Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5145/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin sədri X16 cavabdeh İddiaçı2 qarşı QƏRARİ Açar sözlər: Hüquqi şəxsin qanuni təmsilçisi olması barədə bütün sənədlərin etibarsız hesab edilməsi və qeydiyyatın ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin sədri X16 cavabdeh İddiaçı2 qarşı hüquqi şəxsin qanuni təmsilçisi olması barədə bütün sənədlərin etibarsız hesab edilməsi və qeydiyyatın ləğvi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-293/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 17 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. “İşgəncələrə qarşı Azərbaycan Komitəsi”nin İctimai Birliyinin 01 aprel 2009cu il tarixli protokolunun kserosurətindən görünür ki, X1 xaric edilmişdir. 2. xx.xx.2016-cı il tarixli Respublika qəzetində “İşgəncələrə qarşı Azərbaycan Komitəsi”nin İctimai Birliyinə məxsus möhür itdiyi üçün etibarsız sayılması barədə elan dərc edilmişdir. 3. “İşgəncələrə qarşı Azərbaycan Komitəsi”nin X36 Yığıncağının xx.xx.2018-ci il tarixli qərarından çıxarışdan görünür ki, Heydərov X29 Birliyin sədri seçilmişdir. 4. “İşgəncələrə qarşı Azərbaycan Komitəsi”nin X36 Yığıncağının xx.xx.2018-ci il tarixli protokolundan görünür ki, Heydərov X29 Birliyin sədri seçilmişdir. 5. xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası ƏN X3 Reyestrindən çıxarışa əsasən, İddiaçı2 ümumi yığıncağın xx.xx.2015-ci il tarixli qərarı və sənədləri ilə “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” X37 heyətinin sədri seçilmişdir. 6. 17.12.2018-ci il tarixli AR ƏN X3 Reyestrindən çıxarışa əsasən, İddiaçı2 ümumi yığıncağın xx.xx.2018-ci il tarixli qərarı və sənədləri ilə “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” X37 heyətinin sədri seçilmişdir.
7. Cavabdeh xx.xx.2018-ci il tarixli ərizəsinə əsasən, “İşgəncələrə qarşı Azərbaycan Komitəsi”nin İctimai Birliyi üzvlərinin 21 noyabr 2018-ci il tarixli Ümumi Y ığıncağı keçirilmişdir. 8. “İşgəncələrə qarşı Azərbaycan Komitəsi”nin X36 Yığıncağının xx.xx.2018-ci il tarixli protokoluna əsasən, “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin seçki orqanlarının hesabatları müsbət qiymətləndirilmiş və qənaətbəxş hesab edilmişdir. Elmira Behbudova, İddiaçı2, Əliməmməd Nuriyev, Sevil Allahverdiyeva, Mirəli Hüseynov “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” X37 Heyətinin üzvləri, Qartal Hüseynov, Cəlal Salayev, Elçin Şirinov “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” X24 Təftiş Komisssiyasının üzvləri, İddiaçı2 “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin sədri, Əliməmməd Nuriyev isə “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin sədr müavini seçilmişdir. İddiaçı2 “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin s əlahiyyətli şəxsi hesab edilmişdir. 9. 30.11.2020-ci il tarixli AR ƏN X3 Reyestrindən çıxarışa əsasən, İddiaçı2 ümumi yığıncağın xx.xx.2018-ci il tarixli qərarı və sənədləri ilə “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” X37 heyətinin sədri seçilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin sədri Heydərov Vəli Ağabala oğlu cavabdeh İddiaçı2 qarşı “qanuni təmsilçi olması barədə sənədlərin və qeydiyyatın ləğvi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh hüquqi şəxsin qanuni təmsilçisi olması barədə bütün sənədlərin etibarsız sayılması və Cavabdeh “İsgəncələrə Qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin sədri kimi qeydiyyatının ləğv e dilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin sədri Heydərov Vəli Ağabala oğlunun nümayəndəsi və vəkili X41 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimati Birliyinin keçmiş sədri X32 13 noyabr 2015-ci il tarixdə vəfat etmişdir. Onun vəfatı ilə əlaqədar olaraq Komitənin Nizamnaməsinin müvafiq maddəsinə istinad edərək, eyni zamanda Elçin Behbudovun ölüm kağızına əsaslanaraq, Komitənin təsisçisi Pərviz Deyistani və bir neçə Komitə üzvü ilə birlikdə möhür və digər sənədlərin alınması üçün Elçin Behbudovun həyat yoldaşı Elmira Behbudovanın evinə getmiş, söhbət əsnasında Elmira Behbudova bildirmişdir ki, möhür, nizamnamə, reyestr və digər sənədlər itmişdir. Komitənin təsisçisi bu haqda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslər və X7 Dövlət Qeydiyyatı İdarəsinə 2016-cı ilin yanvar ayının 16-da məlumat verilmişdir. Eyni zamanda 23 yanvar 2016-cı ildə Respublika qəzetində möhür və sənədlərin itməsi barədə məlumat dərc olunmuş, bundan sonra yeni möhür alınmışdır. Eləcə də, Komitənin xx.xx.2018-ci il tarixdə 38 nəfər üzvü ilə keçirilmiş iclasında qərara alınmışdır ki, “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin təsisçilərindən biri və sədr olan X18 vəfatı ilə əlaqədar notarial qaydada ölüm haqqında şəhadətnaməyə əsasən sədrliyinə xitam verilsin. Heydərov Vəli Ağabala oğlu “İşgəncələrə qarşı Azərbaycan Komitəsi”nə sədr qəbul olunsun. Qurumun adından dəyişikliklərin dövlət qeydiyyatına alınması ba rədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət edilməsi səlahiyyəti Heydərov Vəli Ağabala oğluna verilsin. Sonradan Komitəyə məlum olmuşdur ki, heç də hər şey Elmira Behbudovanın bildirdiyi kimi deyilmiş. Belə ki, Elmira Behbudova möhür və digər sənədlərin itməsi fikrini məqsədli olaraq demişdir. Komitənin təsisçisi və üzvlərinin xəbəri olmadan Komitənin nizamnaməsini, eyni zamanda halhazırda qüvvədə olan qeyri-hökümət təkilatları ilə bağlı qanunların müvafiq maddələrini kobud şəkildə pozaraq, heç kimlə hesablaşmadan, şəxsi mənafeyini üstün tutuaraq kürəkəni Cavabdeh “İşgəncələrə qarşı Azərbaycan Komitəsi" İctimati Birliyinin sədri təyin etmiş, onun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsində sədr kimi qeydiyyata alınmasına nail olmuşdur. Eyni zamanda xx.xx.2018-ci ildə “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin geniş iclası keçirilmiş və 54 nəfər yeni üzv qeydiyyata alınaraq təsdiq edilmişdir. Eyni zamanda 5 nəfərdən ibarət yeni idarə heyəti yaradılmışdır. Təsisçinin yəni, Deyistani Pərvizin təqdimatı və idarə heyətinin qərarı ilə yeni sədr iddiaçı, Heydərov Vəli Ağabala oğlu seçilmişdir. 19 iyul 2018-ci ildə möhür təsisçi Deyistani Pərviz tərəfindən iddiaçıya akt əsasında təhvil verilmişdir. Bütün bunlara baxmayaraq guya itmiş möhür hal-hazırda İddiaçı2 tərəfindən qanunsuz olaraq sədr kimi istifadə edilir.
12. İddiaçı “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin sədri Heydərov Vəli Ağabala oğlu məhkəmə iclasında bildirmişdir ki, o, 2018-ci ilin iyul ayının 9da seçilmişdir. Onlar müavin olmamışdır. Həmin vaxt ancaq Pərviz idi. O, 50 nəfərin iştirakı ilə komitəyə sədr seçilmişdir. Pərvizin iştirakı ilə seçilmişdir. Orada yeganə hüququ olan şəxs Pərviz idi. Pərviz Ədliyyə Nazirliyinə möhür vermiş, cavabdeh tərəfin möhürü qüvvədən düşmüşdür.
13. Məhkəmə iclasında iştirak edən cavabdeh İddiaçı2 izahat verərək bildirir ki, iddia tələbini qəbul etmir və yığıncağın qərarları ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etdiyini bildirmişdir. Digər tərəf Nazirliyə saxta sənədlər təqdim etmişdir, bununla bağlı onlara nazirlikdən məktub gəlmişdir. Komitənin üzvləri 2015-ci ilin dekabr ayında seçilmişdir. O, seçilərkən 22 nəfər komitə üzvləri iştirak etmişdir. İdarə heyətinin 4 üzvü iştirak etmişdir. Yığıncağın keçirilməsi ilə bağlı üzvlərə Sadiq Bayramov zəng edərək xəbər vermişdir. Elçın müəllimin vəfatından sonra tək səlahiyyətli şəxs Sadiq Bayramov olmuşdur. Sadiq Bayramov ona etibarnamə vermişdir.
14. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 izahat verərək bildirmişdir ki, iddia tələbi tamamilə əsassızdır. Onlar Nazirliyə saxta sənədlə müraciət etmişlər. Möhür həmişə yoldaşında və onda olurdu. Pərviz adlı şəxsi o, heç vaxt görməmişdir. İlk dəfə yoldaşının yasında görmüş, ondan sonra bir daha görməmişdir. Vəli adlı şəxsi heç vaxt görməmişdir, onu tanımır. Onun komitəyə heç bir aidiyyatı yoxdur. Komitə yaranandan hüquqi ünvan onların evidir. O komitənin müavinidir. Möhür də həmişə evlərində olmuşdur. Komitə ilə bağlı bütün sənədlər evlərinə gəlirdi.
15. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X42 izahat verərək bildirir ki, o, 2007-ci ilədən komitədə fəaliyyət göstərir. İddiaçının komitə ilə heç bir əlaqəsi yoxdur. Bu insanı 1-ci dəfədir ki, görür. Onların möhürü və sənədləri saxtadır. Komitədə təsisçi 3 nəfər olmuşdur. 2009-cu ildə Pərviz çıxmış, Elçin Behbudov isə vəfat etmişdir. Digər təsisçi Bayramov Sadiq isə İddiaçı2 etibarnamə vermişdir.
16. Məhkəmə iclasında şahid qismində dindirilmiş X40 izahat verərək bildirmişdir ki, Behbudov Elçin 2015-ci ildə rəhmətə gedəndən sonra Elmira ilə danışmış, o da demişdir ki, sədr o olacaq. Komitənin içində parçalanma olmuşdur. Onlar 2015-ci ilin dekabr ayında iclas keçirmişlər. İclasda səs çoxluğu ilə Elşad Həmidov sədr seçilmişdir. Sonra Elmira demişdir ki, nizamnamə və möhür yoxdur, oğurlayıblar. O, yanvarda notariusa yazılı məktub göndərmişdir. Sonra qəzetə elan vermişdir. Axtarışa vermişlər, lakin yenə də tapılmamışdır. O, yeni möhür çıxarmışdır. Möhürün eskizini Ədliyyə Nazirliyinə göndərmişdir. Cavabdehlər etibarsız möhürlə necə iş görüblər?! Vəlini isə Elşad gətirmişdir. Elşad 2008-ci ildən Komitənin üzvüdür. Elşad səhhəti ilə bağlı işə gələ bilməyəndə Vəlini yerinə məsləhət görmüşdür. Elşad rəhmətə gedəndən sonra Vəli seçilmişdir. Əlavə olaraq bildirmişdir ki, 2002-ci ildən Komitənin üzvüdür, həm də təsisçisidir. Onun iştirakı olmadan iclasın keçirilib-keçirilməməsini bilmir. Möhürü istəməyi barədə rəsmi akt var. Turalın seçilməsi barədə ona məlumat verilməmişdir. Onların komitəsində heç bir təsisçi heç bir halda çıxarıla bilməz. Elçin ona 2009-cu ildə vəsiqə vermişdir. 2009-cu ildən sonra o da təsisçi kimi proseslərdə iştirak etm işdir. O, 2017-ci ildən həm təsisçi, həm də aparat rəhbəri kimi seçilmişdir.
17. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 izahat verərək bildirmişdir ki, Elçinin sağlığında o, ora üzv olmuşdur. O, öləndən sonra kimin nə etdiyini bilmir. Həmin Komitəyə əslində Elçinin həyat yoldaşı seçilməli idi. Möhürün itib-itməməsini özləri bilər. Elşad öləndən sonra kimin seçilməsi barədə xəbəri yoxdur, nə də iştirak etməmişdir. Halhazırda komitənin üzvüdür. Vəsiqəsi 2019-cu ilin əvvəlində verilmişdir. Yeni sədrin seçilməsi barədə xəbəri yoxdur. Vəlinin seçilməsindən xəbəri yoxdur. Təsisçi Pərviz olmuşdur. Elşad olanda Pərvizi görməmişdir.
18. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahat verərək bildirmişdir ki, 2006-cı ildən bugünədək komitə rəhbəri olmuşdur. Elçin öləndən sonra hansı hadisələrin baş verdiyini bilmir. Elçinin 40-ı çıxandan sonra Pərvizlə Elçinin evinə getmişlər. Yoldaşı möhürün itdiyini demiş, onlar da yenisini almışdır. Turalın sədr seçilməsi ilə bağlı xəbəri yoxdur.
19. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 izahat verərək bildirmişdir ki, 2018-ci ilin əvvəlindən komitədə işləyir. Möhür itmiş, elan verilmiş, yeni möhür alınmışdır. Yeni sədr Vəli seçilmişdir. Turalın sədr seçilməsi ilə bağlı xəbəri yoxdur. Vəli sədr seçiləndə iştirak etməmişdir.
20. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin (X11) 2(004)-7085/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
21. Məhkəmə qeyd etmişdir ki, X22 Komitənin möhür və sənədlərini tələb etmək, bu sənədlərin itməsi barədə akt tərtib etmək, həmçinin bununla əlaqədar Respublika qəzetin də elan vermək kimi səlahiyyəti olmamışdır.
22. Belə ki, iş materiallarında olan xx.xx.2009-cu il tarixli “İşgəncələrə qarşı Azərbaycan Komitəsi”nin İdarə Heyətinin iclasının protokoluna əsasən, X4 təsisçisi sıralarından çıxarılması təklif edilmişdir.
23. Məhkəmə öz mövqeyini əsaslandırarkən Mülki Posessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
24. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin (2(004)-7085/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.
25. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olub ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini yeganə əsası kimi İdarə Heyətinin xx.xx.2009-cu il tarixli qə rarı ilə X22 İctimai Birliyin sırlarından xaric edilməsi ilə əsaslandırmışdır. İstinad edilən bu sənəd isə kserosurətdir, müvafiq qaydada təsdiq edilməmişdir.
26. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6032/2020 nömrəli, 17 avqust 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7085/2019 saylı, 19 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. (hakimlər Aida Hüseyn, (sədrlik edən və məruzəçi), Valeh Ağayev, Afaq Nuriyeva)
27. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, X40 2009-cu ildən İdarə Heyətinin üzvü olmadığından onun Komitənin möhür və sənədlərini tələb etmək, bu sənədlərin itməsi barədə akt tərtib etmək, həmçinin bunu nla əlaqədar “Respublika” qəzetində elan vermək kimi səlahiyyəti olmamışdır. Bunda başqa, iddianın əsaslı olmasına dair sübut da təqdim edilməmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat
28. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6032/2020 nömrəli, 17 avqust 2020-ci il tarixli qətnaməsindən iddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
29. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər X34 (sədrlik edən və məruzəçi), X27 və X43) 2(102)-1624/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı “İşgəncələrə qarşı Azərbaycan Komitəsi İctimai Birliyinin sədri Heydərov Vəli Ağabala oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6032/2020 nömrəli, 17 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
30. Kollegiya öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsinin yeganə əsası kimi istinad etdiyi sübut – “İşgəncələrə qarşı Azərbaycan Komitəsi”nin İdarə Heyətinin xx.xx.2009-cu il tarixli iclası protokoludur ki, həmin protokol da kserosurətdir.
31. Başqa sözlə, birinci instansiya məhkəməsi təsisçi X22 təşkilatın sıralarından xaric edilməsi və bu əsasla onun Komitənin möhür və sənədlərini tələb etmək, bu sənədlərin itməsi barədə akt tərtib etmək, həmçinin bununla əlaqəd ar “Respublika” qəzetində elan vermək kimi səlahiyyəti olmaması barədə işin halını kserosurət olan sübutla müəyyən etmişdir.
32. Kollegiya bildirmişdir ki, iddiaçı apellyasiya şikayətində kserosurətin sübut kimi qəbul edilməsinin düzgün olmamasını vurğulasa da, apellyasiya məhkəməsi iddiaçının bu dəlilinə qiymət verməmiş, birinci instansiya məhkəməsinin etdiyi səhvi təkrarlayaraq özü də həmin sübuta isitnad etmişdir.
33. Kollegiya bundan başqa qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən heç bir maddi hüquq normasına istinad etməmiş, apellyasiya məhkəməsi də buna diqqət yetirməmişdir. Qeyd edilən maddi və prosessual hüquq normalarının pozuntusunu məhkəmə kollegiyası qətnamənin ləğvi üçün əsas hesab etmişdir.
34. Kollegiya öz mövqeyini əsaslandırarkən MPM-in 14.2, 77. 1, 89.1, 89.3-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
35. İddiaçı Vəli Heydərov və vəkil Elçin Əliyev apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etmişlər və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat vermişlər.
36. Cavabdeh İddiaçı2 və onun vəkili Vəkil2 apellyasiya baxışının əvvəlki iclaslarında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş və Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verərək bildirmişlər ki, iddiaçı tərəf Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslər və X7 Dövlət Qeydiyyatı İdarəsinə saxta sənədlər təqdim etmişdir. Bununla bağlı onlara həmin İdarədən məktub gəlmişdir. Birliyin üzvləri 2015-ci ilin dekabr a yında seçilmişdir. İddiaçı2 seçilərkən Birliyin 22 nəfər üzvləri iclasda iştirak etmiş, Birliyin 4 üzvü isə iclasda iştirak etməmişlər. Yığıncağın keçirilməsi ilə bağlı üzvlərə Sadiq Bayramov zəng edərək xəbər vermişdir. Belə ki, Birliyin sabiq sədri Elçin Behbudovun vəfatından sonra tək səlahiyyətli şəxs S.Bayramov olmuşdur. S.Bayramov isə öz növbəsində İddiaçı2 etibarnamə vermişdir.
37. Apellyasiya baxışının əvvəlki iclaslarında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Elmira Behbudova izahat verərək bildirmişdir ki, iddia tələbi tamamilə əsassızdır. İşgəncələrə Qarşı Azərbaycan Komitəsi İctimai Birliyi onun əri X32 tərəfindən yaradılmışdır. X44 sədri, sədrin müavini isə o özü olmuşdur. Birlik yaranandan hüquqi ünvan onların yaşadıqları ev olmuşdur. Birliyin möhür də həmişə evlərində olmuşdur. Komitə ilə bağlı bütün sənədlər evlərinə gəlirdi. Elçin Behbudov xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Bundan sonra o özü və Birliyin digər üzvləri X39nı keçirərək onun kürəkəni olan cavabdeh İddiaçı2 Birliyin sədri seçmişlər. Həmin ərəfədə onlara məlum olmuşdur ki, Vəli Heydərov və Pərviz Deyistani birləşərək Birliyə məxsus sənədləri saxtalaşdırmış və saxta sənədlə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslər və X7 Dövlət Qeydiyyatı İdarəsinə müraciət etmişlər. O, Pərviz Deyistanini əvvəllər tanımırdı və ümumiyyətlə görməmişdir. Pərviz Deyistani ilk dəfə ərinin yasında görmüş, ondan sonra bir daha görməmişdir. Vəli Heydərovu heç vaxt görməmişdir və onu tanımır. X46 heç bir aidiyyəti yoxdur.
38. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (haki mlər X10 (sədrlik edən və məruzəçi), X17 və X35) 2(103)-293/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 dekabr 2019-cu il tarixli qətnamə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı İşgəncələrə Qarşı Azərbaycan Komitəsi İctimai Birliyinin sədri X16 cavabdeh İddiaçı2 qarşı “hüquqi şəxsin qanuni təmsilçisi olması barədə bütün sənədlərin etibarsız sayılması və qeydiyyatın ləğvi tələbi barədə” iddiası təmin edilmiş, Cavabdeh İşgəncələrə Qarşı Azərbaycan Komitəsi İctimai Birliyinin qanuni təmsilçisi və sədri olması barədə sənədlər etibarsız hesab edilsin və onun Birliyin sədri kimi qeydiyyatı ləğv edilmişdir.
39. Məhkəmə kollegiyası qeyd etmişdir ki, xx.xx.20 09-cu il tarixli iclas protokolu mötəbər sübut hesab oluna bilməz və işə baxmış birinci instansiya məhkəməsi həmin sənədə istinad etməklə səhvə yol vermişdir. Belə ki, qeyd olunan bu protokol kserosurət olmaqla qanunla müəyyən olunmuş qaydada təsdiq edilməmişdir.
40. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı X19 cavabdeh İşgəncələrə qarşı Azərbaycan Komitəsi İctimai Birliyinə qarşı “protokolun etibarsız hesab edilməsi tələbi barədə” iddiası Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə (İş № 2(004)-375/2021) əsasən təmin edilmiş, xx.xx.2009-cu il tarixli iclas protokolunun etibarsız hesab edilməsi qət edilmişdir. Verilmiş şikayətlər yuxarı instansiya məhkəmələri tərəfindən təmin edilməmiş, sonda Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi (İş № 2(004 )-375/2021) qanuni qüvvəsini almışdır.
41. Məhkəmə bildirmişdir ki, MPM-nin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu prosessual hüquq normasının tələbini nəzərə alan məhkəmə qeyd etmişdir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-375/2021 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə hazırki iş üçün preyudisial xarakter daşıyır. Qeyd edilən qətnamədən görünür ki, həmin protokolun əsli təqdim olunmamış, iddiaçı tərəf isə protokolun mövcudluğunu mübahisələndirmişdir. Həmçinin, Mülki Məcəllədə hüquqi şəxsin təsisçisinin öz iradəsi ziddinə təsisçilikdən xaric edilməsi istisna olunur və nizamna mədə belə müddəa olsa belə, qanunun tələbinə və ruhuna zidd olmaqla əhəmiyyətsizdir. Həmçinin, qeyd edilən dəlillərdən başqa iddiaçı müvafiq dövlət qurumunun (Ədliyyə Nazirliyinin) qeydiyyatında hal-hazırda təsisçi qismində gedir və onun hüquqlarının həyata keçirilməsinə maneə yaradıla bilməz
42. Beləliklə, məhkəmə kollegiyası qeyd etmişdir ki, xx.xx.2018-ci il tarixdə İctimai Birliyin geniş iclası keçirilmiş və 54 nəfər yeni üzv qeydiyyata alınaraq təsdiq edilmişdir. 5 nəfərdən ibarət yeni İdarə Heyəti yaradılmışdır. Təsisçi olan (səlahiyyətli şəxs) Pərviz Deyistaninin təqdimatı və İdarə Heyətinin qərarı ilə yeni sədr Vəli Heydərov seçilmişdir. Bu baxımdan İddiaçı2 hüquqi şəxsin qanuni təmsilçisi olması barədə sənədlər etibarsızdır və onun sədr olması barədə qeydiyyat ləğv edilməlidir. Ba şqa sözlə iddia əsaslıdır. Bu iddianı rədd etməklə işə baxmış birinci instansiya məhkəməsi səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır, formal mülahizə xarakteri daşımır.
43. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 337, Mülki Prosessual Məcəllənin 82.3 və 89-cu maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
44. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-293/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
45. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 9.1. və 9.3.-cü maddələrini tətbiq edərək iddiaçının belə bir iddia ilə çıxış etməyə subyektiv hüququnun olmaması üzrə iddianın mümkünsüzlüyü və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul etməli olduğu halda bunu etməmişdir. Belə ki, iddiaçı Heydərov Vəli Ağabala oğlunun “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” İB-nin sədri İddiaçı2 qarşı“ qanuni təmsilçi olması barədə sənədlərin və qeydiyyatın ləğvi” iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır. Belə ki, Ədliyyə Nazirliyində “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İB sədri kimi İddiaçı2 qeydə alınıb və bu, Ədliyyə Nazirliyi tərəfindən verilmiş Qeyri X12 Reyestrindən çıxarışlar və digər sənədlərlə təsdiq edilir. İddiaçıların “İşgəncələ rə Qarşı Azərbaycan Komitəsi” İB adından təqdim etdiyi protokollar və digər sənədlər isə qanunsuz sənədlərdir və bunların heç biri Ədliyyə Nazirliyində qeydə alınmayıb. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 9.1.ci maddəsinə görə, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin qanunun 9.3.-cu maddəsinə görə, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şə xslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. Beləliklə, göstərilənlərdən çıxıs edərək hesab edirik ki, iddiaçı Heydərov Vəli Ağabala oğlunun “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” İB adından çıxış etmək və “qanuni təmsilçi olması barədə sənədlərin və qeydiyyatın ləğvi” tələbinə dair iddia tələbi ilə çıxış etmək hüququ olmamışdır. Nəzəri olaraq hesab edilsə ki, iddiaçının bu iddia tələbi ilə çıxış etmək hüququ olub, hətta bu halda da iddia tələbi rədd edilməlidir. Belə ki, İddiaçı2 “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” İB-nin qanuni təmsilçi olması barədə sənədləri və onun qeydiyyatı qanunun tələblərinə uyğun olub və bu barədə Ədliyyə Nazirliyi tərəfindən X3 Reyestrindən çıx arışlar verilib. Bunu təsdiq edən sənədlər məhkəməyə təqdim edilib. Lakin, məhkəmə bütün bunlara əhəmiyyət verməmiş, tətbiq edilməli hüquq normasını tətbiq etməmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
46. Kassator qeyd etmişdir ki, məhkəmə bu iş üzrə iddia tələbini bundan əvvəlki digər məhkəmə işi üzə “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İB-nin üzvü X22 “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinə qarşı“ İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” İB İdarə Heyətinin müvafiq protokolunun etibarsız hesab edilməsi barədə məhkəmə işi ilə əlaqələndirmiş və həmin işə Ali Məhkəməsində baxılıb başa çatanadək iş üzrə icraatı dayandırmışdır. Hesab edir ki, yuxarıda qeyd edilən iddia tələbinin bu iddia tələbi üzrə məhkəmə işi ilə heç bir bağlılığı yoxdur. Belə ki, “qanun i təmsilçi olması barədə sənədlərin və qeydiyyatın ləğvi” ilə bağlı iddia tələbi üzrə “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” X50 Yığıncağının protokolu və digər sənədləri mübahisələndirilir, “protokolun etibarsız hesab edilməsi barədə” iddia tələbində isə, “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” X51 Heyətinin protokolu mübahisələndirilir. Burada iddiaçılar da və iddianın predmeti də başqadır. Ona görə də bu iş üzrə icraatın bundan əvvəl AR Ali Məhkəməsində baxılan yuxarıda qeyd edilən iddia tələbi ilə heç bir əlaqəsi olmadığından bu məhkəmə icraatı dayandırıla bilməzdi və məhkəmə araşdırılması üzrə bu işi həmin işlə əlaqələndirə bilməzdi. Ona görə də məhkəmə iş üzrə Mülki Prosessual Məcəlləsinin 254.2-ci maddəsini tətbiq etməli olmadığı halda bunu tətbiq etmişdir.
47. Kassator daha sonra qeyd etmişdir ki, məhkəmə işdə olan sübutları hərtərəfli və obyektiv araşdırmayıb. Cavabdeh və onun vəkili tərəfindən cavabdehin seçilməsinin qanuniliyi sübut edən kifayət qədər sənədlər təqdim edilsə də, məhkəmə öz qətnaməsində bunlara əhəmiyyət verməyib və işi birtərəfli qaydada səthi olaraq iddiaçının xeyrinə araşdırıb. Məhkəmə işə o qədər səthi yanaşıb ki, hətta qətnamədə göstərib ki, “İddiaçı Birliyin sədri Vəli Heydərov və vəkil Elçin Əliyev apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdilər və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər.”(Qətnamənin 3-cü səhifəsinin birinci abzası). Halbuki, Elçin Əliyev iddiaçının əvvəlki məhkəmə proseslərində iddiaçının vəkili olub və o, vəfat etdiyindən sonrakı məhkəmə iclaslarında iddiaçını n vəkili Vəkil1 olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
48. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
49. Maddə 43.1 Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.
50. Maddə 43.6. Qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıl a bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər
51. Maddə 47.2. Hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Qeyrikommersiya hüquqi şəxsinin nizamnaməsində onun fəaliyyətinin predmeti və məqsədləri müəyyənləşdirilir. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasına yol verilmir.
52. Maddə 49.1. Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir.
53. Maddə 114.1. İctimai Birliyin təsisçilərinin (iştirakçılarının) ictimai birliyə verdikləri əmlak birliyin mülkiyyətidir. İctimai birlik bu əmlakdan onun nizamnaməsində müəyyənləşdirilmiş məqsədlər üçün istifadə edir.
54. Maddə 114.2. İctimai Birliklərin iştirakçıları həmin birliklərin mülkiyyətinə verdikləri əmlaka, o cümlədən üzvlük haqlarına hüquqlarını saxlamırlar. Onlar ictimai birliklərin öhdəlikləri üçün, ictimai birliklər isə öz iştirakçılarının öhdəlikləri üçün məsuliyyət daşımırlar.
55. Maddə 114.3. İctimai Birlik ləğv edildikdə onun borclarının ödənilməsindən sonra qalan əmlakı ictimai birliyin nizamnaməsində göstərilmiş məqsədlərə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir. 56. 114.4. İctimai birliklərin ayrı-ayrı növlərinin xüsusiyyətləri və hüquqi vəziyyəti bu Məcəllə ilə və qanunvericiliklə müəyyənləşdirilir. 57. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qan unlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əh əmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında
58. Maddə 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədl ərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır.
59. Maddə 9.3. Bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
60. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və on lardan istifadə etməlidir.
61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
62. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
63. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
64. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
65. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fakt iki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
66. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
67. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
68. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
69. Hazırkı kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və fa ktlar əsasında həyata keçirilməli olması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
71. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş halları olaraq qeyd etmişdir ki, İctimai Birliyin mərhum sədri X18 xx.xx.2015-ci il tarixdə vəfatından sonra Birliyin təsisçisi Pərviz Deyistani mərhumun arvadı Elmira Behbudovanın möhür, nizamnamə, reyestr və digər sənədlərin itirməsi barədə məlumatı aldıqdan sonra xx.xx.2016-cı il tarixdə Ədliyyə Nazirliyinin Hüquqi Şəxslər və X7 Dövlət Qeydiyyatı İdarəsinə məlumat vermişdir. xx.xx.2016-cı il tarixdə «Respublika» qəzetində möhür və sənədlərin itməsi barədə məlumat dərc olunmuş, bundan sonra yeni möhür alınmışdır. xx.xx.2018-ci il tarixdə Birliyin 53 nəfər üzvü ilə keçirilmiş iclasında qərara alınmışdır ki, İctimai Birliy in təsisçilərindən biri və sədr olan Elçin Behbudovun vəfatı ilə əlaqədar onun sədrliyinə xitam verilsin və Heydərov X8 qəbul olunsun və ona, bu dəyişiklikləri dövlət qeydiyyatına alınması üçün Hüquqi Şəxslər və X7 Dövlət Qeydiyyatı İdarəsinə müraciət edilməsi səlahiyyəti verilsin. Sonradan məlum olmuşdur ki, möhür və digər sənədlər əslində itməmiş, həmin möhür hazırda İddiaçı2 tərəfindən istifadə olunur. İddiaçı2 ümumi yığıncağın xx.xx.2015-ci il tarixli qərarı ilə X47 Heyətinin sədri seçilmişdir. 72. xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası ƏN X3 Reyestrindən çıxarışdan görünür ki, İddiaçı2 ümumi yığıncağın xx.xx.2015-ci il tarixli qərarı ilə “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” X37 heyətinin sədri seçilmişdir.
73. Apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin ha lından isə aydın olur ki, xx.xx.2018-ci il tarixdə Birliyin 53 nəfər üzvü ilə keçirilmiş iclasında İctimai Birliyin təsisçilərindən biri və sədr olan Elçin Behbudovun vəfatı ilə əlaqədar onun sədrliyinə xitam verilmiş, Heydərov X6 qəbul olunmuş və ona bu dəyişiklikləri dövlət qeydiyyatına alınması üçün Hüquqi Şəxslər və X7 Dövlət Qeydiyyatı İdarəsinə müraciət edilməsi səlahiyyəti verilmişdir.
74. İşin müəyyən olunmuş halları ilə daha sonra müəyyən olunur ki, iddiaçının istinad etdiyi ümumi yığıncağın qərarının qəbul olunmasından 4 ay əvvəl cavabdehin İctimai Birliyinin sədri seçilməsinə dair ümumi yığıncağın (xx.xx.2015-ci il tarixli) qərarı dövlət qeydiyyatına alınmış və İctimai Birliyinin sədri, yəni qanuni təmsilçisi İddiaçı2 hesab edilmişdir.
75. Cavabdeh birinci instansiya məhkəməsind ə iddiaya etirazında göstərir ki, « iddia tələbini qəbul etmir və yığıncağın qərarları ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edilmişdir. Digər tərəf Nazirliyə saxta sənədlər təqdim etmişdir. Bununla bağlı onlara nazirlikdən məktub gəlmişdir. Komitənin üzvləri 2015-ci ilin dekabr ayında seçilmişdir. O, seçilərkən 22 nəfər komitə üzvü iştirak etmişdir. İdarə heyətinin 4 üzvü iştirak etmişdir. Yığıncağın keçirilməsi ilə bağlı üzvlərə Sadiq Bayramov zəng edərək xəbər vermişdir. Elçin müəllimin vəfatından sonra tək səlahiyyətli şəxs Sadiq Bayramov olmuşdur. Sadiq Bayramov ona etibarnamə vermişdir.»
76. Cavabdeh hazırda kaasasiya şikayətində isə göstərir ki, «… Ədliyyə Nazirliyində “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İB sədri kimi İddiaçı2 qeydə alınıb və bu, Ədliyyə Nazirliyi tərəfindən ve rilmiş Qeyri X12 Reyestrindən çıxarışlar və digər sənədlərlə təsdiq edilir. İddiaçıların “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” İB adından təqdim etdiyi protokollar və digər sənədlər isə qanunsuz sənədlərdir və bunların heç biri Ədliyyə Nazirliyində qeydə alınmayıb. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 9.1.-ci maddəsinə görə, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin qanunun 9.3.-cu maddəsinə görə, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktla rın hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. »
77. Göründüyü kimi iddiaçı tərəf təsisçi və ya ictimai birliyin üzvü olaraq deyil, o, İctimai Birliyin sədri olaraq Birliyin adından hazırkı iddia tələbini irəli sürür. Belə olan halda artıq iddia tələbi irəli sürülərkən İctimai Birliyin sədri olan cavabdehin dövlət qeydiyyatına alınması halında Vəli Heydərovun birliyin adından tələb irəli sürmək üçün subyektiv hüququnun olub-olması ilkin olaraq araşdırılmalı olduğu halda işə baxan məhkəmələr belə araşdırmanın aparılmasını təmin etməmişlər.
78. Digər tərəfdən cavabdeh tərəf etirazında göstərir ki, onun sədr seçilməsi üçün keçirilmiş ümumi yığıncaq digər təsisçi olan Sadiq Bayramov tərəfindən çağrılmış və hətta həmin şəxs cavabdehə etibarnamə vermişdir. Belə olan halda həmin təsisçinin və müvafiq qeydiyatı aparan orqan olan Ədliyyə Nazirliyinin müvaviq idarəsinin üçüncü şəxs olaraq işə cəlb olunması zəruri olmuşdur.
79. İddiaçı tələb edir ki, Cavabdeh hüquqi şəxsin qanuni təmsilçisi olması barədə bütün sənədlər etibarsız sayılsın və Cavabdeh “İsgəncələrə Qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin sədri kimi qeydiyyatı ləğv edilsin. 80. “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” X5 6.11-ci bəndinə əsasən idarə heyətinin sədri, müavinləri və digər üzvləri X39 tərəfindən 2 il müddətinə seçilir.
81. Nizamnamənin 6.12-ci bəndinə əsasən sədr birliyi təmsil edir, onun adında n müqavilələr bağlayır, etibarnamələr verir. Ümumi yığıncağın və İdarə heyətinin qərarlarının icrasını təşkil edir.
82. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, iddia ərizəsi xx.xx.2019-cu il tarixdə məhkəməyə daxil olmuş, bu tarixədək İddiaçı2 ümumi yığıncağın xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli qərarlarına əsasən İctimai Birliyin sədri seçilmiş və müvafiq qeydiyyatlar aparılaraq çıxarışlar verilmişdir.
83. Aydın olur ki, Hüseynov X20 ümumi yığıncağının qərarı və sonra isə təkrar qərarı əsasında sədr seçilmiş, iddiaçının tələbi isə onun onun qanuni təmsilçi olması barədə bütün sənədlərin etibarsız sayılması ilə bağlıdır. Yaranmış vəziyyətdə işə baxan məhkəmələr iddiaçının tələbləri üzrə dəqiqləşmə aparmalı, məhz onun hansı sənədlərin etibarsızlığını tələb etməsi a ydınlaşdırılmalı, onun ümumi yığıncağın qərarının mübahisələndirmək üçün hüquqa malik olub-olmamasını müzakirə etməli idi. Lakin məhkəmələr belə dəqiqləşdirmə aparmadığından faktiki olaraq hansı sənədlərin etibarsız sayılması qeyri-müəyyən qalmaqla, X39nın qərarlarının iş üzrə müəyyən edilmiş hallar baxımından etibarsızlığın mümkünlüyü araşdırmadan kənarda saxlanmışdır.
84. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, iddiaçı X19 cavabdeh “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinə qarşı protokolun etibarsız hesab edilməsi tələbi barədə iddiası Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə (İş № 2(004)-375/2021) əsasən təmin edilmiş, xx.xx.2009-cu il tarixli iclas protokolunun etibarsız hesab edilməsi qət edilmişdir. Verilmiş şikayətlər yuxarı instansiya məhkəmələri tərəfindən təmin edilməmiş, sonda Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi (İş № 2(004)-375/2021) qanuni qüvvəsini almışdır.
85. Apellyasiya instansiyası məhkəməsi məhz həmin qərarın baxılan iş üzrə preyudisial xarakter daşıdığını qeyd edir.
86. Konstitusiya Məhkəməsi Plenumunun preyudisiallığın hədləri ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).
87. Beləliklə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəy ə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir.
88. Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyinə əsaslanmaqla qeyd edilir ki, sonrakı işdə iştirak edən şəxslərdən biri artıq qanuni qüvvəyə minmiş qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdırsa, bu zaman həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malik deyildir və o, belə faktların məhkəmə qaydasında sübut edilməsini tələb edə bilər.
89. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin baxılan iş üzrə preyudisial əhəmiyyətə malik olduğu qənaətinə gəlməklə Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tələblərini düzgün təfsir etməmiş və bununla bağlı Konstitusiya Məhkəməsi P lenumunun formalaşdırdığı hüquqi mövqeləri nəzərə almamışdır.
90. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı).
91. Konstitusiya Məhkəməsi Ple numunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı).
92. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
93. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçini n arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
94. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
95. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun olmadığından ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
96. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdiklər i və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.
97. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 aprel 2022-ci il tarixli, 2(103)-293/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.