Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5130/2021 24.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istifadə qaydalarının müəyyən edilməsi tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən binanın zizəmisindəki 161.8 kv.m q eyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir.
2. Cavabdeh 02.07.2019-cu il tarixdən İddiaçı qeyri-yaşayış sahəsinin qonşuluğunda yerləşən və sahəsi 230,8 kv.m. olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir.
3. İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinə yeganə giriş-çıxışın cavabdehin sahəsinin içərisindən olduğunu bildirərək ümumi giriş-çıxış qaydasının müəyyən olunmasını istəyir.
4. Cavabdeh isə bildirir ki, mülkiyyətində olan qeyri-yaşayış sahəsini hərracdan yüksüz şəkildə əldə edilmişdir, ona görə də tələbə etiraz edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ikimərtəbəli binanı zirzəmisində Cavabdeh adın a dövlət reyestrində qeydiyyata alınmış 230,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin ərazisində, iddiaçının mülkiyyətində olan qeyri yaşayış sahəsindən sərbəst istifadənin təmin edilməsi məqsədilə ümumi giriş-çıxışın qaydasının müəyyən edilməsi və iddiaçının ümumi girişçıxışdan istifadəsini təmin etmək vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Hazırda onda olan məlumata əsasən qonşuluqda yerləşən qeyri-yaşayış sahəsinə dair məhkəmə araşdırmaları olmuş və nəticədə mübahisəli qeyri-yaşayış sahəsindən onun əvvəlki sahibinin çıxarılması barədə məhkəmə qətnaməsi qəbul olunmuşdur. Qonşuluqda yerləşən qeyri-yaşayış sahəsindən, onun əvvəlki sahibi tərəfindən ona mülkiyyətində olan qeyri-yaşayış sahəsinə giriş-çıxışına hər hansı maneə yaradılmırdı. Lakin hazırda vəziyyətin dəyişməsini, qonşuluqda olan qeyri-yaşayış sahəsinin Cavabdeh adına dövlət reyestrində qeydiyyata alınmasını və əvvəlki sahibin həmin qeyri-yaşayış sahəsindən çıxarılması barədə məhkəmə qətnaməsinin mövcudluğunu, habelə ona məxsus olan qeyri-yaşayış sahəsinin yeganə girişçıxışının qonşuluqda yerləşən həmin qeyri-yaşayış sahəsindən olmasını nəzərə alaraq, hesab edir ki, onun mülkiyyətində olan qeyri-yaşayış sahəsindən sonuncunun sərbəst istifadə hüququnun təmin olunması məqsədi ilə, qonşuluqda yerləşən qeyri-yaşayış sahəsinin ərazisində iddiaçıya münasibətdə ümumi giriş-çıxışın qaydası müəyyən edilməli və cavabdehin üzərinə iddiaçının ümumi giriş-çıxışdan istifadə e tməsini təmin etmək vəzifəsi qoyulmalıdır.
7. Cavabdehin nümayəndəsi və vəkili birinci instansiya məhkəməsinin iclasında iddiaya etiraz edərək bildirmişdir ki, İddiaçı x oğlunun iddia tələbinin mahiyyətini servitutun verilməsi təşkil edir. Məhkəmənin diqqətinə çatdırır ki, cavabdeh 02.07.2019-cu il tarixdən iddiaçının qeyriyaşayış sahəsinin qonşuluğunda yerləşən və sahəsi 230,8 kv.m. olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. Həmin qeyri-yaşayış sahəsi əvvəlki mülkiyyətçinin icarə müqaviləsinin vaxtı bitdikdən sonra hərraca çıxarılmış, 2 il hərracda olmuş, daha sonra cavabdeh tərəfindən hərracdan əldə edilmişdir. Əmlak cavabdehin mülkiyyətinə 3-cü şəxslərin hüquqları ilə yüklü edilmədən təhvil verilmişdir. Cavabdehin mülkiyyətində olduğu müddətdə də qeyri-yaşayış sahəsi hər hansı şəxsi n mülkiyyət və əlaqəli hüquqları ilə yüklü edilməmişdir. Yəni əmlak üzərində hər hansı şəxsin məhdud əşya, servitut, ipoteka və s. hüquqları mövcud deyil. Bu barədə DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş **********02 nömrəli, 27.08.2020-ci il tarixli məktub sübut qismində məhkəməyə təqdim edilmişdir. İddiaçının iddia tələbi giriş-çıxışın ümumi olması barədədir. Bu yalnız cavabdehin mülkiyyətində olan əmlak üzərində iddiaçının istifadə hüququ, yəni servitut hüququ mövcud olduqda mümkün ola bilərdi. Bununla əlaqədar olaraq diqqətə alınmalıdır ki, servitutun qeydə alınması ilə bağlı məhkəməyə birbaşa müraciət qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, Mülki Məcəllənin 256.2-ci maddəsinə əsasən servitut verilməsinə dair müqavilə notariat qaydasında təsdiqləndikdə e tibarlıdır. Göründüyü kimi, qanunverici servitutun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə birbaşa məhkəməyə müraciət hüququnu istisna edir. Çünki qanunvericilik aktının normasına əsasən bu barədə tərəflər arasında müvafiq müqavilə olmalı və həmin müqavilə notariat qaydasında təsdiqlənməlidir. İddiaçı sözügedən iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq orqanlara müraciət etməli, öz obyektinə giriş-çıxışın verilməsi məsələsini təmin etməli idi. Öz imkanı ola-ola, bu imkanı əldə etmək hüququ olduğu halda özgənin mülkiyyətindən giriş-çıxış üçün istifadə etmək absurd və hüquq pozuntusudur. Mülki Məcəllənin 255.4-cü maddəsinə əsasən cervitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və ist ismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilməyən digər ehtiyaclarının təmin olunması üçün təyin oluna bilər. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirdikdə müşahidə olunur ki, iddiaçı öz əmlakı üçün ayrıca girişçıxışın verilməsi barədə müvafiq dövlət orqanlarına müraciət etməmiş, bu məsələyə dövlət orqanları tərəfindən baxılmamışdır. Belə olduğu təqdirdə iddiaçının servitut qoyulmadan təmin edilə bilməyən ehtiyaclarının olub-olmaması aydın deyildir.
8. Bakı şəhəri Rayon Məhkəməsinin (hakim M.Bağırova) 18 noyabr 2020-ci il tarixli, 2(009)1391/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
9. Məhkəmə Mülki Məcəllənin 256.2-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, tərəflə r arasında servitutla bağlı hər hansı bir müqavilə yoxdur. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl mülkiyyətində olan əmlaka dair giriş-çıxışın verilməsi üçün müvafiq dövlət orqanlarına müraciət etməmiş, bununla bağlı məsələyə dövlət orqanları tərəfindən baxılmamışdır. Belə olduğu təqdirdə iddiaçının servitut qoyulmadan təmin edilə bilməyən ehtiyaclarının olub-olmaması aydın deyildir. İddiaçının tələbinin mahiyyətini servitutun verilməsi təşkil etsə də, məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, iddiaçı servitut istəmir, cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsindən onun sərbəst istifadə hüququnun təmin olunması üçün cavabdehə məxsus qeyri-yaşayış sahəsinin ərazisindən istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul edi lməsini xahiş edir. İddiaçı mübahisəli əmlakın birgə mülkiyyətçisi deyildir, o, Azərbaycan Respublikası MM-nin 213215-ci maddələrinin tələbinə əsasən cavabdehə məxsus əmlakdan istifadə qaydasının müəyyən olunmasının iştirakçısı ola bilməz. İddianın təmin edilməsi cavabdehin ona məxsus əmlaka olan sahiblik, istifadə və sərəncam hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarır. Deməli, İddiaçı maddi hüququn tələblərinə və mülkiyyətin müdafiəsinə təminat verən Azərbaycan Respublikası Konstitusiyasına uyğun olmayan əsassız tələb irəli sürmüşdür. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov) 10 mart 2021-ci il tarixli, x nömrəli qətnaməsi ilə apellyasiya şikay əti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin x saylı iş üzrə qəbul etdiyi 18 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə apellyasiya şikayətində qeyd olunan halları araşdırmamışdır. Belə ki, yeganə giriş-çıxış olduğundan iddiaçıya məxsus qeyri-yaşayış sahəsindən istifadə edə bilmədiyi üçün, hüquqları Cavabdeh tərəfindən məhdudlaşdırılıb. İddia tələbini n ümumi giriş çıxışının istifadə hüququnun müəyyən edilməsindən yox, məhz qeyri yaşayış sahəsindən sərbəst istifadənin təmin edilməsi məqsədi ilə ümumi giriş-çıxışın qaydası müəyyən edilməsindən və iddiaçının ümumi giriş-çıxışdan istifadə etməsini təmin etmək vəzifəsi cavabdehə həvalə edilməsindən ibarətdir. Bundan əlavə, hər iki instansiya məhkəmələri 243 saylı, 08 iyun 2020-ci il tarixli ekspertiza rəyini nəzərə almamışdır. Odur ki, iddiaçı məhkəmənin mövqeyi ilə razılaşmayaraq hesab edir ki, hazırki iddia tələbinin əsassız və ya əhəmiyyətsiz hesab edilməsi Konstitusiyada və Avropa İnsan Hüquqları Konvensiyasında məhdudlaşdırır. mülkiyyəti ilə bağlı nəzərdə tutulmuş hüquqlarını b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdı r. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. Maddə 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər.
18. Maddə 255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir.
19. Maddə 255.4. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər.
20. Maddə 256.2. Servitut verilməsinə dair müqavilə notariat qaydasında təsdiqlə ndikdə etibarlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
23. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Mübahisəyə mahiyyəti üzrə baxan mə hkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
27. Daşınmaz əmlakın Dövlət reyestrindən ********** saylı, 02.07.2019-cu il tarixli çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən sahəsi 230.8 kv.m. olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyyata alınmışdır.
28. Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 002869 nömrəli, 10.12.2004-cü il tarixli şəhadətnamədən görünür ki, ünvan 3 ünvanında yerləşən iki mərtəbəli binanın zirzəmisindəki 161,8 kv.m qeyriyaşayış sahəsi mülkiyyət üzərində sahiblik hüququ əsasında İddiaçı məxsusdur.
29. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 27.08.2020-ci il tarixli arayışından görünür ki, ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin üzərində hər hansı yüklülüyün və məhdudiyyətinin olması ilə bağlı məlumat aşkar edilməmişdir.
30. İşə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh 02.07.2019-cu il tarixdən İddiaçı qeyri-yaşayış sahəsinin qonşuluğunda yerləşən və sahəsi 230,8 kv.m. olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. Həmin qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən hərracdan əldə edilmişdir. Əmlak cavabdehin mülkiyyətinə 3-cü şəxslərin hüquqları ilə yüklü edilmədən təhvil verilmişdir. Cavabdehin mülkiyyətində olduğu müddətdə də qeyri-yaşayış sahəsi hər hansı şəxsin mülkiyyət və əlaqəli hüquqları ilə yüklü edilməmişdir, yəni əmlak üzərində hər hansı şəxsin məhdud əşya, servitut, ipoteka və s. hüquqları mövcud deyil.
31. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbi giriş-çıxışın ümumi olması barədədir. Bu isə yalnız cavabdehin mülkiyyətində olan əmlak üzərində iddiaçının istifadə hüququ, yəni servitut hüququ mövcud olduqda mümkün ola bilərdi.
32. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz.
33. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2, 153.4- cü maddələrinə əsasən formasından asılı olmayaraq, mülkiyyət hüququnun həyata keçirilməsində məhdudiyyətə yaxud üstünlüyə yol verilmir.
34. İş materiallarından müəyyən edilmişdir ki, tərəflər arasında servitutla bağlı hər hansı bir müqavilə yoxdur. Belə olduğu təqdirdə iddiaçının servitut qoyulmadan təmin edilə bilməyən ehtiyaclarının olub-olmaması aydın deyildir.
35. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddia tələbinin mahiyyəti servitutun verilməsi təşkil etsə də, birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, iddiaçı servitut istəmir, cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsindən onun sərbəst istifadə hüququnun təmin olunması üçün cavabdehə məxsus qeyri-yaşayış sahəsinin ərazisindən istifadə qaydası nın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
36. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı mübahisəli əmlakın birgə mülkiyyətçisi deyildir, o, Azərbaycan Respublikası MM-nin 213-215-ci maddələrinin tələbinə əsasən cavabdehə məxsus əmlakdan istifadə qaydasının müəyyən olunmasının iştirakçısı ola bilməz.
37. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
38. İddianın haqlı olmaması barədə məhkəmələrin yuxarıda qeyd edilən əsaslandırması nəzərə alındıqda X1 243 saylı, 08 iyun 2020-ci il tarixli ekspertiza rəyi mübahisənin hüquqi həlli üçün əhəmiyyət kəsb etmir.
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
40. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.