Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5128/2020 28.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(106)1460/2020 saylı qətnaməsindən İddiaçı N qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Q.H.Paşayev, iş № 2(076)-1293/2019) İddiaçı N qızının Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilərək Cavabdeh torpaq sahəsinə görə verilmiş 4.000 manat, bir maşın qırmızı quma görə verilmiş 280 ma nat, bir maşın otsep tərkibli quma görə verilmiş 250 manat, 80 ədəd blok daşına görə verilmiş 600 manat, cəmi 5.130 manatın alınaraq İddiaçı Sərəstun qızına verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə(hakimlər: Q.B.Kərimov, Z.B.Babayev və N.F.Mirzəyev) cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək Cəlilabad Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdehdən iddiaçının xeyrinə 5130 manat tutulması hissəsində ləğv edilmiş, iddianın qismən təmin edilib cavabdehdən iddiaçının xeyrinə 500 manat tutulması, qətnamənin cavabdehin apelyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: İddiaçı Sərəstun qızı 2019-cu ilin iyun ayında iddia ərizəsi ilə məhk əməyə müraciət edərək mərhum əri X1 (xx xxxxxx 2017-ci il tarixdə vəfat etmişdir) xx xxx 2014-cü il tarixdə öz əmisi oğlu Cavabdeh ona məxsus N kəndində yerləşən 0,10 ha ölçüdə torpaq sahəsini 4000 manata nisyə almasını və həmin məbləği hissə-hissə ödəməsini, lakin sonuncunun həmin torpaq sahəsini ona verməkdən imtina etməsini əsas göstərməklə torpaq sahəsinə görə ödədiyi 4000 manatın və həmin torpaq sahəsinə tökdürdüyü və cavabdeh tərəfindən istifadə olunan 1130 manat dəyərində tikinti materiallarına görə ödədiyi pul məbləğinincəmi 5130 manat dəyərində pul vəsaitinin Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı N qızı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün qiymət vermədən nəticəyə gəlməsini və s. əsas göstərməklə qətnamənin ləğv edilməsini və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. A zərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, tərəflər arasında torpaq sahəsinin nisyə alqısatqısına dair şifahi razılaşma olmuş, lakin son nəticədə onlar arasında belə bir müqavilə bağlanmamışdır. İddiaçı iddia etməsinə görə N tərəfindən cavabdehə 4000 manat torpaq sahəsi üçün pul ödənilmiş və eləcə də ona məxsus 1130 manat dəyərində tikinti materialları cavabdeh tərəfindən istifadə edilmişdir. Cavabdeh N isə mərhum Nin torpaq sahəsinə görə ona beh qismində 500 manat məbləğində pul verməsini etiraf etmiş, qalan hissədə iddiaçının göstərdiklərini inkar etmişdir. Apellyasiya instansiyası məhkəməsi Azər baycan Respublikası Mülki Məcəlləsinin 739-1, 882.1 və 442-ci maddələrinə, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələblərinə əsaslanaraq iddiaçının tələbinin əsaslı olması barədə məhkəməyə sübutlar təqdim etməməsini və cavabdehin iddianı yalnız 500 manat həcmində etiraf etməsinə əsaslanaraq hesab etmişdir ki, iddia tələbi etiraf olunan həcmdə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia tələbi qismən sübuta yetirildiyindən kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmaqla qanuni və əsaslı olduğundan dəyişdirilmədən s axlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5128/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5128/2020
28.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver