Məhkəmə qərarları › İş №2(102)-5144/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5144/2019

08.08.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5144/2019 08.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İbayev Vafəddin Ələm oğlundan və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, katib E.Şirinovun, iddiaçı x1 və vəkili İmanov Faiq Zülfüqar oğlunun iştirakı ilə, iddiaçı x1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 avqust 2018-ci il tarixli, 2(001)5345/2018 saylı qətnaməsi ilə (hakim A.Rzayev) iddia tələbi qismən təmin edilərək, x3 15.480 ABŞ dolları pulun x3 alınaraq x1 verilməsi, iddianın qalan hissələrdə rədd edilmə məsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 yanvar 2019-cu il tarixli, 2(103)-4/2019 saylı qətnaməsi ilə (hakimlər: Z.Əliyev, F.Talışinski, R.Eyvazov) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5345/2018 saylı, 08 avqust 2018-ci il tarixli qətnaməsi mənəvi ziyanın tutulması tələbinin rədd edilməsi hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilmiş, x3 mənəvi zərərin əvəzi kimi 1.000 manat məbləğində pulun alınaraq, x1 verilməsi, mənəvi zərər tələbinin qalan hissəsinin rədd edilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı x1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 yanvar 2019-cu il tarixli, 2(103)-4/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışı na göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1, 16.980 ABŞ dolları vurulmuş maddi ziyan, 250.000 manat mənəvi ziyan, hüquqi xidmətə görə 500 manat və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər x2, x3 və x4-dən müştərək qaydada tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 yanvar 2019cu il tarixli, 2(103)-4/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi b arədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı x1 və vəkili İmanov Faiq Zülfüqar oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Cavabdeh x2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən işin baxılmasında onun iştirakını mümkün hesab etmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçını və vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişd irilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşin müəyyən edilmiş faktiki hallarına görə, x1, 2017-ci ilin aprel ayının 28-də özündə olan 15.480 ABŞ dolları məbləğində pulu Azərbaycan manatına dəyişmək üçün Bakı şəhəri Binə Ticarət Mərkəzində işləyən x3 vermiş, sonuncu, 220 dollarını manatla ona ödəmiş, lakin qalan 15.480 ABŞ dollarını manata dəyişdirməklə ona qaytarmamışdır. x1, həmin məbləğdə pulu iddiaçıya verəcəyi barədə sanəd yazmış və onun bu məzmunda yazı ilə birgə görüntüsü iddiaçı tərəfindən fotoya çıxarılmışdır. Buna baxmayaraq, həmin vəsait iddiaçıya qaytarılmamışdır. Qeyd edilənlər işin mübahisəsiz hallarıdır. İddiaçı əlavə olaraq bildirir ki, 15.480 ABŞ dollarının 10.000 dollarını ondan məhz x2 götürmüş və manata dəyişdirmək üçün öz valyuta dəyişmə məntəqəsi nə getmiş, lakin geri qayıtmamışdır. Cavabdeh fiziki şəxslər, pulu qaytaracaqlarına söz verib alınan pul məbləğini vərəqə yazıb onlara vermiş, bunu videoya çəkdirmişdir. Bundan təxminən 25 gün sonra x1 pulu dövriyyədən çıxarmaq adı ilə ondan əlavə 1.500 dollar pul almışdır. x1 və x2 Binə Ticarət Mərkəzinə aid valyuta dəyişmə məntəqələrini işlətməklə, 2006-cı ildən oranın işçiləridirlər. Həmin Mərkəz isə x4-yə məxsusdur. Ona görə x4, öz işçiləri tərəfindən törədilmiş deliktə görə cavabdehlik daşıyır. Məhkəmə kollegiyası iddianın “x3 əlavə olaraq 1.500 ABŞ dollarının verilməsi, 10.000 ABŞ dollarının məhz x2 təqdim olunması, zərərin əvəzinin həm də x2 tutulması” hissələri ilə bağlı bildirir ki, sübutetmə yükü baxımından həmin halları sübuta yetirmək iddiaçının vəzifəsidir. Belə ki, Mülki Pros essual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Buna baxmayaraq, iddiaçı, 10.000 ABŞ dolları məbləğində pulu x2, habelə x3 əlavə olaraq 1.500 dolları pul verməsini təsdiqləyən mötəbər sübutları məhkəmələrə təqdim etməmişdir. Məhkəmə kollegiyası bu xüsusatla bağlı onu da nəzərə alır ki, cavabdeh x1un qaytarmalı olduğu 15.480 ABŞ dolları borca dair iddiaçı x1 tərəfindən təqdim edilmiş sübutlarda (qaytarılacağına söz verilən pul məbləğininin vərəqə yazılan görüntüsünü əks etdirən fotolarda) 1.500 dollar əlavə borc məbləği, habelə borca x2un da məsul olması barədə məlumatlar əks olunmamışdır. 1.500 manata dair qeydin fotoşəkilindən isə həmin yazının kimə məxsus olmasını müəyyən etmək mümkün deyil. Belə olan halda, Kollegiya, sözügedən xüsusatlarla bağlı yalnız iddiaçının izahatını sübutetmə baxımından kifayətedici saymır. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göstərilənlərə əsasən, iddia tələbi əlavə veri ldiyi bildirilən 1.500 ABŞ dollarının tutulmasına və cavabdeh x2 aid hissələrdə əsassızdır. Məhkəmə kollegiyası, “pulun cavabdeh x4-dən də tutulması” tələbi ilə bağlı bildirir ki, cavabdeh x1un işlədiyi iddia edilən valyuta dəyişmə məntəqəsinin həmin cəmiyyətə məxsus olduğu Binə Ticarət Mərkəzində yerləşməsi (yaxud onun həmin mərkəzdə işləməsi) x3 öhdəliklərinə görə x4-nin məsuliyyət daşıması üçün əsas deyil. Belə ki, iddiaçı cavabdeh x4-nin mülki-hüquq pozuntusu (delikt) normaları çərçivəsində məsuliyyət daşıdığını bildirsə də, Kollegiya onun mövqeyi ilə razılaşmır. Ona görə ki, əvvəla, iddiaçı x1 ilə cavabdeh x1 arasındakı münasibət mülki-hüquq pozuntusu (delikt) deyil, müqavilə münasibətidir. Belə ki, iddiaçı ilə həmin cavabdeh, 15.700 ABŞ dollarının Azərbaycan manatına dəyişdirilməsi b arədə şifahi müqavilə bağlamışlar. Bu müqavilə çərçivəsində iddiaçı, xarici valyutanı cavabdehə vermiş, sonuncu isə öhdəliyini pozaraq, həmin əşyanın ekvivalenti olan Azərbaycan manatını tam şəkildə iddiaçıya təqdim etməmişdir. Mülki Məcəllənin 135.1-ci, 662.1-ci, 662.2-ci və 664-cü maddələrinə əsasən, pullar və sənədli qiymətli kağızlar da əşyadır. Dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. Dəyişdirmə müqaviləsinə uyğun olaraq dəyişdirilən malların verilməsi müddətləri üst-üstə düşmədikdə digər tərəf malı verdikdən sonra malı verməli olan tərəfin malı vermək öhdəliyinin icrasına öhdəliklərin qarşılıqlı icrası haqqında qaydalar tətbiq edilir. Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstəriş lər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 567-ci və 597.1-ci maddələrinə əsasən, alqı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alıcı əşyanı alğısatqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. İkincisi, hətta cavabdeh x1 iddiaçıya qarşı delikt törətmiş olsaydı belə, buna görə x4 məsuliyyət daşıya bilməzdi. Mülki Məc əllənin 1099-cu maddəsinə görə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göründüyü kimi, hüquqi şəxs, mülki hüquqi müqavilə ilə münasibətində olduğu fiziki şəxsin törətdiyi deliktə görə, yalnız o zaman məsuliyyət daşıyır ki, həmin fiziki şəxs hüquqi şəxsin tapşırığı əsasın da, nəzarəti altında, habelə onun mənafeyi üçün fəaliyyət göstərmiş olsun. Baxılan işdə isə x1un x4-nin tapşırığı və nəzarəti altında, habelə onun mənafeyi üçün fəaliyyət göstərməsi aşkar edilməmiş, iddiaçı da bu barədə sübutlar təqdim etməmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi, cavabdeh x3 əlavə olaraq 1.500 ABŞ dolları məbləğində pul tutmamaqla, habelə iddianı cavabdehlər x2 və x4-yə aid hissələrində rədd etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası mənəvi zərərlə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlm əsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Baxılan işdə cavabdeh x1un iddiaçı qarşısında müqavilə öhdəliyini pozmaqla ona maddi zərər vurması, həmin zərəri uzun müddət ərzində aradan qaldırmaması, iddiaçının pozulmuş hüququnun bərpası üçün sübutlar toplamaq, müxtəlif dövlət orqanlarına (polis, məhkəmə) çoxsaylı ərizə və şikayətlər etmək məcburiyyətində qalması özü-özlüyündə iddiaçının psixoloji sarsıntı və iztirab keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmə k üçün kifayət edir və bu faktın əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur. Məhkəmə, mənəvi zərərin hansı miqdarda tutulması ilə bağlı bildirir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndinə görə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mən əvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Kollegiya, iddiaçının uzun müddət ərzində öz pul vəsaitindən məhrum olmasını, hüququnun pozulmasının aradan qaldırılması məqsədilə işlərin görüldüyü müddət ərzində onun keçirdiyi mənəvi izti rab və sarsıntıları, dəymiş maddi zərərin ümumi məbləğini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, cavabdeh x3 mənəvi zərərin əvəzi kimi iddiaçının xeyrinə 1.000 manat məbləğində pulun tutulması məqsədəmüvafiqdir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıls

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar