Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5136/2019 23.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı13, İddiaçı15, X5, İddiaçı5, İddiaçı7, İddiaçı2, X14, X2, İddiaçı9, İddiaçı12 və onun nümayəndəsi X3, X6 nümayəndəsi İddiaçı1 və iddiaçıların vəkili Əlizadə Akif Əkbər oğlunun iştirakları ilə, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassas iya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh1 Mənzil Tikinti Kooperativi Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 dekabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. İşin halları: İddiaçılar İddiaçı3, İddiaçı15, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı2, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı12, İddiaçı14, X14, X8 və X5 və İddiaçı13 cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinə və Cavabdeh1 Mənzil-Tikinti Kooperativliyinə qarşı "mülkiyyət hüquqlarının müdafiəsi və müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair" iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 08 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən A.Məmmədov, iş 2(004)-3142/20 17) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), X.Sarıyev və E.Şamayev, iş № 2(103)-4396/2018) iddiaçı X9 ayrıca verdiyi və digər iddiaçıların birgə verdikləri apelyasiya şikayətləri təmin edilmiş, hazırki iş üzrə Bakı Şəhəri Yasamal rayon məhkəməsi tərəfindən qəbul edilmiş 08 dekabr 2017-ci il tarixli qətnamə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçılar İddiaçı3, İddiaçı15, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı2, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı12, İddiaçı14, X14, X8, X5 və İddiaçı13 cavabdehlər Bakı Şəhəri İcra Hakimiyyətinə və Cavabdeh1nə qarşı “mülkiyyət hüquqlarının müdafiəsi və müqavilə öhdəliklərinin yerinə yeti rilməsi tələbləri barədə” iddiasının təmin edilməsi, cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinin və Cavabdeh1 həmin Kooperativin rəhbərliyinə yaxın olan şəxslər tərəfindən idarə olunan tikinti şirkətlərinin, o cümlədən “xxxx” MTK, “xxxx” MMC, “xxxx” MMC, “xxxx” MMC-nin üzərinə İddiaçı13 “xxxx” MMC ilə bağladığı 02.05.2006-cı il tarixli müqavilə əsasında Bakı şəhər, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə 630 kv.metr qeyriyaşayış sahəsi ilə, İddiaçı12 “xxxx” MMC ilə bağladığı 21.10.2006-cı il tarixli, 18.10.2007ci il tarixli, 21.01.2008-ci il tarixli müqavilələr əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə 80.000 ABŞ dolları olan mənzil ilə, İddiaçı3 “xxxx” MMC ilə bağladığı 27.04.2007-ci il tarixli müqavilə əsasında Bakı şəhər i, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 132 kv.metr olan mənzil ilə, İddiaçı7 “xxxx” MMC ilə bağladığı 12.04.2008-ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 100 kv.metr olan qeyri-yaşayış sahəsi ilə, 12.08.2007-ci il tarixli müqavilə əsasında isə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 61 kv.metr olan mənzil ilə, iddiaçı X1 “xxxx” MMC ilə bağladığı 17.10.2007-ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 20 kv.metr olan qeyri-yaşayış sahəsi ilə, İddiaçı2 “xxxx” MMC ilə bağladığı 05.08.2008-ci il tarixli, müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivind ə və ya ona yaxın ərazidə sahəsi 60 kv.metr olan mənzil ilə, iddiaçı X6 “xxxx” MMC ilə bağladığı 28.08.2008-ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 81,5 kv.metr olan mənzil ilə, İddiaçı9 “xxxx” MMC ilə bağladığı 03.11.2008-ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 50 kv.metr olan qeyri-yaşayış sahəsi ilə, 17.01.2009-cu il tarixli müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 100 kv.metr olan mənzillə, 24.06.2009-cu il tarixli müqavilə əsasında isə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 100 kv.metr olan mənzil ilə, iddiaçı X9 “xxxx” MMC ilə bağ ladığı 19.02.2009-cu il tarixli müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 61 kv.metr olan mənzil ilə, İddiaçı10 “xxxx” MMC ilə bağladığı 29.05.2009-cu il tarixli müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 94 kv.metr olan mənzil ilə, İddiaçı6 “xxxx” MMC ilə bağladığı 23 iyul 2007-ci il tarixli müqavilə üzrə sonrakı pay haqqını - 33.740 ABŞ dolları qəbul edərək onu Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 112 kv.metr olan mənzil ilə, İddiaçı5 “xxxx” MMC ilə bağladığı 04.10.2007-ci il tarixli müqavilə üzrə sonrakı pay haqqını - 19.160 ABŞ dollarını qəbul edərək onu Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 132 kv.metr olan mənzil ilə, İddiaçı14 “xxxx” MMC ilə bağladığı 11.01.2008-ci il tarixli müqavilə üzrə sonrakı pay haqqını - 2.050 ABŞ dollarını qəbul edərək onu Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 60 kv.metr olan mənzil ilə, İddiaçı8 “xxxx” MMC ilə bağladığı 18.06.2009-cu il tarixli müqavilə üzrə sonrakı pay haqqını - 17.600 manatı qəbul edərək onu Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 71,27 kv.metr olan mənzillə, 29.01.2009-cu il tarixli müqavilə üzrə sonrakı pay haqqını - 13.364 manatı qəbul edərək onu Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 61 kv.metr olan mənzil ilə, İddiaçı15 “xxxx” MMC ilə bağladığı 18.08.2010-cu il tarixli müqavi lə üzrə sonrakı pay haqqını - 8.810 manatı qəbul edərək onu Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 59 kv.metr olan mənzil ilə təmin etmək vəzifəsinin qoyulması qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 Mənzil Tikinti Kooperativi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: İddiaçılar İddiaçı13, İddiaçı3, İddiaçı15, X4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı2, İddiaçı8, İddiaçı9, İddiaçı10, X12, İddiaçı1, İddiaçı12, İddiaçı14 kassasiya şikayətinə qarşı etirazda göstərmişdilər ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 dekabr 2018-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edirlər. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçıların vəkili Əlizadə Akif Əkbər oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 dekabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlər in düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdeh MTK müqavilə üzrə üzərinə götürdüyü 85.000 kv.m yaşayış sahəsini tikərək əlavə ödənişlər olmadan və ya “xxxx” MMC-yə edilən ödənişləri nəzərə almaqla zərərçəkmiş şəxslərə təhvil vermək öhdəliyini icra etməmişdir. Apelyasi ya icraatı zamanı Məhkəmənin qərardadı əsasında iş üzrə keçirilmiş audit yoxlamasının nəticəsi ilə “xxxx” MMC tərəfindən verilmiş 08.10.2018-ci il tarixli “audit aktından” və ona əlavə edilmiş siyahılardan müəyyən edilmişdir ki, “xxxx” MMC-nin rəhbərliyi tərəfindən aldadılmış şəxslərə Cavabdeh1 MTK və ona yaxın hüquqi şəxslər tərəfindən aldadılmış şəxslərə “xxxx” MMC-nin vurduğu zərərin əvəzinin ödənilməsiməqsədi ilə mənzillərin verilməsi zamanı hazırki iddiaçılara mənzillər verilməmiş, zərər başqa qaydada ödənilməmişdir. Halbuki, digər şəxslərə dəymiş zərərin həcmindən artıq ölçüdə sahələr verilmişdir. Nəticədə iddiaçılara ümumilikdə 1.255,70 kv.metr yaşayış sahəsi və 870 kv.metr qeyri yaşayış sahəsi Cavabdeh1 MTK və ona yaxın hüquqi şəxslər tərəfindən verilməmişdir. Apelyasiya instansiya sı məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1,146.1, 152.1, 152.3, 152.5, 158.1.2, 158.4, 178.8, 385, 386.1-cı maddələrini tətbiq etmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh1 Mənzil Tikinti Kooperativi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsa sı kimi faktiki halların sadalanması ilə kifayətlənmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş hüquq pozuntusunun konkret olaraq nədən ibarət olmasını göstərməmişdir. Belə olan halda, yalnız faktiki halların sadalanması və kassatorun mülahizələri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2.-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Məsumə Vəzirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 14 may 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 21 iyun 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsi heç bir halda aşağı instansiya məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməməlidir. Kassasiya instansiyası məhkəməsi mülki işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş yeni hallarını müəyyən etməsinə həmin hallara maddi hüquq normalarını tətbiq etməsi üçün hüquqi əsas mövcud deyildir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin Konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı. Bundan əl avə kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5136/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5136/2019
23.07.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver