır.
82. Bundan başqa birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı X28 ilkin iddia tələbini müdafiə edib, göstərir ki, Cavabdeh2 ondan və onun qayınanası İddiaçı1 2018-ci il tarixdə təxminən 73.000 manat pul borca istəmişdir. O da Cavabdeh2 borca pul vermişdir. O, Cavabdeh2la Azər adlı şəxsin zavoduna gedib-gəldiyi zaman tanış olmuşdur. Onun Cavabdeh2la heç bir iş birliyi, şərikliyi olmamışdır.
83. Göründüyü kimi, iş üzrə iddiaçılar və cavabdeh onlar arasında olan münasibətlərin fərqli əsaslardan yaranmasını qeyd edirlər. Lakin işə baxan məhkəmələr onlar arasında həqiqi münasibətlərin nədən yaranması, bir dəfə deyil, ardıcıl olaraq iddiaçı tərəfindən cavabdehə dəfələrlə pul göndərilməsinin səbəblərini araşdırmamış, ümumiyyətlə iddiaçılardan İddiaçı1 ilə cavabdeh C.Xəililov arasında hər hansı öhdəlik münasibətinin yaranması, işin halları ilə onun tərəfindən cavabdehə 6.000 manatın göndərilməsi müəyyən olunsa da, onun xeyrinə 73.200 manat məbləğində pulun tutulmasını, əksinə pul məbləği ona məxsusdursa, digər iddiaçının xeyrinə eyni məbləğdə pulun tutulmasının mümkünlüyü aydınlaşdırılmamış, işin müəyyən edilmiş halları baxımından qarşılıqlı iddiaçının dəlilləri qiymətləndirilməmişdir.
84. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir
85. MPM-in 9, 14 və 88-ci maddələrinə əsasən belə olan halda tam hüquqlu məhkəmə kimi işə baxan apellyasiya instansiyası məhkəməsi öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.
86. Halbuki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə bütün sübutları qiymətləndirməli, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını müəyyən etməli idi.
87. Məhkəmə kollegiyasının mövqeyinə görə qanunvericiliyin qətnamənin əsaslandırılmalı olması barədə tələbinin məqsədlərindən biri də odur ki, mübahisə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət m ühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Həm də məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
88. Göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş və bu hal düzgün olmayan məhkəmə qətnaməsinin qəbul olunması ilə nəticələnmişdir.
89. Şərh edilənləri və Azərbayc an Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3697/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.