Məhkəmə qərarları › İş №2(102)-5134/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5134/2022

11.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5134/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı QƏRARİ (Açar sözlər: paylı mülkiyyətin real bölgüsü və ya kompensasiya verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi),Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətin real bölgüsü və ya kompensasiya verilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-205/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti nə 11 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin İddiaçı adına verdiyi xx.xx.2017-ci il tarixlı, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Ə.Nəzmi küçəsi 40 saylı evin paylı mülkiyyətçiləri 1/12 hissədə Cavabdeh2, 1/12 hissədə Cavabdeh1, 6/12 hissədə X10, 24/96 hissədə İddiaçıdır. X2 düşən hissə isə açıq saxlanılmışdır.

2. Bakı şəhəri Ə.Nəzmi küçəsi 40 saylı evə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli çı xarışa əsasən həmin evdə Cavabdeh2 payı 1/12 hissə, Cavabdeh1 payı 3/24 hissə, X5 payı 6/12 hissə, İddiaçı payı 24/96 hissə müəyyən olunmuş, X9 adına 1/12 hissə açıq saxlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən yaşayış evindən ona məxsus 24/96 payın naturada ayrılması, bu mümkün olmadıqda ona müvafiq kompensasiyanın verilməsi, əks halda evin açıq hərracdan satılaraq payına düşən məbləğin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, reyestr nömrəsi 2v/1-5 23 may 2006cı il tarixli vəsiyyətnamə əsasında Bakı şəhə ri Ə.Nəzmi küçəsi 40 saylı evin 4/12 payının mülkiyyətçisidir. Həmin əmlakın onunla birgə 5 paylı mülkiyyətçisi var. Bunlar qardaşları Cavabdeh2 (1/12 hissə), Cavabdeh1 (1/12 hissə), qonşusu X10 (6/12 hissə) və payı açıq saxlanılan vəfat etmiş X4dır (1/12 hissə). X4 vəfat etdikdən sonra evin mülkiyyətçiləri arasında evin necə bölünməsinə dair mübahisə yaranmışdır və mübahisə hal-hazırda da davam edir. X4 vəfatından öncə vəsiyyətnamə ilə yuxarıda qeyd olunan daşınmaz əmlakın 4/12 payını ona vəsiyyət etmişdir. Digər payçılar onun daşınmaz əmlak üzrə yaranmış hüquqlarından istifadə etməsinə maneələr yaratmışlar və buna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Digər payçılara dəfələrlə paylı mülkiyyət üzrə öz payının sərhədlərini müəyyən etmək üçün müraciət etsə də onlarla heç bir razılığa gələ bilməmişdir. Həmçinin anası rəhmətə getdikdən sonra, qeyd olunan evdə yaşamaq hüququndan faktiki olaraq məhrum edilmişdir. Bu ona bir sıra çətinliklər yaratmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 8.2, 220.2, 220.3-cü maddələrinə əsasən iddianın təmin edilməsini xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsində Cavabdeh1 və Cavabdeh2 iddianı qəbul etməyərək, onların paylarının birgə hesablanmaqla evin iki yerə bölünməsi qaydasında mübahisənin həll edilməsini xahiş etmişlər. Əlavə olaraq bildirmişlər ki, iddiaçıya kompensasiyanın məbləği ilə bağlı qohumları vasitəsilə təklif göndərsələr də, məbləğdə razılığa gələ bilməmişlər.

6. Birinci instansiya məhkəməsi evin paylara uyğun bölünməsinin mümkünlüyünü müəyyən etmək üçün ekspertiza təyin etmiş, Məhkəmə Ekspert iza Mərkəzinin 30 aprel 2018-ci il tarixli, 2775 saylı ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Əli Nəzmi küçəsində yerləşən 40 saylı evdən İddiaçı payı təcrid mənzillər şəklində ayrılması, İnşaat Norma və Qaydalarının 2.08.01.89- nun 1.1, 2.2, 2.4, 2.7 bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir.

7. Məhkəmə baxışı zamanı cavabdeh tərəfin vəsatətinə əsasən onların paylarının birgə qaydada hesablanmaqla yaşayış evində real bölgü aparılması və payların naturada ayrılmaqla evin iki hissəyə bölünməsi yolu ilə iddiaçının payının naturada ayrılmasının mümkünlüyü məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilsə də, ekspertiza tədqiqatının obyektinə ekspert tərəfindən baxış keçirilməsinə şərait yaradılmadığından “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən qərardad icrasız saxlanılaraq məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir.

8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-33/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən yaşayış evinin (X5 payı istisna olmaqla) açıq hərracdan satılaraq satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı, Cavabdeh1 və Cavabdeh2 arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya məxsus 24/96 payın naturada ayrılması mümkün olmadığı üçün məhkəmə tərəfindən iddia tələbinin digər hi ssəsi üzrə araşdırma aparılarkən, yəni ona müvafiq kompensasiyanın verilməsi ilə bağlı cavabdeh tərəfin mövqeyi öyrənilərkən müəyyən edilmişdir ki, cavabdeh tərəf bununla bağlı qohumları vasitəsilə iddiaçı ilə əlaqə saxlasalar da, hər hansı bir razılığa gəlməmişlər. Məhkəmə baxışı zamanı da tərəflərin öz aralarında kompensasiya verilməsi ilə mübahisənin həlli ilə bağlı məsələ üzrə razılığa gəlmədikləri müəyyən edilmişdir.

10. Məhkəmə iddianın digər tələbi, yəni Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsini nəzərə alaraq ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi qaydasını nəzərdən keçirərək hesab etmişdir ki, MM-nin 220.6-c ı maddəsinin tələbləri baxımından, yəni ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadığı üçün ünvan 1 ünvanında yerləşən yaşayış evinin açıq hərracdan satılmalı və satış pulu ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir.

11. Məhkəmə iddiaçının Bakı şəhəri Ə.Nəzmi küçəsi 40 saylı evin digər paylı mülkiyyətçisi olan (qonşusu) X6 (6/12 hissə) qarşı tələb irəli sürməməklə onu cavabdeh qismində cəlb etməməsinə baxmayaraq, sonuncunun Mülki Məcəllənin 218.1-ci maddəsində nəzərdə tutulmuş hüquqlarını nəzərə alaraq hesab etmişdir ki, hazırki iş üzrə iddiaçı və cavabdehlərin Bakı şəhəri Ə.Nəzmi küçəsi 40 saylı evə olan payları X6 təklif edildikdən, X10 tərəfindən payın əldə olunması ilə bağlı təklif qəbul edilmədik dən və ya bu təklifə qanunvericiliklə müəyyən olunmuş müddət ərzində münasibət bildirilmədikdən sonra ünvan 1 ünvanında yerləşən yaşayış evi (X5 6/12 hissədə payı istisna olmaqla) açıq hərracdan satıla bilər.

12. Məhkəmə öz mövqeyini əsaslandırarkən "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsi Plenumunun 04 аprel 2014-cü il tаrixli Qərаrına, Mülki Məcəllənin 152.1, 213.1, 213.2, 215.1, 215.2, 215.3, 220.1, 220.2, 220.3, 220.4, 220.5, Mülki Prosessual Məcəllənin 14.2, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

13. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən ayrı-ayrılıqda ap ellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3451/2021 saylı 30 mart 2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir.

15. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, bacısı və qardaşı onu ömürlük ruhi xəstəxanada saxlaya bilmədiklərinə görə, indi də çölə tullamaq istəyirlər. Məhkəmədə bacısının adı iddiaçı, qardaşının adı cavabdeh qismində olsa da, ikisinin də fikri eynidir.

16. Həmçinin apellyasiya baxışı zamanı evin 6/12 hissəsinin mülkiyyətçisi X10 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

17. X10 işin baxışı zamanı - xx.xx.2021 -ci il tarixdə vəfat etmiş və onun oğlu Nümayəndə1 prosessual hüquqi varisi qismində işə cəlb edilmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq, təmin edilməsini xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi də evin bölünməsinin mümkünlüyünü müəyyən etmək üçün ekspertiza təyin etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/3550 saylı ekspertiza rəyinin nəticə hissəsində g östərilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Əli Nəzmi küçəsində yerləşən 40 nömrəli fərdi yaşayış evinin 1 və 2 mərtəbəli olan tikililəri (X3 və Cavabdeh1 yaşadıqları hissə) bağlı olduğundan, həmin tikililər üzrə ölçü işləri aparılmadığından, mübahisəli evin ümumi sahəsini, həmçinin tərəflərin paylarına uyğun düşən sahəni, eləcə də İddiaçı və X5 payına düşən sahələrin digər tikililərdən ayrılmasının mümkün olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Tədqiq olunan yaşayış evində yerləşən tikililərin mövcud vəziyyətinin texniki pasportda qeyd olunan məlumatlara uyğun olmadığı müəyyən edilmişdir.

22. Məhkəmə kollegiyası tərəfindən 16 noyabr 2021-ci il tarixdə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspertin vəsatəti əsasında tədqiqat obyektinin yerində müayinəsi üçün vaxt təyin edilmiş və 07 yanvar 2022-ci il tarixdə məhkəmə tərkibinin, ekspertin və tərəflərin iştirakı ilə baxış təşkil edilmişdir. Lakin ekspert tərəfindən tərtib edilmiş 07 yanvar 2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Əli Nəzmi küçəsində yerləşən 40 nömrəli fərdi yaşayış evinin qapısını açmaqdan imtina etdiyi üçün tədqiqat obyektinə baxışın keçirilməsi mümkün olmamışdır.

23. İşə baxmış məhkəmə kollegiya ekspertin iştirakı ilə baxış keçirmək üçün mübahisəli evə getmiş, lakin cavabdeh-apellyator mübahisəli evin qapısını açmadığından və üçüncü şəxsin evində yaşayan sakinin olmaması səbəbindən evlərin içərisinə vizual baxışın keçirilməsi mümkün olmamışdır. Buna baxmayaraq ekspert və kollegiya tərəfindən mübahisəli ünvanın yerində vizual müayinəsi k eçirilmiş, iddiaçının bölünməsini tələb etdiyi evin, üçüncü şəxsin inşa etdiyi evi ilə giriş qapılarının təcrid şəkildə olması, eyni ünvanda yerləşməsi və birlikdə vahid əmlak vəziyyətində olması müşahidə olunmuşdur.

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-205/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və V.Sadıqov) Cavabdeh2 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-33/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməmişdir.

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hiss əsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi əvvəlcə öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək, payın naturada ayrılması mümkün olmadığı təqdirdə öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Yalnız bundan sonra ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, paylı mülkiyyətçi əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququna malikdir.

27. Məhkəmə kollegiyası bildirmişdir ki, iddiaçının payının naturada ayrılması mümkün olmadığından və cavabdehlərin kompensasiya vermək imkanı olmadığından əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylara mütənasib surətdə bölüşdürülməsi üçün əsaslar mövcud ola bilər. Lakin bu məqamda mübahisəli evlə eyni ünvanda yerləşən mərhum Həsən Məmmədovun mülkiyyətində olan evin də naturada ayrıla bilməsi məsələsi müzakirə edilməli və mübahisənin hüquqi cəhətdən həlli zamanı sonuncunun hüquqlarının pozulması ilə nəticələnən qərar qəbul edilə bilməz. Belə ki, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsində araşdırılma zamanı müəyyən ed ilmişdir ki, paylı mülkiyyət hüququ üzrə Cavabdeh2 1/12 hissədə, Cavabdeh1 3/24 hissə, X11 1/24 hissədə açıq saxlanılmaqla, X6 6/12 hissə və İddiaçı 24/96 hissədə məxsus olan Bakı şəhəri Ə.Nəzmi küçəsi 40 saylı evin paylara uyğun naturada bölünməsi tənasübsüz zərər vurmadan mümkünsüzlüyü müvafiq ekspertiza rəyi və mübahisəni həll edən məhkəmə kollegiyasının yerində müayinəsi zamanı vizual baxışı zamanı da öz təsdiqini mübahisəsiz olaraq tapmışdır.

28. Məhkəmə kollegiyası bildirmişdir ki, qanunvericiliyə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılmasının üsul və şərtləri haqqında razılığa gələ bilmədikdə, paylı mülkiyyətin mülkiyyətçisinə öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək hüququ verilir. Payın naturada ayrılmasına yol v erilmirsə və ya payın ayrılması ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərini paylı mülkiyyətin digər mülkiyyətçilərindən tələb edə bilər. Hazırki işin halları isə ondan ibarətdir ki, iddiaçı payının açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllığına X6 münasibətdə əməl etməmişdir. Belə ki, əvvəla iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən mübahisəli evin payçılarından biri olan X7 cavabdeh qismində işə cəlb etməmiş, Həsən Məmmədova əmlakın naturada bölünməsini təklif etməmiş, bu mümkün olmadığı halda, öz payının dəyərinin ona ödənilməsini tələb etməmişdir. Bununla da, mülki qanunvericiliyin hazırki iddia ilə müraciət edilməs i üçün təsbit etdiyi ardıcıllığa riayət etməmişdir. Belə olan halda, iddiaçının tələblərinin tam və ya qismən təmin edilməsi yekunda X1 hüquqlarının pozulması ilə nəticələnir. Birinci instansiya məhkəməsi isə bu halı tam araşdırmadan iddianı qismən təmin edərək, səhv nəticəyə gəlmişdir.

29. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli ev 5 nəfərin adına paylı mülkiyyətdə olmaqla, paylardan biri X11 1/24 hissədə məxsus olmaqla açıq saxlanılmışdır. X17 isə iddiaçı və cavabdehlərin anası olmuşdur. Kollegiyanın qənaətinə görə paylı mülkiyyətdə bir payçının payı qəbul edilmədiyi halda, paylı mülkiyyətdə olan evin, açıq hərracda satılması qanunvericiliyin tələblərinə ziddir.

30. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı və cavabdehlərin anası olan, X17nın 1/24 hissədə açıq saxlanılan payı qanunvericiliyə uyğun surətdə vərəsələr tərəfindən müvafiq qaydada qəbul edilməsi rəsmiləşdirildikdən, başqa sözlə mübahisəli evin sağ qalan vərəsələr arasında payları tam müəyyən edildikdən, eləcə də, Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllığına əməl edildikdən sonra hər bir payçı ( və ya payçılar) digər payçıları da cavabdeh kimi cəlb edərək öz payının (paylarının) açıq hərracdan satılaraq bölünməsi barədə iddia qaldıra bilər. Eyni hallar məhkəmə baxışı dövründə vəfat etmiş mübahisəli evin payçılarından biri olan 3-cü şəxs X5 payı ilə bağlı yaranacaq hüquqi münasibətlərə də aiddir.

31. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, “Azərbaycan Respubli kası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarın, Mülki Məcəllənin 215.1, 215.2, 220.1, 220.2, 220.3, 220.4, 220.5, 220.6-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-205/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması haqqında qərar çıxarılmasını xahiş etmişdir.

33. İddiaçının kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə dərindən araşdırma aparmamış, süb utlara düzgün, obyektiv qiymət verməmişdir ki, bunun da nəticəsində iddiaçının Mülki Məcəllənin 152.1-ci maddəsi ilə təsbit edilmiş hüququnu pozmuşdur. Belə ki, anası X15 tərəfindən verilmiş 23 may 2006-cı il tarixli, 2v/1-5 nömrəli vəsiyyətnamə üzrə mübahisəsi gedən Bakı şəhəri Ə.Nəzmi küçəsi 40 saylı evin 4/12 payının mülkiyyətçi olmaqla mübahisəsi gedən evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış paylı mülkiyyət payı 24/96 hissədə müəyyən edilmişdir. Bundan başqa, digər payçıların payları da daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müəyyən edilmişdir. Belə olan halda mübahisəsi gedən evin hərracda satılaraq əldə edilmiş vəsaitin paylara uyğun surətdə bölünməsinin rədd edilməsi qanun pozuntusudur.

34. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsini ləğv edən kollegiya Cavabdeh2 apellyasiya şikayətininin təmin edilməsini göstərmişdir. Halbuki, Cavabdeh2 öz apellyasiya şikayətində mübahisəsi gedən evin açıq hərracda satılmasına, əldə edilmiş vəsaitdən onun payının verilməsinə aid etirazını bildirməmiş, ümumi cümlələrlə anası tərəfindən ona verilmiş vəsiyyətnamənin “üzrsüz” hesab edilməsini göstərilmişdir.

35. Kassator daha sonra bildirmişdir ki, qətnamədə göstərilir ki, ekspert və kollegiya tərəfindən mübahisəli ünvanın yerində vizual müayinəsi keçirilmiş, iddiaçının bölünməsini tələb etdiyi evin üçüncü şəxsin inşa etdiyi evi ilə giriş qapılarının təcrid şəkildə olması, eyni ünvanda yerləşməsi və birlikdə vahid əmlak vəziyyətində olması müşahidə edilmişdir. Həqiqətən də kollegiya və ekspert tərəfindən mübahisəli yaş ayış evinə baxış keçirilmişdir, lakin baxış zamanı qətnamədə qeyd edilən vəziyyət deyil, tamamilə başqa bir vəziyyət müəyyən edilmişdir. Belə ki, üçüncü şəxs Məmmədov Həsən tərəfindən inşa edilmiş hissə bölünməsini və açıq hərrac yolu ilə satılmasını tələb edilən hissə ilə vahid əmlak vəziyyətində deyildir. Hər iki tikilinin ayrı giriş qapısı vardır, H.Məmmədov tərəfindən inşa edilmiş hissə 2 mərtəbədən ibarətdir və ayrı damın altındadır, mübahisəsi gedən hissə isə bir mərtəbədən ibarətdir və ayrıca damı vardır. İddiaçı payının ayrılması, eyni zamanda payının dəyərinin ona ödənilməsi, eyni zamanda tərəfindən digər mülkiyyətçilərin paylarına uyğun dəyərini ödəmək üçün müraciət etmişdir, lakin aralarında razılıq əldə edilməmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiy a şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

37. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

38. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

39. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.

40. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

41. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

42. Maddə 220.3. aylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

43. Maddə220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçi sinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

44. Maddə 220.5. mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.

45. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutl ara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

52. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

53. Maddə 41 8.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkə məyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

58. Məhkəmə kollegiyasının qənaətinə görə iddia tələbinə, paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılmasını tənzimləyən hüquq normaları əsasında qiymət verilməlidir.

59. Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılmasından bə hs edən 220-ci maddəsinin təhlilindən görünür ki, ümumi mülkiyyətdə olan payın naturada ayrılması mümkün olmadığı halda ayrılan mülkiyyətçinin öz payına düşən hissəyə görə digər mülkiyyətçilərdən kompensasiya ödənilməsini tələb etmək hüququ vardır. Bu mümkün olmadığı halda ayrılmaq istəyən mülkiyyətçi əmlakın satılmasını tələb edə bilər. Əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarında da göstərilir ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.

60. Baxılan işdən görünür ki, iddiaçı digər mülkiyyətçilərdən kompensasiya ödənilməsini tələb etməmişdir. Bu halda evin satılması barədə iddia tələbi təmin oluna bilməz.

61. Məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin «paylı mülkiyyət hüququ üzrə Cavabdeh2 1/12 hissədə, Cavabdeh1 3/24 hissə, X11 1/24 hissədə açıq saxlanılmaqla, X6 6/12 hissə və İddiaçı 24/96 hissədə məxsus olan Bakı şəhəri Ə.Nəzmi küçəsi 40 saylı evin paylara uyğun naturada bölünməsi tənasübsüz zərər vurmadan mümkünsüzlüyü müvafiq ekspertiza rəyi və mübahisəni həll edən məh kəmə kollegiyasının yerində müayinəsi zamanı vizual baxışı zamanı da öz təsdiqini mübahisəsiz olaraq tapmışdır» barədə dəlili ilə bağlı qeyd edir ki, bu dəlil apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərildiyi kimi X17nın 1/24 hissədə açıq saxlanılan payı qanunvericiliyə uyğun surətdə vərəsələr tərəfindən müvafiq qaydada qəbul edilməsi rəsmiləşdirildikdən, başqa sözlə mübahisəli evin sağ qalan vərəsələr arasında payları tam müəyyən edildikdən sonra evin bütövlükdə naturada bölünməsinin araşdırılması mümkündür.

62. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. 2(103)-205/2022 nömrəli,

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar