Məhkəmə qərarları › İş №2(102)-5138/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5138/2022

11.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5138/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fındıq ağaclarının çıxarılması və ya onların dəyərinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “fındıq ağacların çıxarılması və ya onların dəyərinin ödənilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-735/2022 nömrəli, 25 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 11 oktyabr 2022-ci il ta rixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Zaqatala rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1999-cu il tarixli 81 saylı qərarına əsasən İddiaçı mülkiyyətinə 11290,09 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, bu barədə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunmuşdur.

2. Həmin torpaq sahəsinin yanında yerləşən 1,3678 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi isə X2 və ailə üzvləri mülkiyyətinə verilmişdi və sonuncu 05 fevral 2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsini Cavabdeh satmışlar.

3. Satılmış torpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüququ daşınmaz əm lakın dövlət reystrində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir.

4. İddiaçı bildirir ki, Cavabdeh mülkiyyətində olan torpaq sahəsində fındıq ağacları əkmiş, uzun müddət qulluq edib becərmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Dardoqqaz kəndi yaxınlığında yerləşən, cavabdehə məxsus torpaq sahələrində əkilmiş fındıq ağaclarının çıxarılması və ya onların dəyəri və torpaq sahəsinə çəkilmiş xərclərlə birlikdə cəmi (9000 manat 60 ağacın qiyməti+2040 çəkilmiş xərc) 11040 manat pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Zaqatala rayonun Göyəm kəndində yaşayır. Torpaq islahatı zamanı Göyəm kəndi ərazisi olan Dardoqqaz kəndinin yaxınlığında ona və ailə üzvlərinin mülkiyyətinə Zaqatala rayon Aqrar İslahat komissiyasının 27 dekabr 1999-cu il tarixli 81 saylı qərarı ilə 11290.09 kv.m torpaq sahəsi verilib. Həmin torpaq sahəsində fındıq ağacları əkmişdir. Bu torpaq sahəsinin yaxınlığında kol-kos basan, istifadəsiz torpaq sahəsi vardı və Bələdiyyə yarandıqdan sonra - 2002-ci ildə Göyəm Bələdiyyə sədri işləmiş Murtuzəli Şabanovdan torpağın qonşuluğunda olan, kol-kos basan torpaq sahəsinin kimə məxsus olmasını soruşduqda, bələdiyyə torpağı olduğu bildirilmişdir. Həmin torpağı istifadə etmək üçün Bələdiyyə sədrindən icazə almış, onun icazəsi ilə həmin torpağı təmizləyərək orada 60 topa fındıq ağacları əkmişd ir. Bələdiyyə sədri həmin torpağın sənədlərini hazırlanması və ona icarəyə verilməsinə köməklik göstərməsinə söz vermiş, lakin Bələdiyyə sədrinin vaxtsız ölümü onların işlərini dayandırmışdır. Hazırki Bələdiyyədə heç bir etirazı olmadığından əkdiyi fındıq ağaclarından istifadə edir. Lakin 2020-ci ilin yay aylarında cavabdeh Mamed Əlicanov ona bildirmişdir ki, həmin torpağı Göyəm kənd sakini Qurban adlı şəxsdən almışdır. Belə olan halda o, Mamed Əlicanova təklif etmişdir ki, həmin torpağa əkdiyi ağacların artıq 17 yaşı vardır, hər il hər agac 7-8 kq fındıq məhsulu verir, böyük ağaclar olduğundan çıxarılıb köçürülməsi çətin və xərc aparan işdir, ona görə də həmin ağacların pulunu ona ödəsin və ağaclar ona qalsın. Lakin cavabdeh onun təklifi ilə razılaşmamış və dəyərindən aşağı qiymət təklif etmişdir. Belə olan halda o, əkdiyi ağacları çıxartmaq qərarına gəlmiş, ağacları çıxartmağa başlayan zaman cavabdeh polisin "102" xidmətinə zəng edib şikayət etmiş, ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

7. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

8. Zaqatala Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(033)-446/2021 nömrəli qətnaməsi ilə (hakim Elbrus Məmmədov) iddia təmin olunmuş, Zaqatala rayonu Dardoqqaz kəndi yaxınlığında yerləşən Cavabdeh məxsus torpaq sahələrində İddiaçı tərəfindən əkilmiş fındıq ağaclarının iddiaçının hesabına çıxarılması qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haq lı olmuşdur. 8.1. Belə ki, məhkəmə iclasında tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinin tərəflərin izahatları və iş materialları əsasında araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, iş üzrə Cavabdeh mülkiyyətinə Seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında verilmiş 1,3678 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi əvvəllər İddiaçı istifadəsində olmuş, sonuncu tərəfindən həmin torpaq sahəsinə fındıq kolları əkilərək hal-hazıradək xidmət göstərilmişdir. Sonradan islahat zamanı həmin ərazi içərisində iddiaçıya məxsus əmlakın (fındıq kollarının) olmasına baxmayaraq X1 ailə üzvlərinin mülkiyyətinə işlənilmiş, sonuncu isə həmin torpaq sahəsini hazırkı iş üzrə cavabdehə 05 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında satmışdır. Sözügedən torpaq sahəsində iddiaçı tərəfindən 60 ədəd fındıq topunun əkilərək hazırkı vəziyyətə gətirilməsini məhkəmə iclasında tərəflər mübahisələndirməmişlər. Yaranmış vəziyyətdə torpaq sahəsi iş üzrə cavabdehin mülkiyyətində, torpaq sahəsində yerləşən 60 topa fındıq kolu isə iddiaçının mülkiyyətindədir. Yəni sözügedən fındıq topalarına münasibətdə iddiaçının əmlak hüquqları mövcuddur.

10. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, fındıq ağaclarının çıxarılması iddiaçının hesabına olmalıdır. Əks təqdirdə qətnamənin gələcəkdə icrası mümkünsüz olardı.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 158.1.2, 158.2, 158.3, 158.4,, Mülki Prosessual Məcəlləsinin 9.1, 14.2, 77.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya ins tansiyası məhkəməsindəki birinci icraat

12. Qətnamədən narazı qalan cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir.

13. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(107)-1503/2021 nömrəli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və A.Mahmudov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Zaqatala Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(033)-446/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı Cavabdeh qarşı Zaqatala rayonu Dardoqqaz kəndi yaxınlığında yerləşən cavabdeh olan sonuncuya məxsus torpaq sahəsində əkilmiş fındıq ağaclarının çıxarılması və ya onların dəyəri və torpaq sahəsinə çəkilmiş xərclərlə birlikdə cəmi (9000 manat 60 ağacın qiyməti+204 0 çəkilmiş xərc) 11040 manat pulun cavabdehdən alınıb verilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Zaqatala rayonu Dardoqqaz kəndi yaxınlığında Zaqatala rayon Aqrar İslahat komissiyasının 27 dekabr 1999-cu il tarixli 81 saylı qərarı ilə İddiaçı verilmiş 11290.09 kv.m torpaq sahəsinin qonşuluğunda yerləşən hal-hazırda Cavabdeh məxsus olan 1,3678 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində İddiaçı tərəfindən əkilmiş 60 top fındıq ağaclarının İddiaçı hesabına çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(033)446/2021 nömrəli qətnaməsinin nəticə hissəsində Zaqatala rayonu Dardoqqaz kəndi yaxınlığında yerləşən Cavabdeh məxsus to rpaq sahələrində İddiaçı tərəfindən əkilmiş fındıq ağaclarının iddiaçının hesabına çıxarılması göstərilmiş, lakin məhz hansı torpaq sahəsindən söhbət getdiyi, həmçinin hansı və nə qədər fındıq ağacının çıxarılması qət edildiyi aydın göstərilməmişdir.

15. Məhkəmə kollegiyası iddiaçının həmin ağacların dəyəri və torpaq sahəsinə çəkilmiş xərclər olaraq tələb etdiyi 11040 manat pula (9000 manat 60 ağacın qiyməti+2040 çəkilmiş xərc) münbasibət bildirərək qeyd etmişdir ki, yaxşılaşdırmalar olaraq əkilmiş fındıq ağaclarının çıxarılaraq köçürülməsi mümkün olduğundan, həmin yaxşılaşdırmaların dəyərinin ödənilməsinin tələb edilməsi hüququ aradan qalxır.

16. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində torpağı üzərində fındıq ağacları ilə birgə alması və hazırki iddia üzrə cavabdeh olmama lı olması barədə göstərdiklərinə münasibət bildirərək qeyd etmişdir ki, həmin torpaq sahəsini cavabdehə satmış olan torpaq sahəsinin keçmiş mülkiyyətçiləri X3 və onun ailə üzvləri üçüncü şəxs qismində cəlb edilmiş və X3 məhkəmə iclasında verdiyi izahatında torpaq sahəsini cavabdehə boş torpaq sahəsi halında satdığını, torpaq sahəsi satılan zaman üzərində heç bir ağac nəzərdə tutulmadığını qeyd etmişdir. c) Kassasiya instansiya məhkəməsindəki birinci icraat

17. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2022-ci il tarixli, 2(102)-1161/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(107)1161/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.

20. Məhkəmə hesab etmişdir ki, X2 apellyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli iclasında verdiyi izahatında torpaq sahəsini cavabdehə boş torpaq sahəsi kimi satdığını, torpaq sahəsi satılan zaman üzərində heç bir ağac nəzərdə tutulmadığını bildirsə də, məhkəməyə həmin halı təsdiq edən hər hansı bir mötəbər sübut təqdim etməmiş, apellyasiya instansiyası məhkəməsi isə X1 izahatında qeyd etdiyi halı digər sübu tlarla yanaşı yoxlamamış və qiymətləndirməmişdir.

21. Halbuki, MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

22. İslahat zamanı mübahisəli torpaq sahəsi X1 mülkiyyətinə verilərkən tələb edilən fındıq ağacları ilə birlikdə verilmiş və sonuncu həmin torpaq sahəsini Cavabdeh fındıq ağacları ilə birlikdə satmışdır.

23. Belə olan halda qeyd edilən fındıq ağaclarına münasibətdə faydalanan şəxs kimi Cavabdeh deyil X2 çıxış etmişdir.

24. Məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd edilən sübutlar hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olsa da apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddə sinin tələblərinə riayət etməklə həmin sübutlara məcmu halında hüquqi qiymət verməmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

25. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 may 2022-ci il tarixli, 2(107)-735/2022 nömrəli qətnaməsi ilə (hakimlər A.Eyvazov, G.Abbasov və İ.Şükürov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı Cavabdeh qarşı iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

26. Məhkəmə hesab etmişdir ki, X2 apellyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli iclasında verdiyi izahatında torpaq sahəsini cavabdehə boş torpaq sahəsi kimi satdığını, torpaq sahəsi satılan zaman üzərində heç bir ağac nəzərdə tutulmadığ ını bildirsə də, məhkəməyə həmin halı təsdiq edən hər hansı bir mötəbər sübut təqdim etməmiş, apellyasiya instansiyası məhkəməsi isə X1 izahatında qeyd etdiyi halı digər sübutlarla yanaşı yoxlamamış və qiymətləndirməmişdir.

27. Həmçinin, işin mübahisələndirilməyən hallarına əsasən Cavabdeh mülkiyyətinə seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında verilmiş 1,3678 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi əvvəllər İddiaçı istifadəsində olmuş, sonuncu tərəfindən həmin torpaq sahəsinə fındıq kolları əkilərək hal-hazıradək xidmət göstərilmişdir. Sonradan islahat zamanı həmin ərazi içərisində iddiaçıya məxsus əmlakın (60 ədəd fındıq kollarının) olmasına baxmayaraq X1 ailə üzvlərinin mülkiyyətinə verilmiş, sonuncu isə həmin torpaq sahəsini hazırkı iş üzrə cava bdehə 05 fevral 2017-ci il tarixli alğı-satqı müqaviləsi əsasında satmışdır.

28. Yəni islahat zamanı mübahisəli torpaq sahəsi X1 mülkiyyətinə verilərkən tələb edilən fındıq ağacları ilə birlikdə verilmiş və sonuncu həmin torpaq sahəsini Cavabdeh fındıq ağacları ilə birlikdə satmışdır.

29. Belə olan halda qeyd edilən fındıq ağaclarına münasibətdə faydalanan şəxs kimi Cavabdeh deyil, X2 çıxış etmişdir.

30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 76, 88, 106.1-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şika yəti onunla əsaslandırılmışdır ki, cavabdehin mülkiyyətində olan fındıq ağacları iddiaçı tərəfindən əkilmişdir və onun ağaclara dair əmlak hüquqları var. Belə olan təqdirdə fındıq ağacları cavabdehin mülkiyyətindən çxarılmalı və iddiaçının iddia tələbi təmin olunmalıdır.

33. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1,157.7, 158..2, 158.3, 158.4, MPM-nin 9.3, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 41. maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müə yyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4 -cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

46. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

47. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

48. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

49. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətn amə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, torpaq islahatı zamanı mübahisəli torpaq sahəsi X1 mülkiyyətinə verilərkən tələb edilən fındıq ağacları ilə birlikdə verilmiş və sonuncu həmin torpaq sahəsini Cavabdeh fındıq ağacları ilə birlikdə satmışdır.

54. Buna görə də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq mübahisəli fındıq ağaclarına münasibətdə faydalanan şəxs kimi Cavabdeh deyil, X2 çıxış etdiyini bildirmiş və iddianı rədd etmişdir.

55. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsasla ndırma ilə razılaşır.

56. Kassasiya şikayətlərində sadalanan hallar işin faktik halları, həmin faktların araşdırılmaması barədədir ki, bu hallar kassasiya qaydasında araşdırmanın predmetini təşkil etmir. Kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır.

57. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

58. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddəl ərini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-735/2022 nömrəli, 25 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar