Məhkəmə qərarları › İş №2(102)-5131/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5131/2021

18.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5131/2021 18.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “zərərin əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ziyanın vurulması, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 may 2021-ci il tarixli, 2(103)502/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və C avabdeh3 tərəfindən birgə verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: “Face Studio” gözəllik salonu fərdi sahibkar Cavabdeh3 tərəfindən işlədilir və Cavabdeh2 əmək müqaviləsinə əsasən həmin salonda saç ustası vəzifəsinə işləmişdir. İddiaçı 15 iyul 2019-cü il tarixdə “Face Studio” gözəllik salonunda saçlarını rəngləmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, “Face” gözəllik salonunda yandırılmı ş saçlarının müalicəsinə və bərpasına çəkməli olduğu xərclər 21980 manat real zərərin, 10000 manat mənəvi zərərin cavabdehlərdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı saçlarının rənglənib formaya salınması üçün 15 iyul 2019-ci il tarixində “Face” gözəllik salonuna getmiş, salonda usta işləyən Cavabdeh2 saçlarını rəngləyib və formaya salarkən saçlarını yandırmışdır. İddiaçı 17 iyul 2019-ci il tarixdə həmin ustanın yanına getmiş, saçlarını yandırdığını, saçlarının qopduğunu bildirmiş, saçlarının müalicəsinə kömək etməsini xahiş etmişdir. Cavabdeh2 əvvəlcə iddiaçı ilə mübahisəyə girərək saçlarının yanmadığını iddia etməyə başlamış, sonra iddiaçının üzərinə hücuma keçərək saçlarını müalicə etməyəcəyini deməklə, o nunla kobud və alçaldıcı rəftar etmişdir. Salonun rəhbəri kimi təqdim edilən Rüfət adlı şəxs də saçlarının müalicə edilməsində ona heç bir kömək etməmişdir. İddiaçı “Face” gözəllik salonunun rəhbəri Cavabdeh1, usta Cavabdeh2 qanunsuz hərəkətlərindən Nərimanov rayonu Polis İdarəsinin 18-ci Polis Şöbəsinə şikayət etmiş, 18 iyul 2019 il tarixli qərarla saçlarının kimyəvi maddələrlə yandırılması faktının müəyyən edilməsi məqsədi ilə məhkəmə tibbi ekspertizası təyin edilmiş, 25 iyul 2019-ci il tarixli ekspert rəyi ilə 15 iyul 2019-ci tarixdə kimyəvi maddələrin təsirindən saçlarının yanması, tökülməsi, ənsə hissələrdə tökülmə, dəridə və saçlarda dəyişikliklərin yaranması faktı təsdiq edilmişdir. Yanmanın təsirindən iddiaçı 40 sm uzunluqda olan saçlarının yarısını kəsdirmək məcburiyyətində qalm ışdır. Məlum olmuşdur ki, “Face” gözəllik salonunun rəsmi sahibi Cavabdeh3dur. Başının dərisi, saç kökləri zədələnmiş, saçlarının 70 faizi qopmuş və saçlarında dazlaşma yaranmışdır. Müalicə edilmədən qopan saçlar bərpa edilmir. Yanmadan 5 ay sonra saçların və saç dibinin mikroskopik müayinəsi zamanı bəlli olmuşdur ki, başının dərisində yaranmış yanma hələ də sağalmamış və başının diblərində qızartı və ağrılar hələ də qalmaqdadır. Əgər təcilli müalicə olunmazsa qalan saçları da qopacaq və saçları bərpa edilə bilməyəcək. Saçlar islandıqda yapışqan kimidir, quruduqda isə çox coddur. Saçlar qopur, yanmanın təsirindən saçlarda qopma davam edir. Saçların yanmasına səbəb saçlara sürülən boyanın keyfiyyətsiz olması və boyanın düzgün istifadə olunmamasıdır. Yanmanın təsirindən qırılan qurumuş və co d saçlara keratin və su yüklənməsi gərəkdir. Bunun üçün Keratin Botoks istifadə edilməlidir. Saçlarda 1-ci dərəcə yanma olduğu üçün Keratin botoks 2 həftədən bir 2 il ərzində yapılması gərəkdir. Keratin Botoks müalicəsi zamanı saçlar müntəzəm olaraq tərkibində sulfat və paraben olmayan xüsusi Keratin şampunu və keratin maskası ilə yuyulmalıdır. Qiyməti: Saçlara 1 dəfə Keratin botoks çəkilməsinin qiyməti - 100 manat, keratin şampunun 1 litri - 60-100 manat, Pro Harmony markalı keratin maskasının 1 litri - 100 manatdır. İstifadədən asılı olaraq 1 litr şampun 3-4 ay, 1 litr maska 5-6 ay müddətində istifadə oluna bilər. 1 il ərzində 3-4 şampun, 2-2,4 maska, 2 il ərzində 6-8 şampun, 4-5 maskanın alınması, Keratin Botoks 2 həftədən bir 1 ayda 2 dəfə olmaqla 1 il ərzində 24 dəfə, 2 il ərzində 48 dəfə yapılması gərəkdir. Ümumilikdə 2 il ərzində 48 dəfə Keratin Botoks üçün 4800 manat, 8 şampun 800 manat, maska 500 manat, ümumilikdə 6580 manat pulun xərclənməsi gərəkdir. Kimyəvi boyaların yandırıcı təsirindən saç kökləri və saç soğanaqları zədələndiyi üçün dibdən qopan saçlar müalicə olunmadan bərpa oluna bilmir. Bunun üçün saçların uzanmasını sürətləndirmək və saç köklərini qidalandırmaq məqsədi ilə saçlara “Kerastase Densifique” seti istifadə olunmalıdır. Setə 90 ampul, şampun və maska daxildir. 3 ay müddətində hər gün saç diblərinə 1 ampul çəkilir, saçlar “Kerastase Densifique” şampunu və maskası ilə yuyulur. 1 ildə 1 dəfə olmaqla 2 il ərzində 2 dəfə istifadəsi məsləhətdir. Qiyməti: “Kerastase Densifique” setinin qiyməti - 1700 manatdır. Ümumilikdə 2 il ərzində 2 dəfə istifadə olu nmaqla, “Kerastase Densifique” setinə toplam 3400 manat pulun xərclənməsi lazımdır. 2-ci qulluq ürünləri saç tellərini bəsləyəcək, saçları ətraf mühitin zərərli təsirlərindən və istidən qoruyacaq. 2-ci qulluq ürünləri olan Loreal Kerastase məhsulunun xüsusi şampunu, maskası və yağından istifadə olunmalıdır. Qiyməti: Kerastase şampunu 250 qram olmaqla 1 ədədinin qiyməti 85 manat, Kerastase maska 500 qram olmaqla 1 ədədinin qiyməti - 140 manat, Kerastase yağı 200 qram olmaqla 1 ədədinin qiyməti - 200 manatdır. Yanıq saçlar kəsilib təmizlənənə qədər, saçlar əvvəlki uzunluğunu bərpa edənə qədər 2-3 il müddətində istifadə olunması zəruridir. 250 qram şampun 1 ay, 500 qram maska 6 ay, 200 qram yağ 1 il müddətində istifadə oluna bilər. Ümumilikdə 1 il ərzində ayda 12 şampun üçün - 1020 manat, 2 m aska - 280 manat, 1 ədəd yağ - 200 manat, toplam - 1500 manat, 2 il ərzində isə 3000 manat pulun xərclənməsi gərəkdir. Saçlar müalicə edilməyə başladıqdan bir qədər sonra saçlara qaynaq yapıla bilər. Qaynaqlar saçlara dibdən 1 sm aralıda yapıldığı üçün 3 aydan sonra qaynaqların altında qalan saçlarin uzunluğu 3 sm qədər uzanır. Bu zaman saçlar dibdən dolaşmağa başlayır. Odur ki, qaynaqlar 3 aydan bir sökülməli və saç diblərinə təkrar yapılmalıdır. Sokap qaynaqları keyfiyyətlidir, saçları zədələmir, istifadəsi məsləhətdir. Qiyməti: Saçlar daxil olmaqla Sokap qaynaqlarının 1-ci etapının qiyməti 2000 manat, 2-ci və 3-cü etaplarının hər birinin qiyməti - 450-500 manatdır. 1 il ərzində 3 dəfə yapılması gərəkdir. Bunun üçün - 3000 manat pulun xərclənməsi tələb olunur. Saçlar əvvəlki uzunluğunu b ərpa edənə qədər 3 il müddətinə qaynaqlara toplam 9000 manat pulun xərclənməsi tələb olunur. Saçlarının müalicə olunması və bərpası üçün ümumilikdə Keratin Botoks setinə - 6580 manat, “Kerastase Densifique” setinə toplam 3400 manat, 2ci qulluq olan Kerastase ürünlərinə 3000 manat, Sokap qaynaqlarına 9000 manat, toplam 21980 manat real zərər dəymişdir. Saçlarının yandırılması ilə bağlı iddiaçı ağır mənəvi iztirablar və sarsıntılar keçirmiş, sağlam, gözəl, uzun saçlarından məhrum olmuşdur. Təqsirkarlar tərəfindən ona mənəvi zərər yetirilmişdir. “Face” gözəllik salonunda saçlarının yandırılması ona ağır mənəvi zərbə vurmuş, stress yaratmış, mənəvi iztirab və sarsıntılar keçirtdiyi üçün işləyə bilməmiş, fəal əmək və ictimai həyat tərzindən məhrum olmuş və nəticədə böyük qazanc itirmişdir. Ba kı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli, 2(006)-674/2020 nömrəli qətnaməsi ilə (hakim S.R.Mustafayeva) iddia qismən təmin edilmiş, mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissədə təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1099.2-ci maddələrinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə, 9-cu maddəsinin 10-cu bəndinə, 11, 12-ci maddələrinə istinad edərək göstərmişdir ki, İddiaçı hər iki gicgah nahiyəsində saçların tökülməsi, dəridə və saçlarda aşkar edilmiş dəyişikliklər saçlarına qoyulmu ş hər hansı bir kimyəvi rəngin təsiri nəticəsində əmələ gəldiyi, müddəti özünün müayinəsindən 3-5 gün əvvələ uyğun gəldiyi və 15 sentyabr 2019-cu ildə əmələ gəlməsinin inkar edilmədiyi, sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcəsinin təyin edilmədiyi ekspert rəyi əsasında təsdiqini tapmışdır. Lakin, sübutetmə yükü üzərinə düşən iddiaçı ona 21980 manat maddi zərər vurulduğunu bildirsə də, həmin zərərin nədə ifadə olunduğunu göstərən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi iddia tələbini maddi zərərin ödənilməsi hissədə əsassız hesab etmişdir. İddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə münasibətdə məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin bir sıra qərarlarına istinad etməklə belə nəticəyə gəlmişdir ki, iddiaçının saçlarının yanması aparılmış məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, iddiaçının əsəb və mənəvi sarsıntı keçirməsi qaçılmazdır. Ona görə məhkəmə hesab etmişdir ki, zərər bilavasitə Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində vurulduğundan və qanunvericilikdə hüquqi və ya fiziki şəxsin öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıması nəzərdə tutulduğundan iddia tələbi mənəvi z ərər hissəsində qismən təmin edilməklə, 1000 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir Birinci instansiya məhkəməsi iddia tələbinin Cavabdeh1 aid hissəsinə münasibətdə bildirmişdir ki, “FACE Studio” və Cavabdeh1 arasında hər hansı əmək-hüquq münasibətlərinin mövcudluğu, eləcə də sonuncunun həmin obyektlə hər hansı rəsmi bağlılığı müəyyən edilmədiyindən tələb bu hissədə əsassızdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli, 2(006)-674/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 may 2021-ci il tarixli, 2(103)-502/2021 nömrəli qətnaməsi ilə (hakim Ş.A.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər E.Ə.Mehdiyevdən və X.Ə.Sarıyevdən ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli, 2(006)-674/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilməklə, maddi zərərin əvəzi olaraq 12980 manat, mənəvi zərərin əvəzi olaraq 1000 manat, cəmi 13980 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin maddi zərərin ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, apellyasiya baxışı zamanı təyin olunmuş ekspertiza üzrə Azərbaycan Respublikası Ədliy yə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 21 yanvar 2021-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqatın nəticəsinə əsasən birinci və ikinci suallar üzrə iş materiallarında olan “X1 by Hüseynova” gözəllik salonunun 18 dekabr 2019-cu il tarixli mütəxəssis rəyindəki məlumatlardan istifadə edilməklə iddia ərizəsində göstərilən qulluq vasitələrinin orta bazar qiyməti ilə dəyəri və 13 ay ərzində çəkilməli ümumi xərc təxminən 10125,0 manat müəyyən olunur. Ümumilikdə 3 il ərzində saçların müalicəsinə və saçlarına qulluq göstərilməsi üçün Keratin Botoks setinə 6580 manat, “Kerastase Densifique” setinə toplam 3400 manat, 2-ci qulluq olan Kerastase ürünlərinə 3000 manat, Sokap qaynaqlarına 9000 manat, toplam 21980 manat xərc tələb olunur. Lakin apellyasiya instansiyası məhkəməsi dəyəri 900 0 manat müəyyən olunmuş Sokap qaynaqlarından iddiaçının istifadə etməsi barədə sübut təqdim edilmədiyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçının maddi zərər tələbi 12980,0 manat həcmində əsaslı sayılaraq təmin olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə münasibətdə birinci instansiya məhkəməsinin əsaslandırılması ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin Cavabdeh1 aid hissəsinə münasibətdə həmçinin bildirmişdir ki, “FACE studio” ilə Cavabdeh1 arasında hər hansı əmək-hüquq münasibətlərinin mövcudluğu, eləcə də sonuncunun həmin obyektlə hər hansı rəsmi bağlılığı müəyyən edilmədiyindən tələb bu hissədə əsassızdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 birgə kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 may 2021-ci il tarixli, 2(103)-502/2021 nömrəli qətnaməsinin kassasiya qaydasında qismən, yəni həmin cavabdehlərə aid hissədə ləğv edilməsi, apellyasiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyət kəsb edən halları nəzərə almamış, işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Belə ki, apellyasiya instansiya məhkəməsi yeni sübut - məhkəmə-əmtəəşünaslıq ekspert izasının rəyini qəbul etməklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 371-ci maddəsinin tələblərini pozmuşdur. Həmçinin, apellyasiya instansiyası məhkəməsi iddiaçıya zərər vurulmasını təsdiq edən sübutun mövcud olmamasını nəzərə almamış, cavabdeh (saç ustası) Cavabdeh2 təqsirli hərəkətlərinin hansılardan ibarət olduğunu qeyd etmədən onun və sonuncuya münasibətdə işəgötürən statusuna malik olan digər Cavabdeh3 üzərinə maddi və mənəvi zərərə görə əsassız olaraq əmlak məsuliyyəti qoymuşdur. Belə ki, məhkəmə saç ustasının boya vurmada istifadə olunan məhlulun doğura biləcəyi yanakı təsirlər barədə saçın boyadılması proseduruna başlanmazdan əvvəl iddiaçını qabaqcadan xəbərdar etməsi, iddiaçının isə bu xəbərdarlığa məhəl qoymaması və həmin prosedurun sonuncunun öz istəyi və təkidl i tələbi ilə nə dair sübutları nəzərə almamışdır. Bundan əlavə, iddiaçının təqdim etdiyi mütəxəssis-kosmetoloq rəyi əsassız olaraq məhkəmə tərəfindən sübut qismində qiymətləndirilmişdir. Daha sonra iddiaçının fiziki və mənəvi sarsintılar keçirməsinə səbəb ola biləcək nə hüquq pozuntusu, nədəki heç bir neqativ (birbaşa ziyan və ya zərər vurulma) nəticə baş verməmişdir. Nəhayət Cavabdeh3 iddiaçı qarşısında heç bir mülki hüquq məsuliyyəti daşımır. Belə ki, qulluq mövqeyinə görə onun tabeliyində olan saç ustası tərəfindən əmək vəzifələrinin icrası zamanı iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi sübut olunmur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə yazılı etiraz təqdim edərək, kassasiya şikayətinin dəlillərinin iş materialları ilə təkzib olun masını göstərmiş və şikayətin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(103)-502/2021 nömrəli tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı (özü vəkildir) kassasiya şikayətinə etiraz edərək təmin olunmaması və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətl əndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılma hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia qismən təmin olunsa da, iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Kassasiya şikayətini cavabdehlər vermiş və qətnamənin iddianın təmin olunmuş hissəsində ləğv edilməsini xahiş etmişlər. Odur ki, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmuş hissəsində qanuniliyinin yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələri nin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 10-cu bəndinə əsasən iş görülməsində və xidmət göstərilməsində, istehlakçının həyatını, sağlamlığını və ya əmlakının təhlükəsizliyini təmin etməyən materialların, avadanlıqların cihazların, alətlərin, qurğuların və başqa vasitələrin tətbiqi nəti cəsində vətəndaşın həyatına, sağlamlığına və ya əmlakına zərər dəyərsə, icraçı onlar xassələrini bilib-bilmədiyindən asılı olmayaraq məsuliyyət daşıyır. 11-ci maddəsinə əsasən malın (işin, xidmətin) konstruksiya, istehsal, resept və başqa qüsurları nəticəsində istehlakçının həyatına, sağlamlığına və ya əmlakına dəymiş zərər, qanunvericilikdə daha yüksək məsuliyyət nəzərdə tutulmayıbsa, günahkar tərəfindən istehlakçıya tam ödənilməlidir. 12-ci maddəsinə əsasən istehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə s übutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası mə hkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə ekspertizasının keçirilməsi yeni sübutun qəbulu qismində qiymətləndirilə bilməz. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı tələbinin sübutu qismində mütəxəssis rəyi təqdim etmiş və apellya siya şikayətində birinci instansiya məhkəməsinin həmin sübutu qiymətləndirilməməsini dəlil kimi qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi MPM-in 14.1 və 372-ci maddələrinin tələblərinə uyğun olaraq tam hüquqlu məhkəmə kimi işə mahiyyəti üzrə baxmış və həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv araşdırılması, o cümlədən apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməsi məqsədi ilə iş üzrə məhkəmə ekspertizası təyin etmişdir. İddiaçıya ziyanın vurulmaması və cavabdehlərin təqsirli olmamalarına dair kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, kassatorların iddiaçının saçlarının yanmasında təqsirləri birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş və cavabdehlərdən iddiaçının xeyrinə bununla bağlı vurulmuş mənə vi zərərin əvəzi tutulmuşdur. Cavabdehlər məhkəmənin həmin mövqeyi ilə razılaşmış və apellyasiya şikayəti verməmişlər. Digər tərəfdən iddiaçının hər iki gicgah nahiyəsində saçların tökülməsi, dəridə və saçlarda dəyişikliklərin olması və bu dəyişikliklərin saçlarına qoyulmuş hər hansı bir kimyəvi rəngin təsiri nəticəsində əmələ gəlməsi polis orqanında tədqiqat zamanı keçirilən məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən olunmuşdur. Cavabdehlər iddiaçının saçını rəngləmədiklərini mübahisələndirmirlər. Ekspert rəyinə əsasən müəyyən olunmuş xəsarətlərin sağlamlığa zərərvurmayan xəsarətlər olması onların mövcud olmaması kimi qiymətləndirilə bilməz. Həmçinin iddiaçının saçlarının boyanmasının sonuncunun təkidi ilə aparıldığı üçün cavabdehlərin məsuliyyət daşımamalarına dair dəlilləri “İstehla kçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan müddəalarına görə əsaslı hesab edilə bilməz. Nəhayət məhkəmə kollegiyasının qənaətinə görə iddiaçıya zərər bilavasitə Cavabdeh2 hərəkətləri nəticəsində vurulsa da, digər Cavabdeh3 işəgötürən olaraq MM-in 1099-cu maddəsinə görə deliktə görə məsuliyyət daşımalıdır. Kassasiya şikayətinin digər dəlilləri isə sübutların qiymətləndirilməsi ilə əlaqəlidir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə isə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzif əsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri sübutların qiymə tləndirilməsi ilə bağlı olduğundan məhkəmə kollegiyası həmin dəlillər üzrə əlavə araşdırmaya lüzum görmür. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 may 2021-ci il tarixli, 2(103)-502/2021 nömrəli qətnaməsi mübahisələndirilən, yəni iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar